Eşitdiklərim, oxuduqlarım, gördüklərim. ”lə ən çox oxunan və sevilən yazıçı
DİQQƏT. Əziz izləyicilər və xüsusilə valideynlər. Günümüzdə çox təəssüfki hazırlanan filmlərin böyük bir qismi qeyri-müsəlmanlar tərəfindən hazırlanaraq bir çox hallarda daxilində əxlaqa zidd xarakterli məlumatlar daşıyır. Lütfən DİQQƏTLİ OLUN.
Manaf Süleymanov – “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” – PDF
“Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabı Bakının qədim keçmişindən, inqilab dövründə neft səltənətində baş verən hadisələrdən, Bakının kəşməkəşli günlərindən bəhs edir.
Bu əsər nə tarixi oçerkdir, nə də publisistik esse. Bu, hər şeydən əvvəl, həyat həqiqətidir. Bakının neft bumu dövründən başlamış Sovet ittifaqının qurulmasına qədər olan dövr haqqında bədii salnamədir. O dövrün möhtəşəm sarayları, imarətlər, qumarxanalar, gecə klubları, neft fontanları, qara qızıl çayları, bazarlar, karvansaralar, yanğınlar, tətillər, nümayişlər, qanlı toqquşmalarını göstərən bir güzgüdür.
Bu kitab sovet dövrünün süqutu ərəfəsində kult kitablardan biri hesab olunurdu. Təkrar-təkrar tirajla nəşr olunaraq 500 000 ədəd satılmışdır.
Bakı haqqında hələ də belə səmimi, ürəkdən yazılan bir kitab yoxdur.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Manaf Süleymanov – “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” – PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
manaf-suleymanov-esitdiklerim-oxuduqlarim-gorduklerim_.pdf
Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.
“Eşitdiklərim, oxuduqlarım, gördüklərim. ”lə ən çox oxunan və sevilən yazıçı
Əməkdar mədəniyyət xadimi Manaf Süleymanovun adı çəkiləndə istər-istəməz dərhal yadımıza “Eşitdiklərim, oxuduqlarım, gördüklərim. ” adlı kitabı düşür. Sağlığında iki dəfə nəşr edilmiş bu kitab oxucular arasında böyük əks-səda doğurdu. Uzun illər bilmədiyimiz, əslində bizdən gizlədilən elə həqiqətlər, məlumatlar, hadisələr var idi ki, biz onu ilk dəfə məhz bu kitabda oxuduq. Əsər 1984-cü ildə “Azərbaycan” jurnalında dərc edildi və ədəbi ictimaiyyətdə böyük rəğbət yaratdı. Əsərin maraqla qarşılanmasına səbəb birdən-birə bilmədiklərimizin üzə çıxması oldu. 1987-ci ildə isə kitab halında oxuculara çatdırıldı. Burada Bakının qədim keçmişindən, inqilab dövründə “neft səltənətində” baş verən hadisələrdən, paytaxtımızın qarışıq günlərindən, düçar olduğu bəlalardan, daşnakların şəhər sakinlərinin başına açdığı oyunlardan və s.-dən bəhs edilirdi. Bir həqiqəti də deyək ki, Manaf Süleymanov bu kitabı ilə o vaxt ən çox oxunan, sevilən yazıçılardan birinə çevrildi. Təsəvvür edin ki, yeni nəşr 50 min tirajla çap edilsə də, kitab mağazalarında tapılmırdı. 1989-cu ildə görkəmli yazıçıya şöhrət qazandırmış “Eşitdiklərim, oxuduqlarım, gördüklərim. ” kitabı 70 min tirajla yenidən çap edildi.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli yazıçı Manaf Süleymanovun anadan olmasının 110-cu ildönümü tamam olur.
Manaf Süleymanov 1912-ci il martın 3-də Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Pedaqoji təmayüllü 18 nömrəli Bakı şəhər məktəbini bitirib, sonra Azərbaycan Neft-Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsində təhsil alıb. İnstitutu birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib, kəşfiyyatçı-dağ mühəndisi adını alıb. Əmək fəaliyyətinə Qaradağ Neft-Qaz Mədənləri İdarəsində mühəndislikdən başlayıb. Azərbaycan Sənaye İnstitutunda “Neft-qaz yataqlarının geoloji axtarışı” kafedrasının dosenti olub.
Ədəbi yaradıcılığa 1947-ci ildə “Azərbaycan” jurnalında dərc olunan “Yerin sirri” romanı ilə başlayıb. İngilis dilindən bədii tərcümələr etmiş, dövri mətbuatda məqalələrlə də çıxış etmiş, bəzən onları “Fərəcoğlu” imzası ilə çap etdirmişdir.
Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O’Henri, M.Kopelen, A.Qrasi, Oqoto, Aleks La Çuma, Y.A.Makmani, Piter Abrahams, R.Riv, A.Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli ingilis yazıçılarının əsərləri ilə tanış olublar.
Manaf Süleymanov ilk dəfə olaraq Bakı tarixindən, Bakı milyonçuları və qoçularından, Azərbaycan Xalq Cümhuriyyətinin şəxsiyyətlərindən elmi-publisistik kitablar yazıb, nəşr etdirmişdir. Bu kitabların yazılmasında o, keçmiş SSRİ-nin və Azərbaycandakı Dövlət Arxivlərində 30 ilə yaxın çalışıb, qiymətli sənədlər əldə edərək gələcək nəsillərə qiymətli tarix, zəngin ədəbi irs toplayıb. Bütün bu sənədləri Manaf Süleymanov 1988-ci ildən başlayaraq vaxtaşırı Salman Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət arxivində mühafizəyə təqdim edib. Sənədlər əsasında onun 636 saylı şəxsi fondu yaradılıb. Şəxsi fondundakı sənədlər nəşr olunan kitablarının müxtəlif variantlarından, xatirələrindən, qeydlərindən, məktublarından ibarətdir.
Manaf Süleymanov ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb-yaradıb. Onun əsərlərinin ilk əlyazmaları sözsüz doğma Azərbaycan dilindədir, lakin ərəb əlifbasındadır. M.Süleymanovun zəngin ədəbi irsi arasında onun xatirələri xüsusi yer tutur. Məqalə, hekayə və təsviri sənədləri, fotoşəkilləri də şəxsi fondunda olan maraqlı sənədlərdəndir. “Şagirdlik illərim” adlı xatirəsi daha maraqlıdır. “Azərbaycan diyarı. Lahıc” ədibin Vətən, ocaq sevgisinin parlaq təsviridir.
Onun 636 saylı şəxsi fondunda məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev haqqında topladığı arxiv sənədləri, Azərbaycan klassik musiqisinin atası, məşhur musiqiçi, bəstəkar, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəylinin məktubunun surəti və s. arxiv sənədləri də qorunur.
Romanları, povestləri, ssenariləri, oçerk, hekayə, xatirə və tərcümələri müəllifin arxivdəki 2-ci elmi siyahısında rəsmiləşdirilib.
Manaf Süleymanov 2001-ci il sentyabrın 12-də Bakıda vəfat edib.
Eşitdiklrim oxuduqlarım gördüklrim
(EŞİTDİKLƏRİM, OXUDUQLARIM, GÖRDÜKLƏRİM)
Audio Kitab olan EŞİTDİKLƏRİM, OXUDUQLARIM, GÖRDÜKLƏRİM(EŞİTDİKLƏRİM, OXUDUQLARIM, GÖRDÜKLƏRİM) video materialı Cirtdan.TV portalında 2018.12.16 tarixində dərc olunmuş və onu 2899 istifadəçi online izləmişdir.
Azərbaycan Sovet yazıçısı M. Süleymanovun «Eşitdiklərim, oxuduqlarım, gördüklərim» kitabı Bakının qədim keçmişindən, inqilab dövründə «neft səltənətində» baş verən hadisələrdən, Bakının keşməkeşli günlərindən bəhs edir.Səsləndirdi Rasim Balayev
Ölkə: Azərbaycan
EŞİTDİKLƏRİM, OXUDUQLARIM, GÖRDÜKLƏRİM videosunu online ləngiməsiz yaxşı keyfiyyətdə izləmək üçün (avtomatik yüklənir), sizin internetin sürəti 1Mbit/s-dən artıq olmalıdır. Videonun yüksək keyfiyyətdə izlənməsi üçün internetin sürəti 2Mbit/s-dən artıq olmalıdır.
DİQQƏT. Əziz izləyicilər və xüsusilə valideynlər. Günümüzdə çox təəssüfki hazırlanan filmlərin böyük bir qismi qeyri-müsəlmanlar tərəfindən hazırlanaraq bir çox hallarda daxilində əxlaqa zidd xarakterli məlumatlar daşıyır. Lütfən DİQQƏTLİ OLUN.
Azərbaycan dilində AUDIO KITABLAR
of your page –>
Əgər sizin internetin sürəti EŞİTDİKLƏRİM, OXUDUQLARIM, GÖRDÜKLƏRİM videosuna bir başa baxmağa imkan vermirsə, pauza düyməsinə basaraq bir neçə dəqiqə gözləyin. Daha rahat izləmə üçün biz sizə Mozilla,Opera və ya Google Chrome-u yükləməyi məsləhət görürük.
Saytda yerləşdirilən online baxış üçün nəzərdə tutulan bütün videolar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com və VK.com portallarının açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Videoların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Əgər “EŞİTDİKLƏRİM, OXUDUQLARIM, GÖRDÜKLƏRİM” video materialının yayımına çıxış dayanıbsa və ya adı çəkilən video materialın saytdan silinməsini istəyirsinizsə bizimlə əlaqə saxlayın
Comments are closed, but trackbacks and pingbacks are open.