İlham Əliyev: Ölkəmizdə məscidlərin, sinaqoqların və kilsələrin yanaşı fəaliyyət göstərməsi bizim böyük tarixi nailiyyətimizdir
“Atam bu mahnını çox sevdiyi üçün öz repertuarına daxil etmişdi. Səmimi etiraf edək ki, onun ifası öz peşəkarlığı ilə digərlərini geridə qoyurdu. Tarixinə gələndə isə bir neçə fərziyyə var. Ən münasibi budur ki, Cabbar Qaryağdıoğlu İrəvana səfər edir. Həmin vaxtlar İrəvan xanımları arasında bir dəb vardı. Yanaqlarına qoşa xal düzdürərmişlər. Cabbar bəyin burada bir xanıma gözü düşür və bu mahnını da bədahətən ona həsr edir.
Sivilizasiyaların tarixi. Tarixi mənbələr
Sivilizasiya – ümumi anlayışdır, ictimai-iqtisadi formasiyalar dövrlərində cəmiyyətin əldə etdiyi nəticələrin göstəricisidir, maddi mədəniyyəti bildirmək üçün işlədilir. Sivilizasiya mədəniyyətin sinonimidir. İctimai inkişafın maddi və mənəvi mədəniyyətin səviyyəsi və mərhələsini ümumiləşdirir.
Mədəniyyət bəşəriyyət tarixinin keçdiyi üç dövrün: vəhşilik, barbarlıq, sivilizasiya mərhələsini bildirmək üçün qəbul edilmiş terminidir.
İlk dəfə “sivilizasiya” termini (anlayış) kimi XVIII əsrdə Fransada istifadə olunub və onun məzmunu cəmiyyətin inkişafı mərhələsinin göstəricisi üçün anlayış olmuşdur.
“Mədəniyyət” terminini isə ilk dəfə Şotlandiya fəlsəfəçisi A.Ferkuson işlətmişdir (1767). XIX əsrdə termin mədəniyyətin ümumi göstəricisi kimi istifadə edilib.
Beləliklə, sivilizasiya sözünün əsas məzmunu xalqın həyat fəaliyyətinin bütün sferalarını əhatə edir və onun inkişaf mərhələsini açıqlayır.
Maddi mədəniyyət – ənənəvi xalqın həyat quruluşunu, onun təsərrüfatda əldə etdiyi səviyyənin göstəricisidir.
Mənəvi mədəniyyət – adət-ənənə, incəsənətə, dini baxışlar və s.amillər etnosun (xalqın) özünə xas olmasının əsasını təşkil edir.
Xalqların maddi və mənəvi mədəniyyətlərinin öyrənilməsi üçün əsasən tarixi mənbə kimi arxeoloji və etnoqrafik materiallardan istifadə olunur.
Bəşər tarixinin qanunauyğunluğu tendensiyası nəticəsində, xaqların qarşılıqlı təsir və əlaqələrin dərinləşdirilməsi, onların mədəniyyətlərinin zənginləşməsinə əsas yaratmışdı. Ayrı-ayrı tayfalar arasında mədəni mübadilə nəticəsində (poliolit dövründə) sonralar bu əlaqələrin daha geniş yayılması nəticəsində ilk sivilizasiyaların yaranmasına imkanlar yaradılmışdı. Bizim eradan əvvəl III-I minilliklərdə sivilizasiya Asiya, Avropa və Afrika qitələrini əhatə etmişdi. Xalqlar və dövlətlərarası münasibətlərin yaranması, insan cəmiyyəti tarixində mühüm yer tutur. Xalqlar arasında əlaqələr bütün insan cəmiyyəti tarixində bir neçə formada xarakterizə olunurdu: miqrasiya, ideoloji, mədəni, dini və s. xalqlar arasında münasibətlər və əlaqələrin dərinləşməsi, kapitalizm dövründə, Böyük coğrafi kəşflər nəticəsində ümumdünya əlaqələrin genişlənməsinə səbəb olmuşdu. Epizodik və təsadüf hallardan zərurətə çevrilmişdi. Əlaqələrin yaranması və onların xalqların mədəniyyətinə təsiri könüllü, yaxud məcburi xarakterli olmuşdu, mədəni inkişafda geridə qalmış xalqların mütərəqqi irəliləyişinə müstəmləkəçilik dövründə daha qabarıq təsir göstərmişdi.
Cəmiyyətin tarixi baxımdan öyrənilməsi, digər elmlərdə olduğu kimi tarix elmində qaçılmaz ixtisaslaşdırılma mövcuddur. Tarix elmi bir neçə ayrıca bölmələrdən və sahələrdən, köməkçi fənlərdən ibarətdir. Bunları bir neçə qruplara ayırmaq olar.
Birinci qrupa – bölmələr və tarix elminin sahələri daxildir.
İkinci qrupa – köməkçi (ixtisaslaşdırılmış) tarixi fənlərdi və bu sıraya sivilizasiya tarixi daxildir.
Mədəniyyətin inkişafını elmi şəkildə dərk etmək üçün tarixi mənbələrin forma və məzmunu dialektik vəhdətdə öyrənilməlidir. İbtidai icma dövrünə aid problemlərin öyrənilməsində əksər mənbələr arxeoloji tapıntılardı və onlar maddi mədəniyyət abidələrindən ibarətdir.
Sinfi cəmiyyətlərin tarixinin tədqiqində, əsasən yazılı mənbələrdən istifadə olunur. Tarixi mənbələrin meydana gəlmə formalarına, məzmun və məqsədlərinə görə fərqlənir və şərti olaraq qruplara bölünür: yazılı, maddi-əşyavi, etnoqrafik, şifahi və s.
Arxeoloji abidələr. Arxeoloji qaynaqlar zamanı aşkar edilmiş müxtəlif əmək alətləri, məişət, dini təsəvvürləri ifadə edən materiallardan ibarətdir. Qədim dövrün öyrənilməsində arxeoloji qaynaqlar və onların əsasında ilk sivilizasiyaların yaranmasını retrospektiv analiz etmək imkanı yaranır. Məhz dünya sivilizasiyaların qədim dövrü əsasən arxeoloji materiallar əsasında öyrənilmiş və öyrənilməkdədir.
Etnoqrafik materiallar. Hər bir xalqın maddi və mənəvi mədəniyyətini, ümumi insan cəmiyyətinin sivilizasiyasının tarixinin öyrənilməsi üçün köməkçi tarixi fənnidir. Etnoqrafiya bir elm kimi, insanların mərhələlər şəklində mədəniyyətlərin yaranmasını və inkişafını, həyat məişətini, ənənələrini öyrənir və bunun nəticəsi olaraq ümumi sivilizasiya problemlərinin elmi araşdırılmasındə vasitəçi tarix fənni kimi iştirak edir. Etnoqrafik materiallar əsas etibarilə xalqların müasir həyatlarında rast gələn qədim dövrlərə aid olan mədəniyyətlərinin qalıqları təşkil edir. Tarix elmində arxeologiya və etnoqrafiya müstəqil yer tuturlar.
Qədim yazılı tarixi mənbələr. Arxeoloji və etnoqrafik qaynaqlardan fərqli olaraq, yazılı mənbələr sonrakı tarixi dövrə aiddir. Daha dəqiq, yazı sinfli cəmiyyətinin məhsuludur. Qədim sivilizasiyaların öyrənilməsində yazılı mənbələr əsas yerlərdən biridir, bu tarixi qaynaqlarda xalqların mədəniyyəti, ənənələri, adətləri, tarixi hadisələr, ilk dövlətlərin yaranması barəsində əvəzolunmaz məlumatlar izah olunub və onlar tarixi əhəmiyyət kəsb edir.
Şumer-Akkad, Asur və Urartu mixi yazılarda qədim xalqların məişəti, dini baxışları, ictimai quruluşları salnamələrdə və başqa abidələrdə canlandırılmışdı.
Antik mənbələr. Qədim yunan, Roma tarixçi və coğrafiyaçıları Herodot, Strabon, Ptolomey, Plini və başqalarının əsərlərində bir çox xalqların məşğuliyyəti, dini baxışları, ictimai quruluşu barədə məlumatlar verilir.
Ərəb mənbələri. Ərəb müəllifləri VII əsrdən etibarən işğal etdiyi ərazilərdə yaşayan xalqların dini baxışları, mədəniyyətlərindən, siyasi hadisələrdən və s. barədə məlumat vermişlər.
Epiqrafik abidələr. Epiqrafik yazılar qaya, daş, qala divarı üzərində həkk olunan yazılarda tarixi siyasi hadisələr, xalqlararası mövcud olan əlaqələrdən, dövlət idarəçilikdən və s. məlumatlar saxlanmışdı.
Sivilizasiyaların tarixini öyrənilməsində Bizans qaynaqları və qədim Alban və digər mənbələr böyük əhəmiyyət kəsb edir.
Beləliklə, köməkçi materiallardan tarixi mənbə kimi istifadə edərək, onların elmi analizi nəticəsində, xalqların mədəniyyətinin yaranması və inkişafına təsiredici faktorları aşkar etmək olar.
Antik yunan və roma tarixi mənbələrdə ilk dəfə olaraq keçmiş dövrlərin sistematik izahına, ilk insan sivilizasiyaları haqqında dolğun materiallara rast gəlinir. Antik dövrün tarixçiləri qiymətli məlumatlar toplamışlar və əldə olunmuş materiallar əsasında sivilizasiyaların yaranma tarixindən və onun inkişafı barəsində əvəzsiz məlumatlar vermişlər.
Qədim tarixi mənbələr sırasında, ilk nöbvbədə yunan tarixçisi Herodotun (b.e.ə.484-425-ci illər) adını qeyd etməliyik. Siseron onu “tarixin atası” adlandırmışdı. Herodot öz “Tarix” əsərində maraqlı məlumatlar vermiş və onların əsas etibarilə yunanlar adlandırdığı barbarlardı. Herodotun “Tarix” əsəri bu günə kimi elmi-tarixi əhəmiyyətini saxlamaqdadır.
Antik dövrün fəlsəfəçiləri böyük diqqət ibtidai mədəniyyət problemlərinə ayırmışlar. Misal üçün ibtidai mədəniyyətin yaranmasının iki konsepsiyası Demokrit və Ərəstünə məxsusdur.
Demokritin (b.e.ə.470-380-ci illər) baxışlarına görə ilk insanların sivilizasiyaların yaranmasının səbəbini ehtiyacda görürdü. Gündəlik tələbat yaşamaq və ölməyib sağ qalması üçün irəliləməyə vadar etmişdi. Təbiət ilə mübarizədə yeni yollar axtarmalı olmuşlar. Demokritin əsas kəlamı: “insanların yaşamaq üçün mübarizəsi onları hər şeyə öyrətmişdi”.
Epikur tarixdən bütün əfsanəvi müdaxiləni rədd edirdi, tarixin təkanverici qüvvəsini insan cəmiyyətində və onu əhatə edən təbiətdə görürdü.
Ərəstunun (b.e.ə.384-322-ci illər) “Siyasət” əsərində cəmiyyət əvvəl olmuş sonra ailə. Ailəyə gəldikdə ilk dəfə olaraq patriarxal olmasını sübut etmişdi.
Romalılardan bizə fəlsəfəi-poetik əsərlər miras qalıb və onlarda ən qabaqcıl fikirlər qədim dövrə aid olmuşdu.
Tit Lukresiy Kar (I əsr. B.e.ə.) öz əsərində bir sıra çətin, eyni zamanda vacib problemlərə cavab tapmışdı.
İnsan cəmiyyətinin yaranması, odu əldə edilməsi, geyim, yaşayış və s. hüquq ruşeymlərinin yaranması, din, əxlaq, dövlət və digər sivilizasiyaların elementləri barələrində Lukresiy öz əsərlərində toxunmuş, kahinlərin bütün təlimlərinə qarşı çıxış etmişdi.
Demokrit, Epikur, Lukresiy insanın yaratdığı mədəniyyətin əsas səbəblərini açıqlamışlar.
Orta əsrlərdə əsas tarixi mənbələr xristian missionerləri, tacirlər, mütəfəkkirlər tərəfindən məlumatlarda qeyd olunmuşdur.
Sivilizasiya tarixinin öyrənilməsində XV əsrin sonralarında çevriliş baş vermişdi. Böyük coğrafi kəşflər dövrü böyük faktiki materiallar toplanmışdı. Səyyahdan sonra dünya sivilizasiyanın tarixini öyrənilməkdə missionerlərin böyük töhfəsi olmuşdu.
Zəngin elmi irsə əsaslanaraq, sivilizasiyanın yaranmasının səbəblərini və sonrakı dövrlərdə onun inkişafını tam şəkildə qurmaq olar.
İbtidai-icma quruluşunun əmələ gəlməsi, onun uzun əsrlər davam etməsi dövründə ilk sivilizasiya rüşeymləri yaranmağa başlanmış, sonrakı tarixi dövrlərdə zənginləşmişdi.
XX əsrin əvvəllərində ilk dəfə olaraq qədim məbədlərin izahı verilmişdi. Assuriyada aparılmış arxeoloji qazıtnılar zamanı qədim şummerlərin mədəniyyəti aşkar olunmuşdu, ən ilkin Fərat və Dəclə vadisində yaşamış xalqın tarixinə nəzər salmaq imkanı yaranmışdı.
Cəmiyyətin yeni inkişaf mərhələsinə keçidi, çoxmüddətli inkişafın nəticəsi əsasında olmuş, tədricən inkişafın nəticəsidir.
İnsan cəmiyyətində bir sıra institutların yaranması, bunlardan ailə, mülkiyyət, dövlət uzun sürən prosesin nəticəsidir, və onun ictimai inkişafın əsasları təşkil edir.
Hər bir mərhələnin araşdırılması nəticəsində ümumi inkişaf dinamikası, onlara əsas təsiredici faktorları aydınlaşdırmaq mümkündür.
Tədqiqatçılar, dünya sivilizasiya tarixində elmi faktiki əsaslar nəticəsində nəzəri ümumiləşdirmələr və nəticələr əldə etmişlər. Dünya sivilizasiyalarının problemlərini tədqiq edərək, fənnin o biri yanaşıq elmlərdən fərqedici meyarını aydınlaşdırmaq tələb olunur (sosiologiya, dilçilik, sənətşünaslıq, folkloristika və s.)
Beləliklə, “Dünya sivilizasiyalarının tarixi” bir elmi fənn olaraq, onun əsas hədəfi faktiki materiallara (maddi və mənəvi xarakterli) mütləq tarixi ardıcıllıqla baxılması, tarixi mənbələrə əsaslanmaq şərti ilə. Fənnin ayrı-ayrı problemlərini araşdıraraq, tək fakta ya hadisəyə əsaslanmayaraq, tələb olunur ümumi xalqların tarixi mədəniyyətinə istinad etmək zəruridir. Dünya sivilizasiyasının hərtərəfli mərhələlərin inkişafı, onları aydınlaşdırmaq yalnız onun bütün tərkib hissələrini cəlb edərək hər bir dövrün inkişaf spesifikasını açıqlamaq olar.
“Dünya sivilizasiya tarixi” tarix elminin tərkib hissəsi olaraq, insan cəmiyyətinin mədəni inkişafıının mərhələlərini öyrənərək, bununla sivilizasiya zənginləşməsinin əsas təsiredici faktorları aydınlaşdırır. Sivilizasiyaların yaranması və sonrakı inkişafı müasir dünya inkişafında əldə olmuş nəticələrin böyük tarixi məna daşıyır, ümumi qanunları aşkar etmək imkanı yaradır. Qlobal inteqrasiya dövründə, təbii ki dünya sivilizasiya anlayışının daha zənginləşməsinə səbəb olmuşdu.
Dünya sivilizasiya problemlərinin tədqiqatı siyasi və iqtisadi reallıqlarla sıx bağlıdır. Marrifçilərin və ensiklopedistlərin baxışları “Dünya sivilizasiya tarixi” elminin zənginləşməsinə böyük töhfəsi olmuşdur. Bütün nəzəriyyələrə istinad edərək, yekdil konsepsiya yaranır, dünyavi tarixin inkişaf prosesi qanunauyğun olmasını sübut edir.
Retrospektiv (keçmişə çevrilmiş) üsul ilə araşdırmalar əsasında müqayisəli – tarixi üsul yaranır və ondan istifadə edərək ictimai-mədəni xalqların həyatını öyrənməyə imkan yaradır.
“Dünya sivilizasiyaların tarixi”nin müstəqil bir elmə çevrilməsi XIX əsrin sonlarında təbiət elmlərinə və təkamül təliminin əldə olunan müsbət nəticələri böyük təsir göstərmişdi. Təkamül teoretik əsaslarından istifadə edərək, alimlər cəmiyyətin tarixini və mədəniyyətin elmi araşdırmalarda müqayisə üsulundan, faktiki materiallara əsaslanaraq elmdə yeni nəzəriyyələr irəli sürmüşdülər.
Arxeoloq Sliman tərəfindən Troya və Miken şəhərlərinin aşkar edilməsi mədəniyyət tarixinin öyrənilməsində misilsiz tövhə olmuşdu. Qədim sivilizasiyalar Orta Asiya və Cənubi Qafqazda aşkar olunmuşdu.
Qədim Misir yazılıarın oxunmasında Sampolyonun böyük əməyi olmuşdu. XX əsrdə çex alimi Qroznı qədim xettlərin yazılarının oxumasına nail olmuşdu.
Qədim sivilizasiyalarının ümumi tarixini, arxeoloji, etnoqrafik və dilçilik materiallara əsaslanaraq fransız alimi Maspero, alman alimi Meyera və rus alimi Turayeva aiddir.
Dini inamlar
Dünya sivilizasiyasının öyrənilməsində dini baxışlar böyük rol oynayır. Din xalqların tarixində onun ictimai şüurun, yəni insanların mədəni həyatını əks etdirir, ictimai dəyişikliklər dinin yenisi ilə əvəz olunmasına səbəb olur. Dünya sivilizasiyasının inkişafında din mühüm rol oynamışdı. Din insanların həyatının bütün sahələrinə öz təsirini göstərmişdi və xalqların mədəniyyətində öz əksini tapmışdı. İnsanların dinin mədəniyyətinə təsiri barəsində ilk dəfə Ksenofontun, Anaksaqorun, Demokritin, Lukresiy Karın və s. əsərlərində rast gəlinir. İlk dəfə olaraq onlar din tarixinə nəzər salaraq, dinin xalqların mədəniyyətinə təsiri barəsində öz mülahizələrini vermişlər. Orta əsrlərdə dinin yaranması tarixini Qobbs, Spinoza, Talanq, Prisli tərəfinən öyrənilmişdi. XIX əsrin əvvəllərində tarix elmində yeni dini-mifoloji məktəb yaranmışdı.
Mifoloji məktəbin tərəfdarları ilk dəfə olaraq toplanmış materialları sistematizə etmişlər və elmi araşdırmalarında xalqların mədəniyyətlərində zəngin mənbələrin olmasını sübut etmişlər.
Din bir ideoloji vasitə kimi cəmiyyətin bütün sahələrinə öz təsirini göstərmiş, əsasən müsbət təsirini insanların ictimai həyatına, onların maddi-mədəni mədəniyyətinin formalaşmasına və inkişafına. Sinfi cəmiyyətdə din dövlət idarəçiliyində bir vasitə kimi istifadə olunmuş və həyatın bütün sahələrinə təsirini göstərmişdi.
Sivilizasiya ya da mədəniyyət tarixçilər tərəfindən üç dövrə bölməsini qəbul etmişlər: vəhşilik, barbarlıq və sivilizasiya. Əsas etibarı ilə sivilizasiya termin kimi cəmiyyətin keçdiyi tarixinin üçüncü mərhələsini bildirmək, bu dövrdə əldə olunmuş maddi-mənəvi nailiyyətinin qiymətləndirməsi üçün qəbul edilmişdi. Sivilizasiya maddi və mənəvi cəmiyyətin mərhələsinin və səviyyəsinin bildiricisidir. Sivilizasiya cəmiyyətin inkişaf mərhələsini bildirir və barbarlığın sonrakı dövrün mədəniyyətini qiymətləndirir. Sivilizasiya anlayışı XVIII əsrdə yaranmış və mədəniyyət anlayışı ilə sıx bağlıdır. Fransız maarifçiləri sivill cəmiyyətini dərrakə və ədalət əsaslarında qurulmuş əsalarda görürdülər. Rus publisist və sosioloq N.V.Danilevski öz kitabında “Russiya və Avropa” müəllifin doktrinasının əsasını bioloji quruluşa bənzədir və onun sosioloji-siyasi nəzəriyyəsinin əsas mahiyyəti xüsusiləşmiş, lokal “mədəni-tarixi tiplər” (sivilizasiyalar) və onların arasında olan münasibətlər daimi fasiləsiz mübarizədə olması ideyası əsas yer tutur. Danilevski sivilizasiyanı 4 dərəcəyə bölür: dini, mədəni, siyasi, sosial və iqtisadi. Mədəni-tarixi növlər etnoqrafik vəziyyətdən tədricən inkişaf əsasında dövlət və onun əsasında sivilizasiya yaranmasına və inkişafına səbəb olur. Tarixin keçdiyi yol Danilevski 10 mədəni-tarix mərhələlərinə bölür, onların hər biri o birini sıxışdırıb, yeni mədəniyyətdə tərəqqi addım atılır.
N.V.Danilevski yeni ümumi mədəniyyət tipologiyasının nəzəriyyəsinin müəllifi olmuş, dünya tarixinin olmamasını sübut etmək istəyi olmuş, yalnız sivilizasiyaların tarixi dəlil əsasdır.
Hər bir insan cəmiyyətinin keçdiyi tarixi mərhələni öyrənərək, ilk növbədə keçidə təsir etmiş əsasları aydınlaşdırmalıyıq, bunun əsasında ümumi inkişaf dinamikasının qanunları ilə tanış olmaq imkanı əldə edə bilərik.
Beləliklə, “dünya sivilizasiyası” bir elm kimi, ümumi tarixin bölməsidir (köməkçi fənn kimi) və onun əsas obyekti faktiki materiallar əsasında insan cəmiyyətinin maddi-mənəvi nəticələrini öyrənmək və bu xalqda tarixi ardıcıllıq əsas şərt olmalıdır, elmi araşdırmalarda və tədrisdə faktiki materiallara əsaslanaraq, dünya sivilizasiyasının qanunauyğunluğunu izləmək imkanı yaranır. Hər bir sivilizasiya mərhələsini onun xarakterizə edən cəhətləri, onun bütün komponentləri əsasında aydınlaşdırmaq mümkündür, yalnız bu halda inkişafın spesifikasını təyin etmək olar.
Beləliklə, ali məktəblərdə “Dünya sivilizasiyalarının tarixi” bir fənn olaraq, insan cəmiyyətinin mədəni inkişafının öyrənilməsi məqsədi güdür, onun ilk rüşeymlərini və inkişaf mərhələlərini açıqlamaq, hər mərhələnin özünəməxsus olmasını aydınlaşdırmaq olar. Bugün fənnin əldə olunmuş nəticələrinə əsaslanaraq, müasir inkişaf tendensiyalarını dərk etmək imkanı yaradır.
- Teqlər:
- sivilizasiya
- , mədəniyyət tarixi
- , mədəniyyətşünaslıq
İlham Əliyev: “Ölkəmizdə məscidlərin, sinaqoqların və kilsələrin yanaşı fəaliyyət göstərməsi bizim böyük tarixi nailiyyətimizdir”
İlham Əliyev: “Ölkəmizdə məscidlərin, sinaqoqların və kilsələrin yanaşı fəaliyyət göstərməsi bizim böyük tarixi nailiyyətimizdir” Ölkəmizdə məscidlərin, sinaqoqların və kilsələrin yanaşı fəaliyyət göstərməsi bizim böyük tarixi nailiyyətimizdir.
13 Mart , 2023 11:12
https://static.report.az/photo/c5a86f84-e9dc-3bb2-a3d8-226020e88c6f.jpg
Ölkəmizdə məscidlərin, sinaqoqların və kilsələrin yanaşı fəaliyyət göstərməsi bizim böyük tarixi nailiyyətimizdir. “Report” xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Roma Papası Fransisk Həzrətlərinə ünvanladığı məktubda yer alıb. Dövlət başçısı bildirib ki, multikulturalizm və tolerantlıq xalqımızın həyat və yaşam tərzini özündə əks etdirən mühüm dəyərlər olmaqla yanaşı Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir: “Əsrlər boyu müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı hörmət şəraitində yaşadığı ölkəmizdə məscidlərin, sinaqoqların və kilsələrin yanaşı fəaliyyət göstərməsi bizim böyük tarixi nailiyyətimizdir. Azərbaycandakı katolik dini icmasının daim böyük diqqət və qayğı ilə əhatə olunması bunun əyani göstəricisidir”.
Bu faktlara dünyada çox az adam inanır: MÖHTƏŞƏM MUSİQİ TARİXİMİZDƏN BİR PARÇA – VİDEO/FOTO
Əsrlər boyu mahnılar xalqımızın sevinc mənbəyi, duyğularına qanad verən bir ümid, adət-ənənələrini, mental dəyərlərini formalaşdıran folklor nümunəsi olub. İnsanları, sülhə, qələbəyə, saf məhəbbətə, vətən eşqinə səsləyən xalq mahnılarımız dildən dilə süzülərək günümüzə qədər gəlib çatıb. Bir də qəlbləri titrədən, uşaqdan böyüyə hamının hisslərini riqqətə gətirən şərqilərimiz var ki, müəllifi bəlli olsa da, hər birimiz onu xalq mahnısı kimi tanıyırıq. Qüdrətli xanəndə, su kimi saf səsi, güclü avazı ilə xalqın qəlbində taxt quran Cabbar Qaryağdıoğlunun “İrəvanda xal qalmadı” mahnısı musiqi xəzinəmizin ən dəyərli incilərindəndir.
100-dən çox yaşı olan “İrəvanda xal qalmadı” sevimli xanəndələrimizin xüsusi həssaslıq və sevgilə yanaşıb, ifa etdikləri əsərdir. Bu mahnının yaranma tarixi haqda bir sıra fərziyyələr dolaşır. Publika.az onların hansının doğru, hansının yanlış olduğunu mütəxəssislərimizlə araşdırmağa çalışdı.
İlk həmsöhbətimiz sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənovadır.
– Cabbar Qaryağdıoğlu Azərbaycan musiqi mədəniyyətinin ən parlaq simalarından biridir. Böyük xanəndəmiz XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb. O, Azərbaycan muğam sənətini geniş miqyasda tanıdan sənətkarımızdır. Bir çox ilklər onun adı ilə bağlıdır. Azərbaycanda muğamları geniş kütlə qarşısında ilk dəfə ifa edən şəxsiyyət olub. Onun yaratdığı muğam üçlüyü 20 ildən çox fəaliyyət göstərib. İranda, Türkiyədə, Polşada, Latviyada, Rusiyada Azərbaycan muğamını beynəlxalq miqyasda tanıdıblar. Səsi ilk dəfə qramofon valına yazılan xanəndəmiz də Cabbar Qaryağdıoğludur.
O, həmçinin muğamı bizim dilimizə daha da yaxınlaşdıraraq, daha çox fars dilində deyil, azərbaycanca qəzəllər ifa etməyə başlayıb.
– Cəmilə xanım, Cabbar bəy harada doğulub? Ümumiyyətlə onun uşaqlıq illərilə bağlı bilmədiyimiz hansı faktları bölüşə bilərsiniz bizimlə?
– Cabbar Qaryağdıoğlu Qarabağda, Şuşada doğulub. Uşaqlığı ilə bağlı Firudin Şuşinskinin araşdırmalarına əsasən deyə bilərəm ki, o kiçik yaşlarından musiqiyə, oxumağa meylli olub. Mədrəsədə təhsil almağına baxmayaraq, Kor Xəlifə təxəllüslü müəllimindən muğamın dərinliklərinə yiyələnib. Lakin, valideynləri oxumağına icazə vermirmişlər. Balaca Cabbar da günbəgün solub, zəifləyirmiş. Bir gün atası Cabbarı həkimə aparır. Həkim deyir ki, bu uşağın bir dərdi yoxdur, oxumağın xiffətin edir. Beləcə, gözəl səsli Cabbar sevdiyi nəğmələrilə öncə Şuşa camaatının, sonra isə xalqımızın məhəbbətini qazanır.
O, Qarabağ muğam ifaçılığı məktəbinin ən böyük nümayəndəsidir.
– Tək Qarabağ, yoxsa bütövlükdə Azərbaycan?
– Bilirsinizmi, Azərbaycan muğam məktəbi bir neçə bölgəyə ayrılır. Bunların içərisində ilk sırada Qarabağ məktəbi durur. Sonra Bakı-Abşeron və Şirvan ifaçılıq məktəbi gəlir. Əlimizdə səhih elmi araşdırmalar olmasa da, Naxçıvan muğam məktəbi haqda da mənbələrdə qeydlər var. Muğamın beşiyi olan Qarabağda tez-tez musiqi ziyafətləri baş tuturdu. Günlərin bir günü Əbdülrəhim bəy Haqverdiyev “Leyli və Məcnun”u səhnələşdirir. Məcnun rolunda isə Cabbar Qaryağdıoğlu çıxış edir. Üzeyir bəy o zaman balaca uşaq idi. Bu ifadan təsirlənib, gələcəkdə “Leyli və Məcnun” operasına həyat verir. Üzeyir bəy böyük ustadı çox sevir, ona rəğbət bəsləyirdi. Belə bir məlumat da var ki, böyük bəstəkarımız operanı yazdığı ərəfədə, həmçinin “Muğam proqramı” tərtib edəndə Cabbar bəydən çox tövsiyələr alarmış.
1930-cu illərdə Bülbülün rəhbərliyi ilə Azərbaycan Dövlət Konservatoriyasında xalq mahnıları bölməsi açılır. Cabbar Qaryağdıoğlu bu ali təhsi ocağına dəvət olunur. Əsas məqsəd o idi ki, xanəndə bildiyi bütün mahnıları oxusun, qramafon valına yazıb, nota köçürsünlər.
Cabbar bəy burada 200-dən çox mahnı səsləndirir. Həmin vaxt Üzeyir bəy Konservatoriyanın rektoru idi. Böyük xanəndəyə zəhmətinin qarşılığı olaraq qonorar yazır. Cabbar bəy puldan imtina edərək: “Mən xalqın mülkünü onun özünə sata bilmərəm” deyir.
– Bəs “İrəvanda xal qalmadı” mahnısının yaranma tarixindən nə deyə bilərsiniz?
– Cabbar bəy zəmanəsinin ən çox sevilən xanəndələrindən idi. Onu tez-tez müxtəlif bölgələrə toylara çağırırdılar. Bir dəfə İrəvana toy məclisinə dəvət alır. Həmin vaxtlar toylarda mütləq bəy tərifi olurdu. Bu toyda isə tam əksi baş verir. Gəlinin atası xanəndədən xahiş edir ki, yeganə övladına, qızına tərif oxusun. Cabbar bəy gəlinin atasına deyir ki, heç olmasa bir əlamətini desin. O da cavabında, qızımın üzündə bir cüt xalı var deyir. Beləcə
İrəvanda xal qalmadı,
O xal nə xaldır qoşa düzdürmürsən? –
deyə bədahətən mahnı qoşub, oxumağa başlayır.
Bu gözəl bəstənin ən güclü, qəlbəyatımlı ifalarından biri də qüdrətli sənətkarımız Xan Şuşinskiyə məxsusdur. Böyük xanəndəmiz öz füsunkar ifası ilə dinləyicisini xəyalən doğma İrəvan torpaqlarına aparır.
Mahnının tarixilə bağlı mərhum sənətkarımızın oğlu Aslan Cavanşirovun da dəyərli fikirlərilə tanış olduq:
“Atam bu mahnını çox sevdiyi üçün öz repertuarına daxil etmişdi. Səmimi etiraf edək ki, onun ifası öz peşəkarlığı ilə digərlərini geridə qoyurdu. Tarixinə gələndə isə bir neçə fərziyyə var. Ən münasibi budur ki, Cabbar Qaryağdıoğlu İrəvana səfər edir. Həmin vaxtlar İrəvan xanımları arasında bir dəb vardı. Yanaqlarına qoşa xal düzdürərmişlər. Cabbar bəyin burada bir xanıma gözü düşür və bu mahnını da bədahətən ona həsr edir.
Bəstənin sözlərində yatan dərin mənaya filologiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyeva da aydınlıq gətirdi.
– “Xal” sözü Azərbaycan xalqının çox qədim, eramızdan əvvələ aid inanclarına bağlıdır. Atəşpərəstlik dövründə bu söz “qal”, “qalanmaq” mənasında olmaqla, oda sitayişə bağlı idi. Bir çox türk xalqlarının tarixində “qal tanrı”, “od tanrı” anlayışı var. Bu haqda alimlərin qiymətli araşdırması mövcuddur. Xal atəşpərəstlikdə daim od yanan yerə deyilirdi. Yanmaqdan qapqara, kömür kimi olurdu. Atəşpərəstlik ocaqları söndürüldükdən sonra xal qara rəngin simvoluna çevrilməyə başladı. Bu gün dilimizdəki, tonqal, manqal sözlərinin “qal” tərkibi də qalanmaq fikrini ifadə edir və oda sitayış dövrünə aiddir. Türk xalqlarının dilindəki bəzi sözlərdə “q”, “x” hərflərinin əvəzlənməzi tükroloqlar tərəfindən araşdırılıb, “qara-xara” və s.
Azərbaycan ərazisində atəşpərəstlik məhv edildikdən sonra xal sözü poeziyada məcazlaşmağa doğru müxtəlif mənalarda inkişaf etdi. Poeziyada şairlər üzdəki xal və odu eyniləşdirirdilər. Buna Nizaminin qəzəllərində də rast gəlinir.
Sənin dodağın və cahanyandıran xalın udla şəkər kimidir,
Əcəb, udla şəkər yandırır, mənə belə manqal gərəkdir.
Orta əsrlər ədəbiyyatının görkəmli tədqiqatçılarının fikrincə xal obrazı haqda ədəbi mənbələrdə ümumi fikir bu şəkildədir. “Hansı xalı qaldırsan, altında od yanır.” Bu isə birbaşa atəşpərəstliklə bağlıdır. Bununla bağlı türk xalqlarına məxsus bir sıra atalar sözləri də var.
Məhs bu faktlar göstərir ki, “İrəvanda xal qalmadı” mahnısının sözlərinin tarixi çox qədimdir.
– Bəs müəllif Cabbar Qaryağdıoğludursa, mətnin tarixi necə qədim ola bilər?
– Mətnin deyil, fikrin tarixi qədimdir. Cabbar bəy bu sözləri bədahətən İravənda söyləyib. Cabbar Qarayağdıoğlu çox bilikli insan idi. Xalq içərisində böyümüşdü. Bu bir xalq məsəli, qan yaddaşı imiş ki, o da bu fikirə əsaslanıb, mahnının sözlərini söyləyib.
Sevimli xanəndəmiz, səhnəmizin “Məcnunu” Mənsum İbrahimov da bu mahnıya və müəllifə olan dərin rəğbətindən bəhs etdi:
– “İrəvanda xal qalmadı” Cabbar əminin ən çox sevilən mahnılarından biridir. Nəinki mən, bütün xanəndələrimiz onu sevərək ifa edirlər. Maraqlısı bilirsinizmi nədir? Zaman keçir, amma o öz təravətini itirmir. Bütün tədbirlərdə, el şənliklərində səsləndiririk.
Böyük sənətkarımızın onlarla mahnıları artıq xalq mahnısına çevrilib. Bu bir tərəfdən yaxşıdır, digər tərəfdən isə müəllif unudulur. Ona görə sizə dərin minnətdarlığımı bildirirəm və təşəbbüşünüzü alqışlayıram. Bu qəbildən araşdırmaların sayı nə qədər çox olarsa, bir o qədər musiqimiz və mərhum incəsənət ustalarımız təbliğ edilər.
Mərhum xanəndəmizin olduqca yumşaq, həzin, eyni zamanda əzəmətli avazı, geniş səs diapazonu, nəfəs verdiyi bir birindən zəngin mahnıları tək qramofon vallarına deyil, xalqımızın irs yaddaşına həkk olunub. Milli musiqimiz var olduqca Cabbar Qaryağdıoğlu da yaşayacaq.
Leyla Sarabi
Əvvəlki xəbər
Azərbaycanlı hakim UEFA-dan təyinat aldı
Comments are closed, but trackbacks and pingbacks are open.