Xəbərlər və yeniliklər
Qeyd: Şəkildə “Huseyn Suleymanov” adı şərtidir. Sizə təqdim etdiyimiz ünvanda sizin adınız əks olunacaqdır.
Ebay.com saytından Azərbaycana sifariş və çatdırılma xidməti
Ebay . com saytından Azərbaycana sürətli çatdırılma xidməti, Ebay-dən Bakıya sərfəli sifariş şərtləri.
Ebay.comdan Bakıya necə sifariş verilir?
Ebay.com saytı dünyanın ən böyük onlayn alış-veriş platformalarından biridir.
Bu onlayn platformada insanın ağlına gələ biləcək hər adda məhsul tapmaq mümkündür. Dünyanın bir çox ölkəsinə çatdırılma da həyata keçirən Ebay.com -un bu qədər populyarlaşmasının bir səbəbi də heç şübhəsiz burada satılan məhsulların keyfiyyəti və sərfəli qiymətidir.
Azərbaycanın e-ticarət istifadəçiləri Ebay.com dan əsasən elektron əşyalar, planşetlər, notbuklar, televizorlar, müxtəlif mətbəx cihazları, müxtəlif kompüter ləvazimatları və s. sifariş edirlər. Lakin Amerikadan geyim sifariş edənlərin də ən çox müraciət etdiyi alış-veriş platforması məhz Ebay-dir . Çünki müştərilər burada bütün məşhur brendlərin məhsullarını rahatlıqla tapa bilir və hər brend üçün fərqli saytda qeydiyyatdan keçmək ehtiyacı yaranmır.
Ebay.com-dan Azerbaycana onlayn sifariş qaydası
Ebay.com saytından Azərbaycana birbaşa çatdırılma həyata keçirilmir. Lakin azərbaycanlı elektron ticarət istifadəçiləri də Ebay-dən rahatlıqla alış-veriş edə bilir.
Bunun üçün Mover.az şirkəti sizə kömək edəcək. Siz sadəcə Mover.az saytında qeydiyyatdan keçməklə Ebay.com dan istədiyiniz məhsulu sifariş etmək imkanı qazanırsınız.
Ebay.com saytından Azərbaycana məhsul sifariş etməyin qaydası aşağıdakı kimidir.
1. Mover.az saytında QEYDİYYATDAN KEÇ irsiniz.
2. Mover.az-da qeydiyyatdan keçdikdən sonra Xaricdəki Ünvanlarım bölməsində sizə Mover`in Amerikadakı anbarının ünvanı verilir.
3. Daha sonra Ebay.com saytında özünüzə şəxsi profil yaradırsınız.
4. Almaq istədiyiniz məhsulu Ebay.com saytında yaratdığınız profillə sifariş edirsiniz.
5. Sifariş zamanı Ebay.com saytı sizdən məhsulun çatdırılması üçün müvafiq ünvan tələb edəcək.
6. Siz həmin bölməyə Mover`in AMERİKA ÜNVANINI TAM ŞƏKİLDƏ QEYD EDİRSİNİZ.
7. Məhsulun sifarişi tamamlandıqdan sonra Ebay sizin e-mail ünvanınıza məhsulla bağlı faktura – bəyannamə göndərəcək.
8. Mover.az profilinizə daxil olub, BƏYAN ET düyməsini sıxaraq, həmin fakturanı bəyan edirsiniz. Tələb olunan digər məlumatları da doldurduqdan sonra bəyannaməni əlavə edirsiniz.
9. Ebay sizin məhsulunuzu 3-5 gün ərzində Mover.az-ın Amerikadakı anbarına təhvil verir.
10. Biz isə sizin sifarişinizi 3 gün ərzində Bakıya çatdırırıq.
Ətraflı tanış ol:
Bəyannamə nədir, necə olunur?
Qeyd edək ki, sifariş edilən məhsulla bağlı bəyannamə doldurulması mütləqdir. Bəyannaməsi tamamlanmamış məhsullar bəyan edilməmiş sayılır və həmin sifarişlər Bakı Karqo Terminalında saxlanılır.
Bəli, dünyada hər gün milyonlarla insanın istifadə etdiyi Ebay.com platformasından alış-veriş etmək bu qədər sadədir.
Bəs Ebay.com-dan sifariş edilən məhsulların daşınma haqqı necə hesablanır?
Ebay.com-dan sifariş edilən bağlamalar iki qaydada hesablanır.
1. Fiziki çəki ilə
2. Həcmi çəki ilə
Fiziki çəki ilə: Ölçüsü 1 (bir) metrə qədər olan bütün məhsullar fiziki çəki ilə hesablanır.
Həcmi çəki ilə: Ölçüsü 1 (bir) metrdən artıq olan bütün bağlamalar həcmi çəki ilə hesablanır. Həcmi çəki bağlamanın eni, uzunu, hündürlüyünün hesablanması ilə müəyyənləşdirilir.
Mover`in Amerikadan çatdırılma tarifləri ilə ətraflı şəkildə QİYMƏT CƏDVƏLİ bölməsində tanış ola bilərsiniz.
Ebay.com -dan Azərbaycanın rayonlarına pulsuz çatdırılma
Mover.az çatdırılma xidmətinin başqa bir üstünlüyü isə ondan ibarətdir ki, şirkətin Azərbaycanın 50-dən çox yaşayış bölgəsində məntəqələri mövcuddur. Müştərilər ölkənin bir çox rayonlarına bağlamalarının çatdırılmasını sifariş edə bilərlər. Üstəlik, Mover.az`da rayonlara çatdırılma tamamilə pulsuzdur və bunun üçün heç bir əlavə ödəniş tələb edilmir.
Xəbərlər və yeniliklər
Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!
Ebay.com-dan sifariş və Amerikadan çatdırılma – Dynamex.az
Ebay.com saytından Azərbaycana onlayn sifariş etmək olarmı? Amerikadan Azərbaycana sifariş etmək mümkündürmü? Ebaydan Azərbaycana sifariş şərtləri necədir? Ebay Azərbaycana çatdırılma edirmi? Amerikadan Azərbaycana çatdırılma qiymətləri necədir?
Ebaydan sifariş | Ebaydan çatdırılma | Ebaydan Azerbaycana sifaris | Ebaydan Azerbaycana catdirilma | Ebay zakaz | Amerikadan catdirilma | Amerikadan sifaris | Ebay Azerbaycan | Ebay Azerbaycana online sifaris | Ebay online sifariş | Ebaydan Bakıya çatdırılma | Ebaydan Gəncəyə çatdırılma | Ebay az | Ebay Az Geyim | Ebaydan zakaz
Ebay.com haqqında
1995-ci ildə qurulan Ebay şirkətinin mərkəzi Amerikadadır. Onlayn hərrac mağazasının eyni zamanda dünyanın 10-dan çox ölkəsində ofisi var. Ebay internet üzərində ən böyük hərrac üsulu edən alış-veriş saytlarından biridir. Bu onlayn mağazada siz məişət əşyalarından texnoloji cihazlara, geyimdən idman ləvazimatlarına qədər bir çox fərqli kateqoriyada məhsulları tapa bilərsiniz.
Ebaydan Azərbaycana sifariş etmək üçün nə lazımdır?
Dünyanın ən böyük onlayn mağazalarından biri olan Ebay.com saytı, Azərbaycanda da bir xeyli marağa səbəb olmuşdur. Ebay birbaşa Azərbaycana ya çatdırılma etmir, ya da çatdırılma qiyməti çox baha olur. Lakin siz kargo şirkəti vasitəsilə çox sərfəli tariflərlə Ebay.com-dan məhsul sifariş edə bilərsiniz. Kargo şirkəti vasitəsilə sifariş sizi Amerikaya səyahət edərək əlavə xərc çəkməyinizdən və ya çox baha qiymətə daşıma xərci ödəməkdən xilas edir. Amerikadan çatdırılma qiymətlərinə daşınma qiymətləri səhifəmizdən baxa bilərsiniz. Dynamex kargo şirkəti sizin bağlamınızı Amerikadan Azərbaycana sürətli çatdırılma və sərfəli tariflərlə “Tam Zamanında” gətirəcək.
Ebay.com-dan sifariş etmək nəyə görə sərfəlidir?
Yuxarıda da qeyd etdiyimiz kimi Ebayın özü Azərbaycana çatdırılmanı yüksək qiymətlərlə gətirir. Bəzən Ebayın çatdırılma üçün təklif etdiyi qiymət məhsulun öz qiymətindən 10 dəfə baha olur. Eyni zamanda onu qeyd edək ki, Azərbaycanda adi və brend mağazalarda gördüyünüz 90% məhsullar Ebay və onun kimi məşhur ticarət saytlarından gətirilir. Siz Ebay.com-dan sifariş etməklə Azərbaycan mağazalarındakı qiymətlərdən qat-qat ucuz qiymətə məhsul almış olacaqsınız.
Ebaydan Azərbaycana bağlama necə çatdırılır?
Siz Ebay.com saytında məhsul sifariş etməzdən öncə hesabınızda bizim Amerikadakı ünvanımızı qeyd edirsiniz. Bu halda sizin bağlamanızı ilk öncə alış-veriş saytı bizim Amerika ofisimizə çatdırır. Dynamex.az kuryer şirkəti müştəri loyallığı və müştəri məmnuniyyətini daim ön planda saxlayır və Amerikadan sifarişlərdə müştərini gözlətmədən, bağlama xarici anbara daxil olduğu zaman sifarişini dərhal qeydiyyata alır və qısa zaman ərzində əsas anbara gətirir. Siz həmçinin qapıya çatdırılma xidmətimizdən də yararlana bilərsiniz.
Ebay.com saytında qeydiyyatdan keçmək. (İZAHLI TƏLİMAT)
Addım-addım təlimat: Ebay.com-dan özün Sifariş et, Dynamex.az-da Bəyan et
Bunu etmək üçün ilk öncə dynamex.az saytında qeydiyyatdan keçin. Əgər saytımızda öncədən qeydiyyatdan keçmisinizsə, “Hesabım” bölməsinə daxil olun. “Xaricdəki ünvanlarım” bölməsində sizin üçün ABŞ ünvanımızı qeyd etmişik. Bu səhifəni bağlamayıb, yeni səhifə açaraq ebay.com saytında qeydiyyatdan keçmək üçün bu linkə daxil olun. Açılan pəncərədə aşağıdakı təlimatlar üzrə qeydiyyatdan keçə bilərsiniz.
First name = Adınız
Last name = Soyadınız
Email = Hazırda istifadə etdiyiniz e-poçt ünvanınız
Password = Minimum 6 xarakterdən ibarət gizli şifrə
Qeydiyyatı tamamlamaq üçün “Create your account” düyməsinə klik edin. Bununla siz artıq Ebay hesabınızı yaratdınız.
Ebay saytında bu linkə daxil olaraq Ebay.com-un məhsulu kargo şirkətinə çatdıracağı ünvanı qeyd edirsiniz. Bu ünvanı sizin üçün “Xaricdəki ünvanlarım” səhifəsində qeyd etmişik.
Nümunə:
Qeyd: Şəkildə “Huseyn Suleymanov” adı şərtidir. Sizə təqdim etdiyimiz ünvanda sizin adınız əks olunacaqdır.
Qeyd 2: Bütün xanaları doldurduqdan sonra “Use this address” hissəsini işarələməyi unutmayın. Bunu etsəniz, sonrakı sifarişlərinizdə təkrar ünvan qeyd etmənizə gərək qalmayacaq.
Nəhayət, siz artıq qeydiyyatınızı tamamladınız. İndi isə bank kartınızı ebay hesabınıza əlavə edə bilərsiniz. Bunun üçün bu linkə daxil olun və “Credit card” xanasına klik edin. Aşağıdakı təlimata uyğun xanaları dolduraraq ödəniş məlumatlarını tamamlaya bilərsiniz.
Card number = Kartınızın üzərində qeyd olunan 16 rəqəmli kod.
First name = Kartınızın üzərində qeyd olunan adınız.
Last name = Kartınızın üzərində qeyd olunan soyadınız
Expiration date = Kartınızın üzərində qeyd olunan tarix (ay və il)
Security code = Kartınızın arxa tərəfində qeyd olunan 3 rəqəmli gizli kod
Qeyd: Xanaları doldurduqdan sonra “Set as default payment method” seçimini işarələməyi unutmayın. Bundan sonrakı sifarişlərinizdə indi yazdığınız kart məlumatlarını təkrar yazmağınıza gərək qalmayacaq.
Təbriklər, artıq Ebay və Dynamex hesablarınız hazırdır.
Alış-verişə başlamaq vaxtıdır.
Nəzərə alaq ki, siz Ebay.com saytında sifarişinizi tamamladınız. Bu zaman sizin e-poçt ünvanınıza invoys göndəriləcəkdir. İndi isə keçək Dynamex hesabınıza və bağlamanı bəyan edək.
Bundan sonra siz dynamex.az şəxsi hesabınızda bu linkə klikləyərək aşağıdakı təlimatlar əsasında bağlamanızı bəyan edirsiniz.
Ölkə = ABŞ
Tracking İD = ebay.com-dan sizə təqdim olunan izləmə kodu
Mağazanın adı = Ebay
Kateqoriya = ebay.com-dan sifariş etdiyiniz məhsulun növü. (Məsələn: Geyim)
İnvoys qiyməti = ebay.com-dan sizə göndərilən invoysda yazılan ümumi qiymət
İnvoys yüklə = ebay.com-dan sizə göndərilən invoysun şəkili və ya PDF forması. Məsələn, siz həmin faylı açıb ekran şəkilini çəkə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.