Press "Enter" to skip to content

DÜNYANIN İQTİSADİ VƏ SOSİAL COĞRAFİYASI

100. Şərqi, Cənub-Şərqi, Cənubi Asiya regionlarına daxil olan monarxiya ölkələrinin müvafiq ardıcıllığını təyin edin.
A) Cin, İndoneziya, Hindistan
B) Yaponiya Pakistan, Vyetnam
C) Koreya, Kamboca, Şri-Lanka
D) Nepal, Kamboca, Yaponiya
E) Yaponiya, Malayziya, Nepal

Test sualları: Dünyanın iqtisadi və sosial coğrafiyası

46. Avrasiyada taxıl istehsalına görə fərqlənən ölkələr:
A) Özbəkistan, Monqolustan, Gürcüstan
B) Fransa, Almaniya, Norveç
C) Qazaxıstan, Hindistan, Çin
D) Türkiyə, Azərbaycan, Tacikistan
E) Rusiya, Vyetnam, Livan

54. Qərbi Avropada suvarma əkinçiliyinin inkişaf etdiyi ölkələr:
A) Fransa, Böyük Britaniya
B) Bolqarıstan, Polşa
C) İspaniya, İtaliya
D) Yunanıstan, Danimarka
E) Almaniya, Portuqaliya

60. Ölkədə əhalinin ümumi sayı 8 milyon nəfərdir. Təbii artım 6 nəfər olarsa, ümumi illik artım sayını tapın:
A) 60 min nəfər B) 13 min nəfər
C) 48 min nəfər D) 80 min nəfər
E) 84 min nəfər

64. Federativ və monarxiya ölkələrini müəyyən edin.
A) Kanada, Avstriya, CAR
B) Nigeriya, Myanma, Nepal
C) Böyük Britaniya, Küveyt, Yaponiya
D) ABŞ, Braziliya, Venesuela
E) Belçika, İspaniya, Malayziya

68. Ölkədə əhalinin ümumi sayı 6 milyon nəfərdir. Təbii artım 14 nəfər olarsa, ümumi illik artım sayını tapın.
A) 48 min nəfər B) 60min nəfər C) 84 min nəfər
D) 14 min nəfər E) 2,5 min nəfər

72. Qərb yarımkürəsində yerləşən federativ ölkələr:
A) ABŞ, Kanada, Peru
B) Çili, Meksika, Braziliya
C) Argentina, Kolumbiya, Çili
D) Kuba, Yamayka, Meksika
E) Meksika, Venesuela, Argentina

77. Ölkədə əhalinin sayı 8 milyon nəfərdir. Hər ildə ümumi artım 48 min nəfər olarsa, təbii artımı təyin edin.
A) 4 nəfər B) 8 nəfər C) 6 nəfər
D) 4,8 nəfər E) 32 nəfər

82. Şimali, Orta, Cənubi Avropada yerləşən monarxiya ölkələrinin müvafiq ardıcıllığını müəyyən edin.
A) Norveç, Belçika, Portuqaliya
B) Danimarka, Avstriya, İspaniya
C) Belçika, İspaniya,İsveç
D) Andorra, Monako, Vatikan
E) İsveç, Niderland, Monako

86. Ölkədə əhalinin ümumi sayı 6 milyon nəfərdir. Hər il əhalinin sayının 84 min nəfər artdığını nəzərə alaraq təbii artımı təyin edin:
A) 8,4 nəfər B) 6 nəfər C) 14 nəfər
D) 9 nəfər E) 84 nəfər

91. Cənubi Avropa regionuna daxil olan mikrodövlətlər:
A) Malta, Lixtenşteyn, Andorra
B) Andorra, Lüksenburq, Qətər
C) Niderland, Portuqaliya, Çexiya
D) Vatikan, Lüksenburq, Lixtenşteyn
E) Vatikan, San-Marino, Monako

95. Ölkədə əhalinin sayı 20 milyon nəfərdir. Təbii artım 12 nəfərdirsə, il ərzində ümumi artım sayını tapın:
A) 200 min nəfər B) 120 min nəfər
C) 240 min nəfər D) 1,6 min nəfər
E) 4,5 min nəfər

100. Şərqi, Cənub-Şərqi, Cənubi Asiya regionlarına daxil olan monarxiya ölkələrinin müvafiq ardıcıllığını təyin edin.
A) Cin, İndoneziya, Hindistan
B) Yaponiya Pakistan, Vyetnam
C) Koreya, Kamboca, Şri-Lanka
D) Nepal, Kamboca, Yaponiya
E) Yaponiya, Malayziya, Nepal

104. Ölkədə əhalinin sayı 20 milyon nəfərdir. Hər il ölkə əhalisi 240 min nəfər artırsa, təbii artımı tapın.
A) 20 nəfər B) 24 nəfər C) 12 nəfər
D) 16 nəfər E) 18 nəfər

108. Asiya qitəsində yerləşən federativ respublikalar:
A) Gürcüstan, BƏƏ, Əfqanıstan
B) Çin, İndoneziya, İran
C) İraq, Pakistan, Yaponiya
D) Hindistan, Səudiyyə Ərəbistanı, Nepal
E) Hindistan, Pakistan, Myanma

112. Ölkədə 16 milyon əhali qeydə alınmışdır. Bir il ərzində əhalinin sayı 80 min nəfər artmışsa, təbii artımı hesablayın:
A) 6 nəfər B) 8 nəfər C) 5 nəfər
D) 4 nəfər E) 12,8 nəfər

114. Qazaxıstan Respublikasının digər Mərkəzi Asiya Türk Respublikalarından fərqli xüsusiyyətləri:
1. Materik daxili mövqeyə malikdir.
2. Avropa və Asiya qitələrində yerləşir.
3. Şimalında çöl zonası landşaftı və qara torpaqlar geniş yayılmışdır.
4. Qrup kənd forması ilə yanaşı dağınıq kənd tipli yaşayış məntəqələri xarakterdir.
5. RF ilə geniş quru sərhəddinə malikdir.
6. Ərazisində ekstermal sahələr mövcuddur.
A) 1, 3, 5 B) 1, 4, 5 C) 2, 5, 6
D) 2, 3, 5 E) 1, 3, 6

116. Cənub-Qərbi Asiyanın mütləq monarxiya ölkələri:
A) İraq, İran, Əfqanıstan
B) İordaniya, Suriya, Küveyt
C) Bəhreyn, Bruney, Pakistan
D) Səudiyyə Ərəbistanı, İran, Küveyt
E) Bəhreyn, Səudiyyə Ərəbistanı, Oman

121. Tükənən, bərpa edilən təbii ehtiyatlar qrupu:
A) şirin su, torpaq, daş kömür
B) neft, təbii qaz, torf
C) torpaq, şirin su, meşə
D) Dünya okeanı, qabarma və çəkilmə
E) meşə, günəş enerjisi, hidroenerji

128. Dünya okeanında tropik enliklərdə üzvü aləmin kasıb olması nə ilə əlaqədardır?
A) dərinliyin az olması ilə
B) soyuq cərəyanların geniş yayılması ilə
C) suyun temperaturunun aşagı olması ilə
D) suyun duzluluğunun yüksək olması ilə
E) qabarma hadisələrinin tez-tez təkrarlanması ilə

136. Üzvi mənşəli mineral ehtiyatlar qrupu.
A) neft, qızıl, dəmir filizi
B) əhəng daşı, almaz, polimetal
C) daş kömür, torf, əhəng daşı
D) təbii qaz, daş kömür, uran
E) molibden, volfram, qalay

154. Urbanizasiya deyilir?
A) kənd əhalisinin sürətlə artmasına
B) şəhər əhalisinin və ərazisinin sayının kəskin azalmasına
C) şəhər əhalisinin kəndə axımı hesabına azalmasına
D) şəhər əhalisinin sayının kənddən gələnlər hesabına artmasına
E) kənddə əhalinin sənaye sahələrində çalışmasına

178. Cənub-Şərqi Asiya regionunda yerləşən ölkələri müəyyən edin:
A) Misir, Liviya B) Livan, İsrail
C) Malayziya Nepal D) Filippin, Qazaxıstan
E) Vyetnam, İndoneziya

180. Pambığın becərilməsi üçün tələb olunur:
A) isti, rütubətli hava şəraiti
B) dağlıq relyef, terraslaşmış dağ yamacları
C) mülayim, rütubətli hava şəraiti, suvarma
D) isti, quru hava şəraiti və suvarma
E) düzən relyef, soyuq, quru iqlim

186. Cənub Qərbi Asiya regionunda yerləşən ölkələri müəyyən edin:
A) Misir, Liviya B) Livan, İsrail
C) Malayziya Nepal D) Filippin, Qazaxıstan
E) Vyetnam, İndoneziya

188. Şəkər qamışının becərilməsi üçün tələb olunur:
A) isti, rütubətli hava şəraiti
B) dağlıq relyef, terraslaşmış dağ yamacları
C) mülayim, rütubətli hava şəraiti, suvarma
D) isti, quru hava şəraiti, daglıg relyef
E) düzən relyef, soyuq, quru iqlim

194. Cənubi Asiya regionunda yerləşən ölkələri müəyyən edin:
A) Misir, Liviya B) Livan, İsrail
C) Pakistan Nepal D) Filippin, Qazaxıstan
E) Vyetnam, İndoneziya

196. Şəkər çuğundurunun becərilməsi üçün tələb olunur:
A) isti, rütubətli hava şəraiti
B) dağlıq relyef, terraslaşmış dağ yamacları
C) mülayim, rütubətli hava şəraiti
D) isti, quru hava şəraiti, suvarma
E) düzən relyef, soyuq, quru iqlim

202. Şimali Avropa regionunda yerləşən ölkələri müəyyən edin:
A) Fransa, Polşa B) Norveç, Finlandiya
C) Ukrayna, Çexiya D) Finlandiya, İtaliya
E) Böyük Britaniya, İspaniya

204. Çəltik bitkisinin becərilməsi üçün tələb olunur:
A) isti, rütubətli iqlim şəraiti, düzənlik relyef
B) dağlıq relyef, terraslaşmış dağ yamacları, quru iqlim
C) mülayim, rütubətli hava şəraiti, düzənlik relyef
D) isti, quru hava şəraiti, suvarma şəraiti
E) düzən relyef, soyuq, quru iqlim şəraiti

210. Cənubi Avropa regionunda yerləşən ölkələri müəyyən edin:
A) Fransa, Polşa B) Norveç, Finlandiya
C) Ukrayna, Çexiya D) Yunanıstan, İtaliya
E) Böyük Britaniya, İspaniya

212. Kofe və kakao bitkilərinin becərilməsi üçün tələb olunur:
A) isti, rütubətli iqlim şəraiti, düzənlik relyef
B) dağlıq relyef, terraslaşmış yamaclar, quru iqlim
C) mülayim, rütubətli hava şəraiti, düzənlik relyef
D) isti, quru hava şəraiti, suvarma şəraiti
E) düzən relyef, soyuq, quru iqlim şəraiti

218. Şimali Afrika regionunda yerləşən ölkələri müəyyən edin:
A) Misir, Mozambik B) Efiopiya, Nigeriya
C) Liviya, İspaniya D) Əlcəzair, Tunis
E) Mərakeş, Konqo

220. Banan və ananas bitkilərinin becərilməsi üçün tələb olunur:
A) isti, rütubətli iqlim şəraiti, düzənlik relyef
B) dağlıq relyef, terraslaşmış yamaclar, quru iqlim
C) mülayim, rütubətli hava şəraiti, düzənlik relyef
D) isti, quru hava şəraiti, düzən relyef
E) düzən relyef, soyuq, quru iqlim şəraiti

226. Orta Avropa regionunda yerləşən ölkələri müəyyən edin:
A) Fransa, Polşa B) Norveç, Finlandiya
C) Ukrayna, Çexiya D) Yunanıstan, İtaliya
E) Böyük Britaniya, Almaniya

228. Xurma bitkisinin becərilməsi üçün tələb olunur:
A) isti, rütubətli iqlim şəraiti
B) dağlıq relyef, quru iqlim
C) mülayim, rütubətli hava şəraiti
D) dağlıq relyef, suvarma şəraiti
E) düzən relyef, isti, quru iqlim şəraiti

DÜNYANIN İQTİSADİ VƏ SOSİAL COĞRAFİYASI

Dərslikdə ayn-ayrı ölkə və regionlarda məhsuldar qüvvələrin istehsalın inkişafında rolu və əhəmiyyəti araşdırılır, onun yerləşdirilməsinin qanunauyğunluqlarına, prinsiplərinə, amillərinə və metodlarına diqqət yetirilir. İnkişaf etmiş və inkişafda olan ölkələrdə dünya iqtisadiyyatında başlıca rol oynayan istehsal kompleksləri, ayrı-ayrı təsərrüfat sahələri ətraflı şərh olunur, onların coğrafi yerləşməsi göstərilməklə son illərdə inkişafının kəmiyyət, keyfiyyət gostəriciləri öz əksini tapır. «Maraqlı məlumatlar», «Qan yaddaşı», «Unutmaq olmaz» bölmələri oxucunun diqqətini daha çox cəlb edən sahələrdəndir. Darslikdən iqtisad yönümlü universitetlərin, digər ali təhsil müəssisələrinin tələbə və müəllimləri orta ixtisas təhsil müəssisələrinin dinləyiciləri, coğrafiya müəllimləri, eləcə də elmi-tədqiqat müəssisələri əməkdaşları, plan orqanları isçiləri – bir sozlə hər bir oxucu bəhrələnə bilər.

Yükləməyə Keç [2,56 Mb] [ : 276] –>

İqtisadi coğrafiya

Hər hansı məhsulun istehsal edilməsi prosesi müxtəlif sayda təsərrüfat müəssisələrini əhatə edir. Eyni tələbatı ödəyən müəssisələr tәsәrrüfat sahәlәri yaradır. Məsələn, insanların qidaya olan tələbatını ödəmək üçün fəaliyyət göstərən müəssisələrin yeyinti sәnayesi adlanır. Kənd təsərrüfatı məhsulları istehsalı isə kənd təsərrüfatı sahəsini əmələ gətirir.
Maddi və qeyri-maddi istehsal sahәlәri vardır. Təsərrüfat sahəsinin tərkibi və istehsal olunan məhsullar nə qədər mürəkkəbdirsə, istehsal sahələri də bir o qədər çoxsahəlidir; məsələn: bir təyyarə yüz iyirmi mindən çox hissə və detaldan ibarətdir. Onların hazırlanması yüzlərcə müəssisədə xeyli sayda ixtisaslı kadr, daim yenilənən texnoloji avadanlıq və s. tələb edən mürəkkəb bir istehsal prosesidir. Hər hansı istehsal prosesi elektrik enerjisi, nəqliyyat vasitələri və yolları olmadan fəaliyyət göstərə bilməz.
Davamı →

Əhalinin sayının artımı və onun tənzimlənməsi

  • İqtisadi coğrafiya
  • 18 yanvar 2020, 14:03

Dünya əhalisinin təbii artımında yüksək göstəricilər üstünlük təşkil etmişdir. Əhali artımının ənənəvi tipi adlandırılan II tip çox yüksək doğum və aşağı ölüm nəticəsində yüksək təbii artımla (hər 1000 nəfərə 12 nəfər və daha artıq) səciyyələnir.
Doğumun yüksək olması adət-ənənə, dini amillər, təhsil, ailə planlaşdırılmasının olmaması ilə əlaqədardır. Belə ölkələrdə kənd təsərrüfatı işlərində işçi qüvvəsi tələb olunduğu üçün erkən yaşlarından uşaqlar əməyə cəlb edilir. Əvvəllər ölüm hallarının yüksək olması əhalinin sanitar-gigiyenik həyat şəraitinin pis və səhiyyənin zəif inkişafı ilə əlaqədar idi. Tez-tez baş verən epidemiyalar və müharibələr də çoxsaylı insan itkisinə səbəb olurdu.
Davamı →

Dünya əhalisinin yaş-cins tərkibi. Əmək ehtiyatları

  • İqtisadi coğrafiya
  • 18 yanvar 2020, 13:40

Ölkənin demoqrafik vəziyyəti, ilk növbədə, əhalinin yaş tәrkibindәn (strukturundan) asılıdır. Yaş tərkibi əhalinin müxtəlif yaş qrupları üzrə paylanmasıdır.
Əhalinin yaş tərkibinə doğulan uşaqların sayı və orta ömür müddəti və miqrasiyalar təsir edir. Əhalinin yaş tərkibində doğumun yüksək olması uşaqların, orta ömür müddətinin çox olması isə yaşlıların payını artırır.
Ölkə əhalisinin yaş tərkibi dövlətin әmәk ehtiyatları ilə təmin olunmasının əsas göstəricisidir. Əmək ehtiyatları yaşı 16–65 olan və əmək qabiliyyətinə malik, işləməyə hazır olan əhalidir.
Davamı →

Avropa, Şimali Amerikanın və Avstraliyanın əhalisi

  • İqtisadi coğrafiya
  • 18 yanvar 2020, 13:33

Avropa, Şimali Amerika və Avstraliya həyat səviyyəsinin yüksək olduğu regionlardır. Bu regionlarda doğum və ölümün aşağı göstəriciləri və bunun nəticəsi kimi təbii artımın azlığı müşahidə olunur. Keyfiyyətli qidalanma və tibbi xidmət səviyyəsinin yüksəlməsi orta ömür müddətinin artmasına səbəb olmuşdur. 2012-ci ilin göstəricilərinə görə, orta ömür müddəti İtaliyada 83 il, Fransada isə 82 il təşkil edir.
Son illərdə Avropa, Şimali Amerika və Avstraliyada doğulanların sayının azalması isə bir çox amillərlə bağlıdır:
Davamı →

Asiya, Afrika və Latın Amerikasının əhalisi

  • İqtisadi coğrafiya
  • 18 yanvar 2020, 13:27

Asiya, Afrika və Latın Amerikası dünyada əhalinin çox olması ilə fərqlənən regionlardır. Bu regionlarda doğumun yüksək olmasına bir çox amillər təsir edir:
– milli adәt-әnәnәlәr: erkən nikahlar, çoxuşaqlılıq, ailədə oğlan uşaqlarına üstünlük verilməsi;
– dinin tәsiri: ailədə uşaqların sayının məhdudlaşdırılmasının qadağan edilməsi;
– gender problemi: qadınların əksəriyyətinin evdar qadın olması, cəmiyyətin həyatında fəal iştirak etməməsi, təhsil hüquqlarının pozulması və s.
– ailәnin iqtisadi tәlәbatı: aqrar iqtisadiyyat şəraitində uşaqların əlavə işçi qüvvəsi olması, yaşlı valideynlərin övladlarının himayəsində yaşaması.
Davamı →

Dünyanın kənd təsərrüfatı

  • İqtisadi coğrafiya
  • 11 yanvar 2020, 19:35

Kənd təsərrüfatı maddi istehsalın ən qədim və geniş yayılmış sahəsidir. Dünyanın bütün ölkələrində kənd təsərrüfatı az və ya çox dərəcədə inkişaf etmişdir. Kənd təsərrüfatının 2 əsas tipi — əmtəəlik və istehlak tipləri ayrılır. Əmtəəlik kənd təsərrüfatına intensiv, yəni yüksək məhsuldarlığa malik əkinçilik, yem bazasına əsaslanan intensiv heyvandarlıq aiddir. İstehlak tipli təsərrüfata isə aşağı məhsuldarlığa malik ekstensiv əkinçilik və otlaq heyvandarlığı daxildir. İnkişaf etmiş ölkələr üçün kənd təsərrüfatının yüksək əmtəəlik tipi səciyyəvidir.
Davamı →

Dünyada emaledici sənayenin coğrafiyası

  • İqtisadi coğrafiya
  • 11 yanvar 2020, 19:06

ETİ dövründə emaledici sənayenin sahəvi və ərazi quruluşunda əsaslı dəyişikliklər baş vermişdir. Xüsusilə maşınqayırma, elektroenergetika və kimya sənayesi sahələri daha sürətlə inkişaf etməyə başlamışdır. Bu sahələrin artım sürəti digər sahələrdən yüksək olduğu üçün onları “avanqard üçlük” adlandırırlar. Elmi-texnki tərəqqinin sürəti bu sahələrin inkişafı ilə sıx bağlıdır.
ETİ müxtəlif sənaye sahələrinin coğrafiyasına da təsir göstərmişdir. Elektroenergetika sənayesində istehsalın yarıdan çoxu inkişaf etmiş ölkələrin payına düşür.
Davamı →

Dünyanın siyasi münaqişə regionları

  • İqtisadi coğrafiya
  • 11 yanvar 2020, 18:42

Siyasi münaqişə müxtəlif siyasi qüvvələr arasında hakimiyyət, təsir dairəsi və resurslar uğrunda mübarizədir. Müasir dünyada baş vermiş iki dünya müharibəsi miqyasında münaqişələr olmasa da, onların sayı çoxdur. Hazırda dünyanın, demək olar ki, hər yerində kiçik müharibə ocaqları mövcuddur. Bu münaqişələr etnik, siyasi, ərazi və s. səbəblərdən yaranır.
Müxtəlif dövlətlərin ərazisində separatçı qüvvələrin təsiri ilə tanınmamış qurumların yaranması və uzun illər ərzində fəaliyyət göstərməsi dünya xəritəsində “qaynar nöqtələr”in yaranmasına səbəb olmuşdur.
Davamı →

Nəqliyyatın coğrafiyası

  • İqtisadi coğrafiya
  • 11 yanvar 2020, 10:54

Əhəmiyyətinə görə nəqliyyat maddi istehsalın üçüncü sahəsidir. Bu sahə ölkələr arasında coğrafi əmək bölgüsünün əsasını təşkil edir. Beynəlxalq coğrafi əmək bölgüsü (BCƏB) region və ölkələrin müəyyən məhsul və ya xidmət sahəsi üzrə ixtisaslaşması və onun mübadiləsidir. Ölkələr arasında məhsul mübadiləsi nəqliyyatın müxtəlif sahələri vasitəsilə həyata keçirilir.
ETİ dövründə nəqliyyatda konteynerləşmə — yüklərin iri metal qutularda, yəni konteynerlərdə daşınması nəqliyyatın bütün növlərinin inkişafına təkan vermişdir.
Davamı →

Qlobal ekoloji problemlər

  • İqtisadi coğrafiya
  • 11 yanvar 2020, 10:52

Elmi-texniki tərəqqi bəşəriyyət qarşısında həlli çətin olan problemlər yaratmışdır. Onların içərisində əsas yeri insan və ətraf mühit arasında münasibətlər tutur. XX əsrdə əhalinin 4 dəfə, istehsalın həcminin isə 18 dəfə artması Yerin təbiətində ciddi problemlər yaratmışdır. Ətraf mühitə antropogen təsir dünyanın bütün ölkələrini əhatə etdiyi üçün bu, qlobal ekoloji problem adlandırılmağa başlanmışdır.
Qlobal ekoloji problemlərin, yəni ətraf mühitin çirklənməsinin səbəbi istehsal və istehlak zamanı yaranan tullantıların təbiətə qaytarılmasıdır. Hazırda bu tullantıların miqdarı ildə 300 mlrd. tonu keçmişdir.
Davamı →

Comments are closed, but trackbacks and pingbacks are open.