Dövlət sirri mühafizə xidməti
– qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında.
Dövlət sirrinin mühafizəsi üzrə vacib məlumatlar – FOTO
Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bu məlumatlar Azərbaycan Prezidentinin 2014-cü il 24 sentyabr tarixli 742 №-li “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamına əsasən hazırlanıb.
Məlumatların hazırlanmasında əsas məqsəd Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (cəbhəboyu zonada) təhlükəsizlik tədbirlərini gücləndirmək, milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə məlumatların, eləcə də “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən hərbi sahəyə aid digər məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısını almaqdan ibarətdir.
Müasir dövrdə informasiyanın yeni dəyər kəsb etməsi, strateji resursa çevrilməsi onun qorunması, təhlükəsizliyinin təmin edilməsi məsələsini ön plana çıxarır. İnformasiya təhlükəsizliyi probleminin həlli yalnız texniki üsul və vasitələrdən istifadə bacarıqlarından deyil, həm də insanların mədəniyyətindən asılıdır.
Hazırda informasiyanın toplanması, saxlanılması, emalı və ötürülməsi proseslərinin informasiya kommunikasiya təhlükəsizliyindən istifadə etməklə həyata keçirilməsi imkanı konfidensial (gizli) informasiyanın asanlıqla başqalarının əlinə keçməsi təhlükəsini artırır. İnformasiya təhlükəsizliyinin təmin edilməsinin əsas şərtlərindən biri informasiyanın konfidensiallığı (gizliliyi) məsələsidir. İnformasiya resursları ilə işləyən insanlar ayrı-ayrı vətəndaşlara və ya təşkilatlara aid olan informasiyanın konfidensiallığını (gizliliyini) qorumaq üçün məsuliyyətlərini dərk etməlidirlər. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında ölkənin informasiya təhlükəsizliyinə təhdidlər ümumi və qısa formada əksini taparaq, məxfi informasiyanın mühafizə olunmasının koordinasiyasının milli təhlükəsizlik sektorunun əsas məsələlərdən biri olduğu vurğulanır və qeyd edilir ki, Azərbaycan Respublikası bundan sonra da dövlət sirrinə aid edilmiş məlumatların mühafizəsi ilə bağlı fəaliyyətini davam etdirəcək.
Dövlət sirri haqqında əsas anlayışlar:
– dövlət sirri – dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır;
– dövlət sirri təşkil edən məlumatların daşıyıcıları – dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələrdir.
Aşağıda göstərilən, hərbi sahədə dövlət sirri təşkil edən məlumatların yayılması yolverilməzdir və qanunla bu məlumatları yaymaq qadağandır. Ona görə ki, bu məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılması nəticəsində düşmən kəşfiyyatı yayılan informasiyaların köməyi ilə bir sıra kəşfiyyat məlumatlarını heç bir çətinlik çəkmədən toplamaq imkanını əldə edir, bu da öz növbəsində, Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilər.
Bu məlumatları yaymaq qanunla qadağandır:
– Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında;
– Azərbaycan Respublikası Silahlı Qüvvələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında;
– silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri və texnologiyaları haqqında;
– milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq yerinin ayrılması haqqında;
– qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında.
Eyni zamanda, “Dövlət sirri haqqında” qanuna əsasən, dövlət sirri olan məlumatların əhatə dairəsinə daxil olmayan, lakin xarici ölkələrin xüsusi xidmət orqanlarının mülahizələrinə görə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatların da kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılması yolverilməzdir və qanunla qadağandır.
Dövlət sirrinin mühafizəsi hərbi hissə komandirlərinin, qərargah rəislərinin, idarə və müəssisə rəhbərlərinin əsas fəaliyyət istiqamətlərindən biridir və dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təşkilinə görə məsuliyyət onların üzərinə qoyulur. Bu səbəbdən də hərbi hissə komandirləri, qərargah rəisləri, idarə və müəssisə rəhbərləri dövlət sirrinin mühafizəsi sisteminin səmərəliliyini artırmalı, dövlət sirrinin mühafizəsinin dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğunu öyrənməli və təhlil etməli, dövlət sirri təşkil edən məlumatların mümkün axın (kənara sızma) kanallarını müəyyənləşdirib müvafiq tədbirlər hayata keçirməlidirlər.
Həmçinin hərbi hissə komandirləri, qərargah rəisləri, idarə və müəssisə rəhbərləri hərbi hissələrdə keçirilən açıq tədbirlər və kütləvi informasiya vasitələri üçün hazırlanan materialların qabaqcadan Müdafiə Nazirliyinin mətbuat xidməti ilə razılaşdırılmasını təşkil etməlidirlər.
Dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə məsuliyyət:
– dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan vəzifəli şəxslər və vətəndaşlar qüvvədə olan qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar;
– müvafiq dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri məlumatların qeyri-qanuni yayılması üzrə qərar qəbul edərkən qeyri-qanuni yayılmış məlumatın dövlət sirri təşkil etməsi haqqında ekspert rəyinə əsaslanırlar;
– hərbi sahədə dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılması nəticəsində dövlətin təhlükəsizliyinə ziyan vura bilən məlumatların yayılması faktı ilə bağlı materiallar üzrə keçirilən ekspertizanın rəyindən asılı olaraq materiallar hüquq mühafizə orqanlarına göndərilir;
– dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 284-cü (dövlət sirrini yayma) maddələrinə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsinə uyğun məsuliyyətə cəlb olunurlar.
Dövlətin təhlükəsizliyinin təmin olunmasında onun hər bir vətəndaşının rolu vacibdir.
Ona görə də Azərbaycan Respublikasının hər bir vətəndaşının, əsasən də cəbhəboyu zonada yaşayan vətəndaşların dövlət sirri təşkil edən məlumatları yayan, eləcə də dövlət sirri təşkil edən məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə verən, yaxud vermək məqsədi ilə oğurlayan, toplayan və ya saxlayan şəxslər barədə yaxınlıqdakı hərbi hissələrə, yerli hüquq mühafizə orqanlarına və təhlükəsizlik orqanına məlumat vermək müqəddəs borcudur.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Dövlət sirri mühafizə xidməti
7 sentyabr 2004-cü ildə qəbul edilmiş 733-IIQ saylı
“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunundan çıxarış
Bu maddədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin fəaliyyətinə aid olan məlumatların altından xətt çəkilmişdir.
Maddə 5. Dövlət sirri təşkil edən məlumatların siyahısı
5.1. Hərbi sahədə aşağıdakı məlumatlar dövlət sirrini təşkil edir:
5.1.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, başqa silahlı birləşmələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər qoşunlarının strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyatların hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında;
5.1.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında;
5.1.3. silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri, resepturaları və ya texnologiyaları haqqında;
5.1.4. milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq, yer təki və akvatoriyalar ayrılması haqqında;
5.1.5. qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında;
5.1.6. Azərbaycan Respublikası ərazisinin müdafiə və mühüm iqtisadi əhəmiyyətli geodeziya məntəqələrinin və coğrafi obyektlərinin koordinatları haqqında.
5.2. İqtisadi sahədə aşağıdakı məlumatlar dövlət sirrini təşkil edir:
5.2.1. Azərbaycan Respublikasının və onun ayrı-ayrı bölgələrinin mümkün hərbi əməliyyatlara hazırlıq planlarının məzmunu, silah və hərbi texnikanın istehsalı və təmiri üzrə sənayenin səfərbərlik gücü, hərbi sahədə istifadə edilən xammal və materialların strateji növlərinin göndərilməsi həcmi, ehtiyatları, həmçinin dövlət material ehtiyatlarının yerləşdirilməsi, faktik həcmi və istifadəsi haqqında;
5.2.2. Azərbaycan Respublikasının müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin olunması məqsədi ilə onun infrastrukturundan istifadə olunması haqqında;
5.2.3. mülki müdafiə qüvvələri və vasitələri, inzibati idarəetmə obyektlərinin dislokasiyası, təyinatı və müdafiə olunma dərəcəsi, əhalinin təhlükəsizliyinin təmin olunma dərəcəsi, dövlətin təhlükəsizliyinin təmin olunması üçün nəzərdə tutulan nəqliyyat və rabitənin fəaliyyəti haqqında;
5.2.4. dövlət müdafiə sifarişlərinin həcmləri, planları (tapşırıqları), silah, hərbi texnika və digər hərbi məhsulların buraxılması və göndərilməsi (pul və ya natura ifadəsində), onların buraxılışı üzrə mövcud güc və bu gücün artırılması haqqında, göstərilən silah, hərbi texnika və digər hərbi məhsulları işləyib hazırlayan və ya istehsal edən müəssisələr, onların kooperasiya üzrə əlaqələri haqqında;
5.2.5. dövlətin təhlükəsizliyinə təsir edən mühüm müdafiə və ya iqtisadi əhəmiyyəti olan elmi və texniki nailiyyətlər, elmi-tədqiqat, təcrübi-konstruktor, layihə işləri və texnologiyaları haqqında;
5.2.6. siyahısı qanunvericiliklə müəyyənləşdirilən strateji növlü faydalı qazıntıların ehtiyatlarının, istehsalının, idxalı və ixracının, satışının həcmi, dövlət ehtiyatları haqqında, pul əskinazlarının, qiymətli kağızların hazırlanması, saxtalaşdırmadan qorunması, həmçinin dövlətin maliyyə fəaliyyətinin digər xüsusi tədbirləri haqqında.
5.3. Xarici siyasət sahəsində aşağıdakı məlumatlar dövlət sirrini təşkil edir:
5.3.1. Azərbaycan Respublikasının xarici-siyasi və xarici-iqtisadi fəaliyyəti haqqında, əgər onların vaxtından əvvəl açıqlanması dövlətin təhlükəsizliyinə ziyan vura bilərsə;
5.3.2. Azərbaycan Respublikasının digər dövlətlərlə hərbi, elmi-texniki və başqa sahələrdə əməkdaşlığı haqqında, əgər onların vaxtından əvvəl açıqlanması tərəflərdən heç olmasa biri üçün diplomatik fəaliyyətinin həyata keçirilməsində çətinlik yaranmasına səbəb ola bilərsə.
5.4. Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahəsində məlumatlar:
5.4.1. kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin qüvvə və vasitələri, mənbələri, metodları, planları və nəticələri haqqında, habelə bu fəaliyyətin maliyyələşdirilməsinin göstəriciləri haqqında, əgər bu göstəricilər sadalanan məlumatları açıqlayırsa;
5.4.2. kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında;
5.4.3. dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin olunmasının təşkili, qüvvə və vasitələri, metodları haqqında, habelə bu fəaliyyətin maliyyələşdirilməsinin göstəriciləri haqqında, əgər bu göstəricilər sadalanan məlumatları açıqlayırsa;
5.4.4. şifrlənmiş, o cümlədən kodlaşdırılmış və məxfiləşdirilmiş rabitə sistemləri haqqında, şifrlər, şifrlərin işlənməsi və hazırlanması, onlarla təminat, şifrləmə və xüsusi mühafizə vasitələri haqqında, xüsusi təyinatlı informasiya-analitik sistemləri haqqında;
5.4.5. məxfi məlumatların mühafizəsi metodları və vasitələri haqqında;
5.4.6. dövlət sirrinin mühafizəsinin təşkili və faktiki vəziyyəti haqqında;
5.4.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi haqqında;
5.4.8. Azərbaycan Respublikasında dövlətin müdafiəsinin, təhlükəsizliyinin və hüquq-mühafizə fəaliyyətinin təmin olunması ilə əlaqədar dövlət büdcəsinin xərcləri haqqında;
5.4.9. dövlətin təhlükəsizliyinin təmin olunması məqsədilə keçirilən tədbirləri açıqlayan kadr hazırlığı haqqında.
Hökumət dövlət sirri ilə bağlı qərarı dəyişdirdi
Nazirlər Kabineti “Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi qaydasının təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edilb.
BAKU.WS-in məlumatına görə, “Dövlət sirri haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanununun tətbiqinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi qaydasının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1. Adında və 1-ci hissəsində “Vəzifəli şəxsin və ya vətəndaşın” sözləri “Vəzifəli şəxslərin və vətəndaşların” sözləri ilə əvəz edilsin və “və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi” sözləri çıxarılsın.
2. Həmin qərarla təsdiq edilmiş “Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi Qaydası” üzrə:
2.1. adında “Vəzifəli şəxsin və ya vətəndaşın” sözləri “Vəzifəli şəxslərin və vətəndaşların” sözləri ilə əvəz edilsin və “və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi” sözləri çıxarılsın;
2.2. 1-ci hissənin birinci abzasından “və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi” sözləri çıxarılsın, üçüncü və dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:
“Vətəndaşların xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.7-ci maddəsində nəzərdə tutulmuş əsasın olub-olmaması barədə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (bundan sonra – təhlükəsizlik orqanı) rəyi nəzərə alınmaqla, prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.
Digər dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirlərini təhlükəsizlik orqanı həyata keçirir.”;
2.3. 2-ci hissədən “və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi” sözləri çıxarılsın;
2.4. 4-cü hissə üzrə:
2.4.1. ikinci abzasda “edilmiş” və “məlumatların yayılmaması” sözləri müvafiq olaraq “ediləcək” və “məlumatları yaymayacağı” sözləri ilə əvəz edilsin;
2.4.2. üçüncü abzasdan “rəsmi” sözü çıxarılsın;
2.4.3. altıncı abzas aşağıdakı redaksiyada verilsin:
“Vətəndaşın ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında götürdüyü öhdəliyi onunla işəgötürən arasında bağlanan əmək müqaviləsində, işə (xidmətə) qəbul əmək müqaviləsi ilə həyata keçirilmədikdə isə iltizamnamədə əks olunur. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə yol verilmir.”;
2.4.4. yeddinci abzasın birinci cümləsinə “buraxılışı rəsmiləşdirilən” sözlərindən əvvəl “dövlət sirri ilə işləməyə” sözləri əlavə edilsin və ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının Baş Prokurorluğunda, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirlərinin həcmi və keçirilmə qaydası bu orqanlar tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmaqla təsdiq edilir.”;
2.4.5. aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:
“Digər dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarında dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirlərinin həcmi və keçirilmə qaydası təhlükəsizlik orqanı tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmaqla təsdiq edilir.”;
2.5. 6-cı hissə üzrə:
2.5.1. altıncı abzasdan “və yenidən rəsmiləşdirilməsi” sözləri çıxarılsın və həmin abzasda “tədbirləri” sözü “tədbirlərini təhlükəsizlik orqanı (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti)” sözləri ilə, “keçirilir” sözü “keçirir” sözü ilə əvəz edilsin;
2.5.2. yeddinci abzasa “rəsmiləşdirilməsi” sözündən sonra “təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən)” sözləri əlavə edilsin;
2.6. 9-cu hissənin ikinci abzasının ikinci cümləsinə “yerləşdiyi” sözündən sonra “təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin)” sözləri əlavə edilsin;
2.7. 10-cu hissənin birinci abzasına “yalnız” sözündən sonra, 14-cü hissənin ikinci abzasının ikinci cümləsinə “rəhbəri” sözündən sonra və 22-ci hissəyə birinci halda “qərar” sözündən sonra “təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən)” sözləri əlavə edilsin;
2.8. 13-cü hissənin birinci abzasının birinci cümləsində, dördüncü, beşinci abzaslarında, 15-ci hissənin altıncı, yeddinci, 26-cı hissənin ikinci, üçüncü, 30-cu hissənin yeddinci abzaslarında, 31-ci hissənin birinci abzasının üçüncü cümləsində, 35-ci hissənin üçüncü və 36-cı hissənin beşinci abzaslarında ismin müvafiq hallarında “yoxlama tədbirlərini keçirən müvafiq orqan” sözləri ismin müvafiq hallarında “təhlükəsizlik orqanı (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti)” sözləri ilə əvəz edilsin;
2.9. 16-cı hissənin ikinci cümləsində, 26-cı hissənin birinci və 35-ci hissənin ikinci abzaslarında ismin müvafiq hallarında “yoxlama tədbirlərini keçirən müvafiq orqanlar” sözləri ismin müvafiq hallarında “təhlükəsizlik orqanı (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti)” sözləri ilə əvəz edilsin;
2.10. II bölmənin adı aşağıdakı redaksiyada verilsin:
“II. Dövlət sirri ilə işləməyə buraxılışın rəsmiləşdirilməsi”;
2.11. 17-ci hissə üzrə:
2.11.1. birinci, ikinci, dördüncü və beşinci abzaslar aşağıdakı redaksiyada verilsin:
“Dövlət sirri ilə işləməyə buraxılışı rəsmiləşdirilən vətəndaşlar belə məlumatlarla işləməyə buraxılmaqdan imtina edilməsinə səbəb olan xəstəliklərininolmaması barədə tibbi arayışı kadr aparatına təqdim edir və anket (forma 2) doldururlar. Onlar anketdə doğru məlumatlar göstərməyə borcludurlar.
İşə (xidmətə) qəbulu rəsmiləşdirilən vətəndaşla söhbət zamanı kadr aparatının işçiləri anketdə göstərilən məlumatları onun şəxsi sənədləri (pasport, şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası, təhsil haqqında diplom və s.) ilə üzləşdirir, anketin ayrı-ayrı suallarını dəqiqləşdirir, anket suallarında nəzərdə tutulmayan maraq doğuran məlumatları müəyyənləşdirir, son bir il ərzində vətəndaşdan məxfi işlərlə, sənədlərlə və məlumatlarla əlaqəsi olub-olmadığını, onun dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə öhdəlik götürüb-götürmədiyini, rejimli obyektlərdə işləyib-işləmədiyini (xidmət edib-etmədiyini) aydınlaşdırır, zəruri arayış və sənədləri sorğu edir və vətəndaşı dövlət sirrini yaymamaq barədə öhdəliyin (forma 9 və ya 9-1) mətni ilə tanış edirlər. İki nüsxədə tərtib edilmiş öhdəliyin (forma 9 və ya 9-1) bir nüsxəsi işçinin şəxsi işində, ikinci nüsxəsi isə dövlət sirrinin mühafizəsi üzrə bölmədə saxlanılır. Bu öhdəliklər kadr aparatında əmək müqavilələrinin qeydiyyat jurnalında qeydiyyata götürülür.
İşə qəbulu əmək müqaviləsi ilə həyata keçirilən vətəndaşın dövlət sirri təşkil edən məlumatları yaymamaq barədə dövlət qarşısında götürdüyü öhdəliyi Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq, həmçinin “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əmək müqaviləsinə əlavə kimi rəsmiləşdirilir.
Dövlət sirri ilə işləməyə buraxılışı rəsmiləşdirilən vətəndaşın anketi kadr aparatının işçisi tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Anket, tibbi arayış və vətəndaş tərəfindən imzalanmış öhdəlik (forma 9 və ya 9-1) dövlət sirrinin mühafizəsi üzrə bölməyə təqdim edilir.”;
2.12. 18-ci hissə üzrə:
2.12.1. ikinci abzasa “işlərə” sözü “vəzifələrə” sözü ilə əvəz edilsin;
2.12.2. üçüncü abzasda “buraxılış rəsmiləşdirilən” sözləri “dövlət sirri ilə işləməyə buraxılışı rəsmiləşdirilən” sözləri ilə əvəz edilsin;
2.12.3. dördüncü abzasa “yoxlama” sözündən əvvəl “təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən)” sözləri əlavə edilsin;
2.13. 19-cu hissə üzrə:
2.13.1. birinci abzasda və “ç)” yarımbəndinin ikinci cümləsində “yoxlama tədbirlərini keçirən müvafiq orqana” sözləri “təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə)” sözləri ilə, “a)” yarımbəndinin ikinci cümləsində “orqanın” sözü “təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin)” sözləri ilə əvəz edilsin;
2.13.2. “d)” yarımbəndinə “buraxılışı rəsmiləşdirilən” sözlərindən əvvəl “dövlət sirri ilə işləməyə” sözləri əlavə edilsin;
2.14. 21-ci hissə üzrə:
2.14.1. birinci abzasın birinci cümləsinə “əlaqədar olaraq,” sözlərindən sonra “təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən)” sözləri əlavə edilsin və həmin cümlədə “dövlət sirrinə buraxılışın rəsmiləşdirilməsi barədə müqavilə (forma 9) ilə” sözləri “dövlət sirrini yaymamaq barədə öhdəliklə (forma 9 və ya 9-1)” sözləri ilə əvəz edilsin;
2.14.2. üçüncü abzasda “buraxılış rəsmiləşdirilən” sözləri “işləməyə buraxılışı rəsmiləşdirilən” sözləri ilə, “yoxlama tədbirlərini həyata keçirən orqana” sözləri “təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə)” sözləri ilə əvəz edilsin;
2.15. 23-cü hissə üzrə:
2.15.1. birinci abzasda “bu” sözü “Dövlət sirri haqqında” sözləri ilə əvəz edilsin;
2.15.2. ikinci abzasın ikinci cümləsində “rəsmiləşdirilən” sözü “dövlət sirri ilə işləməyə buraxılan” sözləri ilə, “orqanın” sözü “təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin)” sözləri ilə əvəz edilsin və həmin cümləyə “məlumat” sözündən əvvəl “yazılı” sözü əlavə edilsin;
2.16. 24-cü hissə üzrə:
2.16.1. dördüncü abzasda “buraxılış rəsmiləşdirilən vətəndaşın” sözləri “dövlət sirri ilə işləməyə buraxılışı rəsmiləşdirilən vətəndaşların” sözləri ilə əvəz edilsin və həmin abzasa “yalnız” sözündən sonra “təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən)” sözləri əlavə edilsin;
2.16.2. beşinci abzasa “(forma 6)” sözündən sonra “təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən)” sözləri əlavə edilsin;
2.16.3. dördüncü və altıncı abzaslarda ismin müvafiq hallarında “yoxlama tədbirlərini keçirən müvafiq orqan” sözləri ismin müvafiq hallarında “təhlükəsizlik orqanı (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti)” sözləri ilə əvəz edilsin;
2.17. 25-ci hissənin ikinci abzasının üçüncü cümləsində “yoxlama tədbirlərini keçirən müvafiq orqanın” sözləri “təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin)” sözləri ilə, “həmin orqana” sözləri “təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə)” sözləri ilə əvəz edilsin;
2.18. 27-ci hissənin üçüncü abzasının ikinci cümləsinə “rəsmiləşdirilən” sözündən əvvəl “dövlət sirri ilə işləməyə buraxılışı” sözləri əlavə edilsin;
2.19. 32-ci hissənin ikinci abzası üzrə:
2.19.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Əgər yenidən rəsmiləşdirmə tələb olunmursa, vətəndaş dövlət sirri təşkil edən məlumatları yaymamaq barədə öhdəliyi (forma 9 və ya 9-1) imzaladıqdan sonra təşkilat rəhbəri onun dövlət sirri ilə işləməyə buraxılması barədə bu Qaydanın 22-ci hissəsinə uyğun olaraq qərar qəbul edir.”;
2.19.2. ikinci cümləyə “həmçinin,” sözündən sonra “təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən)” sözləri əlavə edilsin və həmin cümlədə “yoxlama tədbirlərini keçirən müvafiq orqana” sözləri “təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə)” sözləri ilə əvəz edilsin;
2.20. 34-cü hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Bu zaman dövlət sirri təşkil edən məlumatları yaymamaq barədə öhdəlik (forma 9 və ya 9-1) və vərəqələr (forma 3 və 8) müəyyən edilmiş vaxt ərzində (forma 9 və ya 9-1şəxsin tanış olduğu məlumatın məxfilik müddətində, forma 3 beş il, forma 8 bir il) dövlət sirrinin mühafizəsi üzrə bölmədə saxlanılır, bundan sonra isə aktla məhv edilir və aktın bir nüsxəsi yoxlama tədbiri keçirən orqana göndərilir.”;
2.21. həmin Qaydaya edilmiş əlavələrin yuxarı sağ küncündə “Vəzifəli şəxsin və ya vətəndaşın” sözləri “Vəzifəli şəxslərin və ya vətəndaşların” sözləri ilə əvəz edilsin;
2.22. həmin Qaydaya edilmiş əlavələrlə bağlı formalar üzrə:
2.22.1. forma 1-in “Qeyd”inin 4-cü hissəsində “məlumatlara buraxılış rəsmiləşdirilməli” sözləri “məlumatlarla işləməyə buraxılışı rəsmiləşdirilməli” sözləri ilə əvəz edilsin;
2.22.2. forma 2-nin 23-cü hissəsində “Buraxılış rəsmiləşdirilən” sözləri “Dövlət sirri ilə işləməyə buraxılışı rəsmiləşdirilən” sözləri ilə əvəz edilsin;
2.22.3. forma 3-ün 7-ci hissəsində
“_________________________________________
(yoxlama tədbirlərini keçirən orqanın adı)
tərəfindən” sözləri “Azərbaycan Respublikasının təhlükəsizlik orqanları tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən)” sözləri ilə əvəz edilsin;
2.22.4. forma 4-ün adında və birinci abzasında “Buraxılış rəsmiləşdirilən” sözləri “Dövlət sirri ilə işləməyə buraxılışı rəsmiləşdirilən” sözləri ilə əvəz edilsin;
2.22.5. forma 6-da “Üçüncü forma üzrə buraxılış rəsmiləşdirilməsi üçün keçirilən ilkin yoxlama tədbirləri haqqında qeyd” sözləri “Üçüncü forma üzrə buraxılış rəsmiləşdirilməsi üçün keçirilən ilkin yoxlama tədbirləri haqqında təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin) qeydi” sözləri ilə, “Yoxlama tədbirlərini keçirən müvafiq orqanın” sözləri “Təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin)” sözləri ilə, “müvafiq orqanlar” sözləri “təhlükəsizlik orqanları (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti)” sözləri ilə əvəz edilsin;
2.23. forma 9 aşağıdakı redaksiyada verilsin:
“Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması Qaydası”na əlavə
Comments are closed, but trackbacks and pingbacks are open.