Dünya iqtisadiyyatı tarixi fəlakətlə üz-üzədir – 500 milyard dollar
Bir məqamı qeyd edək ki, virus artıq neftin qiymətinin aşağı düşməsinə səbəb olub. Belə ki, virusun yayılmasından sonra Çinin günlük tələbatı 260 min barrel azalıb və nəticədə qlobal bazarda neftin qiyməti 60 dollardan da aşağı düşüb.
Dünya iqtisadiyyatının tarixi
Çinin Uhan şəhərini cənginə alan və bir neçə ölkədə də yoluxma faktı qeydə alınan koronavirusla bağlı bütün dünyada həyəcan təbili çalınır.
“Ölkə.Az” baku.ws-ə istinadən xəbər verir ki, artıq Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi üçün qurumlara göstərişlər verilib.
Məsələ 1,3 milyard əhalisi olan Çin, 11 milyon əhalisi olan Uhan şəhərindən getdiyi üçün normal olaraq bütün dünya təhülkədədir. Dünya ticarət dövriyyəsinin ABŞ-la birlikdə əsas hissəsini əlində tutan Çindən hər gün onlarla ölkəyə təyyarə reysləri həyata keçirilir. Bu isə virusun yayılma radiusunun genişlənmə ehtimalını da artır. Məlumat üçün bildirək ki, Azərbaycan artıq martın 28-nə qədər Pekinə uçuşları dayandırıb.
Virus bütün dünyada yayılacağı təqdirdə planetimiz böyük fəlakətlə üz-üzə qala bilər. Heç şübhəsiz ki, bu fəlakətdən ən çox ziyan çəkəcək ölkə Çin olacaq. Çünki bir çox ölkə artıq Çinlə gediş-gəlişi müvəqqəti olaraq məhdudlaşdırıb. Bu isə Çinin birbaşa iqtisadiyyatına böyük zərbə vurur. Təkcə Çin deyil, bu ölkə ilə ticarət əlaqələri sayəsində milyardlarla gəlir qazanan ölkələrin də ticarətinə zərbə dəyə bilər.
Araşdırmaçıların hesablamalarına görə, virus bütün dünyada yayılarsa, dünya iqtisadiyyatına 500 milyard dollar ziyan dəyə bilər.
Xatırladaq ki, 2003-cü ildə yayılmış SARS virusuna görə, dünya iqtisadiyyatı 40 milyard dollar itirmişdi.
Bir məqamı qeyd edək ki, virus artıq neftin qiymətinin aşağı düşməsinə səbəb olub. Belə ki, virusun yayılmasından sonra Çinin günlük tələbatı 260 min barrel azalıb və nəticədə qlobal bazarda neftin qiyməti 60 dollardan da aşağı düşüb.
Qeyd edək ki, Uhan şəhəri ticarət və turizm baxımında ən önəmli şəhərlərdən biridir. Bir sıra qlobal şirkətlərin zavodları da bu şəhərdə yerləşir.
Dünya iqtisadiyyatı tarixi fəlakətlə üz-üzədir – 500 milyard dollar
Çinin Uhan şəhərini cənginə alan və bir neçə ölkədə də yoluxma faktı qeydə alınan koronavirusla bağlı bütün dünyada həyəcan təbili çalınır.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, artıq Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi üçün qurumlara göstərişlər verilib.
Məsələ 1,3 milyard əhalisi olan Çin, 11 milyon əhalisi olan Uhan şəhərindən getdiyi üçün normal olaraq bütün dünya təhülkədədir. Dünya ticarət dövriyyəsinin ABŞ-la birlikdə əsas hissəsini əlində tutan Çindən hər gün onlarla ölkəyə təyyarə reysləri həyata keçirilir. Bu isə virusun yayılma radiusunun genişlənmə ehtimalını da artır. Məlumat üçün bildirək ki, Azərbaycan artıq martın 28-nə qədər Pekinə uçuşları dayandırıb.
Virus bütün dünyada yayılacağı təqdirdə planetimiz böyük fəlakətlə üz-üzə qala bilər. Heç şübhəsiz ki, bu fəlakətdən ən çox ziyan çəkəcək ölkə Çin olacaq. Çünki bir çox ölkə artıq Çinlə gediş-gəlişi müvəqqəti olaraq məhdudlaşdırıb. Bu isə Çinin birbaşa iqtisadiyyatına böyük zərbə vurur. Təkcə Çin deyil, bu ölkə ilə ticarət əlaqələri sayəsində milyardlarla gəlir qazanan ölkələrin də ticarətinə zərbə dəyə bilər.
Araşdırmaçıların hesablamalarına görə, virus bütün dünyada yayılarsa, dünya iqtisadiyyatına 500 milyard dollar ziyan dəyə bilər.
Xatırladaq ki, 2003-cü ildə yayılmış SARS virusuna görə, dünya iqtisadiyyatı 40 milyard dollar itirmişdi.
Bir məqamı qeyd edək ki, virus artıq neftin qiymətinin aşağı düşməsinə səbəb olub. Belə ki, virusun yayılmasından sonra Çinin günlük tələbatı 260 min barrel azalıb və nəticədə qlobal bazarda neftin qiyməti 60 dollardan da aşağı düşüb.
Qeyd edək ki, Uhan şəhəri ticarət və turizm baxımında ən önəmli şəhərlərdən biridir. Bir sıra qlobal şirkətlərin zavodları da bu şəhərdə yerləşir.
Milli.Az
Dünya iqtisadiyyatı anlayışı və inkişaf mərhələləri (I hissə)
Dünya iqtisadiyyatı çox mürəkkəb sistemdir. Milli iqtisadiyyatların bütün məcmusu malların, xidmətlərin və istehsal amillərinin hərəkəti ilə bağlıdır. Bu əsasda ölkələr arasında beynəlxalq iqtisadi münasibətlər, yəni rezident və qeyri-rezidentlər arasında təsərrüfat münasibətləri yaranır.
Dünya iqtisadiyyatı anlayışı və subyektləri
- Dünya iqtisadiyyatı bir-biri ilə beynəlxalq əmək bölgüsü sistemi vasitəsilə əlaqəli olan milli iqtisadiyyatların məcmusudur. Belə bir tərif dünya iqtisadiyyatı haqqında milli iqtisadiyyatların məbləği kimi təsəvvürə əsaslanır;
- Dünya iqtisadiyyatı – bu, dünya sənaye və maliyyə münasibətləri sistemidir. Bu yanaşma dünya iqtisadiyyatının əsas komponentlərini – real istehsal sahəsini və dövriyyə sahəsini əks etdirir;
- Dünya iqtisadiyyatı milli-dövlət və qeyri-dövlət strukturlarının, habelə beynəlxalq əmək bölgüsü və siyasi təmaslar əsasında onların qarşılıqlı əlaqələrinin məcmusudur. Bu təfsirdə dünya iqtisadiyyatı, iqtisadi münasibətlərin subyektləri olduğu vahid iqtisadi məkandır (meqaiqtisadiyyat): dünya ölkələrinin milli iqtisadiyyatları; dünya biznesinin subyektləri – transmilli şirkətlər və onların ittifaqları; dünya iqtisadiyyatı institutları – beynəlxalq iqtisadi təşkilatlar.
Dünya ölkələrinin milli iqtisadiyyatları – dünya iqtisadiyyatının mühüm subyektləridir. Dünyada 180-dən çox dövlət var. İqtisadi inkişafın müxtəlif göstəricilərinə malik çoxlu sayda dövlətlər arasında əhəmiyyətli əlamətlərinə görə, təsnifatlaşdırılmış müxtəlif ölkələr qruplarını ayırmaq adətdir.
Transmilli korporasiyalar (TMK) – dünyanın ən böyük şirkətləri öz fəaliyyət sahələri üzrə beynəlxalq, lakin, yarandığı ölkədə milli kapitala malik olan şirkətlərdir. Dünya istehsalının 50%-i və dünya xarici ticarətinin 2/3 hissəsi TMK-nın payına düşür. İlk onluqda olan dünyanın ən nəhəng TMK-nın hər birinin kapitallaşması bir neçə yüz milyard dollar təşkil edir.
XXI əsrin əvvəlində təxminən 70 min TMK və onların 850 min filialları mövcud idi. 50 minə yaxın ana şirkət inkişaf etmiş ölkələrdə yerləşir.
Müasir TMK-ların xüsusiyyətləri arasında, bir neçə milyard dollarlıq dövriyyəsi olan nəhəng sənaye və maliyyə kompleksləri ilə təmsil olunan TMK-lar nəhəng ölçüləri, eyni zamanda şirkətlərin maraqlarının cəmləşdiyi iqtisadi sektorların əhəmiyyəti ilə təyin olunan TMK-ların rolundan fərqlənir. Bunlar elmi-texniki tərəqqiyə yaxından bağlı olan qabaqcıl elmtutumlu emal sənayesi sahələridir: avtomobil, elektron, kimya, əczaçılıq və s.
Beynəlxalq iqtisadi təşkilatlar son onilliklərdə rolu xüsusilə artan dünya iqtisadiyyatının institutlarıdır. Beynəlxalq iqtisadi təşkilatların əksəriyyəti – qeyri-dövlət təşkilatlarıdır, onların sayı təxminən 3000-dir. Onlara bu kimi – ÜTT (Ümumdünya Ticarət Təşkilatı), BVF (Beynəlxalq Valyuta Fondu), İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) və s. məşhur təşkilatlar aiddir. Digər qrup təşkilatlar dövlətlərarası təşkilatlardır. Onlara AB (Avropa Birliyi), NAFTA (Şimali Amerika Azad Ticarət Assosiasiyası), ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) digərlərini göstərmək olar → II hissəyə nəzər yetirin
Comments are closed, but trackbacks and pingbacks are open.