Press "Enter" to skip to content

Dünya iQTİsadiyyati anlayişI

BİM – Dovletler, regional qruplar , transmilli kopaerasyalar ve dunya tesrftinin , diger subyektleri arsnda olan iqtisadi munasibtlerdir.bura valyuta ticaret istehsal daxildir.

dÜnya İqtİsadİyyati · dÜnya İqtİsadİyyati “the world economy: geography, business.

DÜNYA İQTİSADİYYATI DÜNYA İQTİSADİYYATI “ “ THE THE WORLD ECONOMY: WORLD ECONOMY: Geography, Business, Development” Geography, Business, Development” Frederick P. Stutz, Barney Warf Frederick P. Stutz, Barney Warf Sixth Edition, Pearson, 2012 Sixth Edition, Pearson, 2012 III Mövzu – Dünya əhalisi və onun III Mövzu – Dünya əhalisi və onun inkişaf xüsusiyyətləri inkişaf xüsusiyyətləri

Post on 30-Dec-2019

Documents

  • DÜNYA İQTİSADİYYATIDÜNYA İQTİSADİYYATI ““THE THE WORLD ECONOMY: WORLD ECONOMY: Geography, Business, Development”Geography, Business, Development” Frederick P. Stutz, Barney WarfFrederick P. Stutz, Barney WarfSixth Edition, Pearson, 2012Sixth Edition, Pearson, 2012 III Mövzu – Dünya əhalisi və onun III Mövzu – Dünya əhalisi və onun inkişaf xüsusiyyətləriinkişaf xüsusiyyətləri
  • HAZHAZIRLADILAR:IRLADILAR: Elşən BağırzadəElşən Bağırzadəiqtisad üzrə fəlsəfə doktoru, dosent Əhliman AbbasovƏhliman Abbasoviqtisad üzrə magistr, müəllim Azərbaycan Dövlət İqtisad Universiteti“Beynəlxalq iqtisadiyyat” kafedrası
  • III BÖLMƏNİN MƏQSƏDLƏRİIII BÖLMƏNİN MƏQSƏDLƏRİ• Əhalinin dünya üzrə paylanmasını təsvir etmək; • Əhali dəyişikliyinin iqtisadi səbəb və nəticələrini şərh etmək; • Maltusun nəzəriyyəsinin arqumentlərini, onun yetərsiz tərəflərini şərh etmək; • Əhalinin başlıca demoqrafik və iqtisadi xarakteristikasını şərh etmək; • Demoqrafik Keçid nəzəriyyəsini izah etmək; • “Uşaq bumu”nu və onun təsirlərini müzakirə etmək; • İqtisadi miqrasiyanı anlatmaq.
  • SƏNAYE İNQİLABINDAN SONRA ƏHALİNİN YÜKSƏK SƏNAYE İNQİLABINDAN SONRA ƏHALİNİN YÜKSƏK SÜRƏTLƏ ARTIMI MÜŞAHİDƏ OLUNMUŞDURSÜRƏTLƏ ARTIMI MÜŞAHİDƏ OLUNMUŞDUR
  • ƏHALİ SIXLIĞIƏHALİ SIXLIĞI
  • QLOBAL ƏHALİ KARTOQRAMIQLOBAL ƏHALİ KARTOQRAMI
  • DÜNYANIN ƏN ÇOX ƏHALİ YAŞAYAN 10 ÖLKƏSİDÜNYANIN ƏN ÇOX ƏHALİ YAŞAYAN 10 ÖLKƏSİ
  • ZAMAN VƏ MƏKAN ÜZRƏ ƏHALİ ARTIMI – 1ZAMAN VƏ MƏKAN ÜZRƏ ƏHALİ ARTIMI – 1• Dünya əhali artımı sürəti getdikcə zəifləyir. • Qlobal əhali artımı hər il təxminən 80 mln. nəfər olur. • Artımın əsas hissəsi inkişaf etməkdə olan ölkərin payına düşür. • Bəzi ölkələrdə əhalinin azalması baş verir (Rusiya, Şərqi Avropa, Yaponiya). • Əhali sayında dəyişikliyə təsir edən amillər– Əhali sayının dəyişməsi = Doğulanlar – Ölənlər + Emiqrasiya – İmiqrasiya və ya– ∆P = BR – DR + I – O
  • ZAMAN VƏ MƏKAN ÜZRƏ ƏHALİ ARTIMI -2ZAMAN VƏ MƏKAN ÜZRƏ ƏHALİ ARTIMI -2• Təbii artım səviyyəsiTəbii artım səviyyəsi – NGR = BR – DR • Xalis miqrasiya səviyyəsiXalis miqrasiya səviyyəsi– NMR = I – O • Beləliklə,– ∆P = NGR + NMR • Doğum səviyyəsiDoğum səviyyəsi – bir ildə hər 1000 nəfərə düşən doğulanların sayı • Ölüm səviyyəsiÖlüm səviyyəsi – bir ildə hər 1000 nəfərə düşən ölənlərin sayı
  • MALTUSÇU NƏZƏRİYYƏMALTUSÇU NƏZƏRİYYƏ• Əhalinin həndəsi silsilə ilə artdığını fərz edir. • Azalan marjinal məhsuldarlıq prinsipini nəzərə alaraq ərzaq istehsalının isə ədədi silsilə ilə artdığını fərz edir (ya da ədədi silsilədən də az). İste hsal Ədədi silsilə Azalan marjinal məhsuldarlıq nəzərə alınmaqla istehsal həcmi Xammal
  • Tomas Robert MaltusTomas Robert Maltus. Hədsiz əhali artımı ideyasını ortaya atan nüfuzlu nəzəriyyəçi olmuşdur. Onun ərzaq məhsulalrı və demoqrafik artımla bağlı pessimis baxışları ilk siyasi iqtisadçıların çoğunun üzərində təsir yaratmışdır. Onun yaratdığı bu disiplini çox vaxt “üzüntü elmi” adlandırırdılar.
  • MALTUSUN GÖZLƏNTİLƏRİ VƏ REALLIQMALTUSUN GÖZLƏNTİLƏRİ VƏ REALLIQ• Maltus: – Sənaye İnqilabının ərzaq məhsulları istehsalında məhsuldarlığı artıracağını hesaba almamışdı. – Yeni torpaqların dövriyyəyə daxil olacağını nəzərə almamışdı (xüsusilə Yeni Dünyada). – Doğum səviyyəsinin düşəcəyini hesaba almamışdı.
  • NEO-MALTUSÇULARNEO-MALTUSÇULAR: ROMA KLUBU V: ROMA KLUBU VƏ Ə ““İQTİSADİ ARTIMIN LİMİTLƏRİİQTİSADİ ARTIMIN LİMİTLƏRİ”” Roma Klubu kimi Neo-Maltusçular dünya iqtisadiyyatı, əhali artımı və resurslardan istifadə ilə bağlı kompüter modellərindən istifadə etməklə 1960-cı illərdə Maltusun arqumentlərini yenidən gündəmə gətirdilər. Onlar öz təhlillərinə ekosistemləri daxil etdilər və uzun dövr üçün bunu proqnozlaşdırdılar. Onların bu proqnozları hələ də öz əhəmiyyətini qoruyur. Maltusdan fərqli olaraq Neo-Maltusçular doğumun nəzarət altına alınmasını təklif edirlər.
  • Banqladeşdə qatarlar qələbəlik olur. Bura dünyanın doğum səviyyəsi ən yüksək olan ölkələrindən biridir. Yüksək əhali sıxlığı və ərazi azlığı yoxsulluq və aclığın davam etməsini şərtləndirir.
  • DEMOQRAFİK KEÇİD NƏZƏRİYYƏSİDEMOQRAFİK KEÇİD NƏZƏRİYYƏSİ• Qərbi Avropa və Şimali Amerika tarixinə əsaslanır.
  • DEMOQRAFİK KEÇİD NƏZƏRİYYƏSİNDƏ DEMOQRAFİK KEÇİD NƏZƏRİYYƏSİNDƏ MƏRHƏLƏLƏRMƏRHƏLƏLƏR • Sənayeləşmədən öncəki cəmiyyətdən modern cəmiyyətə keçiddə inkişaf etmiş ölkələrdə aşağıdakı demokqrafik dəyişmə mərhələləri baş vermişdir: – 1-ci mərhələ: Sənayeləşmədən öncəki cəmiyyət yüksək və qeyri-stabil doğum və ölüm səviyyəsi, əhali artımının aşağı səviyyəsi, uşaqların çoxluğu və aşağı ömür müddəti ilə xarakterizə olunur. – 2-ci mərhələ: İlkin sənaye cəmiyyəti yüksək doğum səviyyəsi, azalan ölüm səviyyəsi, yüksək əhali artımı ilə xarakterizə olunur – 3-cü mərhələ: Yetkin sənaye cəmiyyəti aşağı ölüm səviyyəsi, azalan doğum səviyyəsi, yüksək əhali artımı ilə səciyyələnir. – 4-cü mərhələ: Post-sənaye cəmiyyəti aşağı doğum və ölüm səviyyəsi, aşağı əhali artımı ilə səciyyələnir.
  • İnkişaf etməkdə olan dünyanın hər yerində uşaq əməyindən istifadə olunur və bu, həmin ölkələrdə yüksək doğum səviyyəsini şərtləndirir.
  • DOĞUM SƏVİYYƏSİNİN COĞRAFİYASIDOĞUM SƏVİYYƏSİNİN COĞRAFİYASI• İqtisadi inkişaf səviyyəsi ilə sıx bağlıdır.
  • 18 YAŞDAN AŞAĞI ƏHALİ FAİZİ
  • DÜNYANIN ƏN TƏHLÜKƏLİ İNFEKSİYALI DÜNYANIN ƏN TƏHLÜKƏLİ İNFEKSİYALI XƏSTƏLİKLƏRİXƏSTƏLİKLƏRİ
  • ABŞ ƏHALİ ARTIMI XƏRİTƏSİABŞ ƏHALİ ARTIMI XƏRİTƏSİ
  • 2007-2009-CU İLLƏRDƏ ABŞ-DA DOĞUM 2007-2009-CU İLLƏRDƏ ABŞ-DA DOĞUM SƏVİYYƏSİNDƏKİ DƏYİŞİKLİKSƏVİYYƏSİNDƏKİ DƏYİŞİKLİK
  • ÖLÜM SƏVİYYƏSİ XƏRİTƏSİÖLÜM SƏVİYYƏSİ XƏRİTƏSİDemoqrafik Keçid nəzəriyyəsi üçün sübut?
  • ÖMÜR MÜDDƏTİ GÖZLƏNTİSİNİN ÖMÜR MÜDDƏTİ GÖZLƏNTİSİNİN DÜNYA XƏRİTƏSİDÜNYA XƏRİTƏSİ
  • ÜŞAQ ÖLÜMÜ SƏVİYYƏSİNİN XƏRİTƏSİÜŞAQ ÖLÜMÜ SƏVİYYƏSİNİN XƏRİTƏSİ
  • ÖLÜM SƏBƏBLƏRİNİN DƏYİŞMƏSİÖLÜM SƏBƏBLƏRİNİN DƏYİŞMƏSİ• 1-ci mərhələ: Zəif səhiyyə sistemi. • 2-ci mərhələ: Daha yaxşı qidalanma və səhiyyə sistemi nəticəsində uşaq ölümü səviyyəsinin azalması. • 3-cü mərhələ: 2-ci mərhələ ilə oxşardır • 4-cü mərhələ: İnfeksiyalı xəstəliklərdən ölümlərin azalması, davranış və həyat tərzi seçiməri səbəbindən ölümlərin artması.
  • ƏHALİ ARTIMI VƏ GƏLİRLƏRƏHALİ ARTIMI VƏ GƏLİRLƏR
  • TƏBİİ ARTIM SƏVİYYƏSİNİN COĞRAFİYASITƏBİİ ARTIM SƏVİYYƏSİNİN COĞRAFİYASI
  • ƏHALİ ARTIMI SƏVİYYƏSİNİN AZALMASIƏHALİ ARTIMI SƏVİYYƏSİNİN AZALMASI
  • “İqtisadi Artımın Limitləri”ndəkinə bənzər nəticələr
  • İNKIŞAF ETMƏKDƏ OLAN ÖLKƏLƏRDƏ YÜKSƏK ƏHALİ ARTIMI SƏVİYYƏSİNİN DOĞURDUĞU NƏTİCƏLƏR • Torpaqların həddindən artıq becərilməsi, torpaq eroziyası, torpağın məhsuldarlığının azalması; • Çayların və digər su resurslarının çirklənməsi, balıqçılığın zəifləməsi, sellənmə; • Heyvan növlərinin azalması, meşələrin qırılması, iqlim dəyişkiliyi; • Miqrasiya, inkişaf etmiş ölkələrdə immiqrasiya problemlərinin yaranması; • Yolxucu xəstəliklərin geniş yayılması; • Brokonyerlik, korrupsiya, narkotik alveri problemlərinin geniş yayılması.
  • Gələcək Əhali SəviyyəsiArtım səviyyəsiindiki kimi qalır Artım səviyyəsiazalır
  • DEMOQRAFİK KEÇİD NƏZƏRİYYƏSİNİN MALTUS DEMOQRAFİK KEÇİD NƏZƏRİYYƏSİNİN MALTUS NƏZƏRİYYƏSİNDƏN FƏRQLİ CƏHƏTLƏRİNƏZƏRİYYƏSİNDƏN FƏRQLİ CƏHƏTLƏRİ • Əhali artımı sosial şərtlərlə müəyyənləşən fenomendir. • Əhali yüksək formada artmır, doğum və ölüm səviyyəsi azaldıqca aşağı artım səviyyəsi formalaşır. • Ancaq dünyada 7 milyarddan artıq əhali olsa da hələ də yüksək mütləq artım (ildə 80 milyon nəfər) müşahidə olunur. • Ümumi artım səviyyəsi zəif inkişaf etmiş ölkələrdəki yüksək artım səviyyəsindən asılıdır.
  • 1900-2100-ci illər arasında dünya əhalisinin mütləq artımı
  • DEMOQRAFİK KEÇİD NƏZƏRİYYƏSİNƏ DEMOQRAFİK KEÇİD NƏZƏRİYYƏSİNƏ TƏNQİDİ YANAŞMALARTƏNQİDİ YANAŞMALAR • Qərb cəmiyyətlərini (Avropa, Şimali Amerika, Yaponiya) əsas alır. • Zəif inkişaf etmiş ölkələrdə artım səviyyəsinin düşəcəyini qeyd edir. • Hətta artım səviyyəsinin dramatik azalmasının müşahidə olunacağını qeyd edir. • Ancaq bu ölkələrin 2 və 3-cü mərhələlərdən 4-cü mərhələyə nə zaman keçəcəyini müəyyənləşdirmək olmur.
  • Zəif inkişaf etmiş ölkələrdə mütləq əhli artımı yüksək olmuşdur və bu davam edəcəkdir. Yoxsul ölkələrin əksinə olaraq, Birinci Dünyada əhalinin təbii artım səviyyəsi aşağı, bəzən isə mənfidir.
  • Dünya əhalisinin gələcək sayı doğum səviyyəsindəki dəyişmədən asılıdır.Əgər mövcud doğum səviyyəsi davam edərsə, 2050-ci ildə dünya əhalisi 10 milyarddan çox olacaqdır.
  • ƏHALİNİN STRUKTURUƏHALİNİN STRUKTURU • Əhalinin yaş strukturu – ölkənin inkişaf səviyyəsinin göstəricisi. • Yaş sturkturu və ictimai xidmətlərə (təhsil, səhiyyə və s.) olan tələb arasındakı əlaqə. • Əhali piramidası əhalinin yaş və gender strukturunun göstəricisi kimi.
  • ƏHALİNİN YAŞ PİRAMİDASIƏHALİNİN YAŞ PİRAMİDASI
  • KABO VERDE – YÜKSƏK DOĞUM SƏVİYYƏSİ, AŞAĞI KABO VERDE – YÜKSƏK DOĞUM SƏVİYYƏSİ, AŞAĞI ÖLÜM SƏVİYYƏSİ, YÜKSƏK TƏBİİ ARTIMÖLÜM SƏVİYYƏSİ, YÜKSƏK TƏBİİ ARTIM
  • ÇİLİ- AZALAN ÖLÜM SƏVİYYƏSİ, ÇİLİ- AZALAN ÖLÜM SƏVİYYƏSİ, AZALAN TƏBİİ ARTIM SƏVİYYƏSİAZALAN TƏBİİ ARTIM SƏVİYYƏSİ
  • DANİMARKA – AŞAĞI DOĞUM VƏ ÖLÜM DANİMARKA – AŞAĞI DOĞUM VƏ ÖLÜM SƏVİYYƏSİ, AŞAĞI TƏBİİ ARTIM SƏVİYYƏSİSƏVİYYƏSİ, AŞAĞI TƏBİİ ARTIM SƏVİYYƏSİ
  • VAŞİNQTON ŞTATI ƏHALİ PİRAMİDASIVAŞİNQTON ŞTATI ƏHALİ PİRAMİDASI Population PyramidWA State, 2000 US Census 6% 4% 2% 0% 2% 4% 6% 0 – 45 – 9 10 – 1415 – 19 20 – 2425 – 2930 – 3435 – 3940 – 4445 – 4950 – 5455 – 5960 – 6465 – 6970 – 7475 – 7980 – 84 85 + Males Females İnkişaf etmiş bölgələrə xas olan, 50-54 şkalasınaqədər nisbətən bərabər paylaşım Qadınların kişilərdəndaha yüksək faizi
  • KÖRPƏ BUMU VƏ ONUN NƏTİCƏLƏRİKÖRPƏ BUMU VƏ ONUN NƏTİCƏLƏRİ • ABŞ-da 1960-cı illərdə 90 milyon əhali əmək bazarında sıxlıq yaratdı. • Bu işçi selinin sahibkarlığın inkişafına və yeni məhsullara tələbin yaranmasına səbəb olduğu da deyilir. • Ötən əsrdə baş verən körpə bumunun sosial müdafiə xidmətləri üzərindəki təsiri isə tədricən hiss edilməyə başlanacaq. • Miqrasiya siyasətinin sərtləşməsi.
  • MİQRASİYAMİQRASİYA • Daimi yaşayış yerinin dəyişdirilməsidir. • Miqrasiyanın motivləri: daxili və xarici faktorlar • Miqrasiya motivləri təkcə iqtisadi yox, həm də sosial və ekoloji ola bilər. • Hərəkətin miqyası: yerli, regionlararası, beynəlxalq; məcburi yaxud könüllü miqrasiya. • Tarixi məcburi miqrasiya: məs. Afrika qul ticarəti; 2-ci dünya müharibəsində Yəhudi köçü; hazırda Afrikada vətəndaş müharibəsinin doğurduğu köçlər.
  • MIQRASİYANIN EKONOMİKSİMIQRASİYANIN EKONOMİKSİ: SAMUELSON MODEL: SAMUELSON MODELİİ Tarazlıq nöqtəsi – Əmək haqqları arasındakıfərqin regionlar arasındanəqliyyat xərclərinə bərabərolduğu nöqtə
  • ABŞ-a MİQRASİYA AXINLARIABŞ-a MİQRASİYA AXINLARIMüharibə dövrləri və 19-cu əsrin sonrlarında oxşar göstəricilər Tamamilə müxtəlif mənbələr
  • QLOBAL MİQRANT AXINLARIQLOBAL MİQRANT AXINLARI Aşağı gəlirliökələrdən yüksək gəlirli ölkələrə olanaxın aydın sezilir: Samuelson modeli üçünnümunə?
  • MİQRASİYA AXINLARI – MEKSİKADAN ABŞ-aMİQRASİYA AXINLARI – MEKSİKADAN ABŞ-a
  • Sərhəddin müxtəlif yerlərindən milyonlarla qeyri-leqal miqrant Meksikadan ABŞ-a doğru hərəkət edir.
  • • Əmək haqqı səviyyələrindəki fərqliliklər Samuelson modelinə yol açır. • Avropa, Asiya və Amerika arasındakı mədəni fərqliliklər. Qlobal Tibout prosesi. • Tənzimləmələrin təsiri – ABŞ-da 11 sentyabr sonrası. • Tarixi yaş seçiciliyi. • Miqrasiyanın təsirləri: sosial gərginliklər; Avropada qonaq işçi proqramları; miqrantların rifah yüksəlişi.
  • ÖLKƏLƏR ÜÇÜN XALİS MİQRASİYA SƏVİYYƏSİÖLKƏLƏR ÜÇÜN XALİS MİQRASİYA SƏVİYYƏSİ
  • LATIN AMERİKASINDAN ABŞ-a MİQRASİYALATIN AMERİKASINDAN ABŞ-a MİQRASİYA
  • AVROPAYA VƏ AVROPA DAXİLİNDƏ MİQRASİYAAVROPAYA VƏ AVROPA DAXİLİNDƏ MİQRASİYA
  • VƏTƏNDAŞ VƏTƏNDAŞ QARŞIDURMALARINDAN QARŞIDURMALARINDAN DOĞAN MİQRASİYADOĞAN MİQRASİYA
  • ABŞ-da DAXİLİ MİQRASİYAABŞ-da DAXİLİ MİQRASİYA
  • XÜLASƏXÜLASƏ • Müxtəlif ərazilərdə müxtəlif dövrlərdə baş verən Sənaye İnqilabının əhali səviyyəsi üzərində yüksək təsiri olub. • Əhali artımının Maltusçu nəzəriyyəsi öz yerini tədricən demoqrafik keçid modelinə vermişdir. • Əhalinin köçü gəlir səviyyəsindəki fərqliliklərdən, ətraf mühit və siyasi məsələlərdən təsirlənir.
  • ƏSAS ANLAYIŞLARƏSAS ANLAYIŞLAR• körpə bumu (baby boom) • doğum səviyyəsi (birth rate) • ölüm səviyyəsi (death rate) • demoqrafik keçid (demographic transition) • azalan marjinal məhsuldarlıq (diminishing marginal returns) • ikiqat zaman (doubling time) • uşaq ölümü səviyyəsi (infant mortality rate) • iş qüvvəsi (labor force) • əmək miqrasiyası nəzəriyyəsi (labor migration theory) • İqtisadi Artımın Limitləri (Limits to Growth) • Maltusçululuq (Malthusianism) • miqrasiya (migration) • təbii artım səviyyəsi (natural growth rate – NGR) • mənfi əhali artımı (negative population growth) • Neo-maltusçuluq (neo-Malthusianism) • xalis miqrasiya səviyyəsi (net migration rate – NMR) • əhali sıxlığı (population density) • əhali pramidası (population pyramid) • təkanverici və çəkici amillər (push-and-pull factors) • məcmu doğum səviyyəsi (total fertility rate) • sıfır əhali artımı (zero population growth – ZPG)
  • MÜZAKİRƏ ÜÇÜN SUALLARMÜZAKİRƏ ÜÇÜN SUALLAR1. Dünya əhalisinin coğrafi bölgüsünü qısa şərh edin.2. Əhalinin mütləq artımı və ölüm səviyyəsini açıqlayın.3. Əhali artımının 4 başlıca komponentinin riyazi açıqlaması nədir?4. Nə üçün Maltus gələcəklə bağlı pessimist olmuşdur?5. Neo-Maltusçuluğun Maltusçuluqdan fərqli və oxşar cəhətləri hansılardır?6. Demoqrafik keçidin 4 başlıca mərhələsi hansıdır? Hər birinə nümunə göstərin.7. Məcmu doğum səviyyəsinin dünya xəritəsi nəyi izah edir?8. Ölüm səviyyəsini yalnız doktorlar azaldırmı?9. ABŞ-da ölümlərin başlıca səbəbləri hansılardır?10. Nə üçün ən yoxsul ölkələr əhalisi ən sürətlə artan ölkələrdir?11. Əhali pramidası nədir və inkişaf etmiş ölkələrdə əhali pramidası inkişaf etməkdə olan ölkələrdəkindən necə fərqlənir?12. Beynəlxalq miqrasiyanın başlıca səbəblərini göstərin.13. Beynəlxalq miqrasiyanın bəzi nəticələri hansılardır?14. XXI əsrdə harada əhali daha çox artacaq və nə üçün?15. ABŞ-da immiqrasiyanın 2 ən üzün dövrü nə vaxt olmuşdur? Slide 1Slide 2Slide 3Slide 4Slide 5Slide 6Slide 7Slide 8Slide 9Slide 10Slide 11Slide 12Slide 13Slide 14Slide 15Slide 16Slide 17Slide 18Slide 19Slide 20Slide 21Slide 22Slide 23Slide 24Slide 25Slide 26Slide 27Slide 28Slide 29Slide 30Slide 31Slide 32Slide 33Slide 34Slide 35Slide 36Slide 37Slide 38Slide 39Slide 40Slide 41Slide 42Slide 43Slide 44Slide 45Slide 46Slide 47Slide 48Slide 49Slide 50Slide 51Slide 52Slide 53Slide 54Slide 55Slide 56Slide 57Slide 58Slide 59Slide 60Slide 61Slide 62Slide 63Slide 64Slide 65Slide 66Slide 67Slide 68Slide 69Slide 70

Dünya iQTİsadiyyati anlayişI

Dunya iqtisadiyyati beynaxlaq iqtis munsabtleri sisetemi vasitsle beynaxalq emek bolgusunun esasinda dunya olkelerinin milli iqtisadytalarini birlesidrien cox seviyyeli qlobal teseruffatcilqi sistemidir.

Beynaxalq iqtisadiyyat anlayisi dunya iqtisadiyyatindan ferqli olaraq, dunya iqtisd ozu deyil beynaxlaq istidad miunsbtlerin nezeriyyesi daha dogrusu iqtisd nezrynin bir hissesidir

BİM – Dovletler, regional qruplar , transmilli kopaerasyalar ve dunya tesrftinin , diger subyektleri arsnda olan iqtisadi munasibtlerdir.bura valyuta ticaret istehsal daxildir.

Dunya iqtisadiyyati elminin tedqitay obyekti milli teserrufat bazasina esaslanan dunya iqtisytandan ibaretdir, bu elmin predmetdi dunya iqtsidyatini teskil eden milli qitisadi sistemlerin mecmusundan ibaret olur, butun iqtisadi proslerin , qarsilqli elaqe ve asliliqlarin tesrfat subyektlerinin qanuna uygun fealiyetjnu eks etdirir bu elmin predmenti , dunya tesrfati proslerijin iqtaodai inkisaf meyillerinin onlarin qarsliqli elaqe ve asilliqlarin bu prosesde qanuna uygub ve dinamik olmasib nezeri inikasinin eksidir.

Dunya iqtisadi barede nezeri muddealer Ve ya nezeriyyee nezeri iqtsidin tekrib hissesidir. Burada ayri ayri olkler arasnda yaranan boyuk inteqrsiya birliklerin ticaret elaqeleri , maliyye munasibetleri , istehsal amilelrin herketi, tesrfat subyektlerinin , qarsliqli faeliyyeti, ve s prosesler milli cercivedenn , beynaxalaq miqyasa yukselir, ve beyxaqll munsabtleri eks etdirir.

Dy elminjn predmeti BİM in Predmentine daha yaxindir cunku her iki elm sahesi , dunya olkelri ve dunya sisetemlri sahesnde yaranan qarsliqli elaqe ve asliliqlara munsavtkere esaslanir, bununlan yanaso biz dunya iqtisdytina milli iqtisadi sistwmlerin murekkeb bir mecmusu kimi baxdigmz halda beyxalq iqtsid munsbtler anlaysna baska cur yansrq. BİM butovlukde Dİ nin ve onun ayri ayri unsurlerini fealyti proseinde bas veren , qaralqi elaqe ve asliqlari oyrenir. Daha dogrusu burada ayri ayri dovletler arsndaki elmi twxniki istehsalin idare edilmesi kommersiya valyuta malliye ve pul kredit elaqelri, elecede beynaxlq teskilatlarin , fealiyyeti BİM in predmtibi teksil edir. Onuda qeyd etneliyikki , mueyyen menada dunya tesrfati , ozluynde BİM nezeryyisenin obyektidir.BİM in predmetinde trans milli koperasyalrda, boyuk ehemiyyeyte malikdir. Dunya iqtsiybdin vahid sekilde formalasminb ise BİM in musteqil bir iqtisadi sistem kimj inkisafina yol acmisdir ,belelikle BİM dubyabqitisdytjn inskisafinin ilkin serti terkib hissesi ve neticesi hesab edilir.

Dunya iqtisadiyyatin oyrneilmesi, nezeri iqtisdda olduqu kimi elmi abstruraksiya telim ve sintez mentiq ve tarix, induksiya(yoneltme) ve deduksiya(hasil etme) induksiya ve deduksiya dialektkk materialk metdodlara esaslanjr , dunha iktisdin oyrenlmesi metidolgiyanjn en umumi dialktik prinsplerime esaslanir ve nezeri muddealrla isiqlanir. Bu prinspler asaqdakilardir, obyektivlik, sistemlilik, ardicilliq, tarjxilik, mentiqilik, ziddiywtlilik, inkar etmek, qarsilqli elaqe ve qarsilqli tesir, nisbi sabitlik varislik, zeruratin qarsisi alinmazdir, idrakin mucerdeen konkrwte , sadeden murekkebe , asandan cetine, adiden adiye yukselmesi ve .s.

Dünya ölkələri təbii, maddi, iqtisadi ehtiyatlarına görə biri-birindən fərqlənirlər. Bununla yanaşı, coğrafi mövqeyinə görə, iqlim şərtlərinə görə, əmək ehtiyatlarına görə biri-birini təkrarlamırlar. Dünyanın hər bir ölkəsində iqtisadi potensial müxtəlifdir və bu fərq daim nəzərə çarpacaq şəkildə inkişaf edir. Dünya iqtisadiyyatının subyekti kimi ayrı-ayrı dövlətlərlə ərazi əmək bölgüsü və beynəlxalq əmək bölgüsü obyektiv zərurət kimi istehsal-təsərrüfat fəaliyyətini bir-birindən nə qədər ayırıb təcridləşdirsə də, onların qarşılıqlı asılılığını bir o qədər gücləndirir. Bu baxımdan dünya ölkələrinin müstəqil iqtisadiyyatlarının öyrənilməsi zərurəti meydana gəlir. “Dünya İqtisadiyyatı”nın öyrənilməsi dünya ölkələrinin iqtisadiyyatının inkişaf xüsusiyyətləri, qlobal iqtisadi problemlərin məzmunu və həlli yolları, dünya iqtisadiyyatının müxtəlif səviyyələr üçün daha çox xarakterik olan iqtisadi inkişaf perspektivləri və ziddiyətləri haqqında lazımi biliklər əldə etməyə imkan yaradır. Müasir dövrdə dövlətlərarası münasibətlərdə iqtisadiyyat başlıca rola malikdir. İqtisadiyyatın başlıca rola malik olması ilə əlaqədar olaraq dünya ölkələri haqqında iqtisadi biliklərin 5 öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən milli iqtisadi sistemlərin dünya təsərrüfatı sisteminə qovuşması onun dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi kimi fəaliyyət göstərməsini tələb edir.Bu baxımdan dünya iqtisadiyyatının müasir problemlərinin öyrənilməsinə böyük ehtiyac vardır. Dünya iqtisadiyyatının həm bu, həm də daha mürəkkəb və ziddiyətli inkişaf dinamikası haqqında elmi biliklər əldə etmək xüsusilə vacib məsələlərdəndir. Təqdim olunan “dünya iqtisadiyyatı” fənni üzrə dərs vəsaiti məhz bu vəzifələrin yerinə yetirilməsini təmin etməklə tələbələrə dünya ölkələrinin iqtisadiyyatını özündə birləşdirən və beynəlxalq iqtisadi əlaqələrlə bir-birinə bağlı olan tam bir sistem kimi dünya iqtisadiyyatı haqqında nəzəri biliklər əldə etməyə kömək edəcəkdir. Kitabda dünya iqtisadiyyatının mahiyyəti, yaranması və formalaşması, dünya iqtisadiyyatında istehsalın beynəlmiləlləşməsi, dünyada mövcud olan təbii ehtiyatlar, dünya maliyyə münasibətləri, ABŞ, Rusiya, Çin Xalq Respublikası, İnkişaf etmiş sənaye ölkələri, inkişaf etməkdə olan ölkələr, yeni sənaye olkələri, zəif inkişaf etmiş ölkələrin iqtisadiyyatı konkret şərh olunmuşdur. Kitabda həmçinin Azərbaycanın sosial-iqtisadi inkişaf dinamikası, aparıcı iqtisadi sahələrinin xüsusiyyətləri, ölkəmizin dünya təsərrüfatı 6 sisteminə inteqrasiyası, dünya iqtisadiyyatında mövqeyi və gələcək perspektivləri də öz əksini tapmışdır.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2023
rəhbərliyinə müraciət

Dünya iqtisadiyyatının mahiyyəti və inkişaf mərhələləri

Müasir dövrdə dünyada geniş vüsət alan qloballaşma prosesi, təsərrüfat həyatının beynəlmiləlləşməsi, beynəlxalq əmək bölgüsünün dərinləşməsi milli iqtisadiyyatların dünya təsərrüfat münasibətlərinə daha sıx qoşulmasına səbəb olur və ölkələr arasında qarşılıqlı əlaqə və asılılıqları daha da gücləndirir. Dünyada heç bir ölkə beynəlxalq əmək bölgüsündə (BƏB) fəal iştirak etmədən, beynəlxalq iqtisadi münasibətlər (BİM) sisteminə qoşulmadan öz normal inkişafını təmin edə bilməz. Qeyd etmək kifayətdir ki, dünya istehsalının 20%-dən çoxunu təmin edən ABŞ kimi supergüc polada olan daxili tələbatın 20%-ni, geyim üzrə 1/3-ni, videotexnika üzrə 100%-ni idxal hesabına ödəyir. Təcrübə göstərir ki, müxtəlif ölkələrdə avtarkiyaya meyl (şəxsi qüvvələrə arxalanma) milli strukturların inkişafdan qalmasına və əhalinin yoxsullaşmasına səbəb olur. Misal üçün Şimali Koreyanı və Kubanı göstərmək olar. Səmərəli coğrafi mövqeyə və əlverişli təbii resurslara malik olan bu ölkələr iqtisadi inkişaf səviyyəsinə görə ölkələrin siyahısında axırıncı yerlərdədirlər.
Təbii ki, bu proses birmənalı deyil. İqtisadiyyatın beynəlmiləlləşməsi ilə yanaşı milli iqtisadiyyatın da inkişafı vacibdir. Bu isə ayrı-ayrı ölkələrin maraqları arasında arasıkəsilməz ziddiyyətlərin meydana gəlməsinə gətirib çıxarır.
Milli iqtisadiyyatlar arasında reallaşan müasir BİM-in xüsusiyyətlərinin öyrənilməsi ilk növbədə BİM-in nəzəriyyə və praktikasının əsas anlayışlarından olan “Dünya iqtisadiyyatının” və ya “Dünya təsərrüfatının” mahiyyətinin dərk olunmasını, onun təşəkkül tarixinə və inkişaf mərhələlərinə nəzər yetirilməsini tələb edir.
Dünya təsərrüfatı – qarşılıqlı əlaqə və asılılıqda olan, BƏB və BİM sisteminə qoşulmuş milli iqtisadiyyatların məcmusudur. Burada söhbət milli iqtisadiyyatların sadəcə mexaniki cəmindən getmir. Məhz beynəlxalq əmək bölgüsü və kooperasiyası və BİM sisteminə qoşularaq qarşılıqlı əlaqə və asılılıqda olan milli təsərrüfatların vəhdəti dünya iqtisadiyyatını təşkil edir. Dünya təsərrüfatı çox sürətlə dəyişən dinamik bir sistemdir və bu qlobal sistem iki alt sistemin vəhdətini təşkil edir: milli iqtisadiyyatlar və onları bütöv sistemlə əlaqələndirən BİM. Beləliklə, dünya təsərrüfatı daim hərəkdə olan, inkişaf edən beynəlxalq əlaqələrə və mürəkkəb qarşılıqlı təsirlərə malik, bazar iqtisadiyyatının obyektiv qanunları əsasında fəaliyyət göstərən milli iqtisadiyyatların məcmusudur. Bu məcmu əsasında həddən artıq ziddiyyətli, bununla yanaşı, az və ya çox dərəcədə vahid dünya iqtisadi sistemi formalaşır.
Dünya iqtisadiyyatının mühüm tərkib hissəsi kimi beynəlxalq əmək bölgüsü və beynəlxalq valyuta-kredit və maliyyə münasibətləri əsasında təşəkkül tapan dünya bazarı çıxış edir. Mal və xidmətlərin mübadiləsi sistemini təşkil edən dünya bazarı XVIII əsrin sonlarında ölkələr arasında ticarətin artması və beynəlxalq ticarət dövriyyəsinə bütün yeni dövlət və ərazilərin qoşulması nəticəsində formalaşmışdır.
Özünün formalaşması və inkişafında dünya təsərrüfatı uzun və mürəkkəb yol keçmişdir. Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatının formalaşması və inkişafı prosesi BİM-in təkamülü ilə sıx əlaqədardır. BİM dünya təsərrüfatının təşəkkülündən xeyli əvvəl meydana gəlmiş və onun formalaşmasında mühüm rol oynamışdır. Burada dünya təsərrüfatının formalaşması dedikdə, yalnız ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının sadəcə cəmindən ibarət olan dünya təsərrüfatı deyil, dünya bazarının yaranması və inkişafı nəticəsində meydana gələn yeni iqtisadi reallığa uyğun dünya təsərrüfatı nəzərdə tutulur. Tədricən dünya ölkələri arasında BİM-in genişlənməsi və inkişafı dünya təsərrüfatını formalaşdırır və inkişaf etdirir. Beləliklə, dünya təsərrüfatının mövcudluq və inkişaf forması kimi BİM, onun reallaşma mexanizmi çıxış edir. Dünya iqtisadiyyatının inkişafı prosesində bu kifayət qədər əsaslı əks olunur.
Bir çox tədqiqatçılar dünya təsərrüfatının meydana gəlməsini hələ Qədim Roma dövrünə aid edirlər. Onlar hesab edirlər ki, Roma imperiyası o dövrün ümumdünya təsərrüfatı sistemini təşkil etmişdir. Roma imperiyası dövründə beynəlxalq bazarların fəaliyyətini tənzimləyən qanunların mövcudluğu quldarlıq cəmiyyətində beynəlxalq ticarətin mövcud olduğunu deməyə əsas verir. Ümumiyyətlə, beynəlxalq ticarət milli iqtisadiyyatın beynəlmiləlləşməsinin tarixi və məntiqi baxımdan ilkin formasıdır. Feodalizm dövründə də əmtəələrin beynəlxalq mübadiləsi həyata keçirilmişdir. Digər alimlər isə dünya təsərrüfatının fəaliyyətini XV-XVI əsrlərdə Böyük coğrafi kəşflərlə əlaqələndirirlər. Naməlum ölkə və qitələrin kəşfi, yeni nəqliyyat növlərinin inkişafı ilə ticarət yollarının qurulması ölkələr arasında ticarət münasibətlərinin inkişafına və müstəmləkəçiliyin meydana gəlməsinə səbəb oldu. Gəmiçiliyin inkişafı qitələr arasında iqtisadi əlaqələrin formalaşmasına imkan yaratdı və müstəmləkələr Avropa ölkələrinin təsərrüfat periferiyalarına (əyalət) çevrilərək beynəlxalq mübadilənin inkişafında mühüm rol oynadı. Amerikada qızıl və gümüş mədənlərinin tapılması, Hindistana dəziz yolunun kəşfi dünya bazarının formalaşması üçün şərait yaratdı.
Beləliklə,dünya təsərrüfatının meydana gəlməsinin birinci mərhələsi (XVI-XIX əsrlər) əsasən müstəmləkə malları ilə beynəlxalq ticarətin sürətli inkişafı ilə xarakterizə olunur. Ancaq bu mərhələdə dünya təsərrüfatı ölkələr arasında xarici ticarət münasibətlərinin məcmusu kimi başa düşülür və beynəlxalq əmtəə dövriyyəsi və ticarət kapitalının tətbiqi sferası ilə məhdudlaşırdı.
Ümumiyyətlə, kapitalizmə qədərki ictimai-iqtisadi sistemdə natural təsərrüfat şəraitində istehsal olunmuş malların az hissəsi (qiymətli parçalar, qızıl və gümüşdən bər-bəzək əşyaları, ədviyyələr, bəzi mineral xammal növləri və s.) beynəlxalq mübadilədə iştirak edirdi.
Feodalizmin dağılması, natural təsərrüfatdan əmtəə istehsalına keçid əsasında kapitalist münasibətlərinin meydana gəlməsi beynəlxalq ticarətin inkişafına təkan verdi.
Müasir dünya təsərrüfatı inhisarçı kapitalizm mərhələsində kapitalist münasibətlərinin inkişafı ilə əlaqədar sənaye çevrilişindən sonra meydana gəlmişdir.
Dünya təsərrüfatının inkişafının ikinci mərhələsi (1870-1913-cü illər) hər şeydən əvvəl Qərbi Avropada sənaye çevrilişinin baş verməsi, istehsal vasitələrinin inkişafı nəticəsində istehsalın beynəlmiləlləşməsi ilə xarakterizə olunur. Ancaq ticarət dövriyyəsinin artım templəri əvvəlki 50 ilə nisbətən daha zəif idi. Ölkələrin zəifləmiş ticarət inteqrasiyası bir çox digər beynəlmiləlləşmə tendensiyaları ilə konpensasiya edilirdi.
Bu mərhələdə əmək bazarlarının beynəlmiləlləşməsi yüksək ölçülərə çatmışdı. 1870-ci ildən 1913-cü ilə kimi 36 milyon insan Avropanı tərk etmiş, eyni zamanda onlarda 2/3-si ABŞ-a köçmüşdür. Asiyada regionun digər ölkələrinə hərəkət edən çinli və hindistanlı emiqrantların sayı Avropadakı emiqrasiya prosesinin miqyaslarını ötüb keçmişdir.
Həmçinin kapitalın beynəlxalq hərəkəti də bu dövrlərdə artmışdı. 1914-cü ildə uzunmüddətli xarici investisiyaların ümumi həcmi 44 milyard dollara çatdı. Bu prosesdə Böyük Britaniya, Fransa və Almaniya daha aktiv iştirak edirdi. Demək olar ki, kapitalın hərəkətinə formal məhdudiyyətlər yox idi. Qiymətli kağızların (istiqrazlar və səhmlər) millətlərarası mülkiyyət dərəcəsi (dövlət və xüsusi istiqraz və səhmlər daxil olmaqla) olduqca yüksək səviyyəyə çatdı. 1913-cü ildə Londonda satılan qiymətli kağızlardan 59%-ni xarici qiymətli kağızlar təşkil etmişdir.
Bu mərhələ həmçinin birbaşa xarici investisiyalar (BXİ) vasitəsilə beynəlxalq istehsalın artımı mərhələsidir. 1914-cü ildə dünyada xarici investisiyaların 1/3-nü təşkil edən BXİ-ın həcmi 14 milyard dollara çatdı. BXİ-ın əsas ixracatçıları Böyük Britaniya (45%), ABŞ (20%), əsas idxalatçıları ABŞ, Latın Amerikasının inkişaf etməkdə olan ölkələri (İEOÖ), Çin və Avropanın daha az inkişaf etmiş ölkələri idi. 1914-cü ildə BXİ-ın əsas axını inkişaf etmiş ölkələrdə (İEÖ) cəmləşmişdir.
Bu mərhələdə dünya təsərrüfatının kapitalist istehsal üsulu əsasında təkamülü inkişaf etmiş sənaye ölkələri arasında və İEÖ-lə müstəmləkələr arasında beynəlxalq iqtisadi münasibətlərinin məcmunu təşki edir.
Dünya təsərrüfatının inkişafı prosesində üçüncü mərhələ birinci dünya müharibəsinin başlanması və ikinci dünya müharibəsinin bitməsi arasındakı müddəti əhatə edir. Geniş planda bu mərhələ dünya təsərrüfat münasibətlərində əvvəlki 40 ildə əldə olunmuş bir çox nailiyyətlərin itirilməsi ilə xaraktertizə edilir. 1920-ci ildən sonra əksər ölkələrin sürətli inkişafına baxmayaraq, beynəlxalq maliyyə sistemindəki qeyri-sabitlik, dünyada geniş vüsət alan iqtisadi böhran əmtəə və kapital ixracının artım templərini aşağı saldı və dünya iqtisadiyyatının inkişafında böhran dövrü kimi xarakterizə olundu.
1917-ci ildə baş verən çevriliş Rusiyanı dünya təsərrüfat sferasından çıxartdı. Beləliklə, dünya təsərrüfatı dünya kapitalist təsərrüfatı və dünya sosialist təsərrüfatı olaraq iki hissəyə bölündü. Bu proses nəticəsində elmi ədəbiyyata “Ümumdünya təsərrüfatı” anlayışı daxil oldu.
Dünya iqtisadiyyatının inkişafında dördüncü mərhələ ikinci dünya müharibəsinin bitməsi ilə 90-cı illərə qədər olan mərhələnin əhatə edir. Bu mərhələ BİM-in yenidən qurulması və ya xarici iqtisadi əlaqələrdə əvvəllər pozulmuş beynəlxalq iqtisadi intizamın bərpa olunması, malların, xidmətlərin və istehsal amillərinin ölkələr arasında hərəkətinin artması mərhələsi kimi xaraktertizə edilə bilər.
Dünya iqtisadiyyatının bu mərhələdə inkişafı beş əsas amilin təsiri ilə müəyyən edilir: yüksək və sabit iqtisadi artım; iqtisadi fəaliyyət və əmək məhsuldarlığının artırılması sahəsində ölkələrin yaxınlaşması və birləşməsində güclü tendensiya; xarici ticarət siyasətinin liberallaşdırılması; intensiv elmi-texniki tərəqqi; imperializmin müstəmləkə sisteminin dağılması.
İEOÖ dünya təsərrüfatına cəlb olunur, onu əmələ gətirən bloklar – dünya kapitalist və dünya sosialist təsərrüfatları arasında beynəlxalq iqtisadi münasibətlər fəallaşır; onlar arasında dünya təsərrüfat əlaqələri qaydaya salınır. Milli iqtisadiyyatlar dünya təsərrüfat dövriyyəsinə daha çox cəlb edilir və ondan daha çox asılı olur, xüsusən də, inteqrasiya birlikləri çərçivəsində; dünya təsərrüfat əlaqələrini tənzimləyən beynəlxalq təşkilatlar sistemi yaradılır; beynəlxalq korporasiyaların fəaliyyəti genişlənir.
Dünya iqtisadiyyatı öz inkişafının bu mərhələsində beynəlxalq iqtisadi münasibətlərin və beynəlxalq əmək bölgüsünə cəlb olunmuş, beynəlxalq mübadilədə iştirak edən və ondan asılı olan milli təsərrüfatların məcmusunu təşkil edir. Beynəlxalq iqtisadi münasibətlər sistemində dünya kapitalist təsərrüfatı ölkələri əsas rol oynayır.
Dünya təsərrüfatının inkişafının beşinci müasir mərhələsinin başlanğıcı 90-cı illərin əvvəllərindən hesab edilir. Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatında vahid ümumi birliyin xüsusiyyətləri məhz bu mərhələdə əldə olunmağa başlamışdır. Onun inkişafının əsas faktorları kimi SSRİ-nin dağılması və Mərkəzi və Şərqi Avropanın keçmiş sosialist ölkələrinin bazar iqtisadiyyatı əsasında inkişafa keçməsi, dünyada inteqrasiya proseslərinin inkişafı, həmçinin dünya təsərrüfatının subyekti kimi beynəlxalq korporasiyaların rolunun artması çıxış edir.

İstifadə olunmuş ədəbiyyat

1. Авдокушин Е.Ф. Международные экономические отношения. – Москва: ИКЦ «Маркетинг», 2001
2. Международные экономические отношения / под редакцией В.Е.Рыбалкина. – Москва: ЮНИТИ, 2003
3. Пузакова Е.П. Международные экономические отношения. – Ростов-на-Дону: ИЦ «МарТ», 2000
4. Киреев А. Международная экономика. – Москва: Международные отношения, 1997, Ч. 1.
5. Хасбулатов Р.И.. Мировая экономика. – Москва: «Экономика», 2001, Т I

  • Teqlər:
  • dünya iqtisadiyyatı
  • , beynəlxalq iqtisadi münasibətlər

Comments are closed, but trackbacks and pingbacks are open.