Press "Enter" to skip to content

Amerikanın İrana 12 şərti: Dünya siyasəti yolayrıcında

Savaşa doğru: beynəlxalq hüququn çətin günləri

Dünya siyasəti

Rəsul Quliyev: “Radikal İslam üzərində qələbə çalınsa, müsəlman ölkələrinin inkişafına yol açılar”

Azərbaycan parlamentinin eks-spikeri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev Ağ Evin yeni rəhbəri Donald Trampın yürüdəcəyi siyasət barədə Modern.az saytına müsahibə verib.

-Tramp prezident kimi and içdi və buradakı çıxışlar daha çox Amerikanın daxili təhlükəsizlik, iqtisadi-sosial problemlər, digər məsələlərə yönəldildi. ABŞ-da yaşayan bir şəxs kimi nə gözləyirsiniz? Amerika diqqəti daxilə yönəltdikdən sonra dünyanın iqtisadi-siyasi tablosu dəyişəcəkmi?

-Trampın inauqurasiya çıxışı indiyə qədər olan çıxışların arasında ən qısasıdır. Cəmi 16 dəqiqə. Bu, həm də konkret ideyaların konkret reallaşdırmasını göstərən bir çıxışdır. Bu çıxışda bir dənə olsun belə, ümumi prinsiplərdən danışan cümləyə rast gəlmək mümkün deyil. Bu gün ABŞ dünyanın yeganə “superderjava”sıdır. Avropa Birliyi və ya Çinin növbəti supergüc ola bilməsini ən azı 15 il gözləmək lazım gələcək. Bu da Əgər Amerikada tənəzzül baş verərsə.

Dünyanın istər siyasi, istər iqtisadi ,istərsə də hərbi iqlimini dəyişə biləcək yeganə ölkə Amerikadır və onun daxilində baş verəcəklər güzgü effekti ilə bütün ölkələrdə öz əksini tapır. İstər pozitiv, istərsə də neqativ mənada. Ona görə də Trampın çıxışı sözün əsl mənasında təlatüm yaradıb və dünyanın aparıcı ölkələri – Çin, Yaponiya, Almaniya, Fransa və digərləri – səbirsizliklə Trampın hansı addımları atacağını gözləyirlər. Bu ölkələrin heç biri Trampın ölkə daxilində aparacağı reformalara hazır deyillər.
Trampın daxili siyasəti indiyə qədər formalaşmış qlobal iqtisadiyyatın qanunlarını darmadağın edəcək. Belə bir işi isə tezliklə görmək mümkün deyil. Heç 4 illik prezidentlik dövründə də başa çatdırmaq mümkün deyil. Tramp ölkədə işsizliyi azı 3 dəfə aşağı salmaq istəyir. Ona görə də Amerikada mallarını satan kompaniyaların hamısına “əgər satmaq istəyirsənsə, Amerikada istehsal et, əks halda, 35 faiz idxal vergisi qoyacağam” deyə anons edilir. Bu, çox mürəkkəb məsələdir. Bəs xaricdə mal istehsal edib Amerikada satan ABŞ kompaniyaları necə olacaq?

Çində, Vyetnamda və ya başqa ölkələrdə trikotaj məhsullar istehsal edib – söhbət “Polo” kimi hegemon Amerika kompaniyalarından gedir – dünyanın bütün ölkələrində, o cümlədən Amerikada satan nəhənglər nə etməlidirlər? Yəni Trampın siyasətinə cavab olaraq Çin və başqa ölkələr Amerika şirkətlərini ölkələrindən çıxarsalar, dünyanın iqtisadi rəngi necə dəyişəcək? Trampın siyasətində yüzlərlə həlli vacib olan məsələlər var. Ona görə də Tramp işsizliyi azaltmağa maksimum 50-60 faiz nail olacaq. Ancaq bu, onsuz da işsizliyin aşağı səviyyədə olduğu Amerika üçün çox böyük rəqəmdir. Bu, ildə ABŞ iqtisadiyyatının azı 4 faizə qədər yüksəlməsidir. Bu rəqəm ildə 18 trilyonluq məhsul istehsal edən ABŞ üçün çox böyükdür.

Məsələn, bu, Rusiya üçün 40 milyard dollarlıq məhsul deməkdirsə, ABŞ üçün 700 milyard dollardır. İstənilən variantda ABŞ dövlət quruluşu, siyasi kursu ilə daha çox Avropa Birliyinə yaxındır. Avropada isə həmişə bir nömrəli partnyoru Böyük Britaniya olub. Bu ənənə davam edir. Trampın görüşəcəyi birinci dövlət başçısı Böyük Britaniyanın baş naziri Tereza Meydir. Onların görüşündən çox şey asılıdır.

-Bəs Tereza Mey yeni siyasi təcrübəsi olan Trampa hansı ideyalar verə bilər?

-Mey Trampa Avropa ilə əlaqələrin real müstəvisini göstərməyə çalışacaq. Trampa “birinci səfərin Almaniyaya olsa, yaxşı olar” ideyasını verəcək. Mey konservatordur. Almaniyada və Fransada sosialist, millətçi meyllilərin hakimiyyətə gəlməsini istəmir. Almaniyada seçkilər olacaq. Hakimiyyətə solçuların gəlməsi heç arzu edilən deyil. Nəzərə alsaq ki, Fransanın sağçıları da solçuları ilə çox da fərqli olmayan mövqedədirlər. Və millətçi Le Penin şansı var. Güclü Almaniyada Merkelin qalması Avropada sosialist Fransanı neytrallaşdıra bilər.

Trampın çıxışından belə qənaətə gəlmək olarmı ki, ABŞ dünyadakı proseslərə o qədər də müdaxilə etməyəcək?

-ABŞ-da bu tipli izoliyasiya siyasəti 19-cu əsrin axırı və 20-ci əsrin əvvəllərində də olub. Demək olar ki, 1940-cı ilə qədər davam edib. Ancaq 2-ci Dünya Müharibəsindən sonra dünyanın heç bir regionunda istənilən problem ABŞ-ın iştirakı olmadan həll edilməyib. ABŞ bütün regionlarda mövcuddur. ABŞ-ın hegemon olmasını əksəriyyət ölkələr istəyir. ABŞ-ın hegemonluğu bir çox baş verə biləcək müharibələrin qarşısını alır, başqa sözlə, ABŞ dünya münaqişələrində qismən daha ədalətli arbitr hesab edilir. Və bu həqiqətdir.

Siz Rusiya və ya Çinin arbitr olduğu bir dünyanı təsəvvürünüzə gətirin. ABŞ-ın izolyasiya siyasətinin 2-ci Dünya Müharibəsinin başlanmasında rolunun olduğunu danmaq mümkün deyil.

Ona görə də istənilən variantda Tramp yenidən izolyasiya siyasətinə qayıda bilməz. Yığdığı komanda üzvlərinin şəxsiyyətləri də belə bir işin baş verməyəcəyinə dəlalət edir. Məsələn fikirləşin ki, Asiyada Çin və onun ətrafının işlərinə ABŞ qarışmır. Bu regionda Yaponiya ilə Çin, Çinlə Cənubi Koreya arasında müharibə alovunun alışmamasını sığorta etmək etmək mümkün deyil.

ABŞ güc mərkəzləri olan ölkələrdən izolyasiya olmayacaq, ancaq kiçik ölkələrə diqqətini azaldacaq.

-Tramp “radikal İslam” ifadəsini işlətdi. İndi nə düşünək? Dünya müsəlmanlarına qarşı yeni “Səlib yürüşü”nün başlanacağınımı?

-Amerika liderlərinin radikal İslamla normal İslamı ayırmaq cəhdləri çoxdan başlayıb.2001-ci ilin sentyabrından. Və bu gün də davam edir. “Radikal İslam” sözünü Buş və Obama da dəfələrlə işlədib. Bu sözü işlətmək 8-12-ci əsrlərdə baş vermiş “Xaç yürüşü” demək deyil. O yürüşlər də heç bir nəticə vermədi, əksinə, axırda İslamın qələbəsi ilə qurtardı. Radikal İslama qətiyyətli müharibə elan edən Trampın azı 15 İslam ölkəsində dövlət tərəfindən dəstəkçiləri var. Radikal İslam üzərində qələbə çalınsa, müsəlman ölkələrinin inkişafına da yol açılar.

-Ağ Evin bundan sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa addım atmayacağını ehtimal etmək olarmı?

-ABŞ indiyə qədər atdığı addımlardan fərqli heç bir addım atmayacaq. Ola bilər hansısa ABŞ rəsmisi dünyada milli bazada yaranmış münaqişələr mövzusunda məruzə edərkən Dağlıq Qarabağ problemindən də danışsın.

Trampın Azərbaycandan tanışlarının olmasına xüsusi əhəmiyyət verənlərə yazığım gəlir. Bu tanışlıqların nə əhəmiyyəti ola bilər?!

Bizim az intellekti olan insanların cılız analizlərini oxumaq, dinləmək mümkün deyil.

Qarabağ probleminin həlli Rusiyanın əlindədir. Rusların Allahının ən yaxın dostlarından biri azərbaycanlıdır (İlham Rəhimovu nəzərdə tutur-A.K). Məgər Putin gələndən sonra bu problemin həllində irəliləyiş oldumu? Xeyr. Nəzərə alsaq ki, Putinin dostu sözün əsl mənasında millətini sevən adamdır.

Deməli, ayrı-ayrı şəxslərin və bütövlüklə dövlətin ABŞ kimi ölkənin strateji planına təsir etmək imkanı yoxdur.

Başqa cür olsaydı, məsələn Türkiyə ABŞ-a Dəmirəlin vaxtında təsir göstərərdi. İndi yox.

-Çin faktorundan danışdınız. Mən istərdim ki, bir az konkret fikirlərlə izah edəsiniz. Çin dünya nəhənginə çevrilə biləcək, yoxsa ABŞ buna imkan verməyəcək?

-Çin artıq nəhəngdir, ancaq ABŞ kimi “superderjava” olma şansı yoxdur. Birincisi, Çin qabağa çıxmaq istəsə, Avropa, Yaponiya, Koreya həmişə ABŞ-ın yanında olacaq. Bu birliyə çatmaq isə heç vaxt mümkün deyil. Əgər Çin Ural dağlarından Kamçatkaya qədər Rusiyanın torpaqlarını ələ keçirib, əhalisinin sayını azı 3 milyarda çatdırsa, bəlkə nəyəsə ümid edə bilər. Ancaq Çin böyük dövlətdir, dünyanın ikinci iqtisadiyatına malikdir və onunla hesablaşmaq lazım gələcək.

Tramp istəsə də, istəməsə də Çinlə əlaqələrini qurmalıdır. Çinin hərbi sektorda da ABŞ-a çatmasına 10 illər lazımdır. Bu gün Çin ABŞ-ın 610 milyard dollarlıq hərbi xərclərinin qarşısında 190 milyard dollar xərcləyə bilir. Adambaşına məhsul istehsalına görə Amerikadan 20 dəfə az məhsul istehsal edir. Bunlar çox vacib göstəricilərdir.

-Rusiya ilə bağlı siyasətdə hansı redaktələr ola bilər?

-Rusiyaya gəldikdə, Tramp heç vaxt onunla eyni hüquqlu dövlət kimi davranmayacaq. Öz istədiklərini xoşluqla Rusiyaya qəbul etdirməyə, alınmasa, zorla bu işi görməyə çalışacaq. Bu da alınmasa, Obama kimi yarımçıq yox, əsl düşmən kimi özünü aparacaq. Ona görə də Rusiya ilə münasibətlərin tezliklə dəyişəcəyi fikirləri reallıqdan uzaqdır. Trampın komandasında olanların da Rusiya ilə münasibətləri xoş deyil. Rusiya gücü olmayan, döyülməsinə baxmayaraq, səsini kəsməyən tərbiyəsiz uşaqlara oxşayır. Trampın tərbiyə vermək cəhdinin nəticə verəcəyinə inanmıram.

-Tramp bu templə getsə, onun impiçment olunmaq ehtimalı varmı? Artıq Qərb mətbuatında oxumuşam ki, Tramp Konstitusiyanı pozur.

-Trampın tempinin impiçmentlə heç bir əlaqəsi yoxdur. İmpiçment hansısa konstitusion normaları pozduqda baş verə bilər. Yəni Trampın Konstitusiyanı pozan hansı bir addımı ortaya çıxsa və sübuta yetirilsə, impiçment prosesinə başlaya bilərlər. Hər halda bu yaxın vaxtlarda gözlənilmir.

-Trampı Rusiya hakimiyyətə gətiribmiş kimi iddialar Qərb mətbuatının gündəmini zəbt edib. Yəni, söhbət əsasən seçkilərə kibermüdaxilədən gedir. Sualım isə belə olacaq? Rusiya kəşfiyyatı ABŞ-da dərin kök sala bilibmi?

-Trampın hakimiyyətə gəlməsində Rusiyanın rolu olduğunu iddia edənlər, ağ yalanlar danışır. Heç bir ölkə faktoru ABŞ xalqının fikirində həlledici rol oynaya bilməz. Nəzərə alsaq ki, seçicilərin 80 faizinin ümumiyyətlə Rusiyadan və onun hərəkətlərindən xəbəri yoxdur, belə gülünc ideyaları irəli sürmək ağılsızlıqdır. Kiberhücumlar olub və buna şəxsən Putin rəhbərlik edib. Bu da həqiqətdir. Bu pirat hərəkətinə görə Rusiya cəzalandırılmalıdır. Ancaq “Rusiyanın köməkliyi ilə Tramp prezident seçilib” deyə iddia etmək nadanlıqdır. Rusiyada Trampı şantaj edəcək şəkillərin, materialların olmasına gəlincə, əgər bu həqiqətdirsə və o materiallar ABŞ orqanlarının əlinə keçsə, Trampı impiçmentdən heç bir şey xilas edə bilməz.

Aqşin Kərimov

Amerikanın İrana 12 şərti: Dünya siyasəti yolayrıcında

Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, mütəxəssislər hadisələrin sonrakı mümkün gedişatı ilə bağlı proqnozlar verirlər. Vaşinqtonun bu addımla hansı məqsədləri güddüyü üzərində düşünürlər. Aydın olur ki, Amerika və onun müttəfiqləri qlobal miqyasda vəziyyəti daha gərgin hala gətirə bilərlər. Tehrana qarşı irəli sürülən tələblər faktiki olaraq hərbi güc tətbiqini də nəzərdə tutur. Bu məqam olduqca riskli bir vəziyyətin meydana gələ biləcəyindən xəbər verir. Bu prizmadan M.Pompeonun şərtlərinə nəzər saldıqda hansı geosiyasi qənaətlər əldə etmək olar? Bu sualın cavabı üzərində düşünməyə dəyər.

Yeni qaydalar, yoxsa köhnə xəttin davamı: Pompeonun tələbləri işığında

Vaşinqton İrana qarşı çox sərt addım atıb. Dövlət katibi Mayk Pompeo “Heritage” (“İrs”) Fondunda çıxış edən zaman İran hakimiyyətinə qarşı 12 şərt irəli sürüb (bax: After the Deal: A New Iran Strategy / heritage.org, 21 may 2018). Bu şərtlər özlüyündə kifayət qədər sərt və qəti tələbləri ifadə edir. Onları dərhal analiz edən ekspertlər müxtəlif geosiyasi nəticələri proqnozlaşdırırlar. Proqnozların əksəriyyəti bədbin məzmundadır.

M.Pompeo vurğulayıb ki, əgər İran qoyulan şərtlərə əməl etməsə, “onu misli-bərabəri olmayan maliyyə təzyiqi gözləyir” (bax: əvvəlki mənbəyə). Sözlərinə davam edərək o, İran rejiminin amerikalıların niyyətlərində ciddi olduqlarına heç bir şübhəsinin olmayacağını bəyan edib. Buraya köhnə sanksiyaların bərpası ilə yanaşı, yeni məhdudiyyətlərin qoyulması da daxildir. Vaşinqton Tehranın siyasətində real, hiss olunan və aydın dəyişikliklər görməyincə təzyiqi davam etdirəcəyini də xatırladıb.

Amerikanın qoyduğu şərtlər üç sahəni əhatə edir. Onlardan birincisi İranın hərbi potensialı ilə, ikincisi İranın Yaxın Şərqdə dəstəklədiyi silahlı qruplarla əlaqəlidir. Üçüncü aspekt isə siyasi xarakterlidir. Birinci qrup şərtlərdə Tehrandan nüvə silahı yaratmaq istiqamətində apardığı tədqiqatları və ballistik raketlərin istehsalını dayandırmaq ifadə edilib. Vaşinqton hesab edir ki, Tehran hələ də gizli surətdə nüvə silahı üzərində işləyir.

Bunun üçün də o, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələrini qeyd-şərtsiz ərazisindəki bütün nüvə obyektlərini təftiş etməyə buraxmalıdır. İran uranın zənginləşdirilməsini dayandırmalıdır. Bundan başqa, İran nüvə reaktorunun işini dayandırmalı və plutoniumun istehsalı prosesinə son qoymalıdır. Bu isə faktiki olaraq İranı dinc nüvə proqramından imtina etməyə məcbur etməkdir.

Bunlardan başqa, Tehran ballistik raketlərin istehsalının dayandırılmasını da açıq faktlarla nümayiş etdirməlidir. Yalnız bu şərtlər ödəndiyi halda İranla yeni nüvə sazişi imzalana bilər. Həm də yeni mümkün sazişdə dəqiq göstərilməlidir ki, “İran heç bir zaman nüvə silahına malik olmayacaq” (bax: əvvəlki mənbəyə).

İkinci qrup şərtlər İranın Yaxın Şərqdə və Əfqanıstanda bir sıra radikal qruplara dəstəyini dayandırması ilə bağlıdır. Buraya “Hizbullah”, “Həmas”, “Taliban” və “əl-Qaidə” daxildir. Vaşinqton hesab edir ki, Tehran “əl-Qaidə”nin səhra komandirlərini gizlədir. Bu qruplara dəstək verməklə İran Amerikaya və onun regiondakı müttəfiqlərinə təhlükə yaradır. Bu sıraya ilk növbədə İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri daxildir.

Bundan başqa, İran Suriyadakı “bütün güclərini” çəkməlidir. Maraqlıdır ki, Rusiya da İranı ona sadiq hərbi qrupları Suriyadan çıxarmağa çağırmışdı ki, Tehran da sərt şəkildə buna etiraz edərək Suriyada qalacağını ifadə etmişdi.

Üçüncü qrup şərtlər siyasi xarakterlidir və İrandan həbsdə olan bütün amerikalıların və ABŞ-a dost ölkələrin vətəndaşlarının azadlığa buraxılması tələblərini əhatə edir. Görünür, İran müxtəlif hərbi əməliyyatlar zamanı müəyyən sayda ABŞ əsgərlərini əsir götürüb. Eyni zamanda, koalisiyaya daxil olan ölkələrin əsgərləri də İran tərəfindən həbs ediliblər. Buraya, təbii ki, İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları da daxildir.

Savaşa doğru: beynəlxalq hüququn çətin günləri

Mayk Pompeonun dediyinə görə, həmin siyahıya İranda itkin düşən amerikalılar və qondarma ittihamlarla həbs edilənlər də daxildir. Çox güman ki, söhbət İran təhlükəsizlik orqanlarının xarici xəfiyyə kimi həbs etdiyi hansısa şəxslərdən gedir. Hər bir halda bu tələbin irəli sürülməsi, vəziyyətin ciddiliyindən xəbər verir. Bu qrup şərtlərdə Tehrandan İraq hakimiyyətinin suverenliyinə hörmət göstərmək fikri də vardır.

Nəhayət, şərtlər daxilində İranın “əl-Qüds” xüsusi təyinatlı dəstələrinin (onlar İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibindədirlər) terrorçuluğa dəstəyinin dayandırılması da yer alıb. Bu təhdid İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini təhlükə altına alır. Bundan başqa, beynəlxalq dəniz daşımalarına təhdidlər yaradır və kiberhücumlar təşkil edir.

Beləliklə, Vaşinqton çox ciddi şərtlər irəli sürüb. Onlara əməl edilməsi üçün iqtisadi, maliyyə, informasiya sahələri ilə yanaşı, hərbi gücdən də istifadə olunması nəzərdə tutulub. O cümlədən ABŞ terror qruplarını darmadağın etmək niyyətində olduğunu ifadə edib. Bunun üçün o, regiondakı müttəfiqləri ilə birgə hərəkət etmək fikrindədir.

Bununla aydın olur ki, ABŞ İran məsələsində daha qətiyyətli mövqe tutmağa başlayıb və konkret fəaliyyət planı işləyib. Dünya dövlətləri buna aktiv reaksiya veriblər. İran təbii ki, öz etirazını göstərməklə yanaşı, əks addımlar atacağını da bəyan edib. Bununla yanaşı, Tehran Avropa ölkələrini öz öhdəliklərini yerinə yetirməyə çağırıb. Xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, “indi top Avropadadır”.

Göründüyü kimi, Avropa ölkələri bu məsələdə tam olaraq Vaşinqtonu dəstəkləmək fikrində deyillər. Artıq Avropa İttifaqı Amerikanın İrana qarşı sanksiyalarının Avropa ərazisində qüvvəsi olmadığı barədə qərar qəbul edib. Bu, Donald Trampı qəzəbləndirib və o, növbəti dəfə Brüsseli hədələyib. Amerika rəhbərliyi Avropanın özünün sanksiyalar altına düşə biləcəyini bəyan edərək bütün bunları “Amerika xalqının müdafiəsi” adı altında edəcəyini bildirib.

Rusiyanın reaksiyası kəskin olub. Moskva Vaşinqtonun düzgün addımlar atmadığını açıq ifadə edib. İranın nüvə sazişinin bütün şərtlərinə əməl etdiyini də Kreml xatırladıb. Yuxarıda vurğulananlardan bir sıra nəticələr çıxarmaq olar.

Hər şeydən əvvəl, ABŞ-ın yeni İran strategiyası dünya dövlətlərini iki düşərgəyə bölüb. Bir tərəfdə Vaşinqtonu dəstəkləyən az sayda ölkə, digər tərəfdə isə İranın haqlı olduğunu hesab edən, yaxud özlərinin zərər görməsini istəməyən ölkələr durur. Bu cür qarşıdurma qlobal geosiyasi prosesləri radikallaşdıra, hətta böyük hərbi toqquşmalara aparıb çıxara bilər. Aydındır ki, ABŞ və müttəfiqləri Yaxın Şərqdəki geosiyasi gərginliyi daha geniş ərazilərə yaymağa başlayıblar. Onlar bu gün İranı qarışdırmağa çalışırlarsa, sabah bu rolda Rusiya və ya Çin ola bilər.

Bu tezis Vaşinqtonun bu yaxınlarda ölkə üçün ən böyük təhlükənin Çin olduğunu açıq bəyan etməsi fonunda da düşündürücü görünür. Bu aspektdə İrana qarşı irəli sürülən 12 yeni şərtə nəzər salsaq, vəziyyətin daha təhlükəli olduğu qənaətini ala bilərik. Yəni söhbət yalnız İranla məhdudlaşmayıb, daha geniş geosiyasi məkanda Amerikanın strateji liderliyinin təmin edilməsindən gedir.

Digər diqqətçəkən məqam ondan ibarətdir ki, Vaşinqton fəaliyyətində sərt güc ənənəsindən imtina etmək fikrində deyil. İrana qarşı əlində olan bütün vasitələrdən yararlanmaq niyyətini açıq ifadə edib. Bu da qlobal miqyasda liberalizm xəttinin daha da zəifləyə biləcəyi nəticəsini çıxarmağa imkan verir.

Başqa düşündürücü faktor belə bir şəraitdə milli dövlətlərin hansı fəaliyyət xəttini seçməli olduğu ilə bağlıdır. Əgər kənardan hərtərəfli təzyiq və hərbi müdaxilə təhlükəsi varsa, onda milli suverenliyi necə qorumaq olar? Bu da özlüyündə bir daha dünya ictimaiyyəti qarşısında beynəlxalq hüquq normalarının qorunması məsələsini aktuallaşdırır. ABŞ-ın açıqca bir dövləti ittiham etməsi və bu zaman BMT-ni belə nəzərə almaması çox düşündürücüdür. Yəni bu prosesin davamının gəlməyəcəyinə hüquqi təminat yoxdur. Beynəlxalq hüquq üçün bu aspekt öz ciddiliyini saxlamaqdadır. Bəşəriyyət hansı yolla gedəcək: güc tətbiqi və təzyiqləmi, yoxsa hüquqi tənzimləmə yolu ilə?

Milli.Az

Prezident İlham Əliyevin gənclər siyasəti dünya üçün bir nümunədir – TƏHLİL

Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparır. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” – sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.

Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur. 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması daim gənclərə diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həllinə xüsusi diqqət göstərən ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycanın gənclər siyasəti dünya miqyasında bir nümunəyə çevrilib.

Milli Məclisin deputatı Vüqar İskəndərov Trend-ə açıqlamasında bildirib ki, bu gün öz uğurlarına görə regionun lider dövləti olan Azərbaycan eyni zamanda mütərəqqi gənclər siyasəti ilə dünyada fərqlənir.

“Azərbaycan az-az ölkələrdəndir ki, təqvimdən gənclərlə bağlı xüsusi gün var və həmin gün ölkədə xüsusi qeyd edilir. Həm bu, həm də hayata keçirilən işlər ölkəmizdə gənclərə xüsusi diqqət və qayğı ilə yanaşıldığını ortaya qoyur.

Heç şübhəsiz ki, burada da əsası Ulu öndər Heydər Əliyev tərfindən qoyulan və cənab Prezident İlham Əliyev tərfindən davam etdirilən gənclər siyasəti əsas rol oynayıb. 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 fevralın Gənclər günü elan edilməsi, gənclərə dövlətin diqqət və qayğısını əks etdirən çox saylı dövlət proqramlarının həyata keçirilməsi, Gənclər Fondunun yaradılması, o cümlədən dövlətin müxtəlif qurumlarında gənclərə rəhbər kimi yüksək etimad göstərilməsi də bu siyasətin nəticəsidir”, – deyə deputat bildirib.

O əlavə edib ki, bu diqqət və qayğıdan güc alan Azərbaycan gəncliyi həm də vətənpərvərliyi, öz xalqına və dövlətinə bağlılığı ilə fərqlənir.

“Biz 2020-ci ildə 44 günlük Vətən müharibəsində bunun bir daha əyani şahidi olduq. Məlum olduğu kimi cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 günlük müharibənin hər bir gününü tariximizə qələbə günü kimi yazdı. Bu müharibə bir sıra məqamları ilə yadda qaldı. Onu da deyim ki, 44 günlük Vətən müharibəsində ordumuzun misilsiz qalibiyyətinin, o cümlədən Şuşa qələbəsinin kökündə duran əsas məqamlardan biri ordu sıralarında olan gənclərimizin vətən sevgisi ilə bağlı idi. Cənab Prezidentin bəyan etdiyi kimi Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi”, – deyə V.İskəndərov vurğulayıb.

Deputatın sözlərinə görə, bu haqq savaşımız bir daha sübut etdi ki, Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış, öz torpağı, vətəni uğrunda qanından keçməyə belə hazır olan gənclər var: “Bunu da birmənalı olaraq vurğulayım ki, 44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Yəni, tarixi qələbəmizin əldə edilməsində əsas yükü, əsas vəzifəni məhz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə yetişən gənc nəsil yerinə yetirdi”, – deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Şahin İsmayılov isə Trend-ə bildirib ki, bu gün təntənəli şəkildə qeyd etdiyimiz Gənclər Gününün də tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

“Ulu Öndər 1995-ci ildə gənclər forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü və 1996-ci ilin 2 fevral tarixində 1-ci Gənclər Forumu baş tutdu. 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı müvafiq sərəncamla Azərbaycan Gənclərinin Forumunun keçirildiyi tarix – 2 fevral ölkəmizdə gənclər günü kimi qeyd olunmağa başlanıldı. Ondan sonra keçən dövrdə Azərbaycanda hər 3 ildən bir gənclər forumları keçirilir. Forumlarda gənclərimizi maraqlandıran məsələlər müzakirə olunur, qərarlar qəbul olunur. Prezident İlham Əliyevin hakimiyyəti dövründə də gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olmuşdur. Gənclər üçün yeni imkanlar yaradılmış, onların hərtərəfli inkişafı üçün dövlət tərəfindən mühüm töhfə verilmişdir.

Bu gün hakimiyyət qollarında gənclərlə işləyən ixtisaslaşmış orqanlar mövcuddur. Biz burada xüsusi olaraq Prezident Administrasiyasında Gənclər Siyasəti və İdman Məsələləri şöbəsini, Milli Məclisin Gənclər və İdman komitəsini, Gənclər və İdman Nazirliyini, Gənclər Fondunu göstərə bilərik. Eyni zamanda Azərbaycanda 300-ə yaxın Gənclər sahəsində işləyən Qeyri-Hökümət Təşkilatları fəaliyyət göstərir. Müxtəlif elmi-tədqiqat mərkəzlərində də kifayət qədər sayda gənclərimiz çalışırlar. Biz bu misalları artıra, gəclərimizin uğurları haqqında daha çox danışa bilərik. Təbii ki, bu uğurların əldə olumasında uğurlu dövlət gənclər siyasəti dayanır. Gənclər hər zaman dövlətin diqqətini, xüsusilə prezident İlham Əliyevin dəstəyini hiss edirlər”, – deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan gəncləri 44 günlük Vətən Müharibəsi zamanı da olduqca böyük qəhrəmanlıq göstərdilər.

Məhz Ali Baş Komandanın rəhbərliyi və Azərbaycanın gənc əsgərlərinin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Prezident İlham Əliyev də müharibə zamanı gənclərimizin döyüşlərdə göstərdikləri şücaətdən geniş danışmış, onların vətən uğrunda fədakarlıqlarını yüksək qiymətləndirmişdir. Mən əminəm ki, Azərbaycan gəncliyi bundan sonrakı dövrdə də Azərbaycanının inkişafı üçün əllərindən gələni edəcək və prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcəklər. Bir məqamı da xüsusi olaraq qeyd etmək istərdim. İşğal altında olan torpaqlarımızın azad olumasında iştirak edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, prezident İlham Əliyevin idarəçiliyinin məzunlarıdır”, – deyə deputat əlavə edib.

  • Şahin İsmayılov
  • gənclər siyasəti
  • Vüqar İskəndərov

Comments are closed, but trackbacks and pingbacks are open.