Press "Enter" to skip to content

Dəyişən suvarma

Anbar kompleksləri
Deşler, Nebraska
Rostov, Rusiya
Yuhannesburq, Cənubi Afrika
Amarillo, Texas

Suvarma sistemləri – Növləri və istifadə sahələri

Suvarma meliorasiya növlərindən biridir. Suvarma arid zona torpaqlarının əhəmiyyətli dərəcədə yaşılaşdırılmasına imkan verir. Suvarmada məqsəd kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almaq, torpağın su, hava, istilik rejimlərini təmin edib nizamlamaqdır.

Vegetasiya dövründə bitkinin inkişafı üçün torpaqda nəmlik çatışmadıqda suvarmaya ehtiyac yaranır. Suvarma kənd təsərrüfatı bitkilərinin suya olan tələbatını təmin edir, faydalı mikroorqanizmlərin inkişafına imkan yaradır, bitkinin qida rejimini, boy və inkişafını gücləndirir, torpağın hava rejimini tənzimləyir və məhsuldarlığı artırır, torpaqda çatışmayan rütubəti tamamlayır. Suvarma müxtəlif üsullarla (səthi suvarma, süni yağışyağdırma, torpaqaltı suvarma, damcılı suvarma və s.) aparılır.

Suvarma sistemiSuyu suvarma mənbəyindən götürüb suvarılan sahəyə paylayan və bitkilərin suvarılmasını təmin edən qurğular. Suvarma sisteminə baş su qəbuledici qurğu, ana kanal, daimi paylayıcı kanallar, müvəqqəti kanallar, suvarma şəbəkəsi, hidrotexniki qurğular daxildir. Su ana kanallar vasitəsilə daimi paylayıcı kanallara, buradan isə təsərrüfatlara paylanır. Müvəqqəti kanallar suyu paylayıcı kanallardan götürüb suvarma şəbəkəsinə verir. Sızmaya və buxarlanmaya gedən itkinin qarşısını almaq üçün əksər hallarda Suvarma sistemi qapalı tikilir, suvarma kanallarının bir hissəsi, yaxud hamısı borularla əvəz edilir.

SULAMA MMC – SUVARMA SİSTEMLƏRİ”SULAMA” MMC Şirkəti avtomatik suvarma, drenaj şəbəkəsinin quraşdırılması və bağların yaşıllaşdırılması(parkların salınması) sahəsində işləri görür. Öz sifarişçilərimizə suvarma və serviz xidməti məsələlərinin tam həllini təqdim edirik.

  • suvarma layihələrinin hazırlannası;
  • avtomatik suvarma sisteminin quraşdırılması;
  • damcı ilə suvarma sistemləri;
  • çiləyidicilər;
  • bütün drenaj növləri;
  • yaşıllaşdırma;suvarma məsələlərində məsləhətlər;
  • təmənnasız ilkin təkliflər;
  • xidmətlərimizə zəmanətin verilməsi və s.

SUVARMA MMC -ni unikal edən bir neçə detal vardır. Onlardan biri də məhz KEYFİYYƏT amilidir.

SULAMA MMC təklif etdiyi xidmətlərin keyfiyyətindən tam zəmanət verir. Şirkət müştəriləri ilə münasibətdə prioritet tutduğu dəyərlərdən biri də məhz keyfiyyətdir.Təmir və bərpaSULAMA MMC əvvələr mülkiyətinizdə səhv qurşadırlmış yaxud xarab olmuş sistemlərin bərpa və təmiri xidmətini də həyata keçirirQURAŞDIRILMASULAMA MMC edilmiş sifarişləri sizin bağ, ev və həyətyani ərazilərinizdə quraşdırılmasını həyata keçirir.Suvarma sistemləri haqqında daha ətraflı məlumat almaq və xidmətlərimizdən istifadə üçün bizimlə saytımızdakı əlaqə formundan və aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz.

Dəyişən suvarma

Reinke İstehsalat Şirkəti, Korporasiyası.

Müasir dövrdə elə bir dünya sənayesi lideri tapmazsınız ki, əsası qoyulduğu yerdə fəaliyyət göstərsin. Reinke ilə də eyni şey baş verir. Biz hələ də Deşler, Nebraskadayıq, o yerdə ki, 1954-cü ildə Riçard Reinke şirkətin əsasını qoymuşdu. Biz Deşlerdə – Amerikanın tam mərkəzində – öz köklərimizə və öz daimi alıcılarımıza yaxın yerdə qalmağı seçirik, çünki bu bizik. Biz bu ölkənin kənd təsərrüfatı məhsulları istehsalçılarının arasında yaşayır və işləyirik, bizim dilerlər isə bütün dünya ölkələrinin kənd təsərrüfatı məhsulları istehsalçıları arasında yaşayır və işləyirlər. Biz suvarma məhsulları sahəsində dünya lideriyik, ancaq qəlbən biz öz ölkəmizə xidmət edirik.

Ofislərimiz
Deşler, Nebraska
Pekin, Çin
San Luis Potosi, Meksika
Moşav Korazim, İsrail
Rostov, Rusiya
Venado Tuerto, Argentina

İstehsalat müəssisələrimiz
Deşler, Nebraska
Belvil, Kanzas
Pekin, Çin

Anbar kompleksləri
Deşler, Nebraska
Rostov, Rusiya
Yuhannesburq, Cənubi Afrika
Amarillo, Texas

Biz dünyanın ən böyük suvarma sistemi və komponentləri istehsalçılarından biriyik. 80 akrdan çox bir sahəni biz suvarma sistemləri və onların hissələrinin tərtib olunması, istehsalı və paylanmasına həsr etmişik və bizim öhdəliklərimizi yerinə yetirməyimizə və bacarıq səviyyəmizə şübhə yoxdur.

Bizim istehsalat zavodumuz 12 akr ərazidə yerləşir, üstü örtülüdür və müasir texniki avadanlıqlardan və avtomatlaşdırılmış cihazlardan və keyfiyyətə nəzarət proseslərindən ibarətdir. Bizim işçilərin ixtisaslı mütəxəssis olduğunu nəzərə alsanız Reinke adı daşıyan qurğuların nə üçün bütün dünyada öz uzunmüddətli istifadəsinə, etibarlılığına və səmərəliliyinə görə tanındığını anlayacaqsınız.

Bütün dünyadan bir çox istehsalçılar daha yaxşı məhsuldarlığa nail olmaqda və suya qənaət etməkdə kömək olsun deyə Reinke suvarma sistemini seçirlər. Biz aşağıdakı məhsulların istehsalına öz imzamızı atmışıq:

  • Dairəvi Suvarma sistemləri
  • Üfiqi Suvarma sistemləri
  • Fırlanan qolla künclərə suvarma sistemi
  • Xüsusi Suvarma Sistemi
  • İdarəetmə panelləri
  • Distansiyalı İdarəetmə Sistemləri
  • Dərəcəsini dəyişən suvarma sistemi
  • Komponentlərin və Su verilişi üçün Məhsulların geniş çeşidi

Biz dünyanın ən böyük suvarma sistemləri və komponentləri istehsalçılarından biriyik

Comments are closed, but trackbacks and pingbacks are open.