Press "Enter" to skip to content

Dünya enerji bazarında azərbaycanın rolu

Xarici investisiya üçün olduqca cəlbedici ölkələrdən birinə çevrilən Azərbaycan bu fürsətdən daha böüyk məqsədlər üçün yararlanmaq fikrindədir. Azərbaycan Prfezidenti bu barədə Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı qeyd edib: “Biz Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyirik. Bu da yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər. Biz işlərə başlamışıq və bu istiqamətdə investisiya ilə bağlı artıq praktiki addımlar atırıq. Beləliklə, hər bir məsələdə şaxələndirmə vacibdir.

Bayden Bakıya xəbər göndərdi – Azərbaycan üçün YENİ İMKAN: Şuşa artıq .

Enerji təhlükəsizliyi məsələsi dövlətlərin milli təhlükəsizliyi səviyyəsinə qalxır. Azərbaycanın isə günü-gündən bir növ bəzi qüvvələrin əlində təhdid vasitəsinə çevrilən bu qlobal enerji bazarında sabitləşdirici faktor olaraq əhəmiyyəti artır. Dövlətlər həm alternativ enerji mənbələrinin axtarışında və ümumiyyətlə enerji şaxələndirilməsində hansı strateji addımları atmalı olduğunu məhz Azərbaycan nümunəsində öyrənib, tətbiq etməyə çalışırlar.

Son dövrün trendləri onu deməyə əsas verir ki, bu cür neft-qaz, enerji sərgisi yalnız iqtisadi məsələ deyil, artıq məsələnin siyasi tərəfləri də kifayət qədər dərindir və dünyada hazırda elə bir dönüş nöqtəsi yaranıb ki, artıq enerji təhlükəsizliyi məsələsi dövlətlər üçün həyati əhəmiyyət daşımağa, onun suverenliyi, təhlükəsizliyi üçün önəmli faktor olmağa başlayıb. Biz bunu xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda son dönəmlər daha aydın şəkildə görməyə başladıq.

Bu gün Bakıda işə başlayan “Bakı Enerji Həftəsi”nin belə bir dönəmdə əhəmiyyəti olduqca yüksək qiymətləndirilir. Dünyanın siyasi və iqtisadi coğrafiyasının yenidən çizildiyi, yeni qütblərin formalaşdığı bir vaxtda belə bir əhəmiyyətli tədbirə Bakının ev sahibliyi etməsi olduqca mühüm hadisədir.

Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciəti zamanı dünyanın növbəti ciddi sınaq mərhələsi olan enerji təhlükəsizliyi məsələsində Azərbaycanın funksionallığını və əhəmiyyətli layihələrin öhdəsindən gəlməyi bacaran bir dövlət olduğunu növbəti dəfə bu sözlərlə ifadə etməklə yanaşı, mümkün təhlükədən çıxış yolunu da forum iştirakçılarının və dünya güclərinin diqqətinə çatdırıb:

“Dünya ölkələrinin üzləşdiyi çağırışlar və qlobal enerji balansında gözlənilən struktur dəyişikliyi region üçün də dayanıqlı və təmiz enerji güclərinin artırılması, yeni enerji marşrutlarının müəyyən edilməsi kimi vəzifələri gündəmə gətirmişdir. Bunu nəzərə alaraq, qlobal və regional enerji təhlükəsizliyinin təmin olunmasında önəmli oyunçulardan olan Azərbaycan xüsusilə bərpa olunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemləri ilə sıx inteqrasiyaya, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına dəstək verir.

Enerjinin transformasiyasında təbii qazın getdikcə daha çox əhəmiyyət kəsb etməsi fonunda “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi daha da artır. Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu enerji dəhlizinin gələcəkdə genişləndirilməsi imkanları böyükdür”.

Vaxt var idi Azərbaycanın siyasi iradəsi sayəsində reallaşan “Cənub Qaz Dəhlizi”nin gerçəkləşməsinə narazı olan, əhəmiyyətsiz adlandıranlar artıq bütün beynəxlaq enerji platformalarında “Cənub Qaz Dəhlizi” layihəsinə istinad etməyə və sabitləşdirici faktor kimi Azərbaycanın rolu ön plana çəkməyə başlayıblar.

Azərbaycanın Avropanın və ümumiyyətlə qlobal enerji təhlüksizliyinin təmin olunmasında rolu durmadan artır. Bu gün Bakıda keçirilən sayca 27-ci olan Bakı enerji həftəsi ilə bağlı Prezident İlham Əliyevə gələn təbrik məktubları da bu deyilənlərin əyani təsdiqidir. Bu təbriklər arasında ABŞ lideri Cozef Baydenin məktubu xüsusilə diqqət çəkir: “Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir.

Bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsini yaşadığımız bir dövrdə biz həm də təmiz enerjiyə keçidlə bağlı uzunmüddətli öhdəliklərimizi təmin etmək məqsədilə zəruri investisiya və dəyişikliklər edirik. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır”.

ABŞ lideri əslində bu fikirlərdə bütün mövqeyini aydın şəkildə bildirib. C.Bayden göründüyü kimi Azərbaycanın enerji təhlükəsizliyi məsələsində tək region üçün yox, qitə, dünya üçün olduqca böyük əhəmiyyətə malik olduğunu fikrində ifadə edib.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan enerji strategiyası Azərbaycana həm siyasi, həm də iqtisadi töhvələr qazandırmaqdadır. Bi iqtisadi, siyasi töhvələr Prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilir. “Cənub Qaz Dəhlizi” çərçivəsində TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan boru kəməri çəkilib ki, bu kəmərlər vasitəsilə Azərbaycandan Avropa enerji bazarına çox böyük miqdarda enerji daşıyıcıları nəql olunub.

Azərbaycan qlobal bazarda çox böyük əhəmiyyətli yerə malikdir. Bunu Co Baydenin məktubundakı fikirləri də bir daha təsdiq edir. Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra dünya bazarında enerjinin qiymətinin qalxması artıq Qərb ölkələrinin qarşısına belə bir məsələ qoydu ki, enerjinin təchizatının və Rusiyadan qaz asılılığının minimuma endirilmək üçün bunu diversifikasiya etmək lazımdır. Bu məsələdə də Azərbaycanın önəmi böyükdür.

Enerji bazarının əsas oyunçularının bu gün Bakıda bir araya gəlməsi Azərbaycanın enerji bazarında sabitləşdirici faktor funksiyasını oynadığını bir daha təsdiq edən amildir. Bütün bu son proseslər ümumilikdə Azərbaycan iqtisadiyyatının daha da möhkəmlənməsinə, güclənməsinə təkan verən məsələlərdir. Buradan da belə nəticə çıxır ki, Azərbaycanın dünyanın qlobal enerji bazarında artan rolu qarşımızda olan bütün iqtisadi layihələrin həyata keçirilməsi üçün əlavə şans verir. Rəsmi Bakı bütün bu imkanlardan maksimum yararlanmaq niyyətindədir.

Hazırda eneji bazarındakı sabitləşdirmənin mahiyyətində daha çox geosiyasi amil əhəmiyyətlidir. Bunu düzgün dəyərləndirən Azərbaycan “Bakı Enerji Həftəsi” çərçivəsində tədbirlərdən birinin məhz Şuşada keçirilməsinin planlaşdırılmaqla fürsəti düzgün dəyərləndirməyə çalışır. Azərbaycan bununla bütün dünyaya, həm Qarabağın, Şuşanın Azərbaycanın tarixi torpağı olmasını növbəti dəfə öz gözləri ilə görmələri üçün bir imkan yaratmaqla yanaşı, eyni zamanda Şuşanın statusunun yüksəlməsi və iqtisadi əlaqələrin möhkəmlənməsindəki əhəmiyyətini beynəlxalq güclərə nümayiş etdirmək baxımından olduqca önəmli hesab edir.

Xarici investisiya üçün olduqca cəlbedici ölkələrdən birinə çevrilən Azərbaycan bu fürsətdən daha böüyk məqsədlər üçün yararlanmaq fikrindədir. Azərbaycan Prfezidenti bu barədə Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı qeyd edib: “Biz Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyirik. Bu da yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər. Biz işlərə başlamışıq və bu istiqamətdə investisiya ilə bağlı artıq praktiki addımlar atırıq. Beləliklə, hər bir məsələdə şaxələndirmə vacibdir.

Bu səbəbdən vaxtilə Azərbaycanın etibarlı tranzit ölkəsi kimi potensialını düzgün qiymətləndirməyənlər fikirlərini dəyişəcəklər. Biz artıq müəyyən eyhamlar görürük və biz buna hazırıq. Biz köməyə ehtiyacı olan hər kəsə yardım etməyə hazırıq. Bunun üçün bizdə siyasi iradə var. Hər zaman bizim siyasətimiz körpülər qurmaqdan və əməkdaşlığı gücləndirməkdən ibarət olub”.

Dövlət başçısı bu təşəbbüslə bir vaxtlar “Cənub Qaz Dəhlizi”ni əhəmiyyətsiz ghesab edənlərə Azərbaycan dövlətinin uzaqgörən siyasətini xatırlatmaqla rəsmi Bakının bu gün bir çox ölkələr üçün enerji bazarında nəfəslik rolunu oynaması faktı ilə üz-üzə qoymuş oldu. İlham Əliyev bununla eyni zamanda “Zəngəzur dəhlizi elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər” deməklə Qərbi, bir vaxtlar bu nəhəng enerji layihələrinə görə Bakını qınaq obyektinə tutanları Zəngəzur dəhlizi məsələsində də eyni mövqedən çıxış etməmələri, keçmişdə buraxdıqları səhvi düzəldərək dəhlizin tez bir zamanda istifadəyə verilməsi üçün Ermənistana təzyiqlərini artırmaq kimi bir şans tanıdığını bəyan etmiş oldu. Prezident Qərbə anlatmış oldu ki, bu gün Ermənistanın müxtəlif manipulyasiyalarla il yarımdan çoxdur ləngitdiyi Zəngəzur məsələsi dövlət təhlükəsizliyi qədər əhəmiyyətli olan enerji təhlükəsizliyinizin əsas təminatçılarından birinə çevrilə bilər. Bu dəhlizin potensialı yüksədir.

Təhməz Əsədov
Milli.Az

Dünya enerji bazarında azərbaycanın rolu

Norveçin vəliəhdi HAAKON: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində artıq etibarlı tərəfdaş olduğunu sübuta yetirmişdir

Norveç Azərbaycan ilə enerji sahəsində sıx əlaqələrindən, həmçinin “Statoil” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasındakı əməkdaşlığın inkişafından olduqca məmnundur.

AzərTAc xəbər verir ki, bu fikri Norveç Krallığının vəliəhdi Haakon Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalının “Azerbaijan-2013” xüsusi buraxılışına müsahibəsində söyləmişdir.

Vəliəhd demişdir ki, Norveçin təchizat sənayesi Xəzər hövzəsində həyata keçirilən layihələrə əhəmiyyətli töhfələr vermişdir. Xəzər regionu dünya enerji bazarında mühüm rol oynayır. Neft-qaz istehsalçısı kimi Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində artıq etibarlı tərəfdaş olduğunu sübuta yetirmişdir. Həm Norveç, həm də Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində tərəfdaşdırlar. Xəzər regionunu Avropa ilə birləşdirən “Cənub” qaz dəhlizi layihəsini həyata keçirməklə Azərbaycan dünya miqyasında nüfuzunu daha da artıracaqdır. Norveç Avropanın enerji təhlükəsizliyini gücləndirəcək “Cənub” qaz dəhlizi layihəsini tam dəstəkləyir.

Vəliəhd Haakon bildirmişdir ki, Azərbaycanın neft sənayesindəki təcrübəsinin tarixi 1840-cı illərə, Norveçin bu sahədəki tarixi isə 1960-cı illərə təsadüf edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən və xarici şirkətlər dəvət olunduqdan sonra Norveçin “Statoil” şirkəti bu ölkəyə sərmayə yatıran ilk beynəlxalq şirkətlərdən biri olmuşdur. Həm Azərbaycan, həm də Norveç gələcək nəsillərin də enerji ehtiyatlarından istifadəsini təmin etmək üçün yaxşı perspektivlərə malikdir. Norveçin bu sahədəki təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, milli gəlirin çox hissəsi neft və qaz sahəsindən əldə edilirsə, bu sahədə şəffaflığı və gəlirin düzgün istiqamətlərə yönəlməsini təmin etmək lazımdır. Bir çox ölkələr “bolluq paradoksu” adlanan qısamüddətli gəlirin yaratdığı bədxərclik sindromunu yaşamışlar. Buna görə də bizim uzunmüddətli strategiyalar, ekoloji məsuliyyət və şəffaflıq kimi məqsədlərimiz olduqca vacibdir.

Haakon demişdir: “Azərbaycanın ətraf mühitə göstərdiyi diqqət və Dövlət Neft Fondunun yaradılması təqdirəlayiqdir. Norveç xalqlarımızın qarşılıqlı marağına uyğun olaraq regionda sabitlik, təhlükəsizlik, insan hüquqları və demokratiya kimi sahələrdə də Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır.

Mən Norveç ilə Azərbaycanın müxtəlif ölkələrin və şirkətlərin şəffaflıq, cavabdehlik və idarəçilik qaydalarını inkişaf etdirmək üçün səylərini birləşdirdikləri Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirirəm. Azərbaycanın bu təşəbbüsə qoşulmasını və bu sahədə digər ölkələrə nümunə olmasını çox bəyənirəm.

Dünya enerji bazarında Azərbaycanın rolu artıq aydındır və bu rol gələcəkdə daha da artacaqdır. Ümid edirəm ki, Azərbaycan ilə Norveç arasındakı həm enerji, həm də digər sahələrdə səmərəli əməkdaşlıq gələcəkdə də inkişaf edəcəkdir”.

Azərbaycan.- 2013.- 7 aprel.- S .3.

Dünya enerji bazarında azərbaycanın rolu

Ölkəmizin sosial-iqtisadi inkişafında yanacaq-enerji kompleksinin müstəsna rolu var. İndi bu kompleksin qarşısında duran əsas vəzifə “Əsrin müqaviləsi”ndən sonra qazanılmış uğurları möhkəmləndirməkdən, iqtisadiyyatın və əhalinin enerji resurslarına olan tələbatının daha dolğun ödənilməsini təmin etməkdən ibarətdir. Hələ 7 il əvvəl qəbul olunmuş və hazırda uğurla həyata keçirilən “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” da məhz bu məqsədə xidmət edir.

Proqramda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi 4 hissəyə bölünür: neft və qaz sənayesi, qaz təchizatı, elektroenergetika və yanacaq-energetika kompleksinin idarə olunması. Qarşıya qoyulan vəzifələr bu istiqamətlərin hər biri üzrə müvəffəqiyyətlə icra edilir.

“Əsrin müqaviləsi”nin uğurları Azərbaycanın qədim neft ölkəsi kimi dünyadakı nüfuz və şöhrətini daha da artırıb. İndi Azərbaycan nefti dünya bazarlarına üç ixrac kəməri vasitəsilə çatdırılır. Nəql sisteminin başlıca arteriyası isə təbii ki, ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Bu kəmər Avrasiya regionunda ən unikal mühəndis qurğularından biri olaraq dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. 2005-ci ilin may ayında Səngəçal terminalındakı baş nasos stansiyasından neftlə doldurulmağa başlayan və 2006-cı ilin iyulunda tam bir sistem kimi istifadəyə verilən bu boru xəttinə indiyədək 176 milyon tondan çox neft vurulub.

BTC əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) neftini daşıyır. Lakin bu gün ölkəmiz təkcə AÇG-dən deyil, qurudakı və dənizdəki köhnə yataqlardan da neft hasil edir. Neftçilərimiz bu yataqlarda istismarın intensivləşdirilməsi, yeni quyuların qazılması, köhnələrində isə təmir-bərpa işlərinin aparılması istiqamətində çalışır və hasilatı sabit saxlamağa nail olurlar.

Dəniz neftçiləri təzə platformalar inşa etmədən, mövcud özülləri genişləndirərək və təmir edərək orada yeni quyular qazırlar. “Bulla-dəniz”, “Ələt-dəniz”, “8 Mart”, “Günəşli”, “Neft Daşları” və digər yataqlarda yeni özüllər tikilib, yaxud köhnələri təmir olunub.

Ölkənin neft emalı kompleksində istehsal edilən məhsullar da daxili tələbatı tam ödəyir və xaricə ixrac olunur. 2010-cu ildə neft emalı zavodlarında 6 milyon tona yaxın məhsul istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə ondan əvvəlki ilə nisbətən neft məhsullarının istehsalında 0,9 faiz artım müşahidə olunub. 1,3 milyon ton avtomobil benzini, 621,5 min ton ağ neft, 2,5 milyon ton dizel yanacağı istehsal edilib. Bir sıra məhsulların, o cümlədən sürtkü yağlarının, neft bitumunun, soba mazutunun istehsalı artıb.

Emal kompleksində istehsal edilən neft məhsullarının keyfiyyəti də ildən-ilə yüksəlir. Keyfiyyətin Avropa standartlarına uyğunlaşdırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. Çeşid çoxalır, emalın dərinlik faizi artır.

Sevindirici faktdır ki, son illərdə dünyada mavi yanacağa tələbatın və marağın artdığı bir şəraitdə Azərbaycan özünü beynəlxalq aləmdə etibarlı qaz istehsalçısı və ixracatçısı kimi təqdim edib. 2004-2010-cu illərdə ölkədə qaz hasilatı 5,2 dəfə artıb və 5 milyard kubmetrdən 26,3 milyard kubmetrə çatdırılıb. Bir neçə il əvvəl qaz idxal edən Azərbaycan indi Gürcüstana, Türkiyəyə, Rusiyaya, İrana və Yunanıstana qaz ixrac edir.

Hazırda 1-ci mərhələsi çərçivəsində qaz və kondensat çıxarılan, ikinci mərhələsi isə işlənməkdə olan “Şahdəniz” layihəsi Azərbaycanın enerji baxımından tam müstəqilliyini təmin etməyə imkan verib. 2017-ci ildə “Şahdəniz”in növbəti mərhələsi çərçivəsində ilk qazın hasil olunacağı gözlənilir. Nəticədə ölkəmiz qaz ixracını xeyli şaxələndirmək imkanı qazanacaq.

“Ümid” yatağı Xəzərin Azərbaycan bölməsində qaz ehtiyatlarının hələ çox olduğuna inamı daha da artırdı. Bu perspektivli strukturda ARDNŞ-nin daxili resurslar hesabına apardığı kəşfiyyat işləri 2010-cu ildə uğurla nəticələndi. Burada yeni bir qaz-kondensat yatağı kəşf olundu.

“Abşeron” qaz-kondensat yatağını isə ARDNŞ-lə Fransanın “Total” şirkəti birlikdə kəşf edib və keçən ilin payızında bu barədə Prezident İlham Əliyevə məruzə ediblər. Dövlət başçısı yeni yatağın açılması münasibətilə Azərbaycan xalqını təbrik edərək bu hadisəni yüksək qiymətləndirib.

Qaz hasilatının artması ilk növbədə ölkə əhalisinin mavi yanacaqla təminatının daha da yaxşılaşdırılmasına təkan verir. Odur ki, son illərdə ölkənin şəhər və rayonlarının qazlaşdırılması sahəsində genişmiqyaslı işlər görülüb. İndi hətta bir sıra dağ bölgələrinin ucqar kəndlərində mavi alov şölələnir. Bu yerlər heç sovet hakimiyyəti dövründə də qaz görməmişdi.

Əslində, ölkədə qazlaşmanın yeni mərhələsi başlanıb. Bu məqsədlə aparılan tikinti-quraşdırma və təmir-bərpa işləri ölkənin bütün ərazisini əhatə edib. Qaz təsərrüfatının, paylayıcı sistemin dünya standartlarına uyğunlaşdırılması, sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən təxirəsalınmaz tədbirlər öz bəhrəsini verib. 2010-cu ildə və 2011-ci ilin 8 ayı ərzində 114 yaşayış məntəqəsi qazlaşdırılıb, 127 minə yaxın abonentə mavi yanacaq verilib. Yeni qaz kəmərləri çəkilib, paylayıcı stansiyalar quraşdırılıb, tənzimləyici məntəqələrdə təmir işləri aparılıb.

Qazlaşma ilə bağlı işlər uğurla davam etdirilir. 2013-cü ilin sonuna kimi bu sahədə bütün rayonları əhatə edən layihələr başa çatmalıdır. Dövlət başçısının dediyi kimi: “Əgər biz buna nail olsaq. onda yaşayış məntəqələrinin 95 faizi qazla təmin ediləcəkdir. İndi böyük şəhərlərdə, rayon mərkəzlərində bu işlər gedir. Biz artıq kəndlərdə də işlərin görülməsinə başlamışıq. Qeyd etməliyik ki, 2013-cü ilin sonuna qədər biz bu hədəfə çata bilərik”.

Elektrik enerjisi sahəsinə gəldikdə isə qeyd edək ki, dövlət proqramının icrası ilə bağlı yeddi ildə çox işlər görülüb. “Azərenerji” ASC üzrə bir sıra blokların yenidən qurulması başa çatdırılıb. Yeni obyektlərin inşası, köhnələrin əsaslı təmiri, elektrik xətlərinin təzələnməsi istiqamətində işlər davam etdirilir.

Düzdür, indi bütövlükdə ölkədə elektrik enerjisi ilə bağlı problemlər yoxdur. Biz hətta qonşu ölkələrə elektrik enerjisi ixrac edirik. Təkcə keçən il ərzində ölkədə 20,1 milyard kVt-saat, yəni, 2010-cu illə müqayisədə 8,4 faiz çox elektrik enerjisi istehsal olunub. Bunun xeyli hissəsi – 86,7 faizi istilik elektrik stansiyalarının, qalanı isə su elektrik stansiyalarının payına düşüb.

Lakin iqtisadiyyatın inkişafı və üstəlik, ixrac məsələləri tələb edir ki, generasiya gücləri artırılsın. Ona görə də yeni stansiyalar tikilib istifadəyə verilir. Bu il elektrik enerjisi istehsal edən daha bir böyük obyektin – “Cənub” elektrik stansiyasının istifadəyə verilməsi gözlənilir. Bu, 780 meqavat gücünə malik, müasir texnologiyalar əsasında qurulan stansiya olacaq. Füzuli rayonunda 25 meqavat gücündə su elektrik stansiyasının açılışı da bu il nəzərdə tutulub. Keçən il “Şimal-2” elektrik stansiyasının təməli qoyulub. Stansiya 2013-cü ilin sonuna qədər istismara veriləcək. Onun istehsal gücü 400 meqavatdan çox olacaq.

İndi ölkə Prezidenti sözügedən sahədə əsas diqqəti paylayıcı xətlərdəki vəziyyətin yaxşılaşdırılmasının vacibliyinə yönəldib: “Biz əlbəttə ki, əsas diqqətimizi elektrik enerjisi güclərinin yaradılmasına yönəltmişik və bu vəzifəni icra etmişik. İndi – xüsusilə, bu il və gələn il biz paylayıcı xətlərə investisiya qoyuluşunu təşkil etməliyik. Orada bütün işlər müasir standartlar səviyyəsində olmalıdır”.

Azərbaycanın yanacaq-enerji kompleksi getdikcə yeni inkişaf pillələrinə qədəm qoyur. Odur ki, ölkəmizin dünyanın enerji təhlükəsizliyində oynadığı rol da ildən-ilə artır.

Comments are closed, but trackbacks and pingbacks are open.