Press "Enter" to skip to content

İqtisadiyyat və idarəetmə (mühazirələr)

Əkinçilik və maldarlığa keçid prosesi uzun sürmüşdür.Məsələn, Avropanın cənub- şərqində istehsal təsərrüfatı e. ə. VII- VI minilliklərdə, şimalında isə IV minilliyin ortalarında meydana çıxmışdır. Əkinçilik və maldarlıq təsərrüfatının inkişafı dərinləşdikdə cəmiyyətdə birinci böyük ictimai əmək bölgüsü baş vermiş, maldarlıq əkinçilikdən ayrılmışdır. Əkinçilik və maldarlıqdan ibarət yeni təsərrüfat sisteminə keçidlə ibtidai cəmiyyətdə ilk əvvəl qida, yemək problemi həll edilmişdir.

MÜASİR İQTİSADİYYAT TARİXİ

Müasir iqtisadiyyat tarixi necə idi? Müasir – yəni çağdaş, nisbi bir anlayışdır. Biz “müasir” olmağı, iqtisadi baxımdan qloballaşmanın ən böyük inkişafının yaşandığı, dünya müharibələri dönəmindən etibarən hesaba alacağıq. Birinci Dünya Savaşı (1914-1918) ilə müharibələr bütün planetə yayılan bir fəlakətə çevrildi. Müharibələrin qloballaşması ilə birlikdə iqtisadiyyat və pul sistemi də qloballaşdı. Artıq dünyanın bir yerində bir şeylər oldumu, “digərləri” inə daha çox təsir edirdi. Fəlakətlər, pul və iqtisadiyyat eyni nisbətdə inkişafa davam etdi. Dünya müharibələri ilə möhkəmləndirilən bir iqtisadi savaş başladı. Artıq savaş üçün iqtisadiyyat ilə birlikdə iqtisadiyyat üçün savaş da gündəmdə idi. İstismar olunacaq yerləri işğal etmə yarışında gec qalan Almanlar və heç bir zaman kifayətlənməyən İngiltərə, Fransa və sairə kapitalistlər savaşa qaçınılmaz olaraq girdilər. Osmanlı Dövləti istismar etməyə uyğun coğrafiyada olması üzündən güclü tərəfdə ola bilmədi. Böyük qüvvələr Osmanlını artıq savaş başlarkən bölüşmüşdü. Nəhayət Osmanlı almanlara meylləndi. Birinci Dünya Savaşında Almaniya və Osmanlı çox ağır şərtlərlə təslim oldu.

Almanlar alçaldılmanın verdiyi təsirlə milliyyətçiliyə yönəldilər.

Birinci Dünya Savaşının ağır və alçaldıcı şərtləri İkinci dünya müharibəsini hazırladı. Almanlar alçaldılmanın verdiyi təsirlə milliyyətçiliyə yönəldilər. Əvvəlki döyüşün iqtisadi ölçüsündə xalq-millət tanımayan tacirlər almanları qəzəbləndirmişdi. Bunların böyük qismi isə yəhudi idi. Yəhudilərə, köhnə düşmənlərə və kommunizm adıyla Slavyan təbliğatı edən kommunistlərə böyük kinləri vardı. Çöldən baxanda ağıl almayan bir müharibə başlatdılar. Bütün dünya çaşdı. Çünki dünyanın ən böyük 5 qüvvəsindən dördünü bir ildə hopdurub və hələ də bir çox cəbhədə irəliləyirdilər. “Savaş iqtisadiyyatı” və “İldırım savaşı” bütün dünyanı çaşdırdı. Bütün dünya almanları pisləsələr də hərəkətləri hərbi tarixə mal oldu. İngiltərə, İspaniya və İsveçrə xaric Avropanın hamısı Almaniya və tərəfdarlarına aid idi.

Almaniyanın müttəfiqi Yaponiya da özünün 10 qatı əhaliyə sahib Çin və daha bir çox ölkəni ələ keçirmişdi. Daha da böyüməkdə idi. Heç bir təbii resursuı olmadan bu gücə çatan Yaponlar indi sahib olduqları qaynaqlarla daha nələr edəcəklər? Bütün dünya qarışıqlıqla olanları izləyərkən müharibənin taleyini dəyişdirən yenə iqtisadi səbəblər oldu.

İqtisadi baronlar, pul ataları, tacirlər gedişatdan məmnun deyildi.

İqtisadi baronlar, pul ataları, tacirlər gedişatdan məmnun deyildi. Antanta dövlətləri davamlı döyüşürdü. Müharibə iqtisadiyyat üçün çox da yaxşı bir şey deyil. Hələ bir də, iqtisadiyyatı əlində tutanlar Nasistlərin baş düşmanlardırsa və ABŞ-ı döyüşə razı edə bilərdilərsə ordular bu gücün qarşısında dayana bilməzdi. Yalan xəbərlər, təşviqlər, xalqı hiddətə gətirmələrlə ABŞ savaşa girdi. Dünyanın ağası olaraq qalmaq istəyirdisə girməliydi. Həm, dünyadakı tacirlərin 90%-i Almanların-Yaponların işğal etdiyi ya da düşmən olduğu ölkələr idi. Hər nə qədər yəhudi tacirlər belə nasistlərlə ticarət etmişdisə də, gələcək alman olmayanlara parlaq görünmürdü. Buna görə tacirlər həm Almaniyaya məhsul satdılar, həm də bütün ölkələri onlara qarşı qaldırdılar.

Dünyanın dörd yüz illik nizamı dəyişmək üzrəykən ticarətini və gücünü itirmək istəməyən ABŞ-ın təsiriylə vəziyyət dəyişdi. Bir ildə Avropanı ələ keçirən Almanlar olduqları yerdə durmadılar. Bu bir az qəribədir. Çünki bərabər gücdəki orduları iki ayda yox edən böyük bir güc onu qorumaq üçün məcbur edilməməlidir. Bununla yanaşı Almanlar silinib getdi. Bunu əsgərlər etdi görünsə də, iqtisadiyyat etmişdir. Pulun nizam, güc, siyasət, ulus, ideologiya və sairə şeylərin üstündə olmasının gözəl bir nümunəsi yaşanmışdır. Hitler “tanrı bizi tərk etdi” demişdir, amma əsl tərk edən puldur. Alman və yaponlardan ibarət bir dünya heç vaxt iqtisadi olmadı. Əvvəlki pul ataları yerini tərk etmək məcburiyyətində qalacaq. Ayrıca, dünyanın daha çox istismar edilməsi, parçalanma və iqtidar mübarizələrinə bağlıdır. Müharibəni tərk edən pis deyə tərk etməmişdir, qazanclı olmadığı üçün tərk etmişdir.

Dünyanın daha çox istismar edilməsi, parçalanma və iqtidar mübarizələrinə bağlıdır.

Dünya savaşı bitdi, atəşkəs edildi. Çox deyil 20 il sonra nə oldu? Almaniya hələ ən böyüklərdən. Yaponiya hələ Asiyanın ulduzu. Bu gün ikisinin də olduğu qitələrin ən böyük iqtisadi gücü olduğunu söyləmək lazımdır. Yaxşı, atom bombaları atılan Yaponiyaya, hardasa bütün böyük orduların atəşiylə yanan Almaniyaya nə oldu? Cavab sadədir. Əslində Almaniya filan yox. Pul var. Çıxar əlaqəsi var. Qlobal nizamın bu böyük çarxları heç sevilməsi də onlarsız olmadı. Çarxlar döndü, pul yerini tapdı. Elmə ən böyük töhfəni Almanlar etmişdi, davam etdilər. Sənayenin möcüzəvi bir nümunəsi olan Yaponlar da inkişafını köhnəsindən daha yaxşı hala gətirdi. 70-ci illərdə ordusu olmayan bu iki ölkənin dünyanı ələ keçirəcəyinə qəti gözlə baxılırdı. Təbii hər kəs artıq “cəbhə döyüşləri”nın bir şey ifadə etmədiyini bilirdi. Dünyanı ələ keçirmənin yolu iqtisadi olanı idi.

Qloballaşma və kapitalizm “inkişaf” küləyini dünyanın çox yerinə əsdirdidi. Bir çox ölkələrə bunlarda sonra “inkişaf etməkdə olan ölkələr” deyildi. 1960-cı illərdə müharibə sonrası yenidən qurulma deyə adlandırılan dövrə daxil olundui. ABŞ bu əsnada uçan quşa belə kömək etdi. Hər ölkədə, hər yerdə ABŞ adı xatırlandı. ABŞ bir marka oldu. ABŞ-ı quranların dediyinin tam tərsinə gedildi. Öz ölkələrində öz işlərinə baxmaq yerinə dünyanın hər yerində bir səfirlik, bir konsulluq açmağa çalışdılar.

Sovet Sosialist Respublikalar Birliyi və müttəfiqləri dünyanın yarısına sahib idi, amma pula sahib deyildilər.

Bu əsnada sosializm adı altında bir diktatorluq icra edən ruslarla mübarizəyə girişdilər. Əslində diktatorluq də olsa kapitalizmdən yaxşı bir nizam meydana gətirən rusları, üstəlik dünyanın bütün imkanlarına sahibkən, dayandıran nə idi? Təbii ki, yenə pul söz mövzusu. Sovet Sosialist Respublikalar Birliyi və müttəfiqləri dünyanın yarısına sahib idi, amma pula sahib deyildilər. Pul ilə işləri yox idi. Pulun da onlarla işi olmadı. Nəhəng bir orduya və planlı bir iqtisadiyyata baxmayaraq Sovetlər parçalandı. Dünyanın xüsusi mülkiyyətinə sahib olduğunu sanan kapitalistlər buna çox sevindi. Bəzi ruslar da bayram etdi. Sosialist Sovetlərin altından oliqarxiya çıxdı. Bu gün dünyanın ən ədalətsiz gəlir bölüşdürülən yerləri keçmiş Sovet ölkələridir.

Bu əsnada 20-ci əsrdə kompüter, internet, televiziya kimi bir çox texnoloji, sənaye icadı və yenilik ortaya çıxdı. Bunlar sivilizasiya baxımından əhəmiyyətli inkişaflar kimi görünsə də istisnalar xaric hamısı istehlak həvəslərimizin bir əks olunmasıdır. Yenilik və inkişaf adı altında yeni istismar və inkişaf etmiş müstəmləkəçilik yaratdıq. Bu gün ətrafımızda gördüyümüz bütün məhsullar, sənaye varlıqlar şübhəsiz bir istismara əsaslanır. Əvvəlcə təbiətin, sonrasında da insanın istismarı ilə yaradılan “müasir” həyat milyardlarla illik tarixin utanc verici bir dayanma dövrüdür. Bütün müasirlik pafosları köləlik və təbiətin manipulyasiya üzərinə quruludur.

Daha yaxşı həyat yalanıyla gələcəyimizdən oğurladıq.

Bugün müasir iqtisadiyyat əksəriyyətini meydana gətirən Avropalılar dünyanın qalan hər yerini istismar edərək əldə etdikləri firavan həyatlarına davam edirlər. Bütün dünya onların inkişaf yalanını mənimsədi. Daha yaxşı həyat yalanıyla gələcəyimizdən oğurladıq. Ədalət və sivilizasiyanın beşiyi kimi görünən Qərbin digər xalqları istismar edərək bu günlərə gəldiyi unuduldu. Dünyanın çoxu müasir yalanlara inandı və istehlak mədəniyyətini mənimsədi. Sonunda artan əhali və azalan resurslar ilə nələr yaşanacağını ancaq xəyal gücü geniş olanlar anlaya bilər. Resurs arayışındaki müasir və mədəni irəli cəmiyyətlər, Avropalıların Amerikanın kəşfində etdiklərinə baxmaq lazımdır. Bugünkü mədəniyyət anlayışının mənbəyindəki Avropanın keçmişdə etdiklərinə baxsaq insanlığın gələcəyini görə bilərik. Gələcək indiki halıyla heç də parlaq deyil, təbii ki, biz onu dəyişdirməyə cəhd etməzsək. Müasir iqtisadi yalanlara, istehlak cəmiyyətinə və siyasətçilərə aldanmayın.

İqtisadiyyat və idarəetmə (mühazirələr)

Bu mühazirələr toplusunda Azərbayacanda İKT sferasının müasir vəziyyətinin təhlili və inkişaf perspektivliyi, İKT sferasının tənzimlənməsinin hüquqi əsasları və təkmilləşməsi istiqamətləri, İnformasiya Bazarı Və Onun Tənzimlənməsi, Dünya ölkələrinin inkişafında və müasir iqtisadiyyatda İKT-larının rolu və perspektivləri, Informasiya texnologiyalari və onlarin iqtisadiyyatda tətbiqi, Verilənlər bazasi. Verilənlərin tipləri və modulları, Verilənlər Bazasını İdarəetmə Sistemləri (VBİS), İqtisadi informasiyanın işlənməsi, Rəqəmsal iqtisadiyyat və onun üstünlükləri. İnternet iqtisadiyyat, inkişaf mərhələləri və xüsusiyyətləri, Elektron Kredit, Bank, Maliyyə Əməliyyatlari, Elektron hakimiyyət və idarəetmə, onların keyfiyyət meyarlari. Elektron dövlət və elektron hökumət, Elektron hakimiyyətin beynəlxalq təcrübəsi Elektron hökumətin elektron xidmətlər göstərməsinin beynəlxalq standartları, Elektron Hakimiyyət Və Elektron İdarəetmənin Təşkilinin Qayda Və Prinsipləri, Azərbaycanda elektron hakimiyyət və elektron idarəetmənin vəziyyəti və perspektivləri mövzularına dair mühazirə mətnləti toplanmışdır.

Yükləməyə Keç [887,39 Kb] [ : 315] –>

Mühazirə müəllimi Bağırova Təranə Mövzu 1: Dünya iqtisadiyyatının tarixi. Plan

1. Q. Əlləzov . İqtisad elminin nəzəri- metodoloji əsaslarının tarixi inkişafı. Bakı 2009.

2. N. Süleymanov. İqtisadi tarix. Bakı 1999.

3. O. Məmmədov. İqtisadi təlimlər tarixi. Gəncə 1999

1. Dünya iqtisadiyyatının tarixinin elm kimi inkişafı.

İqtisadi tarix fənninin tədrisi tələbələrdə iqtisadi təfəkkürün formalaşmasında mühüm yerlərdən birini tutur. Tarixən olduğu kimi müasir dövrdə də dövlətlərarası münasibətlərdə iqtisadiyyatın aparıcı həlqəyə çevrilməsi ilə əlaqədar iqtisadi biliklərin öyrənilməsi xüsusilə vacibdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi, ölkəmizdə yeni iqtisadi inkişaf tarixinin və təcrübəsinin öyrənilməsinin əhəmiyyətinin artdığı bir zamanda yetkin, müstəqil düşünən, dünya iqtisadi proseslərindən baş çıxaran iqtisadçı kadrların hazırlanmasına zərurət daha da artır.

Bu baxımdan qabaqcıl dünya ölkələrinin iqtisadi inkişaf xüsusiyyətlərinin şərhi, həmin ölkələrin iqtisadi inkişaf tarixinin öyrənilməsi və təhlili müasir dövrdə yeni iqtisadi inkişaf yoluna qədəm qoymuş, milli təsərrüfat formaları ilə beynəlxalq iqtisadi dəyərlərin üzvü birliyi əsasında iqtisadiyyat quran ölkələr, o cümlədən Azərbaycan Respublikası üçün də mühüm əhəmiyyətə malikdir.

İqtisadi tarix bir fənn kimi XIX əsrin ikinci yarısında Qərbi Avropada güclü iqtisadi inkişafın təsiri altında meydana çıxmış və siyasi iqtisaddan ayrılmışdır. XIX əsrin sonu- XX əsrin əvvəllərindən Avropa ölkələrinin və ABŞ- ın böyük universitet və ali məktəblərində iqtisadi tarix müstəqil fənn kimi tədris olunmağa başlamışdır.

İqtisadi tarix insan cəmiyyətinin üç əsas inkişaf istiqamətinin( tarix, iqtisadi nəzəriyyə və iqtisadiyyat) qovuşuğunda yerləşir və üç sahəni əhatə edir: 1) müxtəlif ölkələrin, bölgələrin və bütövlükdə dünyanın iqtisadi tarixi,2) xalq təsərrüfatının tarixi,3) iqtisadi fikir tarixi. İqtisadi tarixin əsas tədqiqat obyektinə iqtisadi proses və hadisələrin yaranması, təşəkkülü və inkişafı tarixi daxildir. Müxtəlif bölgələrin iqtisadi tarixi öyrəniləndə əsas diqqət müxtəlif tarixi hadisələrin iqtisadi iqtisadi səbəb və nəticələrinə, ayrı- ayrı dövlətlərin iqtisadi siyasətinə verilir. Xalq təsərrüfatının tarixi ilk növbədə istehsal üsulunun təkamülünün, təsərrüfat mexanizmləri və sahələrinin tarixini, ayrı- ayrı iqtisadi proseslərin ( urbanizasiya,kooperasiya, sənayeləşmə) və iqtisadi institutların( vergi, qiymət, maliyyə, kredit, əmək haqqı) tarixini, iqtisadi fikir tarixi isə iqtisadi nəzəriyyələri, iqtisadi təhlil metodlarını öyrənir.
2. Dünya iqtisadiyyatının tarixinin iqtisadi elmlər sistemində yeri və rolu.

Ümumiyyətlə , iqtisadi tarix ictimai- iqtisadi elmlər içərisində mühüm yer tutur. Respublikamızda əsasən iqtisadiyyat yönümlü təhlil müəssisələrində tədris edilən iqtisadi tarix iqtisadi biliyə malik kadrların hazırlanmasında əvəzolunmaz fənndir. İqtisadi tarix iqtisadi biliklər sisteminin çox mühüm tərkib hissəsidir. İqtisadiyyat insan cəmiyyətinin əsas fəaliyyət sahəsidir. Buna görə də iqtisadiyyat tarixi bütün bəşər tarixinin istiqamətləndirici və müəyyənləşdirici sahəsi kimi qəbul olunur.

İqtisadi tarix elmi bir sıra ictimai və iqtisadi elmlərlə, ilk növbədə ümumdünya tarixi ilə sıx bağlıdır. İqtisadi tarix üçün siyasi və hərbi hadisələrin gedişi vacib deyil: burada əsas məsələ bu hadisələrin iqtisadi həyatına təsirini öyrənməkdir. Eyni zamanda iqtisadi tarixi bilmədən nə keçmişdə nə də indi baş verən siyasi hadisə və proseslərin mahiyyətini tam dərk etmək mümkün deyildir. Məsələn: buxar və elektrikin tətbiqi kimi böyük kəşflər, dəmir yolları və şəhərlərin inkişafı, XIX əsrdə telefon və teleqrafın meydana çıxması insanın bir çox fəaliyyət sahəsində böyük dəyişiliklərə gətirib çıxarmış, nəticədə yeni qanunların tətbiqi zərurəti yaranmışdır. Yeni iqtisadi problemlərin siyasətə güclü təsir göstərməyə başlamış, sənayedə böyük irəliləyişlər, hətta əxlaq normalarında dəyişiliklər səbəb olmuş, yeni biznes etikası formalaşmışdır.

Yaşadığımız indiki dövrdə əsas siyasi hadisələrin, demək olar ki, hamısı əmək, kredit, bank işi, mülkiyyət forması kimi iqtisadi problemlərlə sıx bağlıdır.

Qeyd etmək lazımdır ki, xalqların mövcud olduğu təbii şəraitin müxtəlifliyi onların iqtisadi fəaliyyətinin özünəməxsus xüsusiyyətlərini müəyyən edir. Təbii sərvətləri xeyli tükənmiş Qərbi Avropa ölkələrindən fərqli olaraq ABŞ çox zəngin təbii sərvətləri hesabına dünyanın ən varlı və iqtisadi cəhətdən güclü dövlətinə çevrilmişdir. Ancaq bu dövlərlərin hamısında insanın iqtisadi fəaliyyəti çox zaman ekoloji fəaliyyətlərə gətirib çıxarır.

İqtisadi tarixin ümumdünya tarixi ilə bağlılığından danışarkən qeyd etmək lazımdır ki, hər ikisi hadisələri təkamül prosesində öyrənsə də, ümumi tarixin predmeti daha genişdir: ümumi tarix bütövlükdə insan sivilizasiyasında baş verən dəyişilikləri, iqtisadi tarix isə iqtisadi proseslərdəki dəyişiklikləri və insanın təsərrüfat fəaliyyətini öyrənir.

İqtisadi tarix iqtisadi nəzəriyyə ilə sıx bağlıdır. İqtisadi tarix müxtəlif dövrlərdə iqtisadi hadisələrin inkişaf qanunauyğunluqlarının öyrənilməsi, iqtisadi nəzəriyyə ilə cəmiyyətin nəzəri təhlili ilə məşğul olur.

İqtisadi tarix elminin əsas mənbəşünaslıq bazasını maddi mədəniyyət və yazılı abidələr , qanunlar külliyatı, inzibati və hüquqi sənədlər, statistik sorğu materialları və s. təşkil edir.

İqtisadiyyatın öyrənilməsi əsasən tarixi- iqtisadi mənbələrə əsaslanır. Təsərrüfat xarakterli mənbələr iqtisadi tarix üçün xüsusi əhəmiyyət kəsb edir. İqtisadi tarixin yuxarıda sadaladığımız mənbələrini şərti olaraq bir neçə qrupa ayırmaq mümkündür:

1. Maddi mədəniyyət və yazılı abidələr. Bu mənbələr insanların istehsal fəaliyyəti və cəmiyyətin sosial- iqtisad quruluşu haqqında müəyyən təsəvvür yaradır.

2. Təsərrüfatın idarə olunması sənədləri. Bura normativ səciyyəli sənədlər: texniki, maliyyə, təşkilati, vergi, ticarət üzrə təlimatlar, sərəncamlar, qərarlar, aktlar və informasiya səciyyəli sənədlər – dövlət, sahə, təsərrüfat miqyaslı hesablamalar, siyahıyaalma materialları, işgüzar yazışmalar, statistik sənədlər daxildir.

3. İqtisadi formasiya verən ədəbiyyat, incəsənət, radio, televiziya, mətbuat materialları. Buna əsasən cəmiyyətin iqtisadi həyatına aid olmayan, ancaq iqtisadi həyatın bu və ya digər cəhətlərini əks etdirən sənədlər daxildir. Bəzən hər hansı dövrün təsərrüfat həyatını öyrənmək üçün yeganə mənbəni ədəbiyyat və incəsənət əsəri təşkil edir. Məsələn: Homerin “ İliada” və “Odisseya” sı, orta əsr salnamələri və rəsm əsərləri. Bundan əlavə memuar və xatirələrdə, şəxsi yazışmalarda da mühüm tarixi – iqtisadi informasiyalara rast gəlmək mümkündür.

3. Dünya iqtisadiyyatının tarixi elminin predmeti, metodu və vəzifələri.

İqtisadi tarix kursunda cəmiyyətin iqtisadi inkişaf qanunauyğunluqları konkret tarixi aspektdə, ayrı- ayrı ölkələrin real nümunəsində öyrənilir. Bu zaman öyrənilən ölkənin iqtisadi həyatının özünəməxsus xüsusiyyətləri araşdırılır, bəşəriyyətin bütövlükdə iqtisadi inkişafı ümumiləşdirilir; onda olan ümumi qanunauyğunluqlar, sistemli bir proses kimi baxmağa və onun gələcəyini proqnozlaşdırmağa imkan verir.

İqtisadi tarix kursunda ümumi iqtisadi inkişaf fonunda ayrı- ayrı ölkələrdə iqtisadi hadisə və proseslər, yeridilən iqtisadi siyasət məsələləri ön plana çəkilir. Dünyanın ayrı- ayrı ölkələrinin iqtisadiyyat tarixinin elə xarakterik cəhətlərinə diqqət yetirilir ki, onlar bütövlükdə bəşər iqtisadiyyatına güclü təsir göstərmiş, bütün xalqların keçirdiyi prosesin klassik nümunəsini təşkil etmişdir.

İqtisadi tarix fənninin predmetini müəyyənləşdirərkən alim və mütəxxəssislər bu məsələnin iki cəhətinə diqqət yetirirlər. İqtisadi tarixin predmetinə geniş mənada cəmiyyətin iqtisadi inkişafının, onun xüsusiyyət və qanunauyğunluqlarının , dar mənada isə ayrı- ayrı ölkələrin xalqlarının təsərrüfat fəaliyyətinin, istehsal üsullarının bir- birini əvəz etməsi prosesinin və həmin ölkələrdə məhsuldar qüvvələrinin inkişafının öyrənilməsi daxildir.

İqtisadi tarix müxtəlif ölkələrin xalqlarının təsərrüfat fəaliyyətini iqtisadi iqtisadi qanunlarının tələblərinə uyğun olaraq kompleks şəkildə öyrənir. Bu elmin obyektinə daxil olan iqtisadiyyat və ya xalq təsərrüfatı ilk növbədə cəmiyyətin məhsuldar qüvvələrini, sənaye, nəqliyyat, rabitə və kənd təsərrüfatını, habelə maliyyə sistemini, daxili və xarici ticarəti, inşaatı və s. əhatə edir. Təbii ki, xalqın maddi rifahı da iqtisadiyyatla sıx bağlıdır, hətta demək olar ki , onun tərkibinə daxildir.

İqtisadi tarix elmində əsasən tarixi məntiqi, sosioloji, xronoloji, müqayisəli tarix, tarixi modelləşdirmə, riyazi statistika, sosial psixologiya metodlarından istifadə edilir. İqtisadi tarixin öyrənilməsində kəmiyyət metodlarından daha geniş istifadə olunur.

İqtisadi tarixə aid statistik mənbələr müasir elektron hesablama maşınları ( EHM) tətbiq etməklə araşdırılır və tarixi- iqtisadi modellər yaradılır. Məsələn, Rusiya və Azərbaycanın dövlət kəndində XIX əsrdə gedən proseslər müasir EHM- in köməyi ilə elmi, riyazi təhlildən keçirilmiş, çoxsaylı statistik sənədlər ümumiləşdirilərək dövlət kəndinin iqtisadi modeli yaradılmışdır.

İqtisadi tarixin araşdırılmasında sosioliji metodlar da mühüm rol oynayır. Rəsmi sənədlərin, yazışma və gündəliklərtin, bədii əsərlərin sosioloji baxımdan öyrənilməsi və əhali arasında keçirilən kütləvi sorğunun nəticələri də əhəmiyyətlidir.

Sovet dövründə iqtisadi tarix elmində Qərbi Avropa və ABŞ- da yaşayıb- yaratmış burjua baxışlı iqtisadçı və tarixçilərin əsərlərinə marksist idiologiyasının tələbləri baxımından yanaşılırdı. Burjua iqtisadi tarix elmini daha çox tarixi- iqtisadi göstəricilərə meylli olmaqda günahlandıran marksist alimlər onları həm də sinfi münasibətlərə və sinfi mübarizəyə diqqət yetirmədikləri üçün tənqid edirdilər. Ancaq məsələyə birtərəfli yanaşmaq , Qərbi Avropada XIX- XX yüzilliklərdə yaşayıb- yaratmış bir çox görkəmli iqtisadçı və tarixçi alimlərin əsərlərinin iqtisadi tarix elmi üçün çox böyük əhəmiyyətini danmaq mümkün deyildir. İqtisadi tarix banilərindən biri olan İngilis alimi Arnold Toynbinin (1852-1883) bir neçə kitabdan ibarət “ XVIII əsrdə İngiltərədə sənaye çevrilişi” əsəri XVIII-XIX əsrlərdə Britaniya sənayesinin inkişafı tarixi üzrə ilk araşdırmalardan biridir. Sosial qanunvericiliyin , əmək və kapital arasında münasibətlərə dövlət müdaxiləsinin tərəfdarı olan A. Toynbi sosial yönümlü iqtisadiyyatı təbliğ edirdi.

Fransa alimlərindən Fyustel de Kulanj Numa Deni ( 1830- 1889) “ Qədim Fransada ictimai quruluşun tarixi” adlı fundamental əsərində Qərbi Avropada feodalizmin genezisi haqda əsaslı konsepsiya yaratmışdır. Digər Fransız alimi Mark Blok (1886- 1944) “ Fransanın aqrar tarixinin səciyyəvi cəhətləri” adlı çox qiymətli əsərində bir çox Qərb ölkələrinin sosial və aqrar tarixinin müqayisəli təhlilini vermiş, XX əsr iqtisadi tarix elminin dünyada ən görkəmli nümayəndələrindən biri olan Fernan Brodel( 1902- 1985) isə “ XV- XVIII əsrlərdə maddi sivilizasiya, iqtisadiyyat , kapitalizm” adlı məşhur üçcildliyində orta əsrlərdən sənaye çevrilişinədək dünyanın iqtisadi və sosial tarixini araşdırmışdır.

Alman alimlərindən Karl Byuxer( 1847- 1930) “ Xalq təsərrüfatının yaranması” ( 1893) adlanan əsərində iqtisadi prosesin üç mərhələli sxemini ( ev təsərrüfatı- şəhər təsərrüfatı- xalq təsərrüfatı) elmi baxımdan əsaslandırmağa çalışdırmışdır. Verner Zombart ( 1863- 1941) isə “ Müasir kapitalizm” ( 1902) ,

“ Burjua” ( 1903) və “ XIX – XX əsrin əvvəllərində Almaniyanın xalq təsərrüfatı” ( 1923) adlı əsərlərində kapitalizmin yaranması mərhələsinə təkamül metodu ilə yanaşaraq onun inkişafının üç mərhələdən ( fərdi, keçid və sosial) keçdiyini əsaslandırmışdır. Alman tarixşünaslığının nümayəndələrindən biri olan Karl Marks ( 1818- 1883) “ Kapital”, “ Rusiyada kəndlilərin azad edilməsi haaqqında”, ” Hindistanda Britaniya hökmdarlığı” və s. əsərlərini geniş tarixi-iqtisadi material əsasında yazmışdır. K. Marks iqtisadi tərəqqinin ictimai inkişafın əsas hərəkətverici qüvvəsi sayaraq cəmiyyətin üst qurumunda baş verən dəyişiklikləri iqtisadi bazisdə meydana gələn dəyişikliklərin zəruri nəticəsi hesab edirdi. Ancaq K. Marksın heç də bütün konseptual baxışları yeni deyildi. O, mədəni təkamülün mərhələləri haqda ideyanı L. Morqandan götürərək inkişaf etdirmişdir.

4. Dünya iqtisadi tarixinin dövrləşməsi problemləri.

Böyük amerikan iqtisadçısı və sosioloqu Josef Şumpeter ( 1883- 1950)

“ Kapitalizm, sosializm, demokratiya”, “ İqtisadi təhlil tarixi” və b. fundamental araşdırmalarında iqtisadi dövrlər haqqında dinamik konsepsiyanı irəli sürmüşdür. Xüsusi sahibkarlıq kapitalizminin tədricən iqtisadi sistemə çevrilməsi bu sistemin inkişafı üçün dövlət tənzimlənməsinin zəruriliyi haqda ilk elmi proqnozda məhz Şumpeterə məxsusdur. İkinci dünya müharibəsindən sonra tarixi inkişafın gedişi bu ideyanın düzgünlüyünü təsdiq etmişdir.

Rus və sovet tarixşünaslığında İ.M. Ştraerman, V. İ. Kuzişin və b. antik dövrü, A.D. Udalsov, S. D. Skazkin , E. A. Kosminski orta əsrlər tarixini, V. F. Semyonov, İngiltərənin, V. İ. Peterburq İtaliyanın yeni tarixini araşdırmışlar. V. T. Çuntulov və V. Q. Sarıçevin redaktəsi ilə çaptan çıxmış “ Kapitalist ölkələrinin iqtisadi tarixi”, dərsliklərinin elmi əhəmiyyətini azaltmadan qeyd olunmalıdır ki, ümumiyyətlə 90- cı illərin əvvəlinədək sovet iqtisadi tarix elmi ideoloji sifarişlə yazılmış və dünya elmindən tədric olunmuşdur. Ancaq son dövrlərdə aparılan araşdırmalarda iqtisadi tarix elminin başlıca problemlərinə yeni düşüncə tərzi ilə yanaşılmışdır. Bu baxımdan V. İ. Qoluboviçin ümumi redaktəsi ilə 1997- ci ildə çapdan çıxmış “ Xarici ölkələrin iqtisadi tarixi” ( mühazirələr kursu) kitabı xüsusilə qiymətlidir.

İqtisadi tarix fənni üçün ən vacib məsələlərdən biri də düzgün elmi dövrləşdirmə aparılmasıdır. Hazırda elmdə bu məsələyə iki cür yanaşma mövcuddur: 1) formasiyalar üzrə( xətti), 2) sivilizasiyalar üzrə ( dövri) dövrləşdirmə.

Dünya tarixinin formasiyalar üzrə dövrləşdirilməsi K. Marksın beşpilləli bölgü sxeminə əsaslanaraq tarix haqda fatalist təsəvvürdən irəli gəlir və bu, tarixin aşağı ictimai formaların ali formalar tərəfindən bir xətt boyu əvəz olunması prosesi kimi dərk edilməsidir. Ancaq Marksın müəyyənləşdirdiyi antik , feodal və burjua formasiyalarını tarixdən silmək mümkün olmadığı kimi, bütün ümumdünya tarixini bu sxemə sığışdırmaq da mümkün deyildir.

Sivilizasiyalar üzrə dövrləşdirmələrdə isə əsas diqqət hər hansı ölkəyə deyil, bu və ya digər cəmiyyətə, onun maddi , ideya, mədəni, dini , əxlaqi keyfiyyətlərinə yönəldilir. Bu yanaşmanın əsas meyarı liberal demokratik dəyərlərə və elmi- texniki inkişaf səviyyəsinə malik olan qərb sivilizasiyasıdır. Hazırda hamı tərəfindən qəbul edilən dövrləşdirmə belədir: qədim tarix( e. ə. 100 min il- b. e. V əsri), orta əsrlər( V- XV əsrlər), yeni tarix( XVI-XX əsrin əvvəlləri), ən yeni tarix ( 1914- cü ildən bizim günlərimizədək).

Bu dövrləşdirməni iqtisadi- tarix elminə tətbiq edərkən eyni zamanda K. Marksın cəmiyyətin formasiyalar üzrə bölgüsündən də istifadə olunur. Belə ki, iqtisadi tarixin qədim dövrü öyrənilərkən istehsalın ibtidai icma və quldarlıq üsullarına diqqət yetirilir; orta əsrlər dövründə feodal istehsal üsulundakı dəyişikliklərdən danışılır. Yeni tarixdə isə kapitalist istehsal üsulunun yaranması, təşəkkülü və inkişafı prosesi öyrənilir.

XX əsrdə birinci və ikinci dünya müharibəsi kimi iki qlobal hadisə kapitalizmin inkişafına böyük təsir göstərmişdir. Birinci dünya müharibəsindən sonra əksər ölkələrdə milli valyutaların mövqeyi və bankların hegemonluğu güclənmiş və ölkələr arasında ticarət maneələri artmış, Asiya və Afrika xalqları müstəmləkə zülmündən qurtulmaq üçün uğurla azadlıq mübarizəsinə başlamışlar. 1929- 1933- cü illər dünya iqtisadi böhranı əksər ölkələrdə dövlətin iqtisadi sahəyə qarışması siyasətinə son qoymuşdur. II dünya müharibəsindən sonra ölkədə iqtisadiyyata əsaslı vəsait qoyuluşları görünməmiş dərəcədə artmış, elmi- texniki tərəqqi güclənmiş, Avropa iqtisadi və siyasi baxımdan dirçəlmiş və Yaponiya dünyanın iqtisadi mərkəzlərindən birinə çevrilmişdir. ABŞ və Qərbi Avropa ölkələrində iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi prosesi güclənmiş, gəlirlərin yenidən bölüşdürülməsi mexanizmi tətbiq edilmiş və böhrana qarşı məqsədyönlü siyasət həyata keçirilmişdir. Nəticədə kapitalist təsərrüfat mexanizmi rəqabətə qabil, sosial yönümlü və tənzimlənən bir sistemə çevrilmişdir.

Mövzu 2: Qədim dünya iqtisadiyyatının təsərrüfat formaları və sahə quruluşu. ( 2 saat)

1. İbtidai icma cəmiyyətinin təsərrüfatı.

2. Quldarlığın inkişaf variantları.

3. Qədim Asiyada iqtisadi ideyalar.

4. Qədim Yunan dövlətinin iqtisadi quruluşu.

5. Qədim Romada iqtisadi inkişafın əsas mərhələləri.

1. İbtidai icma cəmiyyətinin təsərrüfatı.

Dünya xalqlarının keçdiyi ibtidai icma quruluşu böyük tarixi dövrü əhatə edir. Demək olar ki, dünyanın bütün xalqları ibtidai icma quruluşunu keçmişlər. Əmək alətlərinin hazırlanmasına görə bəşər tarixi adətən daş, tunc və dəmir dövrlərə bölünür. İbtidai icma istehsal üsulu xronoloji cəhətdən əsasən daş dövrü ilə üst- üstə düşür. Daş dövrü 3 mərhələyə bölünür:

  1. qədim daş dövrü ( paleolit) – 2,5 milyon – 12 min il dundan əvvəl;
  2. orta daş dövrü( mezolit) – e. ə. XII- VIII minilliklər;
  3. yeni daş dövrü( neolit) – e. ə. VIII- VI minilliklər.

İbtidai icma dövründə iqtisadiyyatın mühüm sahələri olan kənd təsərrüfatı və sənətkarlıq yaranmış və inkişaf etmişdir. Bu sahələr uzun müddət bəşər cəmiyyətində əsas istehsal sahələri olmuşdur.

İbtidai icma quruluşunun təsərrüfat sistemi aşağıdakı əsas əlamətləri ilə xarakterikdir: məhsuldar qüvvələrin həddindən artıq aşağı səviyyəsi; kollektiv əmək; istehsal vasitələri üzərində icma mülkiyyəti; istehsal olunan məhsulun bərabər şəkildə bölüşdürülməsi; insanların təbiətdən həddindən çox asılılığı.

İbtidai icma cəmiyyətində təsərrüfatın iki əsas tipi mövcud olmuşdur:

  1. mənimsəmə təsərrüfatı;
  2. istehsal təsərrüfatı.

Buzlaşma dövrünün qurtarmasından sonra orta daş dövründə ( b. e. ə. XII- VIII minilliklər) insan həyatı üçün daha əlverişli təbii şərait yarandı. Mezolit dövründə ox və kamandan istifadə ovçuluğun genişlənməsinə imkan verdi. İnsanlar vəhşi heyvanlarla yanaşı quşları da ovlamağa başladırlar ki, bu da onların qida təminatını yaxşılaşdırdı.

Əmək alətlərinin təkmilləşməsi və müxtəlif təsərrüfat fəaliyyətinin yaranması ilə ibtidai icma təsərrüfatında əmək bölgüsü meydana çıxmağa başlayırdı: kişilər ovçuluqla, qocalar əmək alətləri hazırlamaqla, qadınlar yığıcılıq və kollektiv ev təsərrüfatı ilə məşğul olurdular.

Təsərrüfatın inkişafı ilə əlaqədar daha çevik və möhkəm ictimai təşkilat lazım gəlirdi. Bu növ təşkilat ibtidai qan qohumluğuna əsaslanan qəbilə birliyi oldu. Birgə təsərrüfatla məşğul olan və qan qohumluğuna görə birləşmiş bir neçə qəbilədən ibarət tayfa yaranmışdı. Tayfa öz nəzarəti altında olan ərazidəki bütün heyvanların, bitkilərin, xammal ehtiyatlarının sahibi idi.

Qəbilə icmasında xüsusi mülkiyyət olmayıb, kollektiv əmək və məhsulun bərabər bölüşdürülməsi mövcud idi. İlk əvvəl nəsil ana xətti ilə getdiyinə, ibtidai təsərrüfatda və ailədə qadınların üstün roluna görə ana xaqanlığı dövrü mövcud olmuş və bu, eneolitə( mis- daş dövrü) qədər davam etmişdir. Qəbilə icması ibtidai cəmiyyətin daha böyük, sabit və davamlı ictimai forması idi.

Neolit dövründə əkinçilik və maldarlığın inkişafı təkrar istehsal üçün şərait yaratmışdı. İlk dəfə ovçuluq və yığıcılıqdan maldarlıq və əkinşiliyə Nil, Qanq, Yantsızı çaylarının vadilərində, Ön Asiyada, Orta Asiyanın cənib hissəsində, Mərkəzi və Cənubi Amerikada yaşayan tayfalar keçmişlər.

Dünyada əkinçiliyin ilk ocaqları e. ə. X- VI minilliklərdə Tailandda, e. ə. VIII- VI minilliklərdə Hindçində, VI- V minilliklərdə İran və Orta Asiyada, e. ə. V- IV minilliklərdə Nil çayı vadisində, IV- I minilliklərdə İndoneziya, Çin, Mərkəzi Amerika və Peruda yaranmışdı.

Əkinçilik və maldarlığa keçid prosesi uzun sürmüşdür.Məsələn, Avropanın cənub- şərqində istehsal təsərrüfatı e. ə. VII- VI minilliklərdə, şimalında isə IV minilliyin ortalarında meydana çıxmışdır. Əkinçilik və maldarlıq təsərrüfatının inkişafı dərinləşdikdə cəmiyyətdə birinci böyük ictimai əmək bölgüsü baş vermiş, maldarlıq əkinçilikdən ayrılmışdır. Əkinçilik və maldarlıqdan ibarət yeni təsərrüfat sisteminə keçidlə ibtidai cəmiyyətdə ilk əvvəl qida, yemək problemi həll edilmişdir.

Metal dövründə ibtidai təsərrüfatda müxtəlif növ alətlərin istifadəsinə başlanıldı. Mis və tuncdan istifadə edilməsi nəticəsində təsərrüfat həyatında baş verən dəyişikliklər sosial münasibətlərə də böyük təsir göstərildi- ana xaqanlığından ata xaqanlığından keçid baş verdi. Maldarlığın, əkinçiliyin və sənətkarlığın inkişafı kişi əməyini zəruri edirdi.

E. ə. IV minilliklə Ön Asiya və Hindistanda metaləritmə sobalarından istifadəyə başlanması metal alətlərin yaranmasına səbəb oldu. Metal alətlər daş alətlərə nisbətən daha davamlı olurdu. Ata xaqanlığının sonuncu mərhələsində daha məhsuldar olan dəmir alətlərdən istifadəyə keçildi. İlk dəfə dəmir əridilməsinə Qədim Şərqdə- Misirdə və Mesopotamiyada b. e. ə. II minilliyin başlanğıcında, Avropada isə B. e. ə. I minilliyin əvvəllərində başlanılmışdır.

Metaldan, xüsusilə dəmirdən istifadə əmək alətləri hazırlanmasında böyük zəhmət tələb edirdi. Dəmir alətləri yalnız mütəxəssislər düzəldə bilirdi. Ona görə də bu sahə əkinçilikdən ayrılaraq müstəqil sahə kimi inkişaf etməyə başladı.

Sənətkarlığın ayrıca bir sahə kimi inkişafı cəmiyyətdə böyük ictimai əmək bölgüsünə səbəb oldu: sənətkarlıq kənd təsərrüfatından ayrıldı; natural formada mal mübadiləsi inkişaf edərək, tədricən əmtəə istehsalına keçildi. Bu ictimai əmək bölgüsü isə şəhərlərin yaranmasına səbəb oldu.

İbtidai icma quruluşunun- istehsal – texniki bazasının təkmilləşməsi, xüsusilə metal əmək alətlərinin meydana gəlməsi ciddi sosial- iqtisadi nəticələrə gətirib çıxartdı.

Əkinçiliyin maldarlıqdan ayrılması, sənətkarlığın inkişafı, dulusçuluq, toxuculuq, metaldan əmək aləti və silah hazırlanması bu və ya digər təsərrüfat sahəsində ixtisaslaşmış ictimai qruplar arasında mal mübadiləsi üçün zəmin yaratmışdı. Ayrı- ayrı icma üzvüləri arasında mal mübadiləsi meydana gələrək tədricən inkişaf edirdi. Mal mübadiləsi icma rəhbərləri başçılıq edirdilər. Tayfa ağsaqqalları və başçıları ilk vaxtlar mübadilədə icmanın mənafeyini müdafiə edirdilərsə, sonralar özlərinin şəxsi varlanmalarına əsas götürürdülər. Ayrı- ayrı tayfalarda ilk vaxtlar əsas mübadilə ekvivalenti kimi mal qaradan istifadə edilirdi. Metaldan istifadəyə başlanılandan sonra metaldan hazırlanmış qiymətli məhsullar “ ibtidai pul” rolunu oynayırdı.

  1. qan qohumluğuna, birgə təsərrüfata və torpaq sahibliyinə və istifadəyə əsaslanan qəbilə;
  2. əkin sahələrinin böyük ailələr arasında bölüşdürüldüyü əkinçi icması;
  3. digər təsərrüfat vasitələri( otaqlar, meşə və s. ) üzərində kollektiv mülkiyyətçilik saxlanılmaqla əkilən torpaq payları üzərində kiçik ailələrin fərdi mülkiyyətçiliyin hökm sürdüyü marka və ya qonşuluq icması.

Əkinçiliyə keçilməsi, icmanın dağılması və xüsusi mülkiyyətin əhatə dairəsinin genişlənməsi əmlak və ictimai bərabərsizliyin və dövlətin meydana gəlməsinə şərait yaratdı.

Comments are closed, but trackbacks and pingbacks are open.