Press "Enter" to skip to content

Dünyanı bəzəyən abbasın tarixi

Tədbirdə çıxış edən kitabxananın direktoru Mail Əhmədov bu əsərin Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinə mühüm töhfə olduğunu söyləyib. Bildirilib ki, Azərbaycanın orta əsrlər tarixini, xüsusilə Səfəvilər imperiyasının tarixini araşdırmaq üçün dəyərli mənbə olan kitabı dilimizə tarix elmləri doktoru, professor Şahin Fərzəliyev çevirib. Tarix İnstitutu bu əsəri iki kitab şəklində nəşr etdirib.
2500 səhifədən ibarət ikicildlikdə təqribən 200 səhifəlik şərhlər yer alıb. Nəşrdə adlar, məkan, dövlətçilik və titullarla bağlı 300 səhifəlik qeydlər verilib ki, bu da tədqiqatçıların kitabdan istifadəsini asanlaşdıracaq.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov da “Dünyanı bəzəyən Abbasın tarixi” əsərini Azərbaycanın tarixini öyrənmək üçün qiymətli mənbə, tarix elmi üçün mühüm hadisə adlandırıb. Bildirilib ki, İsgəndər bəy Münşinin bu əsərinin doğma dilimizə çevrilərək geniş oxucu kütləsinə təqdim olunması xalqımızın orta əsərlərdə də möhtəşəm tarixi əsərlər yaratdığını bir daha sübut edir. O, azərbaycanlı alim İsgəndər bəy Münşinin həyat və fəaliyyəti barədə məlumat verib.
Professor Şahin Fərzəliyev kitabın ərsəyə gəlməsindən, tərcümə prosesindən, əsərin elmi mahiyyətindən, İsgəndər bəy Münşinin həyatından söz açıb. Qeyd edib ki, Şah Abbasın sarayında xidmət etmiş görkəmli orta əsr tarixçisi İsgəndər bəy Münşi əsəri fars dilində qələmə alıb. O, zəngin biliyə malik olmaqla yanaşı, həm də şair, nasir, xəttat idi. İsgəndər bəy gənc yaşlarında Səfəvi ordusunda xidmət edib, sonralar Şah Abbasın sarayında münşi (katib) vəzifəsində çalışıb.
Bildirilib ki, əsər Azərbaycan Səfəvilər dövlətinin tarixinə dair faktiki materiallarla zəngindir. Müəllif bu əsərə ömrünün bir neçə ilini sərf edib. O, qələmə aldığı hadisənin fars dilində sərrast mənasını verə bilmədikdə, doğma dilinə – Azərbaycan türkcəsinə müraciət edib. Bununla da tarixçi milli mənsubiyyətini və Azərbaycana sonsuz məhəbbətini əsər boyu oxucuların diqqətinə çatdırır.
Kitaba “Ön söz”ü AMEA-nın müxbir üzvü Yaqub Mahmudov yazıb. Təqdimat mərasimində akademik Vasim Məmmədəliyev, Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov, dosentlər Tofiq Nəcəfli, Elxan Əzizov və başqaları çıxış edərək İsgəndər bəy Münşinin bu qiymətli kitabının onun doğma dilində çap olunmasının əhəmiyyətindən danışıb, əsərin Azərbaycan tarixşünaslığı və elmi ictimaiyyətimiz üçün mühüm töhfə olduğunu söyləyiblər.

“Dünyanı bəzəyən Abbasın tarixi”

Azərbaycan dövlətçilik tarixinin öyrənilməsində mühüm mənbə olan kitabın təqdimatı

Fevralın 9-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu ilə birgə XVI-XVII əsrlərdə yaşamış görkəmli tarixçi, şair və xəttat İsgəndər bəy Münşinin Azərbaycan dilinə tərcümə edilmiş “Dünyanı bəzəyən Abbasın tarixi” (“Tarixi-aləm arayi-Abbasi”) kitabının təqdimatı olub.

Tədbirdə çıxış edən kitabxananın direktoru Mail Əhmədov bu əsərin Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinə mühüm töhfə olduğunu söyləyib. Bildirilib ki, Azərbaycanın orta əsrlər tarixini, xüsusilə Səfəvilər imperiyasının tarixini araşdırmaq üçün dəyərli mənbə olan kitabı dilimizə tarix elmləri doktoru, professor Şahin Fərzəliyev çevirib. Tarix İnstitutu bu əsəri iki kitab şəklində nəşr etdirib.
2500 səhifədən ibarət ikicildlikdə təqribən 200 səhifəlik şərhlər yer alıb. Nəşrdə adlar, məkan, dövlətçilik və titullarla bağlı 300 səhifəlik qeydlər verilib ki, bu da tədqiqatçıların kitabdan istifadəsini asanlaşdıracaq.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov da “Dünyanı bəzəyən Abbasın tarixi” əsərini Azərbaycanın tarixini öyrənmək üçün qiymətli mənbə, tarix elmi üçün mühüm hadisə adlandırıb. Bildirilib ki, İsgəndər bəy Münşinin bu əsərinin doğma dilimizə çevrilərək geniş oxucu kütləsinə təqdim olunması xalqımızın orta əsərlərdə də möhtəşəm tarixi əsərlər yaratdığını bir daha sübut edir. O, azərbaycanlı alim İsgəndər bəy Münşinin həyat və fəaliyyəti barədə məlumat verib.
Professor Şahin Fərzəliyev kitabın ərsəyə gəlməsindən, tərcümə prosesindən, əsərin elmi mahiyyətindən, İsgəndər bəy Münşinin həyatından söz açıb. Qeyd edib ki, Şah Abbasın sarayında xidmət etmiş görkəmli orta əsr tarixçisi İsgəndər bəy Münşi əsəri fars dilində qələmə alıb. O, zəngin biliyə malik olmaqla yanaşı, həm də şair, nasir, xəttat idi. İsgəndər bəy gənc yaşlarında Səfəvi ordusunda xidmət edib, sonralar Şah Abbasın sarayında münşi (katib) vəzifəsində çalışıb.
Bildirilib ki, əsər Azərbaycan Səfəvilər dövlətinin tarixinə dair faktiki materiallarla zəngindir. Müəllif bu əsərə ömrünün bir neçə ilini sərf edib. O, qələmə aldığı hadisənin fars dilində sərrast mənasını verə bilmədikdə, doğma dilinə – Azərbaycan türkcəsinə müraciət edib. Bununla da tarixçi milli mənsubiyyətini və Azərbaycana sonsuz məhəbbətini əsər boyu oxucuların diqqətinə çatdırır.
Kitaba “Ön söz”ü AMEA-nın müxbir üzvü Yaqub Mahmudov yazıb. Təqdimat mərasimində akademik Vasim Məmmədəliyev, Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov, dosentlər Tofiq Nəcəfli, Elxan Əzizov və başqaları çıxış edərək İsgəndər bəy Münşinin bu qiymətli kitabının onun doğma dilində çap olunmasının əhəmiyyətindən danışıb, əsərin Azərbaycan tarixşünaslığı və elmi ictimaiyyətimiz üçün mühüm töhfə olduğunu söyləyiblər.

Bu kateqoriyaya aid digər yazılar

Dünyanı bəzəyən abbasın tarixi

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Dünyanı bəzəyən Abbasın tarixi: Tarixe-aləmaraye-Abbasi

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Münşi İsgəndər bəy Türkman. Tarix-i aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi)

I cild. Bakı, 2009, “Təhsil”, 792 səh.
Oxuculara təqdim olunan bu kitab Səfəvi dövrünün ən məşhur müəlliflərindən biri olmuş və I şah Abbasın sarayında xidmət etmiş görkəmli Azərbaycan tarixçisi İsgəndər bəy Münşi Türkmanın (1560/61-1634) farsca yazdığı «Tarix-i aləmara-yi Abbasi» (Abbasın dünyanı bəzəyən tarixi) adlı üç cildlik əsərin birinci cildinin Azərbaycan dilinə tam tərcüməsidir. Mənbənin bu cildi Səfəvi sülaləsinin əcdadları, Azərbaycan Səfəvilər dövlətinin yaranması və inkişafı, ilk dörd Səfəvi şahının (I İsmayıl, I Təhmasib, II İsmayıl və Məhəmməd Xudabəndə) hakimiyyəti haqqında qiymətli məlumatlar verir və 1587-ci ildə I şah Abbasın hakimiyyətə gəlməsi ilə sona çatır. Vətənimizin, qonşu ölkələrin və bir sıra digər Yaxın və Orta ġərq ölkələrinin tarixini öyrənmək baxımından böyük əhəmiyyət kəsb edən «Tarix-i aləmara-yi Abbasi» ilk dəfədir ki, Azərbaycan dilində işıq üzü görür. Tərcümə zamanı mənbənin Tehran nəşrindən və Bakıdakı
əlyazmalarından istifadə edilmişdir. Əsər geniş ön söz, şərhlər və göstəricilərlə təchiz olunmuşdur.

  • Чтобы скачать этот файл зарегистрируйтесь и/или войдите на сайт используя форму сверху.
  • Регистрация
  • Узнайте сколько стоит уникальная работа конкретно по Вашей теме:
  • Сколько стоит заказать работу?

Comments are closed, but trackbacks and pingbacks are open.