Uşağın doğum şəhadətnaməsi
CAVAB
Dul olduğum və sonradan boşandığım haqqında şəhadətnaməni necə ala bilərəm?
«Tez oyananla tez evlənən udar» deyimi həmişə özünü doğruldurmu?
Deyirlər “Tez evlənənlə tez yuxudan oyanan qazanar”. Bu ifadəni yaşlıların, valideynlərin, nənə-babaların dilindən tez-tez eşidirik. Bu misalı özlərinə örnək edərək, nəvə-nəticə görmək arzusu ilə yaşayan valideynlər övladlarının tez ailə qurub oğul-uşaq sahibi olmasını istəyirlər. Elə bu səbəbdən bəzi hallarda az yaşlı, yəni evliliyə nə psixoloji, nə də fiziki baxımdan hazır olmayan qızlar erkən evliliyə təhrik edilirlər. Adını şərti olaraq qeyd etdiyimiz Səbinə kimi.
Səbinənin 14 yaşı olanda atası onu Rusiyada yaşayan, orada bizneslə məşğul olan 38 yaşlı tanışına ərə verdiyini bildirib. Əvvəlcə Səbinə buna o qədər də əhəmiyyət verməsə də, bir də onda ayılıb ki, artıq nişandır. Evdə atasının bir sözünü heç kim iki eləmədiyindən, elə Səbinənin də etiraz etməyə nə gücü, nə də cəsarəti çatmayıb. El adəti ilə, bütün təmtərağı ilə keçirilən toy, qızına gətirilən bahalı əşyalar, özündən cəmi iki yaş kiçik olan kürəkən atanın çox ürəyinə yatıb. Elə ana da, kiçik bacı-qardaş da bu qohumluğa sevinib.
Təzə bəy isə toydan cəmi bir ay sonra gəlini qoca atasının yanında qoyaraq, yenidən Rusiyaya yola düşüb. Ancaq təklik hələ bədbəxtliyin hamısı deyilmiş. Hamilə olan Səbinə tez-tez özünü pis hiss etsə də, buna o qədər də əhəmiyyət verməyib. Lakin hamiləliyin beşinci ayı 14 yaşlı qızın vəziyyəti agırlaşıb. Xəstəxanaya çatdırılanda isə həkimlərin hökmü birmənalı olub: təcili əməliyyatla hamiləlikdən azad edilməsə, həyatı təhlükə qarşısındadır.
Əməliyyatdan sonrakı qərar isə Səbinənin özü və valideynləri üçün ölümdən də ağır səslənib: “O daha ana ola bilməyəcək”.
Səbinənin əməliyyatında iştirak edən cərrahın dediyinə görə, hələ yetkinləşməmiş orqanizm hamiləliyə hazır olmadığından, yeganə çıxış yolu uşagı üstdən götürərək, yalnız xəstənin həyatını xilas etmək olub.
15-16 yaşda ərə gedən qızların sayı çoxalıb
Gəncə şəhər Ailə və Nikah Məsləhətxanasının baş həkimi Raya Məmmədovanın bildirdiyinə görə, son illərdə onlara müraciət edən 15-16 yaşlı hamilə qadınların sayı artıb. Bu qəbildən olan hamiləliklərdə fəsadlar, ağırlaşmalar çox olur. Cinsi cəhətdən yetkin olmamaları və vaxtsız hamiləlik azyaşlı qızların sağlamlığını böyük risk altında qoyur. Fiziki pozuntular əksər hallarda psixoloji sarsıntılarla müşayiət olunur. Eləcə də erkən hamiləlikdən doğulan uşaqların da sağlamlığında problemlər yaranır. Raya Məmmədova erkən evlilikdən çəkinməyi, amma bu hallar baş veribsə, heç olmasa, bir neçə il belə azyaşlı evli qadınların hamiləlikdən qorunmalarını məsləhət görür. Ən acınacaqlı vəziyyət isə odur ki, əksər hallarda bu qadınlar hamiləlik dövründə həkimə, demək olar ki, müraciət etmirlər. Halbuki əgər 15 yaşlı qız hamilədirsə, o daha artıq dərəcədə həkim nəzarətində olmalıdır ki, baş verə biləcək fəsadlar vaxtında aşkar edilərək, tibbi müdaxilə oluna bilsin.
Erkən evlilik qanunla qadağandır
Qanun hər şeydən alidir, lakin ölkəmizdə bəzi hallarda ailə, nikah məsələlərində qanunvericilikdə nəzərdə tutulan bir sıra müddəalar pozulur. “Şəffaflıq – Azərbaycan” Korrupsiyaya qarşı mübarizə təşkilatının Gəncə ofisinin direktoru Sevinc Məmmədova bildirir ki, onlara erkən yaşda ailə quran, lakin rəsmi nikaha girməyən qadınlar çox müraciət edirlər: “Əsasən ərləri Rusiyada olan və əllərində nikah haqqında şəhadətnamə olmayan, üstəlik cəmi 15-16 yaşında ailə qurduqlarına görə heç bir sənətə də sahib olmayan qadınlar illərlə ərlərinin yolunu gözləməkdən başqa çarə tapmırlar. Məsələn, bizə müraciət edənlərdən biri hələ 9-cu sinfi bitirməmiş ailə qurub. Anası o vaxt təkid edib ki, doqquzuncu sinifdən sonra məktəbdən çıxsın, çünki qardaşı onsuz da onu ali məktəbə getməyə qoymayacaq. Elə “ilk qismətindir” deyib ərə veriblər. Yaşı az olduğundan nikah kəsdirməyiblər. Maddi vəziyyətləri yaxşı olmadığına görə çoxları kimi onun da həyat yoldaşı Rusiyaya üz tutub. Uşaq dünyaya gələndə isə nikahları olmadığından doğum haqqında şəhadətnaməni belə ala bilməyiblər. Bizə üz tutan qadın bildirir ki, həyat yoldaşı 3 yaşlı uşağın heç üzünü də görməyib. İndi də kefi istəyəndə pul göndərir, istəməyəndə yox. Həm uşaq sənədsiz qalıb, həm də özü çıxılmaz vəziyyətdə”.
Gəncə şəhər Nizami rayon VVAQ şöbəsinin müdiri Samirə Kazımovanın sözlərinə görə, hazırda nikahsız yaşayan ailələrin sayı çoxdur. Bunun səbəblərindən biri də məhz elə qanunla nikaha yaşı düşməyənlərin evlənməsidir. Azərbaycan Respublikası qanunvericiliyinə görə, qadınlar 17, kişilər isə 18 yaşını tamamladıqdan sonra nikaha girə bilərlər. Ailə Məcəlləsinə görə isə, xüsusi istisna hallarda yaş məhdudiyyəti bir il azaldılaraq, müvafiq olaraq kişilər üçün 17, qadınlar üçün 16-ya endirilə bilər. Samirə Kazımova onu da qeyd edir ki, rəsmi orqanlarda qeydə alınmayan nikahlar heç də az deyil. Bu da sonralar nikahsız yaşayan qadınlar üçün xeyli problemlər yaradır: “Bəzən ərindən ayrılmaq istəyən qadın nikahı olmadığından problemlərlə üzləşir, uşaqları ilə birlikdə evsiz-eşiksiz qalır. Bu, yeni dogulan uşaqlar üçün də çətinlik yaradır. Belə ki, biz ancaq nikahı olan ailədə doğulan uşaqlara doğum şəhadətnaməsi veririk. Əgər qadın nikah yaşına çatmayıbsa, amma ailə qurubsa, ümumiyyətlə uşağına doğum şəhadətnaməsi ala bilmir. 16 yaşına çatandan sonra öz soyadı, yaxud atanın razılığı ilə atanın soyadı ilə şəhadətnamə ala bilər”.
Bəziləri erkən evliliyin doğruluğunu dinlə əlaqələndirirlər
Dindarlar deyirlər ki, şəriətə görə qadınların yetkinlik yaşı 9, kişilərinki isə 15 yaş hesab olunur. Gəncə şəhər Şah Abbas Came Məscidinin axundu İsgəndər Məmmədov isə qeyd edir ki, bu, tərəflərin fiziki və psixoloji yetkinliyindən asılıdır. Həmçinin Qazilər şurasının çıxardığı qərara görə, dində qadınların və kişilərin yetkinlik yaşı qanunvericilikdə nəzərdə tutulduğu kimi müəyyən edilməlidir, yəni 17-18 yaş. Eyni zamanda din xadimləri tərəfindən göstəriş verilib ki, rəsmi nikah haqqında şəhadətnaməsi olmayan şəxslərə dini kəbin kəsilməsin. Lakin buna heç də həmişə əməl olunmur. Bir çox hallarda nəinki qanuni nikahı olmayan, heç bir-birinin üzünü belə görməyən şəxslərə mollalar tərəfindən kəbin kəsilir. Dini kəbin isə müsəlmanlıqda qəbul edilsə də, heç bir qanuni qüvvəyə malik deyil. Çünki dini nikahda tərəflərin üzərinə nə əmlak, nə də vərəsəlik kimi məsuliyyət qoyulmur. Elə bu da evlənərkən yalnız dini kəbinlə kifayətlənən kişilər üçün sərfəlidir. Rəsmi nikah olmadan qızlarını ərə verən valideynlər isə övladları ilə birlikdə bunun acısını sonradan çəkməli olurlar. Bəzən isə qızın azyaşlı olmasından istifadə edərək, əvvəlki nikahlarını, hətta evli olduqlarını belə gizlədənlər də olur.
Aysel 15 yaşını yenicə tamamlayanda ailə qurub. O vaxt o, doqquzuncu sinfi bitirdikdən sonra Gəncə Humanitar Kollecində oxuyurdu. Arxasınca düşərək, ona göz verib, işıq verməyən Samirdən isə heç xoşu gəlmirdi. Bu hal bir neçə ay davam etdikdən sonra anası dedi ki, həmin oğlan iş yerinə onun yanına gəlib, Ayseli sevdiyini və ondan əl çəkməyəcəyini bildirib. Anası qızına onu da dedi ki, Samir onun xoşuna gəlib və Ayselin ona ərə getməsinə razıdır. Bir neçə gündən sonra oğlanın elçiləri onlara gəldilər.
Samirlə söhbətdən çox razı qalan ana həyat yoldaşını da yola gətirərək, elçilərə “hə” verməyə razı saldı. Bu fikir hamıdan çox Ayselin babasını hirsləndirdi. Hətta o, oğlunu yanına çağırtdıraraq onu danladı: “Axı, bu uşağın nə yaşı var ki?! Bezmisiniz, yoxsa çörəyini çatdıra bilmirsiniz? Əgər belədirsə, mən özüm ona baxaram”. Amma artıq “hə” verildiyindən, babanın sözünə elə də əhəmiyyət verən olmadı.
Ana bildirdi ki, “mən özüm gec ailə qurmuşam, istəyirəm ki, qızım tez oğul-uşaq sahibi olsun”. Toy yaxınlaşıb nikah məsələsi ortaya gələndə isə bəhanə gətirdilər ki, “qızın yaşı nikaha düşmür, sonra kəsdirərik. Hələlik molla kəbini olsa, bəsdir. Bir də ki, yaxşı ailəmiz olandan sonra bir parça kağızın nə əhəmiyyəti var ki?!” Amma sən demə, bunun başqa bir səbəbi də var imiş. İndi artıq 8 ildir ki, onlar qeyri-rəsmi olaraq evlidirlər. Üç oglan övladları da var. Bu illər ərzində Ayselin çəkmədiyi əzablar qalmayıb. Hər dəfə də ayrılmaq məsələsi araya düşəndə anası yalvarıb ki, “qızım, bir az da döz”. İlk övladları məktəbə getməyə az qalmış isə nikah məsələsinə bir daha qayıdılıb. . Və məlum olub ki, sən demə, Samir 10 il bundan əvvəl bir başqası ilə də evlənibmiş. O evlilikdən hətta bir qızı da var. Əvvəlki həyat yoldaşı isə, Ayseldən fərqli olaraq, ərinin evinə, ailəsinə hörmətsizliyinə, təhqirlərinə, hər xırda şey üstündə yumruq işə salmasına dözməyərək, çıxıb gedib. Lakin nikahları indiyə qədər qalır. Qəribəsi isə budur ki, bütün bu yalanlara Aysellə birlikdə onun atası, qardaşı və hər gün qızının çəkdiklərini gördükcə, peşmanlıqdan daha çox əzab çəkən anası da dözür. Fikir isə birdir: “Təki qızımızın üstünə “boşanmış” damğası vurulmasın”. Amma bu halın nə qədər davam edəcəyi, Ayselin yalanlara, aldanışlara, təhqirlərə və zorakılığa daha nə qədər tab gətirəcəyi hələ məlum deyil.
Erkən evlilik psixoloji cəhətdən təsirsiz ötüşmür
Psixoloqların fikrincə, hələ psixoloji cəhətdən tam yetkinləşməmiş yeniyetmələr ailə qurmağa hazır olmurlar. Belə ki, psixoloq Səbinə Musayevanın sözlərinə görə, cinsi yetişmənin 6 variantı fərqləndirilir. Bütün variantlarda bu proses qızlarda 11-13, oğlanlarda 13-15 yaşda daha intensiv olsa da, cinsi yetişmənin ləng başlaması halı da müşahidə olunmaqdadır. Bu zaman proses qızlarda 17, oğlanlarda 19 yaşadək davam edə bilər. Erkən yaşda ailə quran qızlarda isə belə müstəsna halların ola biləcəyi haqqında heç kim düşünmür. Həmçinin yeniyetmələrdə səbirsizlik, dözümsüzlük daha çox olduğundan, onlar ailədə yaranan hər bir problemin ağırlığı altına düşürlər ki, bu da sonradan depressiyalara, bəzən hətta ağır psixika pozuntusunadək gətirib çıxara bilir.
Qızların erkən evliliyə təhriki qanunla cəzalandırılır
2002-ci ildə Milli Məclis uzun mübahisələrdən sonra nikah yaşının istisna hallarda bir il azaldılaraq, qızlar üçün 16, oğlanlar üçün 17 olmasını qəbul etdi. Bu, qanunla müəyyənləşmiş cəzadan, bir növ, yaxa qurtarmaq imkanı, həmçinin də qanunsuz nikahların qarşısının alınması üçün atılan bir addım idi. Belə ki, 16, xüsusən 14-15 yaşlı qızların ərə verilməsi, qaçırılması qanunla cəzalandırılır. Cinayət Məcəlləsinin 152 və 153-cü maddələrinə əsasən, yetkinlik yaşına çatmayanların seksual münasibətlərə təhrik edilməsinə görə 2 ildən 3 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Ailəni kiçik bir dövlət hesab etdiyimizdən, dövlətin qanunlarına riayət etməyə borcluyuq. Əks halda, erkən yaşda ailə qurmağa təhrik etmələrin sayı artdıqca, qızların hüquqları daha çox tapdanacaq, ana və uşaqların sağlamlığında problemlər yaranacaq, bundan isə həm ailələr, həm də bütün cəmiyyət əziyyət çəkməli olacaq.
Uşağın doğum şəhadətnaməsi
Bir uşağın ailə içində görünməsi valideynləri ilk günlərdə doğum haqqında şəhadətnamənin alınması proseduruna cəlb etməyə məcburdur. Gənc analar və babalar ilk dəfə qarşılaşdıqları bir çox həll edilməmiş məsələləri var. Və kifayət qədər tez hərəkət etmək lazımdır, çünki müəyyən şərtlər var, ondan sonra cəzanın eyni zamanda ödənilməsi halında uşağın doğum haqqında şəhadətnaməsini əldə etmək mümkündür.
Sənədlərin verilməsi üçün harada müraciət ediləcək?
Yeni kiçik bir vətəndaşın rəsmi qeydiyyatı üçün valideynlər doğum haqqında şəhadətnamə sənədlərini toplaymalıdırlar. Vətəndaşlar qeydiyyat şöbəsinə müraciət etməlidirlər və kəndlilər kənd şurasında doğum haqqında şəhadətnamənin necə və nə vaxt verildiyini soruşurlar. Doğum işçiləri də doğum haqqında şəhadətnaməni necə verməyə dair məsləhətlər verə bilərlər. Prosedura heç bir şey çətin deyil. Valideynlərin ehtiyacları:
- Doğuş vəziyyətində olan qadına verilməli olan doğum xəstəxanasından arayış;
- Valideynlərin pasportları;
- rəsmi nikahda – onun qeydiyyatı haqqında şəhadətnamə.
Valideynlərin rəsmi nigah və eyni soyadları ilə qeydiyyatı onların birinin iştirakı ilə həyata keçirilə bilər. Qeydiyyatçılar həm ananı, həm də atanı müşahidə etmək məcburiyyətində olduqda vəziyyətlər var. Belə ki, körpənin adı qeyri-adi və ya xaricdirsə, valideynlərin soyadları fərqlidir, doğum başqa bir şəhərdə baş verib, onda hər ikisinin olması məcburidir. Vətəndaş nigahı yalnız atanın iştirakı deyil, həm də onun qəbul edilməsinə razılıq üçün yazılı ərizə tələb edir.
Maraqlı faktlar
Çoxu bir doğum şəhadətnaməsinin necə göründüyünü bilir, ancaq bəzi qrafiklər nəzərə alınmır. Beləliklə, doğum haqqında şəhadətnamədə vətəndaşlıq göstərilməklə və əgər göstərildiyi halda, hamı bilir. Və bu təəccüblü deyil, çünki bu qrafik iradəyə əsasən valideynlər tərəfindən doludur. Bir ana və atanın bir millət olduğu bir şeydir, ancaq çox vaxt onlarla millətin ailə içində olduğu bir şey olur. Sonda, göstərmək və ya olmasın şəxsi məsələdir. Bundan əlavə, bəzi millətlərin nümayəndələri postsovet məkanının bəzi ölkələrində bəzən şirin olmurlar.
Əgər ümumiyyətlə doğum haqqında şəhadətnaməyə ehtiyacınız barədə birdən-birə sualınız varsa, o zaman cavab sadədir: 16 il ərzində pasport verməlisiniz. Və dərslik heç kəsə mane olmadı və sənədi almadan onu ala bilməyəcəksiniz.
Xüsusi hallar
Hər şeyin 99% -də anaları ilə aydın olsa, atalıq tez-tez bir sıra suallar doğurur. Atasının doğum haqqında şəhadətnaməyə yazılması lazım mı? Əgər əvvəllər tək bir ana doğum haqqında şəhadətnamədə ata haqqında sütunda bir çarptı qoya bilsəydi, bu gün mümkün deyil.
Xaricilərlə evlənən MDB ölkələrindən olan qadınlar tez-tez uşağa bir valideynlik problemi ilə üzləşirlər. Bu gün atasının adı olmadan bir doğum şəhadətnaməsi əldə edilə bilər, amma əgər belə bir istəyin milli vərdişlərə söykəndiyini təsdiqləsəniz. Qəbul etməliyik ki, Tatiana Giuseppovna və ya Vasily Juanovich bizim eşitməğimiz üçün çox səsli deyil, nə də Maximiliano Petroviçdir.
Digər bir vəziyyət, boşanma və ya həyat yoldaşının ölümündən sonra uşağın doğulması ilə bağlıdır. Bu körpənin doğulmasından ən geci on ay (üç yüz gün) keçsə, əvvəlki həyat yoldaşı ata sayılır. Sertifikatda bu cür qeydlərə etiraz etmək məhkəmə vasitəsi ilə mümkündür.
Doğum şəhadətnaməsi hər bir insanın həyatında ilk rəsmi sənəddir. Xatırladaq ki, on altı yaşına qədər pasportun alınması zamanı lazımsız problemlərdən əvvəl özünü təmin etmək üçün diqqətlə saxlanılmalıdır.
Boşanmaq və nikahı pozan şeylər
Sual: Dinimizdə boşanmaq haqqında geniş bilgi verərsinizmi?
CAVAB
- Boşamaq üçün istifadə edilən kəlmələri kişinin xanımına qarşı söyləməsi ilə talaq, yəni boşanma hasil olur. Boşamaq üçün istifadə edilən sözlər iki növdür: Açıq sözlər və kinayəli sözlər.
“Sən məndən boş ol”, “Mən səni boşadım” kimi sözlər açıq sözlərdir. Bu sözləri zarafat olaraq və ya çaşaraq da söylədiyi anda, mənasını bilməsə belə boşamış olar.
“Səni buraxdım, səni tərk etdim” sözləri açıq söz qəbul edilir. Bir və ya iki dəfə belə açıq sözlə boşamağa, yəni geri dönüşü mümkün olan boşamağa talaqı–rici deyilir. Amma yenə də üç haqdan biri getmiş olar. Bu sözlərdən hər hansı biri bir dəfə deyildiyi zaman peşman olunmuşsa, əvvəlki nikaha dönmək niyyəti ilə xanımının əlini tutar və ya öpərsə, təkrar nikah etmədən iki bağ ilə evliliyə davam edər.
- Evlilikdə üç bağ vardır. Yəni, boşama sözləri üç dəfə təkrarlanarsa, “Səni boşadım, boşadım, boşadım” deyərsə, və ya “Səni üç dəfə boşadım” deyərsə üç bağı birdən qoparmış, geri dönüşü olmayacaq şəkildə boşamış olar. Belə üç dəfə boşayanda talaqı-rici, talaqı-bainə dönmüş olar.
- “Atanın evinə get!”, “Çıx get!”, “ Cəhənnəmə get!”, “Sənin ərin deyiləm artıq” kimi, başqa mənalarda da istifadə edilən sözlər kinayəli, bağlı sözlərdir. Bu sözləri boşamaq niyyəti ilə söyləyincə boşamış olar. Buna bain talaq, yəni iddət müddəti içində geri dönüşü olmayan qəti boşama deyilir.
Bu şəkildə boşamada, iddət müddəti keçib yenidən nikah edilmədikcə bir yerdə yaşamaq olmaz.
- Qayınatasına, “Mən sənin qızını istəmirəm, kimə istəyirsə getsin” demək və xanımı gəzmək üçün icazə istədiyi zaman, “Mən səni ip ilə bağlamamışam, get”, “İstədiyin yerə gedərsən. Mənə xanım olmazsan” və ya “Artıq mən səni istəmirəm”, “Səni boşamaq istəyirəm” kimi şeylər söyləyərsə, boşamaq niyyət etmədikcə, boşamış olmaz.
- “Şərt olsun”, “Dilədiyini et!” sözləri, boşamaq mənasında istifadə edilən yerlərdə, xanımına belə söyləyəndə, niyyət etməsə belə, bir bain talaq olar.
- Xanımına, anam, qızım, bacım deməklə boşama olmaz. Fəqət, “İndidən sonra anam, qızım və ya bacım ol” deyərsə boşama olar. Bu bir talaqı-bain olar.
- Kinayəli sözlə boşamada, bain talaq iddətində, xanımının otağına girə bilməz. Qadın bəzənə bilməz, ətir vura bilməz, yad qadın kimi talaq verən ərindən uzaq dayanar. İddət sonunda yenidən nikah lazımdır.
- Boşamada, sayı bildirilməzsə bir boşama olar. Üç və ya çox sayı söyləyərsə, üç talaq ilə boşanmış olar. “Bədənimdəki tüklər sayı qədər” və ya “ Dənizdəki balıqlar qədər” yaxud “Göydəki ulduzlar qədər” və ya “Üçdən doqquza” deyiləndə, yenə üç boşama olar.
- Xanımını boşayan kişinin ağıllı və oyanıq olması lazımdır. Sərxoşun, xəstənin və təhdid edilənin sözü ilə və ya məktubu ilə, e-maili ilə, faks ilə boşama etibarlı olmaz. Bunlar qadının əlinə çatdığı anda boş olur. Yəni, qadın bu boşamağı biləndə, xəbərdar olanda boşama gerçəkləşmiş olar.
- Dəlinin, ağlını itirmiş qocanın, huşsuzun, yatanın və xəstəliklə və hirslənərək dalğın olanın söyləməsi ilə boşama olmaz. Hirslənərək dalğın olmaq, söylədiyini bilməmək deməkdir. Bu da iki cür olar:
- a) Mənasını bilmədən, qəsd və arzu etmədən söyləyəndə, boşama olmaz. Bu kinayə sözlər üçündür. Yoxsa, açıq söz ilə, yəni səni boşadım desə, qəsd və arzu olmasa belə yenə talaq baş verər.
- b) Mənasını bilərək və istəyərək söyləyib, sonra söylədiyini bilməmək, xatırlamamaqdır. Bu sözünü iki şahid eşidib, sonra söyləyərsə, boşama olar. Yəni, səni boşadım deyər, fəqət sonra bunu heç xatırlamaz, sən belə demişdin deyiləndə, xeyr, mən heç xatırlamıram, belə bir şey demədim deyərsə, əgər iki şahid, bəli, biz eşitdik, bu xanımını boşadı, deyərsə, o vaxt boşama baş tutar. Deməzlərsə, adam inkar etdiyi üçün boşama vaqe olmaz.
- Heç bir əlaqə olmadan və ya bir otaqda və ya tənha bir yerdə heç birlikdə qalmamışlarsa, bir dəfə boşayanda, qadın iddət gözləmədən eyni gün başqası ilə evlənə bilər.
- Ərinə və ya başqalarına dili ilə, hərəkətləri ilə əziyyət verən, hər hansı bir fərzi yerinə yetirməyən, məsələn, fərz namazları qılmayan, zina etməsindən şübhə olunan qadını boşamaq şərt deyildir, müstəhəbdir, boşamaq yaxşı olar.
- Fərzi etməyən, məsələn, namazın fərz olduğuna inandığı halda qılmayan qadını boşamamaq günah deyildir. Ərinin ona gözəlliklə namaz qıldırmağa çalışması lazımdır, çalışmazsa günaha girər.
Evlilik vəzifəsini edə bilməyən, məsələn, sehr edilmiş, əlaqədən aciz olan kişinin xanımı ayrılmaq istəyərsə, bunu boşaması vacib olar.
- Xanımını başqa-başqa üç zamanda bir dəfə boşayarsa, üç dəfə “Boş ol” və ya “Boşadım” deyərsə, yaxud bir dəfə “Üç dəfə boşadım” deyərsə, geri dönüşü olmayacaq şəkildə nikah pozulmuş olar.
Bu qadını təkrar ala bilmək üçün, hüllə lazım olar. Hüllə demək, iddət vaxtı keçdikdən sonra qadın başqa kişilə nikahlanıb, toy olub, əlaqə olub, o kişi də boşayıb və bundan sonra, təkrar iddət zamanı keçməsi deməkdir. Ancaq bundan sonra birinci əri yeni bir nikahla təkrar ala bilər. Bu mövzuda bir hədisi-şərif məali belədir:
“Aybaşı zamanı olmadan boşanan qadın, başqa bir kişilə evlənmədikcə və o kişi də onu boşamadıqca, əvvəlki əri ilə evlənməsi halal olmaz.” [Tabərani]
Bir ayəti-kərimə məali də belədir:
“Əgər kişi qadını üçüncü dəfə boşayarsa, ondan sonra qadın bir başqa kişilə evlənmədikcə onunla evlənməsi ona halal olmaz. Əgər bu adam da o qadını boşayarsa, [hər iki tərəfin də] Allahın hədlərini mühafizə edəcəklərinə inandıqları təqdirdə, təkrar evlənmələrində mani yoxdur. Bunlar Allahın qoyduğu həddlərdir.” [Bəqərə 230]
Hüllə isə, bir kişi üçün zillətdir, alçaqlıqdır. Allahu təala, kişilərə boşamaq haqqını verdi isə də, bu haqqı istədikləri kimi istifadə etməmələri və qadınlar kişilərin əlində oyuncaq olmamaları üçün kişilərə bu hüllə zillətini yükləmişdir. Hüllə qorxusundan Müsəlman bir kişi boşama sözünü ağzına belə ala bilməz. Ailə arasında boşanmaq sözünün zarafatı ola bilməz.
Üç talaqla boşanan qadın iddət vaxtı keçdikdən sonra başqa bir kişilə evlənib, o kişi də, zifafdan sonra bunu boşamadıqca və təkrar iddət zamanı keçmədikcə əvvəlki əri ilə evlənə bilməz.
Belə bir vəziyyətdə, ilk nikahları Şafiiyə uyğun edilməmiş isə, başqa biri ilə evlənməyə gərək qalmadan, Şafii məzhəbi təqlid edilərək, Şəfiiyə uyğun nikah etmələri caiz olar. (Rədd-ül-muxtar)
- Qorxutmaq üçün, zarafat üçün də olsa boşama sözlərini heç söyləməmək lazımdır. Hətta ayrılmağa qərar verilsə belə yenə boş ol, boşadım sözlərini dərhal söyləməmək lazımdır. Daha sonra ayrılmaqdan imtina edə bilər. Yaxınlarıyla, dostlarıyla məsləhətləşib ayrılmağa qəti qərar verdikdən sonra bir talaq verməsi lazımdır. Heç bir zaman üç talaq birdən verməmək lazımdır. Zatən üç talaq birdən vermək bidət və haramdır.
- İddət, boşanmadan sonra qadının yenidən evlənməsi haram olan zamandır. İlk təmizlik başından, üçüncü hayzın (aybaşı) sonuna qədər olan vaxtdır. Hayz görmürsə, talaq üçün üç ay, ölüm üçün dörd ay on gündür.
- Xanımına qarşı gözəl xasiyyətli, gülər üzlü olması lazımdır. Onun səhv hərəkətlərinə, ağla uyğun gəlməyən sözlərinə və işlərinə səbir etməsi lazımdır. Onunla şirin danışması lazımdır. Onun səviyyəsinə və ağlına tabe olmalıdır. Onunla zarafatlaşmalı, oynaması lazımdır. Yemədə, geyinmədə gücü çatdığı qədər əlinin açıq olması lazımdır.
Dinimizdə qadının bilməsi fərz olan şeyləri əlbəttə öyrətməsi lazımdır.
Xanımının geyinməsində, evdən çölə çıxmasında, çox sərt davranmaması və başı boş da buraxmaması lazımdır. Özünü və xanımını şübhəyə, iftiraya salacaq hallardan çəkinməyə çox əhəmiyyət verməsi lazımdır. Xanımını yad kişilərin olduğu yerlərə göndərməməli, yadların görməsinə mane olması lazımdır.
Ev işləri ilə vaxt keçirməsi, onun zövqü olması lazımdır. Ona sərt davranmaması lazımdır. Zarafat olaraq da, əsəbi olanda da heç bir vaxt boşamaq sözünü ağza almamalı, ikinci dəfə evlənmək söhbətini etməməlidir.
Sual: Nikahı pozan şeylər nələrdir?
CAVAB
Boşadım demək, boşamaq niyyəti ilə kinayə sözlər söyləmək, məsələn, xanımına çıx get demək. Bir də küfrə düşəcək söz söyləmək.
Sual: Xanıma çıx get (rədd ol) desək nikah pozular?
CAVAB
Rədd ol get, deməklə nikah pozulmaz. Əgər niyyəti boşamaq isə, yəni artıq səndən ayrıldım, boş ol mənasında isə, o vaxt bir talaqı-bain olar. İddət müddəti keçdikdən sonra nikah etmək lazımdır.
Sual: İnsan xanımı ilə mübahisə əsnasında, mən səni buraxdım, deyərsə nikah pozularmı yoxsa boşadım demədiyi müddətcə nikah pozulmazmı?
CAVAB
Buraxdım = boşadım deməkdir. Bir talaqla boşamış olar.
Sual: İnsan əlfazı-küfr (imanın getməsinə səbəb olan sözlər) söyləyəndə imanı və nikahı gedir?
CAVAB
Bəli, imanı da, nikahı da gedir.
Boşamaq ayrı, küfrə düşmək ayrıdır. Bu talaq sayılmır. Yəni, bağın biri qopmur. Min dəfə küfrə düşsə, min dəfə nikah təzələmək lazımdır, fəqət, bu talaq sayılmaz.
Sual: Bir talaqı-bain olanda, bir boşama olduğunda, iddət müddəti boyunca bu ər-arvad ayrı olarlar? Eyni evdə qala bilərlər? Danışmaları, görüşmələri uyğun olar?
CAVAB
Eynilə yad kimi olar. Adam fasiqdirisə eyni evdə birlikdə qalmamaları lazımdır. Saleh isə haramdan qorxacağı üçün eyni evdə qala bilər. Ancaq yad kimi davranar. Zərurətsiz danışa bilməzlər. Oturub birlikdə yemək belə yemələri caiz olmaz.
Sual: Üçdən doqquza şərt etmək nədir? Dinimizcə zərəri nədir? Belə şərt edənin nə etməsi lazımdır?
CAVAB
Üçdən doqquza demək səhvdir, şişirtməkdir. Hamısı üçdür çoxu çoxdur. Üç talaqla xanım boşananda bir daha o kişilə evlənə bilməz.
Sual: Kişi talaq versə, xanım eşitmədiyi müddətcə boş olar?
CAVAB
Sual: Birisi, xanımını hər kəsin yanında boşasa, xanımı bunu 20 il sonra eşitsə, 20 il sonra boş olar?
CAVAB
Sual: Kinayəli sözlə xanımını boşayan, sonra bunu qəsdən inkar etsə, yenə boşamış olar?
CAVAB
Bəli, boşamış olar.
Sual: Talaqı-rici ilə boşayan, boşadığını xatırlaması niyyəti ilə, bir neçə dəfə “Artıq işin bitmişdir” desə, talaqı səlasə olar?
CAVAB
Sual: Xanıma “Səndən ayrılmaq istəyirəm” deməklə talaq olar?
CAVAB
İstəyirəm deməklə talaq olmaz.
Sual: İki talaqı baindən sonra bir talaqı rici verilsə, üç talaq olar?
CAVAB
Sual: Qayınataya boşamaq niyyəti ilə “ Qızını apar” dedim. Xanım eşitməzsə talaq vaqe olar?
CAVAB
Sual: Xanıma “Bakıya çatanda səni boşayacağam” dedim. Belə söyləməklə talaq vaqe olar?
CAVAB
Xeyr, boşayacağam deməklə talaq vaqe olmaz. Boşadım deyilirsə talaq vaqe olar.
Sual: Xanıma “Anan bizə gələrsə, şərt olsun səni boşayaram” dedim. Anası bizə gəldi. Talaqı rici oldu?
CAVAB
Sual: Oğluma, “Evimə girərsən, xanımım boş olsun” dedim. Oğlum mübahisə əsnasında istəməyərək evə girmişdi. Talaqı-rici oldu?
CAVAB
Sual: Talaqda istifadə edildiyini bilməyənin şərt sözü ilə talaq olar?
CAVAB
Sual: Hamilə qadının da boşanması səhih olar?
CAVAB
Sual: Xanımdan ayrılmaq günahdır?
CAVAB
Xanımdan ayrılmaq günah deyildir, halaldır. Ancaq Allahu təala halal da olsa, talaqı sevməz. Peyğəmbər əfəndimiz buyurur ki:
“Allahu təalanın heç sevmədiyi halal şey talaqdır.” [Hakim]
Sual: Saytdakı yazı belədir: Bir kimsə xanımına “Səni boşadım” desə, sonra zarafatla boşamaqdan imtina etdiyini bildirsə, boşanmadan imtina etmiş olar. Hədisi-şərifdə, “Üç şeyin zarafatı da, ciddisi kimi səhihdir. Nikah, boşamaq, boşamaqdan imtina etmək” buyuruldu. Boşanmadan imtina edəndə, yenə üç talaq olur, yoxsa biri getmiş olar?
CAVAB
Zarafatdan boşayanda da bir talaq vermiş olur, iki talaq qalır. Rici-talaqda kişi, iddət vaxtı içində, söz ilə və ya həqiqətən əvvəlki nikaha dönə bilər. Yəni, xanımı istəməsə də, nikah etmədən evliliyə davam edər. Təkrar almaq üçün, Hənəfi və Malikidə şahidə lüzum olmadan, “Əvvəlki nikaha döndüm” deməsi yetər. Yaxud, əvvəlki nikaha dönmək niyyəti ilə öpməsi və ya şəhvətlə əlindən tutması da bəs edər. Nikah təzələnmiş olar. Şafii və Hənbəlidə isə, iki şahid yanında, “Əvvəlki nikaha döndüm” deməsi lazımdır. Fəqət, vəlinin olması və icazə istəməsi lazım deyildir.
Sual: Ərimə sehr edilmiş, evlilik vəzifəsini edə bilmir, ayrılmaq istəyirəm. Ərimin məni boşamaması günah deyil?
CAVAB
Evlilik vəzifəsini yerinə yetirməkdən aciz olan kişinin xanımı ayrılmaq istəyərsə, ərinin bunu boşaması vacib olar. Yəni, boşamaması günahdır.
Sual: Uzun vaxt ayrı qalmaqla nikah pozulmuş olar?
CAVAB
Uzun vaxt ayrılmaqla nikah pozulmuş olmaz. Boşanmadıqca boşanılmış olmaz.
Sual: Dəli olanın nikahları davam edər?
CAVAB
Sual: Toyda oynamaq nikahı pozar?
CAVAB
Xalq arasında bu çox məşhurdur, toyda ər-arvad oynayarsa, nikah pozular deyirlər. Bu bəzi din cahillərinin uydurmasıdır. Lüt soyunsalar da nikaha zərər verməz.
Haram ayrı, günah ayrı, nikah ayrıdır. Orada haram işlənər və bu harama əhəmiyyət verilməzsə, “Hər kəs bunu edir, biz də etsək nə olar” deyərək günaha əhəmiyyət verməzsə, o zaman küfrə düşər, küfrə düşənin nikahı da gedər. Açıq gəzənin vəziyyəti də belədir. Açıq gəzməyin günah olduğunu bilər, amma “Məcburən açıq gəzirik” deyərsə küfr olmaz. “Açıq gəzmək günah deyil, bu qədər günahın nə əhəmiyyəti olar” kimi deyərək, günah kiçik görülərsə küfr olar. İçki içmək də belədir.
Sual: Boş ol, deməklə qadın boş olar? Boşamaq belə asandır? Kişinin bunu söyləməyə üç dəfə haqqı varmış, üçüncüsündə o qadınla bir daha evlənə bilməzmiş. Bunlar Qurani-kərimdə vardır?
CAVAB
Dində dəlil yalnız Quran deyildir. Elə olsaydı, Allahu təala Quranı göndərərdi, alın bununla əməl edin deyərdi, Peyğəmbər göndərməzdi. Allahu təala Peyğəmbər əfəndimizə, “Quranı insanlara açıqla” buyurur. Hər şey Qurani-kərimdə açıqca yazılmaz. Onun üçün hədisi-şəriflər və alimlərin şərhi də dəlildir.
Mövzu ilə əlaqədar dörd ayəti-kərimə məali:
“Boşanmış qadınlar üç ay iddət müddəti gözləyər.” [Bəqərə 228]
“Boşanma iki dəfədir. Ya yaxşılıqla tutular, və ya yaxşılıqla buraxılar.” [Bəqərə 229]
“Əgər kişi qadını üçüncü dəfə boşayarsa, ondan sonra qadın bir başqa kişilə evlənmədikcə onunla evlənməsi halal olmaz. Əgər bu kişi də o qadını boşayarsa, [hər iki tərəfdə] Allahın hədlərini mühafizə edəcəklərinə inandıqları təqdirdə, təkrar evlənmələrində zərər yoxdur. Bunlar Allahın qoyduğu hədlərdir.” [Bəqərə 230]
“Bu deyilənlər Allahın qoyduğu hədlərdir. Əsla onları aşmayın. Kim Allahın hədlərini aşarsa, onlar zalımdırlar, yəni kafirdirlər.” [Bəqərə 229]
Bir hədisi-şərif məali də belədir:
Aişə anamız buyurur: Bir kimsənin üç talaqda boşadığı qadınla, bir başqası evləndi, ancaq bu kimsə, zifafa girmədən o qadını boşadı. Qadın təkrar əvvəlki ərinə dönmək istəmişdi. Vəziyyət Rəsulullaha soruşulanda buyurdu ki:
“Xeyr, ikinci evliliyində cinsi əlaqə olmamışsa, əvvəlki əriylə evlənə bilməz.” [Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsai, Muvatta]
Sual: Bir ateist ilə talaq mövzusunda söhbət edirdik. “Bir söz ilə talaq olarmı?” dedi. Nə cavab vermək lazımdır?
CAVAB
Bu hökm Müsəlmanlar üçündür, ateistlər üçün deyildir, deməniz bəs edər. Din elə deyirsə elədir.
Müsəlman üçün vəziyyət belədir:
Bir söz ilə [boşadım deməklə] insanın xanımı yad olduğu kimi, bir söz [nikah] ilə də yad qızı bizim xanımımız olar.
Bir söz ilə [kəlmeyi-şəhadət ilə] müsəlman olar. Bir söz ilə [məsələn: Allah yoxdur, deməklə] insan kafir olar.
Qanunlar bir Bəli ilə qəbul olar, bir Xeyr ilə rədd edilir.
Bütün həyatımız bir bəli və xeyr ilə cərəyan edər. Gündəlik işlərdə bunu ateist də bilir və edər, ancaq mövzu din olanda, ateistliyini göstərər. Unutmamaq lazımdır ki, Allahu təala Cənnəti boşuna yaratmadığı kimi, Cəhənnəmi də boşuna yaratmadı.
Hədə-qorxu ilə talaq
Sual: Xanımına zülm edən, döyən, dinin əmrlərinə riayət etməsini qadağan edən, ərlik vəzifəsini etməyən, evə gəlib nəfəqə belə verməyən, buna baxmayaraq onu boşamayan sadist bir kişiyə qadının yaxınları, “Zövcəni boşa yoxsa səni öldürərik” deyə hədə-qorxu gəlsələr, o da qorxub xanımını boşasa, bu boşama dinən səhih olar?
CAVAB
Bəli, səhih olar. O qadın iddət bitdikdən sonra başqasıyla evlənə bilər. Evləndikdən sonra da artıq o qadını geri ala bilməz. Din kitablarındakı ifadə belədir:
Təhdid edilən şəxsin sözü, məktubu, telefonu, mesajı ilə talaq, yəni boşama Hənəfi məzhəbində səhih olar. Digər üç məzhəbdə səhih olmaz. Təhdid bitdikdən sonra təhdid edilərək zövcəsini boşayan kimsənin, qadın başqasıyla evlənməmişsə və keçmiş əriylə də evlənmək istəyirsə, boşadığı qadını iki talaq haqqı daha olduğu üçün təkrar nikah edərək alması səhih olar.
Talaqı-bain və talaqı-rici
Sual: Talaqı-bain ilə talaqı-rici arasındakı fərq nədir?
CAVAB
Talaq, boşamaq deməkdir. Talaqı-bain qəti boşama deməkdir. Talaqı-rici, açıq boşamadır. Məsələn, səni boşadım deyilirsə, talaqı-rici olar. Amma istədiyi vaxt əvvəlki nikahına dönə bilər. İddət bitənə qədər dönməzsə, talaqı-rici talaqı-bain halını alır. Üç talaq haqqından birini itirmiş olur.
Talaqı-baində isə kinayəli sözlərlə qadın boşanar. Məsələn, boşamaq niyyəti ilə, “Atanın evinə get” deməsi kimi. İddət bitmədən artıq o qadınla evlənilə bilməz. Boşama niyyəti olmadan söyləyərsə talaq olmaz.
Talaqı-ricinin, talaqı-baindən fərqli tərəfləri bunlarıdır:
- Nikahı yeniləmək lazım deyildir. Əvvəlki nikaha döndüm deyərək xanımının əlini tutması yetər. Baində isə iddət bitmədən nikah edilə bilməz. İddət bitincə də ancaq qadın razı olarsa nikah edilə bilər.
- Mehri çoxaltmağa gərək qalmaz. Baində isə, yeni nikah olacağı üçün arzu etdiyi mehri istəyə bilər.
- Şahidsiz evlənə bilər. Baində isə, iddət bitəndə iki şahid şərtdir. Çünki bu yeni bir nikahdır.
- Qadın razı olmasa da kişi mən əvvəlki nikahıma döndüm deməsi kifayətdir. Baində isə, qadın razı olmadan evlənilə bilməz.
- İddət müddəti içində ər-arvaddan biri ölərsə, biri digərinə varis olar. Baində varis ola bilməz.
- İddət müddəti içində kişi ölərsə, qadının iddəti ölüm iddəti olar, yəni dörd ay on gün gözləyər. Baində isə normal iddəti bitəndə başqası ilə evlənə bilər.
- Qadın ricidən sonra bəzənə bilər. Amma baində iddət müddəti içində bəzənə bilməz.
- Qadın əri ilə eyni evdə qala bilər. Baində isə qala bilməz. Ancaq ayrı otaqda qala bilər. Yəni, ona yad vəziyyətdədir.
- Talaqı-rici, nikahı kökdən söküb atmaz, ona bir zəiflik meydana gətirər. Rici, yaralamağa, bain isə öldürməyə bənzəyir.
- İla Zıhar etibarlı olar, kazf edərsə lian lazımdır.
İla: Xanımına dörd ay və ya daha çox zaman və ya zaman söyləməyərək, “Sənə yaxınlaşmayacağam” deyə and içməkdir. Dörd ay içində yaxınlaşmazsa, bir talaqı bain olar. Dörd ay içində andı pozarsa, xanımı boş olmaz. And pozma kəffarəsi verər.
Zıhar: Kişinin xanımını və ya üz, baş, fərc kimi bir orqanını, məhrəminin baxması haram olan yerinə bənzətməsidir. “Sənin başın anamın kürəyi kimidir” demək kimi. Kəffarəsiz xanımına sarılması, öpməsi, birlikdə yatması haram olar. Zıhar kəffarəsi, oruc kəffarəsi kimidir.
Lian: Xanımına, zaniyəsən (zina edən) və ya bu uşaq məndən deyil desə, zövcəsi hakimdən lian istəsə, hakim lian edilməsini əmr edər. Lian etmək üçün əvvəl kişi, “Sözüm doğrudur” deyə and içər. Dörd dəfə təkrar edər. Beşincisində, “Yalan deyirəmsə, Allahın lənəti mənim üzərimə olsun” deyər. Sonra qadın, dörd dəfə “Allah şahid olsun ki, bu adam zaniyə deməklə, yalan söylədi” deyə and içər. Beşincisində, “Doğru söylədi isə Allahın qəzəbi mənim üzərimə olsun” deyər. Sonra hakim bunları bir talaqı bain ilə ayırar.
Kazf: Namuslu bir qadına zina etdi deyə böhtan etməkdir.
Sərxoşun sözlərinin hökmü
Sual: Sərxoşun talaqı və küfrü etibarlı olar?
CAVAB
Dəlinin, uşağın, ağlını itirmiş qocanın, huşsuzun, yatanın, xəstəliklə və əsəbləşərək dalğın olanın söyləməsi ilə talaq olmaz. Hirslənərək dalğın olmaq, söylədiyini bilməmək deməkdir. Bu da iki cür olur: Mənasını bilmədən, qəsd və arzu etmədən söyləyəndə talaq vaqe olmaz. Mənasını bilərək və istəyərək söyləyib, sonra söylədiyini bilməmək, xatırlamamaqdır. Bu sözünü iki şahid eşidib, sonra söyləsələr, talaq vaqe olar.
Huşunu itirənin, ağlını itirənin, dərmanla və ya içki içərək sərxoş olanın dəstəmazı pozular.
Talaq verən kişinin ayıq olması lazımdır. Sərxoşun sözü ilə və ya məktubu ilə talaq vaqe olar. Şafii məzhəbində sərxoşun sözü ilə talaq vaqe olmaz. (Məcmuəyi Zühdiyyə)
Sərxoş ikən bilməyərək küfrə səbəb olan bir şey söyləyənin imanı getməz. Mürtəd olmaz. Ancaq sərxoş ikən zövcəsini boşaması, alış-verişi səhih olar. (Emali qəsidəsi)
Sərxoş ikən nə söylədiyini bilərək qıldığı namazları səhih olar, borcdan xilas olar, ancaq namaz qılmaqla hasil olacaq böyük savaba qovuşa bilməz.
Boşanmadan evlənmək olmaz
Sual: Bir hadisə üzündən həbsə düşdüm. Zövcəm, uzun illər həbsdə qalacağımı zənn edərək, dərhal gedib başqa biri ilə evlənir. Bu hadisədən heç xəbərim olmadı. Çox keçmədən həbsdən çıxdım. Zövcəm yeni ərindən ayrılıb təkrar mənimlə evləndi. Amma boşananda iddət gözləmə deyə bir şey varmış, biz iddət gözləmədik. Biz günah oldumu?
CAVAB
O sizin onsuzda nikahlı xanımınız idi. Siz onu boşamamışdınız. Onun başqası ilə evlənməsi caiz deyildi. Təkrar sizinlə birlikdə olması üçün iddət gözləməsi lazım deyil, hətta nikah da lazım deyildir. Amma hər vaxt nikah təzələmək yaxşı olar. Siz boşamadan xanımınız başqası ilə əsla evlənə bilməz. Başqası da xanımını boşamadan sizinlə evlənə bilməz.
Boşamaq niyyətiylə
Sual: Bir kimsə, xanımını boşamaq niyyəti ilə “Atanın evinə get!” kimi kinayəli bir söz söyləsə, xanımı da, “Boşamaq niyyətiyləmi söylədin?” desə, o da, inkar edib, “ Xeyr, gəzmək üçün get demək istədim” desə xanımını boşamış olar?
CAVAB
Bəli, boşamış olar, çünki burada niyyət etibarlıdır.
Boşanma ərizəsi
Sual: Xanımla vəkilə gedib boşanmaya qərar verdik deyə bir ərizə yazdırdıq. Ərizəyə, ayrılmağa qərar verdik deyə imza atanda, dinən bir talaq vaqe oldu?
CAVAB
Təhdidlə boşatmaq
Sual: Şafii məzhəbində işkəncə ilə talaq vaqe olmadığını bilən Hənəfi bir kişi talaq verməsi üçün təhdid ediləndə, boşanmağın səhih olmaması üçün Şafii məzhəbini təqlid edə bilər?
CAVAB
Talaq olmaz
Sual: Ərim, “Şərt olsun, səni tək heç bir yerə göndərmərəm” dedi. Ondan xəbərsiz xalama gedib gəlsəm talaq vaqe olar?
CAVAB
Əriniz göndərmədiyi üçün talaq vaqe olmaz. Əriniz eşitsə də yenə talaq vaqe olmaz.
Talaqı bain
Sual: Boşamaq niyyəti ilə xanımına, “Səni xanımım olaraq saxlasam Allah mənim canımı alsın” deməklə, bir talaqı bain olar?
CAVAB
İddət müddəti içində talaq
Sual: S.Əbədiyyənin talaq bəhsinin başında, “Rici olsun, bain olsun, üçdən az olaraq boşanmış qadına, iddət zamanında ikən təkrar talaq verilə bilər” deyilir. Bir talaq verməklə qadın onsuzda boş olur. İkinci talaq verməsi etibarsız deyilmi?
CAVAB
“İddət vaxtında ikən təkrar bir talaq verilə bilər” deyilir, çünki o qadın hələ o adamın xanımı sayılır. Kişi, nəfəqə vermək məcburiyyətində olur. Qadın da bu iddət müddəti bitmədən başqasıyla evlənə bilmir. Ölüm iddətində də qadın iddət bitmədən başqasıyla evlənə bilmir, ölən adamın xanımı sayılır. Ölüsünə baxa bilir.
Talaqı səlasə
Sual: S.Əbədiyyədə, başqa-başqa üç vaxtda bir dəfə boşamağın talaqı səlasə [üç boşama] olacağı bildirilir. Bir kimsə xanımına arxa-arxaya “Səni boşadım, səni boşadım, səni boşadım” desə və ya bir saat ara ilə üç ayrı yerdə “Səni boşadım” desə, yenə talaqı səlasə olar?
CAVAB
Bəli, üç bağ da qopmuş olar.
Sən mənə haramsan
Sual: S.Əbədiyyədə, “Kişi zövcəsinə “Sən mənə haramsan” deyəndə, niyyət etməsə belə, bir talaqı bain vaqe olur” deyilir. Bu söz kinayəli isə niyə niyyət lazım deyildir? Sarih yəni açıq bir sözdürsə niyə talaqı rici olmur?
CAVAB
Bu, istisna bir sözdür. “Sən mənə haramsan” sözü kinayə olmasına baxmayaraq, bunda sarih söz kimi niyyətə ehtiyac qalmır. Kinayə söz olduğu üçün də talaqı bain olur.
Sən haramsan
Sual: Nikah qıyılarkən, boşama səlahiyyəti verilmiş olan qadın, ərinə “Sən haramsan” desə boşama vaqe olar?
CAVAB
Boşama olmaz. Əgər, “Sən mənə haramsan” desə o vaxt bir talaqı bain olar. (Hindiyyə)
Çünki bir kişi nikahı olmayan bütün qadınlara haramdır. Sən mənə haramsan deyiləndə, kimə haram olduğu bildirilir. O zaman da talaq vaqe olur.
Birinci talağı təsdiq
Sual: Vəkilə gedib, “ Zövcəmi boşamağa qərar verdim” deyə bir ərizə yazdırdım. Vəkil mənə “Ciddi olaraq xanımından ayrılmağı qəbul edirsəmi?” deyə soruşanda da, bəli dedim. Sonra peşman oldum. Ərizəyə “Boşamağa qərar verdim” deyə imza atanda da bir talaq vaqe oldu? Vəkil soruşanda bəli deməyim ikinci bir talaqdırmı?
CAVAB
Boşamaya qərar verdim deyiləndə, yəni keçmiş zaman şəklində deyiləndə, bir talaq baş verir. Vəkilə bəli deyiləndə, birinci söz təsdiq edilmiş olur. İkinci bir talaq, yəni boşama olmaz.
Xanımına qızım demək
Sual: Xanımıyla telefonda danışana, “Kiminlə danışdın?” deyilsə, o da, “Qızımla danışdım” desə və ya xanımını göstərib “Bu mənim qızımdır” desə nikaha zərəri olarmı?
CAVAB
Xeyr, zərəri olmaz. Yalan danışmış olar. Bunun kimi şəxsən xanımına, “qızım”, “anam” və ya “bacım” deməklə də talaq olmaz, amma belə söyləmək doğru deyildir. “Artıq bundan sonra anam, bacım ol!” deyilərsə, bir talaqı bain olar.
Mübahla sərxoş olmaq
Sual: Qida, dərman kimi mübah bir şey yeyib-içməklə sərxoş olanın, sərxoş ikən söylədiyi sözlə boşama etibarlı olar?
CAVAB
Etibarlı və etibarsız olduğunu bildirən mötəbər fiqh kitabları vardır. (Rədd-ül muxtar, Hindiyyə)
Belə vəziyyətlərdə ehtiyata riayət etmək lazımdır.
Şərtə bağlı boşama
Sual: Bir kimsə, xanımına, “Filan yerə gedərsən, üç talaqla boş ol!” desə, xanımının da o yerə getməsi mütləq lazımdırsa, bunun qurtuluş çarəsi vardırmı?
CAVAB
Bəli, çarəsi vardır. Xanımını bir talaqla boşayar. İddət vaxtı bitdikdən sonra, xanımı boş olduğu üçün, artıq gedilməsi lazım olan yerə gedər. Daha sonra, xanımla təkrar nikah qıyarlar. Xanımı artıq oraya getsə də üç talaqla boşanmış olmaz. Bağın biri qopduğu üçün, qalan iki bağ ilə evliliyə davam edərlər.(Neməti İslam)
Nikah və talaq
Sual: “Kişi cünüb ikən, qadın da hayzlı ikən nikah edilməz və boşama da etibarlı olmaz” deyilir. Dində belə bir şey vardır?
CAVAB
Xeyr, nikah da, talaq da etibarlıdır. Hayzlı ikən boşamaq bidətdir, haramdır, fəqət boşama yenə etibarlı olar. (Rədd-ül-muxtar)
Nikah qıyarkən
Sual: İndiki vaxtda çox kimsə boşamaqla əlaqədar hökmləri bilmir. Üç talaqla boşamalar çox olur. O zaman da peşman olanda geri dönüş imkanı olmur. Şafiyə görə bir çıxış yolu buraxılması üçün, ilk nikah Şafiyə uyğun edilməzsə, məsələn dini nikah qıyılarkən qızın atasının və ya vəlisinin orada olmaması uyğun olar?
CAVAB
Bəli, yaxşı olar. O zaman irəlidə üç talaqla boşama kimi bir vəziyyət olarsa, Şafiyə görə nikah qıyma imkanı olar.
Hirsli ikən boşamaq
Sual: S.Əbədiyyədə, “Kinayə söyləyəndə boşamağa niyyət etdi isə və ya hirsli isə bir bain talaqla boşamış olar” deyilir. Bu ifadədən, hirsli olduğu zaman kinayə söz söyləsə, məsələn, “Atanın evinə get” desə, fəqət boşamağa niyyət etməsə də yenə boş olduğu aydın olur?
CAVAB
Bəli, qadaən boşamış olur. İbni Abidin həzrətləri buyurur ki:
Talaq müzakirəsi ilə hirs halı da niyyət hökmündədir. Bir kimsə “Sən məndən üç dəfə” desə, boşamağa niyyət etmişsə yaxud talaq müzakirəsi halında isə qadın boş olur. Hirs və müzakirə hallarında niyyətsiz talaq vaqe olar. Hirs və müzakirə, qadaən yəni qanunən [məhkəmə] niyyətin yerini tutar. (Rədd-ül muxtar)
Talaq müzakirəsi demək, ər-arvad arasında mübahisə əsnasında boşanma mövzusunun danışıldığı vəziyyətdir.
Boşanma növləri
Sual: Sünnətə uyğun boşanma necə olar?
CAVAB
Boşanma, sünnətə uyğun əhsən və həsən talaq ilə bidət talaq olmaq üzrə üçə ayrılar:
Zifafa girilməmiş bir qadını iddəti tamam olana qədər, bir daha boşamamaq üzrə, cinsi əlaqə vaqe olmayan bir təmizlik halında, yalnız bir talaqı rici ilə boşamaq, həm sünnətə uyğun, həm də həsən qisminə görə əhsən yəni daha gözəldir.
Zifafa girmiş xanımını, içində cinsi əlaqə vaqe olmayan bir təmizlik halında bir dəfə boşadıqdan sonra, iddət tamam olana qədər üç ayrı təmizlik zamanında, hayz görməyən qadınlardan olduğu təqdirdə də cima etmədən ayrı-ayrı üç ayda üç dəfə boşamaqdır. Bu da sünnətə uyğundur.
Birinci və ikinci qismə zidd olan talaq şəklidir. Belə boşama etibarlı olmaqla birlikdə haramdır. Bir təmizlik müddəti içində bir dəfədə üç dəfə boşamaq və ya üç ayrı təmizlik zamanında boşayacaq şəkildə ara vermədən, ayrı-ayrı üç dəfədə boşamaq, iki talağı bir dəfədə və ya ayrı-ayrı zamanlarda vermək, cinsi əlaqədə olduğu təmizlik müddəti içində və bir də qadın hayzlı ikən edilən boşamadır. Nifas da hayz kimidir. Yəni, yeni doğum etmiş qadını da boşamaq bidətdir. (Məcmuəyi–Züdiyyə)
Zifafa girmədən əvvəl
Sual: Zifafa girmədən əvvəl verilən talaq etibarlı olar?
CAVAB
Bəli, etibarlı olar. Talaq, zifafa girmədən əvvəl verilərsə, qadın iddət gözləmədən ayrılmış olar.
Bir kimsə zifafa girmədiyi xanımına “Sən üç dəfə boşsan” desə, boşama sayı ilə deyildiyi üçün boşama vaqe olur, fəqət ayrı-ayrı edilən boşamada, üç talaqın yalnız birincisi vaqe olub, ondan sonrakı ikinci və üçüncüsü etibarlı olmaz.
Zifafa girilmiş qadında isə boşamaların hamısı baş verir. Bu səbəblə ərin zifafa girdiyi xanımı haqqında etdiyi üç boşama üçün, “Yalnız birinci boşamağı qəsd etmişdim” deməsi etibarlı olmaz, yəni üç boşama da vaqe olar.
“Bir dəfə boşsan” və ya “iki dəfə boşsan” yaxud “üç dəfə boşsan” deyilsə, qadın zifafa girilmiş olsun və ya olmasın, boşama, ancaq deyilən saya görə gerçəkləşər.
Bir kimsə zifaf görmüş xanımına “Sən boşsan, sən boşsan” desə iki boşama vaqe olar. Əgər məqsədinin, ilk söylədiyini qüvvətləndirmə olduğunu söyləyərsə, bu sözü dini baxımdan təsdiq olunar, amma qadaən, yəni qanunən iki boşama vaqe olar. Bir şeyə niyyət edilməzsə, o zaman dinən də iki boşama olar. (Məcmuə-i Zühdiyyə)
Zarafat və yanılma
Sual: Xanımına zarafat olaraq “Boşadım” deməklə, bunu yanılaraq, dil dolaşmasıyla söyləməyin hökmü eynidir?
CAVAB
Eyni deyildir. Zarafat ilə söyləmək, bilərək, şüurlu söyləməkdir. Dil dolaşması isə, insanın əlində olmayan bir vəziyyətdir.
Zarafat ilə yanılma arasındakı fərq, zarafat edənin, həm qadaən, həm də dinən, yanılanın isə yalnız qadaən yəni qanunən boşaması vaqe olar. Yəni yanılaraq deyiləndə dinən talaq olmaz. (Məcmuəyi Zühdiyyə)
Dəlinin və yatanın boşaması
Sual: Dəlinin, ağılını itirmiş qocanın, huşsuz olanın və yatanın boşaması etibarlı olar?
CAVAB
İstər heç yaxşılaşmayan, istərsə də bəzi vaxtlarda yaxşı olan dəlinin xəstəliyi halında boşaması etibarlı olmaz. Ağlı başında ikən söyləyərsə boşaması vaqe olar. Ağılını itirmiş qocanın, huşsuzun və yatanın boşaması da etibarlı olmaz. (Məcmuəyi Zühdiyyə)
Zifaf olmamışsa
Sual: Zifafa girilməmiş olan qadını sünnətə uyğun boşamaq üçün hayzdan təmizlənməsini gözləmək lazımdır?
CAVAB
Xeyr. (Məcmuəyi Zühdiyyə)
Hayzlı qadını boşamaq
Sual: Qadına, hayz halındakən “Boşsan” deyilsə, boşama etibarlı olar?
CAVAB
Hayzdan təmizlənənə qədər boş olmaz. Hayzdan təmizlənəndə boşama gerçəkləşmiş olar. (Məcmuəyi Zühdiyyə)
Boşama vaqe olar demək
Sual: Kişi, “Evdən çıxarsan, boşama vaqe olar” deyərsə, yəni açıqca “Sən boşsan” ifadəsindən istifadə etməzsə, xanımını boşamış olar?
CAVAB
Xeyr. Burada boşamağın kimə və ya hansı qadın üçün olduğunu ifadə etmədiyi üçün, yəni “Boşama vaqe olar” sözünün kim üçün deyildiyi bəlli olmadığı və açıqca “Sən boşsan” demədiyi üçün boşama vaqe olmaz. “Evdən çıxarsan sən boşsan” deyilirsə, o vaxt boşama gerçəkləşər. (Məcmuə-i Zühdiyyə)
Boşadın mı?
Sual: Birisinə, “Xanımını boşadınmı?” deyilsə, o da “Bəli” desə, xanımını boşamış olar?
CAVAB
Bəli, bir talaqı rici olar. Niyyəti bain də olsa, üç talaq da olsa, yenə bir talaqı rici olar. (Məcmuəyi Zühdiyyə)
Boşsan demək
Sual: Kişi xanımına, iplə bağlı deyilsən mənasında, yəni “boş” sözünün talaqla heç əlaqəsi olmayan bir mənasını qəsd edərək “Boşsan” desə, yenə talaq vaqe olar?
CAVAB
Dinən boşama olmaz, qadaən yəni qanunən bir talaqı rici olar. (Məcmuəyi Zühdiyyə)
Mənə haramsan
Sual: Xanımına, “Mənə haramsan” deməklə, boşama gerçəkləşər?
CAVAB
Bəli, boşama niyyəti olmasa da, belə deməklə boşama gerçəkləşmiş olar. (Məcmuəyi Zühdiyyə)
Sən boşandın
Sual: Bir kimsə, evləndiyi dul xanımına, “Sən boşandın” desə, xanımı boşanmış olar?
CAVAB
Köhnə ərindən talaqla deyil də, ölərək boşanmışsa, talaq vaqe olar. (Məcmuəyi Zühdiyyə)
Səndən boşam
Sual: Kişi xanımına, “Mən səndən boşam” desə, boşama gerçəkləşər?
CAVAB
Xeyr. Bu sözlə kişi boşamağı qəsd etsə belə boşama vaqe olmaz, çünki kişi boşanmaz, qadın boşanar. Qadın, “Mən özümü boşadım” desə, əri də təsdiq edərsə, o vaxt niyyətə baxılmadan qadın boş olar. (Məcmuə-i Zühdiyyə)
Nikahını bağışladım
Sual: “Sənə nikahını bağışladım” deməklə talaq olar?
CAVAB
Bəli, olar. (Məcmuəyi Zühdiyyə)
Məni boşa!
Sual: Bir kişi, “Məni boşa” deyən zövcəsinə, “Səni boşamazsam iki əlim qurusun” desə, boşama vaqe olar?
CAVAB
Bəli, xanımını boşamış olar. (Məcmuəyi Zühdiyyə)
Zövcəlikdən uzaqlaşdırdım
Sual: Xanımına, “Səni xanımlıqdan uzaqlaşdırdım” deməklə, boşama gerçəkləşər?
CAVAB
Bəli, boşamaya niyyət etməsə də boşama baş verər. (Məcmuə-i Zühdiyyə)
Xanımın varmı?
Sual: “Sənin xanımın var?” deyə soruşulduğunda, “Yox” cavabını verilirsə, talaq vaqe olar?
CAVAB
Xeyr. Boşamaya niyyət etsə belə, nikahı inkar, talaq olmayacağı üçün, talaq vaqe olmaz. (Məcmuəyi Zühdiyyə)
Şərtli boşama
Sual: “Filankəslə danışarsan boşsan” və ya “Bu evə girsən boşsan” deyildikdən sonra, filankəs dediyi kimsə ölsə və ya o ev bağça olsa, nə olar?
CAVAB
Edilən şərtli boşama hökmdən düşər. (Məcmuəyi–Zühdiyyə)
Bir boşama üçün üç imza
Sual: Həyat yoldaşımla aramızda razılaşaraq boşanmağa qərar verdik. Üç nüsxə boşanma sənədi hazırlayıb imzaladıq. Belə üç nüsxəyə üç imza atmaqla bir talaqmı oldu? And içmək də belədir?
CAVAB
Boşanma razılaşmasına min dənə də imza atılsa, bir talaq olar. Bir kimsə, xanımına, “Səni boşadım” desə, sonra xanımının eşitmədiyini zənn edərək təkrar, “Səni boşadım dedim, eşitmədin?” desə yenə bir talaq olar. Təkrar, “Anlamırsan, səni boşadım deyirəm” deyə ilk söylədiyini xatırlatmaq üçün söyləyəndə bir talaq olar. Boşadığını xatırlatmaq məqsədilə min dəfə söyləsə, hərəsi ayrı bir boşama olmaz, əvvəlkini açıqlamaq olar. Nə niyyətlə söylədiyini ancaq kişi bilə bilər. Onun sözü etibarlıdır. Yalan söyləyərsə məsul özü olar. Xanımına günah olmaz. Xatırlatmaq üçün deyil, üç dəfə boşamaq üçün, “Səni boşadım, səni boşadım, səni boşadım” deyərsə üç talaq olar. Əvvəlki söylədiyini xatırlatmaq məqsədilə dəfələrlə söyləsə, bir talaq olar. Xanımına bir dəfə, “Səni boşadım” dedikdən sonra xanımı “Məni boşadınmı?” deyə soruşsa, o da “Bəli, boşadım dedim axı” desə yenə bir talaq olar. Yəni, ilk söylədiyini bildirmiş olar, ikinci bir talaq olmaz. Başqaları, “Xanımını boşadınmı?” deyə soruşsa, o da əvvəlki boşadığını bildirmək üçün “Bəli, boşadım” desə ikinci bir talaq olmaz. Belə neçə adam soruşarsa soruşsun, bir talaq olar.
Bu vəziyyət and içmədə də eynidir. Eyni şeyi qüvvətləndirmək məqsədiylə, ard-arda və ya başqa vaxtlarda dəfələrlə “Vallah bunu etməyəcəm” deyə and içsə, bu andını pozanda yenə bir and kəffarəsi lazımdır, çünki sonrakı andlar birinci andı xatırlatmaq, vurğulamaq üçün deyilmişdir. Ayrı bir and deyildir. Vurğulamaq üçün deyilməmişsə, hamısı ayrı and olar.
And və talaq
Sual: “Şərt olsun” və ya “Üçdən doqquza şərt olsun. ” deyiləndə, dinən boşama gerçəkləşər?
CAVAB
Bir kimsə, o sözün boşamada istifadə edildiyini bilirsə, elə söyləyəndə, boşama etibarlı olar. Bilmirsə boşama olmaz. Yəni şərt olsun deməyin, “Xanımımı boşadım” mənasında olduğunu bilmirsə, boşama olmaz.
Şərtə bağlı talaq
Sual: Bir kimsə, “Bu işi etsəm və ya bu adamla danışsam xanımım boş olsun” desə, bu şərtindən imtina edə bilər?
CAVAB
Xeyr. Şərtə bağlı talaq verən bundan imtina edə bilməz. (Neməti İslam)
Məktubla boşamaq
Sual: S.Əbədiyyədə, “Öldüyünü eşidib və ya boşadığını bildirən məktubunu alıb, başqasıyla evləndikdən sonra, birinci əri gəlsə, ikinci nikahı batil olar” yazılır. Birinci əri boşadığını məktubla bildirir. Məktubla boşamaq səhih olduğuna görə, niyə nikah batil olur?
CAVAB
Birinci əri, boşadığını məktubla bildirmir. Başqaları onun öldüyünü və ya boşadığını məktubla bildirirlər. Sonra özü gəlib, “Öldüyümü və ya boşadığımı məktubla bildirmişlər, amma mən ölmədim, boşamadım da. ” deyir. Məktubla yazılanların səhv olduğunu bildirir. Yəni, məktubu göndərən başqalarıdır.
Təhdidlə boşamağın hökmü
Sual:”İmam Azama görə, təhdidlə edilən boşanmanın etibarlı olması kimi, sərxoşun boşamasının da etibarlı olması, səhvdir. Bu, ağla, məntiqə zidd bir zorbalıqdır” kimi çirkin ifadələrdən istifadə edilir. Sərxoşun və təhdid edilənin boşaması etibarlı deyil?
CAVAB
İmam Azam həzrətlərinin bildirdiyi hökmə kim etiraz edə bilər ki? Etiraz edənin sözünə etibar edilməz. Hər yoldan keçənin din haqqında mötəbər kitablarda olmayan şeyləri söyləməsinə fikir vermək olmaz. Bəhs edilən mövzu bütün fiqh kitablarında açıqca bildirilir. Bir neçəsi belədir:
Zarafatdan da söyləsə, sərxoş da olsa, boşama etibarlıdır. (Dürr-ül muxtar, Rədd-ül muxtar)
İçki içərək sərxoş olan kimsənin sözüylə talaq etibarlı olar.
Comments are closed, but trackbacks and pingbacks are open.