Dövlət rüsumu haqqında qanun
Orqan (qurum) deyərkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulur.
“Dövlət rüsumu haqqında” qanun layihəsi birinci oxunuşdan keçdi
Teleqraf.com xəbər verir ki, layihə haqqında deputatlara komitə sədri Tahir Mirkişili məlumat verib.
T.Mirkişili qeyd edib ki, dəyişikliklər əsasən 4 istiqamətdədir.
Birinci istiqamətdə adətən rüsum toplayan orqanların balansında yığdıqları rüsumun müəyyən hissəsi qalırdı. Bu dəyişikliklə rüsum toplayan orqanların heç birində rüsumların müəyyən hissəsi qalmayacaq.
İkinci istiqamət odur ki, bəzi rüsumlar Nazirlər Kabineti və ya prezidentin qərarı ilə müəyyən edilirdi. Bundan sonra rüsumların qanun bazasınd formalaşacaq. Qeyd edim ki, bununla bağlı cəmiyyətdə müəyyən fikirlər yayılmışdı. Qeyd edim ki, burada avtomobillərin və ya mobil telefonların rüsumlarının qaldırılmasından söhbət getmir.
Üçüncüsü, odur ki, bir sıra istiqamətlər üzrə dövlət rüsumları müəyyən edilməmişdi, ancaq indi edilir.
Dördüncü istiqamət üzrə qeyd edim ki, bir sıra rüsumların qiymətinin qaldırılması nəzərdə tutulur. Səbəb odur ki, uzun illərdir-15 ildən çoxdur ki, bu rüsumların qiyməti dəyişməyib.
Dövlət rüsumu haqqında qanun
Daha çox (30) Gizlə
Daha çox (137) Gizlə
KORONAVİRUSA YOLUXANLARIN SAYI – CANLI STATİSTİKA
16:15 05.12.2022
- Şikayət et
“Dövlət rüsumu haqqında” qanun
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.Metbuat.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda tütün məmulatlarının istehsalçıları və idxalçıları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə qoşulma barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi bildirişi aldıqları tarixdən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə bu Qanunun 20-3.2.1-ci maddəsində nəzərdə tutulan dövlət rüsumunu ödəməkdən azaddırlar.Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin birinci cümləsində nəzərdə tutulan müddəti hər dəfə bir aydan çox olmamaq şərtilə 5 dəfə uzada bilər.
Orqan (qurum) deyərkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulur.
Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
“Dövlət rüsumu haqqında” qanun DƏYİŞDİRİLDİ
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Yeniavaz.com xəbər verir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:
1. 12.2.3-cü maddədən “yaxud ən azı üç il müddətində azadlıqdan məhrum edilmiş şəxsdirsə” sözləri çıxarılsın.
2. 16-cı maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 16. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri
3. 17.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“17.7. Diplomatik və ya xidməti pasporta malik olan, xarici ölkələrdə təhsil alan (müvafiq təsdiqedici sənəd təqdim edildikdə), dövlət xətti ilə pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan, xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya edilən, insan alveri qurbanı olan, yaxud 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur. Bu maddənin birinci cümləsində göstərilən hallardan başqa digər hallarda xarici ölkədə ümumvətəndaş pasportunu itirmiş və ya həmin pasportu oğurlanmış Azərbaycan Respublikasının vətəndaşı bu barədə xarici ölkənin müvafiq polis orqanı tərəfindən verilmiş təsdiqedici sənəd təqdim etdikdə ona qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur”.
Comments are closed, but trackbacks and pingbacks are open.