Press "Enter" to skip to content

Baki avrasi̇ya uni̇versi̇teti̇

Defo Daniel. Robinzon Kruzo [Mətn] /Daniel Defo; Ruscadan tərcümə edəni. Əkbər Ağayev; Red. Reyhan Salamova.- B.: Öndər, 2004.-464 s.

Dünya ədəbiyyatı və Üçüncü Dünya ölkələri

1827-ci ilin soyuq bir yanvar günündə Almaniyanın Veymar şəhərində işə getmək üçün evdən çıxan gənc Yohan Ekkerman cəmi bir neçə saat sonra müdiriylə etdiyi gündəlik söhbətin sənət tarixini dəyişdirəcəyindən xəbərsiz idi. Ekkerman ömrünün son illərində görkəmli alman şairi Hötenin mirzəliyini edirdi. Höte həmin ərəfələrdə Çin ədəbiyyatından “Çiçəklər arasında” adlı mənzum bir roman oxuyurdu. Ekkerman tipik reaksiya ilə soruşdu ki, yəqin qəribə kitabdır. Höte gülümsədi: “Xeyr, qəribəliyi nəzərdə tutduğunuzdan daha azdır.” Ekkerman çaşıb qaldı, onda yəqin bu roman istisnadır, eləmi? Amma yenə yanılırdı. Bu cür təfəkkür klişelərini əlinin içi kimi bilən müdrik Höte bu məqamda səsini qaldırdı: “Bu, həqiqət deyil. Çinlilərdə belə kitablardan minlərlə var, biz hələ ağaclarda yaşayanda, onların əcdadlarının zamanında da belə kitablar vardı.” Ekkermanın sonradan çap etdirdiyi “Həyatının son illərində Höteylə söhbətlər” adlı kitabdakı bu müzakirələrin növbəti abzası bu gün “Dünya ədəbiyyatı” (Weltliteratur) anlayışının başlanğıc nöqtəsi hesab edilir. Höte deyir: “Tamamilə əmin oldum ki, özünü hər yerdə və bütün zamanlarda yüzlərlə insanda aşkara çıxaran şeir bəşəriyyətin universal mülküdür… Milli ədəbiyyat artıq tamamilə mənasını itirmiş termindir; artıq Dünya Ədəbiyyatı dövrü gəlir və hamı onun yaxınlaşmasını sürətləndirmək üçün əlindən gələni etməlidir.”

Bu söhbətin baş verdiyi epoxada Veymar bugünkü qədər hörmətli yer deyildi, çünki həmin dövrdə bütün Avropa üçün mədəni mərkəz Paris idi. Bununla barışmaq istəməyən, yəni Parisin mədəni hakimiyyətinə nöqtə qoymaq istəyən alman intellektualları xilası millətçi formullarda görürdülər. Bu həmin dövrdür ki, sənətçilər alman nağıllarını, xalq oyunlarını toplayaraq Alman mədəniyyətini hörmətə mindirmək istəyirdilər. Əslində, sonralar formalaşacaq alman milli dövlətinin kulturoloji özülü həmin vaxtlarda atıldı. Höte fransız tərbiyəsiylə yetişsə də, Parisin mədəni asılılığından xilas olmaq fikrində alman millətçiləriylə həmrəy idi, amma nağıldan, dastandan yardım gözləyən etnoqrafik metoda çox da inanmır, başqa çıxış yolu axtarırdı. Bu yol həmin dövrdə xeyli adama gülməli gələn Dünya Ədəbiyyatı fikriydi. Onun fikrincə, Parisin dominant şəhər mədəniyyəti ilə lokal millətçilik arasındakı dilemmadan çıxış yolu bu idi. Höte XIX əsrdə, Almaniyanın bir əyalət şəhərində çağdaş Çin romanlarını, Hafizin qəzəllərini, qədim skandinav saqalarını oxuyurdu, eynilə XX əsrin 30-cu illərindəki geridəqalmış Buenos-Ayresdə uzaq-uzaq qitələrdə yazılmış, heç kimin yaxın durmadığı kitabları oxuyan Borxes kimi. Hötenin bu arzusuna gülənlər doğum günündə ona çalma hədiyyə etmişdilər, amma belə yüngül şeylər onun vecinə deyildi, çünki o, bütün böyük fikir adamları kimi, indiyə gələcəkdən baxırdı.

Şübhəsiz ki, mövzunu elmi iş həcmində böyütsək, Höteylə eyni epoxada yaşayan başqalarını – sənayeləşmənin metodlarını öyrənmək üçün Mançesterə gedən Engelsi, fəlsəfə ilə məşğul olmaq üçün Berlinə gedən Marksı də işin içinə qatmalı, mədənlərlə, buxar maşınlarıyla, dəmir yollarıyla günü-gündən böyüyüb formalaşan dünya bazarını da mövzunun bir parçasına çevirməliyik. Fəqət mən hipotetik də olsa, bunların az-çox bilindiyini düşünürəm və dünyada məşhur olan, amma bizdə az bilinən bir polemikaya diqqət çəkmək istəyirəm. İnanıram ki, bu məşhur polemika bizimki kimi Üçüncü Dünya Ölkələrində tez-tez gündəmə gələn “həllini gözləyən sosial problemlərin içində nəyi, necə yazmalı?” sualının yaratdığı çıxılmaz dalana yeni bir perspektiv qazandıra bilər.

1986-cı ildə Amerikalı marksist tənqidçi Fredrik Ceymison (Fredric Jameson) “Social text” jurnalında “Çoxmillətli kapitalizm erasında Üçüncü Dünya Ədəbiyyatı” (Third-World Literature in the era of Multinational Capitalism) adlı bir esse çap etdirdi. Yazı böyük səs-küyə səbəb oldu və jurnalın növbəti sayında Hindistanlı marksist tənqidçi Aijaz Əhməd “Ceymisonun Özgələşdirmə Ritorikası və “Milli Alleqoriya” (Jameson’s Rhetoric of Otherness and the “National Allegory”) adlı essesiylə Ceymisona cavab verdi.

Fredrik Ceymison sözügedən essesində Dünyanı üç yerə bölür: Birinci Dünya – kapitalist qərb, İkinci Dünya – sosialist bloku, Üçüncü Dünya – imperiya boyunduruğunda müstəmləkə olmuş yerdə qalanlar. Ceymison yazır ki, bütün Üçüncü Dünya mətnləri məcburi şəkildə alleqorikdir, üstəlik, son dərəcə özünəməxsus formada alleqorikdir və alim bunları “milli alleqoriyalar” adlandırır. Onun fikrincə, kapitalist mədəniyyətin, yəni Qərbdəki realist, modernist roman ənənəsinin əsas xüsusiyyətlərindən biri fərdi ilə ictimai, poetik ilə siyasi, intim məsələlərin sahəsi kimi başa düşdüyümüz təhtəlşüur sahəsi ilə siniflərin, iqtisadiyyatın və sekulyar siyasi iqtidarın ictimai sahəsi arasındakı radikal yarılmadır, yəni başqa sözlə desək, Freydə qarşı Marks. Ceymison yazır ki, Üçüncü Dünya mətnləri məcburi şəkildə (hətta üzdə şəxsi, intim sahəyə xas olan və həqiqi libidinal dinamikayla dolu olanlar belə) milli alleqoriya şəklində siyasi bir məsələni əks etdirirlər. Sadələşdirsək, Ceymison deyir ki, bizim kimi inkişaf etmiş Birinci Dünya ölkələrində yazılan mətnlər ictimai-siyasi olanda belə psixoloji, estetik, fərdi dünyanı əks etdirir, Üçüncü Dünya ölkələrində isə əksinə, bədii mətnlər fərdi, intim, psixoloji olanda belə ictimai-siyasi alleqoriyadır. Misal kimi yazır ki, məsələn, 1960-cı illərdəki siyasi hərəkatların “Edip kompleksi” çərçivəsində şərh olunması qərbdə normaldır. Ceymison deyir ki, bu cür şərhlər siyasi kontekstin təzədən psixolojiləşdirilməsidir və Nitşedən Konrada, ordan da Soyuq Müharibə propaqandasına qədər gedib çıxan apolitik mətnlərin analiz edilməsiylə təsdiqlənə bilər. Amma Üçüncü Dünya ölkələrində məsələ tərsinədir. Burda psixoloji, yaxud libidinal hər cür mətləbi əvvəla ictimai-siyasi çərçivədə oxumaq lazımdır. Alim fikrini əsaslandırmaq üçün Çin yazıçısı Lu Sinin “Bir dəlinin gündəliyi” və Seneqal yazıçısı Ousmane Sembenenin “Lənət” romanlarının çox maraqla oxunan təhlilinə girişir. Qısaca desək, alim bu yazıçıları analiz edərək bir neçə fikir irəli sürür: 1) Üçüncü Dünyanın intellektualları üfüqdə heç bir çıxış yolunun, heç bir praksisin olmadığını görəndə, bu siyasi problemin formal, yaxud ədəbi təzahürü kimi, qapalı, üstüörtülü, alleqorik narrativə meyillənirlər; 2) Üçüncü Dünya ölkələri, XX əsrdə Afrikada olduğu kimi, sözdə müstəqillik əldə etməklə, həqiqi milli suverenlikdən məhrum oldular və bu ölkələrin demək olar ki, hamısı Frans Fanonun xəbərdarlığındakı (“Müstəqilliyi başqasının verməsi onu öz əllərinlə almaqla eyni şey deyil”) problemlerlə üzləşdilər. Çünki müstəqilliyi yalnız özün əldə edəndə yeni şüur səviyyəsinə, yeni ictimai münasibətlər sferasına qədəm qoya bilərsən və yalnız bu zaman Marksın dediyi, həm öz müstəqil ənənəsini yaradan, həm də öz ənənəsini müstəqil şərh edən “tarixin köstəbəyi” təcrübəsi işə düşür; 3) Hegelin “Ağa-qul” ayrımına əsasən deyə bilərik ki, ağa olan Birinci Dünya idealizmə, maddi reallığın həqiqi mənada nə olduğunu bilən kölə isə materializmə məhkumdur, elə buna görə də Üçüncü Dünyanın mətnləri ən fərdi təcrübəni belə ifadə edəndə qaçılmaz şəkildə kollektiv ictimai-siyasi təcrübədən danışmağa məcburdurlar. Müəllif deyir ki, mənim cəhdim Üçüncü Dünya ədəbiyyatının ağlabatan, koqnitiv estetik modelini formalaşdırmaqdır.

Ceymisonun bura qədər icmallaşdırmağa çalışdığım fikirlərinin oxşarını vaxtilə Sartr da səsləndirib. Sartr 1964-cü ildə “Le Monde” qəzetinə verdiyi qalmaqal yaradan müsahibəsində Üçüncü Dünya Ölkəsi olan Biafrada acından ölən zənci uşaqla ədəbiyyatı əxlaqi olaraq müqayisə etmiş və belə fəlakətlər varkən yoxsul ölkələrdə ədəbiyyatla məşğul olmağı “lyuks” hesab edərək, həqiqi ədəbiyyatın zəngin ölkələrin məşğuliyyəti olduğunu demişdi. Sartrın bu cür diskriminativ, özgələşdirici, aşağılayıcı pozisiyasına görə, Vladimir Nabokov onun simasında bütün ədəbi yozumları ancaq ictimai-siyasi kontekstə müncər edənlərə hücum çəkir, sosrealizmi də buna görə çox pis, anti-estetik, anti-ədəbi hesab edərək kəskin tənqid edirdi. Sözsüz ki, Nabokov da zaman-zaman aşırılığa gedirdi, amma o da, Borxes də, Kortasar da, Edvard Səid də ona görə qiymətlidirlər ki, başqa-başqa teorik adlar altında kulturoloji imperializmə, mədəni müstəmləkəçiliyə məruz qalanların estetik haqqlarını müdafiə edirdilər.

Aijaz Əhməd “Ceymisonun Özgələşdirmə Ritorikası və “Milli Alleqoriya” adlı cavab essesində soruşur ki, Üçüncü Dünya ədəbiyyatının ağlabatan, koqnitiv estetikasına müəyyənləşdirmək mümkündürmü? Yəni, elə bir universal formul varmı ki, bütün Üçüncü Dünya ölkələrinin ədəbiyyatını ifadə etmək üçün keçərli olsun? Əhməd yazır ki, Ceymison öz modelini əsaslandırmaqdan ötrü Üçüncü Dünya ölkələrinin kapitalizmlə qurduğu özünəməxsus münasibətləri, bu sistemin onlardakı müxtəlif təzahürlərini, millətin öz daxilindəki axtarışlarını görməzdən gəlir. Alimin fikrincə, Ceymison nə qədər “üçüncü dünya” ifadəsini deskriptiv (təsviri) mənada işlətdiyini desə də, əslində, heç bir təsvir ideloji mənada neytral deyil və bu mənada müəyyənləşdirilmiş sərhədlər daxilində özünü formalaşdırır. Yəni Ceymison üçüncü dünyanı daxili dinamikası nəzər alınmadan, statik, tarixdən kənar bir kateqoriya kimi təqdim etməklə, özgələşdirməyə, diskriminasiyaya yol verir. Əhmədin fikrincə, dünya Ceymisonun dediyi kimi üç yerə bölünməyib, dünyanın hər tərəfi qeyri-bərabərlik doğuran kapitalizmin təsiri altındadır və buna etiraz edən sosializm ancaq ikinci dünya adlandırılan yerlərdə deyil, birinci dünyanın içində də, üçüncü dünyada da var. Alim yazır ki, Ceymison üzdə ədəbiyyat dərsliklərimizin üzünü Üçüncü Dünya ədəbiyyatına açmalıyıq desə də, çox böyük hissəsi hələ Avropa dillərinə tərcümə olunmadığı üçün onun yaratmaq istədiyi “ağlabatan model” dar və məhdud olacaq. Əhmədin fikrincə, bu cür məhdud imkanlarla model yaratmaq cəhdi gətirib ona çıxaracaq ki, Veberian tərzdə, bütün Üçüncü Dünya mətnləri bir qəlib-meyara müncər ediləcək. Orxan Pamuk “Varqas Lyosa və Üçüncü Dünya ədəbiyyatı” essesində Aijaz Əhmədi təsdiq edəcək şəkildə yazır:Məntiqli ifadə ediləndə (məsələn, Edvard Səidin yazılarında olduğu kimi) Üçüncü Dünya ədəbiyyatı anlayışı mərkəzdən-kənar ədəbiyyatların müxtəlifliyini, zənginliyini üzə çıxarmağa, Qərbli olmadıqlarını və millətçiliklə münasibətlərini anlamağa kömək etdi. Üçüncü Dünya ədəbiyyatı anlayışı ən pis şəkildə istifadə ediləndə isə (məsələn, Fredrik Ceymisonun “Üçüncü Dünya ədəbiyyatları milli alleqoriyalardır” tezisində olduğu kimi) mərkəzdən-kənar ədəbiyyatların müxtəlifliyini, zənginliyini görməzdən gəlməyin mədəni yolu olmaqdan o yana keçmədi.”

Məncə, zaman-zaman bizdə də “Bu qədər problem varkən, estetik qayğıların, fəlsəfi mühakimələrin, nəzəri mübahisələrin mənası nədir?” şəklində özünü göstərən, hazır, basmaqəlib cavablara təzədən baxmaq lazımdır. Kim bilir, bəlkə də işə əvvəlcə təfəkkürümüzdəki sosrealizm qalıqlarından, fasiləsiz şəkildə bizi mədəni müstəmləkə vəziyyətinə düşürən aciz cavablardan, ədəbiyyata siyasi partiya məsuliyyəti yükləyərək onu bütün dünyanı özündən keçirən müstəqil bir yaradıcılıq yolu kimi yox, ideologiyaların yedəyi kimi görən diskurslara şübhəylə yanaşmaqla başlamaq olar. Məncə, biz öz üzünü güzgüdə görən Kalibanın qəzəbiylə üzləşməyi bacarsaq, yəni özümüzə olduğumuz kimi, bütün qaranlıq tərəflərimizlə baxmağı öyrənsək, onda dünya bizdə əks olunmağa, biz də dünyada görünməyə başlayacağıq.

P.S. Bizdə ən oxumuş adamlara belə bəzən adi şeyləri izah etmək zülüm-zillət olur deyə, bu zəruri qeydi yazıram: yazıda söhbət ictimai-siyasi kontekstin inkarından getmir. Söhbət post-kolonial diskursun yoxluğundan, yəni müstəmləkə “yadigar”ı olan fərdi, individual dünyanın bircürləşdirilməsindən, ört-basdır edilməsindən gedir.

Baki avrasi̇ya uni̇versi̇teti̇

QIRĞIZ ƏDƏBİYYATI
Qırğız ədəbiyyatında xalq yaradıcılığı nümunələrinin özünəməxsus yeri var. Qırğız folklorunun ən geniş yayılmış
janrı nəğmələrdir. Toy və yas mərasimlərində səslənilən Bekbekey”, “Saksakey”, “Şırıldan”, “Kostoşu”, “Arman” və
s. nəğmələrdə qırğızların sevinc və kədəri öz əksini tapıb. Qırğızlarda nəğmələrin özünəməxsus ifa tərzi var. Onlar
nəğməyə “ır” adı verdiklərinə görə onun ifaçısına “ırçı” demişlər.

3.

Irçılar həm nəğmə ifa etmişlər, həm də özləri şeir
qoşmuşlar. Məsələn, “Manas” ırçılar tərəfindən ifa
edildiyinə görə dastana yeni əlavələr edilmiş, orijinal
mətndən fərqli olaraq dastandakı misraların sayı təxminən
bir milyona çatıb. Qırğızlarda xalq nəğmələri üslubunda
şeir qoşanlar akın adı ilə tanınırlar.

4.

Irçılar həm nəğmə ifa etmişlər, həm də özləri şeir qoşmuşlar.
Məsələn, “Manas” ırçılar tərəfindən ifa edildiyinə görə
dastana yeni əlavələr edilmiş, orijinal mətndən fərqli olaraq
dastandakı misraların sayı təxminən bir milyona çatıb.
Qırğızlarda xalq nəğmələri üslubunda şeir qoşanlar akın
adı ilə tanınırlar. Akın poeziyası məhz bu şəxslərin
simasında formalaşmış, akınlar “moktoo”, “arnoo”,
“aytış” və s. janrlarda müxtəlif mövzulu şeirlər yazmışlar.

5.

Qədim tarixə, zəngin mif və şifahi xalq ədəbiyyatı ənənələrinə sahib olan qırğızların yazılı ədəbiyyatı
əsasən XX əsrin əvvəllərində yaranmağa başlayıb. Orta Asiyada sovet hakimiyyətinin qurulması bu
regionda müstəmləkəçiliyi, totalitarizmi gücləndirməklə yanaşı, burda yaşayan xalqların ictimai-siyasi və
mədəni həyatında da mühüm dəyişiklərin yaranmasına səbəb olub.
Baş vermiş ictimai-siyasi proseslər bu məkanda yaşayan qırğızların da həyatına təsirsiz ötüşməyib. Bu dövrdən
başlayaraq Qırğızstanda məktəblərin açılması, savadsızlığa qarşı mübarizənin gücləndirilməsi, yeni qəzet və
jurnalların çapı, teatr və kitabxanaların yaradılması və s. hallar ölkə daxilində mədəni həyatın dirçəlməsinə, indiyə
qədər mövcud olan xalq ədəbiyyatı nümunəsindən fərqli olaraq yazılı ədəbiyyat örnəklərinin yaranmasına səbəb oldu.

6.

Yeni yaranan qəzet və
jurnallar ilk növbədə yazılı
ədəbiyyatın inkişafına daha
güclü təsir göstərirdi. Lakin
XX əsrin əvvəllərində bu
regionda çap olunan dərslik,
qəzet və jurnalların əsasən
qazax və tatar dillərində
olması yazılı ədəbiyyat
nümunələrinin də həmin
dillərdə yazılmasına səbəb
oldu. Məsələn, XX əsrin
əvvəlləri qırğız yazılı
ədəbiyyatın ilk
nümayəndələrindən biri olan
Sadıq Karaçev əsərlərini
tatarca, Qasım Tınıstov isə
qazaxca yazıb.

7.

Lakin bu o demək deyildi ki, yaranan bütün bədii
nümunələr qazax və tatar dillərində idi. Çünki XX əsrin
əvvəllərində Qırğızstanda yaranan yeni ictimai-siyasi
münasibətlər ilk növbədə qırğız yazılı dili və qırğız yazılı
ədəbiyyatının inkişafı üçün böyük zəmin yaratmışdı.

8.

1924-cü ildə qırğız dilində çap olunan “Ərkin
too” ilk qəzet kimi təkcə qırğız mətbuat tarixi
üçün yox, həm də qırğız yazılı ədəbiyyat tarixi
üçün mühüm hadisəyə çevrildi. Aalı
Tokombayev, Toktoqul Satılqanov, Toqolov
Moldo, Qasımalı Bayalinov, Tugelbay
Sıdıqbayev, Kılıç Şamırkanulun və s. kimi yeni
nəsil qırğız şair və yazıçılarının əsərlərinin çap
olunub yayılmasında “Ərkin too” qəzeti mühüm
rol oynayırdı.

9.

Kılıç Şamırkanulunin “Zilzala” (1924) şeirlər kitabı, M.Tokombayevin “Turdının ölümü” (1927) poeması,
“Kakey” (1927) pyesi, Q.Bayalinovun “Həcər” (1927) pyesi və s. nümunələr XX əsrin 20-ci illər qırğız
ədəbiyyatının inkişaf xəttini müəyyənləşdirmək baxımından səciyyəvidir. Tugelbay Sadıqbayevin 1937-ci ildə
yazdığı “Gen su” romanı qırğız ədəbiyyatında roman ənənəsinin başlanğıcı oldu. Suyunbay Eraliyevin
“Dostlarıma məktub” (1949), Soranbay Curuyevin “Ömür yazı” (1950), “Ümid” (1960) kitablarındakı şeirlər,
Sadıq Karaçevin “Evlilikdən qacdı”, “Sevdiyinə qovuşmadı”, “Kədərli iki gənc” hekayələri və bu dövrdə yazibyaratmış digər sənətkarların əsərləri 30-50-ci illər yeni dövr qırğız ədəbiyyatının realist poeziya və nəsr
nümunələri hesab olunur.

10.

Çingiz Aytmatov, Mukan Elebayev, Coomart
Bokonbayev, Cusup Turusbayev, Raykan
Şükürbayev, Qasıməli Jontaşev, Calil Sadıqov və
digər sənətkarların sayəsində müasir qırğız
ədəbiyyatı özünün yeni inkişaf mərhələsinə qədəm
qoyub.

11.

Çingiz Aytmatov
Müasir qırğız ədəbiyyatının yeni məzmun və yeni ideyalarla
zənginləşməsində böyük xidmətləri olan dünya şöhrətli yazıçı
Çingiz Torequl oğlu Aytmatov 12 dekabr 1928-ci ildə
Qırğızıstan Respublikası Talas vilayətinin Şəkər kəndində
anadan olub. Atası Qırğızıstanda Kommunist Partiyasının
görkəmli nümayəndələrindən biri olsa da, 1937-ci ildə xalq
düşməni kimi həbs olunub və bir il sonra güllələnib.
Milliyyətcə tatar olan anası Naimə Həzi qızı teatr aktrisası
kimi tanınmışdır.

12.

O, rus dili və ədəbiyyatını yaxşı bildiyi üçün oğlunda da bu dil və ədəbiyyata böyük maraq oyadıb. Uşaq yaşlarında
Çingiz Aytmatovun tərbiyəsi ilə daha çox nənəsi Aymxan məşğul olmuşdur.O, nənəsindən ”Manas”ı, ayrı-ayrı qırğız
nağıl və əfsanələrini dinləyib, nəticədə bunlar onun milli ruhda for-malaşmasına böyük təsir göstərib. Bu mənada
Çingiz Aytmatovun “nənəmin ziyalı işığından keçdim” deməsi təsadüfi deyil.
Çingiz Aytmatov Böyük Vətən müharibəsinin birinci ili ölkədə kadr çatışmazlığına görə orta məktəbin 6-cı sinfini
bitirdikdən sonra kənd sovetinin katibi vəzifəsində işləyib.

13.

O, təxminən 2 il ərzində bu vəzifədən başqa
vergi agenti, uçotçu və digər işlərdə də çalışmışdır.
Yazıçının bu illərdə qarşılaşdığı həyat hadisələri
müəyyən dərəcədə onun “Üz-üzə”,
“Cəmilə”,”Ana tarla” və “Erkən gələn durnalar”
əsərlərində əksini tapıb. Çingiz Aytmatov
1943-cü ildə 8 illik təhsilini başa vurduqdan sonra
Cambul Zoobaytarlıq texnikumuna daxil olub.
Ç.Aytmatov 1948-ci ildə texnikumu fərqlənmə
diplomu ilə bitirdiyinə görə Qırğızıstan
Kənd Təsərrüfatı İnstitutuna
imtahansız qəbul olunub.
İlk əsəri 1952-ci ildə dövrü
mətbuatda dərc edilib.

14.

1952-ci ildə “Qırğızıstan” ədəbiyyat toplusunun ikinci sayında çap
olunan “Qəzetçi Cüdo” və”Aşim” yazıçının ilk hekayələri hesab
olunur. O, 1953-cü ildə ali məktəbi bitirdikdən sonra elmi tədqiqat
sahəsində işləmək istəyib. Lakin xalq düşməninin oğlu hesab
edildiyindən bu sahədə işləməyə ona icazə verilməyib və o, ixtisası
üzrə üç il heyvandarlıq təsərrüfatında çalışmaq məcburiyyətində
qalıb.
Ç.Aytmatov 1956-1958-ci illərdə Moskvada Qorki adına Ali
Ədəbiyyat İnstitutunda təhsil alıb. 1958-ci ildə Moskvada “Oktyabr”
jurnalında onun “Üzbəüz” əsəri çap olunub. 1958-ci ildən başlayaraq
ədibin hekayə və povestləri “Novıy mir” jurnalında dərc olunmağa
başlayır. Həmin ildə Ç.Aytmatova dünya şöhrəti gətirən əsərlərindən
birincisi olan “Cəmilə” povesti ilk dəfə işıq üzü görüb. Təsadüfi deyil
ki, Lui Araqon bu əsəri fransızcaya tərcümə edərək onu geniş
müqəddimə ilə çap etdirib.

15.

Ç.Aytmatov 1958-ci ildə Moskvada Ali Ədəbiyyat İnstitutunu bitirdikdən sonra Qırğızıstana
qayıdaraq “Literaturnıy Kirqizstan” jurnalının baş redaktoru olub və 5 il Qırğızıstanda yerli “Pravda”
qəzetinin xüsusi müxbiri işləyib. O, “Dağlar və çöllər povestləri” silsiləsinə daxil olan əsərlərinə
görə 1963-cü ildə Lenin mükafatma layiq görülüb. Görkəmli ədib 1965-ci ilə qədər əsasən qırğız
dilində yazıb. 1965-ci ildən etibarən əsərlərini rus dilində yazmağa başlayıb.

Dünya ədəbiyyatı

D ünya ədəbiyyatı

Amadu Jorji. Seçilmiş əsərləri [Mətn] /J.Amodu; tərc. ed. və ön söz. müəl. İ.Əlfioğlu; red. M.Qarayev; bədii tərtibat və dizaynın müəl. T.Qorçu.- Bakı: Şərq-Qərb, 2009.- 621, [2] s.

Andersen Hans Kristian. Nağıllar [Mətn] /Hans Kristian Andersen; tərcümə edən. M.Rzaquluzadə; ön sözün müəllifi. Şahin Xəlilli.-B.: Öndər, 2004. -160 s.

Aristotel. Poetika [Mətn] /Aristotel; tərc. ed., ön söz və şərhlərin müəl. A. Aslanov.- B.: Şərq-Qərb , 2006.-120 s.

Aytmatov Çingiz. Seçilmiş əsərlər i [ Mətn]: 2 cilddə /Çingiz Aytmatov; ön sözün müəl. B.Vahabzadə I cild.- B.: Öndər, 2004.- 504 s.

Aytmatov Çingiz. Seçilmiş əsərləri [Mətn ]: 2 cilddə /Çingiz Aytmatov; tərc.ed. Cəmil Əlibəyov, Qılman Musayev, Əkrəm Əylisli, Məti Osmanoğlu. II cild.- B.: Öndər, 2004.- 384 s.

Balzak Onore de. Seçilmiş əsərləri [Mətn] /O. de Balzak; Tərc. edəni. M.Rəfili Bakı : Şərq-Qərb , 2006. 408 s.

B arto Aqniya. Seçilmiş əsərləri [Mətn] /A.L.Barto; rus dilindən tərc. ed. T.Mahmud, H.Ziya, M.İsgəndərzadə, Z.Sarıtorpaq.- B.: 2007.- 184 s.

Bayron Corc Qordon. Seçilmiş əsərləri [Mətn] /Ç.Q. Bayron; tərcüməçi. A. Aslanov və b..- B.: Şərq-Qərb, 2006.- 224 s.

Blok Aleksandr Aleksandroviç. Seçilmiş əsərləri [Mətn] /A.A.Blok; Rus dilindən tərcümə ed. E.Borçalı, C.Novruz, T.Mahmud, İ.İsmayılzadə; Ön söz. C.Novruz.- B.: Şərq-Qərb, 2007. – 144 s.

Bualo. Poeziya sənəti [Mətn] /Bualo; Tərcümə edən və ön söz. Ə.Ağayev. B.: Şərq-Qərb, 2006.- 112 s.

Bulqakov Mixail Afanasyeviç. Master və Marqarita [Mətn] /A.M. Bulqakov; Rus dilindən tərc. S. Budaqlı.- B: Şərq-Qərb, 2006. -376 s

Bunin İvan Alekseyeviç. Seçilmiş əsərləri [Mətn] / İ.A.Bunin; rus dilindən tərcümə edəni. H.Şərif.- B.: Avrasiya Press, 2006.- 456 s.

Cami Əbdürrəhman. Seçilmiş əsərləri [Mətn] /Əbdürrəhman Cami; fars dilindən tərc. ed. Mübariz Əlizadə, Rəhim Sultanov B.: Öndər, 2004.- 320 s.

Covanyoli Rafaello. Spartak [Mətn]: [Roman] /Rafaello Covanyoli; Tərcümə ed. B.Musayev; Ön sözün müəll. Ə.Ağayev .- B.: Şərq-Qərb, 2006.- 584 s.

Çapek Karel. Seçilmiş əsərləri [Mətn] /Karel Çapek; Tərtib edəni və ön sözün müəllifi. Elçin Mehri B.: Şərq-Qərb, 2006.- 160 s.

Çexov Anton Pavloviç. Seçilmiş əsərləri [Mətn] /A. P. Çexov; tərc. ed. R. Ağayev, K. Ziya, N. Rəfibəyli, M. İbrahimov, Ş. Abbasov.-B.: Avrasiya Press, 2006.- 320 s.

Çukovski Korney İvanoviç. Seçilmiş əsərləri [Mətn] /K.İ.Çukovski; rus dilindən tərc. ed. T.Elçin, Ə.Şükürlü.- B.: Şərq- Qərb, 2007.

Dante Aligyeri. İlahi komediya [Mətn] /Aligyeri Dante; Tərcümə edəni. Əliağa Kürçaylı; Ön sözün müəllifi və redaktoru. Əkbər Ağayev.- B.: Öndər, 2004.- 592 s.

Defo Daniel. Robinzon Kruzo [Mətn] /Daniel Defo; Ruscadan tərcümə edəni. Əkbər Ağayev; Red. Reyhan Salamova.- B.: Öndər, 2004.-464 s.

Dəhləvi Əmir Xosrov. Şirin və Xosrov [Mətn] /Ə.X. Dəhləvi; Tərcümə ed., ön sözün və şərhlərin müəl. A.Sarovlu.- B.: Avrasiya Press, 2006.- 248 s.

Dostoyevski Fyodor Mixayloviç. Alçaldılmış və təhqir edilmiş insanlar [Mətn] /F.M.Dostoyevski; rus dilindən tərc. ed. B.Musayev.- Bakı: Şərq-Qərb, 2007.- 374, [2] s.

Dostoyevski Fyodor Mixayloviç. Cinayət və cəza [Mətn] /F.M.Dostoyevski; Tərt. ed. və ön sözün müəllifi. M.Qocayev.- B.: Öndər, 2004.- 560 s., 1 portr.

Dostoyevski Fyodor Mixayloviç. İdiot [Mətn]: [Roman] /F.M.Dostoyevski; tərcümə ed. H.Şərif; [Buraxılışa məsul. Ə.Güləliyev]Bakı: Şərq-Qərb, 2006.- 728 s.

Drayzer Teodor. Kerri bacı [Mətn]: [roman] /T.Drayzer; Tərcümə edəni. C.Bağır/-B.: Avrasiya press, 2006.- 472 s.

Drayzer Teodor. Cenni Herhardt [Mətn] /T.Drayzer; Tərcümə edəni. C.Bağır.- B.: Avrasiya press, 2006. – 360 s.

Düma Aleksandr. Üç müşketyor [Mətn] /A.Düma; Tərcümə edənlər. M.Rzaquluzadə, B.Musayev.- B.: Öndər, 2004.- 600 s.

Esxil. Seçilmiş əsərləri [Mətn] /tərt. ed. Ə. Sultanlı; red. T. Novruzov; [tərc. edən. R. Rza, Ə. Məmmədxanlı, Ə. Sadiq; buraxılışa məsul.U. Rəhimoğlu].- B . : Avrasiya Press, 2006.- 200 s.

Fikrət Tofiq. Seçilmiş əsərləri [Mətn] /T. Fikrət.- Bakı: Şərq-Qərb, 2006.-176 s.

Firdovsi Əbdülqasim Həsən ibn Əli Tusi. Şahnamə [Mətn] /Əbülqasim Firdovsi; Tərcümə edən, ön sözün və izahlarin i: M. Əlizadə; Red.: B. Azəroğlu, M. Sultanov, A. Sarovlu.- B.: Öndər, 2004.- 432 s.

Fonvizin Denis İvanoviç. Seçilmiş əsərləri [Mətn] /D. İ. Fonovizin; Burax. məsul: Ə. Güləliyev.- B.: Şərq-Qərb, 2006. -160 s.

Gete Yohann Volfqanq. Faust [Mətn] /Yohann Volfqanq Gete; Tərcümə edən. Əhməd Cəmil; Red. M.Rzaquluzadə.- B.: Öndər, 2004.- 560 s.

Güntəkin Rəşad Nuri. Dodaqdan qəlbə [Mətn]: [roman]/R.N.Güntəkin; Nəşrə hazırlayan: M.Axundov.- Bakı: Şərq-Qərb, 2006.- 280 s.

Güntəkin Rəşad Nuri. Çalıquşu [Mətn] : [roman] /R.N.Güntəkin; tərcümə edən və ön sözün müəllifi: M.Rzaquluzadə.- B.: Şərq-Qərb, 2006.- 376 s.

Hamsun Knut. Seçilmiş əsərləri [Mətn] /K.Hamsun; tərc. ed. və ön söz müəl. N.Qocabəyli; red. C.Nağıyev; bədii tərtibat və dizaynın müəl. T.Qorçu.- Bakı: Şərq-Qərb, 2009.- 573, [2] s.

Haş ek Yaroslav. Seçilmiş əsərləri [Mətn] /Tərtib edən və ön sözün müəllifi. Elçin Mehri.-B.: Şərq-Qərb, 2006.- 320 s.

Heminquey Ernest. Əcəl zəngi [Mətn] / E.Heminquey; Tərcümə. H.Hacıyev.- B.: Avrasiya press, 2006.- 470 s.

Nazim Hikmət . Seçilmiş əsərləri [Mətn] /N. Hikmət; tərtib edəni. A.Babayev.- B.: Şərq-Qərb, 2006.- 495 s.

Homer. İliada [Mətn] /Homer; Tərcümə edəni: Mikayıl Rzaquluzadə; Ön sözün i: Qorxmaz Quliyev.- B.: Öndər, 2004.-528 s.

Homer. Odisseya [Mətn] / Homer; Tərcümə edən: Ə.Ziyatay; Ön sözün i: Q.Quliyev.- B.: Öndər, 2004. – 416 s.

Hüqo Viktor. Paris Notr-Dam kilsəsi [Mətn] /Viktor Hüqo; Tərc. M.Rəfili.- Bakı: Şərq-Qərb, 2007.- 488 s.

Hüqo Viktor. Səfillər [Mətn] / Hüqo Viktor; tərc. ed. M. Rəfili; ön sözün nüəl. Ə. Zeynalov I-II hissələr .-B.: Öndər, 2005. -648 s.

Hüqo Viktor. Səfillər. III-IV hissələr [Mətn] /Hüqo Viktor; Tərcümə edəni: B.Musayev.- Bakı: Öndər, 2005.- 656 s.

Hüqo Viktor. Səfillər [Mətn].-V hissə /V.Hüqo; tərc. ed. B.Musayev .- Bakı: Öndər, 2005.- 320 s.

İbsen Henrik. Seçilmiş əsərləri [Mətn] /H. İbsen; tərcümə edən: A. Əliyev Bakı : Şərq-Qərb , 2006. 344 səh

Kafka Frans. Seçilmiş əsərləri [Mətn] /F. Kafka; Ön sözün müəll.: M. Qarayev; Burax. məsul: Ə. Güləliyev.-B.: Şərq-Qərb, 2006.- 360 s.

Kəlilə və Dimnə [Mətn] /Farscadan tərcümə edəni, şərhlərin və izahların müəllifi: Rəhim Sultanov; Red.: Məmmədağa Sultanov.- Bakı: Öndər, 2004.- 304 s.

Korolenko Vladimir Qalaktioniviç. Seçilmiş əsərləri [Mətn] /V. Q. Korolenko; [Tərcümə edən. Ə. Əylisli, Ə. Ağayev, H. Şərif, E. Borçalı, Ə. Babayeva; Buraxılışa məsul. Ə. Güləliyev].-B.: Şərq-Qərb, 2006. 304 s.

Krılov İvan Andreyeviç. Təmsillər [Mətn] /İvan Andreyeviç Krılov; tərt. ed. T.İbrahimova; [buraxılışa məsul. Ə.Güləliyev; tərc. ed. A.Şaiq, M.Seyidzadə, H.Ziya].- B.: Şərq-Qərb, 2006.- 144 s.

Kuper Ceyms Fenimor. Ləpirçi [Mətn] /C.F.Kuper; Tərc. Ə.Zeynalov.- Bakı: Şərq-Qərb, 2006.- 384 s.

Kuper Ceyms Fenimor. Sonuncu mogikan [Mətn]: [Roman] / Ceyms Fenimor Kuper; Tərc.: Ə.Zeynalov; Red.: C.Nağıyev (ön sözün müəllifi), S.Mustafayev.- B.: Öndər, 2005.- 376 s.

Kuprin Aleksandr İvanoviç. Seçilmiş əsərləri [Mətn] /A.İ. Kuprin; Tərcüməçi. İ. Yaqubov.- B. : Avrasiya press, 2006. 312 s.

Qabusnamə [Mətn] /farscadan tərc. ed. R. Sultanov; Red. Ə.Cəfər.- Bakı: Şərq-Qərb, 2006.- 216 s.

Qarin-Mixaylovski Nikolay. Seçilmiş əsərləri [Mətn] /N.Qarin-Mixaylovski; rus dilindən tərc. ed. Ə.Şükürlü, -B.: Şərq-Qərb, 2007. -192 s.

Qoqol Nikolay Vasilyeviç. Seçilmiş əsərləri [Mətn] /N.V.Qoqol.- B.: Avrasiya press, 2006.-320 s.

Qonçarov İvan Aleksandroviç. Adi əhvalat [Mətn] /İ.A. Qonçarov; Rus dilindən tərcümə edən. X. Əzizbəyov
B.: Avrasiya press, 2006. -344 s.

Qorki Maksim. Seçilmiş əsərləri [Mətn]: iki cilddə. I cild / M.Qorki; [Tərc. M. Arif, H.Şərif].-B.: Avrasiya press, 2006.- 263 s.

Qorki Maksim. Seçilmiş əsərləri [Mətn]: iki cilddə /M.Qorki; [Tərc. M. Arif, H.Şərif] I I cild.- B.: Avrasiya press, 2006.- 360 s.

Qriboyedov Aleksandr Sergeeviç. Ağıldan bəla [Mətn] /A. S.Qriboyedov; Rus dilindən tərcümə edən. Ə.Ziyatay. B.: Avrasiya press, 2006.- 160 s.

Lermontov Mixail Yureviç. Seçilmiş əsərləri [Mətn] /M.Y.Lermontov; tərt. edəni və ön sözün müəll. T.Cəfərov.-B.: Öndər nəşriyyat, 2005. -520 s.

London Cek. Martin İden roman /C.London; tərc. ed. və ön söz müəl. İ.İbrahimov; red. M.Qarayev; bədii tərtibat və dizayn müəl. T.Qorçu.- Bakı: Şərq-Qərb, 2009.- 397, [3] s.

London Cek. Seçilmiş əsərləri [Mətn] / C.London; Ön sözün müəllifi. Z.Ağayev.- B.: Öndər, 2005.- 512 s.

Mayn Rid. Seçilmiş əsərləri [Mətn] /R.Mayn; tərc. ed. C.Məcnunbəyov, V.Rzayev (ön söz. müəl.); red. S.Sarvan; bədii tərtibat və dizaynın müəl. T.Qorçu.- Bakı: Şərq-Qərb, 2009.- 759, [1] s.


Merime Prosper. Seçilmiş əsərləri [Mətn] /Prosper Merime; ön söz: Ə. Ağayev.- B.: Şərq-Qərb, 2006. -176 s.

Məhəmməd Şəhriyar [Mətn] /Məhəmməd; Tərt., ön söz və lüğətin müəll. Ə.Səfərli.- Bakı: Şərq-Qərb, 2006.- 216 s.

Mixalkov Sergey Vladimiroviç. Seç ilmiş əsərləri [Mətn] /Sergey Vladimiroviç Mixalkov; rus dilindən tərc. ed. Z.Sarıtorpaq.- B.: Şərq-Qərb, 2007.- 152 s.

Min bir gecə [Mətn]: səkkiz cilddə 1-38-ci gecələr /rus dilindən tərc.ed. İ.Yaqubov; red. M.Qasımlı; rəsmlərin müəl. O.Sadıqzadə I cild.- Bakı: Şərq-Qərb, 2007.- 344 s.

Min bir gecə [Mətn]: səkkiz cilddə 39-145-ci gecələr /rus dilindən tərc.ed. İ.İbrahimov; red. M.Qasımlı; rəsmlərin müəl. R.Babayev II cild.- Bakı: Şərq-Qərb, 2007.- 350 s.

Min bir gecə [Mətn]: səkkiz cilddə 146-270-ci gecələ /rus dilindən tərc.ed. C.Məmmədov; red. M.Qasımlı; rəsmlərin müəl. R.Babayev III cild.- Bakı: Şərq-Qərb, 2007.- 336 s.

Min bir gecə [Mətn]: səkkiz cilddə 271-434-cü gecələr /rus dilindən tərc.ed. N.Nağıyev; red. M.Qasımlı; rəsmlərin müəl. R.Babayev IV cild.- Bakı: Şərq-Qərb, 2007.- 408 s.

Min bir gecə [Mətn]: səkkiz cilddə 435-606-cı gecələr /rus dilindən tərc.ed. M.Əfəndiyev; red. M.Qasımlı; rəsmlərin müəl. R.Babayev V cild.- Bakı: Şərq-Qərb, 2007.- 392 s.

Min bir gecə [Mətn]: səkkiz cilddə 607-756-cı gecələr /rus dilindən tərc.ed. İ.Yaqublu; red. M.Qasımlı; rəsmlərin müəl. O.Sadıqzadə VI cild.- Bakı: Şərq-Qərb, 2007.- 432 s.

Min bir gecə [Mətn]: səkkiz cilddə 757-894-cü gecələr /rus dilindən tərc.ed. M.İsgəndərzadə; red. M.Qasımlı; rəsmlərin müəl. R.Babayev VII cild.- Bakı: Şərq-Qərb, 2007.- 384 s.

Min bir gecə [Mətn]: səkkiz cilddə 895-1001-ci gecələr /rus dilindən tərc.ed. Ə.Abbasov; red. M.Qasımlı; rəsmlərin müəl. R.Babayev VIII cild Bakı : Şərq-Qərb , 2007. 352 s.

Mitskeviç Adam. Seçilmiş əsərləri [Mətn] /Adam Mitskeviç; tərcümə edən: S. Rüstəmxanlı; polyak dilindən sətri tərcümələrin müəllifi: G. Abdullabəyova; [buraxılışa məsul: Ə. Güləliyev].- B.: Şərq-Qərb , 2006.- 240s.

Mopassan Gi De. Hekayələr və novellalar [Mətn] /Gi de Mopassan; Tərcümə edənlər: İ. Şıxlı, H. Qocayev .- B . : Şərq-Qərb, 2006. – 176 s.

Nehru Cəvahirləl. Ümumdünya tarixinə nəzər [Mətn] / C.Nehru; tərcümə edəni. T.Paşazadə.- B.: Şərq-Qərb, 2006.- 344 s.

Nesin Əziz. Seçilmiş əsərləri [Mətn] /Ə.Nesin; çevirənlər. Y.Şirvan, O.Orucov, Q.İlkin və b.- B.: Şərq-Qərb, 2006.- 240 s.

Nəvai Əlişir. Seçilmiş əsərləri [Mətn] /Əlişir Nəvai; tərc. ed. Əlağa Vahid, Mirvarid Dilbazi, Məmməd Rahim və b.; ön sözün i. Həmid Araslı.- B.: Öndər, 2004.- 424 s

Oleşa Yuri Karloviç. Seçilmiş əsərləri [Mətn] /Y.K.Oleşa; ruscadan tərcümə edəni: R.Şıxəmirova; [Buraxılışa məsul: U.Rəhimoğlu].- B.: Avrasiya press, 2006.- 184 s.

Ostrovski Aleksandr Nikolayeviç. Seçilmiş əsərləri [Mətn] Pyeslər /A.N.Ostrovski; Rus dilindən tərc. ed. Y.Əzimzadə, Ə.Məmmədxanlı, R.Təhmasib.-B.: Şərq-Qərb, 2006.- 312 s.

Xəyyam Ömər. Rübailər [Mətn] /Ömər Xəyyam; tərc. ed. �.Seyidzadə; ön sözün müəl. Ə.Hacızadə.- B.: Lider, 2004.- 104 s.

Pamuk Orxan. Seçilmiş əsərləri [Mətn] /O.Pamuk; tərc. ed. və ön söz müəl. N.Əbdülrəhmanlı; red. Ə.Rəsulov; bədii tərtibat və dizaynın müəl. T.Qorçu.- Bakı: “Şərq-Qərb”, 2009.- 615, [1] s. , portr. ; 21 sm.

Paustovski Konstantin Georgiyeviç. Seçilmiş əsərləri [Mətn] /K.G.Paustovski.- B.: Avrasiya press, 2006.- 304 s.

Prişvin Mixail Mixayloviç. Seçilmiş əsərləri [Mətn] /M.M.Prişvin; rus dilindən tərc. ed. Z.Sarıtorpaq.- B.: Şərq-Qərb, 2007.- 159 s.

Puşkin Aleksandr Sergeyeviç. Seçilmiş əsərləri [Mətn]: İki cilddə: [poemalar, dramlar] /A. S. Puşkin; tərt. ed. T. Cəfərov; [tərc. ed. M. Rahim, N. Rəfibəyli, R. Rza, M. Rzaquluzadə, B. Qasımzadə, O. Sarıvəlli] I cild.-B.: Avrasiya-Press, 2006.-280 s.

Puşkin Aleksandr Sergeyeviç. Seçilmiş əsərləri [Mətn]: İki cilddə: [poemalar, dramlar] /A. S. Puşkin; tərt. ed. T. Cəfərov; [tərc. ed. M. Rahim, N. Rəfibəyli, R. Rza, M. Rzaquluzadə, B. Qasımzadə, O. Sarıvəlli] II cild.-B.: Avrasiya-Press, 2006.-320 s.

Rable Fransua. Qarqantua və pantaqruel [Mətn] /Fransua Rable; tərcümə edəni: Əhməd Cavad; ön sözün müəllifi: Cəlil Nağıyev.- B.: Öndər, 2005. -304 s.

Radişşev Aleksandr Nikolayeviç. Peterburqdan Moskvaya səyahət [Mətn] /A. N. Nikolayeviç; Tərc. və ön sözün müəl.: H. Şərifov.- B.: Avrasiya Press, 2006.- 184 s.

Remark Erix Maria. Seçilmiş əsərləri [Mətn] /E.M.Remark; alman dilindən tərc. ed. V.Hacıyev, Ç.Qurbanlı; ön söz. müəl. Q.Quliyev; red. M.Qarayev; bədii tərtibat və dizaynın müəl. T.Qorçu.- Bakı: Şərq-Qərb, 2009.- 669, [2] s.

Rustavelli Şota. Pələng dərisi geymiş pəhləvan [Mətn] /Ş. Rustaveli; tərc. S. Vurğun, M. Rahim, S. Rüstəm.- B.: Avrasiya Press, 2006.- 232 s.

Saltıkov-Şedrin Mixail Yevqrafoviç. Seçilmiş əsərləri [Mətn] /M.Y. Saltıkov-Şedrin; Rus dilindən tərcümə edənlər. B.Musayev, İ. Vəliyev, E. Cabbarov; Ön sözün müəllifi. İ. Vəliyev. B.: Şərq-Qərb, 2006. -240 s.

Saramaqo Joze. Seçilmiş əsərləri [Mətn] /J.Saramaqo; tərt. ed. A.Hacılı; tərc. ed. və ön söz. müəl. İ.Əlifoğlu; red. N.Cabbarlı; bədii tərtibat və dizaynın müəl. T.Qorçu.- Bakı: Şərq-Qərb, 2010.- 797, [2] s.

Selincer Devid Cerom. Seçilmiş əsərləri [Mətn] /D.C.Selincer; tərc ed və ön söz müəl. T.Vəliyev; red. C.Nağıyev; bədii tərtibat və dizaynın müəl. T.Qorçu.- Bakı: Şərq-Qərb, 2009.- 485, [2] s.

Sent-Ekzüperi de Antuan. Gecə uçuşu [Mətn]: [roman] /Antuan dö Sent-Ekzüperi; red. S. Şahbazov; fransız dilindən tərc. ed. R.Quliyev.- B.: Şərq-Qərb, 2007.- 119, [1] s.

Servantes Migel de Saavedra. Lamançlı Don Kixot [Mətn] /Migel de Servantes Saavedra; Tərcümə edəni və ön sözün müəllifi: Pənah Xəlilov.- B.:Öndər, 2004.

Sədi Şirazi. Seçilmiş əsərləri [Mətn] /Şirazi Sədi; Farscadan tərcümə ed. M.Seyidzadə, M.Soltan, R.Sultanov, İ.Şəms; Ön sözün müəllifi. M.Məhəmmədi.- B.: Öndər, 2004.- 400 s.

Skandinav dastanları [Mət n] /tərc. ed. Y.Əzimzadə.- Bakı: Şərq-Qərb, 2006.- 248 s.

Stivenson Robert Lyuis. Dəfinələr adası [Mətn] /R.L.Stivenson; tərc. ed. Ə.Babayeva; ön sözün müəllifi: B.Nəbiyev.-B.: Öndər, 2004. -216 s.

Stoin İrvinq. Yaşamaq yanğısı [Mətn] /İ.Stoun; Ruscadan tərc. edəni. F.Qəmbəroğlu.- B.: Avrasiya press, 2006.- 456 s.

Süleymanov Oljas. Az-ya [Mətn] /O.Süleymenov; rus dilindən tərc. ed. N.Səfərov; ön sözün müəllifi. C.Bəydili (Məmmədov).- B.: Şərq-Qərb, 2007.- 270, [2] s.

Svift Conatan. Qulliverin səyahəti [Mətn] /Conatan Svift; tərcümə ed. Mikayıl Rzaquluzadə B.: Öndər, 2004.- 344 s.

Şekspir Vilyam. Seçilmiş əsərləri [Mətn]: 2 cilddə. I cild /İngilis dilindən tərcümə ed. S.Mustafa; Ön sözün müəllifi. İ.Rəhimov.- B.: Öndər, 2004.- 736 s.

Şekspir Vilyam. Seçilmiş əsərləri [Mətn]: 2 cilddə /Tərcümə ed. M.İbrahimov, Anar, S.Mustafa; Ön sözün müəllifi. Z.Ağayev II cild.- Bakı: Öndər, 2004.- 304 s.

Şiller Fridrix. Seçilmiş əsərləri [Mətn] /Fridrix Şiller; Tərcümə edənlər: Mehdi Məmmədov, Hüseyn Şərifov, Nigar Rəfibəyli; Ön sözün müəllifi: Nəzakət Ağazadə.- B.: Öndər, 2004.- 352 s.

Şoloxov Mixail Aleksandroviç. Povest və hekayələr [Mətn] /M.A.Şoloxov; rus dilindən tərcümə edənlər. Ə.Abbasov, B.Musayev, H.Şərif.- Bakı: Avrasiya press, 2007.- 357, [3] s.

Şoloxov Mixail Aleksandroviç. Sakit Don [Mətn] /M.A.Şoloxov; Rus dilindən tərcümə edəni. C.Cavadzadə birinci kitab.- Bakı: Avrasiya press, 2006.- 432 s.

Şoloxov Mixail Aleksandroviç. Sakit Don [Mətn]/M.A.Şoloxov; rus dilindən tərc. ed. C.Cavadzadə ikinci kitab.- Bakı: Avrasiya press, 2006.- 408 s.

Şoloxov Mixail Aleksandroviç. Sakit Don [Mətn] / M.A. Şoloxov; Rus dilindən tərcümə edəni. C.Cavadzadə üçüncü kitab.- Bakı: Avrasiya press, 2006.- 432 s.

Şoloxov Mixail Aleksandroviç. Sakit Don [Mətn] /M.A.Şoloxov; Rus dilindən tərcümə edəni. C.Cavadzadə Dördüncü kitab.- Bakı: Avrasiya press, 2006.- 496 s.

Şirazi Hafiz. Seçilmiş şeirlər [Mətn] /Hafiz Şirazi; Tərc. ed. Əbülfəzi Hüseyni.- B.: Öndər, 2004.-208 s.

Taqor Rabindranat. Fəlakət [Mətn]/R.Taqor; rus dilindən tərc. ed. Ə.Səbri.- B.: Şərq-Qərb, 2006.- 280s.

Tolstoy Lev Nikolayeviç. Dirilmə [Mətn] /L.N.Tolstoy; rus dilindən tərc. ed. M.Rzaquluzadə, C.Məcnunbəyov; [ön söz. M.Qocayev]Bakı: Şərq-Qərb, 2007.- 478, [2] s. ; 22 sm.

Tolstoy Lev Nikolayeviç. Hərb və sülh [Mətn]: [4 cilddə] /L.N.Tolstoy; tərc.ed. B.Musayev I cild.-Bakı: Şərq-Qərb, 2006.- 376 s.

Tolstoy Lev Nikolayeviç. Hərb və sülh [Mətn]: [4 cilddə] /L.N.Tolstoy; tərc.ed. B.Musayev II cild.- Bakı: Şərq-Qərb, 2006.- 392 s.

Tolstoy Lev Nikolayeviç. Hərb və sülh [Mətn]: [4 cilddə]/L.N.Tolstoy; tərc.ed. B.Musayev III cild.-Bakı: Şərq-Qərb, 2006.- 416 s.

Tolstoy Lev Nikolayeviç. Hərb və sülh [Mətn]: [4 cilddə] /L.N.Tolstoy; tərc.ed. B.Musayev IV cild.- Bakı: Şərq-Qərb, 2006.- 344 s.

Tolstoy Lev Nikoloyeviç. Seçilmiş əsərləri [Mətn] /Lev Nikolayeviç Tolstoy; red. hey. Əsgər Quliyev (baş red.) və b.; tərt., ön sözün müəllifi və red. Aqil Hacıyev; tərc.ed. Qılman İlkin, Ənvər Məmmədxanlı, Mustafa Əfəndiyev, Rafiq Ağayev.- B.: Çaşıoğlu, 2004.- 336 s.

Turgenev İvan Sergeyeviç. Seçilmiş əsərləri [Mətn]: iki cilddə /İ. S. Turgenev II cild.- B.: Şərq-Qərb, 2006.-360 s.

Tven Mark. Seçilmiş əsərləri [Mətn] /M. Tven; Tərcümə edənlər: Ş. Ağayeva, H. Qasımzadə; Ön sözün müəllifi: Z. Ağayev.- B.: Öndər, 2005.- 464 s.

Tven Mark. Şahzadə və dilənçi [Mətn] /Mark Tven; Tərcümə edən: İsgəndər Nəfisi, Elçin Şıxlı.- Bakı: Öndər, 2005.- 336 s.

Veqa Lope de. Seçilmiş əsərləri [Mətn] /L.Veqa; tərc. ed. T.Əyyubov, F.Əliyev.- Bakı: Şərq-Qərb, 2007.- 382, [2] s.

Vern Jül. İyirmi min lye su altında [Mətn] /Jül Vern; Tərcümə edənləri: M.Təhmasib, M.Mustafayev; Ön sözün müəllifi. C.Nağıyev.- Bakı: Şərq-Qərb, 2006.- 416 s.

Vern Jül. Arxipelaq alovlanır [Mətn]: Klodius Bombarnak /Jül Vern; Rus dilindən tərcümə ed. və ön sözün müəll. Ə.Ağayev.- Bakı: Şərq-Qərb, 2006.- 416 s.

Vern Jül. Kapitan Qrantın uşaqları [Mətn]: Roman /Jül Vern; Tərcümə edəni: Cabbar Məcnunbəyov; Ön sözün müəllifi: Əziz Gözəlov..- B.: Öndər , 2004.-552 s.

Vern Jül. Sirli ada [Mətn]: [roman] /J. Vern; tərc. ed. İ. Nəfisi, Z. Adbullayev, Ə. Məmmədxanlı; ön söz. C. Nağiyev; [burax. məs. Ə. Güləliyev].- B.: Şərq-Qərb, 2007.- 528 s.

Voyniç Etel Lilian. Ovod [Mətn] / Tərcümə ed. B.Musayev; Red. Ə.Quliyev.- B.: Şərq-Qərb, 2006.- 288 s.

Yan Vasili Qriqoryeviç. Çingiz xan [Mətn] /Y.Q.Vasili; Rus dilindən tərcümə edən. H.Hacıyev.- B.: Avrasiya Press, 2006.- 344 s.

Yesenin Sergey Aleksandroviç. Seçilmiş əsərləri [Mətn] /S. A. Yesenin; Rus dilindən Tərcümə edəni: Ə. Kürçaylı; [Buraxılışa məsul: U. Rəhimoğlu].- B.: Avrasiya Press, 2006.- 168 s.

Yunus Əmrə. Əsərləri [Mətn] /Əmrə Yunus; Tərtib edən: Bəydilli (Məmmədov) Cəlal; Elmi red. Hacıyev ��fiq, �ərimli �eymur.- B.: “Öndər Nəşriyyat”, 2004.- 326 s.

Comments are closed, but trackbacks and pingbacks are open.