Dünyagörüşüm və gmail təqvimlərimi necə birləşdirə bilərəm
Şirkətin ünvanı tək bir sətirdə yerləşməlidir. Çox uzun olarsa, ünvanı iki sətrə yazın, ancaq küçə adı ilk ünvan sətrində olsun və poçt kodunu da daxil etməyi unutmayın.
Azərbaycana rüsumsuz mal gətirmək limiti qüvvəyə mindi
Bundan sonra fiziki şəxslər ayda ümumi məbləği 300 dolları keçməmək şərtilə ilə xaricdən mal sifariş edə bilərlər.İndiyə kimi bu məbləğ 1000 dollar idi.
O cümlədən, fiziki şəxs özü ilə ölkəyə yalnız 800 dollar ekvivalentinə bərabər rüsumsuz mal gətirə bilər. İndiyə kimi bu məbləğ 1500 dollar idi.
Ayda bir dəfə 300 dollarlıq mal: necə tənzimlənəcək?
Azərbaycan vətəndaşı şəxsi istehlak üçün internet üzərindən alış-veriş edərkən ay ərzində ölkəyə ümumi məbləği 300 dollardan artıq olmayan mal gətirdə biləcək, Dövlət Gömrük Komitəsi ictimaiyyətdə çaşqınlıq yaradan “ayda 1 dəfə” məsələsinə aydınlıq gətirib.
Qurumdan BBC News Azərbaycancaya bildirilib ki, sadəcə, vətəndaşlar ay ərzində bir neçə dəfə online sifariş edə bilərlər, amma bu müddət ərzində gətirilən ümumi malın dəyəri 300 dolları ötməməlidir və vətəndaş da bunu sübut etməli, yəni aldığı mal üçün bəyannamə verməli olacaq.
- Gömrükdəki qaydalar: “Üç cüt corabın gətirilməsinin nə ziyanı ola bilər?”
- “Uşaq bağçalarında ərzağa qənaət etdik, elmi tədbirlər keçirmədik, 20 milyon büdcədə qaldı”
- İlham Əliyev: “Büdcədə dövlət qurumlarının xərcləri şişirdilir”
Gömrük güzəştləri ilə bağlı qanuna edilən son dəyişiklikdən sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkətlər vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində gətirilən rüsum tutulmayan malların ümumi dəyəri 300 ABŞ dolları ekvivalentinə bərabər edilib. İndiyə kimi bu məbləğ 1000 ABŞ dolları idi.
İnternet alış-verişinə üstünlük verən vətəndaşlar limitin azaldılmasından narazı qalıblar. Üstəlik qərarda göstərilən “ayda 1 dəfə 300 dollarlıq mal gətirilməsi” məsələsi çaşqınlıq yaradıb və narahatlığı artırıb.
Bəzi iqtisadçılar hesab edirlər ki, hökumət bu qərarla valyuta axının qarşısını almaq istəyir, ancaq onların fikrincə, bundan daha çox xarici internet-mağazalardakı ucuz malı ölkədə daha baha almağa məcbur edilən vətəndaşlar zərər görəcək.
Ayda 1 dəfə, yoxsa çox?
Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi Anar Süleymanov BBC News Azərbaycancaya deyir ki, poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə ümumi dəyəri 300 ABŞ dollarından artıq olmayan məbləğdə bir neçə dəfə gətirmək mümkün olacaq.
“Bir dəfə deyiləndə nə nəzərdə tutulur? Yəni, məhsullar uçot məqsədilə bir gömrük bəyannaməsi ilə təqdim olunmalıdır. Bu da əslində həmin idxalatçıya seçim azadlığı verir. Əksər daşımalar poçt və daşıma şirkətləri vasitəsilə aparılır. O daşıma şirkətləri həmin malları vahid bəyannamə ilə gömrük orqanına uçot məqsədilə təqdim edə bilərlər. Bu normanın yeganə prinsipi gömrük orqanında həmin fiziki şəxsin adına 300 ABŞ dolları dəyərindən artıq məhsulun gəlmədiyini təsbit etmək və uçot məqsədilə şəxsin identifikasiyasını müəyyən etməkdir. Bu, heç bir halda vətəndaşın alqı-satqı imkanlarını məhdudlaşdırmır. Biz sadəcə istəyirik ki, faktiki idxalatçı və ya onun nümayəndəsi olan daşıyıcı şirkət gömrük orqanına bəyannamə təqdim etsin”.
Cənab Süleymanov söyləyir ki, vətəndaş gömrük orqanına bəyannamə verərsə, ay ərzində müəyyən edilmiş məbləği keçməmək şərtilə bir neçə dəfə məhsul alışında “heç bir problem olmur”.
Anar Süleymanov deyir ki, sentyabr ayından Dövlət Gömrük Komitəsinin istifadəyə verəcəyi “Ağıllı gömrük” (Smart customs) tətbiqi vasitəsilə hər bir vətəndaş poçtla gətirdiyi məhsulun bəyannaməsini bir neçə saniyə ərzində təqdim edə biləcək.
Kölgə iqtisadiyyatı, sahibkarlar və büdcə
Anar Süleymanov deyib ki, bu məsələ “illərdir gündəmdə olan və həm Gömrük Komitəsini, həm də ümumilikdə Azərbaycan hökumətini narahat edən məsələ idi”.
Anar Süleymanov söyləyir ki, bu dəyişiklərin əsas məqsədi kölgə iqtisadiyyatı ilə mübarizə, malları ölkəyə bütün qanunvericiliklə müəyyən edilmiş ödənişləri ödəməklə gətirən sahibkarın hüquqlarının qorunması və büdcə gəlirlərindən yayınan dövriyyənin ödənişlərə cəlb edilməsi olub.
“Son illərin təcrübəsi göstərir ki, bu sahədə qeyri-leqal ticarət dövriyyəsi yaranıb. Yəni, ölkəyə qeyri-kommersiya təyinatlı mal adı altında ayrı-ayrı işbazlar tərəfindən və sadə vətəndaşlardan istifadə etməklə Azərbaycanın daxili bazarına mal gətirilir və onlar müxtəlif ticarət mərkəzlərində realizasiya olunur. Dövlətin nə rüsumu, nə vergisi, heç bir ödənişlər ödənmir. Bu, çox böyük dövriyyədir”.
Komitə rəsmisi deyir ki, xüsusilə sərhədyanı bölgələrdə yaşayan insanlardan məhsulun şəxsi istifadə adı altında gömrükdən keçirilməsi və bunun üçün onlara müəyyən ödənişlərin edilməsi qeydə alınıb.
Onun sözlərinə görə, bu kimi hallar “sərhəddə yükləmələrə” gətirib çıxarır.
Cənab Süleymanov müəyyən edilən limitin əsas götürülməsi zamanı qonşu dövlətlərin, Gömrük İttifaqı və Avropa İttifaqı dövlətlərinin qanunvericiliyinin araşdırıldığını və bugünkü Azərbaycan iqtisadiyyatının reallıqlarının nəzərə alındığını bildirib.
“Əgər Azərbaycan vətəndaşlarının ay ərzində 300 dollar həcmində poçt daşımasına güzəşti varsa, orta statistik Azərbaycan ailəsini heç dörd yox, üç nəfər götürsək, bu, təkcə poçt daşımasına 900 dollar güzəşt nəzərdə tutur. Düşünmürəm ki, hansısa orta statistik Azərbaycan ailəsində bu məbləğdən qat-qat artıq poçt daşıması məbləği olur,” – o deyib.
Elmi dünyagörüşü. Əqli, ideya-mənəvi, əmək və iqtisadi tərbiyə
Dünyagörüşü insanın həyata baxışları sistemidir. Onun əsasını elmi-dialektik ideya və baxışlar təşkil edir. Bu ideya və baxışlar ictimai və fərdi dünyagörüşünün əsasını təşkil edir. İctimai dünyagörüşü cəmiyyətdə bərqərar olan elmi, fəlsəfi, siyasi, etik və estetik baxışları əks etdirir. Fərdi dünyagörüşü isə ayrı-ayrı şəxsiyyətlərin həyata baxışları sistemidir.
Dünyagörüşü insanın davranış və fəaliyyətinin tənzimləyicisi, motivi kimi çıxış edir. O, şəxsiyyətin ümumi istiqamətini, həyat qayəsini müəyyən edir, xarakteri möhkəmlədir. Bitkin və sistemli dünyagörüşü şəxsiyyətin formalaşmasının mühüm göstəricisidir. Belə insan möhkəm həyat mövqeyi, məqsədyönlülüyü ilə seçilir.
Dünyagörüşünün formalaşması prosesi müxtəlif amillərin təsiri ilə baş verir. Bu amillər sırasında sosial mühit, ailə həyatı, cəmiyyətdə qərarlaşmış ideya və baxışlar, dövlətin siyasəti, təlim və tərbiyə, kütləvi informasiya vasitələri, insanın yoldaşlıq mühiti, oxuduğu kitablar, baxdığı filmlər və s. mühüm yer tutur.
Dünyagörüşü quruluşuna görə mürəkkəbdir. Onun tərkibi zehni, emosional və iradi komponentlərdən ibarətdir.
Zehni komponent varlığın insan şüurunda inikası ilə bağlıdır: burada hissi və məntiqi idrak birləşir. İnsan mücərrəd təfəkkürün köməyi ilə ümumiləşdirmələr aparır, maddi aləmin cisim və hadisələri arasındakı səbəb-nəticə asılılıqlarını, qanunauyğun əlaqələri dərk edir və bu əsasda dünyaya ümumi baxışlar sistemi formalaşır.
İnsanın bilik və baxışları o zaman şəxsi mövqeyə, əqidəyə çevrilir ki, insan bu ideyaları daxilən hiss etsin, ondan həyəcanlansın. Emosional həssaslıq, müqəddəs ideyalardan doğan sevinc, təəccüb, qürur hissləri dünyagörüşün formalaşmasında mühüm rol oynayır.
Elmi dünyagörüşünün əsasını elmi biliklər təşkil etdiyindən onun formalaşmasının başlıca yolu təlim prosesi ilə bağlıdır. Təlim prosesində şagirdlər təbiət, cəmiyyət və insan təfəkkürü ilə bağlı elmi biliklərə, ümumiləşmiş anlayışlara, baxışlara yiyələnirlər. Bu işdə bütün fənlərin imkanlarından istifadə edilməlidir. Doğrudur, ayrılıqda götürülmüş heç bir fənn bu mühüm vəzifəni müstəqil həll edə bilməz, lakin hər bir fənn bu sahədə müəyyən imkanlara malikdir.
Təbiyyat-riyaziyyat silsilə fənlərinin (təbiətşünaslıq, biologiya, kimya, riyaziyyat, fizika, fiziki coğrafiya) tədrisində dünyanın təbii-elmi mənzərəsi yaradılır, təbiətə elmi baxışların formalaşmasının əsası qoyulur: dünyanın maddiliyi, təbiət hadisələrinin qanunauyğunluqları, qarşılıqlı əlaqəsi, bir-birini şərtləndirməsi, canlılar aləminin təkamülü, növlərin dəyişkənliyi və s. belə ümumiləşmiş baxışlardır.
İctimai-humanitar elmlərin əsasları ilə bağlı fənlərin tədrisi (tarix, dil-ədəbiyyat, insan və cəmiyyət, iqtisadi coğrafiya və s.) cəmiyyətə dialektik baxışların yaranmasına kömək göstərir.
Təlim prosesində elmi dünyagörüşünün formalaşması ilə bağlı bir sıra vəzifələri həyata keçirmək lazımdır:
a) təbiət və cəmiyyət həyatının əsas fakt və qanunauyğunluqlarının şüurlu mənimsənilməsini təmin etmək; b) təbiət və cəmiyyət hadisələrinə maraq, onların mahiyyətinin dərk olunmasına tələbat aşılamaq; c) şagirdlərdə sosial-siyasi, əxlaqi, estetik baxışlar sistemi, əqidə və ideallar formalaşdırmaq; ç) dialektik təfəkkürün inkişafına kömək göstərmək.
Təlim prosesində elmi dünyagörüşü tərbiyəsində ümumi anlayış və ideyaların mənimsədilməsi böyük əhəmiyyət kəsb edir. Hər bir elm sahəsində, tədris fənnində belə ümumi anlayışlar vardır. Müəllim bu ideyaların mənimsədilməsi üçün faktları seçməli, onların ümumiləşdirilməsinə xüsusi diqqət yetirməlidir.
Elmi dünyagörüşü tərbiyəsi müəllimin istifadə etdiyi təlim vasitə və metodları ilə sıx bağlıdır. Təlimdə şagirdləri fəallaşdıran, düşündürən, onların müstəqil fikrini oyadan metod və priyomlara daha geniş yer vermək lazımdır. Öyrənilən anlayış və ideyaları konkret həyati və zehni məsələlərin, problemlərin həllinə tətbiq etmək də faydalıdır. Müəllim təlim prosesində – dərsdə şagirdləri belə məsələlərin həllinə geniş cəlb etməli, onlarda dialektik, tənqidi təfəkkürü inkişaf etdirmək qeydinə qalmalıdır. Bu məqsədlə evristik müsahibə, problem vəziyyət yaratmaq, düşündürücü suallar qoymaq səmərəlidir: “Fikrini sübut et”, “Hansı fikri düzgün sayırsan?”, “Hansı fikirlə razı deyilsən? Nə üçün?” və s. Təlimdə problemlilik, yaradıcı axtarışlar, elmi diskussiyalar dünyagörüşü tərbiyəsi, ideya inamı baxımından da əhəmiyyətlidir.
Şagirdlərin öz biliklərini müxtəlif zehni və həyati məsələlərin həllinə tətbiq etmələri onlarda həmin biliklərə inamın yaranmasına, müstəqil mühakimə yürütmələrinə, real həyati faktları ümumi qanunlar baxımından təhlil etmək bacarığının yaranmasına gətirib çıxarır.
Təlim prosesində elmi dünyagörüşü tərbiyəsinin mühüm bir amili fənlərarası əlaqədir. Təbii-riyazi elmlərin obyekti təbiətdir. Ayrı-ayrı elmlər bu ümumi obyektin bir cəhətini öyrənir. Həmin elmlərin əsaslarını əks etdirən tədris fənləri də ayrılıqda bu və ya digər təbiət hadisəsini öyrədir və bütövlükdə təbiətin elmi mənzərəsi haqqında bitkin təsəvvürlər, sistemli anlayışlar verə bilməz. Ona görə də elmi dünyagörüşünün bir fənn çərçivəsində həyata keçirilməsi mümkün deyildir; yalnız fənlərarası əlaqə sayəsində təbiətin və cəmiyyətin ümumi mənzərəsini yaratmaq, ümumi qanunauyğunluqları mənimsətmək olar.
Elmi dünyagörüşü tərbiyəsində şagirdlərin yaş və fərdi xüsusiyyətlərinin nəzərə alınması böyük əhəmiyyət kəsb edir. Elmi dünyagörüşü tərbiyəsi müxtəlif yaş dövrlərində, müxtəlif məzmunda aparılır. Hər yaş dövründə uşaqların dərketmə imkanları, təcrübə və tərbiyə səviyyəsi eyni deyildir. Bu hal tərbiyənin məzmun, forma və metodlarının seçilməsində nəzərə alınmalıdır.
Elmi dünyagörüşü dini inkar etmir, ona zidd mövqe tutmur. O, dünyəvilik mövqeyini müdafiə edir. Dünyəvilik isə dinsizlik demək deyildir; insan dinə hörmət etməli, eyni zamanda bəşəri sivilizasiyaya yiyələnməli, dünyanın inkişaf qanunlarını öyrənməlidir. Din hər kəsin vicdan işidir. Onu zorla qəbul etdirmək olmaz; hər kəs ona öz yolu ilə gəlib çatır. Din təhsilə, siyasətə, dövlət işlərinə qarışmamalı, maddi mənfəət güdməkdən uzaq olmalı, siyasətə alət edilməməlidir. M.K.Atatürkün ifadəsi ilə desək, din vicdanlardakı yüksək və müqəddəs yerini qorumalıdır.
2. Əqli tərbiyə
Elmi dünyagörüşünün formalaşması insanın elmi biliklərə yiyələnməsindən, əqli tərbiyədən başlayır. Əqli tərbiyə dedikdə, insanın elmi biliklərə, zehni qabiliyyətlərə yiyələnməsi, yaradıcı düşünmə bacarığının inkişafına yönələn təlim-tərbiyə prosesi və onun nəticəsi başa düşülür.
Hazırda cəmiyyətdə elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi, əməkdə zehni işin rolunun xeyli artdığı bir dövrdə gənc nəslin əqli təhsil və tərbiyəsinə böyük tələblər verilir. Müasir istehsalatda, elm və mədəniyyətin müxtəlif sahələrində yüksək səviyyədə işləmək, yeni texnika və texnologiyalardan baş açmaq üçün dərin bilik, müstəqil düşünmə bacarığı, yaradıcı təfəkkür tələb olunur. Bu isə, öz növbəsində, böyüyən nəslin ümumtəhsil və intellektual səviyyəsini yüksəltməyi nəzərdə tutur.
Əqli tərbiyə qarşısında bir sıra vəzifələr durur:
a) insanı bilik, bacarıq və vərdişlərlə silahlandırmaq;
b) təlim əməyi bacarıqları və zehni əmək mədəniyyəti formalaşdırmaq;
c) zehni qabiliyyətləri, yaradıcı təfəkkürü, psixi prosesləri inkişaf etdirmək;
ç) yüksək ideya-mənəvi keyfiyyətlər, nəcib hisslər aşılamaq, elmi dünya-görüşünün formalaşmasına kömək göstərmək.
Bu vəzifələrin həlli üçün müxtəlif yol və vasitələrdən istifadə edilir. Məktəbdə əqli tərbiyə üçün iki yoldan – təlim prosesindən və sinifdənxaric tədbirlərdən istifadə olunur. Təlim əqli tərbiyənin başlıca vasitəsidir. Müxtəlif fənlərdən keçilən dərslərdə şagirdlər elmlərin əsaslarına dair biliklərə, zəruri bacarıq və vərdişlərə yiyələnirlər. Bacarıq və vərdişlər xüsusi və ümumi olmaqla iki qrupa bölünür. Xüsusi bacarıq və vərdişlər ayrı-ayrı fənlərdə tətbiq olunan, hər hansı qayda ilə bağlı olan bacarıq və vərdişlərdir. Məsələn, qrammatikadan müxtəlif təhlillər (fonetik, leksik, qrammatik) aparılması, riyaziyyatdan məsələ və misal həlli, coğrafiyadan qlobus, kompas və xəritə üzrə iş, biologiyadan bitki becərmək, heyvanlara qulluq etmək; kimyadan təcrübələr aparmaq və s. xüsusi bacarıqlara aiddir. Ümumi bacarıq və vərdişlər isə müxtəlif fənlərdə tətbiq olunur. Buraya kitab üzərində müstəqil iş, oxu və yazı vərdişləri, öz fikrini ifadə etmək, planlaşdırma, özünənəzarət və özünüyoxlama bacarıq və vərdişləri daxildir.
Müəllim təlim prosesində xüsusi bacarıq və vərdişlərlə yanaşı, ümumi bacarıq və vərdişlərin də formalaşması qeydinə qalmalıdır. Mənimsəmənin səmərəsi şagirdlərin bu bacarıqlara nə dərəcədə yiyələnmələrindən asılıdır. Bu bacarıqlar isə öz-özünə yaranmır. Bunun üçün təlimi xüsusi istiqamətləndirmək lazımdır. Müəllim dərslərdə şagirdləri kitab üzərində müstəqil işə cəlb etməli, onun səmərəli priyomlarını öyrətmək qeydinə qalmalıdır. Buraya diqqətlə işləmək, təfəkkür əməliyyatlarına (təhlil-tərkib, müqayisə, təsnifetmə, sistemləşdirmə və ümumiləşdirmə), hafizə priyomlarına yiyələnmək, müşahidəçilik bacarıqları və s. daxildir. Müəllim zehni iş bacarıqlarına təlimdə geniş yer verməklə şagirdlərin müstəqil düşünmə bacarığının inkişafına nail olmalıdır. Bu məqsədlə inkişafetdirici təlim vəziyyətinin yaradılması mühüm şərtdir. Müəllim şagirdləri zehni və həyati problemlərin həllinə, tədqiqatçılıq fəaliyyətinə, evristik müsahibəyə, diskussiyalara, düşündürücü sual və tapşırıqların həllinə cəlb etməklə onların zehni inkişafını, müstəqil düşünmə bacarığının formalaşmasını stimullaşdıra bilər.
3. Ideya-mənəvi tərbiyə
İdeya- mənəvi tərbiyə ahəngdar inkişaf etmiş şəxsiyyət tərbiyəsinin əsas istiqamətini təşkil edir. İdeya- mənəvi tərbiyənin nəzəri əsasını dialektik materializm təlimi, mütərəqqi bəşəri və milli ideyalar, sosial əsasını isə cəmiyyətdəki ideya-mənəvi dəyərlər, sosial normalar, cəmiyyətin sosial-ictimai quruluşu, sosial siyasəti təşkil edir.
İdeya- mənəvi tərbiyənin psixoloji əsası kimi bilik, əqidə, hiss və əməli fəaliyyətin vəhdəti prinsipi çıxış edir. Ağılla və ürəklə dərk olunmuş ideyalar insanın davranış və fəaliyyət motivi kimi çıxış edir, onun siyasi və ictimai fəallığını artırır.
İdeya- mənəvi tərbiyə qarşısında bir sıra vəzifələr durur:
– gənc nəsli yüksək ideyalılıq və siyasi şüurluluq, habelə xalqımızın inqilabi, döyüş və əmək ənənələri ruhunda tərbiyə etmək;
– yeniyetmə və gəncləri mütərəqqi bəşəri və milli ideyalar, siyasi normalar və münasibətlər haqqında təsəvvürlərlə, biliklərlə silahlandırmaq;
– şagirdlərdə dünyagörüşü ideyalarına, siyasi normalara, siyasi reallıqlara və baxışlara maraq, onları qiymətləndirmək bacarığı formalaşdırmaq;
– böyüyən nəslin ictimai-siyasi fəallığını artırmaq, bunun üçün zəruri bacarıq və vərdişlər aşılamaq.
Bu vəzifələrin həyata keçirilməsi üçün məktəb əlverişli şərait yaratmalı, ideya-siyasi tərbiyə işinin məzmununu müəyyən etməlidir.
İdeya- mənəvi tərbiyə işi ilk növbədə təlim prosesində həyata keçirilir. Ayrı-ayrı fənlərin (tarix, Azərbaycan tarixi, insan və cəmiyyət, ana dili, ədəbiyyat və b.) tədrisində ictimai-siyasi baxışlar, ideya inamı formalaşdırmaq üçün geniş imkanlar vardır. Müəllim bu imkanlardan istifadə edib şagirdlərdə dərin bilik, ideya-siyasi təsəvvür və anlayışlar, siyasi şüur və mövqe, ictimai və siyasi həyat hadisələrinə şəxsi münasibət formalaşdırmağa çalışmalıdır. Bu məqsədlə həm təlimin məzmunundan, həm də metod və priyomlarından istifadə etməlidir.
Dərsin gedişində müəllim ictimai-siyasi anlayışların şüurlu dərk olunmasına, onların mahiyyətinin açılmasına və ictimai-siyasi həyatla sıx əlaqələndirilməsinə nail olmalıdır. Yaxşı dərk olunmamış anlayışlar ideya-siyasi tərbiyədə formalizmə gətirib çıxara bilər.
Dərsin ideya istiqaməti üçün materialın məzmununun necə təqdim edilməsi, bu zaman hansı metodlardan və necə istifadə olunması mühüm əhəmiyyət kəsb edir. Burada müəllimin canlı, inandırıcı sözü daha böyük təsir gücünə malikdir. Siyasi və əxlaqi ideyaları, həqiqətləri sadəcə başa düşmək azdır, yeniyetmə və gənclər həm də bu ideyaları hiss etməli, onlardan təsirlənməlidirlər. Yüksək ideyalar yalnız soyuq ağılla yox, həssas ürəklə dərk olunduqda, uşaq qəlbinin dərinliyində əks olunduqda daha təsirli olur, inama çevrilir.
Dərsdə ideya-mənəvi tərbiyənin səmərəli olması üçün müəllim öz parlaq, emosional şərhi ilə şagirdlərdə ictimai-siyasi fakt və hadisələrə şəxsi münasibət formalaşdırmağa çalışmalıdır. Şagirdləri ayrı-ayrı siyasi hadisələrə, bədii əsərlərdəki qəhrəmanların fikir və davranışına qiymət verməyə, onlara öz münasibətlərini bildirməyə, müstəqil nəticələr çıxarmağa cəlb etmək bu baxımdan əhəmiyyətlidir.
Dərslərdə aparılan ideya- mənəvi tərbiyə işi sinifdənxaric və məktəbdənkənar tədbirlər yolu ilə də davam etdirilir. Bu məqsədlə müxtəlif formalardan istifadə olunur:
a) kütləvi tədbirləri;
b) klub və dərnək tədbirləri: ictimai-siyasi klub, muzey və dərnəklərin
fəaliyyəti;
c) mənəvi fərdi işlər: şagirdlərin şəxsi təhsili, müxtəlif fərdi tapşırıqlar (qəzet, stend, məruzə hazırlamaq) və s.
İdeya- mənəvi tərbiyənin mühüm bir istiqaməti şagirdlərin ictimai-siyasi fəaliyyətini təşkil etməkdən ibarətdir. Məktəb müxtəlif formalarda (mühazirəçilər-təbliğatçılar qrupu, bülletenlər, tarixi günlərə dair stendlər hazırlamaq, hərbi və əmək şöhrəti klubları, diyarşünaslıq, qırmızı ləpirçi, şəfqət dəstələri və s.) yeniyetmə və gəncləri rayonun və məktəbin ictimai-siyasi həyatında iştiraka cəlb edir. Bu yolla onların ictimai-siyasi fəallığı təmin edilir.
İdeya-mənəvi tərbiyənin əsas istiqamətini əxlaq tərbiyəsi təşkil edir. Əxlaq tərbiyəsi şəxsiyyətin ahəngdar inkişafının mühüm tərkib hissəsini təşkil edir. Əxlaq tərbiyəsi insanın əxlaqi şüur və hisslərinin, davranış təcrübəsinin formalaşmasına yönələn məqsədyönlü prosesdir. Bu proses ikitərəfli və fəal xarakter daşıyır. Şagird, bir tərəfdən, yaşlıların (müəllim və valideynlərin), eləcə də kollektivin təsirinə məruz qalır. Bu halda o, təsirin obyekti kimi çıxış edir. Digər tərəfdən, uşaq tərbiyə işində fəallıq göstərir: xarici təsirləri daxili mövqeyindən keçirərək, hərəkət və davranışını tənzim edir, özünə təsir göstərir, yeni keyfiyyətlərə yiyələnir. Bu halda o, tərbiyə işinin subyekti kimi çıxış edir.
Əxlaq tərbiyəsinin mahiyyətini daha dolğun dərk etmək üçün onun nəzəri-psixoloji əsaslarını bilmək lazımdır. Əxlaq tərbiyəsinin nəzəri əsasını etika elmi təşkil edir. Etika əxlaq, mənəviyyat haqqında elmdir.
Əxlaq ictimai şüur formalarından biri olub insanın cəmiyyətə, başqa adamlara və özünə münasibətini müəyyən edən davranış normalarının məcmusudur. Əxlaq normaları cəmiyyət tərəfindən müəyyən edilir və ictimai rəylə tənzim olunur. Bununla da əxlaq normaları dövlət tərəfindən müəyyən edilən və tənzim olunan hüquq normalarından fərqlənir.
Əxlaqi davranışın idarə və tənzim olunması üçün əxlaqi əməlin strukturunu, davranışın psixoloji mexanizmini bilmək lazımdır. Əxlaqi əməlin strukturu bir neçə elementdən ibarətdir: tələbat-motiv-məqsəd-vasitələr-hərəkət-nəticə. İnsanın davranışında bu elementlər qarşılıqlı vəhdətdə olub, bir-birini şərtləndirir.
İnsanın davranış və rəftarının istiqamətini tələbatlar və maraqlar təşkil edir. Tələbat (maddi və sosial tələbatlar) və maraqlarını təmin etmək üçün o, öz davranış məqsədlərini müəyyənləşdirir. Məqsədin həyata keçirilməsi müxtəlif motivlərlə bağlıdır. Əxlaqi hərəkətin nəticəsinə qiymət verərkən mütləq məqsəd və motivləri – daxili səbəbləri araşdırmaq və bundan çıxış edərək müvafiq təsir vasitəsi seçmək lazım gəlir. Arzuolunmaz nəticələrlə mübarizə aparmağın əsas şərti onların səbəblərini öyrənmək və aradan qaldırmaqdır.
Əxlaqi əməl, davranış insanın şüur, hiss, iradə və hərəkətlərinin nəticəsi kimi özünü göstərir. Əxlaqi davranış, hər şeydən əvvəl, şüura əsaslanır: əxlaqi norma və prinsipləri bilmədən düzgün əxlaqi davranış mümkün deyildir. Əxlaqi biliklər o halda inam və əqidəyə çevrilir ki, onlar insanın hissləri və iradəsi ilə qovuşmuş olsun Nəcib ideyalardan təsirlənən yeniyetmə və gənclərdə nəcib hisslər oyanır və bunlardan nəcib arzular yaranır. Bu arzular insanı nəcib hərəkətlərə, əməllərə sövq edir.
Əxlaq tərbiyəsinin vəzifələri cəmiyyətin şəxsiyyətə əxlaqi tələblərini əks etdirir. Həmin vəzifələr aşağıdakılardan ibarətdir:
– insanda əxlaqi şüur, inam və əqidə formalaşdırmaq;
– nəcib əxlaqi hisslər aşılamaq;
– düzgün davranış təcrübəsi formalaşdırmaq;
– əxlaqi eybəcərliyə, haqsızlığa, şərə qarşı barışmazlıq, mübarizə əzmi, fəal həyat mövqeyi tərbiyə etmək.
Əxlaq tərbiyəsinin məzmunu geniş və çoxcəhətlidir; əxlaqi keyfiyyətlər iki mindən artıqdır. Onları bir neçə qrupda birləşdirmək olar:
1. İnsanın Vətənə, cəmiyyətə, xalqa münasibətini ifadə edən əxlaqi keyfiyyətlər: vətənpərvərlik, beynəlmiləlçilik, ictimai borcun dərk edilməsi, ictimai mənafeyin şəxsi mənafedən üstün tutulması və s.
2. Əməyə münasibəti ifadə edən əxlaqi keyfiyyətlər: əməksevərlik, işgüzarlıq, qənaətçilik, səliqəlilik, əməyə vicdanlı münasibət, əmək adamlarına hörmət, tənbələ nifrət və s.
3. İnsanın başqa adamlara, kollektivə münasibətini ifadə edən əxlaqi keyfiyyətlər: humanizm, xeyirxahlıq, düzlük, doğruçuluq, yoldaşlıq, dostluq, kollektivçilik, diqqətlilik, mədənilik və s.
4. İnsanın özünə, öz davranışına münasibətini ifadə edən əxlaqi keyfiyyətlər: təvazökarlıq, vicdanlılıq, intizamlılıq, utancaqlıq, şəxsi ləyaqət hissi və b.
Ən mühüm əxlaqi keyfiyyətlərin bəzilərini nəzərdən keçirək. Vətənpərvərlik insanın əxlaqi keyfiyyətləri içərisində mühüm yer tutur. O, əxlaqın əsasıdır.
Əxlaqi keyfiyyətlər içərisində insanpərvərlik, humanizm çox mühüm yer tutur.
İnsanpərvərlik insana məhəbbət və qayğı deməkdir. İnsanpərvərlik tərbiyəsi üçün sözün qüdrətindən, dərslərdən, bədii əsərlərdən, tərbiyəçinin (valideynlərin) şəxsi nümunəsindən istifadə etmək lazımdır. Şagirdləri humanist məzmunlu fəaliyyətə (şəfqət dəstələri, yaşıllıq dostları, hamilik işləri, qoca və tənhalara qayğı, qarşılıqlı kömək və s.) cəlb etmək bu baxımdan böyük əhəmiyyətə malikdir.
İnsanın dəyərli əxlaqi sifətlərindən biri də intizamdır. İntizam qoyulmuş qaydalara əməl etməkdir. O, qorxuya və şüura əsaslana bilər. Qorxu intizamı müvəqqəti və aldadıcıdır, çünki qorxu təhlükəsi götürüləndə insan qoyulmuş qaydanı yenə poza bilər. Şüura əsaslanan intizam isə davamlı olur. İntizam bütün tərbiyə işinin nəticəsində yaranır, yalnız bundan sonra təlim-tərbiyə işində uğur qazanmağın vasitəsi, şərti olur.
Davranış mədəniyyəti tərbiyəsi şagirdlərdə davranış və ünsiyyətlə bağlı mədəni vərdişlərin formalaşdırılmasını nəzərdə tutur. Xoş, nəzakətli rəftar insanın bəzəyi olub, ona hörmət və nüfuz gətirir. Yaxşı demişlər ki, heç bir şey nəzakət qədər ucuz başa gəlib, yüksək qiymətləndirilmir.
Davranış mədəniyyəti tərbiyəsi üçün şagirdlərdə davranış estetikası haqda düzgün təsəvvürlər yaratmaq, gözəl, mədəni davranmaq adətləri formalaşdırmaq, onları nəzakətli rəftar və ünsiyyətə stimullaşdırmaq vacib şərtdir. Bu işdə böyüklərin (müəllim və valideynlərin) nümunəsi, ailədə, məktəbdə və ictimai yerlərdə mədəni münasibət mühiti yaratmaq böyük rol oynayır.
Əxlaq tərbiyəsinin əsası uşaq, yeniyetmə və gənclərdə mənəvi tələbat tərbiyə etməkdən ibarətdir. V.A.Suxomlinski qanunu pozmuş və cinayət törətmiş 460 yeniyetmənin ailə həyatını təhlil etmək əsasında belə nəticəyə gəlmişdi ki, bu ailələrdə uşaqların maddi tələbatları (yeməyə, yatmağa) üstün olmuş, onlarda mənəvi tələbatların tərbiyəsi ilə məşğul olmamışlar. Yeniyetmələrdə mütaliə, əmək və incəsənətə tələbat, başqa adamlara sevinc bəxş etmək, başqalarının taleyi üçün narahatlıq hiss etmək kimi mənəvi tələbatlar olmamışdır. Uşaq hər dəfə adamlar üçün, kollektiv üçün faydalı işlər gördükdə onda xeyirxahlıq hissi dərinləşir və tədricən tələbata çevrilir. Məktəbli nəcib davranışa mənəvi ehtiyac duyur. Tələbata çevrilmiş bu xeyirxah əxlaqi hisslər insanı yeni-yeni xeyirxah əməllərə sövq edir. Əməyə, kitaba, təlimə, incəsənətə, ünsiyyətə tələbatlar da insanı əxlaqi cəhətdən yüksəldir, onda müsbət keyfiyyətlər aşılayır.
Əxlaq tərbiyəsinin əsas mənbəyini davranış mədəniyyəti, müsbət əxlaqi adətlər təşkil edir. Əxlaqi adətlər tərbiyəsi üçün şagirdləri müxtəlif fəaliyyət növlərinə – əməyə, oyuna, təlimə, bədii, elmi-texniki və ictimai fəaliyyətə cəlb etmək lazımdır. Müxtəlif fəaliyyət növlərində iştirak etməklə məktəblilər əxlaqi mətinlik məktəbi keçir, düzgün ünsiyyət və əxlaqi davranış təcrübəsinə, fəal həyat mövqeyinə yiyələnirlər. Fəal həyat mövqeyi mənəvi tərbiyənin vəzifəsi və əsas meyarıdır. Belə insan həyatın passiv seyrçisinə çevrilmir, ətrafda baş verən hadisələrə fəal münasibət bəsləyir, əxlaqi qəbahətlərə qarşı barışmazlıq göstərir. Məktəb bütün vasitələrlə uşaq, yeniyetmə və gənclərdə fəal həyat mövqeyi formalaşdırmağa çalışmalıdır.
4. Əmək və iqtisadi tərbiyə
Əmək tərbiyənin qüvvətli amilidir; o, insan şəxsiyyətinə güclü təsir göstərir. Əmək şəxsiyyətin ideya-mənəvi, zehni, estetik, fiziki inkişafında böyük rol oynayır.
Şəxsiyyət tərbiyəsini əmək tərbiyəsi olmadan təsəvvür etmək mümkün deyildir. K.D.Uşinskinin sözləri ilə desək, tərbiyə insanı xoşbəxt etmək istəyirsə, onu əməyə hazırlamalıdır.
Əmək tərbiyəsi qarşısında bir sıra vəzifələr durur:
– gənc nəsli psixoloji cəhətdən əməyə hazırlamaq;
– əməksevərlik, əmək adamlarına və əmək məhsuluna hörmət, əməyə məsuliyyətli münasibət formalaşdırmaq;
– əmək bacarıq və vərdişləri, əmək mədəniyyəti formalaşdırmaq;
– gənc nəslə şüurlu surətdə peşə seçməkdə kömək göstərmək.
Əmək tərbiyəsi qarşısında duran bu vəzifələr kompleks halda və müəyyən sistemdə həyata keçirilməlidir. Əmək tərbiyəsinin sisteminə aşağıdakı əmək növləri daxildir:
Özünəxidmət əməyi, əmək təlimi dərsləri (I-IV siniflər), tədris-təcrübə sahəsində və emalatxanada əmək işləri (V-IX siniflər), istehsalat əməyi, ictimai-faydalı əmək, məhsuldar əmək.
Əmək tərbiyəsinin yüksək səmərə verməsi üçün o, bir sıra pedaqoji tələblər əsasında təşkil edilməlidir. Bu tələblər aşağıdakılardan ibarətdir:
1. Şagird əməyi təlim-tərbiyə məqsədlərinə xidmət etməli, ideya-siyasi və əxlaq tərbiyəsi ilə sıx bağlanmalıdır.
2. Əmək tərbiyəsi müntəzəm, sistemli şəkildə aparılmalıdır.
3. Əmək rəngarəng olmalı və kollektiv əməyə üstünlük verilməlidir.
4. Əmək uşaqların yaşına, gücünə və psixo-fizioloji xüsusiyyətlərinə uyğun olmalıdır.
5. Əmək prosesində müstəqilliyə, təşəbbüsə, şəxsi yaradıcılığa geniş yer verilməlidir.
6. Əmək prosesində təhlükəsizlik texnikası tələblərinə, sanitar-gigiyenik norma və qaydalara ciddi əməl edilməlidir.
Əmək tərbiyəsinin əsası əmək təlimi məşğələlərində qoyulur. I-IV siniflərdə şagirdlər müxtəlif materialların (kağız, karton, parça, təbii materiallar, məftil və s.) əllə işlənməsi priyomlarını mənimsəyir, bitkilərə qulluq göstərməyi öyrənir, sadə quraşdırma işlərini yerinə yetirirlər. V-IX siniflərdə emalatxanada və tədris-təcrübə sahəsində müxtəlif əmək vərdişləri qazanırlar.
Şagirdlərin əmək tərbiyəsində özünəxidmət əməyi də mühüm yer tutur. Uşaqlar kiçik yaşlardan ailədə gücə uyğun özünəxidmət əməyində iştirak edirlər: paltar və ayaqqabılarını təmizləyir, çarpayını yığışdırır, ailənin məişət əməyində (mənzil və ev əşyalarının təmizlənməsində, süfrə salıb-yığışdırmaqda, qab-qacaq yuyub-silməkdə, həyətin səliqəyə salınmasında, kənd yerlərində ev quşları və heyvanlara qulluq işlərində) valideynlərə kömək göstərirlər. Məktəbdə özünəxidmət əməyi sinif otaqlarının təmizlənməsi, kitabxana kitabları və əyani vəsaitlərin təmiri, növbətçilik, iməciliklər formalarında həyata keçirilir.
İctimai-faydalı əmək şagirdlərin əmək tərbiyəsi sisteminin əsasını təşkil edir. Bu əmək növü ictimai-faydalı xarakterli məqsədyönlü, planlı, könüllü əməkdir.
İctimai-faydalı əməyin təşkili formalarına müxtəlif əmək sahələri üzrə dəstə və manqalar (meşəçilik, yaşıllıq dostları, dərman bitkiləri toplayan könüllü dəstələr və b.) daxildir. Bəzi məktəblərdə ictimai-faydalı əməyin kütləvi formaları da tətbiq olunur: məhsul bayramı, ilk çiçək günü, quş günü, meşə və bağ günləri, iməciliklər və s.
Məhsuldar əmək şagirdlərin bilavasitə müəyyən məhsul istehsalında iştirakını nəzərdə tutur. Bəzi məktəblərdə müxtəlif emalatxanalar (dülgərlik, çilingərlik, tikiş) yaratmaqla şagirdlər məktəb və müəssisələr üçün faydalı məhsul hazırlığında iştirak edirlər. Kənd yerlərində heyvandarlıq, quşçuluq fermaları, bağçılıq, bostançılıq, isti şitillik sahələri yaradılır və şagirdlər növbə ilə istehsal prosesinə cəlb edilirlər (Yevlax rayonundakı Xaldan kənd məktəbi).
Peşəyönümü. Peşəyönümü gənc nəsli şüurlu surətdə peşə seçməyə hazırlamaq məqsədi ilə həyata keçirilən iş sistemidir. Məktəb yeniyetmə və gənclərə öz həyat yolunu tapmaqda, maraq və qabiliyyətinə uyğun peşə seçməkdə kömək etməlidir
Peşəyönümü sisteminin tərkib ünsürlərinə aşağıdakılar daxildir:
2. Peşə məsləhətləri.
3. Peşə təmayülü – peşəyə dair ilkin bacarıqların formalaşdırılması.
4. Peşə adaptasiyası – peşəyə uyğunlaşma, fəaliyyət prosesində peşənin
tələbləri, xüsusiyyətləri, tətbiq olunan texnika və texnologiya və kollektivdəki
ənənələrlə tanışlıq, bilavasitə konkret fəaliyyət sahəsində çalışmaq.
Peşəyönümü işinin göstərilən tərkib hissələri qarşılıqlı əlaqədə həyata keçirilir. Bu iş peşələrin şüurlu seçilməsinə, gəncləri təsadüfi peşə seçmədən və sadə peşələrə yanlış münasibətdən çəkindirməyə kömək göstərir.
İqtisadi tərbiyə. Hazırda bazar iqtisadiyyatına keçidlə əlaqədar adamların iqtisadi fəallığı xeyli artır. Belə bir şəraitdə gənc nəsli iqtisadi fəaliyyətə hazırlamaq, iqtisadi təhsili və tərbiyəsini gücləndirmək vacib məsələ kimi qarşıda durur.
İqtisadi tərbiyə dedikdə, böyüyən nəsli təsərrüfatçılıq, sahibkarlıq, qənaətcillik ruhunda formalaşdırmaq, onları iqtisadi fəaliyyətə hazırlamaq məqsədi ilə aparılan kompleks təsirlər sistemi başa düşülür.
İqtisadi tərbiyə qarşısında aşağıdakı vəzifələr durur:
– gənc nəsildə iqtisadiyyat, onun cəmiyyətdə rolu, təsərrüfatçılıq, sahibkarlıq haqda təsəvvürlər, iqtisadi təfəkkürü formalaşdırmaq;
– gənc nəsli psixoloji və əməli cəhətdən iqtisadi fəaliyyətə hazırlamaq;
– uşaq və gənclərdə qənaətcillik, ictimai mülkiyyətə, xalq əmlakına, məktəb avadanlığına, suya, enerjiyə, çörəyə qayğılı münasibət tərbiyə etmək;
– israfçılığa, təsərrüfatsızlığa, əməyə və əmək məhsuluna laqeydliyə, məsuliyyətsizliyə qarşı barışmazlıq tərbiyə etmək.
İqtisadi bacarıq və vərdişlərə isə işin planlaşdırılması (əmək əməliyyatlarının sistemi, işin icra mərhələləri, icra metodları, işin təhlili və qiymətləndirilməsi) və təşkilati bacarıqlar (iş yerinin təşkili, işin səmərəli metod və priyomlarının tətbiqi, öz əməyinə nəzarətin həyata keçirilməsi), habelə iqtisadi təkmilləşdirmə bacarıqları (materiallara qənaət, alət və cihazlardan səmərəli istifadə, əməyin texnologiyasının təkmilləşdirilməsi, səmərələşdirici təkliflərin irəli sürülməsi və s.) daxildir. Bundan əlavə şagirdlər ölçmə, hesablama, qrafik bacarıqlara da yiyələnməlidirlər.
Məktəbdə iqtisadi təhsil və tərbiyə müxtəlif yollarla və vasitələrlə həyata keçirilir. Bu sahədə təlim prosesi böyük imkanlara malikdir. Coğrafiya (xüsusən iqtisadi coğrafiya), tarix, insan və cəmiyyət fənlərində şagirdlər cəmiyyətin iqtisadi inkişafının qanunları ilə tanış olur, ayrı-ayrı ictimai quruluşlarda istehsal üsulu, istehsal münasibətləri, əmək bölgüsü və s. təsəvvürlərə yiyələnirlər.
İqtisadi təhsil və tərbiyə sahəsində dərslərdə aparılan iş sinifdənxaric tədbirlər yolu ilə möhkəmləndirilir və daha da dərinləşdirilir. İctimai-faydalı və məhsuldar əmək zamanı məktəbliləri iqtisadi münasibətlərə qoşmaq, iqtisadi məsələlərin praktik həllinə cəlb etmək mühüm şərtdir.
İqtisadi tərbiyə məqsədi ilə şagirdlərin əmək və iqtisadi fəaliyyətini təşkil etmək, onlara planlaşdırma, iqtisadi hesablama, uçot, təhlil və qiymətləndirmə proseslərini öyrətmək lazımdır. Məktəblilərin iqtisadi fəaliyyətinə praktik istiqamət vermək, onu real iqtisadi proseslərə yaxınlaşdırmaq vacibdir.
Vaxtaşırı olaraq məktəbdə qənaətcillik reydləri və ayları keçirmək, bu zaman məktəb əmlakına, elektrik enerjisinə, suya qənaət edilməsi vəziyyətini öyrənmək, reydlərin nəticələrini kollektivdə müzakirə etmək qənaətcillik, təsərrüfatçılıq baxımından əhəmiyyətlidir. İqtisadi təhlil və tərbiyə işində məktəb, ailə və ictimaiyyətin birgə fəaliyyətinin təşkili də vacib şərtdir.
İşgüzar məktublar necə yazılır – nümunələrlə 2022
İngilizce akıcı konuşmaya giden yol DillBill’den geçiyor. 150TL İndirim kuponu ile abone ol.
İlk təəssüratlar vacibdir. Əksər hallarda iş barədə ilk dəfə e-poçt və ya məktubla əlaqə saxlayırsınız. İşgüzar məktub yazmağa gəldikdə, düzgün salamlama ilə başlamağınız və müəyyən qaydalara riayət etməyiniz önəmlidir.
Əksəriyyətimiz bir məktubu “hörmətlə” (sincerely) və ya “ən xoş arzularla” (best wishes) sözləri ilə bitirməyi bilirik, bəs başlamaq necə? Adi bir rezüme və ya elektron məktub göndərsəniz belə onu düzgün hazırlamaq çox vacibdir.
Peşəkar e-poçt marketoloqları, informasiya resursları mütəxəssisləri və ofis işçilərinin istifadə etdikləri və etmədikləri fənd və tövsiyələrin siyahısını hazırladıq. Beləliklə, işgüzar məktubun necə düzgün yazıldığını və kimə, necə müraciət edildiyini öyrənmək istəyirsinizsə, oxumağa davam edin.
Zərfə qoymalı olduğunuz 5-lik
Məktubunuzun doğru adama çatmasını istəyirsinizsə, zərfi düzgün göndərməlisiniz. Xüsusilə də böyük şirkətlərə məktub göndərdiyiniz zaman əməl etməli olduğunuz bir neçə standart qayda var.
Bu gün çox az adam zərfdə məktub göndərir; lakin biznes yazışmaları hələ də buna əsaslanır və iş üçün müraciət edirsinizsə, bu, vacib ola bilər. Məktubunuzun doğru adama çatmasını istəyirsinizsə, bu addımları izləyin:
1. Emaila əlaqə məlumatlarınızı əlavə edin
Hazır zərfiniz yoxdursa, ilk sətirdə adınızı, şirkətinizin adını, ünvanını və poçt kodunu sol yuxarı küncdə yazın.
2. Alanın adını əlavə edin
Məlumatlarınızdan bir neçə sətir aşağıda, zərfin ortasında yerləşən ünvan blokunun yuxarı sətrinə yazın.
3. Başlıq əlavə edin
Şəxsin vəzifəsini bilirsinizsə, ikinci sətrə yazın. Yoxdursa, əvəzinə şöbənin adını yazın.
4. Şirkətin adını əlavə edin
Növbəti sətirdə həmin şəxsin işlədiyi şirkət və ya təşkilatın adını qeyd edin. Zərfdə bu məlumat olmasa, məktubunuz düzgün adama çata bilməz.
5. Dəqiq və tam küçə ünvanından istifadə edin
Şirkətin ünvanı tək bir sətirdə yerləşməlidir. Çox uzun olarsa, ünvanı iki sətrə yazın, ancaq küçə adı ilk ünvan sətrində olsun və poçt kodunu da daxil etməyi unutmayın.
Rəsmi elektron məktubu necə ünvanlamaq lazımdır
Rəsmi və qeyri-rəsmi məktublar iki ayrı-ayrı anlayışlardır. Rəsmi ünsiyyət zamanı bunlara əməl etməyiniz vacibdir. Rəsmi yazı yazmaq özü bir sənətdir, bu sənətə yiyələnməyinizə və yazı bacarıqlarınızı inkişaf etdirməyinizə kömək edəcək addım-addım təlimatlar buradadır.
Əlaqə məlumatlarınızı yuxarıda qeyd edin
Yazdığınız şəxs kim olduğunuzu və sizə necə cavab verəcəyini bilməlidir, belə ki, səhifənin sol yuxarı tərəfinə tam adınız, ünvanınız, poçt kodu və telefon nömrəniz daxil olmaqla əlaqə məlumatlarınızı əlavə etməyi unutmayın. Bu, son dərəcə vacibdir, əks halda dönüş cavabı almaya bilərsiniz.
Tarixi daxil edin
Bu, çox asan, lakin vacib addımdır. Təqviminizi yoxlayın və əlaqə məlumatlarınızın altına tarixi əlavə edin. Bu, yazdığınız şəxsə bir xatırlatma kimi xidmət edəcək və vaxtında cavab verməli olduqlarını bildirəcəkdir.
Alanın ünvanını yazın
Bu sadə, lakin zəruri detaldır. Şəxsin ünvanını məktubun sol yuxarı küncündə, tarix xəttindən bir neçə sətir aşağıda qeyd edin. Biznes məktubunuzu düzgün formata salmaq üçün istifadə edə biləcəyiniz faydalı bir nümunə:
Düzgün salamlama formasından istifadə edin
İstənilən məktub və ya iş e-poçtu hazırlayırsınızsa, rəsmi müraciət və salamlama həm onlayn, həm də oflayn yazışmalar üçün vacibdir. Bəsüzgün atmaq üçün nə etməlisiniz? Aşağıdakılara nəzər salaq:
Bunları et:
Ənənəvi salamlama forması seçin, məsələn:
- • “Dear Sir or Madam” – “Hörmətli bəy və ya xanım”
- • “Dear Mr. or Mrs” – “Hörmətli cənab və ya xanım”
• “Hello [Name]”, “Hi [Name]” – “Salam [Ad]” (həmin şəxsi tanıyırsınızsa)
“Əziz” müraciət forması çox rəsmi və köhnəlmiş kimi görünsə də, hər hansı bir məktub üçün hələ də ideal seçimdir. Alanın cinsini bilirsinizsə, “Əziz” sözündən sonra onun titulunu (cənab, xanım) və soyadını əlavə edin:
•“Dear Ms. Partridge, …” – “Hörmətli xanım Partridc,…”
Yalnız şəxsin tam adını bilirsinizsə, o halda, başlıq olmadan istifadə edin. Misal üçün:
•“Dear Monica Partridge, …”- “Hörmətli Monika PartridC,…”
Email yazarkən bunları etmə:
“Hey!” və ya “what’s up – nə var, nə yox” kimi qeyri-rəsmi salamlama formalarından istifadə etmək. Bu, rəsmi məktub üçün uyğun deyil. Həm də “to whom it may concern” – aidiyyəti üzrə” ifadəsindən çəkinin, bu “dear sir or madam – hörmətli bəy və ya xanım” ifadəsindən daha az fərdi səslənir.
Tanımadığınız birinə məktubu necə ünvanlayarsınız?
Alanın tam adı, xüsusən əvvəllər heç yazışmadığınız bir təşkilatda işləyən birinə yazırsınızsa, sizdə olmaya bilər. Müvafiq şəxsin adını tapmaq üçün bir az araşdırmağı məsləhət görürük. Onlara düzgün müraciət etsəniz, lazımi cavabı almaq ehtimalınız yüksəlir.
Həmişə şirkətə zəng edib bu məlumatı istəyə bilərsiniz. Başqa bir praktik yanaşma “Facebook” və ya “LinkedIn” vasitəsilə onlayn axtarış etməkdir
Punktuasiyaya diqqət edin
Salamlamadan sonra vergül və ya iki nöqtə qoyun. Misal üçün:
• Dear Monica Partridge,- Hörmətli Monika Partridc,
Bəzi insanlar işgüzar yazışmalarda vergülün daha yaxşı işlədiyini düşünür. Digərləri iki nöqtə qoymağı üstün tuturlar. Şəxsi seçimdir, belə ki, istədiyinizi seçin və göndərdiyiniz bütün məktublar buna uyğun olsun.
Tez-tez soruşulan suallar
Məktubu necə düzgün ünvanlaya bilərsiniz?
Bir məktubu düzgün ünvanlamaq üçün məlumatlarınızı sol yuxarı küncdə qeyd edin. Sonra adınızı və ünvanınızı daxil edin. Sonra alanın adını, ünvanını və poçt kodunu zərfin ortasına yazın.
Məktubda ünvan necə göstərilir?
Məktubun üzərində ünvan yazarkən zərfin ortasına alanın adını, ünvanını, vəzifəsini, şöbəsini (varsa) və poçt kodunu yazın. Eyni zamanda, zərfin sol yuxarı küncündə adınızı və ünvanınızı qeyd edin.
Örtük məktubunu necə düzgün ünvanlaya bilərsiniz?
Örtük məktubu yazırsınızsa və şəxsin adını bilirsinizsə, birbaşa onlara adları ilə müraciət edin. Yazdığınız şəxsin adını bilmirsinizsə, “Dear Sir or Madam – Hörmətli bəy – və ya xanım” ifadəsindən istifadə edin.
Ümidvarıq ki, bu məlumatlardan rəsmi yazışma zamanı faydalana biləcəksiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.