Press "Enter" to skip to content

Kitab haqqinda seir

Dili yoxdur, o danışır,
Hər bir şeydən xəbər verir.
Ata kimi sənə bəzən
Kitab doğru yol göstərir.

Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük

mi adına Ədəbiyyat İnstitutunun kitabxanasında saxlanılır).

“Məqsud Şeyxzadə”. Bakı, Elm, 1978

“Məqsud Şeyxzadənin bədii yaradıcılığı”. Bakı, Elm, 1980

“Dramaturgiyada ədəbi əlaqələr”. Bakı, Elm, 1987

“Sabir Rüstəmxanlı haqqında”. Bakı, Mütərcim, 1998

“Ustadı Bəxtiyar Vahabzadə haqqında”. Bakı, Azərbaycan, 1999

“Rəfiq Zəka Xəndan haqqında”. Bakı, Mütərcim, 1999

“Rəsul Rza həsrəti”. Bakı, Elm, 2000

“Mənə bənzə”. Bakı, Gənclik, 2000

“Ədəbi tənqid”. Bakı, Mütərcim, 2003

“Dünyanın ədəbi xəritəsi”. Bakı, Çinar­Çap, 2008

Haqqında yazılanlar

“İlk Allahım, son Allahım mübarizə”. Bakı, Gənclik, 1999

Mail Dəmirli. “Xəlil Rza Ulutürkün poeziyası”. Bakı, Tə fək kür Univer­

siteti nəşriyyatı, 1996

Bəkir Nəbiyev. “İstiqlal şairi”. Bakı, Elm, 2001

Teymur Əhmədov. “Xəlil Rza Ulutürk (kitab­albom)”. Bakı, En siklo pe­

“Müasirləri Xəlil Rza Ulutürk haqqında”. Bakı, Çinar­Çap, 2004

Yavuz Axundlu. “İstiqlal şairləri”. Bakı, Elm, 1998

Dilek Erenoğlu. “Azerbaycan şairi Halil Rıza və “Men Şerqem” adlı

eseri”. İzmir, 2005

Əlizadə Əsgərli. “Milli İdeal mücahidi”. Bakı, Elm, 2005

Əlizadə Əsgərli. “Xəlil Rza Ulutürkün poetikası”. Bakı, Təhsil, 2012

Memuarları

Xəlil Rza Ulutürk. “Lefortovo zindanında”. Bakı, Azərnəşr, 1998

Xəlil Rza Ulutürk. “Ustadım Əkrəm Cəfər”. Bakı, Mütərcim, 2005

Xəlil Rza Ulutürk. “Lefortovo zindanında”. Bakı, Çinar­Çap, 2006

Xəlil Rza Ulutürk. “Gəl, ey səhər”. Bakı, Nağıl evi nəşriyyatı, 2004

Xəlil Rza Ulutürk. “Bir odlu gözləri, bir də xoş səsi”. Bakı, Çinar­Çap, 2007

Xəlil Rza Ulutürk. “Həyat, həyat deyə çırpınan könül”. Bakı, Çinar­Çap, 2009

Tərtibçidən (Yusif Günaydın)

“. Bir də gələcəyəm Azərbaycana!” (Teymur Kərimli)

Könül, bərk ayaqda gileylənmə gəl

İnanmaq istərdim möcüzəyə mən

Sıldırım üstündə dayanan palıd

Kitab haqqinda seir

Kitab haqqinda seirlere aşağıdakı siyahıdan baxa bilərsiniz. Tehsil.com.az olaraq kitablara aid bir-birindən mənalı 6 şeiri sizlər üçün bir araya topladıq.

1️⃣ KİTABLAR | Nərgiz Mirzəyeva

Kitablar mənim dostum
Onlarla ucalıram
Kitablar düzgün yolum
Zirvəyə yol alıram
Mənim üçün kitabsız
Həyatın mənası yox
Düzgün mənalı yol
Kitabla başlanan yol
Həyatın sirrlərini
Bizə deyir kitablar
Ömrümüzün yollarına
Nur çiləyir kitablar
Gizli xəzinə kimi
Kitabları axtaraq!
Qiymətli əşya kimi
Kitabları qoruyaq!
Oxudum bir çox kitab
Gah güldüm, gah ağladım.
Dil açdı sanki kitab
Söhbət etdim, danışdım
Oxunan bir çox kitab
Yaddaşlarda qalandır
Ən çox sevdiyim kitab
Çərpələng uçurandır.

2️⃣ KİTABIN DOSTU | Ələmdar Quluzadə.

Sınağa, imtahana
Kitablar sinə gərir,
Görmədiyin dünyanı
Kitab sənə göstərir.

Kitab kimini şair,
Kimini alim edib.
Sənin müəllimini
Kitab müəllim edib.

Kitabın min sirri var
Sənə deyim birini,
Kitab oxumayana
Kitab vermir sirrini.

Kitabla dostluq edən
Dostunu düz tanıyır,
Kitab öz dostlarını
Hamıdan tez tanıyır.

3️⃣ Kitabların anası | Zahid Xəlil.

Əlifba kitabıdır,
Kitabların anası.
Hər hərf bir göyərçin,
Hər hərf su sonası.

Nə çox səs var dünyada
Adam səsi, quş səsi.
Təbiətin dili var,
Düşündürür hər kəsi.

Səslərdən söz yaranır,
Sözdən gözəl cümlələr.
Sözə ―qızıl deyibdi,
Söz qədrini bilənlər.

Böcəyin də səsi var,
Küləyin də səsi var,
Hər səsin də yazıda
Bir cür işarəsi var.

Səs yazılsa vərəqə
Çönüb hərf olacaq.
Qanaq çalıb havada
Dəftərimə dolacaq.

A- da ana deyirəm,
V- da vətən kəlməsi.
Vətən ulu babamdır,
Vətən atamın səsi.

Əlifba xəzinədir,
Onda min inci yatır.
Hər şirin kəlməsində,
Uşaq sevinci yatır.

Gəlin heç tələsməyək,
Öyrənək Əlifba-nı.
Bu dünyada onun tək
Əziz bir kitab hanı?!

4️⃣ Kitab | Xanımana Əlibəyli.

İnsanlar çəkdi zəhmət,
Günü-günü qatdılar
Dünyada gözəl nemət
Kitabı yaratdılar.

Neməti təbiətin
Gün kimi işıq açdı.
Həyatda hər sənətin
Sirrini bizə açdı.

O hər zaman cavandır
Yaşı ötsə də mini,
Bizə neçə zamandır
Öyrədir Nizamini.

Çevrilib çox dillərə
Sanki sirrdir hər biri,
Yol tapıb könüllərə
O sevdirdi Sabiri.

Durub iki qəhrəman
Dolabda qoşa-qoşa.
Baxır cürətli Cırtdan
Cəsarətli Qavroşa.

Kitab sanki bir quşdur,
Mizin üstə qonmuşdur.
Kitaba salsan meyil
Səndən ayrılan deyil.

5️⃣ KİTAB | Bəxtiyar Vahabzadə. 

Kitab böyük müəllimdir,
Sinəsində min aləm var.
O səni bir insan kimi
Gah güldürər, gah ağladar.

Dili yoxdur, o danışır,
Hər bir şeydən xəbər verir.
Ata kimi sənə bəzən
Kitab doğru yol göstərir.

Bu dünyanın hər sirrini
Bizə deyir bu kitablar.
Ömrümüzün yollarına
Nur çiləyir bu kitablar.

6️⃣ KİTAB | Süleyman Rüstəm

Hər evin yaxşı kitabdır bəzəyi
Döyünür onda həyatın ürəyi,
Onun hər kəlməsi ölkəmdə işıq mənbəyidir
Bir əməl mənbəyidir, bir yaraşıq mənbəyidir.
Bənzəyir hər sözü hər gün uzanan dost əlinə
Deyir insana qarış, gəl bu həyatın selinə,
Min işıq yansa da hər evdə işıqlanmaz otaq,
Yanmasa məncə beyinlərdə, ürəklərdə çıraq.

Oxşar yazılar:

  • Müəllimə Aid Şeir
  • Hərflərə Aid Şeir
  • Uşaqlara aid şeir

Comments are closed, but trackbacks and pingbacks are open.