Dövlət rüsumlarının dəyişdirilməsinin səbəbi açıqlanıb
Son günlər 11 yaşlı qız uşağının ana olması barədə xəbərlər çoxsaylı müzakirələrə səbəb olub. Onun dünyaya gətirdiyi körpənin vəziyyəti ağır olaraq qalır. 11 yaşlı qızın bir ilə yaxın müddətdə məktəbə də getmədiyi deyilir. Bəs bu uşağın aqibəti necə olacaq?. Məsələ ilə bağlı -a Azərbaycan Uşaqlar Birliyini
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 352-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 352-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 767; 2006, № 12, maddə 1057; 2008, № 9, maddə 798; 2012, № 6, maddə 547, № 12, maddə 1271; 2013, № 11, maddə 1327, № 12, maddə 1510; 2014, № 4, maddə 360; 2016, № 1, maddə 43, № 5, maddə 883; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 sentyabr tarixli 1026 nömrəli Fərmanı) 2.9-cu bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.10-cu bənd əlavə edilsin:
“2.10. həmin Qanunun 4.1-1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlar” dedikdə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri, ikinci və üçüncü hallarda “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzərdə tutulur.”.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 noyabr 2016-cı il.
Dövlət rüsumlarının dəyişdirilməsinin səbəbi açıqlanıb
Azərbaycanda dövlət rüsumlarının dəyişdirilməsinin səbəbi açıqlanıb.
Sonxeber.az-ın Trend-ə istinadən məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, bu gün Azərbaycanda tətbiq olunan bir çox dövlət rüsumlarının məbləği maya dəyərindən aşağıdır.
O qeyd edib ki, bir çox dövlət rüsumları 15 il bundan əvvəl müəyyən edilib və o zamandan dəyişməyib. Nazir müavini bildirib ki, bu müddət ərzində baş verən inflyasiya dövlət rüsumunun məbləğinin maya dəyərindən aşağı düşməsinə səbəb olub.
Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərə əsasən, bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.
Sosial Baxılıb: 1582 Tarix: 01 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
DİGƏR MARAQLI XƏBƏRLƏR
Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, “hicama”, “hacamat” kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. -ın verdiyi xəbərə görə, bu barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu izləyicilərini məlumatlandırıb. Hicama faydaları çox ols
Şiddət görən ana evdən gedərkən övladını özü ilə apara bilərmi? – AÇIQLAMA
İstiqamət: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması. Son zamanlar ölkəmizdə qadına şiddət artıb. Həyat yoldaşları tərəfindən küçəyə atılan, bıçaqlanan, öldürülən qadınlarımızın sayı artmaqda davam edir. Bəs şiddət görən ana evdən getmək istəsə, övladını da özü ilə apara bilərmi? Qanu
Şuşanın azad olunduğu gün şəhid olan Sənan Hüseynovun doğum günüdür
Bu gün 44 günlük Vətən müharibəsi qəhrəmanlarından biri olan Sənan Hüseynovun doğum günüdür. -ın məlumatına görə, 1 aprel 1996-cı il tarixində Qazaxıstanda doğulan Sənan əslən Füzuli rayonunandır. 2008-ci ildə ailəsi ilə Azərbaycana köçüb. 2016-cı ildə hərbi xidməti başa vurub, evə qayıtmalı olduğu zama
Sonxeber.az Medianın İnkişafı Agentliyinin təşkil etdiyi müsabiqədə növbəti dəfə QALİB OLDU
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilə
Həkim məsləhəti olmadan uşaqlara bu dərmanları verməyin – XƏBƏRDARLIQ
“Həkim məsləhəti olmadan uşaqlara hər hansı vitamin verilməsi düzgün deyil”. -ın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, Səhiyyə Nazirliyi xüsusilə də payız və qış fəsillərində geniş vüsət alan immunitet zəifliyini nəzərə alaraq valideynlərə xəbərdarlıq edib. Səhiyyə Nazirliyini
Uşaq dünyaya gətirən 11 yaşlı qızın aqibəti necə olacaq? – AÇIQLAMA
Son günlər 11 yaşlı qız uşağının ana olması barədə xəbərlər çoxsaylı müzakirələrə səbəb olub. Onun dünyaya gətirdiyi körpənin vəziyyəti ağır olaraq qalır. 11 yaşlı qızın bir ilə yaxın müddətdə məktəbə də getmədiyi deyilir. Bəs bu uşağın aqibəti necə olacaq?. Məsələ ilə bağlı -a Azərbaycan Uşaqlar Birliyini
“Uşaqların məktəbə göndərilməməsi bu cür bəlalara yol açır” – Deputat
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə İmişli rayonunda qandonduran hadisə baş verib. Özü uşaq olan 11 yaşlı qız, uşaq dünyaya gətirib. Körpəyə təcavüz edənin isə öz atalığı olduğu bildirilir. Məsələ ilə bağlı -a həmin rayonun deputatı Razi Nurullayev fikir bildirib. O, qeyd edib ki, insanlar hər hans
Sabaha olan hava proqnozu
Noyabrın 2-ə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağ
Azərbaycanda ova getmək istəyənlər rüsum ödəməli olacaq
Azərbaycanda ovçuluq biletinin verilməsinə görə 25 manat dövlət rüsumu tətbiq olunacaq. “report”a istinadən xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna təklif olunan əlavələrdə öz əksini tapıb. Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, balıqovlama biletinin verilməsin
Azərbaycanda şəxsiyyət vəsiqəsinin verilməsinin yeni rüsumları sabah qüvvəyə minir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin verilməsinin yeni rüsumları sabah qüvvəyə minir DİN: “Şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat məbləğində rüsum ödənilir”
30 Noyabr , 2015 19:12
https://static.report.az/photo/3cf7922e-eb31-4194-81da-b7b7ef00c68f.jpg
Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycanda şəxsiyyət vəsiqələrinin verilməsinin yeni rüsumları dekabrın 1-də qüvvəyə minir. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, “Dövlət rüsumu haqqında” qanuna edilən yeni dəyişikliyə əsasən, Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 35 manat məbləğində rüsum ödənilir.
Comments are closed, but trackbacks and pingbacks are open.