Press "Enter" to skip to content

Ciddi pəhriz və idmansız necə arıqlamalı? @context: http: //, inLanguage: az-AZ, articleSection: News, @type: NewsArticle, genre: news, isFamilyFriendly: http: ///True, url: http: ///ciddi-pehriz-ve-idmansiz-nece-ariqlamali, publisher: @type: Organization, name:, logo: @type: ImageObject, url: https: ///uploads/settings/, width: 200, height: 50, author: @type: Organization, name:, headline: Ciddi pəhriz və idmansız necə arıqlamalı?, abstract:, mainEntityOfPage: http: ///ciddi-pehriz-ve-idmansiz-nece-ariqlamali, image: https: ///uploads/news/, articleBody: Ciddi pəhriz və idmansız necə arıqlamalı?, datePublished: 2023-05-26T15: 30: 58 04: 00, dateCreated: 2023-05-26T15: 30: 58 04: 00, dateModified: 2023-05-26T15: 30: 58 04: 00

Diyetoloqlar kalori çatışmazlığının yaranması sayəsində pəhriz saxlamadan və aclıq etmədən nəyin kömək etdiyini dəqiqləşdiriblər.

Pəhriz saxlamadan və aclıq etmədən necə arıqlamaq olar?

Diyetoloqların sözlərinə görə, hədsiz məhdudiyyətlər olmadan arıqlamağın yolu kalori balansının necə işlədiyini dərk etməkdir.

Britaniya diyetoloqları Sara Bokxart və Riannon Lambert “The Sun” nəşrinə müsahibələrində deyiblər ki, arıqlamağın aclıq saxlamaq və hər şeydə özünə məhdudiyyət qoymaq olduğu barədə təsəvvürlər yanlışdır. Mütəxəssislər vurğulayıblar ki, bədəndə piyin itirilməsi yalnız kalori çatışmazlığı ilə nəticələnir. Digər sözlə, siz aldığınızdan çox kalori itirdikdə arıqlayırsınız.

Milli.Az AZƏRTAC-a istinadla xəbər verir ki, ekspertlərin bildirdiyinə görə, kalori balansını idarə etməyi öyrəndikdə, sağlam çəkiyə malik olmaq və aclıq etməyə məruz qalmayaraq qaməti qoruyub saxlamaq olar.

Diyetoloqlar kalori çatışmazlığının yaranması sayəsində pəhriz saxlamadan və aclıq etmədən nəyin kömək etdiyini dəqiqləşdiriblər.

Daha çox hərəkət etmək. Ekspertlər gündəlik fərdi hərəkət fəaliyyətini artırmağı məsləhət görürlər. “Piyin əridilməsi üçün hərəkət etmək lazımdır. Siz, yemək hazırlamaq, tozsoranla ev yığışdırmaq, zibil tullamaq, evdə səpələnmiş əşyaları, oyuncaqları toplamaq və sair kimi gündəlik vəzifələri yerinə yetirərək, daha çox hərəkət etməyə başlaya bilərsiniz. Gün ərzində bütün bu hərəkətlər əhəmiyyətsiz görünə bilər, lakin söhbət bədəndə piyin azaldılmasından gedəndə, məhz hər saat edilən kiçik hərəkətlər əhəmiyyət kəsb edir”, – deyə diyetoloq Sara Bokxart vurğulayıb.

Daha çox sağlam qida qəbul etmək. Diyetoloq Riannon Lambert arıqlayan insanlara qarşılarına daha az miqdarda yemək qəbul etməyi məqsəd qoymaq əvəzinə, rasionda daha çox sağlam və faydalı qida məhsullarını daxil etməyi məsləhət görür. Tibb işçisi bildirir ki, tərkibində təbii, tam və emal edilməmiş qida məhsulları olan çeşidli qidalanma bağırsaq mikrobiomunun vəziyyətini yaxşılaşdırır, bu da arıqlamaq və çəkinin saxlanması üçün olduqca vacibdir.

Lifin istehlakını artırmaq. Arıqlayan insanların rasionuna dənli bitkilər, qoz-fındıq və toxumlar, paxlalılar daxil olmalı. Bu qida məhsullarının lifi daha uzun müddət aclıq hiss etməmək və daha az miqdarda qida qəbul etməyə kömək edir.

Daha çox yatmaq. Sağlam gecə yuxusu ac qalmadan bədənə piyi əritməyə kömək edir. Bunun üçün ən azı yeddi saat yatmaq lazımdır. Daha az yatan insanlarda beyin sürətli enerjiyə can atan sinir siqnalları tərəfindən stimullaşdırılır. Nəticə olaraq, şirniyyat və digər karbohidrat məhsullarına tələbat yaranır.

Su içmək. Orqanizmin yaxşı nəmləndirilməsi də vacibdir, çünki o yeməkdə olan qida məhsullarının daha yaxşı həzm edilməsinə kömək edir, bu da uzunmüddətli toxluq hissini formalaşdırır.

Məşq etmək. Ürək döyüntüsünü artıran məşğələlər bədənin kalori sərf etdiyi enerji sərfini də artırır.

Milli.Az

Ciddi pəhriz və idmansız necə arıqlamalı?

“Medicina” xəbər verir ki, psixoloq Andrey Fedkonun fikrincə, ən sərt pəhriz saxlayan insanlar var ki, arıqlamırlar. Səbəb isə çox sadədir.

Bütün məhdudlaşdırıcı pəhrizlər və həddindən artıq fiziki fəaliyyət bir insan üçünyükə çevrilir. Buna görə də, bədən bütün sərt işləri zorakılıq aktı kimi qəbul edir və əhəmiyyət vermir, adekvat cavab verir, yəni dəyişməyə müqavimət göstərir.

Nəticədə insan arıqlamaq əvəzinə əzələ kütləsi qazanmağa davam edir.

Ciddi şəkildə vaxtında yemək, nadir hallarda bədənimizin ehtiyaclarını, imkanlarını və resurslarını nəzərə alırıq.

Həkm məsləhət görür ki, sərt aclıq pəhrizi tutulmasın. Belə pəhriz bədəni yoracaq.

Tədricən düzgün bəslənməyə keçmək, pəhrizdən zərərli qidaları çıxarmaq və onları sağlam qidalarla əvəz etmək çox daha təsirli olacaq. İdmanı parkda, botanika bağında və ya sahil boyu gəzintiləri əvəz edə bilər. Hətta iti gəzdirmək belə əlavə kilolardan qurtulmanıza kömək edə bilər.

Amma uğurlu dəyişiyim əsas şərtini özünüzə sevgi və qayğının təzahürü adlandırardıq. Müəyyən bir məhsul və ya idman sizi yaxşı hiss etdirmirsə, özünüzü onu sevməyə məcbur etməyin. Sonda aktiv məşqi aktiv masajla əvəz etməklə daha yaxşı nəticə almaq olar.

Comments are closed, but trackbacks and pingbacks are open.