Press "Enter" to skip to content

Dövlt rüsumu haqqında.

• xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması;

Dövlət rüsumu nədir və hansı hallarda tutulur?

“Dövlət rüsumu” haqqında Qanuna əsasən Dövlət rüsumu – dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).

Dövlət rüsumu aşağıdakı hallarda tutulur:

• məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsi;

• notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılması, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi və onun müddətinin uzadılması;

• vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı;

• sənədə apostil verilməsi;

• Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, müvəqqəti olma müddətinin uzadılması barədə qərar, Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsi və Yol sənədinin verilməsi, Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və ya vətəndaşlığından çıxma;

• Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində konsul əməliyyatlarının aparılması;

• standartlaşdırma və metrologiya sahəsində hüquqi hərəkətlər, ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlə digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi vəfiziki şəxslərə xidmətlərin göstərilməsi;

• aktuari şəhadətnaməsinin verilməsi;

• lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsi;

• hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı;

• vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi;

• qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirilmə qaydasında qeydə alınması halları istsina olmaqla) və dövlət reyestrinə daxil edilməsi;

• Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi;

• Avtovağzala (avtostansiyaya) pasportun verilməsi;

• daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı;

• Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatı;

• qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası.

• Baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi;

• Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin, idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi;

• Dənizçilik sahəsində şəhadətnamələrin, təsdiqnamələrin, gəmi reyestrindən çıxarışların, sertifikatların, dənizçinin qeyd kitabçasının və şəxsiyyət sənədinin verilməsi, kiçik həcmli gəmilərin qeydiyyata alınması, onlara gəmi biletinin verilməsi və texniki baxışın keçirilməsi, kiçik həcmli gəmilərin gəmi reyestrindən çıxarış verilməsi, kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi;

• Mülki aviasiya sahəsində sertifikatların verilməsi, tanınması və müddətinin uzadılması, şəhadətnamələrin, habelə uçuşlara icazələrin verilməsi;

• Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərin göstərilməsi, mövsümi (səyyari) ticarət və xidmət yerlərinin müəyyən edilməsi, habelə açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi;

• xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması;

• dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatının verilməsi;

• malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi;

• hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsi.

Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər.Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlət rüsumunun bütün növlərinin ödənilməsindən azaddır.İnvestisiya layihələrini “Tik – idarə et – təhvil ver” modelinə uyğun həyata keçirən investorlar “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddırlar.

Dövlt rüsumu haqqında.

(04.12.2001-ci il, N-233-IIQ. Bu qanuna 2013-cü il tarixədək edilmiş əlavə və dəyişikliklər nəzərə alınmışdır)

ÇIXARIŞ

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının QƏRARINA ƏSASƏN:

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara NV-nin təxliyyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin aşağıda göstərilən tarifləri təsdiq edilsin.

– NV-nin təxliyyə avtomobilləri vasitəsilə duracaqlara gətirilməsi (bir əd./reys). 20 man. (ƏDV ilə);
– NV-nin duracaqlarda saxlanılması (bir əd./gün). 1 man. (ƏDV ilə).

İlk tibbi yardım göstərmək üçün NV-də olan dərman qutusunun tərkibi;

(Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 05 avqust 2008-ci il tarixli 109 nömrəli əmrlə təsdiq olunub)

1. Travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı istifadə olunanağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vəsaitlər:
Analgin 0,5 № 10 (yaxud əvəzedicisi) 1 qutu
Portativ hipotermik (soyuducu) paket-konteyner 1 əd
Aspirin 1 qutu
Sulfasil-natrium (albusid) məhlulu 1 flakon
2. Qanaxmanın dayandırılması, yaranın təmizənməsi və sarğı üçün vəsaitlər:
Özünə və qarşılıqlı yardım məqsədi ilə arterial qanaxmanı saxlamaq üçün jqut 1 əd
Steril bint 10×5 1 əd
Qeyri steril bint 10×5 1 əd
Qeyri steril bint 5×5 1 əd
Çirkli yaraları sarımaq üçün dioksidli və ya gümüş nitratlı 8×10 sm ölçüdə MAQ atravmatik sarğısı 1 əd
Bakterisid leykoplastır 25×72 yaxud 2×5 8 əd
Kapillyar və venoz qanaxmaları saaxlamaq üçün 6×10 sm, 10×18 sm ölçüdə furaginli «Колетекс ГЕМ» steril salfetləri, yaxud statın (toz halında) 1,0 q 3 əd
1×500, yaxud 1×250 sm ölçüdə leykoplastır 1 əd
Qeyri-steril boruşəkilli tibbi elastik bint-№ 1, 2, 6 hər birindən 1 əd
Pambıq 50 q. 1 bağ
3. Ürək ağrılarına qarşı vəsaitlər:
Nitroqliserin həbləri №40, yaxud kapsulası №20 (trinitrolonoq) 1 qutu
Validol (tabletka yaxud kapsula) 1 qutu
4. Ürək-ağciyər reanimasiya üçün vəsaitlər:
Süni nəfəs vermək üçün alət (“Ağız-qurğu-ağız”) 1 əd
5. Bayılmaya qarşı vəsaitlər:
– Ammiak məhlulu (naşatır spirti) 1 flakon
6. Zəhərlənmələrdə dezintoksikasiya üçün vəsaitlər:
Entredez (və ya aktivləşdirilmiş kömür № 10) 2 qutu
7. Stres hallarına qarşı vəsaitlər
Korvalol (və ya valerian) 1 flakon
8. Küt uclu qayçı 1 əd
9. Təlimat
– Komplektləşdirmə qabı zədələnmiş və vaxtı ötmüş dərmanlardan (vəsaitlərdən) istifadə etmək olmaz.
İstifadə edilmiş və ya vaxtı ötmüş dərmanların (vəsaitlərin) yerinə dərhal yeniləri qoyulmalıdır.

“İCBARİ SIĞORTALAR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU (çıxarış)

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Baza sığorta haqqı 50,0 manat məbləğində müəyyən olunur.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləğinin hesablanması üçün avtonəqliyyat vasitəsinin növünə görə aşağıdakı əmsallar tətbiq olunur:
1. Minik avtomobillərinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – mühərriklərinin həcminə görə:

-50 sm3 – 1500 sm3 əmsal 1 sığorta haqqı 50 manat;
-1501 sm3 – 2000 sm3 əmsal 1,5 sığorta haqqı 75 manat;
-2001 sm3 – 2500 sm3 əmsal 2 sığorta haqqı 100 manat;
-2501 sm3 – 3000 sm3 əmsal 2,5 sığorta haqqı 125 manat;
-3001 sm3 – 3500 sm3 əmsal 3 sığorta haqqı 150 manat;
-3501 sm3 – 4000 sm3 əmsal 3,5 sığorta haqqı 175 manat;
-4001 sm3 -4500 sm3 əmsal 4 sığorta haqqı 200 manat;
-4501 sm3 – 5000 əmsal 4,5 sığorta haqqı 225 manat;
-5001 sm3 –dən çox əmsal 5 sığorta haqqı 250 manat.

2. Avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri –sərnişin yerlərinin sayına görə:

-9 – 16 əmsal 3 sığorta haqqı 150 manat;
-16 – dan artıq əmsal 4 sığorta haqqı 200 manat.

3. Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – icazə verilmiş maksimum kütləyə görə:

-3500 kq-dan çox olmayan əmsal 3 sığorta haqqı 150 manat;
-3501 kq – 7000 kq əmsal 4 sığorta haqqı 200 manat;
-7000 kq-dan yuxarı əmsal 5 sığorta haqqı 250 manat.

4. Motosikletlər və motorolerlər

əmsal 1 sığorta haqqı 50 manat.

Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsulliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir
– fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərti ilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;
– üçüncü şəxslərin amlakına dəyən zərər üzrə 5000 manat.

Dövlt rüsumu haqqında.

Normativ-hüquqi aktlar:

  • VERGİ UÇOTU
  • VERGİ SİSTEMİ
    • Azərbaycan Respublikasında vergi sistemi
    • Vergi qanunvericiliyinin strukturu
    • Vergilərin müəyyən edilməsinin əsas şərtləri
    • Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları
    • Vergitutmanın formaları
    • Bazar qiyməti
    • Transfer qiyməti
    • Riskli vergi ödəyicisi
    • ƏDV anlayışı
    • Vergi ödəyiciləri
    • Vergitutma obyekti
    • Vergitutma bazası
    • Vergi tutulan əməliyyatların və idxalın: vaxtı və yeri
    • ƏDV-nin dərəcələri
    • Qeyri-rezidentlərin vergiyə cəlb edilməsi
    • Agentin həyata keçirdiyi əməliyyatlar
    • Əvəzləşdirilən və büdcəyə ödənilməli olan ƏDV
    • Elektron vergi hesab-fakturaları
    • Bəyannamənin verilməsi və ƏDV-nin ödənilməsi
    • Vergi ödəyiciləri
    • Vergitutma obyekti
    • Gəlir
      • Gəlirlər
      • Muzdlu işlə əlaqədar əldə edilən gəlir
      • Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir
      • Vergi ödəyiciləri
      • Vergitutma obyekti
      • Gəlirlər və Xərclər
        • Gəlirlər
        • Gəlirdən çıxılmayan xərclər
        • Gəlirdən çıxılan xərclər
        • Uçot qaydaları
        • Kassa metodu
        • Hesablama metodu
        • Birgə fəaliyyətdən gəlir
        • Uzunmüddətli müqavilələr üzrə gəlir
        • Ümumi məlumat
        • Azadolmalar
        • İstehsal ehtiyacları üçün aksizlərin əvəzləşdirilməsi
        • Verginin hesablanması. Elektron Vergi Hesab Faktura.
        • Aksizin bəyan edilməsi və ödənilməsi
        • Aksizli mallar üzərində vergi nəzarəti, maliyyə sanksiyaları və faizlər
        • Vergi ödəyiciləri
        • Vergitutma obyekti
        • Vergi dərəcələri
        • Vergi güzəştləri və azadolmalar
        • Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi
        • Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi
        • Torpaq vergisi
        • Torpaq vergisini kimlər ödəyir
        • Vergitutma obyekti
        • Vergi dərəcələri
        • Torpaq vergisinin hesablanması və ödənilməsi
        • Vergi güzəştləri
        • Vergi ödəyiciləri
        • Vergitutma obyekti
        • Vergi dərəcələri
        • Yol vergisinin tutulması
        • Vergi ödəyiciləri
        • Vergitutma obyekti
        • Vergi dərəcələri
        • Verginin ödənilməsi və bəyannamənin verilməsi müddətləri
        • Ümumi məlumat
        • Ümumi fəaliyyətlər
        • Nəqliyyat xidməti
        • Bina tikintisi fəaliyyəti
        • İdman mərc oyunları
        • Sabit vergi
        • Yaşayış və qeyri yaşayış sahələri və torpaq satışı
        • Pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılması
        • Yerli vergilər və ödənişlər
        • Fiziki şəxslərin torpaq vergisi
        • Fiziki şəxslərin əmlak vergisi
        • Yerli əhəmiyyətli tikinti materialları uzrə mədən vergisi
        • Bələdiyyə mulkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi
        • Yerli ödənişlər
        • Yerli vergi və odənişlər. Qanunvericiliyin pozulmasına gorə məsuliyyət
        • Dövlət rüsumunun ödəyiciləri
        • Dövlət rüsumunun tutulduğu hallar
        • Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları
        • Düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması qaydaları
        • Dövlət rüsumunun ödənilməsində azadolmalar
        • Gömrük ödənişləri
        • Malların gömrük dəyəri
        • Gömrük ödənişlərinin hesablanması və ödənilməsi
        • Gömrük qaydalarının pozulmasına görə məsuliyyət
        • Sosial sığorta
          • Ümumi müddəalar
          • Məcburi dövlət sosial sığorta haqqı ödəyiciləri
          • Məcburi dövlət sosial sığorta haqqının tutulma obyekti
          • Məcburi dövlət sosial sığortasına cəlb olunmayan gəlirlər
          • Məcburi dövlət sosial sığorta haqqının hesablanması
          • Məcburi dövlət sosial sığorta haqları üzrə uçot və hesabat
          • Məcburi dövlət sosial sığortası qaydalarını pozmağa görə məsuliyyət

          MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

          Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

Comments are closed, but trackbacks and pingbacks are open.