Press "Enter" to skip to content

Dünya ədəbiyyatı kitabxanası seriyası

Təqribən iyirmi il sonra həmin seriyanı yenidən həyata qaytarmaq mümkün oldu . 2009-cu ilin başlangıcından Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2007-ci il sərəncamına əsasən bu dəfə daha artıq, 150 cildlik � Dünya ədəbiyyatı kitabxanası� seriyası çap edilməyə başladı. Kitablar nəfs tərtibatda və yüksək poliqrafik keyfiyyətlə, yeni tərcümə və redaktə ilə oxuculara təqdim olundu . Yüz əlli kitabdan yüz otuzunun materialı Azərbaycan dilinə birinci dəfə tərcümə edilirdi . Kitabların tərcümə, tərtibat və çap prosesi hələ davam edir .

Dünya ədəbiyyatı kitabxanası seriyası

Elektron kataloq

  • Klassik ədəbiyyat
  • Xalq yaradıcılığı (folklor)
  • Müasir ədəbiyyat
  • Avropa ədəbiyyatı
  • Şərq ölkələri ədəbiyyatı
  • Amerika ədəbiyyatı
  • Orfoqrafiya lüğətləri
  • İzahlı lüğətlər
  • Sahəvi lüğətlər
  • Tərcümə lüğətləri
Azərbaycan ədəbiyyatının dünyada təbliği
Dünya ədəbiyyatının Azərbaycanda təbliği
“Dünya ədəbiyyatı inciləri” seriyası nəşrə başlayır

22 Fevral 2021

Dövlət Tərcümə Mərkəzi ölkədə mütaliə zövqünün formalaşması, dünya ədəbiyyatının klassik və müasir nümunələrinin Azərbaycan oxucusuna mükəmməl tərcümədə çatdırılması məqsədilə 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasının nəşrinə başlayır. Migel de Servantes, Akutaqava Rünoske, Fyodor Dostoyevski, Uilyam Folkner, Mixail Bulqakov, Alber Kamyu, Herman Hesse, Cerom Selincer, Qabriel Qarsia Markes kimi dünya ədəbiyyatı korifeylərinin əsərlərini təqdim edəcək nəşr silsiləsi Qərbi Avropa, ABŞ və Latın Amerikası ədəbiyyatının seçmə nümunələri ilə yanaşı, Şərqi Avropa, Asiya və postsovet ölkələrinin aparıcı ədəbiyyatlarını da əhatə edəcək.

Nəşr seriyasının ilk müjdəçisi – dünya şöhrətli Avstriya yazıçısı Frans Kafkanın orijinaldan tərcümə edilmiş roman, hekayə və gündəliklərinin toplandığı ikicildlik “Seçilmiş əsərləri” yaxın günlərdə oxucuların ixtiyarına veriləcək.

Dünya ədəbiyyatı kitabxanası seriyası

� Dünya ədəbiyyatı kitabxanası�nı kimlər oxuyur ? �

İndiki müasir yeniyetmələrlə iyirmi beş il əvvəlki cavanları müqayisə edəndə bəzən heyrətlənirəm. Gənclik illərində həmyaşıdlarım ana dilimizdə dünya ədəbiyyatı klassiklərinin əsərlərinin azlığından, tərcümələrin orginaldan olmamasından şikayətlənirdilər. Yazıçılardan, tərcüməçilərdən yeni tərcümələr tələb edir, oxumaq istəyirdilər. (Hazırda tam əksinədir: kitab çox , oxumaq istəyən isə azdır.) O tələbata görə 1988-ci ildə �Yazıçı� nəşriyyatında ilk dəfə Azərbaycan dilində yüz cildlik �Dünya ədəbiyyatı kitabxanası� seriyası çap edilməsi qərara alındı. Az bir müddətdə otuza yaxın kitab çap olundu. Lakin, sovet quruluşunun dağılması ilə nəşr yarımçıq qaldığından tamamlana bilmədi.

Təqribən iyirmi il sonra həmin seriyanı yenidən həyata qaytarmaq mümkün oldu . 2009-cu ilin başlangıcından Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2007-ci il sərəncamına əsasən bu dəfə daha artıq, 150 cildlik � Dünya ədəbiyyatı kitabxanası� seriyası çap edilməyə başladı. Kitablar nəfs tərtibatda və yüksək poliqrafik keyfiyyətlə, yeni tərcümə və redaktə ilə oxuculara təqdim olundu . Yüz əlli kitabdan yüz otuzunun materialı Azərbaycan dilinə birinci dəfə tərcümə edilirdi . Kitabların tərcümə, tərtibat və çap prosesi hələ davam edir .

Kitablar dörd bölümdə nəşr edilir : otuz səkkiz yazarı əhatələyən 45 kitab klassk dünya ədəbiyyatından, 40 kitab Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərlərindən, 40 kitab müasir dünya ədəbiyyatından, 25 kitab isə dünya ədəbiyyatı üzrə antologiyalardan ibarət olacaq .

Klassik dünya ədəbiyyatı bölümü Homerin � İliada � və � Odisseya �, Cek Londonun � Martin İden �, Conatan Sviftin � Qulliverin səyahəti�, Çarlz Dikkensin � Oliver Tvistin macəraları�, Daniel Defonun � Robinzon Kruzo �, Migel de Servantesin �Lamançlı Don Kixot � cildlərindən və Emil Zolya , Fenimor Kuper , Fridrix Şiller , Gi de Mopassan , Henrix Heyne , Jül Vern , İohan Gete , Mark Tven , Mayn Rid , Onore de Balzak , Prosper Merime , Stendal , Valter Skot , Viktor Hüqo , Vilyam Şekspir sayaq dahilərin seçilmiş əsərlərindən təşkil olunub . Eyni zamanda bu bölümə rus yazarlarından Aleksanr Puşkinin , Anton Çexovun , Nikolay Qoqolun , Fyodor Dostoyevskinin ( üç cilddə), Lev Tolstoyun ( üç cilddə) seçilmiş əsərləri də daxil olunub . Ancaq mənim fikrimcə, klassiklərin seçimi yetərincə mükəmməl deyil . Misal üçün , şərq ədəbiyyatından dünya şöhrətli yazarların cərgəsinə cəmi iki nəfərin � Sədi Şirazi və Yunus Əmrənin aid edilməsi təəccüb doğurur . Məgər şərqdə qeyd olunan səviyyəyə layiq şair yalnız iki nəfərdirmi?

Müasir dünya ədəbiyyatı bölümündə ən məşhurlardan Aqata Kristi , Andrey Platonov , Antuan Ekzüperi , Ayzek Azimov , Bertold Brext , Çingiz Aytmatov , Cerom Selincer , Erix Remark , Frans Kafka , Mixail Bulqakov , Vladimir Nobokov , Nazim Hikmət, Paulo Koelye , Tomas Vulf , Umberto Eko , Nobel mükafatına layiq görülənlər bölümündə Alber Kamyu , Aleksandr Soljenitsın, Bernard Şou , Boris Pasternak , Ernest Heminquey , Herman Hesse , Ivan Bunin , Qabriel Markes , Mixail Şoloxov , Orxan Pamuk , Rabindranat Taqor , Romen Rollan , Tomas Mann , Toni Morrison , Uilyam Folkner və sairlərin seçilmiş əsərləri toplanmışdır.

Dünya ədəbiyyatı üzrə antologiyalara : dünya dramaturgiyası, dünya elmi-fantastik ədəbiyyatı, qədim yunan-roma əfsanələri, dünya yazıçılarının nağılları, antik ədəbiyyat, XX əsr dünya ədəbiyyatı, alman , amerika , fransız, ingilis , ispan , italyan , Latın Amerikası, skandinav , yapon , rus , ərəb, Türk xalqları ədəbiyyatlarının antologiyalar ı aid olunacaq .

Kitabın qalınlığından asılı olmayaraq hər birinin abunə qiyməti 7 manatdır. Poctla almaq istəyənlər üçün kitabın qiymətinə poçt xidməti haqqı da əlavə edilir .

Aydındır ki , seriyaya abunə yazılmış şəxs dünya səviyyəsində tanınan dərin məzmunlu gözəl əsərlərlə tanış olmaq , mənzilində qiymətli kitablarla dolu interyer yaratmaq fürsəti əldə edir . Bu kitablar oxucuların ziyalı insanlarla qarşılıqlı münasibətlər qurmağına, zövqlərinin inkişafına, dünya görüşlərinin genişlənməsinə əvəzsiz kömək göstərir.

Sovet dövründəki seriyadan fərqli olaraq indiki kitabların arasında Azərbaycan ədəbiyyatı nümayəndələrinin � Nizami Gəncəvi, XIX əsr Azərbaycan poeziyası, M.F.Axundov cildləri yoxdur . Eləcə də klassiklər sırasına köhnə seriyada olan Əmir Xosrov Dəhləvi, Dante , Amerika yazıçısı Teodor Drayzer , rus yazarları Turgenev , Lermontov və sair bir çoxları salınmayıb. Kitabların cildləri gözəl tərtib olunsa da , təəssüf ki , içərisində materiala uyğun rəsmlər verilməmişdir.

Bu günədək seriyanın demək olar ki , yarısı � 74 kitab oxucuların ixtiyarına verilib . Bildiyimiz kimi seriya hələlik yalnız abunə yolu ilə oxuculara çatdırılır və bu işi Bakı Kitab Klubu həyata keçirir . Mətbuatdan aldığımız məlumata görə nəzərdə tutulan min nəfər abunə yeri bir il yarım vaxt ərzində, 2010-cu ilin sonlarında dolmuşdu . Bəs hazırda vəziyyət necədir? Kimlər � Dünya ədəbiyyatı kitabxanası�nı oxuyur ?

Bakı Kitab Klubunun direktoru Elxan Rzayevlə söhbətimdə öyrəndim ki , abunəçilərin sayı daha 200 nəfər artaraq 1200 nəfərə çatıb. ( Düzünü desək sovet dönəmi ilə müqayisədə və 9 milyonluq ölkə üçün bu rəqəm elə də çox deyil .) Abunəçilərin 85 faizi ali təhsillilərdir, 70 faizi kişidir . Məşğuliyyət baxımından əsas üstünlük özəl qurumda çalışanlarındır (65 faiz ). Dövlət qulluqçuları və büdcə təşkilatlarında çalışanların onlardan geri qalması təəssüf edici haldır. Abunəçilər yaşadığı yerlər üzrə araşdırılanda onların 86 faizi Bakı və Bakı ətrafı ərazinin payına düşür . Bakıdan sonra ardıcıllıqla Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran, Masallı gəlr. İyirmiyədək rayonda abunəçilərin sayı bir və ya iki nəfərdir. İyimi beşdən çox rayondan isə bir nəfər də olsun abunəçi yoxdur . Nə səbəbdəndr, olmaya həmin ərazilərdə ziyalı qıtlığıdır? Aydınlaşdırmaq çətindr.

Söhbət zamanı E.Rzayev abunəçilərlə bağlı iki maraqlı hadisə danışdı. Onlardan birincisi Gəncədə bir abunəçinin ötən yay toy zamanı seriyanın əlliyədək cildini təntənəli təqdimatla qızına cehiz etməsidir. (Həmin mərasimin videosu xoş xatirə kimi Kitab Kilubda saxlanılır.) İkinci hadisə günlərin birində yaşlı baba və nənənin Kitab Kluba gələrək abunə ilə maraqlanmaları olub . Sonda məlum olub ki , heç demə onlar abunəni özləri üçün yox , tələbə nəvələrinə hədiyyə etmək istəyirlərmiş.

Abunəçilər arasında xoşa gəlməz hal onların bəzilərinin kitabları müntəzəm almamalarıdır. Elə bu səbəbdən Kitab Klub alınmayan kitabları abunə olmayanlara biri 10 manatdan satmağa hazırlaşır. Bu məqsədlə öncə çap edilmiş otuz cilddən olan kitablardan satışa çıxarılanları var .

Nəzərə almaq lazımdır ki , belə seriyanın təkrar nəşri hələ azından iyirmi-otuz il baş verməyəcək. Onun üçün də şansımızı vaxtındaca dəyərləndirmək gərəkdir.

Nəhayət müşahidələrim və araşdırmalalarım nəticəsində gəldiyim qənaət budur : � Dünya ədəbiyyatı kitabxanası�nı mənəviyyat zənginliyini qiymətləndirməyi bacaran yüksək zövqlü insanlar oxuyurlar .

� Rövşən Yerfi

Kaspi.-2012.-20-22 oktyabr.-S.14.

“Dünya ədəbiyyatı kitabxanası” seriyasından 6 kitab çap olundu – FOTO

Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamına əsasən çap olunan 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” (DƏK) seriyasından daha 6 kitab işıq üzü görüb. Bakı Kitab Klubundan Teleqraf.com-a verilən məlumata görə, yeni kitablar bunlardır:

1. Henrix Heyne. Seçilmiş əsərləri
2. Akutaqava Rünoske. Seçilmiş əsərləri
3. Çarlz Dikkens. Seçilmiş əsərləri
4. Bertold Brext. Seçilmiş əsərləri
5. Skandinaviya ədəbiyyatı antologiyası
6. Amerika ədəbiyyatı antologiyası

Bununla da DƏK seriyasından çap olunan kitabların sayı 124-ə çatıb. Qeyd edək ki, sözügedən seriyadan olan kitabların çapına 2009-cu ildən başlanılıb. Kitablar dörd bölümdə nəşr edilir: 45 kitab klassik dünya ədəbiyyatından, 40 kitab Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərlərindən, 40 kitab müasir dünya ədəbiyyatından, 25 kitab isə dünya ədəbiyyatı üzrə antologiyalardan ibarətdir. Kitabların 120-si Azərbaycan dilində ilk dəfə nəşr olunur.

Səxavət

Amerika ədəbiyyatı antologiyası Bununla da DƏK seriyasından çap olunan kitabların sayı 124-ə çatıb.

Mədəniyyət xəbərləri

Dünyanın ən gözəl polisi İnstagram ulduzuna çevrildi- FOTO

24-01-2017 23:02 – Milli.az – Mədəniyyət

32 yaşlı amerikalı Samanta Sepulveda İnstagram-ın yeni ulduzlarından biridir. Friport şəhər polisində çalışan Samantanın illik maaşı 143 min dollardır. Samantanın boyu 159 sm olsa da, o reklamlarla bağlı çoxlu təkliflər alır.

Bakıda keçirilən sorğuda inanılmaz cavablar:

24-01-2017 18:22 – Interposta.info – Mədəniyyət

Paytaxt sakinləri “Bethoven kimdir” sualını cavablandırıb. Sakinlər dahi alman bəstəkarını tanımayıb. Bəziləri onu tanısa da, hələ də sağ olduğunu söyləyiblər. Bəziləri isə cavabdan qaçmaq üçün musiqi ilə maraqlanmadıqlarını bildiriblər.

Qalmaqallı müğənni Afaq Aslan başını bağladı – FOTO + VİDEO

24-01-2017 16:42 – Oxu.az – Mədəniyyət

Amma başa düşə bilmirəm ki, dünya ulduzları ölkəmizə gələndə, səhnəyə çimərlik geyimində çıxanda, onları niyə normal qarşılayırlar? Niyə onları tənqid etmirlər?Bu günə qədər şou-biznesdə açıq-saçıq fotosessiya etdirən yeganə müğənni mən deyiləm.

Çingiz Mustafayevlə diskotekada tanış olub, 4 il nişanlı qaldıq – Lütfəli Abdullayevin qızı

24-01-2017 14:15 – Unikal.org – Mədəniyyət

Mərhum xalq artisti Lütfəli Abdullayevin qızı Gülnarə Abdullayeva femida.az-a müsahibə verib.Unikal.org həmin müsahibəni təqdim edir:- Gülnarə xanım, necə keçir günlər?- . Günlərim yaxşı keçir. İ

Mel Gibson 9-cu dəfə ata oldu

24-01-2017 13:37 – Teleqraf.com – Mədəniyyət

Aktyor və rejissor Mel Gibsonun doqquzuncu övladı dünyaya gəlib. Teleqraf.com xəbər verir ki, “People” 61 yaşlı artistin nümayəndəsinə istinadən belə bir məlumat yayıb. Ona Lars Cerard adı verilib. Mənbənin sözlərinə görə, artist xoşbəxtlikdən özünü “göyün yeddinci qatı”nda hiss edir.

ATV-nin aparıcısı Dilarə Əliyevanın qardaşı imiş – FOTOLENT

24-01-2017 10:42 – Lent.az – Mədəniyyət

Aktyor-aparıcı Vüsal Murtuzəliyev əməkdar artist Dilarə Əliyevanın qardaşı imiş. Bu barədə Lent.az -ın canlı yayımında qonaq olan əməkdar artist danışıb: “Bilənlər bilir, bilməyənlər də bilsin ki, Vüsal mənim doğma qardaşımdır.

Bakıda yapon filmləri nümayiş olunacaq

24-01-2017 06:42 – Axsam.az – Mədəniyyət

Festival çərçivəsində 5 yapon filmi – “Məktub”, “Pekorosun anası ilə görüş”, “Kaitan şəhərinin əhvalatları”, “Sən yaxşı uşaqsan” və “Çevrəmizdəkilər” adlı ekran əsərləri təqdim olunacaq.

Günün qoroskopu: yeni iş üslubuna keçmək olar

24-01-2017 04:49 – Musavat.com – Mədəniyyət

Uzaq yola çıxmaq məsləhət görülmür. ŞİR – Əməkdaşlıq zəminində müəyyən uğurlar əldə edə bilərsiniz. ƏQRƏB – Ümumi görüntü gərginliklə müşayiət olunsa da, əməkdaşlıq zəminində sizi böyük uğurlar gözləyir.

Teleqraf.com digər xəbərlər

Gömrük Komitəsi əməkdaşlarının maaşlarına əlavələr artırıldı

24-01-2017 20:23 – Teleqraf.com – Siyasət

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Əsgərimizin nəşinin qaytarılması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi

24-01-2017 17:41 – Teleqraf.com – Siyasət

İnsan hüquqları komitəsi bəyanatda qeyd edib ki, 25 ildən artıqdır ki, Azərbaycan Respublikası ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan Respublikası beynəlxalq hüquq normalarını kobudcasına pozmaqda davam edir: “2016-cı il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq təxribat törətməyə çalışan Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun irəliləməsinin qarşısını alarkən baş verən döyüşdə həlak olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun nəşinin verilməməsi buna bariz nümunədir.

General Elçin Quliyev kimlərin telefonlarını dinləyib? –İSTİNTAQ

24-01-2017 16:47 – Teleqraf.com – Hadisə

Sahib Qurbanova və Zaur Əzimova məxsus telefon nömrələri üzrə danışıqların dinlənilməsi ilə bağlı qeyd edilən tapşırıq vərəqləri də MTN-nin Binəqədi rayon idarəsinin sabiq rəisi Rafiq Səfərovun təşəbbüsü ilə mənim tərəfimdən imzalanaraq icraya yönəldilib, həmin telefon nömrələri üzrə əldə olunmuş məlumatlar da birbaşa Rafiq Səfərova təqdim edilib”. Elçin Quliyev Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilir.

Astanadakı Suriya toplantısında atəşkəs razılaşması

24-01-2017 14:10 – Teleqraf.com – Siyasət

Qazaxıstanın paytaxtı Astanada davam edən Suriya sülh toplantısında Türkiyə, Rusiya və İran arasında hərbi əməliyyatların dayandırılması və atəşkəsə əməl olunması ilə bağlı razılıq əldə olunub.

Fəttah Heydərov: “Prezidentin son fərmanı həyati əhəmiyyət daşıyır”

24-01-2017 13:52 – Teleqraf.com – Siyasət

Həmin işğal nəticəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə minlərlə insanımız şəhid olub, yaralanıb, 100 minlərlə vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu gün cənab Prezident İlham Əliyev Azərbaycan xalqının rifahı naminə bütün gücü ilə çalışır, qaçqın və məcburi köçkünlərin problemlərinə hər zaman diqqətlə yanaşır”.

Əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılır

24-01-2017 10:59 – Teleqraf.com – İqtisadiyyat

Nazir bildirib ki, hazırda qanunvericilikdə 12 illik stajı olmayan şəxslər onun fərdi hesabında nə qədər məbləğ yığılmasından asılı olmayaraq pensiya düşmür: “Milli Məclisə bununla bağlı yeni qanun layihəsi təqdim edilib. Yeni qanun layihəsində əmək pensiyalarının hesablanması baxımından staj məhdudiyyəti yoxdur”.

Gədəbəydə 22 yaşlı oğlan özünü asdı

24-01-2017 10:27 – Teleqraf.com – Hadisə

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Çaldaş kəndində1995-ci il təvəllüdlü Emin İbrahimov yaşadığı evin yarımçıq tikilisində asaraq ölüb. Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Londonda partlayış

24-01-2017 00:11 – Teleqraf.com – Hadisə

İlkin məlumata əsasən, partlayış yaşayış kompleksində qeydə alınıb. Zərərçəkənlər barədə məlumat verilmir.

Comments are closed, but trackbacks and pingbacks are open.