Press "Enter" to skip to content

Digər DVD oynatıcılarımda qeyd olunan DVD-lərimi oynaya bilərəm

DVD + RW ilk növbədə Philips tərəfindən, Yamaha, HP, Ricoh, Thomson (RCA), Mitsubishi, APEX və Sony daxil olmaqla, bir çox tərəfdaşları ilə təşviq ediləcək bir yazıla bilən və təkrar yazı formatıdır. DVD + RW, DVD-RW-dən başqa mövcud DVD texnologiyası ilə daha uyğun bir dərəcə təklif edir. DVD + RW formatı da əsas qeyd baxımından istifadə etmək asandır, çünki disklər başqa bir DVD oynatıcıda oynamaq üçün qeyd prosesinin yekununda başa çatdırılmalıdır. Bu, faktiki qeyd prosesinin özü zamanı həyata keçirilən yekunlaşdırma prosesinə əsaslanır.

Dvd-yə necə musiqi yaza bilərəm

© Azərbaycan nəşriyatı, 2003

Üzeyir Hacıbəyov ensiklopediyası” “oxucunu Azərbaycan mədəniyyətinin ən görkəmli xadimlərindən biri olan dahi Ü. Hacıbəyovun həyat və yaradıcılığı ilə tanış edir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu ensiklopediyada Üzeyir bəyi mühüm musiqi əsərləri, məqalələri, onun əhatəsi, həmkarları, qohumları, tələbələri, ardıcılları, tədqiqatçıları, əsərlərinin əsas ifaçıları və b. haqda məqalələr verilmişdir. Bir sıra ədəbiyyat və incəsənət xadimlərinin əməyinin bəhrəsi olan zəngin illustrasiyalı bu ensiklopediyada 550-dən çox məqalə vardır. Kitaba Ü. Hacıbəyovun geniş oxucu kütləsinə az mə’lum olan bir sıra məqalə və felyetonları da daxil edilmişdir

DAHİ BƏSTƏKARIMIZ

Üzeyir dünyası. Bu dünyanı əlbətdə Üzeyir Hacıbəyov özü yaradıb � zəngin tərcümeyi-halıyla, müxtəlif və mürəkkəb dövrlərdən keçən ömür yoluyla, parlaq şəxsiyyətiylə, çoxcəhətli fəaliyyəti ilə və şübhəsiz, ilk növbədə ölümsüz yaradıcılığı ilə. Bu son dərəcə geniş, əlvan, böyük miqyaslı dünyanı � hadisələri, tarixləri, faktları, Üzeyir bəyin ömrünə, musiqi, ədəbi, publisist əsərlərinə aid hər mə’lumatı, böyük sənətkarla bağlı adları � sistemləşdirmək, təsnif edib bir soraq kitabında toplamaq � qarşınızdakı ensiklopediyanın əsas məqsədidir. Bu ensiklopediya Azərbaycanda yaranan ilk ensiklope-diyadır ki, ümumi, ya sahə xarakteri daşımır, tək bir fərdə həsr olunur. Bu da təbiidir, çünki məhz Üzeyir Hacıbəyov kimi dahi bir şəxsiyyət şəxsi ensiklopediyaya layiq ola bilər. Belə bir ensiklopediyanın vacibliyinin və əhəmiyyətinin səbəbi də Üzeyir Hacıbəyovun bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxyönlü fəaliyyəti, Şərqin ilk operası

� “Leyli və Məcnun”un, dünya şöhrətli “Arşın mal alan”ın və “Məşədi İbad”ın, bütün bir xalqın qeyrət, qəhrəmanlıq və cəngavərlik himni kimi səslənən “Koroğlu” operasının, “Sənsiz” və “Sevgili canan” müəllifinin klassik yaradıcılığıdır. Bu kitab dediyim kimi, sahə ensiklopediyası olmasa da, ictimai həyatımızın və sənətimizin böyük sahələrini əhatə edir, çünki istər XX əsr musiqimizin, istər XX əsr teatrımızın tarixi, əsrin birinci yarısında siyasi və ictimai həyatımızın mürəkkəb və ziddiyyətli yolu.

� Üzeyir Hacıbəyovun adıyla sıx surətdə bağlıdır. Üzeyir bəydən danışmaq onun təmasda olduğu, yaşca ondan böyük müasirləri Xurşidbanu Natəvanı, Mir Möhsün Nəvvabı, Cabbar Qaryağdı oğlunu, Həsən bəy Zərdabini yada salmaqdır. Üzeyir bəyin ictimai və siyasi fəaliyyətindən danışarkən müxtəlif mərhələlərdə onunla bir arada yaşayıb-yaradan böyük şəxsiyyətləri xatırlamamaq qeyri-mümkündür � Cəlil Məmmədquluzadəni və Sabiri, Əlibəy Hüseynzadəni və Əhməd bəy Ağaoğlunu, Nəriman Nərimanovu və Məmməd Əmin Rəsulzadəni, Ə. Haqverdiyevi və Yusif Vəzir Çəmənzəminlini, Hüseyn Cavidi və Əhməd Cavadı, M. S. Ordubadini və Əzim Əzimzadəni, H. Ərəblinskini və Cəfər Cabbarlını, Səməd Vurğunu və İsmayıl Hidayətzadəni.

Üzeyir Hacıbəyovun səhnə əsərləri neçə-neçə müqtədir teatr ustadının yetişdiyi məktəbdir. Hüseynqulu Sarabskinin Məcnunu və Bülbülün Koroğlusu, Rəşid Behbudovun Əsgəri və Mirzəağa Əliyevin Məşədi İbadı, Rübabə Muradovanın Leylisi və Fidan Qasımovanın Gülçöhrəsi, Zeynəb Xanlarovanın Əslisi və Ağababa Bünyadzadənin Həsən xanı, Möhsün Sən’aninin Qoçu Əsgəri, Ağasadıq Gəraybəylinin Rüstəm bəyi. Əhməd Ağdamskinin, Hüseynağa Hacıbababəyovun, Həqiqət Rzayevanın, Mustafa Mərdanovun, İsmayıl Osmanlının, İsmayıl Əfəndiyevin, Lütfəli Abdullayevin, Münəvvər Kələntərlinin, Firəngiz Əhmədovanın, Lütfiyar İmanovun, Xuraman Qasımovanın, neçə-neçə başqa artistin, xanəndənin, dirijorun, rejissorun Üzeyir əsərlərində parlayan iste’dadı. Üzeyirin dostu, məsləkdaşı, bacanağı Müslüm Maqomayev. Üzeyir yolunun layiqli davamçıları � Qara Qarayev və Fikrət Əmirov, Niyazi və Asəf Zeynallı, Əfrasiyab Bədəlbəyli və Səid Rüstəmov, Sultan Hacıböyov və Cahangir Cahangirov, Cövdət Hacıyev və Tofiq Quliyev.

Üzeyir bəyin böyük qardaşı bəstəkar Zülfüqar Hacıbəyov, yaradıcılığının ilk dövründə Üzeyir bəyin ən yaxın yardımçısı olmuş, sonralar qürbətdə qalan kiçik qardaşı Geyhun bəy ki, Üzeyir bəy bu qardaş ayrılığının xiffətini və nisgilini ömrü boyu çəkib. Üzeyir bəyin vəfalı həyat yoldaşı Məleykə xanım. Ü. Hacıbəyov yaradıcılığının. irsinin araşdırıcıları. Türkiyənin, İranın, Rusiyanın, Qafqazın, Türküstanın Üzeyir bəylə bu, ya digər şəkildə yaradıcılıq təmaslarında, müxtəlif münasibətlərdə olmuş sənət, elm, siyasət adamları, musiqi, teatr və kino xadimləri � Rəşad Nuri Güntəkin və Səid Nəfisi, Qlazunov və Stalin, Qlier və Şostakoviç. Bütün bu adlar, Üzeyir bəylə bağlı hər hansı fakt, mə’lumat, tarix -qarşınızdakı ensiklopediyada toplanıb. Bütün bunlardır – Üzeyir dünyası. Amma şübhə yoxdur ki, bu dünyanın mərkəzi, təməli, bu dünyanı işıqlandıran günəş Üzeyir bəyin özüdür.

1885-ci il sentyabrın 18-də (köhnə təqvimlə 5-də) Ağcabədidə dünyaya gəlmiş Üzeyirin uşaqlığı qədim Qarabağımızın tacı olan Şuşada keçib. Üzeyir dühasının qaynaqları da qarlı zirvələrin, dibi görünməz uçurumların, dərin dərələrin dövrələdiyi, sərin səhər nəsimlərinin oxşayıb tumarladığı, bulaqları bal dadan Şuşadır � gözəl Şuşamız, yaralı Şuşamız. Tarix boyu bəlalı başına gələn bütün keşməkeşlər içində Şuşa həmişə öz yüksək mə’nəvi dəyərlərini qoruyub saxlayıb, şe’r və musiqi məclislərindən heç vaxt yadırğamayıb.

Bülbül səsli xanəndələri, ustad çalğıçıları məşhur olan Şuşanı Qafqazın konservatoriyası adlandırıblar. “Qafqazın konservatoriyası” balaca Üzeyir üçün də ilk musiqi məktəbi olub. Təbiət Üzeyir bəydən heç nə əsirgəməyib � misilsiz istedad, nadir musiqa qabiliyyəti, ritm hissi, saysız-sonsuz melodiyalar yaratmaq bacarığı, iti zəka, güclü yumor hissi, möhkəm iradə, erkən yaşlarından aşkar olmuş məqsədyönlülük, Bütün bu fitri Allah vergiləri gecə-gündüz bilməyən əməksevərliklə, daima kamilləşmək ehtirasıyla, həyat şövqü və yaradıcılıq həvəsiylə cilalanıb Üzeyir Hacıbəyov dühasını yetişdirmişdir.

Bə’zən təəccüblənirlər: bitkin musiqi təhsili görməmiş Üzeyir Hacıbəyov iyirmi iki yaşında “Leyli və Məcnun” kimi operanı, muğam operasını necə yaradıb? Ağzımızda muğam operası deyiriksə,daha nəyə təəccüblənirik? Muğamın konservatoriyası Şuşadır. Hər buz bulağın başında, hər dilbər təbiət guşəsində yığışan musiqi məclisləri � bu konservatoriyanın sinifləridir. Hər xanəndə, hər tarzən, kamançaçı – bu konservatoriyanın professoru olmasa da, müəllimidir. Amma professorları da var; bütün Qafqazda, bütün Şərqdə ad çıxarmış muğam ustaları � müğənnilər, sazəndələr. Hər ifa mükomməl muğam dərsidir. Bax həmin bu muğam konservatoriyasında Üzeyir Hacıbəyov on dörd yaşına qədər təhsil alıb. Qabiliyyətli, zəkalı şagird üçün bu az müddət deyil.

1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olarkən Üzeyir Hacıbəyov bura yalnız qulaqaarında sırğa olmuş xalq havaları, ritmləriylə gəlməmişdi, o Qoriyə həm də böyük niyyətlərlə dopdolu bir ürək gətirmişdi. Gənc Üzeyirin ən böyük arzusu, amalı xalqına xidmət etmək, xalqın maariflənməsi, mədəni inkişafı yolunda konkret işlər görmək idi � dərsliklər yazmaq, lüğətlər tərtib etmək, başqa dillərdən bədii əsərləri azəri türkcəsinə çevirmək. Erkən yaşlarından qarşısında duran məsələləri yaxşı dərk edən Üzeyir həyatda boynuna düşən əsas tarixi vəzifəni də çox tez duymuşdu. Bu vəzifə milli opera yaratmaq vəzifəsi idi. Hələ 1897 – 1898-çi illərdə on üç yaşlı uşaq ikən Şuşada gördüyü bir musigili səhnəcik Üzeyir xəyalından heç vaxt çıxmırdı. Görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsüylə və məşhur xanəndə Cabbar Qaryağlı oğlunun ifasında göstərilən bu səhnəcik “Məcnun Leylinin məzarı üstündə” adlanırdı. Həmin səhnə balaca Üzeyiri o qədər həyəcanlandırmışdı ki, “operaya bənzər bir şey” yaratmaq fikrinə düşmüşdü.

Qəribədir ki, bu uşaq həvəsi, bu kövrək arzu on ildən – cəmi-cümlətanı onca ildən sonra həqiqətə çevrildi, həyata keçdi. Yalnız Üzeyir ömrünün faktı deyil � milli mədəniyyət tariximizin əhəmiyyətli hadisəsi oldu. Dünya musiqisində yeni musiqi � səhnə janrı – muğam operası yarandı. Üzeyir bəy “operaya bənzər bir şey” yaratmadı, yeni bir janr � muğam operası yaratdı. 1908-ci il yanvarın 12-də Bakıda, Hacı Zeynalabdin Tağıyev teatrının binasında ilk Azərbaycan operasının – “Leyli və Məcnun”un ilk tamaşası göstərildi. Dahi Məhəmməd Füzulinin poeması əsasında yaranmş ilk Azərbaycan operası bütün Şərqin də ilk operasıdır. Qoca Şərqin opera tarixi bu gündən başlanır. Bu şərəfli salnamədə ilk ad � 22 yaşlı bəstəkar Üzeyir Hacıbəyovun adılır.

Hələ tanınmadığı gənclik illərində də, ilk parlaq uğurlar dövründə də, sonrakı illərin geniş şöhrətli çağlarında da Üzeyir bəyə xas olan təbii təvəzökalıq onun araşdırıcılarını hərdən çaşbaş salır. Hacıbəyovun “Leyli və Məcnun”da bəstəkarın özü tərəfindən yazılmış musiqinin az olması haqqında sözlərini bə’zən hərfi mə’nada başa düşürlər. Bə’zən hətta bu operanı bir növ xalq melodiyalarının yığını, toplusu hesab edirlər. Bir neçə il bundan qabaq “Leyli və Məcnun”un partiturası ilk dəfə nəşr olundu. Bura muğam hissələri deyil, yalnız Üzeyir Hacıbəyovun yazdığı musiqi parçaları daxil edilmişdi. Bir daha aydın oldu ki, bəstəkarın öz musiqisindən ibarət olan bu qalın partituranın həcmi bütün başqa ən’ənəvi opera partituralarının həcmindən az deyil.

Vaxtilə Azərbaycan musiqisinin inkişaf yollarına həsr etdiyi məqalələrindən birini Ü. Hacıbəyov “Leyli və Məçnun”dan “Koroğlu”ya qədər” adlandırmışdı. O zaman “Koroğlu” operası təzəcə meydana gəlmişdi və bəstəkar haqlı olaraq qeyd edirdi ki, o həm ilk, həm də hələ ki, son Azərbaycan operasının müəllifidir. Ona görə də Hacıbəyovun yaradıcılıq yolu o dövrə qədərki Azərbaycan musiqisinin yüksəliş yolunu əks etdirirdi.

Amma bu gün biz “Leyli və Məcnun�-a arxada qalmış mərhələ kimi, musiqimizin ibtidai pilləsi kimi, yeri yalnız muzey olan asariətiqə kimi yanaşa bilmorik. Bu gün “Leyli və Məcnun” bəlkə öz dövründə olduğundan daha artıq müasir, təzə, təravətli səslənir və bütün bu ötən illər ərzində səhnəmizin bəzəyi olaraq qalır.

Moskva və Peterburqda musiqi təhsili alıb professional bəstəkar kimi yetişən Üzeyir Hacıbəyov və onun çağdaşları, məsləkdaşları, ardıcılları tərəfindən müəyyənləşdirilmiş, davam etdirilmiş yol � musiqimizin magistral yoludur. Amma hər halda “Leyli və Məcnun”dan – “Koroğlu”ya tezisinin özü də hansı mə’nadasa müəyyən dövrün məhsuludur. Ümumdünya musiqi formalarının Azərbaycanda təzə-təzə təsdiq olduğu bu dövrün dahiyanə proqram əsəri, şübhəsiz “Koroğlu” operasıdır. Üzeyir bəy “Koroğlu”nu yalnız royal arxasında və not vərəqləri qarşısında, çətin axtarışlar nəticəsində yaratmadı. Bu opera həm də kəskin ictimai-estetik mübahisələrdə yürüdülən insafsız nihilist müddəalara sənətin yenilməz qüdrətiylə verilən cavab idi.

İyirminci illərin musiqi mübahisələrinin, opera haqqında diskussiyaların mərkəzində duran nə idi? Yalnız tardan, kamançadan, muğamatdan yapışıb qalmaq olmaz, musiqimiz dünya sənətinin vasitələrini mənimsəməlidir � not sisteminə yiyələnməli, xor, simfonik, kamera, vəkil janrlarını, Avropa tipli opera və balet formalarını yaratmalı, inkişaf etdirməlidir. Bu aydın həqiqətdir, bunu hamı qəbul və təsdiq edir, amma bu yolla irəliləmək üçün muğamatı qurban vermək, tarı susdurmaq lazımdırmı, vacibdirmi, mütləqdirmi? “Oxu tar, oxu tar, səni kim unudar?”, yaxud “Oxuma tar, səni istəmir proletar!”. Kimə qulaq verəsən? İndi yetmiş il bundan qabaqkı mübahisələrin qəribə məntqinə və bir çox hallarda məntiqsizliyinə rişxənd edib ağız büzmək, istehzayla gülmək çətin iş deyil. Çətin o günlərin, o illərin, o vaxtın içində yaşaya-yaşaya bu mübahisələrdə qəti mövqe tuqmaq idi. Çətin iyirminci illərdə Üzeyir bəy, Müslüm Maqomayev olub Üzeyirliyində, Müslümlüyündə qalmaq idi. Bu gün bizimçün Tarix olanlar, o vaxt onlarçün Tale idi.

Çətin � qabağı, irəlini, gələcəyi görmək idi. Zaman özü təsdiq etdi ki, bugünkü beynəlxalq musiqi disputlarında, fikir mübadilələrində həm “Koroğlu”nun, həm də “Leyli və Məcnun”un öz yeri var. Bugünkü dinləyici üçün “Leyli və Məcnun” da, digər muğam operalarımız da ən’ənəvi Avropa opera formalarıyla yanaşı, paralel mövcud olan tamamilə müstəqil və orijinal, təkrarsız sənət hadisəsidir. Muğam operaları adi operalardan “ibtidai-kamillik”, “sadəlik-qəlizlik”, “üstünlük-aşağılıq” me’yarlarına görə deyil, janr xüsusiyyətləriylə, bədii vasitələriylə, ifadə formalarıyla, üslubiyyatıyla ayrılır. Muğam operaları məhz Azərbaycan incəsənətində Azerbaycan dühasının yaratdığı, heç yerdə bənzəri, təkrarı olmayan müstəqil və orijinal bir janrdır.

Sənətin müxtəlif janrlarında şah əsərlər yaratmaq hünərdirsə, janrın özünü yaratmaq beş qat hünərdir. Üzeyir Hacıbəyov nəinki müxtəlif janrların ən yüksək mərtəbələrinə qalxmışdır, o həm də musiqiyə tamamilə yeni janrlar gətirmişdir. Muğam. operası da bu qəbildəndir, ən’ənəvi operettalardan əsaslı şəkildə fərqlənən, azəri musiqisində yaranmış və təşəkkül tapmış orijinal musiqili komediyalar � “Arşın mal alan”, “Ər və arvad”, “O olmasın, bu olsun” da, xalq çalğı alətləri orkestri üçün yazılmış fantaziyalar da.

“Sevgili canan” və “Sənsiz” də ümumi romans anlayışlarından bir sıra spesifik xüsusiyyətləri ilə ayrılan, tamamilə yeni bir janrın örnəkləridir – musiqili qəzəl canrının. Əgər ədəbi qəzəl miiillik şe’rimizin ən populyar janrlarındandırsa və bu janrda minlərlə şair qələmlərini sınamışdırsa, musiqili qəzəllərin ilk örnəyini Üzeyir bəy yaratmışdır. Böyük bəstəkar üçün musiqadə yeni janr yaratmaq � məhz yeni milli forma � xalqın əsrlər boyu sevib əzizlədiyi, yaşatdığı sənət ən’ənələrinə uyğun, doğma olan janr yaratmaq idi. Bu əsrin əvvəllərində Üzeyir bəy “Arşın mal alan” musiqili komediyasını yaratmışdı. Bu əsərin musiqisi günəşlə, işıqla dopdoludur. Bu musiqi sanki gənclik həvəsindən, həyatın cavanlıq sevinclərindən, məhəbbətdən yoğrulub. “Arşın mal alan”ı həyata, gələcəyə inanan 28 yaşlı gənc yazıb. Bu musiqadə müəllifin də, onun xalqanın da gənclik ruhu var. Bu musiqinin hər sədası oyanışa, taleyin xoş iqbalına qəti əmin olan bir xalqın qəlbindən qopub gəlir. O dövrkü Azərbaycan sənətinin bəlkə də heç bir əsərində gələcəyə inam, XX əsrə olan ümidlər “Arşın mal alan”dakı qədər parlaq ifadə olunmayıb.

XX əsrin sonunda başı min bir bəla çəkmiş Azərbaycan xalqı öz azadlığı, ləyaqəti, müstəqilliyi uğrunda mübarizəyə qalxarkən bu hərəkatın çağırış sədası yenə də Üzeyir bəyin musiqisi oldu � “Koroğlu” operasının uvertürası.

Üzeyir Hacıbəyov XX əsr Azərbaycan musiqisinin ilk böyük yaradıcısı olmaqla bir sırada həm də bu musiqisinin araşdırıcısı, tədqiqatçısı, onun əsaslarını və prinsiplərini dərindən-dərinə bilən və şərh edən, ümumiləşdirən, sistemləşdirən görkəmli alim idi. Musiqi məsələlərinə aid neçə-neçə elmi məqaləsiylə bərabər azəri musiqisinin nəzəri cəhətləri üzərində uzun illərdən bəri çalışmalarının ən sanballı bəhrəsi “Azərbaycan xalq musiqasinin əsasları” adlı fundamental tədqiqatı oldu.

“Koroğlu”dan başqa bütün musiqili səhnə əsərlərinin libretto müəllifi olan Üzeyir Hacıbəyov mədəniyyət tariximizə həm də son dərəcə iste’dadlı bir dramaturq kimi daxil olmuşdur. “Arşın mal alan”, xüsusilə də “O olmasın, bu olsun” � ədəbi süjetləri, personajların parlaq xarakterləri, dialoqlarının xalqın dilində zərbi-məsəllərə çevrilmiş itiliyi, yumoru, duzu ilə Azərbaycan komediyanəvisliyinin klassik əsərləri sırasında � Mirzə Fətəli və Mirzə Cəlil məzhəkələrinin cərgəsindədir. Yeri gəlmişkən onu da qeyd etməliyik ki, “Molla Nəsrəddin” jurnalında az, ya çox nəşr olunmasından asılı olmayaraq Üzeyir bəy bir yazıçı, dramaturq, publisist kimi “Molla Nəsrəddin” ədəbi məktəbinin yetişdirməsidir, onun saysız-hesabsız siyasi felyetonlarında Mirzə Cəlil ruhu duyulur. “Üzeyirin felyetonlarından bir özkə iy gəlir” deyən opponentinə Üzeyir bəy eynilə Mirzə Cəlil kəskinliyiylə: “Əfəndim, xahiş edirəm bundan sonra mənim yazılarımı iyləməyəsiniz” cavabını verir. Dövrün elə bir mühüm ictimai, siyasi problemi yoxdur ki, alovlu Üzeyir publisistikasında öz əksini tapmasın.

Üzeyir Hacıbəyov ensiklopediyasının indiki zamanda çıxmasının xüsusi mə’nası var. Bu çoxdan yetişmiş məsələ nə yaxşı ki, məhz bu illərdə � Azərbaycan öz müstəqilliyini əldə etdiyi illərdə həyata keçirilir. Çünki bu ensiklopediya, tutalım, dörd-beş il bundan qabaq çıxsaydı yenə də Üzeyir bəylə bağlı bütün həqəqətləri demək imkanı olmayacaqdı. Üzeyir Hacıbəyov ömürlüyünün, siyasi və ictimai həyatının son dərəcə mühüm bir dövrü haqqında � ilk müstəqil Azərbaycan Respublikası dövründə 1918-1920-ci illərdəki fəaliyyəti haqqında yarımçıq şəkildə, üstü örtülü danışmaq lazım gələcəkdi. Üzeyir bəyin Müsavat partiyasının üzvü və ideoloqlarından biri olması faktını da, Azərbaycan Demokratik Respublikasının rəsmi orqanı “Azərbaycan” qəzetini qardaşı Ceyhun bəylə bərabər, Ceyhun bəy Parisə, sülh konfransına getdikdən sonra isə təkbaşına redaktə etməsini də, bu qəzetdə istər Çar Rusiyasının, istər Sovet Rusiyasının imperialist, müstəmləkəçi siyasətini kəskin tənqad edən yazılarını da on il, beş il bundan qabaq açıb-ağartmaq olardımı?

Bu illərdə Üzeyir bəyin Əhməd Cavadın sözlərinə yazdığı “Çırpınırdı Qara dəniz” mahnısının Türkiyədə bu gün də dillər əzbəri olduğunu bir neçə il bundan qabaq demək olardımı? Nəhayət, Üzeyir bəyin Lzərbaycan Demokratik Respublikasının milli marşının (bu kün həmin marş müstəqil Azərbaycanın Dövlət himnidir) müəllifi olduğu da unutdurulmağa çalışılırdı. Amma Üzeyir həyatının, Üzeyir şəxsiyyətinin, fəaliyyətin ayrılmaz parçası olan bu dövrü danmaqla böyük sənətkar haqqında tam təsəvvür yarada biləcək bir ensiklopediya nəşr etmək də qeyri-mümkün idi. Məhz həmin prinsipdən çıxış edərək bu ensiklopediyada başqa bir ifrata da varmaq düz olmazdı � yə’ni Üzeyir bəyin sovet dövründəki fəaliyyətini, Azərbaycan musiqi quruculuğu yolunda böyük xidmətlərini və bu xidmətlərin yalnız xalq tərəfindən deyil, dövlət, hökumət, partiya tərəfindən də qiymətləndirilməsini danmaq olmaz. Müstəsna hal kimi Üzeyir bəyi keçmişdə Müsavat partiyasının üzvü olmuş bir adamı � namizədlik mərhələsini adlayaraq birbaşa Kommunist partiyasının üzvlüyünə qəbul etmişdilər.

Stalinin “Koroğlu” operasını çox bəyənməsi, Üzeyir bəy yaradıcılığı haqqında rəğbətli sözləri böyük bəstəkarı keçmişinin və xaricdə olan qardaşının yaratdığı təhlükələrdən qoruyurdu. Axı hələ 20-ci illərdə FK orqanlarında Azərbaycan ziyalılarının kökünü kəsməyi qarşılarına məqsəd qoymuş üzü bolşevik, içi daşnak müstəntiqlər Üzeyir Hacıbəyovun tutulub güllələnməsi haqqıda sənədlər hazırlamışdılar və o vaxt böyük milli faciə ola biləcək bu cinayətin qarşısını Nəriman Nərimanov almışdı. Sonrakı illər Mircəfər Bağırovun da Üzeyir bəyə münasibətində rəsmi təqdirlər arasıra təhdidlərlə, mə’nəvi təzyiqlərlə əvəz olunurdu. Ömrü boyu çox çətin bir həyat sürüb Üzeyir bəy. Əsrin əvvəllərində maddi ehtiyaclar, nadan cızmaqaraçıların onun hər əsərinə hücumları, rişxəndləri, təhqirləri hətta qəzetlərdə Üzeyir bəyin karikatürlərini də çəkirdilər. Sovet dövründə qədim musiqi irsimizi danan nihilisit ruhlu bolşevik komissarlar və onların havadarlarıyla təmkinli, amma prinsipial disputlar, ən yaxın dostlarını � Hüseyn Cavidləri, Əhməd Cavadları, Abbas Mirzə Şərifzadələri, Pənah Qasımovları itirdiyi repressiya illəri və bu illərdə Üzeyir bəyin öz başı üstündə də asılmış Damokl qılıncı. “Böyük atamız, rəhbərimiz Stalini” vəsf edən kantata yazmaq məcburiyyəti.

Daxili sarsıntılar, daimi nigarançılıq, ən yaxın adamlarından belə gizlədiyi iztirablar, əzab-əziyyətlər. Və bütün bunlara qalib gəlmiş Üzeyir ruhu, Üzeyir iradəsi, bütöv bir millətin yenilməzliyini, varlığını, şərəfini ifadə edən ölməz əsərlər. Üzeyir Hacıbəyov dühasının böyüklüyü və mürəkkəbliyi haqqında ən dəqiq sözləri bəstəkarın gənclik məsləkdaşı, Üzeyirin ölüm xəbərini mühacirətdə, vətəndən dəmir pərdələrlə ayrılmış uzaqlarda eşidən Məmməd Əmin Rəsulzadə demişdir: “Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli, sonra kəndi-kəndini (özü-özünü � A.) yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropayi mə’nasıyla otoritesini (nüfuzunu � A.) hər kəsə tanıtmış bir kompozitor olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da kəndi diktatorluğu altına almış və onu bayaş mənfəətləri üçün sömürə bulduqca (istismar etdikcə � A.) sömürmüş və verdiyi bir takım rəsmi və siyasi vəfə və ünvanlarla onu “mənimsəmişdir”. Fəqət beyhuda, dəmir pərdənin arxasında kəndisinə sün’i marşlar yazdırılsa da, Moskvada omuzu (çiyni � A.) diktatorun əliylə oxşadılsa da, tabutu başında Azərbaycan mə’nəviyyəti ilə ilgiləri (ölaqələri � A.) olmayan komissarlar növbədə dursalar da Hacıbəyli Üzeyiri Azərbaycandan, Azərbaycan kulturundan və Azəri Türk tarixindən kimsə ayıramaz! O, milli Azərbaycan varlığının məsnədləri (dayaqları � A.) arasında qalacaq ayrılmaz bir dəyərdir!” Şübhə yoxdur ki, Üzeyir Hacıbəyov ensiklopediyası yalnız üzeyirşünaslar və ümumən musiqişünaslar tərəfindən deyil, geniş oxucu kütləsi tərəfindən də maraq və rəğbətlə qarşılanacaqdır. Zəngin Üzeyir dünyasıyla sistemli şəkildə tanış olan oxucular bu ensiklopediyanın təşəbbüskarı Nazim İbrahimova, qiymətli soraq kitabının yaradıcılarına, müəlliflərinə, icraçılarına, redaktorlarına, onun yüksək elmi-bədii, poliqrafik səviyyədə meydana çıxması yolunda zəhmət çəkənlərin hamısına minnətdarlıq hissi duyacaqlar.

�N�R

Digər DVD oynatıcılarımda qeyd olunan DVD-lərimi oynaya bilərəm?

DVD yazıcınızla və ya DVD yazıcınızla etdiyiniz DVD-lərin bütün DVD oynatıcılarda oynadığı 100% zəmanət yoxdur. DVD yazıcınızı və ya kompüterinizi ən müasir DVD pleyerlərindən (1999-2000-ci illərdən bəri istehsal olunmuş) istifadə edərək etdiyiniz DVD-yə malik olmağınızdan asılı olmayaraq, əsasən DVD-yə yazılmaq üçün istifadə edilən formata əsasən asılı olacaq.

Recordable DVD formatları

Hər bir qeyd oluna bilən DVD formatının ətraflı texniki cəhətlərinə boğulmadan, hər bir formatın orta istehlakçıya aidiyyəti belədir:

DVD-R:

DVD-R, DVD qeyd edilə biləndir. DVD-R, ən çox DVD yazıcılarının yanında, kompüter DVD yazıçıları tərəfindən istifadə edilə bilən DVD formatlarında ən qeyd edilə bilən DVD formatlarıdır. Bununla belə, DVD-R bir CD-R formatı kimi bir yazma formatıdır və bu formatda hazırlanmış disklər ən müasir DVD oynatıcılarda ifa edilə bilər. DVD-R diskləri başqa bir DVD oynatıcıda oynamadan əvvəl qeyd prosesinin ( CD-R kimi ) nəticəsi ilə yekunlaşdırılmalıdır.

DVD-R DL

DVD-R DL, DVD’nin eyni tərəfində iki qat (DL deməkdir) istisna olmaqla, DVD-R ilə eyni bir rekord formatdır. Bu, bir tərəfdən iki dəfə qeydiyyatdan keçmə müddətini təmin edir. Bu format bəzi yeni DVD yazıcılarına yavaş-yavaş daxil edilir. Həqiqi qeydiyyat formatı DVD-R ilə eyni olsa da, standart DVD-R disk və DVD-R DL disk arasındakı fiziki fərq, adətən standart bir qatlamı oynaya bilən bəzi DVD oynatıcılarda daha az oynatma uyğunluğu ilə nəticələnə bilər DVD-R diskləri.

DVD-RW

DVD-RW DVD-yə yenidən yazılabilirdir. Bu format həm qeyd edilə bilən, həm də yenidən yazılabilir (CD-RW kimi) və əvvəlcədən Pioneer, Sharp və Sony tərəfindən irəli sürülmüşdür. DVD-RW Disklər, əksər DVD oynatıcılarda oynanabilir, buna görə düz Video rejimində qeydə alınır və yekunlaşdırılır. Bundan əlavə, DVD-RW formatında da DVD-RAM formatında istifadə olunan Time Slip (bu məqalədə daha sonra DVD-RAM formasının izahına bax) kimi Chase Play-i yerinə yetirmək imkanı var. Lakin, bu funksiya yalnız VR rejimi kimi istinad edilir. VR rejimində hazırlanmış DVD-RW yazmaları digər DVD oynatıcılarla uyğun gəlmir.

DVD & # 43; RW

DVD + RW ilk növbədə Philips tərəfindən, Yamaha, HP, Ricoh, Thomson (RCA), Mitsubishi, APEX və Sony daxil olmaqla, bir çox tərəfdaşları ilə təşviq ediləcək bir yazıla bilən və təkrar yazı formatıdır. DVD + RW, DVD-RW-dən başqa mövcud DVD texnologiyası ilə daha uyğun bir dərəcə təklif edir. DVD + RW formatı da əsas qeyd baxımından istifadə etmək asandır, çünki disklər başqa bir DVD oynatıcıda oynamaq üçün qeyd prosesinin yekununda başa çatdırılmalıdır. Bu, faktiki qeyd prosesinin özü zamanı həyata keçirilən yekunlaşdırma prosesinə əsaslanır.

DVD & # 43; R

DVD + R, Philips tərəfindən təqdim olunan və dəstəklənən və digər DVD + RW tərəfdarları tərəfindən qəbul edilən bir rekord formatdır, yəni DVD-R-dən çox istifadə edilə biləndir, əksər hallarda ən aktual DVD oynatıcılarda oynatıla bilər. Bununla bərabər, DVD + R diskləri başqa DVD oynatıcıda oynaya bilməmişdən əvvəl yekunlaşdırılmalıdır.

DVD & # 43; DL

DVD + R DL, DVD-nin eyni tərəfində iki qat olması istisna olmaqla, DVD + R ilə eyni formatda bir rekord formatdır. Bu, bir tərəfdən iki dəfə qeydiyyatdan keçmə müddətini təmin edir. Bu format, DVD yazı qurğuları olan bəzi kompüterlərdə, eləcə də bəzi müstəqil DVD yazıcılarda mövcuddur. Gerçək qeyd formatı DVD + R ilə eyni olsa da, standart DVD + R disk və DVD + R DL disk arasındakı fiziki fərq, adətən standart bir qatlamı oynaya bilən bəzi DVD oynatıcılarda daha az oynatma uyğunluğu ilə nəticələnə bilər DVD + R diskləri.

DVD-RAM

DVD-RAM, Panasonic, Toshiba, Samsung və Hitachi tərəfindən dəstəklənən rekord və yenidən yazıla bilən formatdır. Lakin, DVD-RAM ən çox standart DVD oynatıcılarla uyğun deyil və əksər DVD-ROM kompüter sürücülərinə uyğun deyildir.

Lakin, DVD-RAM-ın unikal xüsusiyyətlərindən biri, DVD yazıcısı hələ də proqramın sonunu qeyd edərkən istifadəçinin bir qeydin başlanmasını seyr etməyə imkan verən qabiliyyətidir (təsadüfi giriş və sürətli yazma sürəti ilə ) . Bu “Time Slip” adlanır. Telefon zəngi sizin görüntülərinizi pozduqda və ya işdən gecikən evə gəlsəniz və başlanğıcdan əhəmiyyətli bir TV epizodunu və ya televiziya ilə əlaqəli idman hadisəsini əldən salırsanız yaxşıdır.

DVD-RAM-nın bir üstünlüyü on-disc redaktə üçün geniş imkandır. Sürətli çıxış sürəti ilə, orijinal videonu silmədən səhnələrin oynatma sırasını yenidən qura və digər səhnələri oynatma rejimindən silə bilərsiniz. Buna baxmayaraq, bu qeyd rejimi ən çox standart DVD oynatıcılarda oynatma ilə uyğun deyildir.

Qeyd edilə bilən DVD formatı Disclaimer

Qeyd edilə bilən DVD formatlarının hamısı bütün DVD yazıcılarında mövcud deyildir. Xüsusi qeyd edilə bilən DVD formatında uyğunluq axtarırsınızsa – satın alacaqsınız deyə düşünə biləcəyiniz DVD yazıcının xüsusiyyətlərini və xüsusiyyətlərini yoxlayın. Bu axtarışda kömək edə bilən bir qaynaq qeydiyyatdan keçən DVD-lər üçün DVD Player Uyumluluğu siyahısı (VideoHelp)

CD və DVD-lərə proqramlari necə yaza bilərəm?

DVD-yə bir dəfə proqram yazdim .Sonra həmin proqramlari komputerə yazarkən bəzilərini yuklədi. Bəzilərində isə xəta verdi.Bəs necə edim?Əvvəlcədən təşəkkur edirəm.

Sualı verdi: Esqin ( 26/12/2010 )
Kateqoriya: Kompüterə dair suallar . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Təkrar yükləməyi sınadınız? Əgər sınadıqdan sonra eyni problemlə təkrar qarşılaşmısızsa, problem sizdə deyil. bəzən disklər səhv göstərir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

CD və DVD disklərə xüsusi proqram təminatı vasitəsilə və ya Microsoft Windows-un disk yazma imkanı ilə yaza bilərsən.
Xüsusi proqram təminatından Nero, Alcohol 120% və ya CdBurnerXp ilə yaza bilərsən.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

123589 cavab verdi – PC üçün tövsiyə (17 saat əvvəl)

Valeh Abishov cavab verdi – Aliexpress telefon (2 gün əvvəl)

Valeh Abishov cavab verdi – 1-dən ədəddən çox əşya sirariş etmə (2 gün əvvəl)

Valeh Abishov cavab verdi – Poçta əlavə pul (2 gün əvvəl)

gul56 cavab verdi – Vöen və bank hesabı (4 gün əvvəl)

E. Hacı cavab verdi – Vöen və bank hesabı (4 gün əvvəl)

Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (7 gün əvvəl)

Mammadli-Help cavab verdi – İxtisasla bağlı (7 gün əvvəl)

Cənab cavab verdi – TOEFL vs IELTS (15 gün əvvəl)

yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (25 gün əvvəl)

Только Бог cavab verdi – PC üçün tövsiyə (29 gün əvvəl)

Comments are closed, but trackbacks and pingbacks are open.