Press "Enter" to skip to content

E-szja 2017 müştəri portalı vergini necə ödəyə bilərəm_

ƏDV-nin və sadələşdirilmiş verginin ödəyicisi olmayan vergi ödəyiciləri tərəfindən bəyannamə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir. Bəyannamə ƏDV-nin və ya sadələşdirilmiş verginin ödəyicisi olan şəxslər tərəfindən illik məlumatlar əks etdirilməklə hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq təqdim edilməlidir və bu bəyannamə məlumat xarakteri daşıyır.

Vergilərin mahiyyəti, vəzifələri və növləri

Yalnız qeydiyyatdan keçmiş və avtorizasiya olunmuşlar şərh əlavə edə bilər.

İş elanları

  • Bank işi vakansiyaları
  • part time iş elanları
  • xanımlar üçün iş elanları/a>
  • Sumqayıt iş elanları
  • Marketing vakansiya
  • iş elanları
  • Jobsearch az internship
  • Qadınlar üçün iş elanları
  • Evdən iş

Vergi

14 üzv · 6 topik · RSS

Canlı efir

Sənə qurban | Mikayıl Müşfiq 1 Sabuhi_G · 27 fevral 2023, 21:11

Azərbaycan qız adları 1 kayzen · 11 sentyabr 2022, 12:08

Rəssam 2 CavidanNIK · 17 sentyabr 2021, 16:27

Molla Nəsrəddin lətifələri 3 KTo_eCT_KTo · 5 iyun 2021, 01:54

Azərbaycanlı oxucunun şüur defisiti 1 JAVIER_ZANETTI · 31 mart 2021, 17:39

Evdəki allah 2 Optimus11 · 20 yanvar 2021, 18:56

Motosikletli eşşək 2 veyselli · 30 dekabr 2020, 13:40

Arzusuz yaşamaq mümkündürmü? 1 Ayazdizayner · 15 dekabr 2020, 22:41

Nifrət 2 pascal · 24 okyabr 2020, 10:41

Əzim Əzimzadə | Rəssamlığın Sabiri 1 Ayazdizayner · 26 iyun 2020, 08:43

Bloqlar

Düşündürücü hekayələr Reytinq: 262.52

346 saylı marşrut Reytinq: 213.09

Maraqlı faktlar Reytinq: 196.92

Xoşbəxt ailə Reytinq: 179.50

uğur psixologiyası Reytinq: 144.88

Böyük insanlar,şəxsiyyətlər Reytinq: 143.37

Sevgi Reytinq: 138.94

Fotosessiya Reytinq: 136.60

İş elanları

  • interyer dizayner vakansiyası
  • aqronom vakansiya
  • fəhlə vakansiyaları
  • hüquqşünas vakansiyası
  • HR mütəxəssis
  • kassir vakansiya
  • katibə vakansiya
  • kredit məsləhətçisi
  • maliyyəçi iş elanı
  • ofis meneceri
  • satış meneceri iş elanı
  • sosial media mütəxəssisi
Kayzen

Azərbaycanın ən böyük maarifləndirici saytı İnkişaf etmək, maraqlı məlumatlar oxumaq, intellektual azərbaycanlılar üçün kollektiv bloq servisi.

  • Hərəkətə keç
  • Registrasiya
  • Daxil ol
  • İnformasiya
  • Müəllif hüquqları
  • İstifadəçi razılaşması
  • Layihə haqqında
  • Saytda davranma
  • Yardım
  • Qaydalar
  • Reklam

VERGİLƏR

Vergilər nazirinin əmri ilə muzdlu işlə əlаqədаr ödəmə mənbəyində tutulаn verginin bəyаnnаməsinin və əlavələrin tərtib еdilməsi qaydaları təsdiqlənib. Qaydalara əsasən, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin bəyannaməsi Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən tərtib edilməlidir . Bəyannamə Azərbaycan ərazisində muzdlu işlə əlaqədar ödənilən gəlirdən ödəmə mənbəyində gəlir vergisini tutan şəxslər tərəfindən tərtib olunmalıdır. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər istisna olmaqla, digər sektora aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulur. Vergi tutulan aylıq gəlirin məbləği verginin dərəcəsi 2.500 manatadək olduqda 14 faiz, 2.500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən isə vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı qaydaya uyğun tutulur:

– vergi tutulan aylıq gəlirin məbləği 8.000 manatadək olduqda 0 faiz;
– 8000 manatdan çox olduqda 8.000 manatdan çox olan məbləğin 14 faiz hesablanır.

ƏDV-nin və sadələşdirilmiş verginin ödəyicisi olmayan vergi ödəyiciləri tərəfindən bəyannamə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir. Bəyannamə ƏDV-nin və ya sadələşdirilmiş verginin ödəyicisi olan şəxslər tərəfindən illik məlumatlar əks etdirilməklə hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq təqdim edilməlidir və bu bəyannamə məlumat xarakteri daşıyır.

Muzdlu işlə əlаqədаr ödəmə mənbəyində tutulаn vergi bəyаnnаməsinə əlаvələrin tərtibi

Bəyаnnаmənin 1 №-li əlаvəsi Vеrgi Məcəlləsinin 98-ci mаddəsinə əsаsən Аzərbаycаn ərаzisində muzdlu işlə əlаqədаr ödəmə mənbəyində tutulаn vеrginin ödəyicisi sаyılаn vergi ödəyiciləri tərəfindən tərtib olunmalıdır . Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə 2 №-li əlavə isə Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən ölkə ərazisində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödəyicisi sayılan əlavə dəyər vergisinin və sadələşdirilmiş verginin ödəyiciləri tərəfindən tərtib edilir və illik muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi ilə birlikdə təqdim edilir.

Əlаvənin “Ödənişi аpаrаn şəхs hаqqındа məlumаt” аdlаnаn bölməsində bu əlаvənin аid оlduğu hеsаbаt dövründə muzdlu işlə əlаqədаr işəgötürən vergi ödənişi аpаrаn şəхslər bаrədə ümumi məlumаtlаr qеyd оlunur. Bölmənin “İşəgötürən və yа аgеntin аdı” аdlı sətri üzrə xanalarında muzdlu işlə əlаqədаr işəgötürən vergi ödəyicisinin аdı qеyd оlunur. Bu, fiziki şəхs оlduqdа аdı, sоyаdı və аtаsının аdı, hüquqi şəхs оlduqdа isə tаm аdı qеyd edilir.

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə 3 №-li əlavə, Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində muzdlu işlə əlaqədar ödənilən gəlirdən ödəmə mənbəyində gəlir vergisini tutan şəxslər tərəfindən tərtib olunur və bəyannamə ilə birlikdə vergi orqanına təqdim edilir.

Azer isiq borç sorgulama

Azer ishiq borç sorgulama
“Azərenerji” ASC-nin xidmət sahəsinə aid olan ərazilərdə (Bakı şəhəri və Naxçıvan MR istisna olmaqla) istehlak olunmuş elektrik enerjisinə görə borcları öyrənmək və real vaxt rejimində ödəniş kartları vasitəsilə internet üzərindən elektrik enerjisi haqlarını ödəmək mümkündür.

Belə ki, “Enerji haqlarının internet vasitəsi ilə ödənilməsi” xidməti tam avtomatlaşdırılıb.
“ICTnews” elektron xəbər xidmətinin Səhmdar Cəmiyyətin rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq abonentlər onlara məxsus elektron imzadan istifadə edərək “e-gov.az” “Elektron Hökumət” Dövlət İnformasiya Sistemi Elektron Xidmətlər Portalı vasitəsi ilə “apus.az” saytında “Azərenerji” ASC-nin xidmət sahəsinə daxil olmaqla və ya elektron imzadan istifadə etmədən “http://azerenerji.gov.az/” və ya “http://info.apus.az/” internet səhifələrinə daxil olaraq bu elektron xidmətdən istifadə edə bilər.

Azərbaycan
Azərbaycan Respublikası Cənubi Qafqazın şərqində, Xəzər dənizinin qərb sahilində yerləşir. Paytaxtı Bakı şəhəridir. Ölkə gözəl və zəngin təbiəti ilə seçilir. Naxçıvan, Şəki, Zaqatala, Qusar, Lerik, Şamaxı, Şuşa, Ağdam kimi bölgələrin bir-birindən fərqli əsrarəngiz flora və faunası var.

Bu gün Azərbaycanda nəhəng enerji layihələri həyata keçirilir. Xəzər dənizinin Azərbaycana aid olan hissəsində neft və qaz layihələri uğurla həyata keçirilir. Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialından faydalı istifadə edərək regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə çevrilib.

Elektrik
Elektrik, fiziki əsasında yüklənmiş mikriskopik hissəciklərin (elektron, ion, molekula və onların kompleksi ) olduğu cismin və prosesin xassələri və dəyişilməsini izah edən anlayışdır. O sakit və hərkətdə olan elektrik yükünü, həmçinin elektrik və maqnit sahəsi ilə əlaqədar fenomenləri əhatə edir. Elektrik ilə elektrik enerjisi əldə edilir. Elektrik yükünün daşıyıcısı mənfi yüklənmiş elektronlar, ionlar və müsbət yüklənmiş proton və kationlardır. Eyni qütblü yüklər bir-birini itələyir, müxtəlif yüklülər isə cəlb edir. Elekltrik yükləri elektrik sahəsinin, hərəkətli yüklər isə maqnit sahəsinin əsaını təşkil edir.

İstifadə olunan elektrik enerjisi kilovat-saat (Kvts) ilə ölçülür. 1 kvts 1 saatda istifadə edilən 1000 vatt-dır. 1 ədəd 100 vatt-lıq lampa 10 saat yanarsa, bu 1 kvts olaraq hesablanır. Sizin sayğaçınız hər ay “Azərişıq” ASC əməkdaşları tərəfindən oxunmaqdadır. Sizin ən son götürülən göstərici ilə, bir ay öncəki göstərici arasındakı fərq sizin ay üzrə istifadə etdiyiniz elektrik enerjisinə bərabərdir.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarının, yarımstansiyaların, sistemtəşkiledici yüksək gərginlikli – 110, 220, 330, 500 kilovoltuq elektrik verilişi xətlərinin və onların dispetçer idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirir. Yeni texnologiyalar tətbiq edərək, respublikamızda generasiya güclərinin artırılması və yüksək gərginlikli elektrik verilişi xətlərinin yenidən qurulmasını təşkil edir. Eyni zamanda, xarici ölkələrlə enerji mübadiləsi əməliyyatlarını aparır.

Azərbaycan Elektrik Şəbəkəsi haqqında ümumi məlumat
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 10.02.2015-ci il tarixli Sərəncamına əsasən “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və Rzayev Baba Hüseynağa oğlu “Azərişıq” ASC-nin Sədri təyin olunmuşdur.

Elektrik şəbəkəsinin tarixi
Bakının işıqları, Bakının gecələri, Bakının sayrışan ulduzları, ifadəsi ötən əsrin 60-cı, 80-ci illərində şerdə, sənətdə, mahnılarda vəsf olunan mövzulardan olub. O illərin Bakısını görənlər nostalji duyğularla Bakının özünəməxsus gecələrini xatirlayırlar. Bulvar boyu sayrışan gecə lampaları, üzü Dağüstü parka qalxan funikulyorun rəngarəng işıqları yaşlı və orta nəslin yaddaşında ilginc duyğulu hisslərlə yaşamaqdadır. Elektrik enerjisinin müvafiq qaydada istehsalı, ötürülməsi, paylanması nə qədər texniki bir məsələdirsə, onun nəticəsi – Qədim Bakının küçə və meydanlarını, tarixi memarlıq abidələrini – “Qız qalası”nı, “Şirvanşahlar sarayı”nı, “İsmailiyyə” binasını, eləcə də son illər tikilən milli ornamentli, şərq üslüblü binaları işıqlandırması estetik bir nəticədir. Sırf mühəndis-texniki bir vasitə ilə istehsal olunan elektrik enerjisi istehlak məqamında estetik bir gözəllik mənbəyinə, bədii bir obraza çevrilib insanların zövqünü oxşayır, şerə, nəğməyə dönür.

“Bakının işıqları” təsədüfən və ya keçmiş SSRİ məkanında deyildiyi kimi “İliç lampası” ilə yaranmayıb. Bunun daha qədim tarixi var. Hətta Avropanın bugünkü, ən inkişaf etmiş şəhərlərindən daha öncə Bakıda elektrik enerjisi istehsal və istehlak olunub.

Belə hallara yol vermiş şəxslərə qarşı ciddi tədbir görüləcək
Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur. Yaranmış borc ödənildikdən sonra istehlakçının elektrik enerjisi təchizatı yalnız “Azərişıq” ASC-nin əməkdaşı tərəfindən şəbəkəyə qoşula bilər.

Not : Artıq evə və ya bağa elektrik enerjisi çəkdirmək vahid tariflə hesablanacaq, bir fazlı xətti üç fazlıya çevirmək yalnız ASAN xidmət vasitəsi ilə gerçəkləşəcək
“Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlərdə yeniliklər edilib. Bunu bu gün keçirilən mətbuat konfransında “Azərişıq” ASC-nin Perspöektiv İnkişaf və “ASAN xidmət”lə İş İdarəsinin rəisi Elsevər Rüstəmli bildirib. Onun sözlərinə görə bir neçə gün əvvəl Nazirlər Kabineti əhali abonentlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 327 nömrəli qərar verib və həmin qərara əsasən evinə, bağına və ya həyətinə 20 kVt-a qədər mövcud 0,4 kV-luq şəbəkədən, 1 fazlı xətlə elektrik enerjisi çəkdirmək istəyən abonentlər üçün qoşulma haqqının vahid məbləği müəyyən edilib. “Əvvəlki qayda ilə müqayisə etdikdə birmənalı şəkildə demək olar ki, məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması üçün tariflər ucuzlaşdırılıb. Paralel olaraq Azərişıq ASC-nin ötən ayın sonunda tətbiq etdiyi başqa bir yeniliyə görə artıq istehlakçıların enerji təchizatı sxemi
dəyişdirilməsi – bir fazalıdan üç fazlıya və ya əksinə, abonentlərə yeni kodların verilməsi, sahibkarlıq obyektlərində istənilən səbəbdən sayğac əvəzlənməsi yalnız və yalnız “ASAN Xidmət” və ya “ASAN Kommunal” mərkəzləri vasitəsi ilə həyata keçirilir”.

Sayğac nədir?
İstehsal olunmuş elektrik enerjisi texniki uçotunu eləcədə elektrik enerjisinin müəyyən olunmuş normativlər daxilində səmərəli sərf edilməsinə nəzarəti və enerji haqq hesabını aparan cihaza ( hesablaşma uçot cihazı ) elektrik sayğacı deyilir. Texnoloji proseslərin xarakterlərindən asılı olaraq enerji sərfiyyatının hesablaşmasını aparan elektrik sayğacları elektrik qurğularının tərtibatı qaydalarına (PUQU) uyğun quraşdırılmalı və DÜIST (QOST) tələblərinə müvafiq olmalıdır. Hesablaşma-uçot cihazları (aktiv enerji və reaktiv güc) elektrik sayğacları, elektrik enerjisinin topdan alıb satan istehlakçı və abonentlər lazımı hesablaşma uçot komplektləri ilə təmin olunmalıdır (cəryan və qərqinlik transformatorları). Elektrik təchizatını bir mənbəyindən müxtəlif tarif qruplarına mənsub olan bir neçə istehlakçı qidalandırıla bilər. Bu halda hər tarif qrupu üçün ayrıca uçot cihazları sayğac quraşdırılmalıdır.

Sayğac necə oxunur?
İstifadə etdiyiniz elektrik enerjisi kilovat-saat (kVts) ilə ölçülür. 1 kVts 1 saatda istifadə edilən 1000 vatt-dır. 1 ədəd 100 vatt-lıq lampa 10 saat yanarsa, bu 1 kVts olaraq hesablanır. Sizin sayğacınız hər ay “Azərişıq” ASC əməkdaşları tərəfindən oxunmaqdadır. Sizin ən son götürülən göstərici ilə, bir ay öncəki göstərici arasındakı fərq sizin ay üzrə istifadə etdiyiniz elektrik enerjisinə bərabərdir.

199 Çağrı Mərkəzi
“199” Çağrı Mərkəzi şikayətlərin araşdırılması, proqram təminatı, sosial şəbəkələr, davamiyyət, keyfiyyətə nəzarət və strukturun formalaşması istiqamətində aylıq planlar tərtib edərək çalışır.

Kommunal xidmətlərdə şəffaflığın, hesabatlılığın və müştəri məmnunluğunun artırılması məqsədilə “Azərişıq” ASC tərəfindən qabaqcıl texnologiyaların tətbiqi ilə müasir sistem qurulmuşdur.

Azer ishiq Azərişıq Borcumu necə öyrənə və ödəyə bilərəm bilərəm?
Arxiv materiallarından və şəbəkədə uzun müddət işləyən şəxslərdən əldə edilən məlumatlara əsasən, 1944-cü ildən indiyədək Bakı Paylayıcı Elektrik Şəbəkəyə rəhbərlik etmiş şəxslər haqqında məlumatları diqqətinizə çatdırırıq.

Azərişıq Borcumu necə öyrənə və ödəyə bilərəm?
İlk öncə abonentə borcu barəsində məlumat verilir. İstehlakçı elektrik enerjisinə görə yaranmış borcunu aşağıdakı üsullardan hər hansı biri ilə öyrənə və ödəyə bilər.
• “Azərişıq” ASC-nin rəsmi veb səhifəsindən abonent kodunu və ya ev telefon nömrəsini daxil etməklə ( https://www.azerishiq.az/ );
• Mobil telefon vasitəsi ilə “Play Market” və “App Store” dan “Azərişıq” ASC-nin mobil aplikasiyasını yükləyərək abonent kodunu və ya ev telefon nömrəsini daxil etməklə;
• “199” Çağrı Mərkəzinə zəng etməklə;
• digər internet portallardan (www.gpp.az , www.e-gov.az , www.hesab.az ,www.ode.az , www.azericard.com və s. kimi internet portallardan ).

Sayğac normadan artıq çox sərfiyyat yazır. Bu halda nə etməli?
Abonent qeydiyyatda olduğu ünvan üzrə RETSİ-yə yaxınlaşmalı və yazılı ərizə formasında müraciətini ( şikayətini ) bildirməlidir.

Mənə akt yazıblar, araşdırmaq üçün kimə müraciət etməliyəm?
Tərtib olunmuş aktın sizə təqdim olunmuş nüsxəsini, yaşadığınız ərazinin RETSİ-də yerləşən Komissiyasına təqdim edib, araşdırılmasını xahiş edə bilərsiniz. Əgər araşdırmanın nəticəsi sizi qane etməzsə, Enerji Satış Departamentinin Müştəri Xidmətləri İdarəsinin Komissiyasına müraciət edə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.