Dünya iqtisadiyyatının müasir problemlri
ABŞ-ın Yel və Kolumbiya universitetləri hər il birgə hazırladıqları ekoloji göstəricilər indeksini çap edirlər. Ekoloji indeks 100 ballı şkala ilə müəyyən edilir və bu zaman 100 ən yüksək, 0 isə ən aşağı nəticə hesab edilir. İndeks ətraf mühitlə bağlı olaraq əhalinin sağlamlığının və ölkənin ekosisteminin yaşarlılığının qiymətləndirilməsini özündə əks etdirən 25 meyar əsasında müəyyən edilir. Ekoloji indeks tərtib edilərkən suyun, havanın, meşələrin vəziyyəti, kənd təsərrüfatı işlərinin aparılması praktikası, bioloji müxtəlifliyin qorunub saxlanılması, iqlim dəyişikliyinə qarşı tədbirlərin görülməsi və s. sahələrdə həyata keçirilən dövlət siyasəti və bir sıra digər meyarlar nəzərə alınır.
İqtisadiyyatın mənası
The iqtisadiyyat bir mal və xidmətlərin çıxarılması, istehsalı, mübadiləsi, paylanması və istehlakı proseslərini öyrənən sosial elm. Məcazi mənada iqtisadiyyat, qayda və xərclərin tənzimlənməsi deməkdir; qənaət.
İqtisadiyyat sözü Latın dilindən gəlir iqtisadiyyatvə bu da Yunan οἰκο termsομία’dan (oikonomy) gəlir; Yunan dilinin οἶκος (oíkos) ‘ev’, νόμος (nómos), ‘norm’ mənalarını verən birləşməsindən qaynaqlanır.
İqtisadiyyat konsepsiyası cəmiyyətlərin qıt mənbələrdən dəyəri olan mallar istehsal etmək üçün necə istifadə etdiklərini və malları fərdlər arasında necə bölüşdürdükləri anlayışını əhatə edir.
Resursların qıtlığı, maddi ehtiyatların məhdud olduğu və insanın istək və ehtiyaclarının məhdud və doymaz olduğunu nəzərə alaraq sonsuz miqdarda mal istehsal etmək mümkün olmadığı fikrini irəli sürür.
Resurslar əslində kifayətdir, lakin rəhbərlik hazırda səhv edir. Qandi bir dəfə demişdi: “Yer üzündə hamının ehtiyacını ödəmək üçün kifayətdir, bəzilərinin xəsisliyini təmin etmək üçün kifayət deyil.”
Bu prinsipə əsaslanaraq iqtisadiyyat, insan ehtiyacları ilə bu ehtiyacları ödəmək üçün mövcud mənbələr arasındakı əlaqə nəticəsində insan davranışlarını müşahidə edir.
İqtisad elmləri iqtisadi sistemlərin işini və iqtisadi agentlərlə əlaqələri izah etməyə çalışır (şirkətlər və ya şəxslər), mövcud problemləri əks etdirən və həll yolları təklif edən.
Beləliklə, əsas iqtisadi problemlərin araşdırılması və qərar qəbul edilməsi istehsal ilə bağlı dörd əsas suala əsaslanır: nə istehsal etməli? Nə vaxt istehsal etməliyik? Nə qədər istehsal etməliyik? Kimə istehsal etməliyik?
Qloballaşma və Dövrün 7 əsas xüsusiyyətinə də baxın.
Mikroiqtisadiyyat və makroiqtisadiyyat
İqtisadiyyatda iki sahə kökündən fərqlənir: mikroiqtisadiyyat və makroiqtisadiyyat. The mikroiqtisadiyyat iqtisadi agentlərin (şirkətlər, işçilər və istehlakçılar) fərdi qərarlarında müxtəlif davranış formalarını araşdırır makroiqtisadiyyat iqtisadiyyatı bütövlükdə və əlavə dəyişənlərlə (ümumi istehsal, inflyasiya səviyyələri, işsizlik, əmək haqqı və s.) müşahidə edərək mikroiqtisadi prosesləri təhlil edir.
Mikroiqtisadiyyat və Makroiqtisadiyyata da baxın.
Qarışıq iqtisadiyyat
Nə Qarışıq iqtisadiyyat İqtisadi sistem, dövlətin qoyduğu hədəflərə və sərhədlərə və sərbəst bazar iqtisadiyyatına tabe olan planlı və ya yönəldilmiş iqtisadiyyatın elementlərini birləşdirdiyi məlumdur. Eynilə bu, kapitalizmin xüsusi mülkiyyəti ilə sosializmin kollektiv mülkiyyətinin birgə yaşadığı iqtisadi modelin adıdır.
Siyasi iqtisadiyyat
Anlayışı siyasi iqtisadiyyat anın üç əsas sosial təbəqəsi: burjua, mülkədar və proletar arasında istehsal əlaqələrinə istinad etmək XVII əsrdə ortaya çıxdı.
Torpağın zənginliyin mənşəyi olduğuna görə iqtisadi fiziokratiya nəzəriyyəsindən fərqli olaraq, siyasi iqtisad, əslində dəyərin nəzəriyyəsinin əldə olunduğu dəyərin əsl mənbəyinin əmək olduğunu irəli sürdü.
Siyasi iqtisadiyyat konsepsiyası 19-cu əsrdə bir kənara qoyuldu, əvəzinə riyazi bir yanaşmaya üstünlük verən iqtisadiyyat anlayışı qoyuldu. Bu gün, siyasət iqtisadiyyatı termini fənlərarası tədqiqatlarda istifadə olunur, onun məqsədi siyasətin bazar davranışına necə təsir etdiyini təhlil etməkdir.
Su altında qalan iqtisadiyyat
Nə su altında qalan iqtisadiyyat qanuni və vergi nəzarəti xaricində həyata keçirilən bütün iqtisadi fəaliyyət məlumdur. Xəzinə elan olunmayan fəaliyyətlərdən, silah və ya narkotik ticarəti və ya çirkli pulların yuyulması kimi qanunsuz və cinayətkar iqtisadi fəaliyyətlərə qədər dəyişir. Qanun xaricində həyata keçirilən iqtisadi fəaliyyətlər olduqları üçün, Dövlətin maliyyə və ya statistik qeydlərində görünmür.
Qeyri-rəsmi iqtisadiyyat
The qeyri-rəsmi iqtisadiyyat Buraya vergilərdən və ya inzibati nəzarətdən yayınmaq üçün gizlədilən mal və xidmət mübadiləsi bütün iqtisadi fəaliyyətlər daxildir.Yeraltı iqtisadiyyat kimi, yeraltı iqtisadiyyatın bir hissəsidir. Qeyri-rəsmi iqtisadiyyatın bəzi ümumi nümunələri ev işləri və ya küçə satışlarıdır. Dünyanın bütün ölkələrində, az-çox dərəcədə, xəzinəyə ciddi iqtisadi ziyan vurmasına baxmayaraq, qeyri-rəsmi bir iqtisadiyyat mövcuddur.
Yeraltı iqtisadiyyat
Nə yeraltı iqtisadiyyatQara bazar olaraq da bilinən, gizli, ya da qeyri-qanuni bir şəkildə malların, məhsulların və ya xidmətlərin mübadiləsi ilə meydana gələn şey təyin olunur. Beləliklə, heç bir qanuni tənzimləməyə tabe deyil, bu səbəbdən hökumət tərəfindən bu cür effektlərin ticarəti üçün tətbiq edilmiş qiymətləri və ya qanuni müddəaları pozmağa meyllidir.
Dünya iqtisadiyyatının müasir problemlri
Müasir dövrün qlobal problemlərindən və təbii ki, KİV-in əsas mövzularından biri qlobal iqtisadi problemlər, planetar iqtisadi inteqrasiya məsələləridir. Bu nə ilə bağlıdır?
Müasir dünyada iqtisadi proseslərin bütün ictimai proseslərə, o cümlədən geosiyasi vəziyyətə güclü təsiri müşahidə olunmaqdadır. Bu onunla izah olunur ki, müasir dövrdə iqtisadiyyat beynəlxalq miqyasda qüvvələr bölgüsünə getdikcə daha çox təsir göstərə bilir. Bu onunla izah olunur ki, hazırda dünya nizamının qurulması həm dinc yolla, yəni müqavilələr və razılaşmalar yolu ilə əldə olunur, həm də müasir dövrdə potensial beynəlxalq ziddiyyətlər sırasında iqtisadi münaqişələr ilk yerlərdən birinə çıxır.
XX əsr bəşəriyyətə xeyli sayda həll olunmamış iqtisadi problemləri miras qoymuşdur. Bu gün Yer kürəsində hər 6 nəfərdən biri aclıq içindədir, hər 5 nəfərdən biri lazımi səviyyə də tibbi yardım almır, hər 4 nəfərdən biri savadsızdır, hər 3 nəfərdən biri ekoloji cəhətdən təhlükəli və texnogen şəraitdə yaşayır, hər 2 nəfərdən biri onun ətrafında baş verən transfarmasion poseslərə, xüsusilə də siyasi proseslərə həddən artıq biganədir.
İqtisadi problemlərin KİV-də işıqlandırılmasına bu sahədə islahatların aparılması mexanizmi də müəyyən təsir edir. Təhlillər göstərir ki, iqtisadi islahatlar bir neçə ardıcıl mərhələni əhatə edir. İlkin mərhələdə iqtisadiyyatın köklü surətdə dəyişdirilm əsi, milli valyutanın tətbiqi, qiymətlərin liberallaşdırılması, şəxsi mülkiyyətin legitimləşdirilməsi, milli öz əlləşdirmə proqramının hazırlanması və onun bütün sahələrdə icrası həyata keçirilir.
İkinci mərhələdə makroiqtisadi stabilləşmə, vergi, büdcə və bank sistemlərində, xarici iqtisadi fəaliyyət və gömrük sahələrində münasibətlərin tənzimlənməsi üçün adekvat qanunvericilik bazasının yaradılması, beynəlxalq kapitalın milli iqtisadiyyata cəlb edilməsi, bazar infrastrukturunun inkişafı üçün şəraitin yaradılması, büdcə kəsirinin azaldılması və s. istiqamətlərdə müvafiq işlər aparılır.
Üçüncü mərhələdə islahatların daha da dərinləşdirilməsi məqsədi ilə xüsusi proqram qəbul edilir. Bu dövrün fərqləndirici cizgiləri makroiqtisadi stabilləşmənin davam etdirilməsindən, inflyasiyanın azaldılmasından, istehsalın canlandırılmasından və iqtisadi artımın təmin edilməsindən ibarət olur.
Sonuncu mərhələ, yəni yaşadığımız günləri əhatə edən mərhələ dünyada baş verən maliyyə böhranı ilə (2008-2010- cu illər) əlaqədar iqtisadi vəziyyətin pisləşməsinə, mineral xammal ixracının azalmasına, əhalinin az təminatlı təbəqəsinə dövlət tərəfindən sosial yardımın göstərilməsinin çətinləşməsinə operativ cavab olaraq büdcənin yenidən nəzərdən keçirilməsi və büdcə istiqamətlərinin dəyişdirilməsi ilə xarakterizə olunur. Əlbəttə, bu mərhələdə hər bir ölkənin özünün inkişaf səviyyəsi, milli və transmilli oriyentirlərin nəzərə alınması xüsusi rol oynayır.
Müasir dövrdə bəşəriyyət insanların praktik fəaliyyətinin nəticəsi olan ciddi ekoloji böhranlarla qarşılaşmışdır. Bu problemlər keçmişdə lokal xarakter daşıyır və bütövlükdə bəşəriyyət üçün təhlükə yaratmırdı. Lakin, texnikanın və enerjidən istifadənin müasir səviyyəsi vəziyyəti köklü şəkildə dəyişmişdir və hazırda bu vəziyyət qlobal xarakter daşıyır.
Ətraf mühitin qorunması problemləri ilə məşğul olan mütəxəssislər qlobal ekoloji problemləri daha təhlükəli təzahür kimi qiymətləndirirlər. “Canlı planet -2010” (Müasir qlobal ekoloji problemləri özündə əks etdirən Ümumdünya Vəhşi Təbiət Fondu (WWF), London Zoologiya Cəmiyyəti və Global Footprint Network təşkilatının hər iki ildən bir birgə hazırlayıb dərc etdirdikləri hesabat) hesabatında göstərilir ki, əgər təbii resursların istehlakı indiki templə davam edərsə, 2030- cu ildə (2006-cı il üçün hesabatda 2050-ci il göstərilmişdi) bəşəriyyətə öz ehtiyaclarını ödəmək üçün daha bir planet lazım olacaq.
Ətraf mühitə ən çox ziyan vuran ölkələrin cərgəsində ilk yerləri ABŞ və Çin tutur. Bu iki ölkənin təbiətə vurduğu ziyan dünya üzrə vurulan ziyanın 40 %-ni təşkil edir. “Təbii resursların adambaşına istifadəsi” göstəricilərinə görə ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Danimarka, Belçika, Estoniya, Kanada, Avstraliya və İrlandiya öndə gedirlər.
ABŞ-ın Yel və Kolumbiya universitetləri hər il birgə hazırladıqları ekoloji göstəricilər indeksini çap edirlər. Ekoloji indeks 100 ballı şkala ilə müəyyən edilir və bu zaman 100 ən yüksək, 0 isə ən aşağı nəticə hesab edilir. İndeks ətraf mühitlə bağlı olaraq əhalinin sağlamlığının və ölkənin ekosisteminin yaşarlılığının qiymətləndirilməsini özündə əks etdirən 25 meyar əsasında müəyyən edilir. Ekoloji indeks tərtib edilərkən suyun, havanın, meşələrin vəziyyəti, kənd təsərrüfatı işlərinin aparılması praktikası, bioloji müxtəlifliyin qorunub saxlanılması, iqlim dəyişikliyinə qarşı tədbirlərin görülməsi və s. sahələrdə həyata keçirilən dövlət siyasəti və bir sıra digər meyarlar nəzərə alınır.
P.S Yazıda İlham Mazanlının “Jurnalistika və müasir dövrün qlobal problemləri” kitabından istinadlar vardır.
Gülnar Məmmədova
Azərbaycan Milli Elmlər Akademiyası
“Rəqəmsal iqtisadiyyatın müasir formalaşma və inkişafı problemləri” mövzusunda tədbir keçirilib
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin Elm gününə həsr olunmuş “Rəqəmsal iqtisadiyyatın müasir formalaşma və inkişafı problemləri” mövzusunda onlayn elmi seminarı keçirilib.
Seminarı giriş sözü ilə açan institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev bildirib ki, hazırda Azərbaycanda elmin təbliği və Elm günü ilə bağlı müxtəlif tədbirlər keçirilir. Elmin inkişafı ilə əlaqədar olaraq AMEA-nın perspektiv elmi-tədqiqat istiqamətləri qəbul olunub, müvafiq sahələrdə kadr və struktur islahatları aparılır. Elmin məhsuldar qüvvəyə çevrilməsi üçün səmərəli elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılması yolu ilə qeyri-neft sektorunun inkişafı həyata keçirilməlidir. Belə aktual istiqamətlərdən biri də məhsulların, müəssisələrin, texnologiyaların rəqəmsallaşdırılması, ümumilikdə rəqəmsal iqtisadiyyat sektorlarının daha da sürətli formalaşdırılması və inkişaf etdirilməsidir.
Sonra şöbənin böyük elmi işçisi Roza Şahverdiyeva məruzəni təqdim edərək rəqəmsal iqtisadiyyata mövcud yanaşmalar, onun formalaşması mərhələləri və xüsusiyyətləri, rəqəmsal iqtisadiyyatın dünya ölkələrində inkişaf tendensiyaları və Azərbaycan iqtisadiyyatının inkişafında İKT-nin tətbiqinin perspektiv istiqamətləri haqqında ətraflı məlumatı seminar iştirakçılarının diqqətinə çatdırıb.
Son zamanlar “Rəqəmsal iqtisadiyyat” termininin elmi ictimaiyyətdə, bir çox iqtisadi forumlarda və mətbuatda istifadə olunduğunu bildirən R.Şahverdiyeva dünya iqtisadiyyatında baş verən irəliləyişləri xarakterizə etmək üçün təklif olunmuş yeni terminin yaranma tarixindən söz açıb.
“Rəqəmsal iqtisadiyyatın bəzi əhəmiyyətli təsirlərini artıq indidən sadalamaq olar: Əhali və biznes getdikcə onlayn qarşılıqlı fəaliyyətə, xidmətə keçir, canlı əmək robotlaşdırılmış şəkildə həyata keçirilir, yeni növ malların, o cümlədən insan orqanlarının kompüterləşdirilmiş istehsalına daha çox diqqət yetirilir, Əşyaların İnterneti yaranır, yeni pul növləri formalaşır, “Rəqəmsal şəhər” ideyası reallığa çevrilir”, – deyə məruzəçi söyləyib. Rəqəmsal iqtisadiyyatın mahiyyəti və məzmunu ilə bağlı vahid yanaşmanın hələ mövcud olmadığını qeyd edən R.Şahverdiyeva bildirib ki, rəqəmsal iqtisadiyyat e-biznes və e-kommersiyanın e-məhsul və xidmətlər sistemi, İKT-dən istifadəyə əsaslanan iqtisadi münasibətlər sistemi, rəqəmsal texnologiyalara istinadla biznes modellərin, menecmentin və istehsal üsulunun məcmusu, idarəetmə proseslərinin avtomatlaşdırılmasına istinad edən dövlətin təsərrüfat fəaliyyətidir, obyekt və proseslərin, əmtəə, tələb, təklif, xidmətlər, müxtəlif idarəetmə modellərinin elektron məkana köçürülməsidir.
Daha sonra məruzəni şöbənin magistrantı Gülnarə Quliyeva davam etdirib. Rəqəmsal iqtisadiyyatın mənfi və müsbət xüsusiyyətlərindən bəhs edən G.Quliyeva qeyd etdi ki, vaxta qənaət, ticarət üçün xərclərin azaldılması, böyük fərdiləşdirmə, insanlar üçün evdə işləmək imkanı, daha çox əlverişli imkanların yaranması və inkişaf etməkdə olan dünya üçün faydaların artmasını onun üstünlüklərindən hesab etmək olar. Daha az ünsiyyətin olması, texnologiyadan ciddi asılılığın yaranması, məxfilik məsələlərinin azalması, ənənəvi iqtisadiyyat amillərinin iş yerlərində pozulma hallarının və potensial ekoloji xərclərin artması isə rəqəmsal iqtisadiyyatın çatışmazlıqlarındandır.
Onun sözlərinə görə, rəqəmsal iqtisadiyyatın məqsədi bütün sahələrdə rəqəmsal texnologiyaların sistemli tətbiqini və inkişafını təşkil etməkdir. Artıq bütün forumlarda, hətta Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda da IV Sənaye İnqilabına keçidin zəruriliyi qeyd olunur. Yaranmış şərait rəqəmsal texnologiyalara, onlayn tətbiqlərə ehtiyacın artmasını şərtləndirir. Bu da öz növbəsində, dünya ölkələrində dayanıqlı infrastrukturun qurulmasını vacib şərtlərdən biri edir.
G.Quliyeva bildirdi ki, hazırki dövrdə Azərbaycanın da əsas hədəfləri iqtisadiyyatın rəqəmsallaşması, rəqəmsal iqtisadiyyat quruculuğu, texnoloji müstəqilliyin və infrastruktur təhlükəsizliyinin təmin olunması ilə ölkənin rəqabət qabiliyyətinin yüksəldilməsidir. Rəqəmsal iqtisadiyyatın formalaşması prosesini izləmək üçün elektron ticarət dövriyyəsi, onlayn mağazaların və ticarət platformalarının, kompüter istifadə edən və İnternetə çıxışı olan istifadəçilərin sayı, əhalinin kompüter savadlılığı səviyyəsi və s. kimi göstəricilərdən istifadə olunur.
Rəqəmsal iqtisadiyyatın dünya ölkələrində inkişaf tendensiyaları, müvafiq sahədə beynəlxalq təcrübə və mövcud vəziyyət haqqında məlumat verən məruzəçi Azərbaycan iqtisadiyyatının formalaşmasında və inkişafında İKT-nin tətbiqi problemləri, perspektiv vəzifələri və istiqamətlərindən söz açıb. Qeyd edib ki, İKT dövlət strukturlarını, qeyri-dövlət və özəl təşkilatları, iqtisadi-sosial, elm-təhsil, ictimai-siyasi, mədəniyyət və s. sahələri əhatə etməkdədir. Azərbaycanda formalaşmaqda olan yeni iqtisadiyyatın baza sahəsi kimi İKT sferasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi işlənilmişdir. Məqsəd ölkədə müvafiq dövlət sektorunun səmərəli fəaliyyət göstərməsi, əhalinin sosial-iqtisadi rifah səviyyəsinin yüksəldilməsi, təhsilin, maliyyənin, ümumiyyətlə iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun sürətli inkişafı, ölkənin İKT sənayesinin potensialının daha da artırılmasıdır.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Məruzə ilə əlaqədar fikirlərini bölüşən Ə.Əliyev bildirib ki, İKT-nin inkişafı informasiyanın, yeni əlaqə vasitələrinin əlyetərliliyini, istehsal proseslərinin təşkilini və bir çox iqtisadi fəaliyyət növlərinin səmərəliliyinin artmasını təmin edir. İnkişaf etmiş ölkələrin təcrübəsi əsasında təsdiq etmək olar ki, səmərəli İKT infrastrukturunun yaradılması milli iqtisadiyyatın inkişafını, əlverişli biznes mühitin yaradılmasını, xarici investisiyaların ölkəyə cəlb olunmasını, işsizliyin aradan qaldırılmasını stimullaşdırır.
İKT-nin iqtisadi faktor kimi rolunun artması iqtisadiyyatdakı struktur dəyişiklikləri ilə bağlıdır. Bu dəyişikliklər iqtisadiyyatın sənaye sektorunda məşğul olanların payının azalması, informasiyanın yaradılması, emalı və istehlakı ilə bağlı sektorlarda işləyənlərin payının artması ilə xarakterikdir. Azərbaycanın regionları arasında, əsasən kənd yerlərində rəqəmsal fərq hələ də güclüdür. Məhz buna görə də İKT üzrə dövlət proqramında regionlarda İKT-nin inkişafına xüsusi diqqət yetirilir. Regionlarda İKT-nin geniş tətbiqi və elektron hökumətin formalaşdırılması, inkişaf etdirilməsində əsas məqsəd effektiv, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsi və yerli özünüidarəetmənin həyata keçirilməsidir.
“Aparılan araşdırmalar belə nəticəyə gəlməyə imkan verir ki, qabaqcıl ölkələrdə əsas inkişaf trendlərindən biri də rəqəmsal iqtisadiyyat sektorlarının inkişaf etdirilməsidir”, – deyə bildirən Ə.Əliyev baza hesab olunan İKT infrastrukturu və yüksək texnologiyalar sferalarının formalaşdırılması və müvafiq problemlərin həll edilməsinin zəruriliyini qeyd edib. Rəqəmsal iqtisadiyyatın ölkədə inkişafı ilə əlaqədar problemlərin həllinə elmi dəstək göstərilməsinin son dərəcə vacib olduğunu nəzərə çatdırıb.
Comments are closed, but trackbacks and pingbacks are open.