Press "Enter" to skip to content

Bəxtiyar Hacıyev təkcə əxlaqsızlıq edibmi

21. Понятие , структура и нормативные основы политической системы.

Dövlət və hüquq nəzəriyyəsi (azərbaycan, rus və ingilis bölmələri)

15. Hüquq sisteminin quruluşu, sahələrə bölünməsinin meyarları.

16. Hüquq normalarının anlayışı və məntiqi quruluşu.

17. Hüququn realizə anlayışı və formaları.

18. Təfsirin subyektlərə görə növləri.

19. Təfsirin həcminə görə növləri.

20. Hüquq pozuntusunun anlayışı, əlamətləri və növləri.

21. Siyasi sistemin anlayışı, strukturu və normativ hüquqi əsasları.

22. AR qanunvericiliyinə görə hüquq məsuliyyətindən azadetmə əsasları.

23. Hüquqi məsuliyyətin anlayışı və növləri.

24. Hüquqi tənzimetmə mexanizminin anlayışı və elementləri.

25. Hüquqyaratmanın anlayışı, növləri, formaları.

26. Hüquq sisteminin anlayışı, qanunvericilik sistemi ilə nisbəti.

27. Hüquq münasibətinin anlayışı və tərkibi.

28. Normativ-hüquqi aktların zamana, məkana və şəxslərə görə qüvvəsi.

29. Normativ-hüquqi aktların sistemləşdirilməsi: anlayışı və növləri.

30. Hüquqauyğun davranışın anlayışı və növləri.

КАФЕДРА: ТЕОРИЯ И ИСТОРИЯ ГОСУДАРСТВА И ПРАВА

Государственные экзаменационные вопросы

по Теории права

на 2020-2021 учебный год (очное и заочное отделение)

  1. Классификация правовых норм.
  2. Понятие законности, ее соотношение с правопорядком.
  3. Понятие и структура правосознания.
  4. Понятие, признаки и основные принципы права.
  5. Соотношение права с другими социальными нормами.
  6. Понятие и классификация источников права.
  7. Понятие и признаки норм права.
  8. Юридические факты. Фактический состав.
  9. Функции права.

10. Способы толкования.

11. Право в объективном и субъективном аспектах.

12. Пробелы в праве и способы их восполнения.

13. Закон: понятие и виды.

14. Соотношение государства и права.

15. Структура системы права. Критерии разделения на отрасли права.

16. Понятие и логическая структура норм права.

17. Понятие и формы реализации права.

18. Понятие и виды толкования по субъектам.

19. Виды толкования по объему.

20. Понятие, признаки и виды правонарушения.

21. Понятие , структура и нормативные основы политической системы.

22. Основания освобождения от юридической ответственности по зако­нода­тельству Азербайджанской Республики.

23. Понятие и виды юридической ответственности.

24. Понятие и элементы механизма правового регулирования.

25. Понятие, виды и формы правотворчества.

26. Понятие системы права, ее соотношение с системой зако­но­да­тельства.

27. Понятие и состав правоотношений.

28. Действие нормативно-правовых актов во времени, в пространстве и по кругу лиц.

29. Систематизация нормативно-правовых актов: понятие и виды.

30. Понятие и виды правомерного поведения.

DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİ VƏ TARİXİ KAFEDRASI

2020-2021-ci tədris ilində keçiriləcək

Hüquq nəzəriyyəsi fənnindən

Yekun dövlət imtahanı sualları (əyani və qiyabi şöbə üzrə)

İNGİLİS BÖLMƏSİ

  1. Classification of the legal norms.
  2. The concept and ratio of Legality and the Rule of Law.
  3. The notion and structure of legal consciousness.
  4. The notion, features and main principles of law.
  5. The relationship between law and social norms.
  6. Sources of law: definition and types.
  7. The concept and classification of the norms of law.
  8. Legal facts. The factual composition.
  9. The functions of law.

10. Types of interpretation.

11. In the objective and subjective aspect of Law

12. Legal gaps: the notion and ways of their resolution.

13. The notion, features and types of law/statute.

14. Lawmaking process.

15. The notion, structure and classification of the legal system.

16. The notion and structure of the legal norms.

17. The notion and forms of realisation of law.

18. Types of interpretation according to subjects.

19. Types of interpretation according to volume.

20. The concept, characteristics and types of legal offenses.

21. The concept, structure and normative legal ground of the political system.

22. Grounds for excluding legal responsibility according to the legislation of the Republic of Azerbaijan.

23. The notion and features of legal responsibility.

24. The notion and elements of legal regulation mechanism.

25. The notion, features and types of lawmaking.

26. The notion of legal system, its ratio with the legislative system.

27. The concept and features of legal relations.

28. The effect of normative legal acts in time, in space and on persons.

29. Systematization of normative legal acts: concept ant types.

30. The concept and types of lawful behavior.

Hüquq fakültəsinin dekanı Əmir Əliyev

Tədris MŞ-nın sədri Mais Əliyev

Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri Məsumə Məlikova

Bəxtiyar Hacıyev təkcə əxlaqsızlıq edibmi?

Bəxtiyar Hacıyevin şəxsi hesablarından ayrı-ayrı ictimai fəallarla bağlı yayılan məlumatlar – görüntülər və yazışmalar təkcə əxlaqsıqlıqdırmı? Əlbəttə ki, yox! Amma təəssüf ki, cəmiyyətin əksər kəsimi məsələnin məhz əxlaq tərəfinə daha çox diqqət göstərir. Bu, ilk baxışdan əslində təbiidir. Çünki baş verənlər, doğrudan da ən böyük əxlaqsızlıqdır. Bəxtiyarı müdafiə edən, onunla çörək kəsən, özünə yaxın bilən hər kəsin qadınına göz qoymağın adı ən yumşaq formada elə əxlaqsızlıqdır.

Fəqət başqa, daha vacib məqam kənarda qalıb. Bəxtiyar Hacıyevin qadınlara məxsus məlumatları arxivləşdirməsi, bütün bu yazışmaları saxlaması həm də hüquqi müstəvidə araşdırılmalıdır. Buna yalnız əxlaqsızlıq prizmasından yanaşıb, məsələnin hüquqi tərəfini kənara qoymağın özü, heç bir əndazəyə sığmayan hərəkətlərin üzərindən sakitcə keçmək, ona haqq qazandırmaq deyilmi? Niyə buna yalnız əxlaq çərçivəsindən yanaşılmalıdır? Ünsiyyətdə olduğu bütün qadınları lentə almaq, telefon danışıqlarını saxlamaqda bu ictimai “fəalın” məqsədi nə olub? Bu psixoloji problemdirmi, yoxsa rasional məqsəd daşıyıb? Kim tam əminliklə deyə bilər ki, bu lent və yazılarla həmin qadınlar şantaj olunmayıb? Olunmayıbsa, Harvard məzununun belə planının olmadığını kim arxayınlıqla söyləyə bilər?

Suallar çoxdur və bütün bunlara hüquq çərçivəsində cavab verəsi şəxs məhz elə Bəxtiyarın özüdür. Məsələni siyasiləşdirmək kimisə hüquqi məsuliyyətdən yayındıra bilməz. Məsələyə bu tərəfdən yanaşılsa, yəni hüquqi aspektdən baxılsa, bu adamı kor-koranə müdafiə xətti seçənlər, elə Bəxtiyarın özü yenəmi durumu siyasiləşdirməyə cəhd edəcək (lər)?

Hamıya bəllidir ki, Bəxtiyar Hacıyev ilk baxışdan ağlı başında olan adam idi və ya bu görüntünü yarada bilmişdi. İndi görünür ki, xeyr, bu, heç də belə deyilmiş. Bəxtiyarın gün işığı görən arxivi başqa mətləblərdən xəbər verir. Adamın ya psixi problemi var, ya da. Məhz bu “ya da” lar, başqa variantlar mütləq araşdırılmalıdır.

Bir sözlə, Bəxtiyarın bütün əxlaqi çərçivələri aşan davranışları əsl qiymətini almalıdır. Bu qiymət əxlaqsız, məişət pozgunu adı ilə məhdudlaşmamalıdır. Yazışmalardan da göründüyü kimi, bu qədər qadına zərbə vuran, onlarla yazışmalarını arxivləşdirən bir adam həmin insanlara, onların ailələrinə, yaxınlarına vurduğu zərbəyə görə də hüquqi baxımdan cavabını almalıdır. Mətbuatda artıq yazışmaları yayılan qadınların bəzilərinin hüquq-mühafizə orqanlarına müraciət etdiyi də bildirilir. Bu müraciətlərin özü də baş verənlərin hüquq prizmasından baxılmasını zəruri edir.
Bütün bunları bir qırağa qoyub, görüntülərin, yazışmaların sırf necə yayıldığına da fokuslanmaq doğru deyil. Rəsmi məlumatda məsələnin bu tərəfinin də araşdırıldığı vurğulanır. Məhz məsələnin bu tərəfinin üzərində dayananlar çoxluqda deyil və onların da yaşananlara məhz siyasi don geyindirmək cəhdləri uğursuzluğa məhkumdur. Əxlaqsızlıq, hüquq pozuntusu olan davranışlar törədənə siyası don geyindirib qahmar çıxmaq məsələyə əxlaqi yanaşma deyil.

Elman BABAYEV

Dövlt v hüquq nzriyysi

Alimlər getdikcə müasir qadınların daha çox frigid olması barədə həyəcan təbili çalır. Hazırda apteklərdə tibbin təsdiqlədiyi kişi viaqrası açıq satışdadır və hər gun minlərlə kişi tərəfindən alınır. Bəs farmakologiya qadınlar üçün şəhvət artırıcı viaqra tipli dərmanlar icad edibmi və əgər belə bir preparat varsa effekti necədir? Niyə hələ də apteklərdə belə vasitələr açıq satılmır?

Gent.az qadınlar üçün dünyada mövcud olan qadın preparatlarını araşdırıb.

Frigid qadın necə olur?

Frigidlik tibbi bir diaqnozdur və təxminən 20% qadınlarda bu diaqnoz var. Əsas əlamətləri:

  • Seksual əlaqə istəyinin həftədə 1 dəfəyə düşməsi, ayda 5 dəfəyə çatmaması
  • Seksual stimulyasiyaya cavab verməməsi
  • Kişi ilə intim münasibətə biganəlik
  • Seksual marağın olmamasına görə daxili narahatlıq
  • Depressiya

Seksual istək nədən asılıdır?

Bir çox ailələrdə evlilikdən 5 il sonra qadınla kişi arasında intim problemlər başlayır. Çox zaman qadınlar kişidən qaçmağa, yataqdan yayınmağa başlayır. Əvvəllər bu barədə açıq danışılmır, yazılmırdı. Amma indi müasir qadın və kişiləri bu sual narahat edir. Nəyə görə qadınlarda ehtiras sönür və seksə istəksizlik yaranır?

Bir çox seksoloqlar bildirir ki, qadınlarda şəhvət hissi kişilərdən tamamilə fərqlidir və cinsi orqandan asılı deyil. Burda hormonlar, vəzlər, beyin, psixologiya, yumurtalıqlar, ümumi sağlamlıq, kişi ilə münasibət, ab-hava çox rol oynayır. Hamiləlik və doğuşdan sonra, müəyyən hormonal disbalansdan qadınlarda libido azalır, seksual istək sönür. Eləcə də yaşla bağlı bu istək getdikcə azalır.

Amerikalı psixiatr bu problemi bir cümlə ilə çox gözəl izah edib: “Kişilərdə cinsi istəksizliyin 3 tipi var: ereksiya, ereksiya, ereksiya. Hər şey də bunun üzərindədir.

Qadınlarda bu problemin bir səbəbi var: arzu, istək, arzu. Bu yoxdursa, heç bir dərman kömək edə bilməz

İlk qadın “Viaqra”sı

ABŞ farm industriyası çox çək-çevirdən sonra nəhayət ki, Flibanserin tərkibli “Qadın Viaqrası” hazırladı. O, kiçik çəhrayı tabletlər formasındadır və hələ ki, ancaq ABŞ-da satılır. Lakin bu dərmanın tərəfdarları kimi, əleyhdarları da çoxdur.

İlk öncə Flibanserin antidepressant kimi nəzərdə tutulmuşdu. Lakin klinik sınaqlarda iştirak edən qadınlar dərmanın intim sferaya təsir etdiyini etiraf ediblər. Flibanserin neyrotransmitterlər olan dopamin, noradrenalin və serotoninin balansını tənzimləyib. Beləliklə, dərman qadının beyninə təsir edərək, biokimyəvi balansı normallaşdırdığından, seksual marağı da artırıb. Amerikalı qadınlar statistik olaraq, həftədə 2 dəfə intim münasibətdə olurdular. Bu dərmanı istifadə edənlər istəyin həftədə 3 dəfəyə qalxdığını bildirdilər. İstehsalçılar bu effekti gördükdən sonra yeni “viaqra” kəşf etdiklərini anladılar.

Barbara Qattuzo adlı qadın 3 həftə bu preparatı qəbul etdikdən sonra tamam başqa insan olduğunu, gecə yarı oyanıb ərini sığalladığını bildirib.

Flibanserinin əks təsirləri də ola bilər: ürəkbulanma, yuxululuq, baş gicəllənmə, ürək ritmi pozulması. Lakin bu zərərlər kişi viaqrasına baxanda azdır. Bu dərman kişilərdəki kimi cinsi orqana yox, məhz beyinə təsir edir. Çünki qadının istək reseptorları vaginal yolda deyil, beyindədir.

Ona görə də beyinə təsiri olduğu üçün bu tip dərmanlar ciddi həkim resepti ilə satılmalı olduğundan açıq şəkildə apteklərdə satışı problem yaradır. Rusiya və MDB ölkələrində, eləcə də Şərq dövlətlərində bu dərmanı satmırlar və belə bir fikir hələ ki, yoxdur.

Yeni preparatlar gəlir

Amerika və İsraildə yeni qadın Viaqrası üzərində iş gedir: onun adı Lybirodur. Tabletin tərkibində Sildenafil var, o beyin və əzələləri oyandırır.

İkinci dərmanda isə hormon var. O, seksual reaksiyaya cavabdeh reseptorları stimullaşdırır. Lakin onların rəsmi satışını görmək üçün bir neçə il gözləmək lazımdır.

İnternetdə afrodiziak təsirli preparatlar

Hazırda dünyanın bir çox alış-veriş saytlarında Çin, Tailand, Avropa istehsalı bir sıra dərman preparatları “boz zonada” satılır. Çox baha qiymətə satılan bu dərmanlar elə reklam olunur ki, kişilər belə onları almaq istəyir. Lakin onların 99% -nin tibbi rəyi, sınağı yoxdur.

Dərmanların təlimatı da səhv yazılır. Məsələn, qadınlar üçün oyadıcı dərmanlar müntəzəm davamlı istifadə etdikdə, müəyyən müddətdən sonra təsiri başlayır. İnternetdə isə təlimatda əlaqədən öncə, həmin gün istifadə et yazılır. Təbii ki, bu zaman heç bir təsir də olmur. Yenə də qeyd edək ki, qadınlar üçün Viaqra kişilərdəki kimi həmin an təsir etmir.

Testosteronlu plastırlar

Bu kişi hormonu az da olsa qadınlarda da var. Ona görə də kişi və qadınların cinsi problemlərində bu hormon istifadə olunur. Qadınlar üçün bu dəriyə yapışan plastır formasındadır. Eləcə də testosreron tərkibli inyeksiyalar olur.

Bremelanotid iynələri

İnyeksiya formasında buraxılır, mütləq intim münasibətdən 1 saat öncə dəri altına yeridilir. Bu dərman Çin, Cənubi Koreya, ABŞ-da qeydiyyatdan keçəcək. Amma bütün bu dərmanlar qeyri-rəsmi olaraq internetdə satılır.

Qadınlar üçün seksual BAD-lar, dərmanlar, plastırlar, gellər, afrodiziak məhsullar kişilər üçün olanlardan daha bahadır. Məsələn, aylıq müalicə kursu 200-300 dollara çatır. Ən zəif gel belə 30-40 dollara satılır. İnyeksiyalar isə 50-70 dollardan başlayır.

İspan böcəyinin gücü

Rusiyada internet saytlarda İntim məhsullar bölməsində qadınlar üçün ehtiras artırıcı ən müxtəlif vasitələr satılır. Burda çeşid çoxdur. Moskvada ən məşhuru “İspanskaya muşka” deyilən içilməli konsentrantdır.

Eləcə də ehtiraslandırıcı damcılar “Zolotaya Lisa”, “Libido”, “Natural Viagra” və s. vasitələrin təsiri barədə bunlar yazılıb: Preparat qadın cinsi vəziləri stimullaşdırır, hormonların sekresiyasını artırır, seksual istəyin əlamətləri yaranır: üz, yanaqlar qızarır, ürək döyünmə artır, aşağı çanaq orqanlarına qan artır, vaginal ifrazat çoxalır, hissiyat artır. Orqazm hiss etməyən qadınlarda effekt verir.

Preparatın tərkibində isə bitkilərdən, zəfəran, kordiseps, müxtəlif Çin adlarında bitkilərin ekstraktları qeyd olunub. Ən güclü ehtiraslandırıcı konsentrasiya İspan muşkası adlanan böcəkdən alınır. O, qadın libidosunu artıran güclü vasitə hesab edilir.

Azərbaycanda nə satılır?

Çəhrayı qadın Viaqrası Azərbaycanda satışda yoxdur. Apteklərdə ümumiyyətlə qadınlar üçün seksual həvəs artıran dərmanlar tapmazsız. Sadəcə bir neçə Dubay və Çin istehsalı BAD-lar, gellər, kremlər, libido artıran bitki tərkibli çaylar bazarda yer alıb. Onların heç birinin Səhiyyə Nazirliyindən rəsmi sertifikatı yoxdur.

Onlayn internet resurslarında isə istehsal mənbəyi qeyri-leqal, tərkibi tibbi təsdiqlənməyən müxtəlif məcunlar, kremlər, qida əlavələri, Çin bazarından müxtəlif tabletlər, həblər, damcılar reklam olunur. Hətta kişi viaqrasının rəngini süni olaraq çəhrayıya boyayıb, saxta qadın viaqraları da satıla bilir. Türkiyənin məşhur saytlarında da vaginal kremlər, gellər, lubrikantlar, libido artırıcı mazlar və s. rast gəlinir.

Qadınlar necə müalicə olunmalıdır?

Bu kimi məhsulları qara bazardan almaq sağlamlıq üçün ciddi təhlükədir. Heç bir təsiri olmasa da, pul itkisindən başqa bir şey deyil. Həkim endokrinoloq Nuriyyə Eyvazova bildirir ki, qadınların hormonal fonu frigidliyə birbaşa təsir edir: “Kişilərdə intim sahədə testosteron, qadınlarda isə estrogen, proqesteron, testosteron üçlüyü rol oynayır. Qadınlarda seksual tələbata hipofiz, qalxanvari vəz və cinsiyyət vəziləri cavabdehdir. Əgər bu orqanların işi pozulubsa, hormonlar normadan az və ya çoxdursa, normal cinsi həvəsdən söhbət gedə bilməz. Bütün qadın libid preparatları da məhz bunları təmzimləməyə hesablanıb.

Qadınlar xaricdən cinsi orqana gel, krem, maz, dərman çəkməklə, ehtiras hissi gətirə bilməzlər.

Bu sadəcə orqanı stimullaşdıra bilər. Eləcə də kiçik çanaq orqanlarının qan dövranının pozulması belə problemlərə səbəb olur.Ona görə də intim hissiyatsızlığı olan qadınlar ilk növbədə endokrinoloqa, sonra ginekoloqa, daha sonra seksopatoloqa müraciət etməlidir.

Qanunsuz istehsal olunub satılan, guya müxtəlif bitkilərdən, yağlardan, otlardan hazırlanmış Çin məhsulları isə heç bir səhiyyə sertifikatına malik deyil. Onunla orqanizminizə zərər verə bilərsiniz. Həm Viaqra, həm də qadınlar üçün istənilən preparat reseptlə yazılmalıdır”.

Comments are closed, but trackbacks and pingbacks are open.