Press "Enter" to skip to content

Dövlət qulluğuna qəbul imtahanı test bankı bütün vəzifə qrupları üzrə.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri açıqlanıb

İnzibati vəzifələrin B növünə aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul olmaq üçün iyunun 20-də keçirilən test imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə bildirilib ki, 20 iyun 2021-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçirilib.

İmtahan nəticələri bu gün saat 13:40-dan etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1943 namizəddən 37 nəfər imtahana gəlməyib. İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 5 nəfər, BA2 altqrupu üzrə 17 nəfər, BA3 altqrupu üzrə 45 nəfər, BA4 altqrupu üzrə 65 nəfər, BB1 altqrupu üzrə 90 nəfər, BB2 altqrupu üzrə 110 nəfər, BB3 altqrupu üzrə 164 nəfər, BB4 altqrupu üzrə 165 nəfər olmaqla, ümumilikdə 661 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün iyunun 22-dən iyulun 6-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 22-24 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

Dövlət qulluğuna qəbul imtahanı test bankı bütün vəzifə qrupları üzrə.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2022-ci il mayın 8-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçiriləcək.

Mərkəzdən “Unikal”a bildirilib ki, BB vəzifə qrupuna aid olan vəzifələr üzrə imtahan kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Bu imtahanda iştirak edəcək namizədlər verilən linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Digər vəzifə qrupları (AB, AC, BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında keçiriləcək. Kompüter vasitəsilə ilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər. İmtahan saat 11-də başlanır. Namizədlər saat 10-dan gec olmayaraq imtahan binasının önündə olmalıdırlar. İmtahanın davametmə müddəti 2 saat 30 dəqiqədir.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün AB qrupu üzrə 3, AC qrupu üzrə 9, BA qrupu üzrə 79, BB qrupu üzrə 207 olmaqla, ümumilikdə 298 namizəd qeydiyyatdan keçib. İmtahanların keçirilməsi üçün 3 imtahan rəhbəri, 26 nəzarətçi‑müəllim ayrılıb.

Namizədlər imtahanda yoxlanılacaq bilik sahələri, hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları ilə buradan tanış ola bilərlər.

DİM dövlət qulluğuna qəbul üzrə “1000 test tapşırığı” toplusunu nəşr edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə hazırlaşanlara köməklik məqsədilə “1000 test tapşırığı” toplusu nəşr ediləcək.

Bu barədə AZƏRTAC-a DİM-dən xəbər verilib. Bildirilib ki, Mərkəz tərəfindən müvafiq məqsədlə tərtib olunmuş “500 test tapşırığı” toplusu 2019-cu ildə nəşr olunarkən bu istiqamətdə işlərin davam etdiriləcəyi qeyd olunmuşdu. Keçən dövr ərzində test imtahanına hazırlaşanların istəyi nəzərə alınaraq həmin toplunun və 2018-ci ildə nəşr olunmuş “Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar üçün təlimat” adlı metodik vəsaitin müəyyən redaktələrlə təkrar nəşri həyata keçirilib. Eyni zamanda, DİM tərəfindən “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Dövlət qulluğu” jurnalı dövri olaraq nəşr edilib, jurnala test imtahanında istifadə olunan düzgün cavablandırma faizi aşağı olan test tapşırıqlarının düzgün cavablandırılması üçün elmi-metodik izahı və tövsiyələr, bu sahədə daha çox istifadə olunan qanunvericilik aktları, müsabiqənin test imtahanı və müsahibələrin nəticələrinin statistik təhlili, dövlət qulluğu ilə bağlı ictimaiyyəti daha çox maraqlandıran suallara müvafiq cavablar və digər lazımi materiallar daxil edilib.

Hazırda DİM-in namizədlərə təqdim etdiyi “1000 test tapşırığı” toplusu əvvəl nəşr olunmuş “500 test tapşırığı” toplusuna daxil edilmiş tapşırıqlar da saxlanılmaqla 1000 test tapşırığına tamamlanaraq yeni tərtibatda hazırlanıb. Məlum olduğu kimi, əvvəlki topluya dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində yoxlanılan bilik sahələri – Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi təfəkkürün yoxlanılması üzrə imtahan proqramları əsasında hazırlanmış test tapşırıqları daxil edilib və toplu test imtahanının modelinə uyğun olaraq AA, AB, AC, BA və BB vəzifə qrupları üzrə hər variant 100 test tapşırığından ibarət olmaqla beş variantda tərtib olunub. “1000 test tapşırığı” toplusuna daxil edilən tapşırıqlar da test imtahanı mərhələsində yoxlanılan bilik sahələrinin proqramları əsasında hazırlanıb və bilik sahələri üzrə ayrı-ayrı bloklar şəklində verilib. Topluya Azərbaycan dili üzrə 150, qanunvericilik üzrə 400, informasiya texnologiyaları üzrə 150, məntiqi təfəkkürün yoxlanılması üzrə 300 test tapşırığı daxil edilib və düzgün cavablar öz əksini tapıb.

Yaxın günlərdə test toplusunu DİM-in inzibati binalarındakı “Abituriyent” satış köşklərindən əldə etmək mümkün olacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.