VÖEN-i necə aça bilərik
Web of Science sitat dərinliyi 1900-ci ilin , olan ən qlobal elmiometrik verilənlər bazalarından biridir. Verilənlər bazasının əsasını Web of Science Core Collection təşkil edir ,bura 7 sitat indeksi daxildir, onlardan 4-ü jurnal indeksidir. Nəşrin onlardan birinə daxil olması üçün o, 24 keyfiyyət meyarına cavab verməlidir. Bundan əlavə, 4 təsir meyarına cavab verərsə, jurnal daha yüksək sitat indeksinə daxil ediləcək.
Əlavə dəyər vergisinin bəyannaməsi üzrə edilmiş dəyişikliklər
O cümlədən 1, 3, 4, 5 nömrəli Əlavələr üzrə yeniliklər. Aparılan dəyişikliklər ƏDV ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsində inzibatçılığı əhəmiyyətli dərəcədə yüngülləşdirməklə yanaşı, vergi ödəyicisinin maliyyə vəsaitinə qənaət etməsinə gətirib çıxarır. Qeyd etmək lazımdır ki, dəyişikliyin qüvvəyə minməsindən öncəki dövrdə ƏDV tutulmalı olan əməliyyatın tarixi elektron VHF-sının təqdim edildiyi və yaxud bilavasitə malın (işin, xidmətin) təqdim edildiyi vaxt qəbul edilirdisə, dəyişiklik qüvvəyə mindikdən sonra bu tarixin müəyyən edilməsi təqdim edilmiş malın (işin, xidmətin) dəyərinin nağd və ya nağdsız qaydada vergi ödəyicisinə ödənilməsi ilə şərtləndirilir. (ƏDV bəyannaməsi)
Vergi Məcəlləsində edilmiş müvafiq dəyişikliklərlə bağlı ƏDV bəyannaməsində bir sıra dəyişikliklər edilmişdir.
ƏDV-nin vergitutma mexanizmində edilmiş dəyişikliklərin bəyannamə formasında nəzərə alınması məqsədilə ƏDV bəyannaməsinin “Hesabat dövründəki dövriyyə üzrə” bölməsi “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri”, “Daxil olmuş məbləğ” və “ƏDV məbləği” sütunlarına ayrılmışdır.
Məlum olduğu kimi Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Dəyişiklikdən əvvəlki ƏDV bəyannaməsi üzrə xüsusi çəkinin müəyyənləşdirilməsi zamanı “Dövriyyə məbləği” sütununda olan göstəricilərə istinad edilirdisə, dəyişiklik edilmiş ƏDV bəyannaməsində isə vergi tutulan əməliyyatların xüsusi çəkisi “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri” sütunu üzrə olan göstəricilərə əsasən müəyyənləşdiriləcəkdir.
Diqqət edilməli hallardan biri də 01.01.2020-ci il tarixədək təqdim edilmiş e-VHF-lar üzrə yaranmış debitor borclara hesablama aparılmışdırsa, 01.01.2020-ci ildən sonra həmin debitor borclar üzrə daxil olmalar təkrar vergiyə cəlb edilə bilməz.
Eyni zamanda 1 yanvar 2020-ci il tarixdən sonra təqdim edilmiş malın (iş, xidmət) vergitutulan əməliyyatın vaxtı pul vəsaitinin daxil olması ilə bağlı olduğundan, hesabat dövrü ərzində dəyəri ödənilməyən əməliyyatlar ƏDV məqsədləri üçün vergitutma obyekti yaratmadığı üçün debitor borcların artımına səbəb olur.
İddia müddətinin bitməsi, vəsaitin daxil olması və ya digər hallarda debitor borcların həmin hesabat dövründə silinməsini nəzərə alaraq, bəyannamə məlumatlarının düzgün əks etdirilməsi, vergi ödəyicilərinin ödənişi daxil olmamış təqdim edilmiş mallara (işlər, xidmətlər) görə mübahisəli hesablamaların aparılmaması, vergi tutulan əməliyyatın vaxtının düzgün müəyyən edilmədiyi üçün səyyar vergi yoxlamaları zamanı vergi ödəyicilərinin əlavə sanksiyalara məruz qalmaması baxımından ƏDV bəyannaməsində 307 və 307-1 kodlu sətirlərdən ibarət olan “Debitor borcların hərəkəti barədə” hissə yaradılmışdır.
Qeyd edilən hissədə 307 kodlu sətr 01.01.2020-ci il tarixdən sonrakı hesabat dövrləri üzrə təqdim edilmiş mal, iş və xidmətlərə görə yaranmış debitor borcların vergi tutulan əməliyyatın vaxtının düzgün müəyyən edilməsinə, 307-1 sətri isə 01.01.2020-ci il tarixədək yaranmış debitor borclar üzrə vəsait daxil olduğu zaman əlavə hesablamaların aparılmamasına xidmət etmiş olacaqdır.
Əlavə olaraq bildirim ki, vergi ödəyicilərinin vergitutma obyektinin uçotunun düzgün aparılması baxımından 2020-ci ilin yanvar ayı üzrə təqdim edilməli olan ƏDV bəyannamələrində həmin tarixə qədər yaranmış debitor borcların hərəkəti barədə məlumatlar yeni yaradılmış müvafiq sətirlərdə (307-1) qeyd ediləcək.
Eyni zamanda, bu günə qədər mövcud ƏDV bəyannaməsinin “Hesabat dövründə dəqiqləşdirilən (163-cü maddəsinə əsasən) əməliyyatlar üzrə ƏDV-nin hesablanması” bölməsində Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən əməliyyatın xarakterinin dəyişməsi zamanı alıcı tərəfindən əvəzləşdirilmiş ƏDV məbləğlərinin artıb və ya azalması ilə bağlı dəqiqləşmələrinin qeyd edilməsi üçün ayrıca sətirlər olmadığından mənfəət (gəlir) vergisinin bəyannamələri üzrə dövriyyələrin müqayisəsi zamanı müəyyən çətinliklər yaranırdı ki, bu halların qarşısının alınması məqsədilə həmin bölmədə “Əvəzləşdirilən əməliyyatların azaldılmasına və ya artırılmasına görə ƏDV-nin hesablanması” ilə bağlı yeni sətirlər əlavə edilmişdir.
Digər dəyişikliklə ƏDV bəyannaməsinə gəlirdən birbaşa çıxılmayan kapital xarakterli xərclərin ayrıca bəyan edilməsi üçün yeni alt sətirlər əlavə edilmişdir.
1 yanvar 2020-ci il tarixədək qüvvədə olan ƏDV bəyannaməsi üzrə əvəzləşdirilən ƏDV məbləğləri üzrə bəzi hallarda kapital xarakterli xərclərin müəyyən edilməsi mümkün olmadığından əvəzləşdirilən və bəyan edilməli olan ƏDV məbləğləri arasında kənarlaşmaların olması mübahisəli hesablamalar ilə nəticələnirdi. Məhz bu səbəbdən, yeni artırılmış sətirlərdə bəyan ediləcək göstəricilər gəlirdən birbaşa çıxılmayan kapital xarakterli xərclər üzrə əvəzləşdirilmiş ƏDV məbləğləri ilə bəyan edilməli ƏDV məbləğləri arasında yaranan kənarlaşmaya görə əlavə vergi məbləğlərinin hesablanmasının qarşısının alınmasına xidmət etmiş olacaqdır.
Onu da qeyd etmək lazımdır ki, ƏDV bəyannamələrində bəyan ediləcək kapital xarakterli xərclərin məbləği ilə təqvim ili üzrə təqdim ediləcək mənfəət (gəlir) vergisinin bəyannamələrinin 1 nömrəli Əlavəsinin “Kapitallaşdırma üçün aktivlər” sətrinin dövr ərzində daxil olmuş sütununda olan məbləğ ilə müqayisə olunacaqdır.
Daha bir yenilik 1 yanvar 2020-ci il tarixdən sonra təqdim ediləcək ƏDV bəyannamələri üzrə “Muzdlu işlə əlaqədar vergi bölməsi”nin ləğv edilməsi ilə bağlı olmuşdur. Beləliklə bundan sonra vergi ödəyiciləri tərəfindən muzdlu işlə əlaqədar məlumatlar “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” üzrə yaradılmış vahid bəyannamədə rüblük olaraq təqdim ediləcəkdir.
Yuxarıda qeyd olunanlarla yanaşı ƏDV bəyannaməsinin 1, 3, 4 və 5 nömrəli Əlavələrində də bir sıra dəyişikliklər edilmişdir.
1 yanvar 2020-ci il tarixədək qüvvədə olan ƏDV bəyannaməsinin 1 nömrəli Əlavəsi üzrə Yük Gömrük Bəyannamələrinin (YGB) əlavə edilməsi zamanı bir sıra məlumat xarakterli sütunlar qeyd edilirdi ki, bu da əksər hallarda texniki olaraq düzəlişlərin edilməsi ilə bağlı uyğunsuzluq məktublarının göndərilməsi, cavab məktubu daxil olmadıqda isə əvəzləşdirilmə üçün əlavə edilmiş YGB-lərin siyahıdan çıxarılmasına, sonradan dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi kimi hallar ilə nəticələnirdi. Vergi ödəyiciləri tərfindən YGB-lərin əlavə edilərək bəyannamə tərtibatı zamanı baş verəcək xətaların aradan qaldırılması ilə bağlı əksər sütunlar ləğv edilərək optimallaşdırılmışdır.
Vergi Məcəlləsinin 166-cı maddəsinin yeni redaksiyasına əsasən 3, 4, 5 nömrəli Əlavələrdə “Dövriyyə məbləği” sütunu “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri” sütunu ilə əvəz edilmiş və yeni “Daxil olmuş məbləğ” sütunu əlavə edilmişdir.
Həmçinin ayrı-ayrı əməliyyatlar üzrə ƏDV tutulan əməliyyatın vaxtının dəqiq müəyyən edilməsi üçün 3 nömrəli Əlavəsinin “Əlavə dəyər vergisi tutulan əməliyyatlar barədə məlumat” bölməsinə, eyni zamanda ƏDV bəyannamələri ilə Mənfəət (gəlir) vergisi bəyannamələri arasında yarana biləcək kənarlaşmaların minimuma endirilməsi məqsədilə Əlavənin 3-cü “ƏDV tutulan əməliyyat sayılmayan əməliyyatlar barədə məlumat” bölməsinə də edilmiş son dəyişikliklərə uyğun olaraq yeni sətirlər əlavə olunmuşdur.
Əlavə olaraq Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması ilə bağlı bəyannamənin 5 nömrəli Əlavəsinə müvafiq dəyişikliklərə uyğun olaraq yeni sətirlər də əlavə edilmişdir.
Vergi ödəyicilərinin inzibati yükünün azaldılması, vaxtına qənaət edilməsi məqsədi ilə 1 yanvar 2020-ci il tarixdən sonra Bəyannamə Tərtibatı Proqramında ƏDV bəyannaməsinin hər bir Əlavəsi tərtib edildikcə daxil edilən göstəricilər “Verginin hesablanması” bölməsinin müvafiq sətirlərində avtomatik əks etdiriləcəkdir.
VÖEN-i necə aça bilərik?
Sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs (fərdi sahibkar) sahibkarlıq fəaliyyətinə başlanan günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyicisi fiziki şəxs özü və ya səlahiyyətli nümayəndəsi vasitəsilə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) fiziki şəxsin vergi uçotu haqqında ərizə və fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi) ilə yaşadığı yer üzrə ( şəxsiyyət vəsiqəsində göstərilən) vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlidir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Müvafiq sənədlər vergi orqanında daxil olduğu gündən sonrakı 1 gün müddətində fiziki şəxs ödənişsiz olaraq vergi uçotuna alınır. Fiziki şəxsin uçot məlumatları vergi ödəyicilərinin reyestrinə daxil edilir, ona 10 rəqəmli vergi ödəyicilərinin eyniləşmə nömrəsi (VÖEN) və Nəzarət kitabçası verilir. Fiziki şəxs vergi uçotuna alınaraq ona Şəhadətnamə verilir. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə fiziki şəxsin vergi uçotunu aparan vergi orqanı tərəfindən verilmiş, həmin fiziki şəxsin vergi uçotuna dayanmasını təsdiq edən və özündə fiziki şəxsin adını, VÖEN-i, ünvanını və şəkli əks etdirən, blankı təkrar çapdan müdafiə etmək üçün xüsusi gizli nişanları olan sənəddir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir. Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Fiziki şəxsin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Fiziki şəxslər elektron qaydada (www.e-taxes.gov.az) İnternet Vergi İdarəsi Portalında e-qeydiyyatdan keçməklə vergi uçotuna alına bilərlər. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Elektron qaydada müraciət etmək üçün fiziki şəxsin gücləndirilmiş elektron imzası olmalıdır. Fiziki şəxsin e-qeydiyyatı İnternet Vergi İdarəsi portalının “Onlayn kargüzarlıq və e-VHF” (e-Vergi Hesab Fakturası) bölümü üzərindən aparılır. Bu məqsədlə fiziki şəxs qeyd edilən bölməyə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil olur və elektron ərizə formasını dolduraraq onlayn rejimdə göndərir. Bu zaman ərizədə olan məlumatlar sistemə daxil edilib gücləndirilmiş elektron imzadan istifadə olunmaqla imzalandığı andan fiziki şəxsə vergi uçotuna götürülərək ona 10 rəqəmli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin və Nəzarət kitabçasının kağız daşıyıcılarda alınması üçün vergi ödəyicisinin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq yerli vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.
Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “ASAN imza”) əsasında İnternet Vergi İdarəsi portalı vasitəsi ilə aparılır. “ASAN İmza” sertifikatlarının verilməsi ASAN xidmət mərkəzində və vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. Asan İmza üçün müraciət edən şəxs tərəfindən ilk növbədə hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə edilməli, daha sonra tələb olunan digər sənədlərlə Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.
Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Vergi orqanı vergi ödəyicisinə göndərilən bütün bildirişlərdə onun eyniləşdirmə nömrəsini göstərir. Vergi ödəyiciləri maliyyə, statistika hesabatlarında, vergi haqq-hesablarında, bəyannamələrdə, təsərrüfat müqavilələrində, hesab-fakturalarda, qaimələrdə, nəzarət-kassa aparatlarının çeklərində, məktublarda, habelə gömrük, bank və bütün digər ödəniş sənədlərində VÖEN-i mütləq göstərməlidirlər. Vergi ödəyicilərinin hər hansı tədiyə, bank və gömrük sənədində VÖEN göstərilmədikdə, ödənişi aparan müvafiq bank idarələri, vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir.
Vergi ödəyicisi haqqında məlumatlar onun uçota alınması anından vergi sirrini təşkil edir.
Benefisiar.org
Web of Science və Scopus: Azərbaycan jurnallarının siyahısı
Elmi Nəşrlər şirkəti tədqiqat ictimaiyyəti üçün vacib məlumatları daim izləyir və təhlil edir, ona görə də alimlərin rahatlığı üçün biz Azərbaycanda Scopus/Web of Science jurnallarının siyahısını hazırlamışıq.
Bu cədvəlin imkanları və onun tərtibi haqqında sizə daha ətraflı məlumat verəcəyik.
15 elementdən 1-15 arası göstərilir.
Scopus: jurnalların siyahısı
Azərbaycanda Scopus jurnallarının siyahısını tərtib etmək üçün elmiometrik məlumat bazasından materiallardan, elmi nəşrlərin profillərindən məlumatlardan, həmçinin Scimago Journal Rank məlumatlarından istifadə edilib.
Cədvəldə sadalanan Scopus jurnallarına baxa bilərsiniz:
- Nəşrin adı.
- ISSN.
- İndeksləmə.
- SNIP balı.
- CiteScore tərəfindən kvartil (Q).
- Tədqiqat intizamı.
Bundan əlavə, cədvəldə göstərilən nəşrlərin hər birinin səhifəsinə və Scopus-a daxil olan Azərbaycan jurnallarının ana səhifəsinə keçid var.
Azərbaycan jurnalları Web of Science
Web of Science-a daxil edilmiş jurnalların siyahısını tərtib etmək üçün biz onların verilənlər bazasından Web of Science Core Collection, Master Journal List, Journal Citation Reports məlumatlarından istifadə etdik.
Web of Science-da jurnalların siyahısı aşağıdakılara görə sıralana bilər:
- Mənbənin adı.
- ISSN.
- İndeksləmə.
- Təsir faktoru (Web of Science Core Collection sitat indeksini göstərir).
- Jurnal Sitat Göstəricisi.
- Jurnal kvartili (Q).
- Bilik intizamı.
Web of Science-a daxil olan hər bir Azərbaycan jurnalı Master Journal List-dəki səhifəsinə və jurnalın ana səhifəsinə keçidlə müşayiət olunur.
Alimlər cədvəldəki məlumatlardan necə istifadə edə bilərlər?
Scopus və Web of Science-da Azərbaycan jurnallarının siyahısı haqqında məlumat əldə edən alimlər elmi fəaliyyətlərini daha səmərəli planlaşdıra biləcəklər ki, bu da:
- Nəşr üçün ən uyğun elmi nəşri uğurla seçmək bacarığ verir.
- Seçilmiş nəşrin elmi potensialını öyrənmək daha yaxşıdır.
- Regionun tədqiqat potensialını və konkret nəşrlərin elmiometrik göstəricilərindəki dəyişikliklərin dinamikasını qiymətləndirmək.
- Keyfiyyətli elmi məqalələr dərc etməklə ölkənin ümumi nəşr statistikasını artırmaq.
- Milli dildə nəşrin mümkünlüyünü qiymətləndirin, həmçinin Scopus-da rus dilli jurnalların siyahısını yaradın ki, tədqiqatçılar nəşr materialını ingilis dilinə tərcümə etməli olmasın.
Scopus-a daxil olan Azərbaycan jurnalları
Scopus elmiometrik verilənlər bazası müxtəlif bilik sahələrindən və elmi fənlərdən minlərlə elmi nəşri indeksləşdirir. Scopus-a jurnal daxil etmək üçün nə bilmək lazımdır? Nəşrin indeksləşdirilmiş nəşrlər siyahısına daxil edilməsi üçün o, ciddi keyfiyyət meyarlarına cavab verməli və təqdimetmə, yoxlama, dəqiqləşdirmə, qərara yenidən baxma, əlaqə saxlama mərhələlərindən keçməlidir.
Jurnalın Scopus-a daxil edilməsi o demək deyil ki, artıq onun üzərində işləmək lazım deyil. Əksinə, bu andan daha ciddi və hərtərəfli mərhələ başlayır ki, bu da yüksək keyfiyyətli məzmunun daimi seçimi, etik standartlara, elmiometrik göstəricilərə uyğunluq və daha çox şey deməkdir.
Bundan əlavə, Scopus elmi nəşrlərin keyfiyyətinə daim nəzarət edir. Buna görə də nəşr üçün jurnalı diqqətlə seçmək lazımdır.
Bu gün Azərbaycanda Scopus-a daxil olan jurnalların siyahısı o qədər də geniş olmasa da, müxtəlif bilik sahələrinə aid nüfuzlu və yüksək keyfiyyətli nəşrlər artıq orada indeksləşdirilir. Bu, ölkənin elmi potensialının inkişafından xəbər verir və tədqiqatların keyfiyyətinin göstəricisidir. Onu da qeyd etmək yerinə düşər ki, bu Scopus jurnallarının əksər nəşriyyatları Bakıda yerləşir.
Web of Science: jurnalların siyahısı
Web of Science sitat dərinliyi 1900-ci ilin , olan ən qlobal elmiometrik verilənlər bazalarından biridir. Verilənlər bazasının əsasını Web of Science Core Collection təşkil edir ,bura 7 sitat indeksi daxildir, onlardan 4-ü jurnal indeksidir. Nəşrin onlardan birinə daxil olması üçün o, 24 keyfiyyət meyarına cavab verməlidir. Bundan əlavə, 4 təsir meyarına cavab verərsə, jurnal daha yüksək sitat indeksinə daxil ediləcək.
Azərbaycan jurnalları Web of Science in Emerging Sources Citation Index və Science Citation Index Expanded-də təmsil olunur. Bu nəşrlərin bir çoxu elmiometrik göstəricilərin dəyişməsində müsbət tendensiya nümayiş etdirir ki, bu da gələcəkdə onların reytinqinin artmasına kömək edir.
Nəzərə alın ki, cədvəldə istinad məlumatları var, bütün məlumatlar elmiometrik verilənlər bazalarının rəsmi resurslarından götürülüb. “Elmi Nəşrlər” şirkəti verilən elmi nəşrlərin keyfiyyətinə görə məsuliyyət daşımır, lakin sayt ziyarətçilərini və şirkətin müştərilərini məlumatlandırmaq üçün bu tipli məlumatları yerləşdirir. Sizi maraqlandıra bilər: “Web of Science and Scopus: Journals of Kazakhstan” (KZ cədvəlinə keçid)
Comments are closed, but trackbacks and pingbacks are open.