Dünya əmək bazarı diplom işi filetype
Azərbaycanın Respublikasının öz müstəqilliyini əldə etdikdən sonra bazar münasibətləri sisteminə keçidi ilə əlaqədar əhalinin məşğulluğu və bu məsələnin həll olunması mexanizmi sahəsində çox saylı yeni və mürəkkəb sosial-iqtisadi problemlərin meydana çıxmasına səbəb olmuşdur. Bu nöqteyi nəzərdən, problemlərin tədqiq edilib öyrənilməsi onlara həm tamamilə yeni nəzəri-metodoloji bucaqdan, həm də formalaşmaqda olan əmək bazarının qanunları və tələbləri baxımından yanaşılmasını tələb edir. [ 13 ] Yeni müstəqillik qazanmış dövlət olaraq bu kimi problemlərin lazımi səviyyədə yerinə yetirilməsi bir sıra infrastrukturların təsis olunmasını da şərtləndirir.
19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində Qərbi Avropada sosial siyasət məfhumu, bazar iqtisadiyyatının ilkin inkişaf mərhələsində formalaşmış və həmin dövrdən etibarən sosial siyasət dövlət siyasətinin əsas tərkib hissəsi kimi əhalini bazar iqtisadiyyatının mənfi təsirlərindən müdafiə etməyə başlayıb. [ 9 , s.66 ] Müstəqil Azərbaycan Respublikasının sosial dövlət kimi formalaşması bu sahədə həyata keçirəcəyi stratejik addımların ilkin göstəricilərindən hesab oluna bilər. Bu baxımdan Azərbaycan Respublikasının Konstitusiyasında mövcud olan 15, 16 və 38-ci maddələri dövlətin sosial yönümlü olmasına nümunə olaraq göstərmək olar.
Azərbaycan Respublikası nəinki siyasi gücünü, həmçinin daxildə sosial-iqtisadi gücünü artırmaq üçün son illərdə yerinə yetirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi əmək bazarının inkişafı və işçi qüvvəsindən səmərəli istifadə edilməsini göstərmək olar. Əmək bazarının yüksək səviyyədə inkişaf etməsi və dövlət üçün səmərəli olması üçün bu sahədə dövlətin lazımi tədbirlər görməsi vacibdir.
Əmək bazarı dedikdə işçi qüvvəsinə tələb və təklifin məcmusu başa düşülür, həmçinin iş yerlərinin dinamikası, yəni daim artıb azalması, dəyişməsi, iş yeri və iqtisadi cəhətdən fəal hesab olunan insanların sahə, ərazi, demoqrafik və peşə-ixtisas cəhətdən təsərrüfat sahələrinə uyğun olaraq yerləşməsi hesab olunur. Əmək bazarında o insan iqtisadi cəhətdən fəal hesab edilir ki, həmin insan məşğul olmayan, yəni iş yeri axtarandır; həmçinin işlə təmin olunmağına baxmayaraq o işdən razı deyil, buna görə də digər və ya ikinci iş yerləri axtarır; eyni zamanda müəyyən bir müəssisədə çalışır, lakin iş yerini itirmək təhlükəsi var. Bu nöqteyi nəzərdən əmək bazar heç də sadə məvhum olmayıb, özündə müxtəlif sosial-iqtisadi münasibətlərin qarşılıqlı və asılı əlaqələrini birləşdirir.
Əmək bazarının strukturuna öncə onun obyekti və subyektini daxil etmək lazımdır. Bu baxımdan satıcı və alıcı əmək bazarının subyekti olaraq hesab olunur. Digər bazarlardan fərqli olaraq əmək bazarında istənilən şəxs satıcı və alıcı kimi çıxış edə bilməz, bu şəxslər, yəni subyekt hesab olunan insanlar sosial-iqtisadi vəziyyətinə görə müəyyən olunmuş insanlardır. Bu nöqteyi nəzərdən subyekt kimi satıcı qismində mütəmadi olaraq öz istehsal vasitələri olmayan, yaşam vasitələrinə sahiblik baxımından çatışmazlıqlar yaşayan, öz işçi qüvvəsinin mülkiyyətçisi hesab olunur. Digər bir subyekt olaraq alıcı mövqeyində isə iş verən, yəni iş şəraiti təqdim edən, öz işçi qüvvəsini təqdim edən satıcını müvafiq işlə təmin edən istehsal vasitələrinin mülkiyyətçisi hesab olunur.
Müasir dövrdə Respublikamızda milli-dövlətçilik ənənələrimizin qorunub saxlanması, milli mənafelərimizin lazımınca möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi, təkmilləşdirilməsi və bu sahədə əsaslı addımların atılması, ölkənin iqtisadi cəhətdən gücünün artırılması və əhalinin dövlətin iqtisadi siyasətinin bir hissəsi və aparıcı parçası olaraq görülməsi, vətəndaşların yaşam standartlarının inkişaf etdirilməsi, beynəlxalq normalara uyğun hala gətirilməsi, dövlətin iqtisadi gücünün əsası kimi iqtisadi cəhətdən fəal əhalinin və onların əmək potensialından maksimum dərəcədə yüksək səviyyədə istifadə edərək dövlətin sosial-iqtisadi siyasi xəttinə lazımi fayda vermək, bu sahədə əsas da gənc vətəndaşların həm zehni, həm də fiziki cəhətdən əmək bacarığından yetəri qədər istifadə etmək ölkənin bu sahədə yerinə yetirmək istədiyi uğurlu siyasi kursun fəaliyyət planına daxil olan məsələlərdən biri hesab olunur. Ümummilli liderimiz Heydər Əliyevin miras qoyub getdiyi uğurlu siyasətin davamçısı kimi İlham Əliyev hakimiyyətdə olduğu ilk illərdən başlayaraq dövlətin böyük uğurlar əldə edərək iqtisadi və sosial baxımdan dünyanın bir çox aparıcı dövləti ilə müqayisə olunacaq səviyyəyə çatmasına gətirib çıxarmışdır.
Respublikamızda aparılan iqtisadi islahatlar nəticəsində ölkə daxilində nəzərə çarpacaq dərəcədə keyfiyyət baxımından mühüm dəyişikliklər ölkənin iqtisadi inkişafını şərtləndirmişdir. İqtisadi vəziyyətin dinamik olduğu bu dövrlərdə dövlətin qəbul etdiyi tədbirlər planı və bu istiqamətdə yerinə yetirdiyi fəaliyyətlər ölkədə aparılan islahatların səmərəsini sübut edir. Xüsusilə də iqtisadi inkişafa nail olmaq üçün qeyri-neft sektorunun inkişafına yönəlmiş stratejik addımlar diqqətə layiqdir. Bu nöqteyi nəzərdən əhalinin, xüsusən də gənclərin məşğulluğunun təmin olunması, onların dinamik potensialından istifadə olunması dövlət siyasətinin basilica prioritetlərindən biri hesab olunur. Bu sahədə atılan ilkin addım kimi bir sıra dövlət müəssisələrinin, infrastrukturların, məşğulluq idarələrinin açılmasını göstərmək olar.
Respublikmaızda son dövrlərdə həyata keçirilən siyasi kursun tərkib hissəsi kimi sosial siyasət sahəsində də mühüm addımlardan biri dövlətin əhalinin məşğulluq səviyyəsinə olan ciddi diqqəti və qayğısıdır. Ölkə əhalisinin məşğulluq dərəcəsini maksimuma yüksəltmək üçün məşğulluğa dair dövlət siyasətinin yerinə yetirilməsi və bu sahədə əhalinin, xüsusən də gənc təbəqənin bacarıqlarından səmərəli formada istifadə edilməsi qarşıda duran məşğulluğa dair siyasətin hədəflərindən başlıcası hesab oluna bilər.
İşsizlik problemi, iqtisadi cəhətdən fəal əhalinin müvafiq işlə təmin etmək məsələsi müstəqillik qazandıqdan sonar dövlətimizin qarşısında duran, həll olunması gərəkən vacib vəzifələrdən biridir.
Məhz bu baxımdan 1991-ci il iyunun 27-də,
yəni müstəqil Azərbaycan Respublikasının yaranmasından bir neçə ay əvvəl Azərbaycan Respublikasında “Əhalinin məşğulluğu haqqında” qəbul edilmiş Konstitusiya qanununa dəyişikliklər edilməklə Prezident Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanı ilə “Məşğulluq haqqında” qanun qüvvəyə mindi. Elə məhz bu qanunda məşğulluq, məşğul və işsiz əhali anlayışlarının məzmunu və vətəndaşların işsizlik statusu müəyyənləşdirildi.[13] Bu qanunun qəbul olunması əhalinin, xüsusilə əmək qabiliyyətli gənclərin əməyə cəlb olunması, onların əmək bazarının dövlət tərəfindən tənzimlənməsi üçün də mühüm addım oldu.
İqtisadi kateqoriya kimi məşğulluq anlayışı iqtisadi cəhətdən fəal olan əhalinin əmək bazarında ictimai faydalı əməkdə iştirakı nəticəsində yaranmış əlaqələr cəmi hesab olunur. Məşğulluq sahəsindəki yerinə yetirilən siyasət iqtisadi cəhətdən fəal əhalinin əmək münasibətlərini, minimum əmək haqqı əldə etmək hüququnu, təhsil və kadr hazırlığı səviyyəsinin təkmilləşdirilməsini, əmək bazarının dövlət tərəfindən nizamlanmasını əhatə edir. Çox şaxəli bu fəaliyyət planı ölkənin əmək bazarı modelini formalaşdırır. Son 15 ildə ölkəmizdə iqtisadi sahədə aparılan islahatlar, qəbul olunan qanunlar əmək bazarı sferasında artan keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur.
2013-cü ildə Respublikamızda iqtisadi cəhətdən fəal əhalinin sayı 2000-ci illə müqayisədə 387,6 min nəfər artaraq 4757,8 min nəfər olmuşdur. Bunlardan 4521,2 min nəfərini iqtisadiyyatla məşğul olanlar, 236,6 min nəfərini isə işsiz əhali təşkil etmişdir. [7 , s.175 ] 13 il dövründə ölkə iqtisadiyyatında bu göstərici qəbul olunan məşğulluq haqqında qanunun səmərəsindən xəbər verir.
Respublikamızda 2019-cu ildə məşğul əhalinin sayı 4938,5 nəfər olmuşdur. 2015-ci ildə 4671,6 nəfər olmuşdur. İşsiz statusu verilmiş şəxslərin yaş qrupları 2019-cu ildə 15-29 yaş arası 1% 15-19 yaş, 10,7% 20-24 yaş, 17,2% 25-29 yaş gənclərdir. Azərbaycanda 2019-cu ildə işsiz əhalinin sayı 251,6 nəfər olmuşdur. [ 12] Bu göstərici də 2013-cü illə müqayisədə 6 il ərzində demoqrafik artımı da nəzərə alsaq, demək olar ki, eynidir. Bunun əsas səbəblərindən biri ölkə əhalisinin demoqrafik baxımdan gənc nəslin üstünlük təşkil etməsidir.
Əhalinin, xüsusən də gənc nəslinin əmək məşğuliyyətini təmin etmək üçün onların peşə hazırlığına dövlət dəstəyi danılmaz faktdır. Bu baxımdan 2005-ci ildə dövlət məşğulluq agentliyinin yerli qrumları tərəfindən 29 yaşınadək olan gənclərin 572 nəfəri, 2019-cu ildə isə 1977 nəfər gənc peşə təliminə göndərilib. Bu gənclərdən 1560 nəfəri ilk dəfə hazırlanan, 32 nəfəri yenidən hazırlanan, 385 nəfəri isə ixtisas artıranlardır. [ 12 ]
Dövlət qulluğunun vəzifələrini tutmuş işçilərin say və yaş qrupları üzrə bölgüsünə əsasən Respublikamızda 2019-cu ildə 30 yaşadək olan gənc vətəndaşların ölkə üzrə 5089 nəfəri Ali 3-cü təsnifatlar üzrə inzibati vəzifələrə, 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrə, o cümlədən yerli icra hakimiyyətinin başçısının müavini, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi və s. kimi müxtəlif dövlət əhəmiyyətli vəzifələr tutmuşlar. [12] Bu göstəricilər dövlətin gənc nəslin yüksək səviyyəli peşə və kadr hazırlığına sahib bir fərd kimi yetişməsində dəstək və qayğısının sübutudur.
İqtisadi cəhətdən fəal əhalinin əməyinin xarakteri və məzmununa görə işçilərin sosial-peşə strukturunun formalaşması onların zehni, fiziki, idarəetmə və icra qabiliyyəti kimi əməyi ilə şərtlənir. [11, s.111]
Respublikamızda gənclərin peşə təhsilindən əmək bazarına inteqrasiyasını yüksəltmək üçün məsləhət və karyera sahəsində planlaşdırma xidmətlərinin inkişaf etdirilməsi, həmçinin rəqəmsal texnologiyalardan yüksək səviyyədə istifadə edilərək təkmilləşdirilməsi, mərkəzləşdirilmiş karyera portalının yaradılması respublikamızda gənclərin peşə təhsilinin inkişafına, təhsil səviyyəsinin yüksək standartlara uyğunlaşdırmaq üçün Prezident İlham Əliyev tərəfindən müxtəlif illərdə qəbul olunmuş xaricdə təhsillə bağlı dövlət proqramlarının yerinə yetirilməsi və tətbiqi gənclərə dövlət qayğısının bariz nümunələrindəndir. Bu baxımdan “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” qəbul edilmiş, eyni zamanda Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasındakı 35-ci maddəyə əsasən “Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir” . Bu maddənin digər bir müddəasına görə isə “İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır”. Bununla yanaşı “Məşğulluq Haqqında” Azərbaycan Respublikası Qanununun 2001-ci ilin iyun ayında qəbul olunması, eyni zamanda 2006-2015-ci illərə dair “Azərbaycan Respublikasının məşğulluq strategiyası”, 2007-2010-cu illər ərzində “Azərbaycan Respublikasının məşğulluq siyasətinin həyata keçirilməsi üzrə Dövlət Proqramı” və Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011- 2015-ci illər üçün Dövlət Proqramı” qəbul olunması dövlətin sosial-iqtisadi sahədə yerinə yetirdiyi siyasi kursun səmərəli fəaliyyəti üçün mühüm şərait yaradır. Bu proqramların qəbul olunmasında əsas və ilkin hədəf ölkədə işsizliyin azaldılması, hətta aradan qaldırılmasıdır. Lakin əmək fəaliyyəti ilə məşğul olmayan hər bir şəxs işsiz hesab oluna bilməz. Bu baxımdan işsizliyin səviyyəsinin dəqiq ölçülməsi üçün nə vaxt və kimin işsiz hesab edilməsini əszaslı surətdə müəyyənləşdirmək lazımdır. Respublikamızda işsizliyin kəmiyyət göstəriciləri ilə Dövlət Statistika Komitəsi və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti məşğul olur.
İşsiz əhalinin hesablanması müstəvisində qadınların və gənclərin göstəricilərinin yüksək olması məşğulluq sahəsində nəzərə çarpan mühüm problemlərdəndir. 2007-ci illə müqayisədə 15-24 yaşlı gənclərin işsizlik səviyyəsi nisbətən azalaraq 2017-ci ildə 12,9 faiz olaraq respublika üzrə orta göstəricidən 2,6 dəfə çox olmuşdur. 15-29 yaşlı gənclərin məşğulluq göstəricisi 2017-ci ildə 9,2 faiz olaraq, ölkə üzrə orta göstəricidən 1,8 dəfə çox olmuşdur.
İqtisadi termin kimi işsizlik hadisəsi işçinin istəyindən asılı olmayaraq əmək fəaliyyətindən istifadə edə bilməmək, uzun müddət işə düzələ bilməmək səbəbindən, eyni zamanda muzdlu əməklə işləyən və iş verən, yəni işlə təmin edən arasında əmək müqaviləsinin pozulması nəticəsində dayandırılması hesab olunur. [ 7, s.183 ]
İşsizlik problemi nəinki iqtisadi cəhətdən fərdi çətin vəziyyətə salır, həmçinin sosial-psixoloji cəhətdən də işsiz şəxs ruhdan düşmüş, özünü cəmiyyətdən, insanlardan, əsas da ailəsindən təcrid olunmu, yalnız buraxılmış hiss edir. Bu nüans əsasən gənclər arasında tez-tez rast gəlinən bir haldır. Gənclər Respublikamızda əhalinin demoqrafik baxımdan aparıcı hissəsini təşkil edir və bu baxımdan onların sosial-psixoloji sağlamlığı da dövlətin diqqət və qayğısından kənarda qala bilməz.
İşsizlik problemi eyni zamanda sosial qruplar, siniflər arasında da müəyyən problemlərin yaranmasına səbəb ola bilər. Bu baxımdan Marksizm nəzəriyyəsinin tərəfdaşlarına görə, siniflər arasında iqtisadi fərqlər əsasında onların siyasi həyatda və mədəniyyətdə fərqliliyi formalaşır. Beləliklə, bu təlim siyasi, mədəni, ideoloji, sosial-psixoloji fərqlərin olduğunu qəbul etməklə yanaşı, o, bütün bu fərqləri iqtisadi sahədəki fərqlərin davamı kimi nəzərdən keçirir. [ 11, s.109 ]
Azərbaycan dövlət məşğulluq agentliyinin yerli qurumları tərəfindən ölkə üzrə qeydiyyata alınmış işsiz şəxslərin sayı 2020-ci ilin yanvar ayının əvvəlinə 81,3 min nəfər olmuşdur [12]. Bu göstərici ötən illərlə müqayisədə əsaslı şəkildə müsbət istiqamətdə dəyişikliyin sübutu olub, ölkəmizin növbəti illərdə əmək bazarı və məşğulluğunun dövlət tərəfindən tənzimlənməsi baxımından çox ümidvericidir.
İşsizliyin yaranmasına səbəb olan amillərdən biri də müəssisənin özəlləşdirilməsi nəticəsində onların mülkiyyət formasının dəyişdirilməsi cəmiyyətin təbəqələşməsinin, bununla da sosial bərabərsizlik problemini gücləndirilməsini qeyd etmək olar. [11, s.120]
Ölkəmizdə məşğulluğun təmin olunması və işsizliyin aradan qaldırılmasında ən mühüm problemlərindən biri respublikamızın demoqrafik şəraitinin bir çox ölkərələrdən, eyni zamanda Avropa ölkələrindən müqayisədə yuxarı olması və nəticə olaraq əhali artımı dinamikasının yüksək olması məşğulluq sahəsində əhalinin işlə təmin olunması məsələsini çətinləşdirir. Bununla belə Respublikada əhalinin çoxluğunun gənclər tərəfindən təşkil olunması kimi amillərə görə əmək bazarında əhalinin məşğulluğunun təmin olunması üçün yetərli iş yerləri və müəssisələrin yaradılmasını şərtləndirir.
Respublikamızda məşğulluq strategiyasının reallaşdırılması ilə əlaqədar nəzərdə tutulan hədəflərə 2025-ci ilədək bütün əhali qrupları (xüsusilə gənclər, qadınlar və əlilliyi olan şəxslər) üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olmaq; işsizlik səviyyəsini isə 2030-cu ilədək 4 faizə qədər, eyni zamanda qadınlar və gənclərin məşğulluq problemini və işsizlik səviyyəsini minimum səviyyəyə endirmək daxildir[4].
2017-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatının rəhbər orqanına üzv seçilmişdir. Bu nöqteyi nəzərdən, Azərbaycan dövlətinin beynəlxalq arenada inamlı və güvənilir bir dövlət kimi tanınmasının göstəricisi hesab olunmalıdır. Respublikamızın növbəti illərdə reallaşdırılması planlaşdırılan “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun növbəti 10 illikdə yüksəldilməsinə, işçi qüvvələrinin əmək bazarına cəlb olunması və inteqrasiyasına, əmək bazarı subyektlərinin aktiv fəaliyyətinin təmin olunmasına istiqamətlənir. [4] Məşğulluq sahəsində qəbul olunmuş 10 ili əhatə edən uzun müddətli tədbirlər planı dövlətimizin əhalinin iqtisadi sahədə daha fəal iştirakına cəlb olunması və xüsusən də demoqrafik cəhətdən üstünlük təşkil edən gənc nəslin əmək bazarına inteqrasiyası, əmək bazarının dövlət tərəfindən tənzimlənməsi cəhətdən mühüm addımlardan biri kimi hesab olunur.
Əmək bazarı
Əmək bazarı dedikdə istehsal amillərindən birinin – əmək münasibətlərinin meydana çıxdığı bazar nəzərdə tutu-lur. Əmək bazarının mahiyyətinin aydınlaşdırılması sahə-sində bir-birindən fərqlənən bir neçə konsepsiyanın olduğu məlumdur. Birinci konsepsiyanın əsasında klassik siyasi iqtisadın hamı tərəfindən qəbul olunan müddəası durur. Bunun tərəfdarları neoklassiklərdir (P. Samuelson, M. Feldstayn, R.Xoll). Keçən əsrin 80-ci illərindən başlayaraq təklif iqtisadiyyatı konsepsiyasının tərəfdarları da (D.Gilder, A.Laffer və b.) bu konsepsiyaya tərəfdar çıxmışlar. Onlar belə hesab edirlər ki, bütün başqa bazarlar kimi, əmək bazarı da qiymət tarazlığı əsasında fəaliyyət göstərir. Başqa sözlə, bazar tənzimləyicisi vəzifəsini iş qüvvəsindən ibarət əmtəənin qiyməti (əmək haqqı) yerinə yetirir. Onların fikrincə, məhz tələb və təklif əmək haqqının köməyilə tənzimlənir, onların tarazlığı təmin olunur. Təhsilə və ixtisasın artırılmasına qoyulan investisiyalar da maşın və avadanlıq-lara qoyulan investisiyaların analoqudur. Neoklassik nəzə-riyyəyə görə iş qüvvəsinin dəyəri tələb və təklifdən asılı olaraq ya artır, yaxud da azalır, bazarda tarazlıq hökm sürdükdə isə işsizlik aradan qalxır.
Keynsçilər və monetaristlər isə əmək bazarının mahiyyətinin aydınlaşdırılmasına başqa mövqedən yanaşırlar. Onlar, neoklassiklərdən fərqli olaraq əmək bazarını daimi və tarazlığın olmadığı bir sahə kimi nəzərdən keçirirlər. C. M. Keyns, sonralar isə R. Qordon və başqaları iddia edir-dilər ki, iş qüvvəsinin qiyməti (əmək haqqı) müəyyən olun-muş kəmiyyətdir və demək olar ki, dəyişmir (xüsusilə də azalmağa doğru dəyişmir). Lakin onlar bunu isbata ehtiyacı olmayan bir fakt hesab edirdilər. Bu konsepsiyaya görə iş qüvvəsinin qiyməti (əmək haqqı) bazarın tənzimləyicisi ol-madığı üçün onu (yəni tənzimləyicini) kənarda axtarmaq la-zımdır. Onların fikrincə bu vəzifəni dövlət yerinə yetirməli, ümumi tələbi azaltmaq və ya artırmaqla qeyri-tarazlığı aradan qaldırmalıdır. Bunu onunla izah edirdilər ki, dövlət, vergiləri azaltmaqla tələbin və istehlakın artmasına səbəb olur. Beləliklə, bu modelə görə iş qüvvəsinə olan tələb, əməyin bazar qiymətindəki tərəddüdetmələrlə deyil, ümumi tələblə, başqa sözlə, istehsalın həcmi ilə tənzimlənir.
Monetarizm məktəbi nümayəndələrinin (M.Fridmen və başqaları) fikrincə, məsələn, amerikanın əmək bazarında tarazlığı pozan mənfi amillər dövlət tərəfindən əmək haqqının minimum məbləğinin müəyyən edilməsi, həmkarlar itti-faqlarının mövqeyinin möhkəm olması, boş iş yerləri haq-qında bütün zəruri informasiyaların olmaması və s.-dir. Onlar bazarda tarazlıq yaratmaq üçün pul-kredit siyasətindən, xüsusilə də mərkəzi bankın qeydiyyat normalarından, kommersiya banklarının mərkəzi bankların hesablarında olan məcburi ehtiyatların məbləğlərindən istifadə olunması-nı təklif edirdilər. Onların fikrincə, bunlar investisiya və işgüzar fəallığın, beləliklə də ölkədə məşğulluğun artmasına səbəb ola bilər.
Əmək bazarının fəaliyyət mexanizminə dair geniş yayılmış ideyalardan biri də C.Danlop, L.Ulman və başqalarının fikirləridir. Onlar əsas diqqəti iş qüvvəsinin strukturunda peşələr və sahələr üzrə müxtəlifliyin və əmək haqqının səviyyəsinin təhlilinə yönəldirlər. Göründüyü kimi, burada makroiqtisadi təhlildən bir növ imtina edilir və bazarın, ayrı-ayrı sahələrin, demoqrafik qrupların dinamikasının xüsusiyyətləri ilə əlaqələndirilməklə izah olunmasına cəhd göstərilir.
Marksist iqtisadi nəzəriyyədə əmək bazarı, bazarın xüsusi növü kimi müəyyən olunur. Marksizmə görə əmək prosesində iş qüvvəsi dəyər yaratdığı halda, bütün digər ehtiyatların dəyəri əməyin özü tərəfindən həmin dəyərin üzərinə keçirilir. Bu, iş qüvvəsini bütün digər ehtiyatlardan əsaslı surətdə fərqləndirir. Bundan başqa, marksistlər hesab edirlər ki, iş qüvvəsi bazarı da bazara xas olan ümumi qanunauyğunluqlara tabe olsa da, onun özünəməxsus spesifik xüsusiyyətləri vardır. Belə ki, istehsalın subyektiv amili olan iş qüvvəsi özü əmtəə olmaqla, tələb və təklifə fəal təsir göstərə bilər.
Beləliklə, nəzərdən keçirilən konsepsiyalar bir-birini tamamlamaqla, əmək bazarının fəaliyyəti barədə ümumi təsəvvür verir.
Tədqiqatçıların çoxu müasir əmək bazarının ikili xarakterdə olduğunu qeyd edirlər. Onların fikrincə bazarda bir-biri ilə rəqabət aparmayan ən azı iki iş qüvvəsi bazarı, yaxud da vahid iş qüvvəsi bazarının iki seqmenti fəaliyyət göstərir. Bu bazarlardan biri ali təhsilli mütəxəssislərin, inzibati və idarəetmə işçilərinin, yüksək ixtisaslı işçilərin iş yerlərini əhatə edir. Texniklərin, inzibati-köməkçi heyətin və orta peşə təhsilli işçilərin iş yerləri də bu bazara aiddir. Bazarlardan digəri isə xüsusi ixtisas və peşə hazırlığı tələb etməyən iş yerlərini əhatə edir. Bunlara xidmət işçilərini, ixtisassız işçiləri, aşağı kateqoriyadan olan qulluqçuları misal göstərmək olar.
Inkişaf etmiş ölkələrdə iş qüvvəsinə bütün məşğul (hərbi qulluqçular da daxil olmaqla) və işsiz əhali daxil edilir. Buna iqtisadi ədəbiyyatda həm də «iqtisadi fəal əhali» deyilir. Bundan başqa, statistikada «mülki iş qüvvəsi» (hərbi qulluqçular nəzərə alınmadan) kateqoriyası da hesablanır.
Məşğul əhalinin tərkibinə aşağıdakılar daxildir: hər iki cinsdən olan, tam və natamam iş həftəsində muzdla işlə-yən, müstəqil surətdə yerinə yetirilən və gəlir gətirən sahə-lərdə məşğul olan, xəstəlik, xəstələrə qulluq edilməsi, hər il işçilərə və təhsil alanlara verilən məzuniyyət, bazar günlərin-də, habelə haqqı ödənilməməklə və ya müdiriyyətin təşəbbü-sü ilə haqqı qismən ödənilməklə verilən məzuniyyət dövrün-də, tətil günlərində işləməyən şəxslər.
Məşğul əhali tam və natamam iş həftəsi ərzində işləyənlərə bölünür. Məsələn, ABŞ-da birinci qrupa həftədə 35 saat və daha çox işləyən şəxslər, ikinci qrupa isə bir saatdan 34 saatadək işləyən şəxslər aid edilir. Bununla əlaqədar olaraq məşğulluğa dair aşağıdakı göstəricilərdən istifadə olunur: məşğul əhalinin ümumi sayı, tam iş gününə çevril-məklə məşğul əhalinin sayı, müəyyən dövr ərzində işlənmiş adam – saatların miqdarı və i. a.
Bazar iqtisadiyyatının daha çox inkişaf etdiyi ölkə-lərdə muzdla işləyən işçilər bütün iş qüvvəsinin orta hesab-la 90%-dən çoxunu təşkil edir. Iş qüvvəsinin müəyyən hissəsini muzdlu əməkdən istifadə etməyən və müstəqil işçilər adlandırılan kiçik sahibkarlar və muzdla işləməyən bir çox peşə sahibləri (vəkillər, jurnalistlər, yazıçılar, rəssamlar, həkimlər və b.) təşkil edir.
Son onilliklərdə inkişaf etmiş ölkələrdə iş qüvvəsinin sahə quruluşunda baş verən dəyişikliklərdə iki başlıca meyl özünü göstərir. Bunlardan biri kənd təsərrüfatında məşğul olanların sayının kəskin surətdə azalması, digəri isə xidmət sahələrinin genişləndirilməsi və əmək tətbiqinin apa-rıcı sahəsinə çevrilməsi ilə əlaqədar olaraq, burada məşğul olanların sayının artmasıdır. Məsələn, ABŞ-ın kənd təsərrüfatında məşğul olanların sayı 1955-ci ildəki 6,5 mln. nəfər-dən, 1994-cü ildə 3,2 mln. nəfərə qədər azalmış, xidmət sahələrində məşğul olanların sayı isə əksinə, 1955-ci ildəki 30,1 mln.nəfərdən 1994-cü ildə 91,3 mln.nəfərə çatmışdır.
Müasir elmi-texniki inqilab iş qüvvəsinin ixtisasında birmənalı dəyişikliklərə gətirib çıxarır. Prinsipcə yeni texnologiya əməyin xarakterinə üç cür təsir edə bilər: Onun tətbiq olunması nəticəsində: a) Bir sıra istehsal funksiyaları ləğv edilə, b) Yeni funksiyalar yaradıla, c) Qalan funksiyalar maşınlara verilə bilər. Bütün bunlar isə nəticə etibarilə fiziki əməklə əqli əmək arasında nisbətin dəyişməsinə səbəb olur. Başqa sözlə, fiziki əməklə məşğul olanların sayı və xüsusi çəkisi azalır, əqli əməklə məşğul olanların sayı və xüsusi çəkisi isə artır.
- Teqlər:
- əmək
- , iqtisadi nəzəriyyə
- , iqtisadi nezeriyye
Dünya əmək bazarı diplom işi filetype
Azərbaycanın Respublikasının öz müstəqilliyini əldə etdikdən sonra bazar münasibətləri sisteminə keçidi ilə əlaqədar əhalinin məşğulluğu və bu məsələnin həll olunması mexanizmi sahəsində çox saylı yeni və mürəkkəb sosial-iqtisadi problemlərin meydana çıxmasına səbəb olmuşdur. Bu nöqteyi nəzərdən, problemlərin tədqiq edilib öyrənilməsi onlara həm tamamilə yeni nəzəri-metodoloji bucaqdan, həm də formalaşmaqda olan əmək bazarının qanunları və tələbləri baxımından yanaşılmasını tələb edir. [ 13 ] Yeni müstəqillik qazanmış dövlət olaraq bu kimi problemlərin lazımi səviyyədə yerinə yetirilməsi bir sıra infrastrukturların təsis olunmasını da şərtləndirir.
19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində Qərbi Avropada sosial siyasət məfhumu, bazar iqtisadiyyatının ilkin inkişaf mərhələsində formalaşmış və həmin dövrdən etibarən sosial siyasət dövlət siyasətinin əsas tərkib hissəsi kimi əhalini bazar iqtisadiyyatının mənfi təsirlərindən müdafiə etməyə başlayıb. [ 9 , s.66 ] Müstəqil Azərbaycan Respublikasının sosial dövlət kimi formalaşması bu sahədə həyata keçirəcəyi stratejik addımların ilkin göstəricilərindən hesab oluna bilər. Bu baxımdan Azərbaycan Respublikasının Konstitusiyasında mövcud olan 15, 16 və 38-ci maddələri dövlətin sosial yönümlü olmasına nümunə olaraq göstərmək olar.
Azərbaycan Respublikası nəinki siyasi gücünü, həmçinin daxildə sosial-iqtisadi gücünü artırmaq üçün son illərdə yerinə yetirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi əmək bazarının inkişafı və işçi qüvvəsindən səmərəli istifadə edilməsini göstərmək olar. Əmək bazarının yüksək səviyyədə inkişaf etməsi və dövlət üçün səmərəli olması üçün bu sahədə dövlətin lazımi tədbirlər görməsi vacibdir.
Əmək bazarı dedikdə işçi qüvvəsinə tələb və təklifin məcmusu başa düşülür, həmçinin iş yerlərinin dinamikası, yəni daim artıb azalması, dəyişməsi, iş yeri və iqtisadi cəhətdən fəal hesab olunan insanların sahə, ərazi, demoqrafik və peşə-ixtisas cəhətdən təsərrüfat sahələrinə uyğun olaraq yerləşməsi hesab olunur. Əmək bazarında o insan iqtisadi cəhətdən fəal hesab edilir ki, həmin insan məşğul olmayan, yəni iş yeri axtarandır; həmçinin işlə təmin olunmağına baxmayaraq o işdən razı deyil, buna görə də digər və ya ikinci iş yerləri axtarır; eyni zamanda müəyyən bir müəssisədə çalışır, lakin iş yerini itirmək təhlükəsi var. Bu nöqteyi nəzərdən əmək bazar heç də sadə məvhum olmayıb, özündə müxtəlif sosial-iqtisadi münasibətlərin qarşılıqlı və asılı əlaqələrini birləşdirir.
Əmək bazarının strukturuna öncə onun obyekti və subyektini daxil etmək lazımdır. Bu baxımdan satıcı və alıcı əmək bazarının subyekti olaraq hesab olunur. Digər bazarlardan fərqli olaraq əmək bazarında istənilən şəxs satıcı və alıcı kimi çıxış edə bilməz, bu şəxslər, yəni subyekt hesab olunan insanlar sosial-iqtisadi vəziyyətinə görə müəyyən olunmuş insanlardır. Bu nöqteyi nəzərdən subyekt kimi satıcı qismində mütəmadi olaraq öz istehsal vasitələri olmayan, yaşam vasitələrinə sahiblik baxımından çatışmazlıqlar yaşayan, öz işçi qüvvəsinin mülkiyyətçisi hesab olunur. Digər bir subyekt olaraq alıcı mövqeyində isə iş verən, yəni iş şəraiti təqdim edən, öz işçi qüvvəsini təqdim edən satıcını müvafiq işlə təmin edən istehsal vasitələrinin mülkiyyətçisi hesab olunur.
Müasir dövrdə Respublikamızda milli-dövlətçilik ənənələrimizin qorunub saxlanması, milli mənafelərimizin lazımınca möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi, təkmilləşdirilməsi və bu sahədə əsaslı addımların atılması, ölkənin iqtisadi cəhətdən gücünün artırılması və əhalinin dövlətin iqtisadi siyasətinin bir hissəsi və aparıcı parçası olaraq görülməsi, vətəndaşların yaşam standartlarının inkişaf etdirilməsi, beynəlxalq normalara uyğun hala gətirilməsi, dövlətin iqtisadi gücünün əsası kimi iqtisadi cəhətdən fəal əhalinin və onların əmək potensialından maksimum dərəcədə yüksək səviyyədə istifadə edərək dövlətin sosial-iqtisadi siyasi xəttinə lazımi fayda vermək, bu sahədə əsas da gənc vətəndaşların həm zehni, həm də fiziki cəhətdən əmək bacarığından yetəri qədər istifadə etmək ölkənin bu sahədə yerinə yetirmək istədiyi uğurlu siyasi kursun fəaliyyət planına daxil olan məsələlərdən biri hesab olunur. Ümummilli liderimiz Heydər Əliyevin miras qoyub getdiyi uğurlu siyasətin davamçısı kimi İlham Əliyev hakimiyyətdə olduğu ilk illərdən başlayaraq dövlətin böyük uğurlar əldə edərək iqtisadi və sosial baxımdan dünyanın bir çox aparıcı dövləti ilə müqayisə olunacaq səviyyəyə çatmasına gətirib çıxarmışdır.
Respublikamızda aparılan iqtisadi islahatlar nəticəsində ölkə daxilində nəzərə çarpacaq dərəcədə keyfiyyət baxımından mühüm dəyişikliklər ölkənin iqtisadi inkişafını şərtləndirmişdir. İqtisadi vəziyyətin dinamik olduğu bu dövrlərdə dövlətin qəbul etdiyi tədbirlər planı və bu istiqamətdə yerinə yetirdiyi fəaliyyətlər ölkədə aparılan islahatların səmərəsini sübut edir. Xüsusilə də iqtisadi inkişafa nail olmaq üçün qeyri-neft sektorunun inkişafına yönəlmiş stratejik addımlar diqqətə layiqdir. Bu nöqteyi nəzərdən əhalinin, xüsusən də gənclərin məşğulluğunun təmin olunması, onların dinamik potensialından istifadə olunması dövlət siyasətinin basilica prioritetlərindən biri hesab olunur. Bu sahədə atılan ilkin addım kimi bir sıra dövlət müəssisələrinin, infrastrukturların, məşğulluq idarələrinin açılmasını göstərmək olar.
Respublikmaızda son dövrlərdə həyata keçirilən siyasi kursun tərkib hissəsi kimi sosial siyasət sahəsində də mühüm addımlardan biri dövlətin əhalinin məşğulluq səviyyəsinə olan ciddi diqqəti və qayğısıdır. Ölkə əhalisinin məşğulluq dərəcəsini maksimuma yüksəltmək üçün məşğulluğa dair dövlət siyasətinin yerinə yetirilməsi və bu sahədə əhalinin, xüsusən də gənc təbəqənin bacarıqlarından səmərəli formada istifadə edilməsi qarşıda duran məşğulluğa dair siyasətin hədəflərindən başlıcası hesab oluna bilər.
İşsizlik problemi, iqtisadi cəhətdən fəal əhalinin müvafiq işlə təmin etmək məsələsi müstəqillik qazandıqdan sonar dövlətimizin qarşısında duran, həll olunması gərəkən vacib vəzifələrdən biridir.
Məhz bu baxımdan 1991-ci il iyunun 27-də,
yəni müstəqil Azərbaycan Respublikasının yaranmasından bir neçə ay əvvəl Azərbaycan Respublikasında “Əhalinin məşğulluğu haqqında” qəbul edilmiş Konstitusiya qanununa dəyişikliklər edilməklə Prezident Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanı ilə “Məşğulluq haqqında” qanun qüvvəyə mindi. Elə məhz bu qanunda məşğulluq, məşğul və işsiz əhali anlayışlarının məzmunu və vətəndaşların işsizlik statusu müəyyənləşdirildi.[13] Bu qanunun qəbul olunması əhalinin, xüsusilə əmək qabiliyyətli gənclərin əməyə cəlb olunması, onların əmək bazarının dövlət tərəfindən tənzimlənməsi üçün də mühüm addım oldu.
İqtisadi kateqoriya kimi məşğulluq anlayışı iqtisadi cəhətdən fəal olan əhalinin əmək bazarında ictimai faydalı əməkdə iştirakı nəticəsində yaranmış əlaqələr cəmi hesab olunur. Məşğulluq sahəsindəki yerinə yetirilən siyasət iqtisadi cəhətdən fəal əhalinin əmək münasibətlərini, minimum əmək haqqı əldə etmək hüququnu, təhsil və kadr hazırlığı səviyyəsinin təkmilləşdirilməsini, əmək bazarının dövlət tərəfindən nizamlanmasını əhatə edir. Çox şaxəli bu fəaliyyət planı ölkənin əmək bazarı modelini formalaşdırır. Son 15 ildə ölkəmizdə iqtisadi sahədə aparılan islahatlar, qəbul olunan qanunlar əmək bazarı sferasında artan keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur.
2013-cü ildə Respublikamızda iqtisadi cəhətdən fəal əhalinin sayı 2000-ci illə müqayisədə 387,6 min nəfər artaraq 4757,8 min nəfər olmuşdur. Bunlardan 4521,2 min nəfərini iqtisadiyyatla məşğul olanlar, 236,6 min nəfərini isə işsiz əhali təşkil etmişdir. [7 , s.175 ] 13 il dövründə ölkə iqtisadiyyatında bu göstərici qəbul olunan məşğulluq haqqında qanunun səmərəsindən xəbər verir.
Respublikamızda 2019-cu ildə məşğul əhalinin sayı 4938,5 nəfər olmuşdur. 2015-ci ildə 4671,6 nəfər olmuşdur. İşsiz statusu verilmiş şəxslərin yaş qrupları 2019-cu ildə 15-29 yaş arası 1% 15-19 yaş, 10,7% 20-24 yaş, 17,2% 25-29 yaş gənclərdir. Azərbaycanda 2019-cu ildə işsiz əhalinin sayı 251,6 nəfər olmuşdur. [ 12] Bu göstərici də 2013-cü illə müqayisədə 6 il ərzində demoqrafik artımı da nəzərə alsaq, demək olar ki, eynidir. Bunun əsas səbəblərindən biri ölkə əhalisinin demoqrafik baxımdan gənc nəslin üstünlük təşkil etməsidir.
Əhalinin, xüsusən də gənc nəslinin əmək məşğuliyyətini təmin etmək üçün onların peşə hazırlığına dövlət dəstəyi danılmaz faktdır. Bu baxımdan 2005-ci ildə dövlət məşğulluq agentliyinin yerli qrumları tərəfindən 29 yaşınadək olan gənclərin 572 nəfəri, 2019-cu ildə isə 1977 nəfər gənc peşə təliminə göndərilib. Bu gənclərdən 1560 nəfəri ilk dəfə hazırlanan, 32 nəfəri yenidən hazırlanan, 385 nəfəri isə ixtisas artıranlardır. [ 12 ]
Dövlət qulluğunun vəzifələrini tutmuş işçilərin say və yaş qrupları üzrə bölgüsünə əsasən Respublikamızda 2019-cu ildə 30 yaşadək olan gənc vətəndaşların ölkə üzrə 5089 nəfəri Ali 3-cü təsnifatlar üzrə inzibati vəzifələrə, 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrə, o cümlədən yerli icra hakimiyyətinin başçısının müavini, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi və s. kimi müxtəlif dövlət əhəmiyyətli vəzifələr tutmuşlar. [12] Bu göstəricilər dövlətin gənc nəslin yüksək səviyyəli peşə və kadr hazırlığına sahib bir fərd kimi yetişməsində dəstək və qayğısının sübutudur.
İqtisadi cəhətdən fəal əhalinin əməyinin xarakteri və məzmununa görə işçilərin sosial-peşə strukturunun formalaşması onların zehni, fiziki, idarəetmə və icra qabiliyyəti kimi əməyi ilə şərtlənir. [11, s.111]
Respublikamızda gənclərin peşə təhsilindən əmək bazarına inteqrasiyasını yüksəltmək üçün məsləhət və karyera sahəsində planlaşdırma xidmətlərinin inkişaf etdirilməsi, həmçinin rəqəmsal texnologiyalardan yüksək səviyyədə istifadə edilərək təkmilləşdirilməsi, mərkəzləşdirilmiş karyera portalının yaradılması respublikamızda gənclərin peşə təhsilinin inkişafına, təhsil səviyyəsinin yüksək standartlara uyğunlaşdırmaq üçün Prezident İlham Əliyev tərəfindən müxtəlif illərdə qəbul olunmuş xaricdə təhsillə bağlı dövlət proqramlarının yerinə yetirilməsi və tətbiqi gənclərə dövlət qayğısının bariz nümunələrindəndir. Bu baxımdan “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” qəbul edilmiş, eyni zamanda Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasındakı 35-ci maddəyə əsasən “Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir” . Bu maddənin digər bir müddəasına görə isə “İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır”. Bununla yanaşı “Məşğulluq Haqqında” Azərbaycan Respublikası Qanununun 2001-ci ilin iyun ayında qəbul olunması, eyni zamanda 2006-2015-ci illərə dair “Azərbaycan Respublikasının məşğulluq strategiyası”, 2007-2010-cu illər ərzində “Azərbaycan Respublikasının məşğulluq siyasətinin həyata keçirilməsi üzrə Dövlət Proqramı” və Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011- 2015-ci illər üçün Dövlət Proqramı” qəbul olunması dövlətin sosial-iqtisadi sahədə yerinə yetirdiyi siyasi kursun səmərəli fəaliyyəti üçün mühüm şərait yaradır. Bu proqramların qəbul olunmasında əsas və ilkin hədəf ölkədə işsizliyin azaldılması, hətta aradan qaldırılmasıdır. Lakin əmək fəaliyyəti ilə məşğul olmayan hər bir şəxs işsiz hesab oluna bilməz. Bu baxımdan işsizliyin səviyyəsinin dəqiq ölçülməsi üçün nə vaxt və kimin işsiz hesab edilməsini əszaslı surətdə müəyyənləşdirmək lazımdır. Respublikamızda işsizliyin kəmiyyət göstəriciləri ilə Dövlət Statistika Komitəsi və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti məşğul olur.
İşsiz əhalinin hesablanması müstəvisində qadınların və gənclərin göstəricilərinin yüksək olması məşğulluq sahəsində nəzərə çarpan mühüm problemlərdəndir. 2007-ci illə müqayisədə 15-24 yaşlı gənclərin işsizlik səviyyəsi nisbətən azalaraq 2017-ci ildə 12,9 faiz olaraq respublika üzrə orta göstəricidən 2,6 dəfə çox olmuşdur. 15-29 yaşlı gənclərin məşğulluq göstəricisi 2017-ci ildə 9,2 faiz olaraq, ölkə üzrə orta göstəricidən 1,8 dəfə çox olmuşdur.
İqtisadi termin kimi işsizlik hadisəsi işçinin istəyindən asılı olmayaraq əmək fəaliyyətindən istifadə edə bilməmək, uzun müddət işə düzələ bilməmək səbəbindən, eyni zamanda muzdlu əməklə işləyən və iş verən, yəni işlə təmin edən arasında əmək müqaviləsinin pozulması nəticəsində dayandırılması hesab olunur. [ 7, s.183 ]
İşsizlik problemi nəinki iqtisadi cəhətdən fərdi çətin vəziyyətə salır, həmçinin sosial-psixoloji cəhətdən də işsiz şəxs ruhdan düşmüş, özünü cəmiyyətdən, insanlardan, əsas da ailəsindən təcrid olunmu, yalnız buraxılmış hiss edir. Bu nüans əsasən gənclər arasında tez-tez rast gəlinən bir haldır. Gənclər Respublikamızda əhalinin demoqrafik baxımdan aparıcı hissəsini təşkil edir və bu baxımdan onların sosial-psixoloji sağlamlığı da dövlətin diqqət və qayğısından kənarda qala bilməz.
İşsizlik problemi eyni zamanda sosial qruplar, siniflər arasında da müəyyən problemlərin yaranmasına səbəb ola bilər. Bu baxımdan Marksizm nəzəriyyəsinin tərəfdaşlarına görə, siniflər arasında iqtisadi fərqlər əsasında onların siyasi həyatda və mədəniyyətdə fərqliliyi formalaşır. Beləliklə, bu təlim siyasi, mədəni, ideoloji, sosial-psixoloji fərqlərin olduğunu qəbul etməklə yanaşı, o, bütün bu fərqləri iqtisadi sahədəki fərqlərin davamı kimi nəzərdən keçirir. [ 11, s.109 ]
Azərbaycan dövlət məşğulluq agentliyinin yerli qurumları tərəfindən ölkə üzrə qeydiyyata alınmış işsiz şəxslərin sayı 2020-ci ilin yanvar ayının əvvəlinə 81,3 min nəfər olmuşdur [12]. Bu göstərici ötən illərlə müqayisədə əsaslı şəkildə müsbət istiqamətdə dəyişikliyin sübutu olub, ölkəmizin növbəti illərdə əmək bazarı və məşğulluğunun dövlət tərəfindən tənzimlənməsi baxımından çox ümidvericidir.
İşsizliyin yaranmasına səbəb olan amillərdən biri də müəssisənin özəlləşdirilməsi nəticəsində onların mülkiyyət formasının dəyişdirilməsi cəmiyyətin təbəqələşməsinin, bununla da sosial bərabərsizlik problemini gücləndirilməsini qeyd etmək olar. [11, s.120]
Ölkəmizdə məşğulluğun təmin olunması və işsizliyin aradan qaldırılmasında ən mühüm problemlərindən biri respublikamızın demoqrafik şəraitinin bir çox ölkərələrdən, eyni zamanda Avropa ölkələrindən müqayisədə yuxarı olması və nəticə olaraq əhali artımı dinamikasının yüksək olması məşğulluq sahəsində əhalinin işlə təmin olunması məsələsini çətinləşdirir. Bununla belə Respublikada əhalinin çoxluğunun gənclər tərəfindən təşkil olunması kimi amillərə görə əmək bazarında əhalinin məşğulluğunun təmin olunması üçün yetərli iş yerləri və müəssisələrin yaradılmasını şərtləndirir.
Respublikamızda məşğulluq strategiyasının reallaşdırılması ilə əlaqədar nəzərdə tutulan hədəflərə 2025-ci ilədək bütün əhali qrupları (xüsusilə gənclər, qadınlar və əlilliyi olan şəxslər) üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olmaq; işsizlik səviyyəsini isə 2030-cu ilədək 4 faizə qədər, eyni zamanda qadınlar və gənclərin məşğulluq problemini və işsizlik səviyyəsini minimum səviyyəyə endirmək daxildir[4].
2017-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatının rəhbər orqanına üzv seçilmişdir. Bu nöqteyi nəzərdən, Azərbaycan dövlətinin beynəlxalq arenada inamlı və güvənilir bir dövlət kimi tanınmasının göstəricisi hesab olunmalıdır. Respublikamızın növbəti illərdə reallaşdırılması planlaşdırılan “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun növbəti 10 illikdə yüksəldilməsinə, işçi qüvvələrinin əmək bazarına cəlb olunması və inteqrasiyasına, əmək bazarı subyektlərinin aktiv fəaliyyətinin təmin olunmasına istiqamətlənir. [4] Məşğulluq sahəsində qəbul olunmuş 10 ili əhatə edən uzun müddətli tədbirlər planı dövlətimizin əhalinin iqtisadi sahədə daha fəal iştirakına cəlb olunması və xüsusən də demoqrafik cəhətdən üstünlük təşkil edən gənc nəslin əmək bazarına inteqrasiyası, əmək bazarının dövlət tərəfindən tənzimlənməsi cəhətdən mühüm addımlardan biri kimi hesab olunur.
Açar sözlər: sosial siyasət, gənclərin əmək bazarı, iqtisadi fəal əhali, tələb və təklif, işçi qüvvəsi, dövlət məşğulluq siyasəti, sosial bərabərsizlik, əmək bazarının dövlət tənzimlənməsi.
Ədəbiyyat siyahısı
1.“Azərbaycan-2020: gələcəyə baxış” inkişaf konsepsiyası. (Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir).
2.Azərbaycan Respublikasının Konstitusyası. Bakı, Qanun, 2005, s.64
3.Azərbaycanda əhalinin iqtisadi fəallığının müayinəsi: müayinənin keçirilməsinin metodologiyası və əmək bazarında vəziyyətin təhlili. Bakı, Oskar, 2008, s.320
4.2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası. “Xalq” qəzeti. 31 oktyabr, 2018
5.Əsgərov Ə., Hüseynov E., Hüseynov S. Davamlı insan inkişafı , Bakı, Azərbaycan Dövlət Aqrar Universiteti, 2009, Dərslik, s.494
6.Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının qanunu. Bakı, 2002
7.Həsənov R., Sosial siyasət. Bakı, Avropa, 2016, s.310
8.Qolenkova Z.T., Akuliç M.M., Kuznetsov V.N. Ümumi sosiologiya. Tərcümə edən : Professor İzzət Rüstəmov. Bakı, Azərbaycan Dövlət Pedoqoji Universiteti, 2014, s.492
9.Məmmədova S., Azərbaycanda Sosial Dövlət: İnkişafı, Perspektivləri.Bakı, Avropa, 2017, s.232
10.Rəcəbli H. Azərbaycan Respublikasının sosial siyasətinin transformasiyası və komporativ təhlili , Bakı, Gənclik, 2003, s.372
11.Vahidov F., Ağayev T. Sosiologiya. Bakı, Təknur, 2008, s.333
12. https://www.stat.gov.az/source/labour/
13. http://www.anl.az/down/meqale/azerbaycan/2011/iyun/182794.htm
14.https://com-roseltorg.ru/az/vklady-i-depozity/regulirovanie-rynka-truda-osushchestvlyaetsya-cherez-gosudarstvennoe-regulirovanie/
Шафибейли Рубаба
ГОСУДАРСТВЕННОЕ РЕГУЛИРОВАНИЕ РЫНКА МОЛОДЕЖНОГО В АЗЕРБАЙДЖАНЕ
Резюме
В качестве нового независимого государства Азербайджанская Республика предприняла важные шаги для развития социально-экономической сферы и улучшения занятости. Принятие Закона Азербайджанской Республики «О занятости населения» в июне 2001 года, а также принятие «Государственной программы по реализации Стратегии занятости Азербайджанской Республики на 2011-2015 годы» являются важными шагами, предпринятыми государством в этой области.
Повышение активности экономически активного населения, особенно молодежи, на рынке труда и поднятие занятости на более высокий уровень является показателем государственного регулирования рынка труда при реализации стратегии занятости.
Ключевые слова: социальная политика, рынок труда молодежи, экономически активное население, спрос и предложение, рабочая сила, государственная политика занятости, социальное неравенство, государственное регулирование рынка труда.
Shafibayli Rubaba
GOVERNMENT REGULATION OF YOUTH LABOR MARKET IN AZERBAIJAN
Summury
As a newly independent state, important steps have been taken for developing the socio-economic sphere and improving employment in the Republic of Azerbaijan. The adoption of the Law of the Republic of Azerbaijan “On Employment” in June 2001, as well as the adoption of the “State Program for the Implementation of the Employment Strategy of the Republic of Azerbaijan for 2011-2015” are considered important steps taken by the state in this area.
Increasing the activity of the economically active population, especially young people, in the implementation of the employment strategy and bringing employment to a high level is an indicator of state regulation of the labor market.
Keywords: social policy, youth labor market, economically active population, demand and supply, workforce, state employment policy, social inequality, government regulation of the labor market.
Dövlət qulluqçuları
Statistik məcmuə Azərbaycan Respublikasının əmək bazarını xarakterizə edən göstəriciləri özündə əks etdirir. Məcmuəyə ölkənin əmək bazarını xarakterizə edən əmək ehtiyatları, məşğulluq, işçi qüvvəsinin hərəkəti, əmək şəraiti, əməkhaqqı, işçi qüvvəsinin saxlanmasına çəkilən xərclər, kadrların peşə hazırlığı və digər göstəricilər daxil edilmişdir.
Мəcmuədə 2005-2019-cu illərdə Azərbaycan Respublikasının əmək bazarının vəziyyəti haqqında statistik məlumatlar verilir.
Əmək bazarı üzrə bəzi göstəricilər gələcəkdə dəqiqləşdirilə bilər.
Şərti işarələr:
«-» hadisə baş verməmişdir
«. » məlumat mövcud deyil
«0,0» məlumat çox kiçik rəqəmlə xarakterizə olunur
«x» müqayisə mümkün deyil
Elektron xəritə
Demoqrafik və sosial statistika
İqtisadi statistika
Ətraf mühit və digər sahələr
Statistik məlumatlar sizi qane edirmi?
Bəli |
Qismən |
Xeyr |
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Ünvan: AZ 1136 Azərbaycan Respublikası, Bakı, İnşaatçılar prospekti, 81
Tel: (+994 12) 377 10 70
Faks: (+994 12) 538 24 42
E-poçt: sc@stat.gov.az
Qaynar xətt:
(+994 12) 377 10 70, 33-00
Mətbuat xidməti:
(+994 12) 377 10 70, 22-66
Vətəndaşların müraciətləri ilə bağlı əlaqə:
(+994 12) 377 10 70, 22-38
Saytdakı məlumatlardan istifadə edərkən
istinad etmək zəruridir.
İstifadə sayğacı
© 2002-2023. Saytın idarə olunması Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları şöbəsi tərəfindən həyata keçirilir.
Comments are closed, but trackbacks and pingbacks are open.