Press "Enter" to skip to content

Samir Abbasov: Dövlətçiliyimiz, tariximiz, mədəniyyətimizlə bağlı təbliğat işləri fəaliyyətimizin əsas istiqamətləridir

Məşədi Dadaş Məscidinin imamı, “Mənəvi Dünya ” İctimai Birliyinin sədri hacı Şahin Həsənli Azərbaycan dövlətçiliyi və din münasibətlərilə bağlı mətbuata verdiyi açıqlamada bildirib ki , din dövlətdən ayrı olsa da , dövlət səviyyəsində ona böyük qay ğı göstərilir. Hacı Şahin , həmçinin, onu da qeyd edir ki , Azərbaycanda dövlətçilik və din arasında çox sarsılmaz bir vəhdət var . Bu birliyin daha çox mənəvi mahiyyət daşıdığını deyən hacının sözlərinə görə, müstəqil Azərbaycan dövlətinin islam dininə verdiyi dəyər çox qiymətlidir: ” Son illərdə məscidlərin təmir və tikintisi , ziyarətgahlara göstərilən qayğı, dini bayramların dövlət səviyyəsində qeyd edilməsi, hətta Məhərrəm ayı ilə bağlı Yeni il şənliklərinin təntənəli qeyd olunmaması dövlətin islam dininə bəslədiyi böyük hörmətdir. Azərbaycanda dinin dövlətdən ayrı olmasına baxmayaraq , sadalanan tədbirlər birbaşa dövlət başçısının şəxsi təşəbbüsü ilə həyata keçirilir . Həmçinin, Azərbaycan Respublikasının Prezidenti xalqımızın müsəlman kimliyini daim vurğulayıb. Bu gün Azərbaycan xalqı özünün müstəqil, azad , suveren vətənində demokratik , hüquqi və dünyəvi dövlət qurmaq və möhkəmləndirmək uğrunda səylə çalışır, mübarizə aparır. İndi Azərbaycan dövləti daxili və xarici siyasət sahəsində heç bir m ərkəzin rəyini, razılığını almadan müstəqil hərəkət edir , siyasət yeridir . Əlbəttə, bu , azad , unitar dövlətin müstəqil, beynəlxalq meyarlara uyğun fəaliyyət göstərməsidir. Hazırda Azərbaycan dövlətçiliyində milli siyasətin, milli ideologiyanın tərkib hissəsi kimi xalqın mənəvi dəyərlərinə böyük diqqət yetirilir . Dövlətçiliyimizin inkişafında, daha da möhkəmlənməsində din amilindən də istifadə etmək vacib sayılır. Bu da təbiidir ki , bizim dinimizdə-islamda insanın mənəvi aləminə güclü nüfuzetmə xüsusiyyəti, güclü səfərbəredici potensial , hər cür əsarətə, zülmə nifrət, azadlıq və hürriyyətə hörmət ruhu var “.

Dövlətçiliyimiz

Azərbaycan 1918-1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuş, lakin xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu bu müstəqillik uzun sürməmişdir. Tarix üçün çox qısa bir zaman olsa da, əhəmiyyəti baxımından xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Mövcud olduğu müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin etmiş, daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağa çalışmışdır.
Cümhuriyyətin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və s. sahələrdə atdığı addımlar yarımçıq qalmamış, müstəqilliyini XX əsrin sonlarında yenidən bərpa edən dövlətimiz varislik ənənələrini yaşatmış, inkişaf etdirmişdir.
1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bununla da Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi.
Həmin tarixi və möhtəşəm gündən artıq 27 illik bir müddət keçir. Bu müddət ərzində Azərbaycan bütün sahələrdə misli görünməmiş inkişafa, tərəqqiyə nail olsa da, əldə edilən uğurlar asanlıqla başa gəlmədi. Müstəqillik və azadlıq qurbanlar bahasına, çətinliklə əldə olunur. Müstəqilliyimizin ilk illərində xalqımız, sözün həqiqi mənasında, ağır, məşəqqətli günlər yaşadı. 1988-ci ildən Ermənistanın Azərbaycana torpaq iddiası ilə başlayan münaqişə ölkəmizdə vəziyyəti son dərəcə ağırlaşdırdı. Ermənistandakı dədə-baba torpaqlarından deportasiya olunan soydaşlarımız Azərbaycana pənah gətirdi. Torpaqlarımızda müharibə gedirdi, çadır düşərgələrinin sayı gündən-günə artırdı. Dağlıq Qarabağ, həmçinin ətrafındakı ərazilər erməni qəsbkarları tərəfindən işğal olundu. Bir tərəfdən müstəqilliyimizin başı üstünü almış real təhlükəni sovuşdurmaq, digər tərəfdən erməni təcavüzündən xilas olmaq, torpaqlarımızı müdafiə etmək, ölkəmizin ərazi bütövlüyünü qoruyub saxlamaq, işğal olunmuş torpaqlarımızı azad etmək kimi Vətən qarşısındakı borcumuzu yerinə yetirməliydik. Xalqımız öz gücünü və qüdrətini göstərməliydi. Dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda respublikamızın o zamankı rəhbərləri belə vacib, taleyüklü vəzifələrin öhdəsindən gələ bilmirdilər.
Məhz buna görə də torpaqlarımızın xeyli hissəsi itirildi, ölkədə xaos, anarxiya baş alıb getdi, vətəndaş müharibəsi təhlükəsi yarandı, qardaş qırğını başlandı, qanunçuluğun əsasları ciddi şəkildə zəiflədi, cinayətkarlıq halları görünməmiş səviyyəyə çatdı, dövlətçiliyimiz və müstəqilliyimiz təhlükə qarşısında qaldı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.
Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən də atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
Azərbaycan daxilində yaranan nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlandı ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var.
Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusudur. Ulu Öndərin zəngin irsi, ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyidir, həmçinin möhtəşəm səfərbəredici amildir. Ümummilli Liderin təlatümlərdən, təhlükələrdən çıxararaq qurub yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Ulu Öndərin yaratdığı quruculuq şəraiti indi Azərbaycanın real siyasi və iqtisadi həyatında təzahür edir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir.
Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət yetirilir.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi inkişaf tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.

Günay TAĞIYEVA, “Azərbaycan Ordusu”

Təqvimimizdəki yaddaqalan, böyük sevinclə gözlədiyimiz əlamətdar günlərdən biri də 18 oktyabr tarixidir. Bu tarix kiçikdən tutmuş böyüyə qədər hər birimizin yaddaşına böyük hərflərlə yazılıb. Bu tarixi gün bütün ölkə vətəndaşları üçün çox müqəddəs və əzizdir. Çünki həmin gün xalqımız bir əsrdə ikinci dəfə müstəqillik qazanmışdı. İndi o əlamətdar tarixdən 27 il keçir. Ötən hər gün müstəqilliyimiz daha da möhkəmlənir. Müstəqilliyimiz möhkəmləndikcə də ölkəmizin, dövlətimizin beynəlxalq aləmdə nüfuzu durmadan artır.
Təbiidir ki, müstəqillik qazandığımız, keçmiş ittifaqın buxovlarından azad olduğumuz 18 oktyabr günü hər birimiz üçün unudulmazdır. 27 il əvvəl – 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Beləliklə, Azərbaycan 1920-ci ilin aprelində bolşeviklərin istilası zamanı itirdiyi müstəqilliyini yenidən bərpa etdi. Xalqımızın tarixinə böyük hərflərlə yazılmış həmin günü indi hamımız qürur və iftixar hissi ilə qeyd edirik.
Həmişə istənilən bir işin əvvəlində çətinlikləri, maneələri dəf etməli oluruq. Müstəqilliyimizin ilk illərində də Azərbaycanın siyasi və iqtisadi quruculuğunda müəyyən çətinliklər meydana çıxmışdı. O vaxtlar ölkəyə rəhbərlik edənlərin kifayət qədər idarəetmə qabiliyyəti olmadığından, onlar müstəqilliyimizin möhkəmlənməsi üçün yetərli işlər görə bilmirdilər. Müstəqilliyimiz təhlükə altında idi. Ölkədə baş verən xaos vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Çox çətin bir vəziyyət yaranmışdı. Belə bir vaxtda müstəqilliyimizin möhkəmləndirilməsi, ölkənin inkişaf etdirilməsi üçün xalq ümummilli liderimiz Heydər Əliyevə üz tutub hakimiyyətə dəvət etdi. Ulu Öndər ölkəni xaosdan xilas etmək, müstəqilliyimizi daha da möhkəmləndirmək üçün 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdı. Ümummilli liderimiz Heydər Əliyev çox qısa bir zamanda müstəqilliyimizi daha da möhkəmləndirdi, onu əbədi və dönməz etdi. Ulu Öndər zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, doğma Vətənə tükənməz sevgisi ilə Azərbaycanı daha da inkişaf etdirərək, zirvələrə ucaltdı.
Əsl müstəqillik ölkənin öz sərvətlərinin tam sahibi olmasıdır. Bu, müstəqilliyin vacib amillərindən, zəruri atributlarından biridir. Bu, yaşanmış tarixin sınağından çıxmış sübut olunmuş bir həqiqətdir. Yaxın tariximizdən hamımıza yaxşı məlumdur ki, 20 sentyabr 1994-cü ildə ümummilli lider Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi – “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq dünya qarşısında sərvətlərinin mütləq sahibi olduğunu bir daha sübut etdi. Beləliklə, müstəqilliyimizin iqtisadi əsası qoyuldu. İnkişafa doğru çox uğurlu addımlar atıldı. Bu günə qədər ölkə büdcəsinə həmin müqavilədən milyonlarla vəsait daxil olub.
Qazanılan və əldə olunan iqtisadi dirçəliş nəticəsində, başqa sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğurlu islahatlar həyata keçirildi. Qısa müddət ərzində Azərbaycanın müstəqilliyinin qarantı olan güclü, qüdrətli Silahlı Qüvvələr yaradıldı. Bu gün tam inamla deyə bilərik ki, Azərbaycan Ordusu dövlətimizin müstəqilliyini qorumağa və torpaqlarımızı erməni işğalçılarından azad etməyə qadir və hazırdır. Bunu zabit və əsgərlərimiz 2016-cı ilin aprel döyüşlərində hünər və cəsarətləri ilə bir daha dünyaya sübut etdilər. Onlar erməni işğalçılarının hücumlarını dəf edərək geri oturtdular. Gərgin döyüşlərdə düşmənin xeyli canlı qüvvəsi və döyüş texnikası məhv edildi. Cəsur zabit və əsgərlərimiz sübut etdilər ki, ordumuz güclü və qüdrətlidir.
Ümummilli lider Heydər Əliyevin zəngin irsi müasir cəmiyyətimizin, müstəqilliyimizin ən inamlı ideya mənbəyidir. Müdrik rəhbərin böyük əziyyətlər bahasına qurub-yaratdığı müstəqil Azərbaycan bu gün Ulu Öndərin siyasi irsinin layiqli davamçısı möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf etdirilir. Sabahlara doğru inamlı addımlar atılır. Bu gün ölkəmizin üçrəngli bayrağı dünyanın ən nüfuzlu ölkələrinin bayraqları ilə bir sırada dalğalanır. Müstəqilliyi gündən-günə möhkəmlənən bir ölkənin vətəndaşı olmaqdan hamımız qürur duyuruq. Fəxr edirik ki, belə güclü və qüdrətli dövlətimiz var.
Azərbaycan Ordusunun başqa hərbi hissə və birləşmələrində olduğu kimi Cəmşid Naxçıvanski adına Hərbi Liseydə də müstəqilliyimizin qazanılması və möhkəmləndirilməsi istiqamətində aparılan islahatlar və əldə olunan uğurlar mövzusunda tədbirlər keçirilir. Sabahımızın zabitləri olacaq kursantlara müstəqilliyimizin şərəfli tarixindən geniş məlumat verilir. Mövzuya uyğun olaraq qısametrajlı filmlər nümayiş etdirilir. Bütün bunlar isə kursantların müstəqilliyimiz haqqında biliklərini daha da artırır.
Ümummilli liderimiz Heydər Əliyev müstəqilliyimizdən həmişə böyük inamla danışaraq deyirdi: “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”. Müstəqilliyimizin əbədi, daimi və dönməz olması üçün isə, təbiidir ki, ölkəmizin hər bir vətəndaşı səylə çalışmalı, üzərinə düşən vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirməlidir.

Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey

Samir Abbasov: Dövlətçiliyimiz, tariximiz, mədəniyyətimizlə bağlı təbliğat işləri fəaliyyətimizin əsas istiqamətləridir

2016-cı il bizim üçün uğurlu olub. Təsdiq edilən iş planının icrası, habelə Azərbaycan ilə Özbəkistan arasında mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın, eləcə də ədəbi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm işlər görülüb.

Bu fikirləri Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov 2016-cı ilin yekunları və 2017-ci ildə görüləcək işlərlə bağlı AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib.

O deyib ki, dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi, beynəlxalq tədbirlərdə ölkəmizin iştirakı, əlamətdar günlərin qeyd olunması, Ermənistan-Azərbaycan, Dağliq Qarabağ münaqişəsinə dair həqiqətlərin yayılması, ulu öndər Heydər Əliyevin irsinin təbliği, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə islahatların aparılması, qarşılıqlı səfərlərin təşkili, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, dövlətçiliyimiz, tariximiz, mədəniyyətimizlə bağlı təbliğat işlərinin aparılması, Özbəkistanda yaşayan tanınmış azərbaycanlıların irsinin, dünyalarını dəyişmiş tanınmış soydaşlarımızın xatirələrinin əbədiləşdirilməsi Mərkəzin işinin prioritet istiqamətləridir.

Qeyd edilib ki, Özbəkistan KİV-lərində Azərbaycanla bağlı materialların verilməsi, müxtəlif birgə layihələrin həyata keçirilməsi, Azərbaycanda, həmçinin AMM-nin təşəbbüsü ilə Özbəkistanda çap olunan kitabların təqdimatlarının, mədəni tədbirlərin, sərgilərin baş tutması istiqamətində də əməli işlər görülüb. 2017-ci ildə təbii ki, bu istiqamətlərdə işlər davam etdiriləcək.

Diqqətə çatdırılıb ki, turizmə dair təbliğat işini gücləndirmək, özbək turistlərini ölkəmizə cəlb etmək məqsədilə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanan videoçarx ötən ilin noyabr ayından Özbəkistan Dövlət Televiziyasında nümayiş etdirilir. Videoçarx Özbəkistanın “Mədəniyyət və Mərifət” telekanalında da verilir. Videoçarxda Azərbaycanın tanıtımı, Bakı şəhəri, onun görməli yerləri, İçərişəhər, şəhərin arxitekturası, Bakı gecələri, dəniz mənzərəsi, Dənizkənarı Milli Park öz əksini tapıb. Videomaterialın musiqisində “Qarabağ şikəstəsi”dən istifadə olunub.

S.Abbasov bildirib ki, 2016-ci ildə Daşkənddəki Vestminister Universiteti, İslam Universiteti, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universiteti, Səmərqənd Dövlət Universiteti, Daşkənd Beynəlxalq Məktəbi, Daşkənddəki Britaniya Məktəbi ilə əlaqələr genişləndirilib, keçirilən tədbirlər çərçivəsində təşkil olunan sərgi və stendlərdə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı faktlar öz əksini tapıb, ermənilərin saxtakarlıq siyasətinə dair nəşrlər nümayiş etdirilib, Azərbaycan mədəni irsi ilə əlaqədar təbliğat işləri aparılıb, bu haqda materiallar yayılıb.

AMM-nin direktoru deyib ki, Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Qarabağ geyimlərinin maraqlı kompozisiyası yaradılıb və müxtəlif tədbirlərdə nümayiş etdirilib və bu iş davam etdiriləcək. Geyimlərə Qarabağın XVII-XIX əsrlərə aid bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağın zadəgan xanımlarının geyimləri, qadın və kişi libasları daxil edilib. Kolleksiyada olan libaslar əsasən ipəkdən hazırlanıb və xüsusi daş-qaşlarla bəzədilib.

Qeyd edilib ki, Azərbaycanın tarixi, erməniləri apardığı soyqırımı siyasəti haqqında da müxtəlif tədbirlər, Mədəniyyət Mərkəzinin dərnəklərində “açıq dərs”lər keçirilib. Bu tədbirlərdə 1918-ci ilin mart ayında erməni daşnakları tərəfindən Azərbaycanın Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və başqa bölgələrində aparılan etnik təmizləmə siyasəti, soydaşlarımıza qarşı törədilən soyqırımı haqqında məlumat verilib, Azərbaycanın Quba şəhərində aşkar olunmuş soyqırımı məzarlığına, burada yaradılan Soyqırımı Memorial Kompleksinə virtual səyahət təşkil edilib.

Ötən il AMM-nin təşəbbüsü, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Daşkənddə böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si Olimcon Buriyevin tərcüməsi ilə toplu halında işıq üzü görüb. Özbəkistanın Xalq Şairi Camal Kamalın tərcüməsində Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitabı da nəşr olunub, “Leyli və Məcnun” poeması tərcümə olunaraq çap edilməsi üçün mətbəəyə təqdim edilib. Camal Kamalla Mədəniyyət Mərkəzinin imzaladığı müqaviləyə əsasən bu il “Xəmsə”yə daxil olan digər əsərlərin də ayrılıqda çapı nəzərdə tutulub. Bu, nadir layihədir. Belə ki, indiyədək böyük şairin “Xəmsə”si Özbəkistanda tam olaraq çap edilməyib.

AMM-nin təşəbbüsü ilə özbək tarixçisi Şuxrat Salamovun rus dilində “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar Fərqanədən Qarabağadək” və “Qarabağ: ideyalar müharibəsi” kitabları çap edilib, bu kitabların Bakıda və Tbilisidə təqdimatları keçirilib. Azərbaycan yazıçısı Anarın “Mən, sən, o və telefon” kitabı, “Azərbaycanın mədəni irsi” toplusu özbək dilində işıq üzü görüb.

Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Bəxt üzüyü”, “Yol əhvalatı” kinokomediyaları, habelə Azərbaycan cizgi filmləri özbək dilinə dublyaj olunub və təqdimatları keçirilib, daimi şəkildə nümayiş etdirilməsi üçün Özbəkistan Dövlət Televiziyasına təqdim edilib.

Hər il Özbəkistan mətbuatında “Azərbaycan haqqında ən yaxşı məqalə” müsabiqəsi keçirilir və qalib gələn jurnalistlər mükafatlandırılır. Bu, özbək jurnalistlərə Azərbaycan mövzusunu daim gündəmdə saxlamağa, bir sözlə, ölkəmizin təbliğinə böyük imkanlar açır.

S.Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistan Milli Elmlər Akademiyasının Dövlət Tarix Muzeyində Azərbaycan pavilyonunun açılışı haqqında da məlumat verib. O qeyd edib ki, bu pavilyonda ilk dəfə olaraq ziyarətçilər dünyada qədim insan yaşayış məskənlərindən olan Qafqazın ən gözəl ölkəsinin – Azərbaycanın bütün sahələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Pavilyonda Azərbaycan mədəniyyəti ilə bağlı unikal stendlər, milli geyimlər, musiqi alətləri, Azərbaycan kəndlisinin ənənəvi evi, habelə Azərbaycan kəndlisinin istifadə etdiyi kənd təsərrüfatı alətləri nümayiş etdirilib, lavaş və çörək bişirilməsi üçün təndir sərgiyə qoyulub.

Sərgidə ikitərəfli əməkdaşlığa dair nadir kitablar, xəritələr, habelə ölkəmizin turizm potensialına dair ayrıca bölmə yaradılıb. Hazırda Azərbaycan pavilyonu Özbəkistan Dövlət Tarix Muzeyində fəaliyyətini davam etdirir.

S.Abbasov deyib ki, bu istiqamətdə işlər növbəti illərdə də davam etdiriləcək, bir sıra mühüm layihələr həyata keçiriləcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Dövlətçiliyimiz

Dövlətçiliyimiz və islam mədəniyyəti.

Tariximizin hər səhifəsində xalqımızın qüdrətli insanlarının, elm , mədəniyyət, dövlət və din xadimlərimizin silinməz izləri var . Söz yox ki , milli dövlətçilik tariximiz möhtəşəmdir, möhtəşəm olduğu qədər də zəngindir, keşməkeşlidir. Tariximizdə işıqlı səhifələr də, ağ ləkələr də, bizə baş ucalığı gətirən hadisələr də, gözlərimizi yerə dikməyə vadar edən olaylar da az olmayıb. Bunların hamısını olduğu kimi qəbul edirik .

Çünki bu bizim tariximizdir və burada yaşanan hər şey özümüzə aiddir . Azərbaycan dövlətçiliyi və din mənəvi cəhətdən tarixən bir-birilə ayrılmaz şəkildə vəhdətdə olub . Yəni dinə dövlətlərimiz, xanlıqlarımız həmişə xüsusi önəm verib , ona sayğı və hörmətlə yanaşıb. Azərbaycanın müxtəlif yerlərində islam dininə hörmət əlaməti olaraq yüzlərlə məscidlər inşa edilib , ziyarət yerləri abadlaşdırılıb, dini müqəddəslərin məzarları üstündə böyük türbələr ucaldılıb.

Azərbaycanda dövlət və islam münasibətləri tarixi bir inkişaf mərhələsini arxada qoyaraq özünün müasir yüksək səviyyəsinə qədəm qoyub . Daha doğrusu , bu sahədə çox uğurlu nailiyyətlər var . Müstəqil dövlətlərin yaranması siyasi , iqtisadi , mədəni, sosial həyatda bir sıra yeniliklərin meydana çıxmasına şərait yaradır. Azərbaycan dövlətinin XX əsrdə ikinci dəfə müstəqillik qazanması da ideologiyamıza, milli və dini dəyərlər sistemimizə yeni müsbət baxış formalaşdırdı. Məlumdur ki , Azərbaycan Respublikasında din -dövlət münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası, ” Dini etiqad azadlığı haqqında” Az ərbaycan Respublikasının Qanunu və bu sənədə edilən dəyişikliklər və əlavələr, eləcə də digər normativ aktlara əsasən tənzimlənir. Konstitusiyamızın 18-ci maddəsində bildirilir ki , din dövlətdən ayrıdır”:Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan , insanpərvərlik prinsipinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. “

Konstitusiyamızdan da gördük ki , dinin dövlətlə heç bir rəsmi bağlılığı yoxdur . İslam dini tam azad şəkildə öz fəaliyyətini davam etdirir . Dövlətimizin islam dininə münasibəti, onun fəaliyyətinin daha aktiv formada görünməsinə dəstəyi, məscid və din ocaqlarının təmiri, inşası göz qabağındadır. Azərbaycan dövlətçiliyi inkişaf etdikcə, onun dinimizə qayğısı da artır. Dinşünasların bildirdiyinə görə, dinin dövlətdən ayrı olmasına baxmayaraq , Azərbaycan dövləti islam dinilə bağlı bütün məsələlərə diqqət göstərib. 2009-cu ildə Bakının İslam Mədəniyyəti Paytaxtı elan edilməsini və Azərbaycan dövləti tərəfind ən bu ciddi layihəyə hərtərəfli dəstək göstərilməsini dinşünaslar dövlətin islama verdiyi böyük dəyər kimi qiymətləndirir.

Yeri gəlmişkən, Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Allahşükür Paşazadə də dövlətçilik və islam mədəniyyəti ilə bağlı çıxışlarında bu münasibətlərin ölkəmizdə yüksək səviyyədə qorunduğunu bildirib . QMİ sədrinin də fikrincə, din dövlətdən ayrı olsa da , bu gün Azərbaycan dövləti, dövlətçiliyi, milli ideologiyası islam dininə böyük dəyər verir : “Azərbaycanda din sahəsində, eləcə də din və dövlət münasibətlərində heç bir problem yaşanmır. Həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin prezidentliyi dövründə hər zaman dövlətin dinə diqqət və qayğısını hiss etmişik “.

Məşədi Dadaş Məscidinin imamı, “Mənəvi Dünya ” İctimai Birliyinin sədri hacı Şahin Həsənli Azərbaycan dövlətçiliyi və din münasibətlərilə bağlı mətbuata verdiyi açıqlamada bildirib ki , din dövlətdən ayrı olsa da , dövlət səviyyəsində ona böyük qay ğı göstərilir. Hacı Şahin , həmçinin, onu da qeyd edir ki , Azərbaycanda dövlətçilik və din arasında çox sarsılmaz bir vəhdət var . Bu birliyin daha çox mənəvi mahiyyət daşıdığını deyən hacının sözlərinə görə, müstəqil Azərbaycan dövlətinin islam dininə verdiyi dəyər çox qiymətlidir: ” Son illərdə məscidlərin təmir və tikintisi , ziyarətgahlara göstərilən qayğı, dini bayramların dövlət səviyyəsində qeyd edilməsi, hətta Məhərrəm ayı ilə bağlı Yeni il şənliklərinin təntənəli qeyd olunmaması dövlətin islam dininə bəslədiyi böyük hörmətdir. Azərbaycanda dinin dövlətdən ayrı olmasına baxmayaraq , sadalanan tədbirlər birbaşa dövlət başçısının şəxsi təşəbbüsü ilə həyata keçirilir . Həmçinin, Azərbaycan Respublikasının Prezidenti xalqımızın müsəlman kimliyini daim vurğulayıb. Bu gün Azərbaycan xalqı özünün müstəqil, azad , suveren vətənində demokratik , hüquqi və dünyəvi dövlət qurmaq və möhkəmləndirmək uğrunda səylə çalışır, mübarizə aparır. İndi Azərbaycan dövləti daxili və xarici siyasət sahəsində heç bir m ərkəzin rəyini, razılığını almadan müstəqil hərəkət edir , siyasət yeridir . Əlbəttə, bu , azad , unitar dövlətin müstəqil, beynəlxalq meyarlara uyğun fəaliyyət göstərməsidir. Hazırda Azərbaycan dövlətçiliyində milli siyasətin, milli ideologiyanın tərkib hissəsi kimi xalqın mənəvi dəyərlərinə böyük diqqət yetirilir . Dövlətçiliyimizin inkişafında, daha da möhkəmlənməsində din amilindən də istifadə etmək vacib sayılır. Bu da təbiidir ki , bizim dinimizdə-islamda insanın mənəvi aləminə güclü nüfuzetmə xüsusiyyəti, güclü səfərbəredici potensial , hər cür əsarətə, zülmə nifrət, azadlıq və hürriyyətə hörmət ruhu var “.

Azərbaycan Dövlət Din Tarixi Muzeyinin baş fond mühafizəçisi Əzim Hüseynov da Azərbaycan dövlətinin dinimizə böyük sayğı göstərdiyini bildirir . Ə. Hüseynovun fikrincə, bu gün ölkəmizdə islam dini leqal surətdə fəaliyyət göstərən, təbliğ edilən, ardıcılları, öz təşkilatları, tədris müəssisələri, kadrları və maddi bazası olan bir ideologiyadır: “Azərbaycan Respublikasının Konstitusiyasında dinin dövlətdən ayrı olduğu təsbit edilib . Bu , bütün demokratik ölkələrə xas olan bir xüsusiyyətdir. Bütün dövlətlərdə dövlətin üst qurumlarından biri kimi dinə xüsusi münasibət olub . Zaman çərçivəsində dövlətin xüsusiyyətləri, ictimai-siyasi quruluşu dəyişsə də, xalqın dininə, inam dünyasına toxunulmayıb.

Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ölkədə ictimai-siyasi həyatın bütün sahələrinin demokratikləşməsi, milli kökə, soya qayıdış dinə münasibətdə özünü göstərdi. Bu da bir həqiqətdir ki , böyük dövlət xadimi və böyük azərbaycanlı Heydər Əliyev hakimiyyətə ikinci dəfə, yəni 1993-cü ildə gəldikdən sonra xalqımızın mənəvi, milli dəyərlərinə münasibət kökündən dəyişdi. Heydər Əliyev bütün ömrü boyu azərbaycanlı və müsəlman olması ilə fəxr edir , bu fikri ən yüksək tribunalardan iftixarla söyləyirdi. Ulu öndər dinimiz haqqında deyib : “Xalqımız öz tarixi , milli-mənəvi dəyərləri, doğma dili ilə, islam dininə, mədəniyyətinə, mənəviyyatına mənsub olması ilə fəxr edir “. O deyirdi ki , müstəqillik və dini-mənəvi dəyərlər bir-birilə bağlanmalıdır. Dini-mənəvi dəyərlərdən biz müasir həyatımızın daha da genişlənməsi və inkişaf etməsi üçün istifadə etməliyik. Dini-mənəvi dəyərlər bizi geri çəkməməlidir, irəli aparmalıdır. Çünki islam dininin mənəvi dəyərləri insanları həmişə inkişafa aparıb”.

Ə. Hüseynovun bildirdiyinə görə, dövlətçiliyimizin inkişafında islam dininə bağlılıq hissi də böyük rol oynayıb: ” İslam dini Azərbaycan xalqının təşəkkülündə, formalaşmasında, mənəvi-bəşəri dəyərlərin ümumiləşməsində, ictimai şüurun oyanmasında, mədəni səviyyənin yüksəlməsində mütərəqqi mövqe tutub . Bir sözlə, Azərbaycan intibahını islamdan ayırmaq mümkün deyil .

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini bütün xalqımızla bərabər dindarlar da sevinclə, ruh yüksəkliyilə qarşıladılar. Müstəqilliyimizin ilk günlərindən respublikamız müstəqil daxili və xarici siyasət yürütməyə başladı. Uzun illərdən sonra ilk dəfə olaraq xalq öz dini və milli bayramlarını azad və sərbəst qeyd etdi . Respublikanın rayon , şəhər və kəndlərində məscidlər ucaldıldı. Minarələrdən azan səsi eşidildi . İllər boyu yolu-izi itən ocaqlar , pirlər, ziyarətgahlar yenidən canlandı. Tarixdə (Ə. Hüseynov burada sovet dövründən sonranı nəzərdə tutur-İ.S ) ilk dəfə zəvvarlar müqədd əs yerlərə-Kəbə, Kərbəla, Məşhəd və s . dini ocaqlara qorxmadan , çəkinmədən getməyə başladılar. Azərbaycanda yenə də ilk dəfə dini məktəb və mədrəsələr açıldı”.

Ə. Hüseynov razılıq hissilə qeyd edir ki , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir . O da dinimizə böyük qayğı göstərir: “. Xalq bu gün öz Prezidentinin milli dəyərlərə diqqət və qayğısını yüksək qiymətləndirir. Dövlət başçısının xalqın dini dəyərlərinə münasibəti onun əməli fəaliyyətində daha aydın görünür . İstər xarici ölkələrdə, istərsə də ölkə daxilində çıxış və nitqlərində müsəlmançılıq, islamçılıq mövqeyi özünü bütün çalarları ilə göstərir. Azərbaycan Prezidenti həmişə milli kökə bağlılığın, islami dəyərlərin insanın mənəvi kamilliyinin formalaşmasında əhəmiyyətinə diqqət yetirir . Ölkə rəhbəri respublikada məscid və ocaqların təmir və bərpasına xüsusi diqqət yetirir . Burada bir məsələni qeyd etmək lazımdır: ” Prezident İlham Əliyev bütün bu işlər üçün təkcə göstəriş və tapşırıqlar vermir , işinin həddən artıq çox olmasına baxmayaraq , vaxt tapıb o yerlərə baş çəkir, görülən işlərlə özü şəxsən tanış olur . Yadınızdadırsa, Təzə Pir Məscidində təmir-bərpa işləri aparılarkən dövlətimizin başçısı məscidə baş çəkdi. O burada aparılan təmir-tikinti, abadlıq işlərilə maraqlandı, təklif və tapşırıqlarını verdi . Beləliklə, böyük məmnuniyyətlə qeyd edə bilərik ki , hazırda müstəqil Azərbaycan Respublikasında dini təşkilatların və orqanların səmərəli fəaliyyəti üçün hər cür imkan və şarait yaradılıb. İndi ölkəmizin din xadimləri də müstəqil respublikamızın demokratik ab-havasından razıdır və bunu əməli fəaliyyətlərilə sübut edirlər. Bu da bir daha onu göstərir ki , artıq dövlətlə din arasında keçmişdə olan münasibətlər sivil qaydada dəyişilib, dinimiz və dindarlarımız əsassız təqib və qadağalardan xilas olub . Beləliklə, əgər ölkədə, cəmiyyətdə vətəndaşların hüquq normalarına hörmət edilirsə və bu normalar qorunursa , onların dini etiqadlarına da hörmət edilməlidir. Dinə münasibət vətəndaşların vicdan azadlığına münasibətdir”.

Dövlətçilik və islam əlaqələri məsələsini çözməyə çalışdıq. Belə nəticəyə gəldik ki , hər ikisi bir-birinə qırılmaz tellərlə bağlıdır. Dinimiz dövlətdən ayrı, müstəqil olsa da , dövlətimizin əli dinimizin üstündədir. İslam dəyəri dövlətçiliyimizin günü-gündən daha da ucalmasına, inkişafına təkan verir .

İradə SARIYEVA

Bakı xəbər.-2014 .- 14 avqust .- S.15.

Comments are closed, but trackbacks and pingbacks are open.