Press "Enter" to skip to content

Tebii Ehtiyatlar – Wikipedia

Azərbaycanda da külək enerjisindən istifadə üçün əməli işlər görülməkdədir

Dünyanın kənd təsərrüfatının coğrafiyası

Kənd təsərrüfatı insan fəaliyyətinin ən qədim və başlıca sahələrindən biridir. Hər bir ölkədə kənd təsərrüfatı və ona yaxın olan meşə təsərrüfatı, ovçuluq, balıqçılıq mövcuddur. Dünya əhalisinin 1,1 mlrd nəfəri (fəal əhalinin yarısı) bu sahədə çalışır. Lakin müxtəlif ölkələrdə kənd təsərrüfatında çalışanların sayı eyni deyil.

Aqro-sənaye kompleksi (ASK). ASK-nə əhalinin ərzaq məhsulları və gündəlik tələbatını ödəyən külli miqdarda sahələr daxildir. ASK-də bitkiçilik, heyvandarlıq və yeyinti sənayesi mühüm rol oynayır. Buraya həm də kənd təsərrüfaüna xidmət edən, kənd təsərrüfatının özü üçün, kənd təsərrüfatı məhsullarını emal edən müəssisələr üçün istehsal vasitələri istehsal edən sahələr daxildir.
Kənd təsərrüfatı insan fəaliyyətinin ən qədim və başlıca sahələrindən biridir. Hər bir ölkədə kənd təsərrüfatı və ona yaxın olan meşə təsərrüfatı, ovçuluq, balıqçılıq mövcuddur. Dünya əhalisinin 1,1 mlrd nəfəri (fəal əhalinin yarısı) bu sahədə çalışır. Lakin müxtəlif ölkələrdə kənd təsərrüfatında çalışanların sayı eyni deyil. Qərbi Avropada iqtisadi fəal əhalinin 9%-i, Şimali Amerikada 6%-i (ABŞ-da 2,8%), İOÖ-də 70-80%-i (Azərbaycanda 1/3—i) kənd təsərrüfatında çalışır.
Kənd təsərrüfatının inkişafının intensiv və ekstensiv yolları mövcuddur. İntensiv yol mexanikləşdirmə, kimyalaşdırma, suvarma, meliorasiya və s. hesabına əmək məhsuldarlığının yüksəldilməsidir (hər hektardan daha çox məhsul almaq, hər heyvandan daha çox ət, süd əldə etmək). Bu yol böyük vəsait tələb edir və əsasən, İEÖ üçün səciyyəvidir. Ekstensiv yol əkin sahələrinin, otlaqların sahəsinin genişləndirilməsi, heyvanların, kənd təsərrüfatı müəssisələrinin sayının artırılması hesabına məhsul arümına nail olmaqdır. Bu yol İOÖ üçün səciyyəvidir. Əkinçilikdə “yaşıl inqilab” (müasir aqrotexniki qaydalardan istifadə ilə bağlı məhsuldarlığın artması), heyvandarlıqda sənaye texnologiyası (broyler quşçuluğu, bekon donuzçuluğu), xüsusən Latın Amerikasında və Asiyada öz bəhrəsini vermişdir.
İctimai əmək bölgüsünün inkişafı prosesində kənd təsərrüfatı iki sahəyə – bitkiçilik (əkinçilik) və heyvandarlığa bölünür. Bu sahələr arasındakı nisbətə görə ölkələr arasında kəskin fərq var. Aqrotexniki qaydalardan və elmi lailiyyətlərdən istifadə edən Avropa ölkələri, Şimali Amerika, Avstraliya və Yeni Zelandiyada məhsulların dəyərinə görə heyvandarlıq üstündür. Təbii şəraitlə bağlı (quraq iqlim, az məhsuldar torpaq) bəzi İOÖ-də (Yaxın və Orta Şərq, Uruqvay) heyvandarlıq əksəriyyət təşkil edir. IOO-in əksəriyyətində bitkiçilik üstündür. İEÖ-dən Yaponiya, İspaniya, Portuqaliya, Yunanıstanda bitkiçilik (Yaponiyada çəltik, digərlərində sitrus meyvəçiliyi) əsas yer tutur.
ETİ-in nailiyyətlərinə baxmayaraq, kənd təsərrüfatının təbiətdən asılılığı qalmaqdadır. Təbii şərait kənd təsərrüfatının ixtisaslaşmasına, yerləşməsinə, səmərəliliyinə (məhsuldarlığına) böyük təsir göstərir. Təbii ilkin şəraitə aiddir:
1. Kənd təsərrüfatının əsası olan torpaq resursları;
2. Aqroiqlim resursları (Günəş işığı, havanın temperaturu);
3. Torpağın təbii münbitliyi;
4. Heyvandarlıq üçün yem bazası olan bitki resursları.
Aqrar münasibətlər dedikdə torpaq üzərində mülkiyyət
formaları, torpaqdan istifadə xüsusiyyətləri, kənd təsərrüfatında fəaliyyət göstərən sosial-iqtisadi qanunların xarakteri başa düşülür. İEÖ-də torpaq fondunun böyük hissəsi iri torpaq sahibkarlarının və şirkətlərin əlindədir. Dövlət özü də iri torpaq sahibkarıdır. Latın Amerikasında torpaq fondunun bir hissəsi latifundistlərin (iri torpaq mülkiyyətçiləri) əlindədir. Asiya və Afrikanın əksər ölkələrində xarici və yerli iri kapitalist plantasiyaları ilə yanaşı, kiçik və icma torpaq sahibkarlığı da geniş yayılmışdır.
Müasir kapitalist kənd təsərrüfatının səciyyəvi xüsusiyyəti torpağın iri sahibkarların əlində təmərküzləşməsinin güclənməsidir. Şərqi Avropa və Asiyanın bir çox ölkələrində torpaq sahibkarlığının yeni formaları – icarədar, kooperativ, fermer yaradılır.
Kənd təsərrüfatına yararlı torpaq resurslarını üç tipə ayırırlar:
1. Becərilən (əkin sahələri; ümumi torpaq fondunun 11%-i);
2. Təbii otlaq və biçənəklər (torpaq fondunun 24%-i);
3. Dincə qoyulan, az istifadə olunan, yaxud istifadə olunmayan torpaqlar (torpaq fondunun 2/3-si).
Kənd təsərrüfatı üçün yararlı torpaqlarm strukturu təbii şəraitdən asılıdır və kənd təsərrüfatam ixtisaslaşmasına təsir edir. Bu struktur tarixən dəyişir (meşələr əkin sahələrinə çevrilir, əkin sahələri yararsız hala düşür və s). Avropanın əksər ölkələrində kənd təsərrüfatına yararlı torpaqlar torpaq fondunun 50-70%-ni təşkil edir. Bu göstərici Macarıstan, Polşa, Danimarka, Böyük Britaniyada daha yüksək, dağlıq ölkələrdə – Skandinaviya (Norveç-3%), Albaniyada isə aşağıdır. Avropa ölkələrinin əksərində becərilən (əkin) sahələr, Böyük Britaniya, İsveç, Almaniyada çəmən və otlaqlar üstünlük təşkil edir.
Cənubi Amerikada kənd təsərrüfatına yararlı torpaqlarm payı 15-35%, Argentina və Uruqvayda (pampa və meşə-pampa) Orta Avropa səviyyəsindədir. Şimali və Mərkəzi Amerika ölkələri ərazisində kənd təsərrüfatına yararlı torpaqlar daha çox mənimsənilmişdir, otlaq və çəmənliklər isə üstünlük təşkil edir. Asiyada ərazinin kənd təsərrüfatı cəhətcə mənimsənilməsində kəskin fərqlər var. Yaponiya və Filippində əhalinin yüksək sıxlığı ilə bağlı kənd təsərrüfatı üçün yararlı torpaqlar az olsa da, ancaq tamamilə becərilir. Afrikada əkinə yararlı (becərilən) torpaqlar az, otlaqlar isə çoxdur. Avstraliyada becərilən torpaqlar 4-5%, otlaqlar isə çoxdur.
Kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin genişləndirilməsi meliorasiya, xüsusən suvarma hesabına baş verir. Son illər səth və yeraltı suların hesabına səhra və yarımsəhralarda yeni əkin sahələri yaradılmışdır.
Müxtəlif ölkələrdə kənd təsərrüfatının ixtisaslaşma səviyyələri müxtəlifdir. Əksər İEÖ-də ixtisaslaşma sahələri çoxdur (istər bitkiçilik, istərsə də heyvandarlıqda) və bu polikultur (poli – çox), İOÖ-də isə kənd təsərrüfatının ixtisaslaşması 1-2 sahə ilə təmsil olunur və bu monokultur (mono – tək) kənd təsərrüfatı adlanır.

Əzizağa Əhmədov

Tebii Ehtiyatlar – Wikipedia

Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.

Salam.Son onilliklər böyük təbii ehtiyatlara malik olmayan ölkələr sürətlə inkişaf edirlər. Lakin bütün şərtlər daxilində, böyük təbii ehtiyatlara malik ölkələr əlavə üstünlüklər əldə edirlər. Bütün təbii ehtiyatların istifadəsi bir-birilə sıx əlaqədardır. Belə ki, torpaq ehtiyatları (kənd təsərrüfatı sahələri) yanacaqla (mineral ehtiyatlarla) hərəkətə gətirilən texnika vasitəsilə becərilir və məhsuldarlığı gübrələrlə (mineral ehtiyatlardan hazırlanan) artırılır. Bir sıra hallarda təbii-xammal ehtiyatları mineral ehtiyatlarla eyniləşdirilir. Əksər dünya ölkələrində faydalı qazıntıların ehtiyatlarının belə təsnifatı mövcuddur: kəşf olunmuş (çıxarıla bilən), yəni geoloji-kəşfiyyat işləri nəticəsində sübut olunmuş; həqiqi (texnikanın müasir inkişaf səviyyəsində çıxarılan); proqnozlaşdırılan və ya geoloji (mövcudluğu elmi proqnoz və ehtimallara əsasən.

Mündəricat

  • 1 İqlim və kosmik ehtiyatlar
  • 2 Günəş enerjisi
  • 3 Külək enerjisi
  • 4 Mineral yanacaq ehtiyatları
    • 4.1 Kömür ehtiyatları
    • 4.2 Neft ehtiyatları
    • 4.3 Təbii qaz ehtiyatları
    • 4.4 Filiz ehtiyatları
    • 4.5 Boksit ehtiyatları
    • 4.6 Mis ehtiyatları
    • 4.7 Uran ehtiyatları
    • 4.8 Qeyri-filiz faydalı qazıntı ehtiyatları
    • 4.9 Torpaq ehtiyatları
    • 4.10 Su ehtiyatları
    • 4.11 Meşə ehtiyatları

    İqlim və kosmik ehtiyatlar

    Geniş mənada iqlim ehtiyatlarına oksigen, perspektivli və “təmiz” enerji mənbələrindən biri olan hidrogen (hələ ki, hidrogenin əldə edilməsi benzinə nisbətən 3 dəfə baha başa gəlir), külək və günəş enerjisi ehtiyatları aiddir. Kənd təsərrüfatı nda istifadəsinə görə aqroiqlim ehtiyatları — istilik, rütubət və işıq iqlim ehtiyatlarının xüsusi növünü əmələ gətirir. İqlim ehtiyatları kənd təsərrüfatı istehsalının əsas amillərindən biri olmaqla , həm də rekreasiya (istirahət, müalicə, turizm) ehtiyatlarının əsas elementlərindəndir.

    Günəş enerjisi

    Günəş enerjisi olmadan insan həyatını təsəvvür etmək qeyri-mümkündür. Yer səthinə düşən günəş enerjisi kəşf edilmiş mineral yanacaqlar enerjisindən on, dünya enerji tələbatının müasir səviyyəsindən isə min dəfə çoxdur. Lakin insanlar yer səthinə düşən günəş enerjisindən lazımı səviyyədə istifadə edə bilməirlər. Xüsusilə tropik qurşaqda yerləşən ölkələrdə günəş enerjisindən istifadaə üçün olduqça əlverişli şərait vrdır. Burada il ərzində günəşli günlərin sayı 300-ə çatır. Helioenergetikanın (günəş enetgetikası) inkişafı gələcəkdə bu ölkələrin səhra ərazilərinin təsərrüfat cəhətdən mənimsənilməsinə geniş imkanlar açır. Sadə günəş mətbəxlərinin, su təmizləyici qurğuların və s.yaradılmsı bu ölkələrdə yanacaq, xüsusilə oduncaq istehlakını xeyli azaldır.

    Helioenergetika sahəsində ABŞ, Yaponiya, Fransa, İtaliya, Hindistan, Braziliya və Avstraliyada daha fəal işlər aparılır. Hələlik Günəş enerjisindən əsas etibarilə binaların (“günəş evləri”) və istixanaların qızdırılması, dəniz suyunun şirinləşdirilməsi üçün istifadə edilir (Şimali Afrikanın, Yaxın və Orta Şərqin arid ölkələrində), ABŞ və Fransada ilk günəş elektrik stansiyaları istifadəyə verilmişdir. Heablamalara görə, fəzada günəş şüasını toplayan və əks etdirən nisbətən kiçik “çıraq” gecə vavtı bütün şəhəri təmamilə işıqlandıra bilər. Ənənəvi enerji mənbələrindən fərqli olaraq alternativ enerji mənbəyi olaraq külək enerjisindən istifadə daha faydalıdır.

    Külək mühərriki
    Külək enerjisi

    İnsanlar qədim zamanlardan indiyə kimi külək enerjisindən istifadə edirlər. Çin, Hindistan və Misirdə hələ iki min il əvvəl sadə külək mühərriklərindən istifadə edilirdi. Son vaxtlarda energetika və ekoloji çətinliklər ilə əlaqədar insanların külək enerjisinə marağı artmışdır. Məsələn, Yaponlar bir sıra gəmilərdə müasir mühərrik ilə yanaşı, yelkəndən də istifaə edirlər. Küləkli Xəzərdə belə gəmilərdən istifadə üçün daha əlverışli şərait vardır.

    Hazırda Fransa, İtaliya, Danimarka, ABŞ, İngiltərə və başqa ölkələrdə sənaye əhəmiyyətli külək qurğuları üzrə daha geniş işlər aparılır. Lakin küləklərin gücünü və istiqamətinin daimi olması, külək mühərliklərinin istifadəsi üçün passat, musson və başqa daimi küləklərin əsdiyi bölgələr daha əlverışlidir.

    Azərbaycanda da külək enerjisindən istifadə üçün əməli işlər görülməkdədir

    Mineral yanacaq ehtiyatları

    Geoloji mineral yanacaq ehtiyatları 12,5 trln. tondur. Müasir hasilat sürəti nəticəsində bu ehtiyatlar 1000 il kifayət edə bilər. Bu ehtiyatlar kömürdən (60%-dək), neftdən və qazdan (27%-dək), yanar şistlərdən və torfdan ibarətdir.

    Kömür ehtiyatları

    Dünyanın 75 ölkəsində aşkar edilmişdir. Ən böyük yataqları ABŞ-da, Çində, Rusiyada, CAR-da, Almaniyada, Avstraliyada, Böyük Britaniyada, Kanadada, Hindistanda və Polşadadır. Ümumiyyətlə, kömür ehtiyatları böyükdür və kömürlə təmin olunma digər ehtiyatlarla təmin olunmadan yüksəkdir. Lakin 1000 m-dən dərində yerləşən kömür ehtiyatlarının çıxarılması müasir texnikanın inkişaf səviyyəsində sərfəli deyil. Açıq üsulla hasilat isə sərfəli olaraq qalır (ABŞ-ın Qərb hövzəsində, Şərqi Sibirdə, CAR-da, Avstraliyada). Almaniyada 1 ton kömürün hasilatı CAR-dan idxaldan baha başa gəlir.

    Neft ehtiyatları

    Son illər həqiqi neft ehtiyatlarının həcmi artmışdır. Kəşf olunmuş neft ehtiyatlarına görə ölkələrin ardıcıllığı belədir: Səudiyyə Ərəbistanı, Iraq, BƏƏ, Küveyt, Iran, Venesuela, Rusiya, Çin, ABŞ. Müasir hasilat həcmi səviyyəsində (ildə təxminən 3 mlrd. ton) dünya iqtisadiyyatının neftlə təmin olunma dərəcəsi 45 ildir. OPEK ölkələrində isə hazırki hasilat səviyyəsi 85 il saxlanıla bilər. Xəzər dənizinin ehtiyatları az olsa da (dünya ehtiyatlarının 3–4%-i) hazırki və perspektivdə olan bazarlar arasında mühüm yer tutur.

    Təbii qaz ehtiyatları

    Kəşf olunmuş ehtiyatların son illər artması həm yeni yataqların kəşfi, həm də geoloji ehtiyatların bir hissəsinin kəşf olunmuş ehtiyatlar kateqoriyasına keçməsi ilə əlaqədardır. Ən böyük təbii qaz ehtiyatlarına malik ölkələr Rusiya, İran, ABŞ, Əlcəzair, Türkmənistan, Norveç, Qazaxıstan, Niderland, Liviya və Böyük Britaniyadır. Hazırki hasilat səviyyəsində (ildə 2,2 trln. m²) qazla təmin olunma dərəcəsi 71 ildir. [1]

    Filiz ehtiyatları

    Dəmir filizinin geoloji ehtiyatları, müxtəlif hesablamalara görə, təxminən 350 mlrd. ton, kəşf olunmuş ehtiyatları 150 mlrd. ton təşkil edir. Bu ehtiyatlar demək olar ki, 100 ölkədə müəyyən olunmuşdur, lakin onların əsas hissəsi az sayda ölkədə təmərküzləşmişdir.

    Boksit ehtiyatları

    Ən böyük boksit ehtiyatları Avstraliyada, Qvineyada, Braziliyada, Venesuelada və Yamaykadadır. Ehtiyatlarla təmin olunma dərəcəsi 250 ildir. Boksitlər əsas alüminium tərkibli xammal olub, əsasən, alüminium hidroksidlərindən ibarətdir. Yataqları çöküntü suxurlarda formalaşır və, əsas etibarilə, tropik və subtropik iqlim qurşaqlarında yerləşən aşınma qabığı sahələrinə uyğun gəlir. Əsas boksitli əyalətlərə Avropada Aralıq dənizi, Afrikada Qvineya, Latın Amerikasında Karib və Şimali Avstraliya aiddir. Geoloji ehtiyatları, adətən, təxminən 250 mlrd. ton, kəşf olunmuş ehtiyatları isə 20–30 mlrd. ton qiymətləndirilir. Ən böyük boksit ehtiyatlarına malik ölkələr Qvineya, Avstraliya, Braziliya, Yamayka, Hindistan, Çin, Qayana, Surinam. Boksitlərdə gil-torpağın miqdarı dəmir filizində olduğu kimidir. Bu səbəbdən də, boksit ehtiyatları dəmir filizində olduğu kimi faydalı komponentə görə deyil, filizə görə qiymətləndirilir.

    Mis ehtiyatları

    Ən böyük mis yataqları Hindistanda, Zimbabvedə, Zambiyada, Konqoda, ABŞ-da, Rusiyada və Kanadadır.

    Uran ehtiyatları

    Uran yer qabığında çox geniş yayılmışdır. Lakin iqtisadi cəhətdən yalnız faydalı komponentin 0,1%-dən az olmadığı yataqların işlənilməsi sərfəlidir. Bu halda 1 kq uran konsentratının alınması 80 dollardan ucuz başa gəlir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) məlumatına görə, XXI əsrin əvvəlində kəşf olunmuş və bu qiymətə çıxarılması mümkün olan uran ehtiyatları 3,3 mln. ton qiymətləndirilmişdir. Onlar 44 ölkənin ərazisində təxminən 600-dək yataqda təmərküzləşmişdir.

    Kəşf olunmuş uran ehtiyatlarına görə, dünyada birinci yeri Avstraliya tutur. Qazaxıstan ondan bir qədər geri qalır. Üçüncü yeri Kanada tutur. Bu ölkələrin payına dünya uran ehtiyatlarının 1/2-i düşür. Onlardan başqa, kəşf olunmuş uran ehtiyatlarına görə ilk on ölkənin sırasına, həmçinin, (azalan sıra ilə) CAR, Braziliya, Namibiya, Rusiya, Özbəkistan, ABŞ və Niger daxildir. [1]

    Qeyri-filiz faydalı qazıntı ehtiyatları

    Qeyri-filiz faydalı qazıntıları arasında böyük ehtiyatları ilə xörək və kalium duzları, fosforitlər, kükürd seçilir. Statistik məlumatlar inkişaf etmiş Qərb ölkələrinin, inkişaf etməkdə olan ölkələrin və keçid iqtisadiyyatına malik ölkələrin mineral-xammal potensialını müqayisə etməyə imkan verir. Qərb ölkələri kəşf olunmuş qızıl, manqan və xrom filizləri və, həmçinin, uran, qurğuşun və sink ehtiyatlarına görə seçilir. Inkişaf etməkdə olan ölkələrin payı, xüsusən, neft (80%-dən çox), boksit (77%), qalay və almaz (60–65%) və mis (53%) ehtiyatlarında böyükdür. Keçid iqtisadiyyatına malik ölkələr təbii qaz və dəmir filizi ehtiyatlarına görə seçilir (50%). Hər üç ölkələr qrupu bərabər nisbətdə nikel, molibden, gümüş ehtiyatlarına malikdirlər. Keçid iqtisadiyyatına malik ölkələr arasında mineral yanacaq və xammalla zəngin Rusiya, Qazaxıstan və Ukraynadır. [1]

    Torpaq ehtiyatları

    Dünyanın torpaq fondunun sahəsi 134 mln. km²-dir. Bu fondun strukturunda 11% becərilən torpaqların, 23% çəmən və otlaqların, 30% meşələrin, 3% antropogen landşaftların, 33% az yararlı və yararsız torpaqların payına düşür. Becərilən sahələrə görə ABŞ, Hindistan, Rusiya, Çin, Kanada, Qazaxıstan və Ukrayna seçilir. Son illərdə istifadəsiz torpaqların mənimsənilməsi hesabına Rusiyada, Qazaxıstanda, Çində və Kanadada becərilən torpaqların sahəsi artmışdır. [1]

    Su ehtiyatları

    Ən böyük su istehlakçısı kənd təsərrüfatı (69%), sonra isə sənaye (21%), kommunal təsərrüfat və su anbarlarıdır. Su ehtiyatlarının səmərəli istifadəsinin yolları aşağıdakılardır: 1) ilk növbədə, suya qənaət edən texnologiyaların tətbiqi və dövriyyəli su təminatının tətbiqi hesabına sudan istifadənin azaldılması; 2) daşınma zamanı, axıntılar və buxarlanma nəticəsində su itkilərinin ləğvi; 3) məişətdə sudan qeyri-səmərəli istifadənin aradan qaldırılması. [1]

    Meşə ehtiyatları

    Yer kürəsində meşə ilə örtülü ərazi 40,1 mln. km²-dir. Ən istifadəyə yararlı meşə sahəsi isə 25–28 mln. km²-dir. Meşə ərazilərinə görə, Rusiya, Braziliya, Kanada və ABŞ seçilir. Lakin son 200 il ərzində meşələrin sahəsi 2 dəfə azalmışdır. Nisbətən toxunulmamış meşələr Rusiyanın Asiya hissəsində, Kanadada, Konqo və Amazon çayı hövzələrində qalmışdır. Dünya üzrə oduncaq ehtiyatı 340–370 mlrd. m³-dir. Oduncaq ehtiyatına görə, Rusiya seçilir. [1]

    İstinadlar

    1. 123456 İ.İ.Mərdanov, T.D.Ağayev, M.G.Alməmmədli. Dünya təsərrüfatının coğrafiyası. Bakı: 2013, 150 səh.
    • T.P.Gərayzadə, C.A.Məmmədov. Dünyanın iqtisadi və sosial coğrafiyası kursunun (“Dünyanın təbii ehtiyatlarının coğrafiyası”, “Dünya əhalisinin coğrafiyası”, “Region anlayışı və regional fərqlər”) bölmələrinə aid orta məktəb müəllimlərinə kömək məqsədilə vəsait. Azərbaycan Respublikası Təhsil Nazirliyi “Öyrətmən” nəşriyyatının mətbəsində çap edilmışdir 16/I-1993-cü il.

    Dünyanın kənd təsərrüfatı

    Kənd təsərrüfatı maddi istehsalın ən qədim və geniş yayılmış sahəsidir. Dünyanın bütün ölkələrində kənd təsərrüfatı az və ya çox dərəcədə inkişaf etmişdir. Kənd təsərrüfatının 2 əsas tipi — əmtəəlik və istehlak tipləri ayrılır. Əmtəəlik kənd təsərrüfatına intensiv, yəni yüksək məhsuldarlığa malik əkinçilik, yem bazasına əsaslanan intensiv heyvandarlıq aiddir. İstehlak tipli təsərrüfata isə aşağı məhsuldarlığa malik ekstensiv əkinçilik və otlaq heyvandarlığı daxildir. İnkişaf etmiş ölkələr üçün kənd təsərrüfatının yüksək əmtəəlik tipi səciyyəvidir. Burada kənd təsərrüfatında xüsusi aqrobiznes forması inkişaf etmişdir. Aqrobiznes kənd təsərrüfatı məhsulunun istehsalı ilə yanaşı, onun emalı, anbarlarda saxlanması, daşınması və satışı, həmçinin bu sahə üçün maşın və gübrələrin istehsalını həyata keçirən sənaye xarakterli iri özəl təsərrüfatdır. İnkişaf etməkdə olan ölkələrdə həm əmtəə, həm də istehlak tipli kənd təsərrüfatı mövcuddur. Bu ölkələrdəki əmtəə təsərrüfatlarına məhsuldar torpaqlarda yerləşən və maşınların tətbiq edildiyi yaxşı təşkil olunmuş plantasiya təsərrüfatı aiddir. Bu təsərrüfatların məhsulu ixrac olunur. Amma inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatında əsas yeri istehlak tipli — xışlı və kotanlı əkinçilik tutur.Elmi-texniki inqilab digər sahələr kimi kənd təsərrüfatına da güclü təsir etmiş və bu sahədə “yaşıl inqilab”ın baş verməsinə səbəb olmuşdur. “Yaşıl inqilab” ETİ-nin təzahürlərindən biri olub kənd təsərrüfatının müasir aqrotexnika vasitəsilə yenilənməsi, yüksək məhsuldarlığa malik yeni bitki sortlarının, gübrələrin və s. kimyəvi maddələrin tətbiqidir. Əslində, ETİ-yə qədər bu yeniliklər artıq inkişaf etmiş ölkələrdə baş vermişdi. ETİ-dən sonra “yaşıl inqilab” Latın Amerikasının bir çox ölkələrində, Cənubi, Şərqi və Cənub-Şərqi Asiyada həyata keçirildi. Lakin bu yeniliklər yalnız plantasiya təsərrüfatlarında aparıldı, istehlak təsərrüfatları isə yenə də sadə alətlərin tətbiq edildiyi geridə qalmış təsərrüfatlar olaraq qalır.Kənd təsərrüfatının əsas sahələri bitkiçilik və heyvandarlıqdır. Bitkiçiliyin yarıdan çoxu taxılçılığın payına düşür. Taxıl əkinlərinin (buğda, çəltik, qarğıdalı) yerləşməsi insanların sıx məskunlaşdığı ərazilərlə üst-üstə düşür. Buğdanın əsas ixracatçıları ABŞ, Kanada, Avstraliya, Argentina, Fransa və Rusiyadır.
    Çəltik dünya əhalisinin yarısı üçün əsas qida sayılır. Çəltik istilik və rütubət sevən, həm də əməktutumlu bitkidir, əsasən, Asiyanın musson zonalarında becərilir. İldə iki dəfə məhsul verir və bu səbəbdən istehsal həcmi buğdanın istehsal həcminə yaxındır. Becərildiyi ölkələrdə daha çox istehlak edildiyi üçün dünya bazarına çəltiyin az hissəsi çıxarılır. Əsas ixracatçıları Çənub-Şərqi Asiya ölkələridir.
    Qarğıdalı, əsasən, onun vətəni olan Amerika qitəsində becərilir. Dünya bazarına ən çox buğda və qarğıdalı çıxarılır. Ərzaq taxılı kasıb ölkələr, yem üçün taxıl isə inkişaf etmiş ölkələr tərəfindən idxal olunur.
    Dənli bitkilərdən başqa, şəkərli, lifli, yağlı və digər bitkilərin əkinləri də xeyli sahə tutur. Şəkər qamışı istehsal olunan şəkərin 60%-ni verir və subekvatorial, rütubətli tropik və musson zonalarında becərilir. Şəkər çuğunduru isə mülayim qurşağın ölkələrində istehsal edilir. Üzüm və zeytun istehsalına görə Aralıq dənizi ölkələri fərqlənir. Heyvandarlıq da taxılçılıq kimi hər yerdə inkişaf etmişdir. Bunun səbəbi otlaq və çəmənliklərin sahəsinin əkin sahələrindən çox olmasıdır. Heyvandarlığın əsas sahələri maldarlıq, qoyunçuluq və donuzçuluqdur.

    Müəllif: Yaqub Qəribov, Oqtay Alxasov, Şərafət Hüseynli,Məhbubə Babayeva
    Mənbə: Coğrafiya 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Coğrafiya fənni üzrə DƏRSLİK

    • Teqlər:
    • kənd təsərrüfatı
    • , bitkiçilik
    • , heyvandarlıq

Comments are closed, but trackbacks and pingbacks are open.