Dünya ölkələri ensiklopedia
Yeni il müxtəlif ölkələrdə eyni həvəslə, eyni ruh yüksəkliyi, eyni coşqu ilə qarşılanır. Lakin fərqli ölkələrdə fərqli şəkildə. Modern.az müxtəlif ölkələrdə Yeni ilin necə qarşılanmasına qısa ekskurs edir. Bir sıra ölkələrdə Yeni il özünəməxsus ənənə ilə, bir qədər də qəribə qarşılanır: dekabrın 31-dən yanvarın 1-ə keçən gecə bəziləri öz dostuna daş hədiyyə edir, bəziləri su ilə bədənlərini yuyur, bəziləri isə evə buğda atır.
Qismət. – Dünya ədəbiyyatı və Üçüncü Dünya Ölkələri
1827-ci ilin soyuq bir yanvar günündə Almaniyanın Veymar şəhərində işə getmək üçün evdən çıxan gənc Yohan Ekkerman cəmi bir neçə saat sonra müdiriylə etdiyi gündəlik söhbətin sənət tarixini dəyişdirəcəyindən xəbərsiz idi. Ekkerman ömrünün son illərində görkəmli alman şairi Hötenin mirzəliyini edirdi. Höte həmin ərəfələrdə Çin ədəbiyyatından “Çiçəklər arasında” adlı mənzum bir roman oxuyurdu. Ekkerman tipik reaksiya ilə soruşdu ki, yəqin qəribə kitabdır. Höte gülümsədi: “Xeyr, qəribəliyi nəzərdə tutduğunuzdan daha azdır.” Ekkerman çaşıb qaldı, onda yəqin bu roman istisnadır, eləmi? Amma yenə yanılırdı. Bu cür təfəkkür klişelərini əlinin içi kimi bilən müdrik Höte bu məqamda səsini qaldırdı: “Bu, həqiqət deyil. Çinlilərdə belə kitablardan minlərlə var, biz hələ ağaclarda yaşayanda, onların əcdadlarının zamanında da belə kitablar vardı.” Ekkermanın sonradan çap etdirdiyi “Həyatının son illərində Höteylə söhbətlər” adlı kitabdakı bu müzakirələrin növbəti abzası bu gün “Dünya ədəbiyyatı” (Weltliteratur) anlayışının başlanğıc nöqtəsi hesab edilir. Höte deyir: “Tamamilə əmin oldum ki, özünü hər yerdə və bütün zamanlarda yüzlərlə insanda aşkara çıxaran şeir bəşəriyyətin universal mülküdür… Milli ədəbiyyat artıq tamamilə mənasını itirmiş termindir; artıq Dünya Ədəbiyyatı dövrü gəlir və hamı onun yaxınlaşmasını sürətləndirmək üçün əlindən gələni etməlidir.”
Bu söhbətin baş verdiyi epoxada Veymar bugünkü qədər hörmətli yer deyildi, çünki həmin dövrdə bütün Avropa üçün mədəni mərkəz Paris idi. Bununla barışmaq istəməyən, yəni Parisin mədəni hakimiyyətinə nöqtə qoymaq istəyən alman intellektualları xilası millətçi formullarda görürdülər. Bu həmin dövrdür ki, sənətçilər alman nağıllarını, xalq oyunlarını toplayaraq Alman mədəniyyətini hörmətə mindirmək istəyirdilər. Əslində, sonralar formalaşacaq alman milli dövlətinin kulturoloji özülü həmin vaxtlarda atıldı. Höte fransız tərbiyəsiylə yetişsə də, Parisin mədəni asılılığından xilas olmaq fikrində alman millətçiləriylə həmrəy idi, amma nağıldan, dastandan yardım gözləyən etnoqrafik metoda çox da inanmır, başqa çıxış yolu axtarırdı. Bu yol həmin dövrdə xeyli adama gülməli gələn Dünya Ədəbiyyatı fikriydi. Onun fikrincə, Parisin dominant şəhər mədəniyyəti ilə lokal millətçilik arasındakı dilemmadan çıxış yolu bu idi. Höte XIX əsrdə, Almaniyanın bir əyalət şəhərində çağdaş Çin romanlarını, Hafizin qəzəllərini, qədim skandinav saqalarını oxuyurdu, eynilə XX əsrin 30-cu illərindəki geridəqalmış Buenos-Ayresdə uzaq-uzaq qitələrdə yazılmış, heç kimin yaxın durmadığı kitabları oxuyan Borxes kimi. Hötenin bu arzusuna gülənlər doğum günündə ona çalma hədiyyə etmişdilər, amma belə yüngül şeylər onun vecinə deyildi, çünki o, bütün böyük fikir adamları kimi, indiyə gələcəkdən baxırdı.
Şübhəsiz ki, mövzunu elmi iş həcmində böyütsək, Höteylə eyni epoxada yaşayan başqalarını – sənayeləşmənin metodlarını öyrənmək üçün Mançesterə gedən Engelsi, fəlsəfə ilə məşğul olmaq üçün Berlinə gedən Marksı də işin içinə qatmalı, mədənlərlə, buxar maşınlarıyla, dəmir yollarıyla günü-gündən böyüyüb formalaşan dünya bazarını da mövzunun bir parçasına çevirməliyik. Fəqət mən hipotetik də olsa, bunların az-çox bilindiyini düşünürəm və dünyada məşhur olan, amma bizdə az bilinən bir polemikaya diqqət çəkmək istəyirəm. İnanıram ki, bu məşhur polemika bizimki kimi Üçüncü Dünya Ölkələrində tez-tez gündəmə gələn “həllini gözləyən sosial problemlərin içində nəyi, necə yazmalı?” sualının yaratdığı çıxılmaz dalana yeni bir perspektiv qazandıra bilər.
1986-cı ildə Amerikalı marksist tənqidçi Fredrik Ceymison (Fredric Jameson) “Social text” jurnalında “Çoxmillətli kapitalizm erasında Üçüncü Dünya Ədəbiyyatı” (Third-World Literature in the era of Multinational Capitalism) adlı bir esse çap etdirdi. Yazı böyük səs-küyə səbəb oldu və jurnalın növbəti sayında Hindistanlı marksist tənqidçi Aijaz Əhməd “Ceymisonun Özgələşdirmə Ritorikası və “Milli Alleqoriya” (Jameson’s Rhetoric of Otherness and the “National Allegory”) adlı essesiylə Ceymisona cavab verdi.
Fredrik Ceymison sözügedən essesində Dünyanı üç yerə bölür: Birinci Dünya – kapitalist qərb, İkinci Dünya – sosialist bloku, Üçüncü Dünya – imperiya boyunduruğunda müstəmləkə olmuş yerdə qalanlar. Ceymison yazır ki, bütün Üçüncü Dünya mətnləri məcburi şəkildə alleqorikdir, üstəlik, son dərəcə özünəməxsus formada alleqorikdir və alim bunları “milli alleqoriyalar” adlandırır. Onun fikrincə, kapitalist mədəniyyətin, yəni Qərbdəki realist, modernist roman ənənəsinin əsas xüsusiyyətlərindən biri fərdi ilə ictimai, poetik ilə siyasi, intim məsələlərin sahəsi kimi başa düşdüyümüz təhtəlşüur sahəsi ilə siniflərin, iqtisadiyyatın və sekulyar siyasi iqtidarın ictimai sahəsi arasındakı radikal yarılmadır, yəni başqa sözlə desək, Freydə qarşı Marks. Ceymison yazır ki, Üçüncü Dünya mətnləri məcburi şəkildə (hətta üzdə şəxsi, intim sahəyə xas olan və həqiqi libidinal dinamikayla dolu olanlar belə) milli alleqoriya şəklində siyasi bir məsələni əks etdirirlər. Sadələşdirsək, Ceymison deyir ki, bizim kimi inkişaf etmiş Birinci Dünya ölkələrində yazılan mətnlər ictimai-siyasi olanda belə psixoloji, estetik, fərdi dünyanı əks etdirir, Üçüncü Dünya ölkələrində isə əksinə, bədii mətnlər fərdi, intim, psixoloji olanda belə ictimai-siyasi alleqoriyadır. Misal kimi yazır ki, məsələn, 1960-cı illərdəki siyasi hərəkatların “Edip kompleksi” çərçivəsində şərh olunması qərbdə normaldır. Ceymison deyir ki, bu cür şərhlər siyasi kontekstin təzədən psixolojiləşdirilməsidir və Nitşedən Konrada, ordan da Soyuq Müharibə propaqandasına qədər gedib çıxan apolitik mətnlərin analiz edilməsiylə təsdiqlənə bilər. Amma Üçüncü Dünya ölkələrində məsələ tərsinədir. Burda psixoloji, yaxud libidinal hər cür mətləbi əvvəla ictimai-siyasi çərçivədə oxumaq lazımdır. Alim fikrini əsaslandırmaq üçün Çin yazıçısı Lu Sinin “Bir dəlinin gündəliyi” və Seneqal yazıçısı Ousmane Sembenenin “Lənət” romanlarının çox maraqla oxunan təhlilinə girişir. Qısaca desək, alim bu yazıçıları analiz edərək bir neçə fikir irəli sürür: 1) Üçüncü Dünyanın intellektualları üfüqdə heç bir çıxış yolunun, heç bir praksisin olmadığını görəndə, bu siyasi problemin formal, yaxud ədəbi təzahürü kimi, qapalı, üstüörtülü, alleqorik narrativə meyillənirlər; 2) Üçüncü Dünya ölkələri, XX əsrdə Afrikada olduğu kimi, sözdə müstəqillik əldə etməklə, həqiqi milli suverenlikdən məhrum oldular və bu ölkələrin demək olar ki, hamısı Frans Fanonun xəbərdarlığındakı (“Müstəqilliyi başqasının verməsi onu öz əllərinlə almaqla eyni şey deyil”) problemlerlə üzləşdilər. Çünki müstəqilliyi yalnız özün əldə edəndə yeni şüur səviyyəsinə, yeni ictimai münasibətlər sferasına qədəm qoya bilərsən və yalnız bu zaman Marksın dediyi, həm öz müstəqil ənənəsini yaradan, həm də öz ənənəsini müstəqil şərh edən “tarixin köstəbəyi” təcrübəsi işə düşür; 3) Hegelin “Ağa-qul” ayrımına əsasən deyə bilərik ki, ağa olan Birinci Dünya idealizmə, maddi reallığın həqiqi mənada nə olduğunu bilən kölə isə materializmə məhkumdur, elə buna görə də Üçüncü Dünyanın mətnləri ən fərdi təcrübəni belə ifadə edəndə qaçılmaz şəkildə kollektiv ictimai-siyasi təcrübədən danışmağa məcburdurlar. Müəllif deyir ki, mənim cəhdim Üçüncü Dünya ədəbiyyatının ağlabatan, koqnitiv estetik modelini formalaşdırmaqdır.
Ceymisonun bura qədər icmallaşdırmağa çalışdığım fikirlərinin oxşarını vaxtilə Sartr da səsləndirib. Sartr 1964-cü ildə “Le Monde” qəzetinə verdiyi qalmaqal yaradan müsahibəsində Üçüncü Dünya Ölkəsi olan Biafrada acından ölən zənci uşaqla ədəbiyyatı əxlaqi olaraq müqayisə etmiş və belə fəlakətlər varkən yoxsul ölkələrdə ədəbiyyatla məşğul olmağı “lyuks” hesab edərək, həqiqi ədəbiyyatın zəngin ölkələrin məşğuliyyəti olduğunu demişdi. Sartrın bu cür diskriminativ, özgələşdirici, aşağılayıcı pozisiyasına görə, Vladimir Nabokov onun simasında bütün ədəbi yozumları ancaq ictimai-siyasi kontekstə müncər edənlərə hücum çəkir, sosrealizmi də buna görə çox pis, anti-estetik, anti-ədəbi hesab edərək kəskin tənqid edirdi. Sözsüz ki, Nabokov da zaman-zaman aşırılığa gedirdi, amma o da, Borxes də, Kortasar da, Edvard Səid də ona görə qiymətlidirlər ki, başqa-başqa teorik adlar altında kulturoloji imperializmə, mədəni müstəmləkəçiliyə məruz qalanların estetik haqqlarını müdafiə edirdilər.
Aijaz Əhməd “Ceymisonun Özgələşdirmə Ritorikası və “Milli Alleqoriya” adlı cavab essesində soruşur ki, Üçüncü Dünya ədəbiyyatının ağlabatan, koqnitiv estetikasına müəyyənləşdirmək mümkündürmü? Yəni, elə bir universal formul varmı ki, bütün Üçüncü Dünya ölkələrinin ədəbiyyatını ifadə etmək üçün keçərli olsun? Əhməd yazır ki, Ceymison öz modelini əsaslandırmaqdan ötrü Üçüncü Dünya ölkələrinin kapitalizmlə qurduğu özünəməxsus münasibətləri, bu sistemin onlardakı müxtəlif təzahürlərini, millətin öz daxilindəki axtarışlarını görməzdən gəlir. Alimin fikrincə, Ceymison nə qədər “üçüncü dünya” ifadəsini deskriptiv (təsviri) mənada işlətdiyini desə də, əslində, heç bir təsvir ideloji mənada neytral deyil və bu mənada müəyyənləşdirilmiş sərhədlər daxilində özünü formalaşdırır. Yəni Ceymison üçüncü dünyanı daxili dinamikası nəzər alınmadan, statik, tarixdən kənar bir kateqoriya kimi təqdim etməklə, özgələşdirməyə, diskriminasiyaya yol verir. Əhmədin fikrincə, dünya Ceymisonun dediyi kimi üç yerə bölünməyib, dünyanın hər tərəfi qeyri-bərabərlik doğuran kapitalizmin təsiri altındadır və buna etiraz edən sosializm ancaq ikinci dünya adlandırılan yerlərdə deyil, birinci dünyanın içində də, üçüncü dünyada da var. Alim yazır ki, Ceymison üzdə ədəbiyyat dərsliklərimizin üzünü Üçüncü Dünya ədəbiyyatına açmalıyıq desə də, çox böyük hissəsi hələ Avropa dillərinə tərcümə olunmadığı üçün onun yaratmaq istədiyi “ağlabatan model” dar və məhdud olacaq. Əhmədin fikrincə, bu cür məhdud imkanlarla model yaratmaq cəhdi gətirib ona çıxaracaq ki, Veberian tərzdə, bütün Üçüncü Dünya mətnləri bir qəlib-meyara müncər ediləcək. Orxan Pamuk “Varqas Lyosa və Üçüncü Dünya ədəbiyyatı” essesində Aijaz Əhmədi təsdiq edəcək şəkildə yazır:“Məntiqli ifadə ediləndə (məsələn, Edvard Səidin yazılarında olduğu kimi) Üçüncü Dünya ədəbiyyatı anlayışı mərkəzdən-kənar ədəbiyyatların müxtəlifliyini, zənginliyini üzə çıxarmağa, Qərbli olmadıqlarını və millətçiliklə münasibətlərini anlamağa kömək etdi. Üçüncü Dünya ədəbiyyatı anlayışı ən pis şəkildə istifadə ediləndə isə (məsələn, Fredrik Ceymisonun “Üçüncü Dünya ədəbiyyatları milli alleqoriyalardır” tezisində olduğu kimi) mərkəzdən-kənar ədəbiyyatların müxtəlifliyini, zənginliyini görməzdən gəlməyin mədəni yolu olmaqdan o yana keçmədi.”
Məncə, zaman-zaman bizdə də “Bu qədər problem varkən, estetik qayğıların, fəlsəfi mühakimələrin, nəzəri mübahisələrin mənası nədir?” şəklində özünü göstərən, hazır, basmaqəlib cavablara təzədən baxmaq lazımdır. Kim bilir, bəlkə də işə əvvəlcə təfəkkürümüzdəki sosrealizm qalıqlarından, fasiləsiz şəkildə bizi mədəni müstəmləkə vəziyyətinə düşürən aciz cavablardan, ədəbiyyata siyasi partiya məsuliyyəti yükləyərək onu bütün dünyanı özündən keçirən müstəqil bir yaradıcılıq yolu kimi yox, ideologiyaların yedəyi kimi görən diskurslara şübhəylə yanaşmaqla başlamaq olar. Məncə, biz öz üzünü güzgüdə görən Kalibanın qəzəbiylə üzləşməyi bacarsaq, yəni özümüzə olduğumuz kimi, bütün qaranlıq tərəflərimizlə baxmağı öyrənsək, onda dünya bizdə əks olunmağa, biz də dünyada görünməyə başlayacağıq.
P.S. Bizdə ən oxumuş adamlara belə bəzən adi şeyləri izah etmək zülüm-zillət olur deyə, bu zəruri qeydi yazıram: yazıda söhbət ictimai-siyasi kontekstin inkarından getmir. Söhbət post-kolonial diskursun yoxluğundan, yəni müstəmləkə “yadigar”ı olan fərdi, individual dünyanın bircürləşdirilməsindən, ört-basdır edilməsindən gedir.
Dünya ölkələrinin klassifikasiyası
Ölkələrin sərhədləri ilə əhatə olunduqlarına görə milli iqtisadiyyatların dünya iqtisadiyyatının subyektləri kimi öyrənilməsində ayrı-ayrı ölkələrin və ölkə qruplarının inkişaf göstəricilərindən istifadə olunur. Yer kürəsində mövcud olan ölkələrin sayı daima artır. Əgər XX əsrin əvvəllərində dünyada təxminən 50 suveren dövlət mövcud idisə, XXI əsrin əvvəllərində dünya ölkələrinin sayı 4 dəfə artaraq 200-ü keçmişdir. Hazırda Dünya bankının statistikasına əsasən dünyada 210 dövlət-ərazi birliyi, yəni ölkə və ərazilər mövcuddur. Onların arasında həm ərazisinə və əhalisinin sayına görə böyük olan ölkələrə (Çin, Hindistan, Rusiya, ABŞ və Brazilya), həm də tamamilə kiçik dövlətlərə (Monako, Andorra, Lixtenşteyn) rast gəlinir. Bəzi ölkələr təbii sərvətlərlə zəngin olsalar da, bəziləri resurs çatışmamazlığından və ya olmamasından çətinlik çəkir. Bir çox ölkələrin dənizə birbaşa çıxışı olsa da, bəzi ölkələr (Çad, Mali, Nepal) qitədaxilində yerləşir. Aydındır ki, ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsinə coğrafi mövqe də təsir göstərir.
Bütün ölkələr digər milli iqtisadiyyatlarla qarşılıqlı əlaqə və asılılıqların dərinləşməsi ilə milli iqtisadiyyatın formalaşmasından dünya təsərrüfat proseslərinin inkişafına təsirini müəyyən edən müasir situasiyaya kimi uzun və özünəməxsus yol keçmişlər. Bu yolun özünəməxsusluğu iqtisadi inkişafın templərinə, səmərəliliyinə, iqtisadi artımın tipinə, təsərrüfatın sosial strukturuna, inkişaf səviyyəsinə və xarici iqtisadi əlaqələrin və digər göstəricilərin xarakterinə görə milli iqtisadiyyatların müxtəliflikləri ilə əlqədardır. Buna görə də dünya təsərrüfatının təhlilində ölkələrin müxtəlif kriteriyalara görə təsnifləşdirilməsindən istifadə edilir.
Qruplarda əsasən iqtisadi inkişaf parametrlərinə görə yaxın, təsərrüfatın idarə olunmasının eynitipli strukturuna, istehsalın təşkilinin ümumi prinsiplərinə, inkişafın eyni problemlərinə malik olan ölkələr birləşdirilir.
Dünya iqtisadiyyatında ölkə qrupları haqqında daha dolğun təsəvvürü dünyanın əksər ölkələrinin üzv olduğu beynəlxalq iqtisadi təşkilatlar – BMT, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya bankı verir.
BMT-nin təsnifatına görə iqtisadi inkişafın səviyyəsinə və təsərrüfatçılığın sosial-iqtisadi təbiətinə görə bütün ölkələr aşağıdakı qruplara bölünür:
1. sənayecə inkişaf etmiş (industrial) bazar iqtisadiyyatlı ölkələr;
2. inkişaf etməkdə olan ölkələr (İEOÖ) və bazar iqtisadiyyatlı ərazilər;
3. keçid iqtisadiyyatlı (inzibati-amirlikdən bazar iqtisadiyyatına) ölkələr.
Sənayecə inkişaf etmiş ölkələrə Şimali Amerikanın, Qərbi Avropanın və Sakit okeanın yüksək gəlirli 31 ölkəsi daxildir.
Bu və ya digər ölkənin inkişaf etmiş ölkə kimi səciyyələndirilməsi kriteriyaları aşağıdakılardır:
– ümumi və adambaşına düşən (ildə 12 min dollardan yuxarı) Ümumi Daxili Məhsulun (ÜDM), həyat səviyyəsi və standartının yüksək səviyyəsi ilə ifadə olunan sosial-iqtisadi inkişaf;
– təsərrüfatçılığın bazar sistemi;
– iqtisadiyyatın açıqlığı;
– ÜDM-də xidmət sferasının payının sənaye və kənd təsərrüfatına nisbətən daha çox olması (60 %-dən çox);
– sənayedə emal və material tutumlu sahələrdən yüksək texnologiyalara əsaslanan, elm tutumlu sahələrə keçid;
– kənd təsərrüfatı istehsalının mexanikləşdirilməsinin və məhsuldarlığın yüksək səviyyəsi. Bu ölkələrdə əmək qabiliyyətli əhalinin 3-
8%-i kənd təsərrüfatında məşğuldur. Daxili ərzaq tələbatı tam təmin olunur və bu ölkələrin əksəriyyəti kənd təsərrüfatını
iqtisadiyyatın ixrac sektoruna çevirmişlər.
İnkişaf etməkdə olan ölkələr Asiya, Afrika və Latın Amerikasının 132 ölkəsini əhatə edir. Bu ölkələrin əksəriyyəti keçmişdə müstəmləkə və yarımmüstəmələkə olmuşlar.
Bu qrupa aşağıdakı xüsusiyyətləri birləşdirən ölkələr daxildir:
– ən-ənəvi iqtisadiyyatdan tutmuş dövlət sektoruna kimi müxtəlif mülkiyyət formalarına əsaslanan çoxukladlı iqtisadiyyatın
mövcudluğu;
– istehsal güclərinin nisbətən aşağı inkişaf səviyyəsi;
– dünya iqtisadiyyatından asılı mövqe. Bu onunla izah olunur ki, yüzilliklər boyu müstəmələkələrin iqtisadi inkişafı öz istəkləri ilə
deyil, monopoliyaların tələbləri ilə müəyyən edilmişdir. Hazırda bu ölkələrin inkişafı xarici kapitaldan asılıdır;
– iqtisadi inkişafın başlıca olaraq aqrar-xammal istiqamətli olması və ixracın monostrukturluğu;
– ÜDM-nin, o cümlədən adambaşına düşən ÜDM-nin (ildə 12 min dollardan az) aşağı səviyyəsi, yoxsulluq.
60-cı illərdən başlayaraq (1961-ci ildə sonuncu müstəmləkə azad olunmuşdur) inkişaf etmiş ölkələrin dünya iqtisadiyyatında rolu artmışdır. İnkişaf etməkdə olan ölkələrdə olan böyük müxtəlifliklə əlaqədar dünya iqtisadiyyatında onların müxtəlif kriteriyalara əsasən təsifləşdirilməsi qəbul edilmişdir:
1. Regionlar üzrə: Afrika (50 ölkə), o cümlədən, Böyük Səhradan (Saxara) cənubda yerləşən ölkələr (45 ölkə); Asiya (30 ölkə); Yaxın Şərq və Avropa (18 Yaxın Şərq ölkəsi, həmçinin Malta, Türkiyə, Kipr); Qərb Yarımkürəsi (Mərkəzi Amerikanın və Latın Amerikasının 34 ölkəsi);
2. Əsas ixrac məhsullarına görə: ixracda yanacağın payı 50%-i keçən enerji ixrac edən ölkələr. 70-ci və 90-cı illərdə neftin qiymətinin güclü artımı onların xarici gəlirlərinin əhəmiyyətli artımını şərtləndirmişdir. Bu ölkələrdən bəziləri (Əlcazair, Liviya və s.) bu gəlirlərdən milli iqtisadiyyatın inkişafı və sənayeləşmə məqsədilə istifadə edirlər, digərləri (BƏƏ, Səudiyyə Ərəbistanı Küveyt və Yaxın Şərqin digər ölkələri) borc kapitalının əsas ixracatçısına çevrilmişdir;
3. İqtisadi inkişaf templərinə görə sənaye istehsalının ÜDM-də kifayət qədər yüksək çəkisi və emal sənayesinin və maşınqayırmanın ixracda yüksək payı ilə bir çox göstəricilərinə görə yüksək və orta inkişaf səviyyəli ölkələrə yaxınlaşmış Yeni sənaye ölkələri (YSÖ) yarımqrupu ayrılır.
4. iqtisadi inkişaf səviyyəsinə görə inkişaf etməkdə olan ölkələr arasında yüksək, orta və aşağı inkişaf səviyyəli ölkələr fərqləndirilir. Burada sənaye məhsulları istehsalı göstəricilərinə görə dünyanın qabaqcıl ölkələrinin sırasında olan Hindistanın rolunu qeyd etmək lazımdır. Ancaq adambaşına düşən ÜDM istehsalına görə bu ölkə aşağı inkişaf etmiş ölkələrə aid edilir.
Son iki onillikdə BMT-nin statistikasına görə iqtisadi inkişafda böyük uğurlara nail olan Çin də inkişaf etməkdə olan ölkələr qrupuna daxildir. İqtisadiyyatın mərkəzdən idarə olunması ilə bazar sisteminin uzlaşması iqtisadiyyatın açıqlıq səviyyəsini yüksəltmiş və xarici investisiyaları cəlb etmiş, beləliklə, XX əsrin sonunda Çin öz iqtisadi gücünə görə ABŞ-dan sonra ikinci nəhəngə çevrilmişdir. İEOÖ-in bəzi qruplarının tərkibi cədvəl 2-də verilmişdir.
Keçid iqtisadiyyatlı ölkələr – planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçən Mərkəzi və Şərqi Avropanın və keçmiş SSRİ-nin 28 ölkəsini əhatə edir. Bəzən Monqolustan, Çin və Vyetnam da bu qrupa aid edilir. BVF adambaşına düşən ÜDM-nin aşağı səviyyəsi olan ölkələri çıxmaqla yuxarıdakı ölkələrin hamısını inkişaf etməkdə olan ölkələrə aid edir.
Keçid iqtisadiyyatlı ölkələrdə iqtisadi inkişafın ümumi xüsusiyyətləri aşağıdakılardır:
– mərkəzləşmiş planlaşdırma və iqtisadi inkişafın tənzimlənməsindən imtina;
– iqtisadiyyatın açıqlıq dərəcəsinin yüksəlməsi (liberallaşdırma);
– dövlət mülkiyyətinin özəlləşdirilməsi;
– iqtisadi artımın özəl sektorun genişlənməsi, xarici investisiyaların cəlb olunması, iqtisadiyyatda struktur yenidənqurmaları, inflyasiya ilə mübarizə, valyuta sisteminin yenidən qurulması və s. kimi faktorlarından istifadə olunması;
– milli istehsalın həcminin azalması;
– xarici iqtisadi əlaqələrin qərbə doğru istiqamətinin dəyişməsi.
Dünya Bankı imtiyazlı maliyyələşdirməyə və əvəzsiz yardımlara daha çox ehtiyacı olan ölkələri müəyyənləşdirmək məqsədilə adambaşına düşən gəlirlərə görə ölkələri aşağıdakı kimi təsnifləşdirir.
Dünya ölkələrinin iqtisadi inkişaf səviyyəsinə görə qruplaşdırılması
Ölkələrin tipləri
Ölkələrin yarımtipləri
Ölkələr
Yüksək inkişaf etmiş ölkələr
Dünya ölkələri ensiklopedia
Yeni il müxtəlif ölkələrdə eyni həvəslə, eyni ruh yüksəkliyi, eyni coşqu ilə qarşılanır. Lakin fərqli ölkələrdə fərqli şəkildə. Modern.az müxtəlif ölkələrdə Yeni ilin necə qarşılanmasına qısa ekskurs edir. Bir sıra ölkələrdə Yeni il özünəməxsus ənənə ilə, bir qədər də qəribə qarşılanır: dekabrın 31-dən yanvarın 1-ə keçən gecə bəziləri öz dostuna daş hədiyyə edir, bəziləri su ilə bədənlərini yuyur, bəziləri isə evə buğda atır.
İtaliyada Yeni il axşamı köhnə ev əşyalarının pəncərədən küçəyə atılması ənənəsi hələ də qalmaqdadır. Küçədən keçənlər üçün heç də təhlükəsiz olmayan bu adətə əməl edən italyanlar hesab edir ki, nə qədər çox mebel atsanız, Yeni il öz gəlişi ilə evinizə bir o qədər sərvət gətirə bilər.
Böyüklər köhnə ev əşyalarını küçəyə atmaqda ikən uşaqlar bütün Yeni il gecəsi evin buxarına diqqət kəsilirlər. Məhz buxarıdan evə nağıllardakı sirli-möcüzəli Befan gəlməli və uşaqların ayaqqabılarına çoxdan gözlənilən hədiyyələrini qoymalıdır.
Bir çox Fransa əyalətlərində bu günə qədər köhnə bir ənənəyə əməl olunmaqdadır. Yeni ildə ilk olaraq su dalınca bulağa gedən ev sahibəsi orada bayram sürfəsindən qoğal və ya bulka qoyur. Bu bayram payını ertəsi gün o biri sahibə götürür, əvəzində özü gətirdiyini bulaq başında qoyur. Qadınlar axşam olana qədər bir-birilərini bu cür qonaq edirlər.
Elə ki, saatlar gecəyarını vurur, müxtəlif yaş təbəqəsinə aid insanlar masa, stul, kresloya minir və son saat zəngi çalınanda birlikdə Yeni ilə atlanırlar.
İngiltərədə Yeni ildə ən çox sevinən uşaqlardır. Çünki bütün gecəni küçələrdə tic a rətçilər maraqlı oyuncaqlar, maskalar, hava şarları satırlar. Yeni il axşamı ingilislər ənənəvi ağ pudinq yeyirlər. Lakin onlar bunu çox ehtiyatlı edirlər – çünki pudinqin içərisində çoxlu yemək üçün yararsız şeylər də olur. Odur ki, pudinq lotereya kimidir, kimə yaxşı, kimə pisi düşür.
Şotlandiyada Yeni ilə ərəfəsində çəlləkdə qətran yandırır və çəlləyi bütün küçə boyu diyirləyirlər. Şotlandlar üçün bu, Köhnə ilin yandırılmasıdır. Bundan sonra Yeni ilə yol açıqdır. Bu ölkədə hesab edirlər ki, Yeni ilin gəlişindən sonra evə girən ilk adam xoşbəxtlik və ya bədbəxtlik gətirir. Əgər evə hədiyyə ilə tündsaçlı kişi daxil olarsa, bu xoşbəxtlik əlamətidir.
Yeni il ərəfəsində İrlandiyada evlərin qapıları taybatay açıq olmalıdır. İstənilən adam istədiyi evə daxil ola bilər, onu ən əziz qonaq kimi qarşılayacaq, bayram sürfəsi ətrafında ən şərəfli yerdə oturdacaq və şirin şəraba qonaq edəcəklər. Və belə bir sağlığa ”Bu evdə və bütün dünyada sülh naminə” badə qaldıracaqlar. O birisi gün bayramın dostlar və tanışlar arasında qeyd olunması adətdir
Bu ölkədə Yeni il axşamı sürfəyə içərisində kiçik sürprizlər-qəpiklər, farfor fiqurlar, acı bibər qabığı olan bayram qoğalı qoyulur. Qoğalda üzük tapılarsa, bu, o deməkdir ki, Yeni il çoxlu xoşbəxtlik gətirəcək. Acı bibər qabığı isə sürfə arxasına toplaşlanları yalnız güldürəcək.
Elə ki Yeni il təqvimə qədəm qoyur, saatın son zərbəsində Bolqarıstanda bütün evlərdə bir neçə dəqiqəlyə işıqlar söndürülür. Yeni il öpüşmələri başlayır.
Bu ölkədə Yeni il günü uşaq tütəkləri, fit almaq və hədiyyə etmək dəbdir. Xalq inancına görə, bu musiqi alətlərinin təsirli səsi evdəki cinləri qova, evə sevinc və firəfanlıq gətirə bilər.
Moldovada Yeni ildə qonaqlar gözlənilən evlərdə buğda səpmək qəbul olunub. Hesab olunur ki, bununla yeni ildə bol məhsul və firəvanlıq olacaq.
Yeni ili qarşılamaq üçün qonaqlığa gedən Yunanıstan sakinləri özləri ilə daş götürür və onu qonaq gözləyən evin kandarına atırlar. Əgər daş ağırdısa, onda deyirlər- “Qoy ev sahibinin sərvəti bu daş kimi ağır olsun”. Yox, əgər daş kiçikdirsə, onda “Qoy ev sahibinin gözünə düşən ləkə bu daş kimi kiçik olsun”deyirlər.
Bu ölkədə Yeni ili müxtəlif cür qarşılayırlar. Ölkənin şimal əhalisi özlərini ağ, qırmızı, cəhrayı və bənövşəyi çiçəklərlə bəzəyirlər. Ölkənin mərkəzində evləri bənövşəyi bayraqlarla bəzəyirlər. Qərbdə evlərin damında od qalayırlar. Bayram ərəfəsində analar böyük qablara uşaqlar üçün aldıqları hədiyyələri, şirniyyatları, gül qoyurlar. Yeni ilin ilk günü səhər uşaqları gözü bağlı nimçəyə yaxınlaşdırırlar ki, onlar özlərinə hədiyyə seçsinlər.
Birmada Yeni ildə yoldan keçənlər bir-birini su ilə isladaraq uşaqlar kimi sevinirlər. Yeni il gecəsi bu ölkədə çox isti olur.
Bali adasında Yeni il 10 gün qeyd olunur. Allahların şərəfinə burada rənglənmiş düyüdən “yeməli” sütun düzəldirlər. Düzdür, bu yeməli sütundan Allahlara bir şey qalmır. Bayramdan sonra sütünlar sökülür, düyünü isə evə aparırlar.
Bu ölkədə də Yeni ili düyü yeməyi ilə qarşlayırlar. Yeni il axşamı canlı balığı çaya və ya gölməçəyə buraxırlar. İnanca görə, balığın belində Allah üzür, o Yeni il günü səmalara çəkilir və orada Yer üzündə insanların necə yaşamasından danışır. Bu gecə küslülər barışır.
Monqolustanda Yeni ilə heyvandarlıq bayramı il bir vaxta təsadüf edir. Buna görə də bu ölkədə Şaxta baba çobandır. Həmin gün monqollar müxtəlif idman yarışları keçirir, xüsusən də cəldlik və mətinlik üzrə konkursları sevirlər. Bu gün həm də at yarışı keçirilir.
Kubada Yeni il gecəsi saat yalnız 11 dəfə vurur. 12-ci zərbə Yeni ilə düşür, bir saat istirahətə verilir və hamı birlikdə bayramı sakitcə qeyd edir. Gecə yarı kubalılar pəncərədən küçəyə su atırlar, Yeni ilin su kimi daha da aydın və təmiz olmasını arzu edirlər.
Bu ölkədə Yeni il yeni həyatın başlanğıcını simvolizə edir. Buna görə də onlar bu həyatı yaxşılaşdırmağa çalışırlar. Onlar küsüşdükləri şəxslərlə barışır, mebellərini təmir edir, yenisini alır, dəyiş-düyüş edirlər.
Kolumbiya küçələrində Yeni ilə bir gün qalmış küçələrdə əllərində əldəqayırma iri oyuncaqları olan çoxsaylı insanlara rast gəlmək mümkündür. Bu oyuncaqlar köhnə ili simvolizə edir. İnsanlar oyuncağa ötən ildə onlara bəxş olunmuş yaxşı şeylərə görə minnətdarlıq edirlər və köhnə illə vidalaşırlar.
Əgər İtaliyada köhnə ev əşyalarını küçəyə atırlarsa, Argentinada Yeni il gecəsi o qədər də təhlükəli deyil, lakin gözləniliməz “yağış”altına düşmək mümkündür. Yerli ofis işçiləri bu yolla özlərinin köhnə təqvimlərindən, kağız-kuğuzlarından, müxtəlif lazımsız maklaturadan qurtulurlar.
Braziliyada Yeni ilin gəlişini çox gözəl qarşılayırlar. Çimərliklərə minlərlə şam gətirir, onları yandırır və qum üzərində qoyurlar. Braziliyalı qadınlar uzunətəkli geyimlərdə əllərində gül dəstələri okeana girir və gül ləpələrini suya atırlar.
Uzaq Avstraliyada Yeni il günü çox isti havadır, ona görə də Şaxta baba qonaqlığa xəz paltoda deyil, “plavkidə” gəlir. Düzdür, hələlik Şaxta baba saqqaldan və uzundimdik şapkadan üzülüşə bilməyib. Buna baxmayaraq, maral dərili xizəyi nağılbaz baba serfinq taxtasına dəyişib.
Comments are closed, but trackbacks and pingbacks are open.