Press "Enter" to skip to content

Dünya milli kitabxanaları-tahir kərimov

Heydər Əliyev adına parkda Ulu Öndərin anadan olmasinin 91 illiyi münasibətilə böyuk bayram tədbiri keçirilmişdir.

Dünya milli kitabxanaları-tahir kərimov

Modern.az-ın Mərkəzi Seçkilər Komissiyasına istinadla verdiyi məlumata görə, İTV-nin bu günkü canlı efirində 13 saylı Xəzər, 29 saylı Səbail, 85 saylı Şamaxı, 91 saylı Ucar, 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputatlığa namizədlər olacaq.

13 saylı Xəzər birinci seçki dairəsindən YAP-ın vahid namizədi Rauf Əliyev, Buzovna bələdiyyəsinin sədr müavini Əfrasiyab Əmirov, Xəzər rayon icra hakimiyyətinin məsul işçisi müstəqil YAP-çı Muxtar Məmmədov, AMİP-in dəstək verdiyi “İqlim” zavodunun baş ustası Ramiz Məmmədov debata çıxacaq.

29 saylı Səbail seçki dairəsindən isə efirdə müstəqil YAP-çı Elbrus Abdullayev, Səbail rayon İcra Hakimiyyətinin işçisi Elşad Abdullayev, Xəzər Dəniz Donanmasının mühəndisi, ADP-çi Sadiq Həsənov, YAP-ın namizədi “İçərişəhər” MMC-nin direktoru Rəşid Hüseynov, AXCP Ali Məclisinin sədri Həsən Kərimov, Səbail Gənclər və İdman idarəsinin rəis müavini Faiq Qurbanov, bitərəf sahibkarlar Eyvaz Məmmədov və Namiq Məmmədov, Milli Məclisin üzvü Fuad Muradov olacaq.

85 saylı Şamaxı seçki dairəsindən isə İTV-dəki debatlara YAP-ın namizədi, Müəllimlər İnstitutunun Şamaxı filialında kafedra müdiri olan Eyvaz Eminalıyev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, “Novaya Vremya” qəzetinin direktoru, AXCP-Müsavat” blokunun namizədi Məzahir Məmmədov, litsey müəllimi Şahin Osmanov və AVCİYA-nın prezidenti Elxan Süleymanov olacaq.

91 saylı Ucar seçki dairəsindən isə debata YAP-n namizədi Şəhla Abdullayeva,”Qarabağ” və DADP-nin işsiz namizədləri Şahlar Ələkbərovla Məhəmməd Hüseynov olacaq. Debatda həmçinin Milli Məclsin üzvü Elton Məmmədov, Dəmir yol idarəsinin briqadiri Aydın Mirzəyev iştirak edəcək.

98 saylı Şəmkir şəhər seçki dairəsindən isə müəllim Zakir Bayramov, təqaüdçü namizəd Fariz Cəfərli, musiqi müəlliməsi Aynura Hüseynova, Slavyan Unversitetinin prorektoru Sahibə Qafarova və bitərəf müəllim İradə Məmmədova çıxış edəcək.

Dünya milli kitabxanaları-tahir kərimov

Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
6 May , 2014

Heydər Əliyev adına parkda Ulu Öndərin anadan olmasinin 91 illiyi münasibətilə böyuk bayram tədbiri keçirilmişdir.

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı T.Kərimov, Milli Məclisin üzvləri Ə.Hüseynov, A.Mirzəcənzadə, YAP idarə heyətinin üzvü K.Kərimov, rayon İcra hakimiyyətinin başçısı yanında Şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov salyanlıları Ümummilli Lider Heydər Əliyevin ad günü münasibətilə təbrik etmiş, gələn qonaqları salamlamış, bildirmişdir ki, bu günlər xalqımız Ulu Öndər, dahi insan, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin 91 illik yubileyini böyük təntənələrlə qeyd edir. Natiq ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan, görkəmli dövlət xadimi kimi Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edərək vurğulamışdır ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tərəqqi, intibah, milli oyanış, nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi tarixə qızıl hərflərlə yazılmışdır. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının, milli özünüdərkin, özünəqayıdış təfəkkürünün formalaşması istiqamətində xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyev müdrikliyi, dönməz əqidəsi və tarixi uzaqgörənliyi ilə müasir müstəqil Azərbaycan dövlətinin dünya ölkələri ilə bir cərgədə dayanmasına, beynəlxalq məsələlərdə söz sahibinə çevrilməsinə nail olmuşdur.

RİH başçısı Tahir Kərimov Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-1982, 1993-2003-cü illərdə Salyan rayonuna tarixi səfərlərindən də söz açmış, Salyanın sosial-iqtisadi inkişafı üçün gördüyü işlərdən danışmışdır. Natiq iftixarla vurğulamışdır ki, ümummilli liderin başladığı dövlət quruculuğu prosesinin möhtərəm Prezidentimiz zati-aliləri cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycan hazırda regionun lider dövlətinə çevrilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət başçısı kimi Salyana 7 dəfə tarixi səfər etmiş, Salyanın sosial-iqtisadi inkişafı ilə bağlı çoxlu sərəncamlar imzalamışdır. Muğan-Babazanlı abidələrinin 2800 illiyi və görkəmli filosof, təbib Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında, Kür çayı üzərində körpünün salınmasına, Salyan-Şirvan avtomobil yolunun bərpasına aid sərəncamlar bu diqqət və qayğının əyani təzahürüdür.

Bayram tədbirində Milli Məclisin üzvü Aydın Mirzəcanzadə və YAP idarə heyətinin üzvü K.Kərimov çıxış etdilər.
Ulu öndərimiz Heydər Əliyevin əzəmətli portreti ilə süslənən səhnədə bir-birindən maraqlı konsert nömrələri ifa olundu. Salyan rayon mədəniyyət evinin «Muğan» instrumental ansamblının üzvləri Babək Kərimov, Elnur Əhmədov, Natiq Məmmədov-Səbinə Şükürova dueti Ulu Öndəri, müstəqilliyimizi tərənnüm edən mahnılar səsləndildi. Respublikanın tanınmış incəsənət ustaları – respublikanın Əməkdar artisti Cavanşir Məmmədov, Rauf Babayevin rəhbərlik etdiyi «Qaya» qrupunun üzvləri, Fərid Mərd, Sevinc Ağaşirinova, respublikanın Əməkdar artistləri Könül Kərimova, Almaz Orucova, Nurlan Əzizbəyli, Səyyad Əlizadə, Xalq artisti Ağadadaş Ağayev və xalqımızın sevimli müğənnisi, respublikanın Xalq artisti İlhamə Quliyevanın çıxışları tamaşaçılar tərəfindən hərarətlə qarşılandı. Meydanda məktəblilər, uşaq bağçalarının fidanları şən musiqi sədaları altında rəqs edib şənləndilər.

Tədbir sonunda bayram atəşfəşanlığı ilə sona çatdı.

Dünya milli kitabxanaları-tahir kərimov

Yeni məlumat öyrənməyin ən effektli yolu kitab oxumaqdır. Həyatda uğurlu ola bilmək də eyni şəkildə çox oxumaq və araşdırmaqdan başlayır. Kitab oxumaq insanın fikrinin formalaşmasına, xəyal dünyasının inkişafına yol açır, söz ehtiyatını artırır.

Yolumuz ölkəmizin ən zəngin məkanına – Azərbaycan Milli Kitabxanasınadır. Düşmən tapdağından azad olunan torpaqlarda həyatın bərpası üçün vacib olan məqamlardan biri də kitabxanaların bərpasıdır. Elə bu məqsədlə də Azərbaycan Milli Kitabxanası və Mədəniyyət Nazirliyi “Qarabağa kitabla gedək” layihəsinə başlayıb.

Layihə haqqında məlumat verən Azərbaycan Milli Kitabxanasının İnformasiya üzrə direktor müavini Ədibə İsmayılovanın sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdəki kitabxanaların fondunun bərpası üçün kitab toplama kampaniyası həyata keçirilir. Aksiyaya qoşulan ilk ziyalı Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevdir:

“O, müəllifi olduğu kitablardan, eləcə də şəxsi kolleksiyasından 500 nüsxə kitabı başlanğıc olaraq bu fonda hədiyyə edib. Elçin Əfəndiyev yenə də öz kolleksiyasından kitablar hədiyyə edəcək. O, bütün Azərbaycan ziyalılarını, yazarlarını, gənclərini bu layihəyə qoşulmağa çağırıb. “Elm” nəşriyyatı, “Bakı” mətbəəsi 1500 kitab hədiyyə edib. Azərbaycan Milli Elmlər Akademiyasının İnstitutlarından fonda kitablar hədiyyə olunub. AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli öz şəxsi kitablarından, eləcə də Ədəbiyyat İnstitutu adından layihəmizə kitab hədiyyə edib. Bu gözəl layihədir, işğaldan azad olunmuş torpaqların kitabxanalarının bərpası üçündür. Yazıçılar birliyindən, gənc yazarlarımızdan kitab hədiyyə edənlər olub. Bu kitablar bərpa işləri olduqdan sonra həmin kitabxanalara aparılacaq”.

Kitabxana özü də layihə üçün kitablar ayıracaq. Ədibə İsmayılova qeyd etdi ki, Qarabağa göndəriləcək kitablar kitabxananın hədiyyə fondundan ayrılacaq:

“Kitabxananın əməkdaşları da bu kampaniyaya qoşulurlar, şəxsi kolleksiyalarından kitablar hədiyyə edirlər. Şəhər sakinləri də valideynlərindən qalan kitabları, öz kitablarını hədiyyə edirlər. Hesab edirəm ki, kitablar toplanmağa davam edəcək. Bu günə qədər istər müəssisə, istər ziyalılar tərəfindən 40-a yaxın layihəmizə qoşulan şəxs olub. Əhatə dairəsi də genişləndirilir. Bizə xaricdən də qoşulmaq üçün müraciətlər var. Eyni zamanda, regionlardan da kitab göndərmək üçün müraciətlər var. Vətəndaşlar ianə üçün özləri kitabları gətirib, təhvil verə bilərlər. Bəzi vətəndaşlar da var ki, yaşlıdırlar, təqaüddədirlər. Biz maşınla gedib, onlardan kitabları alırıq”.

Pandemiya şəraiti kitabxanaların elektron xidmətlərini daha da inkişaf etdirdi. Deyə bilərəm ki, Milli Kitabxana bu gün Azərbaycanın yeganə kitabxanasıdır ki, oxucuların tam olaraq onlayn sorğularını ödəyir. Pandemiya dövrü olmasına baxmayaraq, Milli Kitabxana elektron resursları ilə oxucularının xidmətindədir. Kitabxana əməkdaşları növbəli qrafik əsasında bu müddətdə işləyirlər. Direktor müavini Ədibə İsmayılova bildirdi ki, kitabxananın 75 523 ədəbiyyatı isə oxucuların sorğusu əsasında elektronlaşdırılıb, onların elektron poçt ünvanına göndərilib:

“Kitabxananın onlayn kitabxanasında demək olar ki, kitabların əksəriyyəti elektronlaşdırılıb. Pandemiya şəraitində əməkdaşlar növbəli şəkildə işə gəlirlər. Oxucuların müraciətləri əsasında elektron olmayan resursları da elektronlaşdırır, onların elektron ünvanına göndəririk. Onlayn oxucularımız kifayət qədər çoxdur. 3 milyondan çox virtual oxucumuz var. Milli Kitabxananın direktoru, professor Tahir Kərimov bütün oxuculara rəsmi sürətdə elektron xidmətlərimizi təqdim etdi. Bu da oxucular tərəfindən çox gözəl qarşılandı. Onlayn sifarişlər ardı-arası kəsilmədən gəldi. Bu çətin vaxtda məhdud sayda əməkdaşlarla kitabxanaya gəldik, oxucularımızın yanında olduq. Oxucularımız bizim bu əziyyətimizi yüksək qiymətləndirib. Əməyimizə verilən bu qiyməti görmək milli kitabxananın əməkdaşlarını daha yaxşı işləməyə sövq etdi”.

Comments are closed, but trackbacks and pingbacks are open.