Döyüşçü klubu
Kişi cinsi orqanının əsərdə bu dərəcədə tez-tez təkrar olunması və istifadəsi də müəyyən məqamlara işarədir. Bunu həzzi ifadə edən istehlak cəmiyyətinin simvolu kimi baxa bilərik. “Dağıntı” hərəkatına maneə olanlar həmin orqanın kəsilməsi ilə təhdidlənirdilər. Bəzi obrazlar kişi cinsindən olsalar da, onlarda bu orqan yox idi. Bir çox dialoqlarda da məhz həmin orqanı kəsməkdən söhbət gedirdi. Sonradan aydın olur ki, əsas məsələ onu kəsməkdə deyil, yerini tapmaqdadır. Əsərin sonluğu isə göstərdi ki, Tayler onu tapa bilmədi. Kobud psixoanaliz isə deyir ki, bu üsyan mövcud olmayana, anonim diktaturaya qarşı üsyandır. Taylerin olmayan atasına qarşı olan üsyanıdır. Əgər atan yoxdursa və onun yerini heç nə ilə doldura bilmirsənsə, sən özün ata olmalısan.
Eləcə də insan piyindən sabunun hazırlanması kifayət qədər mənalar ifadə edən güclü simvolikadır. Nəzərə alsaq ki, müasir kapitalizmin əsas fəlsəfəsi puldan pul qazanmaq və ya insanları istehlak edərək zibilxanaya atdıqlarını onlara yenidən sırımaqdır, onda məsələ aydınlığa qovuşur.
Niftiyevin bloqu
Çak Palanikin “Döyüşçü Klubu” əsəri 1996-cı ildə nəşr olunub. Romanın mərkəzində istehlak cəmiyyətinin aktiv nümayəndəsi lakin, yuxusuzluqdan əziyyət çəkən şəxsdir. Həkiminin məsləhəti ilə müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən insanların dəstək qruplarında iştirak etməyə başlayır və orada meditativ proseduraların iştirakçısı olur. Praktiki olaraq ölümə məhkum olan və sadəcə onu gözləyən insanlarla özünü müqayisə edən qəhrəmanımızın müəyyən qədər yuxusuzluq problemi həll olunsa da (müqayisədən yaranan xoşbəxtlik və rahatlıq), bir müddət sonra bu kifayət etmir. Şəxsiyyət ikiləşməsi yaşayan qəhrəmanımız Tayler Darden vasitəsiylə özünəməxsus “psixoterapiya” forması olan “Döyüşçü klubu”nu yaradır.
Yaradılış tarixçəsi
Yazıçı qeyd edir ki, “Döyüşçü klubu”nu yazmaq ideyası onda yay düşərgəsi zamanı iştirak etdiyi bir əlbəyaxa döyüşdən sonra yaranıb. Dostları ondan sifətindəki yaraların səbəblərini soruşmayıblar. Vaxt keçdikcə yazıçının arzusu daha da möhkəmlənib, amma birinci dəfə “Görünməzlər” romanını nəşr etdirmək istəyir. Nəşriyyat isə romana “biabırçı” statusu verərək nəşrindən imtina edir. “Xoşbəxtlik sorağında” adlı hekayələr toplusunda kiçik hekayə kimi ilk dəfə işıq üzü görən “Döyüşçü klunu” haqqında sonradan yazıçının planları daha da böyüyür və üzərində işləyərək çap etdirməyə müvəffəq olur. Bir neçə dəfə təkrar və təkrar nəş olunan kitab, yazıçının dediyinə görə kişilər üçün müəyyən sosial model təqdim edir. Həqiqətən də həmin dövrə qadınlar üçün sosial model və təsəlli təklif edən bir çox kitab (Xoşbəxtlik və uğur klubu, Mən-mən bacılarının ilahi sirləri və s.) var idi, lakin kişilər diqqətdən kənar qalmışdılar.
Palanik vətənində əsasən satirik nihilist kimi tanınır və onun mahir psixoloji triller yaratması kifayət qədər şərtidir. Yazıçının “Döyüşçü klubu” ilə sosiumun təzyiqlərinin yaratdığı mövzulara yeni nəfəs gətirdiyini demək olar. Belə mövzularda yazıçılar qəhrəmanlarının psixoloji tarazlıqları üzərində manipulyasiya edərək ortaya ədəbi məhsul qoymaq istəyirlər.
Motivlər
Qəhrəmanın xaos və dağıntılara olan meyili romanın ən əsas motiv və məğzini əmələ gətirir. Hamı tərəfindən gözəl və əhəmiyyətli hesab edilən elementlərin məhvi yenilənmə kimi qəbul olunur. Romanın müxtəlif hissələrində bir neçə dəfə buna işarələr verilir. Pol Kennet, Kalhari Universitetinin ədəbiyyatşünası, qəhrəmanların – hekayəçinin, Tayler Dardenin və Mexanikin xaosa olan bu fövqəl həvəslərini Edip kompleksinin nəticəsi olduğunu tezisini müdafiə edir. Bu ideyadan hərəkət edib bəzi hissələrə diqqət edək: 1) Mexanik deyir: əgər sən kişi cinsindən olan amerikalı və xirstian dinindənsənsə, onda sənin atan sənin allahının modelidir. Əgər sən atanı tanımırsansa, əgər o, ölübsə, səni atıbsa və yaxud da o, heç vaxt evdə olmursa, sən allah haqqında nə bilə bilərsən? 2) Taylerin fikrincə pis əməllər edib allahın diqqətini cəlb edirsənsə, bu onun sənə heç diqqət etməməsindən dəfələrlə yaxşıdır. Ola bilər ilahi qəzəb ilahi laqeydlikdən daha yaxşıdır. Əgər sənin allahın düşəməni olmaq yaxud da heç kim olmaq kimi seçimin olsaydı, hansın seçərdin? Tayler Derdenin fikrincə biz allahın istənməyən övladlarıyıq. Tarixdə bizim üçün yer qoyulmayıb. Əgər biz allahın diqqətini cəlb edə bilməsək, nə əbədi lənətə, nə də günahlarımızın yuyulmasına ümidimiz olmayacaq. Hansı daha pisdi: cəhənnəm, yoxsa heçlik. Biz o vaxt xilas olacağıq ki, bizi tutacaqlar və cəzalandıracaqlar. “Luvru yandır-deyir mexanik, – və Mona Liza ilə silin, ən azı allah sənin adını bilmiş olacaq.”. Bu iki sitatda atalarını itirmiş insaların onların yerini doldurmaq cəhdləri əks okunub ki, çox həssas psixoloji məqamdır. Qəhrəmanların keçmişi onların cari ruhi gərginliklərinin kökündə dayanan ən əsas motivdir.
Psixoloji travmalara əsaslanan psixologizm və tendensiyalı psixoloji fəsadlar baxımında romanın zənginliyinə söz ola bilməz: Mən fiziki hakimiyyət və xüsusi instinktlərinə son qoydum – Tayler pıçıldayır, – ona görə ki, sadəcə özünüməhv sayəsində mən ruhumun üzərində hakimiyyəti əldə edə bilərəm. Burada biz material izolasiya və “mən” axtarışı ilə qarşı-qarşıyayıq. Bu prosesin hansı qurbanlar tələb etdiyini də rahatlıqla görə bilərik. Bir sözlə ekzistensializm.
Bütün bu motivlər postmodernizmin ayrılmaz elementi olan şizofreniya çalarını aktivləşdirir ki, son dövrlərin ən əsas tikinti materialıdır. Bir çox populyar ədəbiyyatın və kinematoqrafiyanın süjetində duran şizofreniya elementi geniş oxucu və izləyici kütləsi üçün çox maraqlıdır.
American dream + F**k The System + X nəsli
ABŞ-ın əsasını qoyan insanlar eyni zamanda “American dream” adlı imkanlar və azadlıqlar ideallığını simvolizə edən termini də yaratmış oldular. Çox maraqlı termindi. Belə deyilir ki, ABŞ-ın sistemi onun skeletidirsə, “Amerika Arsuzu” onun ruhudur, millətin mənəvi dəstəyidir. Uilyam Sefayerin öz “Siyasi lüğət”ində və Böyük Depressiya illərində Ceyms Adams da bu termini intensiv istifadə edirlər. Kifayət qədər utopik anlayış olan “Amerika arzusu” ABŞ-da yaşayan hər bir insanın istəyinə nail olmağını ifadə edən vacib anlayışdır.
ABŞ-ın əsasını qoyanlar əgər “Amerika arzusu” terminini yaratdılarsa, yəhudi əsilli Ebbi Hoffman da “F**k the system” terminin yazdığı kitab vasitəsiylə yaratmış oldu. Bir termin istəniləni ifadə edirsə, digəri əldə olunanlardan narazılığı ifadə edir və müəyyən ideologiya xarakteri daşıyır.
Döyüşçü klubunda əslində bu iki terminin toqquşmasından yaranan düşüncə tərzinin – inqilab formasına rast gəlmək olar. Bu başlıq altında xüsusiylə romandakı inqilab anlayışına aydınlıq gətirmək lazımdır. Çünki roman öz ideyasını dünyanı məhv edərək onu daha yaxşı formaya salmaq istəyi ətrafında formalaşdırır.
Əslində burada çox maraqlı məqam ortaya çıxır. Şərq və Qərb arasındakı inqilab anlayışındakı fərq. Muasir Qərb cəmiyyətinin yetişdirdiyi düşüncə tərzləri əsasən anarxiya və radaikal cərrahiyyə əməliyyatına əsaslanan inqilab anlayışı var. İlk növbədə biz inqilab anlayışıı mümkünsüz və çətin bir şey olduğunu unutmalıyıq. Romanın dediyinə və eyni zamanda bəzi obyektiv nəticələrə əsaslanaraq demək olar ki, həqiqətən də, təkcə bir insan belə inqilab edə bilər. İnqilab anlayışının qəribə xüsusiyyəti ondadır ki, onda nə qədər az insan iştirak edirsə bir o qədər ağrılı, qanlı (terrorizm), nə qədər çox adam iştirak edirsə bir o qədər ağrısız, qansız keçir. Çünki inqilab beyinlərdə baş verən proses olduğundan yayılma arealı böyüdükcə fəsadları azalır, lakin bir-iki beyinlə kifayətlənəndə ağırlığını xaotik olaraq ora-bura səpələyir. Bu özünü qərbsayağı terrorizm kimi göstərə bilər. İnqilab üçün nələrin motiv təşkil edə biləcəyi isə kifayət qədər geniş mövzudur və “Döyüşçü klubu”nda bu özünü lazımi qədər biruzə verdirib.
Nəzərə almaq lazımdır ki, romanın qəhrəmanları “X nəsli”nin nümayəndələridir. “X nəsli” də romanı başa düşmək üçün vacib terminologiyalardandır. Ceyn Deverson 1964-cü ildə bu termini yaradanda qeyd edirdi ki, bu nəsil elə bir nəsldir ki, bir-biriləri ilə toya qədər yatır, allaha inanmır, kraliçanı sevmir və valideynlərinə hörmət etmirlər. Bu nəslin xüsusiyyətləri çox vacibdir. Bir çox elm sahələrində “X nəsli” kifayət qədər araşdırıldı və öyrənildi. Romandakı “X nəsli” sadəcə bunlarla kifayətlənmir. Onlar artıq daha aqressivdirlər. “Bizi daha da əsəbi etməyin” deyirlər.
Bu üç terminin dərindən öyrənilməsi romanı başa düşməkdə açar rolunu oynayır. Çünki romanın bizlərə təqdim etdiyi dünya bəziləri üçün qaranlıq qala bilər, bəziləri üçünsə əksinə çox tanış gələ bilər. Tanışlıq isə əsasən keçirilən psxiloji təcrübələr müstəvisində ola bilər. İstənilən halda romanın ideyasına gedən yolda bir çox maneələr var. Bunlardan ilki terminologiyadırsa, ikincisi paradiqmadır.
Paradiqma
Bu məsələ bir o qədər də əhəmiyyətli olmaya da bilər, lakin zənnimcə, əhəmiyyətlidir. Hər bir insan hər hansısa kitabı oxumağa başlayanda kitabın təqdim etdiyi dünya ilə oxuyucunun ortaya qoyduğu şəxsi dünyası – paradiqması olur. “Döyüşçü klubu”nun dünyası heç də hamıya uyğun deyil. Deməzdim ki, hər əlinə bu kitabı götürən kitabı tam başa düşə biləcək. Paradiqmal baxımdan seçilmiş müəyyən qruplar üçündür. Odur ki, romanın dərk edilməsində ikinci mərhələ, kitabla sizin paradiqmanızın – düşüncə tərzinizin nə dərəcədə bir-biri ilə razılaşmasından asılı olacaqdır.
Bəzi təhlillər
Araşdırmalarım məni bəzi suallarla üzləşdirdi: “Döyüşçü klubu” hansı ideologiyanı təmsil edir? Motivlərdə solçuluq varmı? Yoxsa bu nə isə yeni tendensiyadır?
Tayleri terrorist kimi dəyərləndirə bilərik, amma bu ənənəvi terror anlayışından fərqli terrorizmdir. Belə ki, Tayler özü də qeyd edirdi ki, onların törətdiyi əməllərdən insanlar əziyyət çəkməyəcək. Bu artıq “xeyirxah terrorizm”dir. Kifayət qədər vandalizm nişanələri də var. Süjetin motiv qarışıqlığı və əlaqəsizliyi əsərin partlama dərəcəsini və miqyasını böyüdür.
Bu terrorizmin hədəf nöqtəsində kapitalizmin məhv edilməsidir. Bəs necə oldu ki belə bir məqsəd və məqsədə uyğun hərəkat başladı? Bütün bu proseslərin içində yazıçı haradadı? Bu məqamın təhlilində yazıçının bilavasitə öz şəxsi motivləri ilə romanın motivləri kəsişir. Çünki Çak Palanik özü avtomexanik işləyirdi və əsərləri dəfələrlə nəşriyyatlar tərəfindən rədd edilən yazıçı bütün qəzəbini kağızın üzünə çırparaq “Döyüşçü klubu” əsərini yaradır. Yazıçı olduqca yoxsul həyat tərzi keçirib. Bunu konkret haradansa oxumağa ehtiyac yoxdur. O, istehlaka qarşı etiraz edirdi, çünki özünün istehlak etmək imkanı yox idi. Odur ki, belə səmimi və əsəbi etirazlar yaxşı satılır.
“Dağıntı” hərəkatının üzvləri əsasən yazıçının özü ilə birlikdə orta sinifin tox və xoşbəxt nümayəndələrinə nifrət edən bədbəxt uğursuzlar, sistem tərəfindən aldadılan və ümidləri doğrulmayan insanlar olurdu. Bu məqam bəziləri üçün ortaya solçuluq məsələlərini sintez etməyə imkan yaratsa da, bunun solçuluqdan fərqli olduğunu düşünürəm. Təbəqə baxımından isə bu hərəkata qoşulanlar əsasən mavi yaxalıqlılardan, başqa sözlə, xidmət edənlərdəm – mühafizəçilər, emiqrantlar, kuryerlər və s. kimi iş sahibləri olurdular.
Niyə də yox? Təsəvvür edin səhər yuxudan oyanırsınız və sizin banka olan kredit borcunuz artıq yoxdur. Sizin heç bir maliyyə öhdəçiliyiniz yoxdur. Tayler istehlak cəmiyyətini məhv etməklə nail olmaq istədiyi məqsədlərdən birisi də məhz bu idi.
Bütün bu terrorizm hərəkatının məqsədi kapitalizmin üəriyini əmələ gətirən bankalar, maliyyə qurumları və iri şirkətlərin binalarının məhv edilməsi idi, amma düşünürəm ki, sadəcə bina alt-üst edərək kapitalizmi məhv etmək olmaz. Çünki kapital anlayışı universal və hərtərəflidir. O sadəcə material anlayış deyil. Kapitalizm və istehlak sadəcə bina və avadanlıqların timsalında deyil, bizim gündəlik özünüdərkimizdə, rəqabətimizdə, istehlak proseslərində və hətta qorxularımızda özünə yer edib. Tayler bunları yaxşı bilirdi, lakin mübarizə üçün başqa alternativ təklif edə bilmirdi. Çünki o, uşaqcasına düşünürdü: əgər nəyisə dəyişə bilmirsənsə, o zaman onu məhv etməlisən, dağıtmalısan. Bu dağıntı ideyasında bəziləri sistemə vurulan dəhşətli zərbələri və sistem üzərində qazanılan qələbələri görürdü. Elə buna görə də Tayler kişilərdən ibarət primitiv kütlənin peyğəmbərinə çevrilməyi bacardı. Erix Frommun bu nüansla əlaqədar yaxşı fikirləri çoxdur: “Qan axıdılması özünü canlı, güclü, təkrarsı və digərlərindən üstün hiss etməyə şərait yaradır. Öldürmək anarxik bünövrədə nəhəng həzz və möhtəşəm özünüsübutdur.” – İnsanın ruhu kitabından
Erix Frommun nekrofiliya haqqında fikirlərindən hərəkət edərək, “Döyüşçü klubu”nda da onun izlərinə rast gəlmək olar: “Nekrofiliya həyat üçün heç bir dəyəri olmayan əşyalar və əmlaklar, ölülərə olan maraqdır.” Məsələn vacib obrazlardan olan Marla Zingeri nə dərəcədə canlı hesab etmək olar? O, intihar etmişdi. Tayler isə onu dartıb öz evinə gətirmişdi. Tayler şizofrenik məhsul idisə, bunu necə edə bilərdi? Odur ki, Mala meyid idi, ya da ikinci şizofrein elemnt. Odur ki, nekrofelik elementlərə şübhə qalmır. Sadəcə nekrofiliya deyil, sadizm, mazoxizm, vandalizm nöqteyi-nəzərdən də əsəri kifayət qədər geniş təhlil etmək mümkündür.
İstehlak cəmiyyətinə olan nekrofil münasibətlər “Döyüşçü klubu”nu yaratdı.
Və yaxu da “Dağıntı” hərəkatının əsas qaydası olan sualların verilməməsi. Yoxsa sektası deməliydim? Yalnız sektalarda fərdi düşüncələr boğulur və kütləvi ideyalara tabe olmaq tələb olunur. Klub üzvləri heç vaxt düşünməməlidirlər. Bu onların daxilinlə əbədiyaşar insani mübarizələri, təzadları və canlılığı oyada bilər.
Kişi cinsi orqanının əsərdə bu dərəcədə tez-tez təkrar olunması və istifadəsi də müəyyən məqamlara işarədir. Bunu həzzi ifadə edən istehlak cəmiyyətinin simvolu kimi baxa bilərik. “Dağıntı” hərəkatına maneə olanlar həmin orqanın kəsilməsi ilə təhdidlənirdilər. Bəzi obrazlar kişi cinsindən olsalar da, onlarda bu orqan yox idi. Bir çox dialoqlarda da məhz həmin orqanı kəsməkdən söhbət gedirdi. Sonradan aydın olur ki, əsas məsələ onu kəsməkdə deyil, yerini tapmaqdadır. Əsərin sonluğu isə göstərdi ki, Tayler onu tapa bilmədi. Kobud psixoanaliz isə deyir ki, bu üsyan mövcud olmayana, anonim diktaturaya qarşı üsyandır. Taylerin olmayan atasına qarşı olan üsyanıdır. Əgər atan yoxdursa və onun yerini heç nə ilə doldura bilmirsənsə, sən özün ata olmalısan.
Eləcə də insan piyindən sabunun hazırlanması kifayət qədər mənalar ifadə edən güclü simvolikadır. Nəzərə alsaq ki, müasir kapitalizmin əsas fəlsəfəsi puldan pul qazanmaq və ya insanları istehlak edərək zibilxanaya atdıqlarını onlara yenidən sırımaqdır, onda məsələ aydınlığa qovuşur.
Film
Əsərin əsasında çəkilən film çox uğurlu alınıb. Filmin sonluğu ilə romanın sonluğu arasında fərqin olmağına baxmayaraq yenə də bu dərəcədə uyğunluq və bəzi məqamlarda üstünlük məndə əsərlər əsasında çəkilən filmlərə qarşı sərt münasibəti yumşaltdı. Finçer istedadlı rejissordur və ortaya dəyərli əsərlər qoymağa müvəffəq olmuşdur. Aktyorların performansı çox əla və yaddaqalandır.
- totall.me
- wikipedia
- nevzdrasmion.livejournal.com
Çak PALANİK. Döyüş Klubu (Fight Club).
. və Tayler mənə dedi, “İstəyirəm ki məni bacardığın qədər möhkəm vurasan”.
Talyer mənə ofisiant işi tapır, bundan sonra isə Tayler tapançanı mənim ağzıma salaraq deyir ki, əbədi həyata qədəm qoymaq üçün mən ölməliyəm. Tayler və mən uzun müddət dost olmuşuq. İnsanlar həmişə soruşurdular, mən Tayler Dördeni tanıyırammı?
Döyüş Klubunun birinci qaydası: Siz Döyüş Klubu haqqında danışmırsnız.
Oh, Tayler, məni hifz et. Tayler məni xilas et. Məni isveç mebelindən xilas et, məni intellektual incəsənətdən xilas et. Qoy həmişə natamam olum, qoy həmişə narahat olum, qoy həmişə naqis olum.
Döyüş Klubunun ikinci qaydası: Siz Döyüş Klubu haqqında danışmırsnız.
Heç nə sabit deyil, heç nə əbədi deyil. Hətta Mona Liza da çürüyərək hissələrə parçalanır. Döyüş Klubuna üzv olduqdan sonra ağzımdakı dişlərin yarısı laxlamağa başlayıb. Bəlkə bizə lazım olan şey özümüzü inkişaf etdirmək deyil. Tayler heç vaxt öz atasını tanımayıb. Bəlkə bizə lazım olan özümüzü məhv etməkdir.
Döyüş Klubunda gördüyünüz qadınlardan tərbiyə almış kişi nəslidir. Bir gecə Taylerdən bütün bu müddət ərzində kiminlə döyüşdüyünü soruşdum. Tayler dedi ki, atası ilə. Bəlkə özümüzü tamamlamaq üçün atamıza ehtiyacımız yoxdur?
Üçüncü qayda: Əgər kimsə stop deyirsə, və ya axsayırsa döyüş bitir.
Yuxusuzluq belə bir şeydir. Hər şey çox uzaqda durur, nəyinsə surətinin surətinin surəti kimi. Yuxusuzluq hər şeyi səndən uzaqlaşdırır. Sən heç nəyə toxuna bilmirəsn, və heç nə sənə toxunmur.
4.Hər döyüşdə yalnız iki nəfər dalaşır.
Biz tarixin ortancıl uşaqlarıyıq, televizior izləyərək bir gün milyoner, kinoulduz və ya rok musiqiçisi olacağımızı düşnürdük, lakin olmadıq. Və biz bunu hələ indi başa düşmüşük.
Siz daşıdığınız ad deyilsiniz. Siz sizin problemləriniz deyilsiniz. Siz sizin yaşınız deyilsiniz.
Siz hamı kimi çürüyən üzvi maddəsiniz və biz hamımız eyni bir gübrə tayasının hissələriyik.
Qayda №5. Bir adam gecə ərzində yalnız bir dəfə döyüşə bilər.
Marla yalançıdır. Siz də yalançısınız.
Marlanın ona ötən gecə dediyi sözlər. Tayler deyir ki, heç bir qız onunla hələ belə danışmamışdı.
Gecə ərzində təxminən on dəfə sevişdikdən sonra Marla deyib ki, o hamilə qalmaq istəyir. O Taylerdən abort etmək istəyir.
Suallar olmayan yerdə bəhanələr olmur, bəhanələr olmayan yerdə yalanlar olmur.
Döyüş Klubunun altıncı qaydası: Döyüşçülər köynəksiz və ayaqqabısız dalaşır.
Tələbəlik illərindən etibarən mən dostlar qazanıram. Onlar ailə qurur. Mən dostlarımı itirirəm.
Başıma silah çəkib divarları beynimlə boyamaq istəyirəm.
Verdiyimiz qurbanlar, çəkdiyimiz ağrılar olmasaydı, heç nəyimiz olmazdı.
Taylerin sözləri mənim dilimdən çıxır. Mən isə elə yaxşı oğlan idim ki.
7. Döyüşlər nə qədər lazımdırsa o qədər də davam edir.
Bir gün Marla mənə dedi ki, vəhşi heyvanların arasında qoca heyvan görmək mümkün deyil, onlar qocalan kimi ölürlər. Onlar xəstələndikdə və ya taqətdən düşdükdə onlardan güclü olan başqa heyvanlar onları öldürür. Qocalmaq heyvanlara aid deyil. Marlanın həyat fəlsəfəsi bu idi ki, o istədiyi an ölə bilərdi.
Mən bilirəm, bütün bunlar: silah, anarxiya, partlayışlar – hamısı Marla Sinqerin xətrinədir. Hərdən mənə elə gəlir ki, Marla və Tayler bir nəfərdir. Onlar heç zaman eyni vaxt bir otaqda olmurlar. Mən onları heç vaxt birlikdə görməmişəm.
Sonuncu, 8-ci qayda. Əgər bu sizin ilk gecənizdirsə, siz mütləq döyüşməlisiniz.
Müasir bombalar tıqqıldamır.
Tayler deyir: “Nitro-qliserini Natrium-nitrat və yonqarla qarışdırıb dinamit hazırlamaq olar”. Tayler deyir: “Nitro-qliserini bir az da çox azot turşusu və parafinlə qarışdırsan jelatin partlayıcısı düzəldə bilərsən”.
Mən bütün bunları bilirəm, çünki Tayler bunları bilir.
- Teqlər:
- Çak Palanik
- , Chuck Palahniuk
- , Döyüş Klubu
- , Döyüşçü Klubu
- , Fight Club
- , kitab
- , əsər
- , müasir ədəbiyyat
Çak Palanik “Döyuşçü klubu” PDF
Bu roman ötən əsrin 90-cı illərində yazılmış ən yaxşı, ən qalmaqallı əsərlərdəndir.
İstehlakçı cəmiyyətdən və Amerika mədəniyyətindəki mərdlik anlayışının dəyişməsindən getdikcə daha çox narazı qalan baş qəhrəman bu durumla mübarizə aparmaq qərarına gəlir. Bunun üçün radikal psixoterapiya yolunu seçərək gizli döyüşçü klubu yaradır.
Siz bu kitab əsasında çəkilmiş “Döyüşçü klubu” filminə baxmısınızmı? O zaman bu kitabı da oxumanızı tövsiyə edirik.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Çak Palanik “Döyuşçü klubu” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Azərbaycanca.pdf
Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.
Comments are closed, but trackbacks and pingbacks are open.