Press "Enter" to skip to content

Oxluqlar. Venn diaqramı” V sinif üçün riyaziyyatdan elektron dərs

VI. Məlumat müzakirəsi və təqdimatı -6 dəq

Azərbaycanın Rusiyadakı səfirliyi tarix dərslikləri ilə bağlı bu ölkənin nazirliklərinə müraciət etdi

Azərbaycanın Rusiyadakı səfirliyi tarix dərslikləri ilə bağlı bu ölkənin nazirliklərinə müraciət etdi Azərbaycanın Moskvadakı səfirliyi Rusiya orta məktəblərinin tarix dərslikləri ilə əlaqədar bu ölkənin Xarici İşlər və Maarif nazirliklərinə müraciət edib

16 Fevral , 2021 12:41

https://static.report.az/photo/dfebb072-2f07-3417-b933-18474f8dfcc1.jpg

Azərbaycanın Moskvadakı səfirliyi Rusiya orta məktəblərinin tarix dərslikləri ilə əlaqədar bu ölkənin Xarici İşlər və Maarif nazirliklərinə müraciət edib. Səfirlikdən “Report”a bildirilib ki, 2020-ci ildə Moskvadakı “Drofa” nəşriyyatında çap edilən, müəllifləri L.M.Lyaşenko, O.V.Volobuyev, Y.V.Simonovanın olan orta məktəblərin 9-cu sinifləri üçün nəzərdə tutulmuş “XIX əsr, XX əsrin əvvəlləri Rusiya tarixi” (“История России. XIX – начало ХХ века”) dərsliyinin 6-cı nəşrinin 90-cı səhifəsində 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinə əsasən “Şərqi Ermənistan”ın Rusiyanın tərkibinə keçdiyi qeyd edilib. Bundan əlavə, 2020-ci ildə N.M.Arsentyev, A.A.Danilov, A.A.Levandovski, A.Y.Tokarevanın müəllifliyi ilə Moskvanın “Maarif” nəşriyyatında çap olunan “Rusiya tarixi 9. Birinci hissə” (“История России 9. Часть 1”) 9-cu sinif dərsliyinin 6-cı nəşrinin 91-cı səhifəsində isə vurğulanır ki, 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinə görə, “Şərqi Ermənistan” ərazisi olan İrəvan və Naxçıvan xanlıqları Rusiyanın tərkibinə keçib. Sözügedən dərsliklərdə tarixi faktların təhrif edildiyini və Türkmənçay müqaviləsinin mətnində “Şərqi Ermənistan” adlı ərazinin ümumiyyətlə qeyd olunmadığını nəzərə alaraq, müvafiq düzəlişlərin edilməsi üçün səfirlik tərəfindən Rusiya Federasiyası Xarici İşlər və Maarif nazirliklərinə müraciətlər ünvanlanıb. Rusiya Maarif Nazirliyindən səfirliyə daxil olan rəsmi cavab məktubunda bildirilib ki, sovet və rus tarix ədəbiyyatında İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya verilməsini əks etdirən, 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsinin şərtləri işıqlandırılarkən “Şərqi Ermənistan tarixi vilayət” terminindən istifadə olunur. Sözügedən tarixi vilayətin Türkmənçay müqaviləsinin mətnində göstərilmədiyini nəzərə alaraq, “XIX əsr, XX əsrin əvvəlləri Rusiya tarixi” (“История России. XIX – начало ХХ века”) 9-cu sinif dərsliyinin müvafiq hissəsinə düzəlişlər edilib və “Şərqi Ermənistan” haqqında qeyd mətndən çıxarılıb, dərsliyin növbəti nəşrlərinin düzəliş edilmiş variantda çap olunacağı vurğulanıb. Eyni zamanda, “Rusiya tarixi 9. Birinci hissə” (“История России 9. Часть 1”) 9-cu sinif dərsliyində “Şərqi Ermənistan” anlayışının sırf coğrafi kontekstdə verildiyi diqqətə çatdırılıb və birmənalı təfsir edilə bilməyən anlayışların istisna olunması üçün dərsliyin yenidən çapı zamanı müvafiq düzəlişin ediləcəyi bildirilib.

“Çoxluqlar. Venn diaqramı” V sinif üçün riyaziyyatdan elektron dərs

İnteqrasiya : İnf: (4 sinif) 1.2.1.Müxtəlif qrupdakı əşyaları əlamətlərinə görə ümumiləşdirir. 1.2.2. Obyektlər qrupundan olan əşyaların əlamətlərini cədvəl şəklində təqdim edir. 1.2.3. Qrupdakı obyektlərin əlamətlərini keyfiyyət baxımından izah edir. İş forması: Qruplarla iş, kollektivlə iş İş üsulu: Beyin həmləsi (əqli hücum), Venn diaqramı, klaster, suallar. Resurslar: Dərslik, iş vərəqləri, proyektor, fləşkard, şəkillər. Dərsin gedişi: davamiyyəti yoxlayıram.

25 və 26 ədədləri arasinda yerləşən natural ədədlər çoxluğunu yazaq.Görürük ki bu çoxluğun elementi yoxdur.Belə çoxluq boş çoxluq adlanır və kimi işarə olunur.

1.Motivasiya

2.Tədqiqatın aparılması

4. Məlumat müzakirəsi və təqdimatı

3. Məlumat mübadiləsi

6. Yaradıcı tətbiq etmə

5. Nəticələrin çixarilmasi

7. QİYMƏTLƏNDİRMƏ-

I.Motivasiya -4dəq

Gördüyünüz düzbucaqlıların içərisində çoxlu nələr verilmişdir?

Çoxlu rəqəmlər

Deməli, biz bunları rəqəmlər çoxluğu və hərflər çoxluğu adlandıra bilərik.

  • Çoxluqlara necə nümunələr göstərmək olar?
  • A=, B= hərflər çoxluğunun birləşməsini və kəsişməsini yazın.Bu çoxluqların birləşməsinə aid olan hərflərlə sözlər yazın.

II. Tədqiqatın aparılması – 18 dəq

Şagirdləri 3 qrupa bölüb, iş vərəqləri paylayıram.

I-Tək ədədlər

II- Cüt ədədlər

III- Natural ədədlər

I-Tək ədədlər

II- Cüt ədədlər

III- Natural ədədlər

III. Məlumat mübadiləsi- ( 5 dəq)

Qruplar öz işlərini təqdim edir, görülən işin nəticələrini şərh etmək və alınmış nəticəni əsaslandırmaq üçün informasıyya mübadiləsi baş verir.

VI. Məlumat müzakirəsi və təqdimatı -6 dəq

Şagirdlərə bucaqlarına görə müxtəlif fiqurlar çoxluqları sadalamalarını deyirəm. Sinifdəki şagirdləri venn diqramına göre necə ayıra bilərlər deyə sual verirəm, muxtəlif cavablar alıram, qızlar oqlanlar və əlacılar qrupu yaradırlar.

V. Nəticənin çıxarılması -6 dəq

Şagirdlər bu işləri əzbərləmə deyil, məlumat toplama əlaqələndirmə və təqdimetmə üsulu ilə öyrənirlər. Şagirdlər gəldiyi nəticəni tədqiqat sualı ilə və irəli sürülmüş fərziyyələrlə müstəqil olaraq tutuşdururlar. Qrupların qiymətləndirməsini şagirdlər özləri aparırlar.

VI.Yaradıcı tətbiqetmə -6 dəq

1)Sinifdə “Çoxluqlar” mövzusuna aid səhifə 19 də verilmiş tapşırıqları yerinə yetirməyi verirəm.

2. Evdə “Çoxluqlar” mövzusuna aid səhifə 20 də verilmiş 4,5 və 6 tapşırıqları yerinə yetirməyi tapşırıram.

QİYMƏTLƏNDİRMƏ( 3-dəq)

Müəyyən qanunauyğunluqlar seçməklə çoxluqlar yazır

Bilik və bacarıqlar

Çoxluğa daxil ola bilən və olmayan elementləri müəyyən edir

İki çoxluğun kəsişməsini və birləşməsini onları təşkil edən elementlərə görə müəyyən edir

İki çoxluğun kəsişməsini Venn diaqoramı ilə təqdim edir

Diqqətinizə görə minnətdaram.

Comments are closed, but trackbacks and pingbacks are open.