Press "Enter" to skip to content

Cnəbilər Azərbaycanda müvəqqəti qeydiyyatla neçə gün qala bilər? VİDEO

Bu hallarda bir insan yalnız sosial təqaüdə güvənə biləcəkdir (əlil uşaqlarla əlaqəli olan adi “sosial sistem” dən fərqli olaraq, yalnız standart pensiya yaşına çatdıqdan sonra təyin ediləcəkdir).

Poçt qutusu | Cəlil Məmmədquluzadə

Noyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi. Həkim axırıncı dəfə xanın naxoş övrətini yoluxub, cavab verdi ki, dəxi naxoşun əhvalı yaxşıdır; belə ki, bir həftəyədək səfərə çıxmaq mümkün olar. Xan çox tələsirdi İrəvana getməyə; çünki xanı orada çox vacib işlər gözləyirdi. Və bir də ki, qorxurdu qar yağa və hava dəxi də soyuya və naxoş üçün yola çıxmaq qeyri mümkün ola. Xan götürdü qələmi, irəvanlı dostu Cəfər ağaya bu məzmunda bir müxtəsər kağız yazdı:

“Əzizim! Bir həftəyədək, ümidvaram, İrəvana gəlim övrət-uşaq ilə. Artıq-artıq təvəqqe edirəm, buyurasan bizim otaqlara fərş salıb, əlbəttə-əlbəttə peçləri yandırsınlar ki, otaqların havası pişəzvəqt təmizlənsin və isinsin, bəlkə naxoş üçün oradan narahatçılıq üz verməsin. Bu kağızın cavabını mənə teleqraf vasitəsilə yetirəsən. Sən mənə dediyin işlərin hamısını yerbəyer eləmişəm. Xudahafiz!

Sənin xeyirxahın Vəli-xan. Fi 12 noyabr”.

Xan kağızı bükdü qoydu paketə, üsyünü yazıb və markasını yapışdırıb, istədi nökəri çağırsın ki, aparıb salsın poçta; amma tez xanın yadına düşdü ki, nökəri göndərib özgə işə. Bu heyndə qapı döyüldü. Xan çıxdı və gördü ki, qapını döyən xanın öz kəndlisi “İtqapan” kəndinin əhli Noruzəlidi. Bu şəxs çox vaxt xanın yanına gəlib-gedər və hər gələndə olmaz ki, undan, əriştədən, baldan, yağdan gətirməsin. Bu səfərdə Noruzəli əliboş gəlməmişdi; çünki xanı görcək əl ağacını dayadı qapının bucağına və başladı qapının o biri tayını açmağa. Qapını açıb bir yüklü ulağı sürdü həyətə “çoçi-çoçi” deyə-deyə və yükün arasından üç-dörd toyuq-cücəni çığırda-çığırda yerə qoyub, yükü açıb dolu çuvalları saldı yerə və xanın üzünə baxıb ikiqat əyilib salam verdi. Xan salamı alıb dedi:

— A kişi, Noruzəli! Bu nə zəhmətdi, çəkmisən?
Noruzəli çuvalların kəndirini aça-aça cavab verdi:
— Bu nə sözdü, ay xan? Mən ölənə kimi sənə qulam.

Bu sözü, deyə-deyə Noruzəli başladı üstünün tozunu silməyə. çünki günortadan bir saat keçirdi və ola bilərdi ki, poçtun vaxtı keçsin, xanın ağlına belə gəldi ki, yazdığı məktubu versin Noruzəli aparıb salsın poçta.

Xan üzünü tutdu qonağa:
— Noruzəli, poçtxananı tanıyırsan?
Noruzəli cavab verdi:
— Ay xan, mən kətdi adamam, mən nə bilirəm poçtxana nədi?
— Çox əcəb, nəçərnik divanxanasını ki, tanıyırsan?
— Bəli, xan, başına dönüm, tanıyıram, niyə tanımıram. Keçən həftə mən elə gəlmişdim nəçərniyin yanına şikayətə. Xan, and olsun sənin başına, bizi katda çox incidir. Əslinə baxsan bizim bu katdamız özgə tayfadandı; odu ki, bizi görməyə gözü yoxdu. Keçən həftə mənim iki buzovum itmişdi. Getdim.

— Hələ bu sözləri sonra deyərsən. Qulaq as, gör nə deyirəm: nəçərnik divanxanasının qabağında bir yekə dam-daş var, qapısının ağzında bir qutu vurulub divara, haman qutu poçt qutusudu. O qutunun bir xırda və uzun qapağı var. Bu saat apar bu kağızı haman qutunun qapağını qovza, kağızı sal qutunun içinə, qapağını yatırt və tez qayıt gəl!

Noruzəli hər iki əlini açdı xanın qabağına, qorxa-qorxa kağızı aldı, bir az baxdı xanın üzünə, sonra çəkildi divara səmt və yerə əyilib istədi kağızı qoysun divarın dibinə. Xan ucadan dilləndi:

— Qoyma ora! Qoyma ora! Kağız çirklənər, tez apar sal qutuya, qoy gəl!
— Xan, başına dönüm, qoy bu ulağın başına torba keçirdim; heyvandı, ac qalmasın, yoldan gəlib.
— Yox, yox… Heç ziyanı yoxdu. Kağızın vaxtı keçir. Torbanı sonra keçirdərsən ulağın başına.
— Di elədə qoy ulağın qıçını bağlayım, yoxsa gedər həyətdə ağacları gəmirər.
— Yox, yox… heç eybi yoxdu, qaç tez, kağızı sal gəl!

Noruzəli kağızı ehmal qoydu qoynuna və genə dedi:
— Xan, qadanı alım, bu xoruzlar qaldılar burda, heyvandılar, qoyaydın qıçlarını açıb, bir az dən səpəydim bulara. Elə dən də gətirmişəm.

Noruzəli əlini saldı cibindən dən çıxarsın… Xan ucadan səsləndi:
— Yox, yox. qoy hələ qalsın. Qaç, çaparaq kağızı sal poçta! Noruzəli əl ağacını götürüb, başladı uşaq kimi qaçmağı. Sonra bir zad fikirləşib qayıtdı və üzünü tutdu xana.
— Xan, qadanı alım, dəsmalın içində yumurta var, gözdə-qulaqda olun, yoxsa ulağ ağnar, yumurtaları sındırar.

Xan daha ucadan səsləndi:
— Daha uzun danışma. Qaç kağızı sal; vaxtı keçir.

Noruzəli istədi uzaqlaşsın, xan onun dalınca çığırdı:
— Noruzəli, bilməzsən kağızı verərsən özgəsinə ha. Heç kəsə vermə, heç kəsə göstərmə! Tez sal qutuya, qayıt gəl!

Noruzəli dəxi də ucadan cavab verdi:
— Niyə, mən uşaq deyiləm ki, kağızı özgəsinə verəm! Məni o qədər də xam bilmə. Heç nəçərnik də bu kağızı mənim əlimdən ala bilməz.

Noruzəli bu sözləri deyəndən sonra gözdən itdi… Xan girdi otağa və üzünü arvadına tutub şirin dillə dedi:
— Di hazırlaş, mənim gözümün işığı. Kağız yazdım İrəvana ki, otaqları sazlasınlar. İndi daha gedə bilərik. Maşallah yaxşısan. Həkim özü deyir ki, havanı dəyişmək səndən ötrü lap vacibdi.

Bir qədər də xan arvadı ilə getmək barəsində söhbət edəndən sonra nökəri gəldi və xana dedi:
— Xan, bu ulağ kimindi, bu şeyləri kim gətirib? – Xan cavab verdi:
— Ədə, o şeyləri yerbəyer elə! Onları bizə itqapanlı Noruzəli sovqat gətirib.

Nökər cücələri və yumurtaları apardı aşbazxanaya və ulağı sürüb qatdı töyləyə, qapısını örtdü, sonra gəlib un çuvalının birisinin ağzını açıb, içindəki undan bir çimdik götürüb, gətirdi tutdu xanın qabağına və dedi:
— Xan, yaxşı ağ undu.

Xan una baxandan sonra buyurdu nökərə küçə qapısını bağlasın və çörəyi çəkib gətirsin.

Çörəyin yeyilməyi iki saat çəkdi. Ancaq çörəkdən sonra Noruzəlinin kağızı poçta aparmağı xanın yadına düşdü. Xan nökəri çağırıb soruşdu və nökər cavab verdi ki, hələ kəndli poçtdan qayıtmayıb. Xan Noruzəlinin bu qədər yubanmağına təəccüb elədi və fikrinə gəldi ki, bəlkə Noruzəli kağızı poçta salıb özünü verdi bazara çörəkdən-zaddan alıb yesin və yainki bazarlığı-zadı var, eləsin. Bir saat da keçdi, Noruzəli gəlmədi.

Xan, nökəri çağırıb dedi ki, getsin poçta səmt və görsün harda qaldı Noruzəli və nə bais oldu ki, bu qədər yubandı. Yarım saat keçməmiş nökərqayıdıb cavab verdi ki, kəndlini görə bilmədi. Xan çıxdı balkona və bir papiros yandırıb başladı var-gəl eləməyə. Dəxi ona aşkar oldu ki, Noruzəlinin başına bir iş gəldi ki, bu qədər yubandı. Xan bu fikirdə idi – polis yasovolu dayandı qapıya və xanı görcək dedi:

— Xan, pristav buyurur gələsininz polsaya (polisə — red.) və kəntdinizə zamın olasınız. Yoxsa zamını olmasan, pristav göndərəcək navaxta (qazamat — red.).

Xan bu sözlərə o qədər təəccüb elədi ki, üzünü yasovulun üzünə tutub mat qaldı və heç bilmədi ki, nə desin. Sonra dilləndi:
— Balam, o kətdi bir fağır adamdı, o nə qayırıb ki, pristav onu tutub saxlayıb?
Yasovul cavab verdi:

— Daha mən heç zad bilmirəm. Ancaq özün polsaya buyursan, yaxşı olar; yoxsa yazıqdı o kişi.

Xan bu əhvalatı övrətinə bildirmədi ki, narahat olmasın. Geyinib getdi polisə və əvvəl akoşkadan dusdaqların damına baxıb gördü ki, yazıq Noruzəli bir neçə dustaqlar ilə oturub damın bucağında və uşaq kimi ağlayır, gözünün yaşını çuxasının ətəyi ilə silir.

Xan, Noruzəlinin əhvalatını pristavdan öyrənib və ona zamın olub kəndlisini saldı yanına və gətirdi evə. Noruzəli həyətə girən kimi başladı ağlamağa və saman torbasını ulağın başına keçirdib çömbəldi divarın dibində. Xan girdi evə və bir papiros yandırıb çıxdı balkona, Novruzəlini yanına çağırıb dedi:

— Di indi əhvalatı nağıl elə, Noruzəli! Sənin bu hekayətin çox şirin hekayətdi. Kitaba yazılmalıdı. Nağıl elə təfsilən; yəni hamısını birbəbir. Başla burada kağızı götürüb aparmağından, ta dama düşməyinə kimi.
Noruzəli durdu ayağa, xana yavıqlaşıb və çuxasının ətəyi ilə gözünün yaşını silib başladı:

— Başına dolanım xan, məni çövür balalarının başına, məni bağışla! Mənim heç bir günahım yoxdur. Bir kətdi adamam, mən nə bilirəm kağız nədi, qutu nədi, poçt nədi? Başına dönüm, xan, məni çövür o gülüzlü balalarının başına. Heç ziyanı yoxdu, həyə ölmənəm, sağ qalaram, qulluq elərəm, əvəzi çıxar,bir qələtdi eləmişəm, ta neyləmək? İşdi belə oldu. Bular hamısı allahdandı. Gərək belə olaymış. Bağışla məni, xan. Mən ölənə kimi nökərəm sənə.

Bu sözləri deyib, Noruzəli bir az da yavıqlaşdı xana və istədi onun ayaqlarından öpsün. Xan bir az dala çəkilib dedi:
— Noruzəli! Heç ürəyini sıxma. Mən sənə nə deyirəm ki? Sən mənə nə pislik eləmisən ki, mən səni bağışlayım?
— Qurban olum sənə, bundan artıq daha nə pislik olacaq? Kağızı əlimdən verdim o kafir oğlu kafirə qoydu cibinə, çıxdı düzəldi yola, qoydu getdi.
— Kim kağızı qoydu cibinə, qoydu getdi?
— O kafir oğlu urus, dana!
— Hara qoydu getdi?
— Getdi girdi orada bir yekə dam-daş vardı ki, qapısına qutu vurulubdu, getdi girdi ora.
Xan bir qədər duruxdu:
— Bəs sən kağızı qutuya salmadın?
— Necə ki, salmadım! Elə kağızı qutuya salan kimi, kafir gəlib qutunu bilmirəm nə təhər açdı, kağızı götürdü apardı.
— Qutuda sən saldığın kağızdan başqa ta özgə kağız yox idi?
— Necə ki, yoxdu? Çox kağızlar vardı. Elə onların hamısını yığışdırıb apardı.
Xan qah-qah çəkib güldü.
— Yox, Noruzəli, gərək hamısını nağıl eliyəsən başdan axıra kimi: necə kağızı apardın, necə saldın qutuya və nə üstə urusla savaşdın.

Noruzəli başladı.
— Xan, başına dönüm, mən kağızı buradan apardım, getdim çıxdım nəçərnik divanxanasının yanına. Sən mənə nişan verdiyin dam-daşı tapdım və qutunu tapdım, getdim qutunun qapağını qaldırdım. İstədim kağızı salam qutuya; bir kağıza baxdım, bir qutuya baxdım. Doğrusu, qorxdum ki, sənin mənə qeyzin tuta. Doğrusu, bilmədim salım, salmıyım; çünki yadımdan çıxdı səndən soruşum ki, kağızı qutuya salandan sonra durum qutunun yanında, ya qoyum gəlim evə. Fikirləşdim ki, əgər kağızı salım, durum qutunun yanında havədəyədək durum. Axı qurbanın olum, xan, özün gördün ki, ulağı ac qoydum getdim, cücələri qıçı bağlı qoydum. Bir tikə un gətirmişdim. Hələ indiyə kimi də qalıb burda. Xan, başına dolanım, qoy elə indi yaxşı vaxtdı, qoy nökər gəlsin bu çuvalları götürək qoyaq evə, yağış-zad yağar, un islanar.
— Yox, Noruzəli, sənin işin yoxdu… De, de sonra necə oldu?

— Kağızı salmadım. Qutunun qapağını örtdüm, çəkildim durdum bir az kənarda. Əvvəl istədim qayıdıb gəlib səndən soruşum; sonra, doğrusu, qorxdum mənə qəzəbin tuta. Doğrusu, qorxdum öz könlündə deyəsən ki, Noruzəli çox heyvan adamdı, çox eşşək adamdı. Qərəz çömbəldim divarın dibində ki, bir az yornuğumu alım. Aha, gördüm ki, bir erməni uşağı, olardı bax bu boyda, olardı on iki-on üç yaşında, gəldi, getdi düz qutunun yanına, qapağını qalxızdı və sən mənə verdiyin kağız kimi bir kağız saldı qutuya, qapağını örtdü, düz qoydu getdi işinə. Nə qədər o nainsafı çağırdım soruşum ki, desin görək bəs kağızı qutuda qoyub hara gedir, bilmirəm dilimi anlamadı, nədi ki, heç cavab vermədi; heç zalım oğlu üzümə də baxmadı. Elə erməni uşağı uzaqlaşmışdı bir urus arvadı tez-tez gəlib qutuya yavıqlaşıb, bir kağız saldı, qoydu getdi. Ta indi mən bir az ürəkləndim, ta dedim vallah görükən budu ki, elə bu qutuya salınan kağızlar gərək qalsınlar qutunun içində. Mən o qədər ürəkləndim ki, bismillah deyib, cürətnən getdim qutunun qapağını qaldırdım, kağızı saldım qutuya, çöndüm gəldim qulluğuna. Qutudan elə buradan ora kimi uzaqlaşmışdım ki, haman urus gəldi yetişdi qutunun yanına. Mən əvvəl elə bildim ki, bu da istiyir qutuya kağız salsın. Amma gördüm xeyr, lotunun fikri özgədi, qutunun yanından sağ əlini uzadıb qutunun içinə. Mən əlüstü duydum ki, hərif istəyir kağızları oğurlasın… Xan çox baş ağrısı verirəm, məni bağışla, oğlana buyur gəlsin məni yola salsın, bivaxtdı, gedib kəndə yetişə bilmənəm.

— A kişi, hələ hara qoyuram səni gedəsən. Nağıl elə görüm sonra necə oldu?
— Bəli, başına dolanım, xan, qurban olsun sənə mənim yetim-yesirim! Sənsiz mənim bir günüm olmasın. Bəli, gördüm ki, hərif utanmaz-utanmaz kağızları qutudan ehmallıca çıxartdı, dəstələyib vurdu qoltuğuna! Qutunun qapısını örtüb, istədi düzəlsin yola. Mən tez qaçıb yapışdım urusun qolundan, qoymadım getsin. Dedim, ay aşna, hara aparırsan kağızları? Xalq səndən ötrü kağızları bura salmıyıbdı ki! Dinməz-söyləməz üzünün suyunnan xalqın kağızlarını qoy yerinə! Dedim Noruzəli hələ ölmüyübdü ki, sən onun ağasının kağızını aparasan. Belə işlər yaxşı deyil, adam özgənin malına tamah salmaz. Məgər sizin şəriətdə oğurluq günah yazılmayıbdı?

Xan, məni çövür balalarının başına, məni mürəxxəs elə, qoyun gedim: bivaxtdı, hava qaranlıqlayır.
— Hələ tələsmə, gedərsən… Sonra necə oldu?
— Qoy görüm harda qaldım… Ədə, qoyma-qoyma, ulağ tənəkləri sındıracaq.

Noruzəli istədi qaçsın ulağın yanına, xan qoymadı.
— Noruzəli, getmə, hələ getmə. De görüm sonra necə oldu?
— Ta necə olacaq? Nə qədər yalvardım, yapışdım ki, mənim xanım məni öldürər. Dedim barı mənim xanımın kağızını ver; illah dedi ki, vermənəm. Gördüm ki, hərif istəyir qoya qaça. Vallah hirs vurdu təpəmə, ikiəlli yapışdım kafirin çiynindən, bunu üzü üstə elə gətirdim yerə ki, heybətdən ağzı qanadı. Sonra nəçərnik divanxanasından saldatlar tökülüb məni döyə-döyə aparıb atdılar dama. Sənin qədəmlərinə belə mən qurban olum. Sən olmasaydın məni indi çoxdan göndərmişdilər Sibirə; çünki damda məndən savayı bir neçə dustaq vardı, mənə dedilər ki, o urus qulluq adamıdı. Ta… mən neyləyim? Xan, başına dolanım, di gör günah kimdədi?

Xan çox güldü, çox qah-qah çəkib güldü.
Hava qaranlıqlaşmışdı. Noruzəli boş un çuvallarını ac ulağın üstünə salıb, ulağı qatdı qabağına və zoğal ağacı ilə döyə-döyə getdi kəndinə.
Üç gündən sonra xana İravandan teleqraf çıxdı ki, “kağızın yetişib və otaqlar hazırdı”. Xan yığışıb getdi İravana.

Ay yarımdan sonra Noruzəlini divana gətirib “qulluqçunu bihörmət eləmək barəsində” üç ay navaxt kəsdilər; amma Noruzəli günahını boynuna almadı. Hələ üç ay da keçdi ancaq bu xəbər İravanda Vəlixana çatdı. Xan bir qədər fikir elədi.

  • Teqlər:
  • ədəbiyyat
  • , Azərbaycan ədəbiyyatı
  • , hekayə
  • , Cəlil Məmmədquluzadə
  • , Poçt qutusu

Əcnəbilər Azərbaycanda müvəqqəti qeydiyyatla neçə gün qala bilər? – VİDEO

Əcnəbilər Azərbaycanda müvəqqəti qeydiyyatla neçə gün qala bilər? – VİDEO Bakı. 5 oktyabr. REPORT.AZ/ “Əcnəbilər Azərbaycanda 15 gündən artıq qalmağı planlaşdırırlarsa, olduğu yer üzrə qeydiyyata düşməlidirlər”.

5 Oktyabr , 2018 11:32

https://static.report.az/photo/30ea635d-2095-4d98-8990-56ab777faf78.jpg

Report/Firi Salim

Bakı. 5 oktyabr. REPORT.AZ/ “Əcnəbilər Azərbaycanda 15 gündən artıq qalmağı planlaşdırırlarsa, olduğu yer üzrə qeydiyyata düşməlidirlər”. Bunu “Report”a açıqlamasında Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin baş inspektoru Emin Allahverdiyev deyib. O xatırladıb ki, 2018-ci il iyunun 29-u tarixində Azərbaycan Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qərar qəbul edilib: “Həmin qərardan irəli gələrək Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində bir sıra dəyişiklilərə əlavələr edilib. Sonrakı dövrlərdə isə həmin əlavə və dəyişiklər səbəbindən bir sıra qanunvericiliklərə uyğunlaşdırmalar aparılır”. Mütəxəssis qeyd edib ki, iyun ayının 29-dək əcnəbilərin Azərbaycanda müvəqqəti qalma müddəti 10 gün olub: “Qeyd etdiyim tarixdən etibarən isə əcnəbilərin Azərbaycanda müvəqqəti qalma müddəti 5 gün artırılaraq 15 gün olub. Əcnəbi Azərbaycanda 15-gündən artıq qalmağı planlaşdırırsa, bu müddət ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır. Qeydiyyata alınma prosesi həm yazılı, həm də elektron sürətdə aparılır”. E.Allahverdiyevin sözlərinə görə, sözügedən dəyişiklərin əsas məqsədi ölkə ərazisində vətəndaş məmnunluğunu təmin etməkdir: “Müvəqqəti qalma müddətinin artırılması əcnəbilərin ölkə ərazisində rahat yaşamasını təmin edir”.

Əlilliyə Görə əmək Pensiyası Necə Hesablanır

Video: Əlilliyə Görə əmək Pensiyası Necə Hesablanır

Video: Yaşa görə əmək pensiyası, onun təyin edilməsi və hesablanması qaydası. 2023, Bilər
2023 Müəllif: Sophia Winter | [email protected] . Son dəyişdirildi: 2023-05-22 09:41

  • sosial əlillik pensiyası;
  • dövlət pensiya təminatı;
  • və əlillik pensiya.

Yetkinlik dövründə sağlamlığını itirən insanlar üçün ən uyğun olan üçüncü seçimdir. Bununla əlaqədar olaraq, bu təqaüdün digər iki sosial təminat növündən bir neçə mühüm fərqi var.

Əlillər üçün əmək pensiyasının məqsədi, quruluşu və nüansları

Əlilliyə görə pensiya təqaüdü xəsarət və ya xəstəlik səbəbiylə öz gücünə öz qazanma fürsətini itirən insanların ən azından nisbətən layiqli bir həyat tərzi sürə bilməsi üçün tətbiq olundu. Bunun üçün dövlət onlara bir vaxtlar əmək yolu ilə qazandıqları aylıq gəliri (daha doğrusu, bir hissəsini) kompensasiya edir.

Bu ödənişlər üç komponentdən ibarətdir:

  1. İş stajından asılı olmayaraq peşə fəaliyyəti ilə məşğul ola bilməyən bir vətəndaşa ödənilməsi lazım olan minimum məbləğ kimi qiymətləndirilən əsas (məcburi) hissə; onun ölçüsü yalnız əlillik qrupundan təsirlənir.
  2. Əlilliyin başlama vaxtından və orta qazancdan birbaşa asılı olan maliyyələşdirilən hissə (bildiyiniz kimi, sığorta fonduna ödənişlər ödənilir). Çox vaxt maliyyələşdirilən hissə yüksək maaşla belə son dərəcə aşağı olur, çünki hər kəs iş kitabında bir işarə ilə işləmir.
  3. Və vətəndaşın qeydiyyatda olduğu sığorta təşkilatının fondundan təyin olunan sığorta hissəsi.

Bu quruluşa görə bu tip sosial müavinətlərə əmək, əlillik pensiyası deyil, əksər hallarda sığorta deyilir.

Rusiyada kimsənin onun üçün ən əlverişli pensiya seçimini seçməsini qadağan etmək haqqı yoxdur. Beləliklə, bəzən əmək pensiyasından imtina etmək daha faydalıdır (məsələn, qısa bir iş stajı və ya aşağı “rəsmi” maaş) və əlillərə görə sosial pensiya üçün müraciət etmək, yəni hər bir kateqoriya üçün dəqiq bir məbləğ.

Əlillər üçün pensiya qorunması: federal qanunlar

Əlillərə verilən əmək pensiyasının xüsusiyyətləri, alınması şərtləri, ödənişlərin hesablanması normaları və digər aspektlər birdən bir neçə normativ sənədlə tənzimlənir.

Əsas olan 15 dekabr 2001-ci il tarixli, 166 saylı “Rusiya Federasiyasında dövlət pensiyası təminatı haqqında” Federal Qanundur. Bütün növ pensiyaların xüsusiyyətlərini, hər birinin təyin olunması şərtlərini müəyyənləşdirir və bir çox digər məsələləri nəzərdən keçirir.

Əmək (və ya sığorta) əlilliyi pensiyası 17 dekabr 2001-ci il tarixli 173 saylı “Rusiya Federasiyasında əmək pensiyaları haqqında” Federal Qanunda daha ətraflı nəzərdən keçirilir.

Təqaüdlərin hesablanması proseduru xaricində əsas cəhətlər 28 dekabr 2013-cü il tarixli 400 saylı “Sığorta pensiyaları haqqında” Federal Qanunda müəyyən edilmişdir.

Əlbətdə ki, cari il üçün minimum ödəniş məbləğini göstərən Rusiya Federasiyası Hökumətinin qərarlarını unutmamalıyıq.

Əlillərə sığorta təqaüdünün təyin edilməsi şərtləri və xüsusiyyətləri

Qanuna görə, aşağıdakı şəxslər əmək əlilliyi pensiyası üçün müraciət edə bilərlər:

  • Rusiya vətəndaşları;
  • Rusiya Federasiyası ərazisində daimi yaşayan əcnəbilər;
  • vətəndaşlığı olmayan şəxslər – əlbəttə ki, yalnız Rusiyada daimi yaşamaq şərti ilə.

Sığortanın növü yalnız artıq əmək qabiliyyətinə çatmış şəxslərə verilir (Rusiyada bu 18 yaşa bərabərdir) və pensiya yaşının başlanğıcına qədər (kişilər və qadınlar üçün 60 və 55 yaş) ödənilir, müvafiq olaraq).

Hökümət qərarına əsasən, Rusiya Federasiyasında əlillər, tam hüquqlu bir həyat tərzi sürmələrinə imkan verməyən əlillər və ya bədən funksiyaları pozulmuş insanlar olaraq tanınır. Bu tərifdə həm eşitmə, görmə, danışma, əzələ-hərəkət sistemi zəifliyi olan insanlar və həm də sağalmaz xəstəliklərdən əziyyət çəkən və ya aktiv həyat tərzinə müdaxilə edən insanlar daxildir.

Belə bir təqaüdün ölçüsü (həmçinin ona hüququ) əlilliyin səbəbindən asılı deyil: məsələn, əmək kitabçasına əsasən işləyən əlil uşağın əlillik pensiyası almaq şansı eyni avtomobil qəzası nəticəsində gözünü itirən bir vətəndaş. Əlilliyin baş verdiyi an da rol oynamır: rəsmi vəzifələrin icrası zamanı, yeni bir vəzifəyə gəlməzdən əvvəl və ya iş yerindən qovulduqdan sonra.

Düzdür, qanunda hələ də komissiyanın bir vətəndaşın əlilliyi səbəbindən bir pensiya almaqdan imtina etmək hüququ olduğu əsasları təmin edir. Bunlardan yalnız üçü var:

  1. Bir cinayət əməli törədildikdə iş qabiliyyətinin olmaması;
  2. Əlavə peşə fəaliyyəti ilə uyğun olmayan qəsdən özünə xəsarət yetirmə;
  3. Vətəndaşın rəsmi iş təcrübəsi yoxdur.

Bu hallarda bir insan yalnız sosial təqaüdə güvənə biləcəkdir (əlil uşaqlarla əlaqəli olan adi “sosial sistem” dən fərqli olaraq, yalnız standart pensiya yaşına çatdıqdan sonra təyin ediləcəkdir).

Əlillərə əmək pensiyasının verilmə müddəti

Əlilliyə görə pensiya hesablanacağı müddət iki şəkildə hesablanır:

  1. Əlilliyin başlanğıcından bəri. Bu metod, sığortalı tərəfindən əmək qabiliyyətinin itirildiyi gündən 1 gündən 12 aya qədər olan hər hansı bir müddətdə pensiya təyin edilməsi üçün vəsatət verdikdə istifadə olunur. Məsələn, qrup 1 Fevral 2017-ci ildə təyin edilmişsə və təqaüd təyin edilməsi üçün müraciət eyni ilin oktyabr ayında göndərilmişsə, vətəndaş fevral ayından başlayaraq 8 ay müddətinə pensiya müavinətlərini ödəmək hüququna malik olacaqdır. Sentyabr daxil.
  2. Sənədlər təqdim olunduğu gündən. Bu metod əlillik verildikdən bir ildən çox müddətdə pensiya almaq üçün müraciət edənlər üçün pensiyanın hesablanması üçün istifadə olunur.

Bu cür tələblər əlil insanları qorumaq üçün qəbul edildi: axı tez-tez belə olur ki, bir nəfər əlillik aldıqdan sonra xəstəxanada yatır və ya reabilitasiya keçir və dərhal aidiyyəti qurumlarla əlaqə qura bilmir. Eyni zamanda, digər insanlar kimi həyat üçün də maddi vasitələrə ehtiyac duyur, çünki bir çoxları müalicə üçün təsirli hesablar ödəməlidirlər.

Təqaüdün fasiləsiz verilməsi üçün vaxtında tibbi müayinədən keçmək lazımdır (əlilliyin müddətsiz verildiyi hallar, bərpa edilə bilməyən xəsarətlərlə baş verən hallar istisna olmaqla – məsələn, əzanın kəsilməsi). II və III əlillik kateqoriyalı vətəndaşlar hər il tibbi müayinədən keçməli olacaqlar. I qrupu olan insanlar üçün hər 2 ildə bir dəfə BTİ-yə ziyarət etmək kifayətdir.

Əmək pensiyası əlillərə yaşa görə sığorta pensiyası hesablanana qədər ödənilir. Və ya, bütün rəsmi iş yerlərində iş təcrübəsi 5 yaşdan az olduqda, sosial yaşa görə təqaüdün təyin edildiyi ana qədər (yəni qadınlar üçün 60 yaşa qədər, kişilər üçün 65 yaş).

Fərqli əlillər kateqoriyasına görə pul müavinətlərinin miqdarı

Əmək qabiliyyətini itirmiş şəxslər üçün pensiya təqaüdü sabit deyil, hər müraciət edən üçün ayrı-ayrılıqda hesablanır.

Onun ölçüsünə bir neçə amil təsir göstərir:

  • tibbi müayinənin nəticələrinə əsasən təyin olunan əlillik kateqoriyası;
  • əmək pensiyası üçün müraciət edən bir vətəndaşın əmək (sənədlərdə göstərilən məcburi məmur) iş stajı;
  • əlilliyin başlanğıc tarixi;
  • və iş qabiliyyətinin olmadığı barədə rəsmi etirafı olan əlilin peşə fəaliyyətinə davam etdiyi dövr. Məsələn, ölkəmizdə III, II və hətta I qrup əlillərə iş verən təşkilatlar var.

Bundan əlavə, təqaüd üçün müraciət edən şəxs Uzaq Şimalda uzun müddət yaşayırsa və ya özlərini təmin edə bilməyən əlil ailə üzvlərinin himayəsindədirsə, aylıq ödənişlərin həcmi yenidən hesablanacaqdır. Bu şərtlər əsas məbləğə sabit bir aylıq mükafat verir.

Sadə bir düsturdan istifadə edərək əlillik əmək pensiyasının ölçüsünü (müavinətlər istisna olmaqla) hesablaya bilərsiniz:

TPPI (Əmək Əlilliyi Pensiyası) = PC / (T * K) + B, burada:

  • “PC” – bir əlilin təqaüd kapitalı, daha dəqiq desək, müraciət günü onun miqdarı.
  • “T” şəxsin müavinət alacağı “sağ qalma dövrüdür” (bu müddət əlillik pensiyası təyin olunduğu andan, yaşa görə əmək pensiyası ödənişlərinin başlanmasına qədər hesablanır). 2013-cü ildən bu günə qədər müəyyən edilmiş maksimum müddət 228 aydır və ya 19 ildir.
  • “K” – sığorta əmsalı (qeyd, əmək deyil!) Təcrübə. Əlilliyin qanuni tanınması zamanı 180-ə bölünən sığorta müddəti kimi müəyyən edilir. Əmək yaşına çatdıqdan sonra sağlamlığını itirən, lakin 19 yaşa qədər olan insanlar üçün avtomatik olaraq 12 ay olaraq təyin edilir. Əlillik sonrakı yaşda baş verərsə, hər sonrakı il üçün 4 aylıq sığorta təcrübəsi əlavə olunur. Ölkəmizdə kişilər üçün tam işləmə müddəti 42 ildir (18 ilə 60 yaş arası), bu 180 aylıq sığorta təcrübəsinə tam uyğundur. Təqaüd yaşı 5 il əvvəl olan qadınlar üçün maksimum xidmət müddəti 160 ay olacaq. Buradan belə çıxır ki, şikəstlik nə qədər gec baş verərsə, “K” əmsalı dəyəri o qədər aşağı olacaqdır, bu da aylıq ödənişlərin səviyyəsinin yüksəlməsi deməkdir.
  • “B” hər bir əlillik kateqoriyası üçün dövlət tərəfindən ayrı-ayrılıqda təyin olunan pensiyanın əsas məbləğidir. Bu, bir vətəndaşa ödəniləcək minimum pensiya məbləğidir.

2017-ci ildə, 1 fevral tarixindən indeksləşdirməyə görə, sığorta pensiyasının əsas məbləği 4.805 rubl 11 qəpik olaraq təyin edildi. Buna görə minimum sabit ödəniş aşağıdakılardır:

  • I qrup əlillər üçün – 9 610, 22 rubl
  • II qrup əlillər üçün – 4,805.11 rubl.
  • III qrup əlillər üçün – 2.402.56 rubl.

Sığorta pensiyasının ümumi məbləğinə əlilin himayəsində olanların (yəni yetkinlik yaşına çatmayanların və ya əlil uşaqların və ya əlil tərəfindən dəstəklənən digər qohumların) olması və ya olmaması da təsir göstərir.

Məbləği təqaüdün əsas hissəsinin 1/3 hissəsi olan hər bir asılı şəxsə (lakin üçdən çox olmayan) əlavə ödənilir. 4, 5 və ya daha çox övladının əlilin himayəsində olması halında, ödənişin artımı bu qrup üçün müəyyən edilmiş bir əsas məbləğə bərabər olacaqdır.

Beləliklə, 2017-ci il üçün minimum pensiya müavinəti I qrup üçün olacaqdır:

  • Bir asılı varsa, 11211, 93 rubl;
  • İki himayəsində olan əlillər üçün 12813, 63 rubl.
  • üç və ya daha çox himayədarı olan bir əlil üçün minimum məbləğ 14.415.33 rubl təşkil edir.

II qrup əlillər üçün minimum ödəniş məbləği aşağıdakılara bərabər olacaqdır:

  • 1 asılı ilə 6406, 81 rubl;
  • 8008, 51 rubl – ikisi ilə;
  • Üç və ya daha çox əlil qohum ilə birlikdə 9610, 21 rubl.

III qrup əlilliyi olan vətəndaşlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müavinətlər nəzərə alınmaqla əsas pensiya 4004, 26 rubl, 2443, 96 rubl və 7207, 66 rubl olacaqdır.

Rusiyada Uzaq Şimalda (və müvafiq olaraq, iqlim şərtlərinə görə onlara yaxın bölgələrdə) uzun müddət yaşayan və işləyən insanlar üçün pensiya üçün xüsusi müavinətlər mövcuddur. İki növ ittiham var:

  1. Uzaq Şimal bölgələrində 15 il və ya daha çox işləyən insanlar üçün əsas pensiyanın 50% -i (əlilliyin şiddətindən asılı olduğunu xatırlayın) (belə bir üstünlükdən Arxangelsk, Murmansk, Magadan və əksəriyyəti istifadə edir) Irkutsk bölgələri, Nenets Muxtar Dairəsi, Kamçatka Bölgəsi, Çukotka Yarımadası, Yakutiya və bəzi digər bölgələr).
  2. 30% – Uzaq Şimala bərabərləşdirilən bölgələrdə əmək fəaliyyəti ilə məşğul olan insanlar üçün (bunlar arasında Altay, Buryatiya, Transbaikaliya, Primorsky Bölgəsinin bəzi şəhərləri və s.). Təqaüd almaq üçün bu şərtlər altında işləmə müddəti ən azı 20 il olmalıdır.

Sirr deyil ki, inflyasiya səbəbindən pulun alıcılıq qabiliyyəti aşağı düşə bilər. Təqaüd ödənişlərinin real dəyərindəki azalmanı kompensasiya etmək üçün indeksləşdirmə aparılır. Sosial təqaüddən fərqli olaraq, əlillik əmək müavinəti ildə iki dəfə – 1 fevral və 1 aprel tarixlərində indeksləşdirilir və bu da daimi qiymət artımları şəraitində onu daha sərfəli edir.

Əlilliyə görə əmək pensiyasının hesablanmasına bir nümunə

İqtisadiyyatdan kənar bir çox insan, əlilliyə görə ala biləcəyi təqaüdün miqdarını hesablamaqda çətinlik çəkir. Eyni zamanda, bəzən bunu etmək lazımdır (məsələn, sosial müavinət növünün seçilməsi ilə bağlı sual yarananda). Konkret bir nümunədən istifadə edərək iş qabiliyyətini itirmiş şəxs üçün pensiya təqaüdünün hesablanması prosesini nəzərdən keçirək.

Vətəndaş N, 28 yaşında, II qrup əlillik təyin edildi. İş qabiliyyətini itirdiyi zaman təqaüd kapitalının miqdarı 160.000 rubl, iş kitabındakı ilk girişin 18 yaşa aid olduğunu nəzərə alaraq ümumi iş təcrübəsi 10 ildir. Vətəndaş 1 asılı şəxsdən məsuldur.

Başlamaq üçün vətəndaş N.-nin sığorta təcrübəsini hesablayaq. İşin ilk ili üçün 12 aya, hər sonrakı il üçün 4 aya bərabər olacaq. Düsturu alırıq: 12 + (9 * 4). Cəmi – 48 ay sığorta təcrübəsi.

Bu vəziyyətdə sağ qalma müddəti (T) maksimuma (228 ay) qoyulacaqdır.

“K” – sığorta təcrübəsi əmsalı – 48/180, yəni 0, 26-ya bərabər olacaqdır.

II qrup üçün əsas pensiya 4.805.11 rubldur.

Məlum məlumatları “TPPI = PC / (T * K) + B” düsturuna qoyaraq aşağıdakı rəqəmləri görürük:

TPPI = 160,000 / (228 * 0,26) + 4805.11 = 7,504.16 rubl.

Bu məbləğə bir asılı şəxs üçün əlavə edirik (II qrup üçün baza ölçüsünün 1/3 hissəsi, yəni 1 601,7 rubl).

Beləliklə, vətəndaş N üçün aylıq əmək əlilliyi təqaüdünün ümumi ölçüsü 9105 rubl 86 qəpik olacaqdır.

Əmək əlilliyi pensiyası üçün necə müraciət etmək olar

Əmək əlilliyi pensiyası təyin etmək üçün məcburi sənədlər paketi təqdim etməlisiniz:

  • şəxsiyyət sənədi;
  • təyin olunmuş əlillik qrupunu göstərəcək tibbi müayinədən keçmək barədə arayış;
  • SNILS;
  • IPR (Fərdi Reabilitasiya Planı)

Əmək əlilliyi təqaüdünün təyin edilməsi üçün müraciətlərə sənədlər təqdim olunduğu gündən 10 gün ərzində baxılır.

Əmək əlilliyi pensiyası, elastikliyinə görə digər sosial müavinətlərlə müqayisə edilir. Eyni zamanda, bu cür kompensasiya hər kəs üçün uyğun deyil. Sənədləri təqdim etməzdən əvvəl əlillər üçün bir sığorta pensiyasının bütün müsbət və mənfi cəhətlərini diqqətlə nəzərdən keçirməlisiniz və yalnız bundan sonra Pensiya Fonduna getməlisiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.