Press "Enter" to skip to content

Azərbaycanda “Dövlət rüsumu haqqında” qanun dəyişib

– boşanma işləri, yaxud boşanmadan da ər-arvada qarşı aliment iddiası qaldırıldıqda bu iddialara görə rüsum tutulmur;

Dövlət rüsumunu ödəməkdən kimlər azad edilir?

“Dövlət rüsumu haqqında” Qanuna əsasən, dövlət rüsumu dövlət orqanlarının göstərdiyi xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən vəsaitdir.

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, dövlət rüsumu milli valyutada ödənilir və ödəmədən sonra ödənişi təsdiq edən sənəd təqdim olunur. Qanuna görə, aşağıdakı hallarda dövlət rüsumu ödənilməsindən azad edilir:

– əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı iddiaçılar. Daha dəqiq desək, işçinin əməyi düzgün ödənilmirsə, yaxud işçi işəgötürənə qarşı əmək fəaliyyətindəki qanun pozuntusu ilə bağlı məhkəmədə iddia qaldırırsa, rüsum ödəməkdən azaddır;

– boşanma işləri, yaxud boşanmadan da ər-arvada qarşı aliment iddiası qaldırıldıqda bu iddialara görə rüsum tutulmur;

– şikəstlik, səhhətə vurulan zərər, ailəni dolandıranın ölümü ilə bağlı dəyən zərər üzrə iddia qaldırıldıqda da rüsum ödənilmir;

– müəlliflik hüququ ilə bağlı mübahisələrdə iddiaçı rüsum ödəməkdən azaddır;

– istehlakçı hüququ pozulduqda məhkəməyə müraciət edən istehlakçı rüsum ödəməkdən azaddır;

– cinayət, aliment işləri ilə əlaqədar sənədlər verilməsinə görə rüsum tutulmur;

– inzibati hüquq münasibətlərindən yaranan işlərdə də rüsum tutulmur;

– öz hüquqlarının müdafiəsi ilə əlaqədar yetkinlik yaşına – 18 yaşa çatmayanlar rüsum ödəməkdən azaddır;

– məhkəmə qərarlarından şikayətlərdə, qiyabi icraat üzrə qərarlara yenidən baxılması üzrə verilən ərizələrdə;

– məhkəmədə verilən iddialarla bağlı şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər rüsum ödəməkdən azaddır;

– məhkəmə aktlarını verməyə görə rüsum tələb edilmir.

Milli.Az

Azərbaycanda “Dövlət rüsumu haqqında” qanun dəyişib

Azərbaycanda “Dövlət rüsumu haqqında” qanun dəyişib Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

29 Noyabr , 2021 16:19
https://static.report.az/photo/a380171f-73c1-3a37-bf5d-c6544c0dccfe.jpg

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb. “Report”un məlumatına görə, dəyişikliyə əsasən, “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmur.

Link kopyalandı
İqtisadiyyat Şöbəsi
https://static.report.az/photo/84af329d-9550-317f-a57a-ad41a69fec86_50.jpg
İngilis versiyası Azerbaijan amends law ‘On State Duty’
Rus versiyası В Азербайджане в закон “О государственной пошлине” внесены изменения

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

“Report” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

“Dövlət rüsumu haqqında” qanun dəyişib

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Aznews.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda tütün məmulatlarının istehsalçıları və idxalçıları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə qoşulma barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi bildirişi aldıqları tarixdən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə bu Qanunun 20-3.2.1-ci maddəsində nəzərdə tutulan dövlət rüsumunu ödəməkdən azaddırlar.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin birinci cümləsində nəzərdə tutulan müddəti hər dəfə bir aydan çox olmamaq şərtilə 5 dəfə uzada bilər.

Orqan (qurum) deyərkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

SON ANDA

FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma ləğv olunur

“Met-Ak” MMC barədə protokol tərtib edilib.

  • 13 Mart 22:50

Prezident: İndi hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir

  • 13 Mart 22:46

İlham Əliyev: “Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanı verdi”

  • 13 Mart 21:05

Manaf Ağayevin oğlu həbs edilib

  • 13 Mart 21:02

Prezident İlham Əliyevin Almaniya iş adamları ilə görüşü olub

  • 13 Mart 20:21

Comments are closed, but trackbacks and pingbacks are open.