GƏNCLƏR SİYASƏTİ
Prezident İlham Əliyev gənclərimizin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq NAYORA-nın gəncləri siyasətindəki rolu Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.
Referatlar
DÖVLƏTİN STRUKTUR SİYASƏTİNİN FORMALAŞMASININ METODOLOJİ ƏSASLARI.
İqtisadiyyatın strukturunun ümumi xarakteristikası və onun elementləri.
İqtisadiyyatın strukturunun dəyişilməsini şərtləndirən amillər.
Dövlətin struktur siyasəti və onun alətləri.
Milli iqtisadiyyatın xarakterinə struktur siyasətin təsiri.
AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏTİN STRUKTUR SİYASƏTİNİN REALLAŞMASININ NORMATİV HÜQUQİ MEXANİZMİ.
Struktur siyasətinin reallaşmasında istifadə edilən hüquqi formalar.
Struktur dəyişikliklərinin reallaşması mexanizminin formalaşmasını təmin edən dövlət orqanları sistemi.
İqtisadi inteqrasiya şəraitində iqtisadi strukturun formalaşmasına təsirlər.
- Göndərən: ilahe
- Əlavə edilib: 08.06.2018
- Son yüklənmə tarixi: 13.03.2023
- Cəmi yüklənib (PDF, Word): 110
- Word: 67 səhifə
- Word Ölçüsü: 131 KB
- PDF: 3 səhifə
- PDF Ölçüsü: 139 KB
- Referatın tipi: Buraxılış işləri
- Kateqoriya: İqtisadiyyat
GƏNCLƏR SİYASƏTİ
Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Prezident İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Həqiqətən də, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir, üstəlik, gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir. Bu faktor isə müstəqilliyini 1991-ci ildə bərpa edən bir respublika üçün mürəkkəb geosiyasi proseslərin getdiyi dövrdə çox əhəmiyyətli sayılır.
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il tarixli 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramlarının icraları nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermiş və müəyyən uğurlar əldə olunmuşdur. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilmiş, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilmişdir. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunmuşdur. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirmişlər.
Azərbaycan Respublikası Prezidentinin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında 2015-ci il 26 yanvar tarixli 998 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda isə gəncliyin inkişafı dövlətin sosial siyasətinin vacib tərkib hissələrindən biri olması, gənclər siyasəti gənclərin dinamik inkişafı üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər kompleklərinin artması, dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar, həmçinin ölkənin yeni inkişaf imkanları Azərbaycanda gənclər siyasətinin yeni strategiyasının hazırlanmasını və qəbulunu qeyd edilən zaman dövründə həyata keçirilməsi nəzərdə tutulur.
NAYORA-nın gənclər siyasətindəki rolu
Prezident İlham Əliyev gənclərimizin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq NAYORA-nın gəncləri siyasətindəki rolu Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.
Dövlətin sosial siyasəti. Əhalinin sosial müdafiə sistemi
Dövlətin sosial siyasəti cəmiyyətin həyat fəaliyyətinin sosial iqtisadi şərtlərinin tənzimlənməsinə yönəldilən tədbirlər kompleksindən ibarətdir. O, gəlirlərin bölgüsündəki bərabərsizliyin azaldılmasına, bazar iqtisadiyyatında gəlirlər və mülkiyyət sahəsində fərqlərin zəiflədilməsinə, iqtisadi fəaliyyətin iştirakçıları arasında ziddiyyətlərin yumşaldılmasına və cəmiyyətdəki sosial ixtilafların aradan qaldırılmasına yönəldilmişdir. Bazar iqtisadiyyatı sistemində sosial siyasət vasitəsi ilə əhalini əmlak sahəsində mövcud olan bərabərsizliyin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan və əhalinin bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır.
Dövlətin sosial siyasəti ilə cəmiyyətin iqtisadi inkişafı arasında qarşılıqlı əlaqə mövcuddur. Birincisi, iqtisaid inkişafın məqsədləri birbaşa və dolayı yolla sosial siyasətdə cəmləşir. İkincisi sosial siyasət sahəsində bir çox məsələlərin həyata keçirilməsi, dövlətin onların reallaşdırılması üçün yönəldə biləcəyi iqtisadi ehtiyatlardan asılıdır. Üçüncüsü, sosial siyasətə iqtisadi artımın mühüm amili kimi baxmaq olar.
Sosial siyasətin xarakteri və məzmunu sosial proseslərin idarə edilməsinə dövlətin müdaxilə etməsi səviyyəsindən də asılıdır. Bu baxımdan inkişaf etmiş ölkələrdə dövlətin hal hazırda bütün mövcud olan sosial siyasət növlərini iki qrupa bölmək olar. Birinci qrupu şərti olaraq qalıq prinsiplərinə əsaslanan sosial siyasət adlandırmaq olar. Bu halda sosial siyasət bazarın lazımi səviyyədə tam həyata keçirə bilmədiyi funksiyaları yerinə yetirir. Bu öz miqyası və əhatə dairəsinə görə məhdud sosial siyasət olub, əsasən passiv və kompensiyalaşdırıcı (bərpaedici) xarkter daşıyır. Belə sosial siyasətin nəzəri əsasları liberal bazar iqtisadiyyatı modelinin ideyaları əsasında formalaşır. Bu variantın tipik nümunəsi bazarın amerikan modeli ola bilər.
İkinci qrup institutsional sosial siyasət adlanır. Burada dövlətin sosial siyasəti əhalinin sosial xidmətlərlə təmin olunmasında mühüm rol oynayır və xüsusi institutlar sisteminə nisbətən daha səmərəli vasitə kimi çıxış edir. Bu, yenidən bölgü siyasətidir. Belə siyasətin formalaşmasında konseptual baxımdan sosial demokratik ideologiyanın böyük təsiri vardır. Buna tipik nümunə kimi sosial dövlətin İsveç modelini göstərmək olar.
Hər iki qrup arasında fərq bu və ya digər amillərin hamısının olub olmamasından deyil, onlar arsında mövcud olan nisbətlərdən, dövlətin sosial sahəyə müdaxiləsi və yenidən bölgü prosesində iştirakından asılıdır.
Sosial siyasətdə əsas yeri əhalinin sosial müdafiəsi mexanizmi tutur. Sosial müdafiə vətəndaşların ilk növbədə əhalinin ən ağır maddi vəziyyətdə olan təbəqələrinin inflyasiyadan, işsizlikdən müdafiəsinə yönəldilən dövlət siyasətidir. Dövlət tərəfindən tətbiq olunan tədbirlər kompleksinin xüsusiyyəti əhalinin həyat və əmək fəaliyyətinin ağırlaşmasının, işsizliyin və yxsulluğun güclənməsinin qarşısının alınması ilə bağlıdır. Buna görə də əhalinin sosial müdafiəsinin problemlərindən biri də yoxsulluğun qarşısının alınmasıdır.
Əhalinin sosial müdafiəsai yüksək ixtisaslı kadrların hazırlanması ilə əlaqədar dövlət tədbirlərini, əhalinin bütün təbəqələrinin pulsuz ümumi və orta təhsil almasını, rəqabət əsasında ali təhsil əldə etməsini, dövlət hesabına səhiyyə və sosial xidmətlər göstərilməsini, insanların əmək fəaliyyəti ilə məşğul olması üçün zəruri olan tədbirləri və s. əhatə edir.
Bazar iqtisadiyyatına keçid şəraitində əhalinin gəlirləri sahəsində olan bərabərsizlik getdikcə artır. Bu bərabərsizliyin qarşısını almaq məqsədi ilə dövlət bir çox inkişaf etmiş ölkələrdə gəlirlərin yenidən bölgüsündə fəal iştirak edir. Gəlirlərin yenidən bölgüsünün əsas vasitəsi əhalinin əldə etdiyi şəxsi gəlirlərə tətbiq edilən mütərəqqi vergi sistemidir. Verginin mütərəqqi sistemi əhalinin ən yüksək gəlir əldə etmiş təbəqələrinə, az təmin olunmuşlara nisbətən yüksək vergi dərəcələrinin tətbiq edilməsini nəzərdə tutur. Dövlət bu yolla əldə etdiyi vergilərin bir hissəsini əhalinin ən az təmin olunmuş təbəqələrinə transfert ödəmələr şəklində xərcləyir. Deməl olar ki, bütün ölkələrdə sosial sığota və yoxsullara dövlət köməyi proqramları vardır. Sosial sığorta proqramı əhalinin qocalığa, əmək qabiliyyətinin itirilməsinə, iş yerlərinin azalmasına görə sığortalanmasını əhatə edir. Əhaliyə dövlət yardımı proqramları əlavə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Buraya çoxuşaqlı ailələrə kömək, ərzaq və müxtəlif imtiyazların verilməsi, səhiyyə sıöortalanması və s. daxildirlər.
Əhalinin sosial müdafiə tədbirləri müxtəlif fondlar hesabına maliyyələşdirilir. Buraya müxtəlif səviyyəli fondlar, sosial müdafiənin büdcədənkənar dövlət fondları, işsizliyə görə sığorta fondları, ictimai və xüsusi xeyriyyə fondları aiddir.
Əhalinin sosial müdafiəsi formalarından biri də gəlirlərin indeksasiya edilməsidir. Gəlirlərin dövlət indeksasiyası yaşayış dəyərinin artması nəticəsində əhali gəlirlərində itkinin qarşısını almaq məqsədi ilə həyata keçirilən kompensasiya tədbirləri sistemidir. Gəlirlərin dövlət indeksasiya yaşayış dəyərinin artmasının nəzərə alınmasının nəzərə alınması əsasında həyata keçirilir. Başqa sözlə, indeksasiya inflyasiya şəraitində istehlak qiymətlərinin artması ilə əlaqədar əhali gəlirlərinin bu qiymətlərə uyğunlaşdırılması tədbirlərini əks etdirir.
İndeksasiya sistemi bir sıra meyarları ilə səciyyələnir.İndeksasiya qiymətlərin qadırılmasından əvvəl və ya sonra həyata keçirilə bilər.İndeksasiya makro və mikrosəviyyədə həyata keçirilir. Əhali gəlirlərinin səviyyəsindən asılı olaraq indeksasiya sistemində diferensial yanaşma prosesinə üstünlük verilir. Bu prinsip ən aşağı gəlirlərin tam kompensasiyasından tutmuş ən yüksək gəlirləri olanların minimum kompensasiyasını əhatə edir.
- Teqlər:
- sosial siyasət
Comments are closed, but trackbacks and pingbacks are open.