Dumanlı təbriz
Beləliklə, Təbrizdə həkim-möhtəkirlərdən, dəllal taksi sürücülərindən və “azəriləri” qiymətdə aldatmaq üçün fürsət gözləyən əczaçılardan yaxamızı qurtarıb Azərbaycana qayıdırıq. İranın Azərbaycanla sərhəd keçid məntəqəsində divara “siqaret aparılmasına icazə verilmir”, “3 kiloqramdan artıq ərzağın rusumu ödənilməlidir” kimi elanlar vurulub. İrandan qayıdanların yükləri bir-bir yoxlanılır. Siqaretlər müsadirə olunur, çay, qənd, şirniyyat və digər mallar ölçülür. Hətta banan, alma aparanlar belə sorğu-suala tutulur. Buna görə də, saatlarla növbələr yaranır. Sərhəd keçid məntəqələrində öyrəndik ki, yoxlamaların gücləndirilməsi siqaretlərlə bağlıdır. Azərbaycanda siqaret bahalaşandan sonra alverçilər İrandan siqaret gətirməyə başlayıb. İranda 40 qəpiyə satılan siqaretlər Bakıda 2 manata təklif edilir. Buna görə də, İran tərəfi siqaret aparılmasına qadağa qoyub.
Dumanlı Təbriz
M.S.Ordubadi “Dumanlı Təbriz” əsəri ilə Azərbaycanda tarixi rоman janrının ilk gözəl nümunəsini yaratmışdır. XX əsrin ilk inqilablar dövrünün mənzərəsini müəllif məhz bu əsərində canlandırmışdır. Ümumiyyətlə, Şərq həyatı haqqında ilk həqiqi və dоlğun təəssürat, bədii, əfsanəvi dоna bürünmüş zəngin, hərtərəfli məlumat bu əsərdə vеrilmişdir. M.S.Ordubadinin Cənubi Azərbaycandakı inqilabı təsvir edən “Dumanlı Təbriz” romanı Səttar xan və Bağır xanın qəhrəmanlığından, eyni zamanda Cənubi Azərbaycan inqilabçılarının öz ölkələrini İran mürtəceləri və xarici imperialistlərinin zülmündən qurtarmaq üçün apardıqları mübarizədən bəhs edir. Əsərin əsas mövzusu Məşrutə hərəkatıdır. Məşrutə hərəkatı XX əsrdə baş vermiş azadlıq və demokratik inqilablar üçün ilk cığır açmışdı. Bu mənada Məşrutə hərəkatını Yaxın və Orta Şərq ölkələrində keçən yüzillikdəki milli azadlıq və demokratik hərəkatların “pioneri” adlandırmaq olar. 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatının məqsəd və məramı yolunda canlarını qurban verənlərin sayı çoxdur. Əslində bu hərəkata pak vicdanla qoşulanlar, onu uğurlu qələbəyə çatdırmaq istəyənlərin hamısı qəhrəmandır, tariximizdə və yaddaşımızda həmişəyaşar insanlardır.
Dumanlı təbriz
Təxmini rəqəmlərə görə hər il yüz minlərlə azərbaycanlı xəstə İrana üz tutur. Azərbaycanda səhiyyə xidmətlərini əlçatmaz hesab edənlər, yaxud dərdinə dərman, xəstəsinə həkim tapa bilməyənlər bir vaxtlar kütləvi şəkildə İrana üz tutmaqda idi. Lakin daha sonra İran xəstəxanalarında müalicə adı altında aldadılanlar, düzgün müalicə almayanlar və bunun nəticəsində həyatını itirənlər haqda şikayətlər də artmağa başladı.
Unikal.org xəbər verir ki, Virtualaz.org saytı ötən buraxılışlarında İrana şəfa tapmaq üçün üz tutan, ancaq əliboş dönənlərlə bağlı araşdırmalar dərc edib. İndi iş elə gətirdi ki, yaxınlarımızdan birinin xəstəliyi bu sətirlərin müəllifinin özünü də axına qoşulub İrana üz tutmağa məcbur etdi. O ümidlə ki, bəlkə qonşu ölkədə daha yaxşı həkim və daha ucuz dava-dərman tapa bildik. Bu, həm də neçə vaxtdır araşdırdığımız mövzuya daha yaxından nəzər salmaq imkanı idi. Beləliklə, üz tuturuq İrana, Təbrizə tərəf.
Biləsuvarda xəbərdarlıq: “Ehtiyatlı olun. “
…Biləsuvar sərhəd keçid məntəqəsində növbə gözləyərkən tanış olduğum iranlı qadının məsləhətlərinə qulaq asıram. “Taksi sürücülərinə inanmayın. Həkimlər haqqında ətraflı məlumat toplayın. Azərbaycanlı xəstələri çox aldadırlar”-iranlı qadın deyir.
İran sərhəd keçid məntəqəsinin qarşısında 50-dək sürücü müştəri gözləyir. İran Biləsuvarından Təbrizə 15, Ərdəbilə isə 10 manata aparırlar.
İranda da manat ucuzlaşıb…
Yolumuz Təbrizədir. Bizi müşayət edən sürücünün təklifi ilə “Aras” otelinə yerləşirik. Oteldə otağın qiyməti 150 min tüməndən başlayır. Baxmayaraq ki, otel heç 3 ulduzlu deyil. Otel sahibi deyir ki, Azərbaycandakı devalvasiyasından sonra İranda manatın kursu 3 dəfə ucuzlaşıb. Buna görə də, qiymətlər dəyişib. “Biz qiymətləri dəyişməmişik. Otağın qiyməti əvvəl də 150 min tümən idi. Amma əvvəl siz 40-45 manat ödəyirdinizsə, indi 75 manat ödəyirsiniz. Manat ucuzlaşıb”, – otel sahibi qiymətlərin dəyişməsini belə izah edir.
Oteldə ödənişi manat və ya dollarla istəyirlər. oteldə qalanların əksəriyyəti Bakıdan gedənlərdir.
Xəstə dəllaları
Azərbaycanlı xəstələrin 90 faizi taksi sürücülərinin vasitəsilə həkim tapırlar. Növbə, tərcümə məsələlərini də sürücülər həll edir.
Azərbaycanlı xəstələr üçün həkim qəbulu 100 min tüməndən (50 manat) başlayır. Sürücü Hafis Abbas deyir ki, İran həkimləri əcnəbi xəstələrdən qazanc götürürlər: “8 ildir bu işlə məşğulam. Artıq Təbrizin bütün həkimləri ilə tanışam. Amma yaxşı mütəxəssis tapmaq asan deyil”.
Hafis həkim-sürücü işbirliyini etiraf edir: “Mən bundan 35 dollar qazanacam. Amma əvəzində sizi mütəxəssis yanına aparacam. Yəni həkim seçimində aldanmayacaqsınız”.
Həkim qəbulu – 50 manat, müayinə 500 dollar…
17 Şəhrivər küçəsində Şəms həkimə məxsus üç otaqdan ibarət özəl klinikadayıq. Həkim müayinəsi üçün 100 min tümən, növbədənkənar keçmək üçün isə 20 min tümən istənilir. Amma pulu tümənlə deyil, manatla ödəməyimiz təklif edilir. 60 manat ödəyirik. Həkim Azərbaycanda edilən analizlərin nəticələrini qəbul etmir. Təkrar müayinələr üçün laboratoriyaya gedirik.
Laboratoriyada müayinələrə nəzər salıb qiymətləri hesablayırlar və 500 dollar ödəməyimizi istəyirlər. Təəccüblə yenidən hesablama aparılmasını istəyirik. Bakıda 200 manata başa gələn müayinələrin 500 dollara başa gəlmə səbəbləri bəlli olur. Öyrənirik ki, aratireoid hormone, C-peptid, insulin, kalsitonin, immunoqram və bu kimi əlavə analizlər istənilib. Razılaşmayıb təkrar həkimə müraciət edirik. Həkim qiymətdən narazılığımızı dinləyir və dərman yazıb aprel ayında yenidən gəlməyi məsləhət görür.
Qurd müayinəsi 30 manat və doktor Dolatxah bizə “atmaq“ istəyir
Bu dəfə pediatr Dolatxah Musayenin klinikasındayıq. Həkim müayinəsi üçün 100 min tümən ödəyirik. Bizdən qanın ümumi analizi, allergiya və qurd müayinəsi tələb olunur. Qanın ümumi analizi 40 min tümən, qurd müayinəsi isə 60 min tümənə başa gəlir. Allergiyanın təyini də daxil olmaqla 90 manat ödəyirik.
Qəbul otağında oturan tibb bacısı reseptə baxmaq istəyir. Və pediatrın yazdığı dərmanların bir neçəsini bizə uzadır. Təşəkkür edib getmək istəyərkən təbəssümlə “bunların pulunu verməlisiniz. Onsuz da aptekdən alacaqdınız. Bizdən alın”, – deyir. Sürücünün təklifi ilə dərmanların pulunu ödəyib aptekə düşürük. Burada öyrənirik ki, ağayi doktor Musaye bizə bir balaca “atıb”-onun sırıdığı dərmanları aptekdən 30 manat ucuz almaq olarmış…
Növbədənkənar qəbul üçün 150 manat “hörmət”
Növbəti müraciət etdiyimiz həkim isə onkoloq olur. Sürücü həkim müayinəsi üçün 100 min tümən ödəyəcəyimizi deyir. Amma həkimin növbədənkənar müayinəsi üçün ən azı 50 min tümən ödəmək lazım imiş. 150 min tümən ödəyib vaxt alırıq. Axşam saat 6-da həkimlə görüşməyimiz baş tutmur. Bəlli olur ki, 68-ci adamıq. Saat 22:45-i göstərir. Sürücü bildirir ki, gecə yarısınadək gözləməmək üçün əlavə olaraq 200 min tümən (təxminən 100 manat) “hörmət” etmək lazımdır. Beləliklə, onkoloqun müayinəsi 350 min tümənə başa gəlir.
Amma bu da son deyil. Xəstənin təkrar ultrasəs müayinəsi, rentgen, analiz verməsi tələb olunur. Həkim Azərbaycanda aparılan və Türkiyədə təsdiqlənən analizlərin nəticəsini qəbul etmir. Digər həkimlər kimi onun da bəhanəsi var: “Azərbaycandakı həkimlərə etibar etmir”. Bütün bu müayinələr isə 300 manata başa gəlir. Nəhayət, xəstə üçün kimya terapiyası məsləhət görülür. Bunun üçün isə fantastik məbləğ- 20 min manat tələb olunur.
Resept yazmaq üçün 50 min tümən…
“Həkim təyinatı olmadan sərhəddən dərman keçirmək mümkün olmayacaq-həkim Abbasi deyir. Və resept yazmaq üçün 25 manat ödəməyimizi istəyir. Öyrənirik ki, sərhəd keçid məntəqələrində dərmanların keçirilməsinə qoyulan qadağa bəzi həkimlərin işinə yarayıb. Onlar resept yazmaqla da pul qazanırlar. Həkim təyinatı ilə satılan dərmanlar üçün 50 min tümən, həkim təyinatı olmadan satılan dərmanlar üçün isə 40 min tümən alınır. Pul ödəniləndən sonra istənilən dərmanı yazdırmaq mümkündür.
Apteklər necə aldadırlar…
İranda taksi sürücü-həkim işbirliyi haqqında əvvəllər də eşitmişdik. Amma sürücülər yalnız həkimlərdən deyil, apteklərdən də faiz alırlarmış. Bunu isə onkoloqun qəbulunda növbə gözləyərkən eşidirik. Sürücünün təklifi ilə xəstəxananın yaxınlığındakı aptekə yaxınlaşırıq. Reseptlər hesablanır və dərmanların toplam qiyməti 320 manat edir. Amma eşitdiklərimiz bu dəfə işə yarayır, dərmanları otelin qarşısındakı aptekdən almaq istədiyimizi deyirik. Beləliklə, dərmanlar bizə düz iki dəfə ucuz başa gəlir.
Aptek sahibləri də etiraf edirlər ki, taksi sürücüləri azərbaycanlı xəstələrin hesabına varlanıb: “Dərmanların qiyməti çox dəyişməyib, manatın kursu dəyişib. Amma dövlət aptekləri bu cür hallara yol verməz. Sürücülər müştəri apardıqları üçün özəl apteklərdən pul alırlar”.
Təbriz bazarında manat tüməndən hörmətlidir
Təbrizdə kafelərin əksəriyyətində menyu Azərbaycan dilindədir. Amma bizi təəccübləndirən bu deyil. Qiymətlər manatla yazılıb və manatla istənilir. Məsələn, pizza 8 manata, sendiviç 6 manata, plovüstü dönər 8 manata təklif edilir. 4 nəfərlik çay isə 3 manatdır. Təbriz bazarında da manatla alver edənlər çoxdur. Hətta satıcılardan çoxu ödənişin manatla verilməsini xahiş edir. Bir sözlə, xəstəxana, bazar, otel və getdiyimiz bir çox yerlərdə ödənişin manatla aparılması təklif olunurdu.
“Həkimə gələnlərin sayı azalıb, çoxu alverə gəlir”
Beləliklə, Təbrizdə həkim-möhtəkirlərdən, dəllal taksi sürücülərindən və “azəriləri” qiymətdə aldatmaq üçün fürsət gözləyən əczaçılardan yaxamızı qurtarıb Azərbaycana qayıdırıq. İranın Azərbaycanla sərhəd keçid məntəqəsində divara “siqaret aparılmasına icazə verilmir”, “3 kiloqramdan artıq ərzağın rusumu ödənilməlidir” kimi elanlar vurulub. İrandan qayıdanların yükləri bir-bir yoxlanılır. Siqaretlər müsadirə olunur, çay, qənd, şirniyyat və digər mallar ölçülür. Hətta banan, alma aparanlar belə sorğu-suala tutulur. Buna görə də, saatlarla növbələr yaranır. Sərhəd keçid məntəqələrində öyrəndik ki, yoxlamaların gücləndirilməsi siqaretlərlə bağlıdır. Azərbaycanda siqaret bahalaşandan sonra alverçilər İrandan siqaret gətirməyə başlayıb. İranda 40 qəpiyə satılan siqaretlər Bakıda 2 manata təklif edilir. Buna görə də, İran tərəfi siqaret aparılmasına qadağa qoyub.
…Sərhədi keçirik, sərhəd-keçid məntəqəsi qarşısında İrandan gələnləri adambaşı 1 manatdan daşıyan avtobuslardan birinə minib Bakı taksilərinin dayanacağına çatırıq. Qapı açılar-açılmaz siqaret almaq istəyən alverçiləri bizi əhatəyə alır. “Siqaretiniz var? Bakı qiymətinə alırıq” – alverçilər bir ağızdan deyir. Bizdə isə onlara satılacaq siqaret yoxdur və alverçilərdən birtəhər yaxamızı qurtarıb Bakıya tərəf üz tuturuq…
Comments are closed, but trackbacks and pingbacks are open.