Press "Enter" to skip to content

Azərbaycan ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya kursunu uğurla davam etdirir

– yeni modern, müasir səhiyyə, təhsil ocaqlarının yaranmasının;

Dünya iqtisadiyyatının formalaşması

Dünya təsərrüfatı XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşmağa başlamışdır. Bu dövrdə istehsal və kapital təmərküzləşmiş və bu təmərküzləşmədən doğan inhisarlar meydana gəlmişdi; bank kapitalı ilə sənaye kapitalının qovuşması nəticəsində maliyyə kapitalı və maliyyə oliqarxiyası yaranmışdı; əmtəə ixracından fərqli olaraq kapital ixracı böyük əhəmiyyət kəsb edirdi. XIX əsrin sonlarında kapitalist ölkələrinin iqtisadi inkişafının başlıca xüsusiyyəti ayrı-ayrı müstəqil müəssisələrin azad rəqabətinə əsaslanan kapitalizmdən tədricən inhisarçı kapitalizmə keçilməsi ilə müəyyən olunurdu.XIX əsrin sonlarında dünya üzrə sənaye məhsulu istehsalı 3 dəfədən çox artmışdı. Məhsuldar qüvvələrin sürətli inkişafı maşınlı sənayenin sahə strukturunda ciddi dəyişikliklərə səbəb olmuşdu . XIX əsrin sonu XX əsrin əvvəllərində dünya iqtisadiyyatında sürətli inkişafı ilə seçilən ölkələr ABŞ və Almaniya olmuşdur. Bu ölkələr sənaye istehsalının ümumi həcminə görə İngiltərə və Fransanı qabaqlayırdı. Artıq bu dövrdə ABŞ dünyada birinci sənaye dövlətinə çevrilmişdi.

Lakin müasir dünya təsərrüfatı XX əsrin əvvəllərindəki səviyyədən çox-çox irəli getmiş və inkişaf etmişdir. İndi dünya iqtisadiyyatı daha vahid və bütöv xarakterə malikdir. Belə ki, müasir dünya iqtisadiyyatında sənayecə inkişaf etmiş ölkələrin, inkişaf etməkdə olan ölkələrin, yeni sənaye ölkələrinin, keçid dövrü yaşayan ölkələrin iqtisadiyyatları əks olunur və qlobal dünya iqtisadiyyatı formalaşır. Qloballaşma beynəlxalq əmək bölgüsü və istehsalın beynəlmiləl xarakteri ilə səciyyələnir və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanır. Dünyada mövcud olan hər bir ölkə bu və ya digər xüsusiyyətləri özündə əks etdirməklə bir-birindən sosial-iqtisadi quruluş, inkişaf səviyyəsinə, təbii ehtiyatlarla zənginliyinə, iqtisadi strategiyaya və s. görə fərqlənirlər. Dünya ölkələri cəm halda, qarşılıqlı fəaliyyətdə, beynəlxalq əmək bölgüsü əsasında mövcuddurlar və inkişaf edirlər. Dünya iqtisadiyyatı beynəlxalq əmək bölgüsü sistemi əsasında yaranan milli təsərrüfatların iqtisadi və siyasi münasibətlərinin məcmusu olmaqla, bu təsərrüfatlar arasında hərtərəfli əlaqəyə əaslanan beynəlxalq iqtisadi münasibətlər sistemidir. Dünya iqtisadiyyatı iqtisadi və siyasi kateqoriya olmaqla vahid bir sistem təşkil edir. Bu sistem müəyyən nizama və qaydaya əsaslanmaqla ümumi bir məqsədə xidmət edir. Dünyada mövcud olan ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar və transmilli kompaniyalar dünya iqtisadiyyatının subyektlərini təşkil edir. Dünya təsərrüfat sisteminə fəal surətdə qoşulmaqla dünya ölkələri özlərinin müvafiq ehtiyatları olmadan cəmiyyətin tələbatını daha dolğun ödəmək istəyirlər. Eyni zamanda ölkələr iqtisadiyyatın səmərəli strukturunu fəallaşdırmaq, müasir texnika və texnologiyaya yiyələnmək, mütərəqqi təsərrüfatçılıq və idarəçilik təcrübəsi qazanmaq istəyirlər.Bu problemlərin həlli ilə yanaşı bu ölkələr özlərinin beynəlxalq əmək bölgüsündə malik olduqları üstünlükləri reallaşdırmaq imkanı əldə etmiş olurlar.Bu baxımdan Azərbaycan respublikasında həyata keçirilən sosial iqtisadi siyasətin strateji istiqamətlərindən biri də ölkə iqtisadiyyatının dünya təsərrüfatı sisteminə səmərəli şəkildə inteqrasiya olunmasını təmin etməkdir.

  • Teqlər:
  • iqtisadiyyatın formalaşması

Azərbaycan ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya kursunu uğurla davam etdirir

Bu gün Azərbaycan regionda aparıcı iqtisadi gücə çevrilib. Azərbaycanın təşəbbüskarı olduğu, tərəfdaşları ilə birgə həyata keçirdiyi bir sıra irimiqyaslı layihələr nəinki regionun, eləcə də qonşu bölgələrin inkişafına mühüm töhfə verir. Bu layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti, ötən il istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunu, hazırda reallaşdırılan, Avropanın enerji təhlükəsizliyini təmin edəcək nəhəng “Cənub Qaz Dəhlizi” layihəsi, o cümlədən Transanadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərlərinin tikintisini, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini, bundan başqa, Azərbaycanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması üzrə gördüyü işləri göstərmək olar.

Bütün bunlarla yanaşı, ölkədə iqtisadi islahatlar davam edir, iqtisadiyyatın qeyri-neft sektoru, xüsusən aqrar sahə son illərdə sürətlə inkişaf edir.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, inkişafa gedən yol dünya iqtisadiyyatına tam inteqrasiyadan keçir. Bunu Çin, Cənubi Koreya, Yaponiya, Tayvan kimi ölkələrin təcrübəsi də sübut edib. Məhz bu səbəbdən Azərbaycan son 15 ildə ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya kursunu seçdi və hazırda da bunu uğurla davam etdirir. Buna aid yüzlərlə misal çəkərək əyani olaraq aparılan iqtisadi islahatlar nəticəsində dünya iqtisadiyyatına inteqrasiya istiqamətində hər gün bir qədər də irəlilədiyimizi isbat etmək mümkündür.

Bu gün inamla deyə bilərik ki, Azərbaycan proqressiv ölkədir və bizim iqtisadi formulamız uğurludur. Bizim müasir iqtisadiyyatımız var və formalaşır. Azərbaycan zənginləşir, düşmənimiz isə yoxsullaşır, zəif dövlətə çevrilir. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan iqtisadi siyasətin nəticəsidir.

Xüsusilə vurğulanmalıdır ki, bütün dünyada iqtisadi inkişaf, qüdrətli dövlət yalnız ictimai-siyasi baxımdan sabit cəmiyyətlərdə mümkün olur. Unutmayaq ki, bu sabitliyi Azərbaycan xalqına Ulu öndərimiz Heydər Əliyev bəxş edib. Heydər Əliyevin siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev bu sabitliyi möhkəmləndirdi, xalqın xeyrinə bir sıra qərarlar qəbul edərək həyatın bütün sahələrində inkişafı təmin etdi.

İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə biz,

– dövlət quruculuğunun hər gün möhkəmləndirilməsinin;

– kənd təsərrüfatı və sənayenin inkişafının;

– əhalinin sosial müdafiəsinin gücləndirilməsinin;

– hərbi quruculuğun və Azərbaycan ordusunun ən müasir silahlarla təchizatının, hərbi sənayenin əsasının qoyulmasının və Azərbaycan mənşəli hərbi texnikanın istehsalının;

– iqtisadi-struktur islahatların, dünyada sınanmış idarəetmə strukturunun yaradılmasının (təbii ki, bu idarəetmə strukturunun tam formalaşması zaman tələb edən prosesdir);

– beynəlxalq ixtisaslara yiyələnən, xaricdə dövlət hesabına təhsil alan, savadlı, sağlam gəncliyin formalaşmasının;

– yeni modern, müasir səhiyyə, təhsil ocaqlarının yaranmasının;

– ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində ciddi addımların atılmasının;

– vergi və gömrük sahələrində yeniliklərin, şəffaflığın, etibarlılığın, qarşılıqlı inamın təmin olunmasının, cəmiyyətin, dövlətin inkişafı naminə atılan digər bir çox real addımların şahidiyik.

Ölkə iqtisadiyyatında tərəqqi heç şübhəsiz ki, digər sahələrin də inkişafına təkan verir. Bunun bariz nümunəsi kimi Azərbaycanın son illərdə idman sahəsində əldə etdiyi nailiyyətləri də göstərmək olar. Belə ki, paytaxtımızda İlk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının son dərəcə yüksək səviyyədə təşkili, Azərbaycanda mütəmadi olaraq bir sıra digər idman yarışlarının keçirilməsi, idmançılarımızın dünya və Avropa çempionatları, Olimpiya Oyunları kimi nüfuzlu yarışmalarda uğurla çıxış etməsi, medallar qazanması Azərbaycanın dinamik inkişaf edən idman ölkəsinə çevrildiyini nümayiş etdirdi. 2020-ci ildə isə UEFA futbol üzrə Avropa çempionatı kimi milyonlarla azarkeşi olan tədbirin bir neçə oyunu Bakıda keçiriləcək. Bütün bunlar Prezident İlham Əliyevin idman sahəsinə diqqət və qayğısının təzahürüdür.

Həmçinin Bakı beynəlxalq konfranslar, forumlar, simpoziumlar, festivallar və digər irimiqyaslı tədbirlərin ev sahibinə çevrilib.

Azərbaycanda turizm sahəsi də yüksək templə inkişaf edir. Rusiya, İran kimi yaxın qonşu ölkələrdən, ərəb dövlətlərindən və müəyyən qədər Avropa İttifaqı ölkələrindən Azərbaycana turist axını artır. Xarici ölkələrdən insanlar Azərbaycana gəlir, buradakı gözəlliyə, rahatlığa, sabitliyə, təhlükəsizliyə, multikulturalizmə, tolerant mühitə heyran olurlar. Təsadüfi deyil ki, 2018-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana dünyanın 139 ölkəsindən 352.5 min və ya ötən illin müvafiq dövrü ilə müqayisədə 12.1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bir daha qeyd edək ki, bütün bu uğurlar ümumilikdə ölkə iqtisadiyyatının inkişafına dəlalət edir.

Dünyada maliyyə-iqtisadi böhranın hökm sürməsinə baxmayaraq, Azərbaycan 2003-2018-ci illərdə bu böhrandan ən az itkilərlə çıxan, eyni zamanda inkişaf edən ölkə oldu. Belə ki, bu illərdə ÜDM 3.2 dəfə, büdcə gəlirləri – 13.5, strateji valyuta ehtiyatları – 23, xarici ticarət dövriyyəsi – 4.6, ölkə ixracı isə 6 dəfə artıb.

Ölkə regionlarının inkişaf etdirilməsi də diqqətdən qaçmamalıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları qəbul edildi, bu proqramların icrası nəticəsində bölgələrimizdə inkişaf sürətləndi, infrastruktur kökündən dəyişdi, yol çəkilişi, su, qaz, elektrik enerjisi ilə təminat insanların rifahını, rahat həyat şəraitini əhəmiyyətli dərəcədə dəyişdi, iqtisadiyyatın inkişafının təkanverici amilinə çevrildi.

Bir sıra statistik rəqəmlər də bu ardıcıl, səlis islahatların eyni zamanda məşğulluğun təmin olunması, əhalinin gəlirlərinin artması ilə nəticələndiyini göstərir. Belə ki, əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə artdı, daimi iş yerlərinin sayı 1 436 200-ə çatdı, işsizliyin səviyyəsi 9,2%-dən 5%-ə, yoxsulluğun səviyyəsi 44%-dən 5,4%-ə endi.

Regionlarda minlərlə yeni təhsil müəssisəsi yenidən tikildi, əsaslı təmir edildi. Minlərlə səhiyyə ocağı, diaqnostik mərkəzlər əhalinin istifadəsinə verildi. 3500 tələbə dövlət hesabına təhsil aldı, ali təhsil alanların sayı 38% artdı və s.

2017-ci ilə qədər ölkədə 11 min km yeni yollar salınıb, 4,9 km metro xətti çəkilib. 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib.

Bu nailiyyətlərin nəticəsidir ki, Azərbaycan hazırda bütün beynəlxalq mötəbər qurumların reytinqlərində qabaqcıl yerlərdədir. Azərbaycan dünyada ərzaq təhlükəsizliyi indeksində 57-ci yerə yüksəldi; rəqabətlilik indeksində 35-ci yerdə qərarlaşdı; innovasiya potensialına görə dünyada 44-cü oldu.

İqtisadi sahədə inkişaf ölkənin valyuta ehtiyatları, eləcə də idxal-ixrac əməliyyatlarında özünü göstərdi. Belə ki, Azərbaycanın valyuta ehtiyatları artıq 44 milyard dollara çatıb. 2007-ci ildə ölkədən 19 milyard 321 milyon manatlıq məhsul ixrac olunduğu halda, 2016-cı ildə bu göstərici 280 milyard 54 milyon manata yüksəldi.

Aqrar sahədəki ki uğurlarımıza da nəzər yetirməliyik. Son 10 ildə bitkiçilik məhsulları 3.1 dəfə, heyvandarlıq – 3.4, ət istehsalı – 1.6, quş əti istehsalı – 4.6, yumurta istehsalı – 1.8, süd istehsalı isə 1.5 dəfə artıb. Kənd təsərrüfatında 2007-ci ildə 2 918 600 ton məhsul istehsal olunmuşdusa, 2016-cı ildə bu göstərici 5 632 400 tona çatdı. 2017-ci ildə 150 min hektar torpaq əkin dövriyyəsinə cəlb edilib.

Son illərdə ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, texniki bitkilərin istehsalı və ixracı da artmaqda davam edir. Əhalinin məşğulluğu təmin olunur, ölkəmizə qeyri-neft sektorundan valyuta axını artır. Məsələn, 2015-ci ildə 35 min ton, 2016-cı ildə 89 min ton, 2017-ci ildə isə 207 min ton pambıq yığılıb. 3 ildə artım təkcə bu sahədə 5,9 dəfə təşkil edib. Baramaçılıq üzrə 2015-ci ildə 236 kq, 2016-cı ildə 70 ton, 2017-ci ildə isə 245 ton barama tədarük edilib. Yəni 3 ildə 1000 dəfədən çox artım olub.

Sön dövrlərdə Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq, çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə, pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirələri keçirilib. Müşavirələrdə dövlət başçısı aqrar sahədə görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verib, istiqamətləri müəyyənləşdirib.

Bütün bunlar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatların məntiqi nəticəsidir. Heç şübhəsiz ki, növbəti illərdə də Azərbaycan iqtisadiyyatının artımı davam edəcək, bir çox sahələrdə yeni-yeni nailiyyətlər əldə olunacaq.

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsinin üzvü, iqtisad üzrə fəlsəfə doktoru Xaliq Məmmədov

Dünya iqtisadiyyatı krimov clil

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Dünya iqtisadiyyatı və Azərbaycan

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.