Sakit hüseynov rasim sariyev
Sakit Hüseynov 18 dekabr 2013-cü ildə professor Vaqif Arzumanlının “Dədə Qorqudun qəbrinin izi ilə” adlı kitabının təqdimat mərasimində Dədə Qorqud haqqında fikirlərini söyləmiş, onun qəbrinin tapılmasını Türk dünyasının mənəvi ziyarətgahı kimi dəyərləndirmişdir. [5]
Sakit Huseynov – Wikipedia
Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Sakit Yəhya oğlu Hüseynov ( 25 may 1948 , Ocaqlı , Astraxanbazar rayonu ) — fəlsəfə elmləri doktoru, professor [1]
Mündəricat
- 1 Həyatı
- 2 Elmi fəaliyyəti
- 3 Elmi əsərləri
- 3.1 Kitabları
- 3.2 Elmi məqalələri
Sakit Hüseynov 25 may 1948-ci ildə Cəlilabad rayonunun (keçmiş Astraxanbazar rayonu) Ocaqlı kəndində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi əla qiymətlərlə bitirib Azərbaycan Pedoqoji Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Respublikası EA-nın Fəlsəfə və Hüquq İnstitutunun sosiologiya ixtisası üzrə əyani aspiranturasına qəbul olunmuşdur. Aspiranturanı bitirdikdən sonra ordu sıralarında qulluq etmiş və yenidən EA-nın Fəlsəfə və Hüquq İnstitutunun Sosiologiya şöbəsində elmi işçi kimi fəaliyyət göstərmişdir.
Sakit Hüseynov 1978–1980-ci illərdə Rusiyanın Yekaterinburq (keçmiş Sverdlovsk) şəhərində tanınmış sosioloq, fəlsəfə elmləri doktoru, professor L.N.Koqanın yanında təkmilləşmədə olmuşdur.
Elmi fəaliyyəti
S.Hüseynov 1980-ci ildə namizədlik, 2001-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1985–2005-ci illərdə Azərbaycan Texniki Universitetinin Fəlsəfə və Politologiya kafedrasında dosent vəzifəsində çalışmışdır.
Sakit Hüseynov 2008-ci il 24 aprel tarixində İran İslam Respublikasının Rudehen şəhərində yerləşən Azad İslam Universitetində keçirilən “Universitetlər və yeni iş yeri yaradanlar” adlı Beynəlxalq konfransda “Yeni iş yerlərinin açılması: yoxsulluğun azaldılması və davamlı insan inkişafı” mövzusunda məruzə ilə çıxış etmişdir. Həmin məruzə çap edilmiş və qızıl medala layiq görülmüşdür.
S.Hüseynov 2005-ci ildən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləmiş, 2009–2018-ci illərdə institutun “Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri” şöbəsinin müdiri olmuşdur. 2018-ci ilin yanvarından həmin institutun “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin müdiridir. [2]
S.Hüseynovun əsas elmi fəaliyyəti – məişət mədəniyyəti, dini tolerantlıq mədəniyyəti, dini etiqad azadlığı, milli-mənəvi dəyərlər, davamlı inkişaf və davamlı insan inkişafı, məişət ekologiyası və s. sahələri əhatə edir. S.Hüseynov 5 monoqrafiya, ali məktəblər üçün 1 dərslik, 7 broşyura və metodik vəsait, 150-dən çox elmi məqalənin müəllifidir. [3]
S.Hüseynov – BMT İP, “Oksfam”, Dünya Bankı və digər beynəlxalq təşkilatların həyata keçirdiyi layihələrdə müstəqil ekspert kimi fəal iştirak etmişdir. Hal-hazırda S.Hüseynov Qafqaz Regional Ekoloji Mərkəzi Beynəlxalq Məşvərət Şurasına Azərbaycandan üzv seçilmişdir. O, 2008-ci ildə Rusiya Federasiyası Avrasiya İnzibati Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. S.Hüseynov dinşünaslıq, ekoloji mədəniyyət, davamlı inkişaf, mədəniyyətin fəlsəfi problemləri və s. mövzular üzrə vaxtaşırı olaraq xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda məruzəçi kimi çıxış etmişdir.
2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində yaradılmış “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən operativ mərkəz”in işində o, ekspert kimi fəal iştirak etmişdir. Onun təşəbbüsü ilə 22 oktyabr 2004-cü ildə Milli QHT Forumunun fəalları ilə (K.Mahmudov, F.Mehdiyev və b.) birlikdə Beynəlxalq Ekoloji Təşkilatlara müraciətlər göndərilmişdir. Sakit Hüseynov son illərdə sosial-ekoloji problemlər, davamlı inkişaf və s. sahələrdə öz elmi araşdırmalarını yorulmadan davam etdirir. Alimin həm də Beynəlxalq Təşkilatların respublikada həyata keçirdiyi layihələrdə iştirak etmişdir. [4]
Sakit Hüseynov 18 dekabr 2013-cü ildə professor Vaqif Arzumanlının “Dədə Qorqudun qəbrinin izi ilə” adlı kitabının təqdimat mərasimində Dədə Qorqud haqqında fikirlərini söyləmiş, onun qəbrinin tapılmasını Türk dünyasının mənəvi ziyarətgahı kimi dəyərləndirmişdir. [5]
27 aprel 2017-ci ildə Sakit Hüseynov Bakı şəhəri Xətai rayonu 249 saylı orta məktəbdə “Heydər Əliyev və İslam həmrəyliyi ideyası” adlı konfransda məruzə ilə çıxış etmişdir. [6]
Elmi əsərləri
Kitabları
- Məişət ekologiyası (sosial-fəlsəfi aspekt).”Sabah” nəşriyyatı, Bakı, 1996, 164 s.
- Davamlı İnsan İnkişafının strateji istiqamətləri. “Adiloğlu” nəşriyyatı. Bakı. 2003, 264 s.
- Ekologiyanın fəlsəfi və hüquqi məsələləri. Bakı, “Təknur”, 2007. (Rasim Sarıyevlə birlikdə) 216s.
- Davamlı İnsan İnkişafı. “Azərbaycan Dövlət Aqrar Universiteti”nəşriyyatı Ali məktəblər üçün dərslik., Bakı, 2009,494 s.
- Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik. Bakı, “Təknur”, 2012. [7]
- Milli iqtisadiyyat: modernləşmə və davamlı inkişaf. Bakı, 2012. (İ.H.Alıyev, A.M.Əsədovla birlikdə).475 səh. [8]
- Dinlər tarixi fənni üzrə proqram. Ali təhsilin bakalavriat səviyyəsi üçün.Bakı, 2014, (M.A.Balayevlə birlikdə). 20 s.
Elmi məqalələri
- Xalq sənətkarlarının yaradıcılığı məişət mədəniyyətini zənginləşdirən mühüm mənbədir. Azərb. SSR EA aspirantlarının elmi konfransında məruzələr/. Bakı, “Elm”, 1974
- Məişət mədəniyyətində milli və beynəlmiləl cəhətlərin vəhdəti. “Sosialist həyat tərzinin təkmilləşməsinin ideoloji problemləri”. Məcmuə, 3-cü buraxılış, Bakı, “Elm”, 1985
- Bədii xalq sənətkarlığının öyrənilməsinin sosioloji aspektləri.Az.SSR EA-nın Xəbərləri /tarix, fəlsəfə, hüquq/№ 3, 1985
- Orta əsrlərdə Azərbaycan bədii xalq sənətkarlığının sosial — tarixi aspektləri. “Azərbaycan qədim və orta əsr bədii mədəniyyətinin inkişafı və formalaşmasının sosial aspektləri”. Məcmuə, /Elmi – praktiki konfransın tezisləri/, Bakı.
- Ekoloji hüquq və məişətin sanitar-epidemioloji vəziyyəti. “Ekologiya, fəlsəfə, mədəniyyət”. Məcmuə, 6-cı buraxılış, Bakı, “Təbib”, 1995
- The significance of people’s behavior during natural calamities. Seysmologiya və seysmik riskin azaldılması amilləri, təbii fəlakətlər zamanı şəhərlərin və sənaye obyektlərinin mühafizə olunması. (II beynəlxalq seminar. 11–13 iyun 2002-ci il) Məcmuə, Bakı, “Elm”, 2002.
- Транспорт и вопросы экологической безопасности окружающей среды (Социально – правовой аспект. “Чистый воздух и устойчивый транспорт”. Киев, 2003. Сборник материалов между-го семинара по теме: “Участие общественности в экологизации транспортной политики городов ЦВЕ и Закавказья”, 23–25 апреля, 2003 г., Киев, Украина.
- Юридические, экономические и компенсационные механизмы в помощь устойчивому развитию горных районов Азербайджана. “Устойчивое развитие горных регионов Кавказа”. (III ежегодная конференция РЕЦ Кавказа, Тбилиси, 11–12 июля, 2003), Сборник докладов, Тбилиси, 2003.
- Dələduzluğun fəlsəfəsi və dələduzun sosial-psixoloji portreti. [9]
Təltifləri
- Участие в создании веб-сайта по теме “Устойчивое Развитие при-каспийских Стран” в рамках программы Восток — Восток фонд Сороса (15/I/ — 15/ XII 2002 г.)
- Член рабочей группы в отделе “Бедность и окружающая среда” Государственная Программа по Уменьшению Бедности и Экономической Развитии (ГПУБЭР) 2002.
- Редактирование на национальном языке итоговых документов всемирного саммита по устойчивому развитию. Йоханнесбург 26/09/ 2002 (По контракту: но 009/2003 ундп).
- “Orxus Konvensiyasının həyata keçirilməsi” layihəsi çərçivəsində Qafqaz regionu QHT-ləri arasında uğurlu iştirakına görə Qafqaz REM-nin sertifikatını almışdır (Gürcüstan, Tbilisi, 17 may, 2003).
- “Yoxsulluğun ölçülməsi və qiymətləndirilməsi üsulu” mövzusunda sosioloji tədqiqatların keçirilməsi üzrə Dünya Bankı İnstitutunun Sertifikatını almışdır (Bakı, 20–30 may, 2003).
- Mərkəzi – Şərqi Avropa ölkələri üçün Regional Ekoloji Mərkəzinin “Orhuz Konvensiyasının Azərbaycanda həyata keçirilməsi” üzrə sertifikatını almışdır (Bakı, 12 – 13 dekabr, 2003).
- “Sülhməramlı Səfir” – Universal Sülh Federasiyası. Dinlərarası və beynəlxalq ümumdünya sülh federasiyası tərəfindən 7 aprel 2006-cı ildə diplom verilmişdir.
- 23–24 aprel 2008-ci ildə İran İslam Respublikasının Rudehen şəhərində Azad İslam Universitetinin təşkil etdiyi “Universitetlər və yeni iş yerləri” adlı Beynəlxalq elmi-praktiki konfransda “Yeni iş yerlərinin açılması: yoxsulluğun azaldılması və davamlı insan inkişafı” mövzusunda məruzə ilə çıxış etmiş və bu məruzəyə görə qızıl medala layiq görülmüşdür.
- “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən 24 dekabr 2011-ci ildə sertifikat almışdır.
- Elm və təhsil sahəsində məhsuldar əməkdaşlığına və Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında sanballı töhfəsinə görə 2011-ci ildə Fəxri Fərmanla təltif edilmişdir.
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
- ↑Hüseynov Sakit Yəhya oğlu [ölü keçid]
- ↑”Dinşünaslıq və Mədəniyyətin Fəlsəfi Problemləri”. 2013-12-26 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2013-05-10 .
- ↑”Dinşünaslıq və Mədəniyyətin Fəlsəfi Problemləri şöbəsi”. 2009-12-08 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2013-05-10 .
- ↑VAQİF ARZUMANLI. TANINMIŞ FİLOSOF, EKOLOQ VƏ SOSİOLOQ (SAKİT HÜSEYNOV– 65) [ölü keçid]
- ↑”Professor Vaqif Arzumanlının “Dədə Qorqudun qəbrinin izi ilə” adlı kitabının təqdimat mərasimi keçirilmişdir”. 2016-03-12 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2013-12-19 .
- ↑”Heydər Əliyev və İslam həmrəyliyi ideyası” [ölü keçid]
- ↑SAKİT HÜSEYNOV.AZƏRBAYCANDA DİNİ TOLERANTLIQ [ölü keçid]
- ↑Milli iqtisadiyyat: modernləşmə və davamlı inkişaf [ölü keçid]
- ↑https://sia.az/az/news/social/791191.html
Həmçinin bax
- Cəlilabad rayonu
- Məişət ekologiyası
- Davamlı inkişaf
Xarici keçidlər
- Sakit Hüseynov: “İclasa moderator təyin edilməyim mənim üçün gözlənilməz oldu”
- Sakit Hüseynov: “Aşqabadda insanların xoş, isti münasibətni hiss etdik”Arxivləşdirilib 2016-11-19 at the Wayback Machine
- Cəlilabadda Beynəlxalq Tolerantlıq Günü qeyd olunub
- “Heydər Əliyev və İslam həmrəyliyi ideyası” adlı konfrans keçirildi [ölü keçid]
- 27 aprel 2017-ci il tarixində Bakı şəhəri Xətai rayonu 249 saylı orta məktəbdə “Heydər Əliyev və İslam həmrəyliyi ideyası” mövzusunda konfrans keçirildiArxivləşdirilib 2017-08-14 at the Wayback Machine
- Azərbaycan alimləri Çeçenistanda keçirilən beynəlxalq konqresdə ölkəmizi təmsil ediblər
- [1]
Sakit hüseynov rasim sariyev
_ w
K itab AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnsti
tutunun «Qloballaşma və sosial ekologiyanın fəlsəfi problemləri»
şöbəsində hazırlanmışdır.
Elmi redaktor: fəls.elm.dokt., prof, A.M.Şükürov
Rəyçilər:
Fəls.elm.dokt., prof. F.F.Ramazanov; hüquq elm.dokt., prof.
İ.M. Rəhimov;
fəls.elm.nam.
Ə.Kərimov;
hüquq
elm.nam.
E.Ə.Əliyev
S.Hüseynov, R.SarıyevTİEkologiyanın fəlsəfi və hüquqi məsələ
ləri. Bakı, «Təknur», 2007, 216 s.
K itab ekologiyanın fəlsəfi və hüquqi məsələlərinin araşdırıl
masına həsr edilmişdir. K itabda insan-təbiət münasibətlərinnin
tarixi təkamülü şərh edilir, ekoloji fəlsəfə və ekoloji hüququn
predmeti izah edilir, respublikamızın ekoloji qanunvericiliyində
ekoloji hüququn anlayış və terminləri fəlsəfi cəhətdən təhlil edilir,
sovet dövründə ekoloji fəlsəfə və ekoloji hüququn inkişaf mərhə
lələrinə diqqət yetirilir.
K itabda təbiətdən istifadənin fəlsəfi- hüquqi əsasları təhlil edi
lir, ekoloji nəzarətin mənəvi-hüquqi istiqamətlərinə diqqət yetiri
lir, urbanizasiya prosesində şəhərsalmanın hüquqi və sosial-
ekoloji aspektləri təhlil edilir, ekoloji şüurun formalaşmasında
hüquqi və mənəvi məsuliyət şərh edilir, ekoloji hüququn inkişa
fında ekoloji tərbiyənin rolu izah edilir.
Ali məktəb tələbələri, magistr və aspirantlar üçün nəzərdə tu
tulan bu kitab eyni zamanda, ekoloji fəlsəfə, sosial ekologiya və
ekoloji hüquq sahəsində çalışan mütəxəssislər və tədqiqatçılar
üçün də faydalı vəsait ola bilər.
MÜNDƏRİCAT
G iriş. 4
I
Fəsil. Ekologiyanın fəlsəfi və hüquqi məsələlərinə tarix i yanaşma
1.1. İnsan-təbiət m ünasibətlərinin tarixi təkam ülü. 7
1.2. Ekoloji fəlsəfə və insan-təbiət m ünasibətlərinin ekoloji-
hüquqi statu su . 22
1.3. Ekoloji şürunun form alaşm asında ekoloji fəlsəfə və ekoloji
hüququn ro lu . 41
1.4. Qanunvericilik aktlarında ekoloji anlayışların fəlsəfi m a
hiyyəti
46
II
Fəsil. Azərbaycanda təbiəti mühafizənin inkişaf mərhələləri
(1920-1991-ci illər) və onun sosial – fəlsəfi və hüquqi təhlili
2.1. Azərbaycanda ekologiyaya aid partiya və hökum ət qərarları
nın sosial-fəlsəfi və hüquqi əhəmiyyəti. 58
2.2. T orpaqların və yerin təkinin m ühafizəsi. 64
2.3. Suların mühafizəsi. 69
2.4. M eşələrin m ühafizəsi. 75
2.5. A tm osfer havasının m ühafizəsi. 79
2.6. H eyvanlar aləm inin m ühafizəsi. 86
III
Fəsil. M üstəqil Azərbaycanda ekologiyanın fəlsəfi və hüquqi
məsələləri
3.1. Təbii sərvətlərdən istifadə edilməsinin fəlsəfi və hüquqi əsas
ları
91
3.2. Təbiəti mühafizə sistemində ekoloji nəzarətin fəlsəfi və hüqu
qi istiqam ətləri. 111
3.3. U rbanizasiya və şəhərsalm anın hüquqi və sosial-ekoloji as
pektləri. 133
3.4. M əişət ekologiyasının fəlsəfi- hüquqi məsələləri. 151
IV
Fəsil. Ekoloji şüurun formalaşmasında hüquqi və mənəvi məsu
liyyətin rolu
4.1. Ekoloji qanunvericilikdə mənəvi məsuliyyətin y e ri. 166
4.2. İnsan-təbiət m ünasibətlərinin optim allaşdırılm asında hüquqi
və mənəvi am illərin vəhdəti. 183
4.3. B akı-Tbilisi-Ceyhan neft kəm ərində ekoloji təhlükəsizliyin
təm in edilm əsi. 196
4.4. E koloji qanunvericiliyin tələblərinin həyata keçirilməsində
ekoloji tərbiyənin ro lu . 201
Nəticə. 211
3GİRİŞ
İctimai tərəqqi prossesində fəlsəfənin yeni-yeni tədqiqat istiqamətləri
meydana gəlməkdədir. XX əsrin 80-ci illərində meydana gələn fəlsəfə
nin yeni istiqamətlərindən biri də ekoloji fəlsəfədir. Ekoloji fəlsəfə sadə
şəkildə gecək insan-təbiət münasibətlərinin qarşılıqlı təsirini öyrənir.
Ətraf mühitin və təbii sərvətlərin mühafizə edilməsi mühüm dövlət
və ümumxalq əhəmiyyəti olan bir məsələdir, insan həyatı, cəmiyyətin
inkişafı təbiətlə, ətraf mühitlə sıx əlaqədar olduğuna görə indiki nəsillə
rin, həm də gələcək nəsillərin sağlam mühitdə yaşaması ətraf mühitin və
təbii sərvətlərin mühafizəsi ilə şərtlənir.
Bu baxımdan müstəqil respublikamızın sosial-iqtisadi inkişafı, əha
linin maddi və mənəvi tələbatının ödənilməsi, xalqımızın güzəranının
yaxşılaşması ətraf mühitin mühafizəsi məsələsini ciddi şəkildə qarşıya
qoyur. Ətraf mühitin gələcək nəsillər üçün mühafizəsi məsələsinin dərk
edilməsi ekoloji fəlsəfənin ən mühüm problemidir. Bu problem ekolog
iyanın fəlsəfi və hüquqi məsələləri ilə birbaşa əlaqədardır.
Məlumdur ki, sənaye müəssisələrinin, nəqliyyatın intensiv fəaliyyəti
ekosistemin tarazlığını pozur, bitki və heyvan aləminə mənfi təsir göstə
rir, atmosferi, torpağı və suyu çirkləndirir, ətraf mühitə ziyan vurur.
Ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə edilmə
sinin hüquqi tənzimlənməsi, insanlarda ekoloji şüurun formalaşdırıl
ması siyasəti hər bir dövlətin sosial siyasətinin tərkib hissəsidir.
Ətraf mühit obyektləri (su, torpaq, hava) ilə hüquq normaları ara
sında, təbiətlə qanun arasında qarşılıqlı münasibətlərin öyrənilməsi,
insanların normal həyat fəaliyyətini təmin edən sağlam ekoloji şəraitin
hüquqi cəhətdən əsaslandırılması və bu münasibətlərin şüurda əks
olunması hazırda müstəqil respublikamızda qarşıda duran əsas vəzifə
lərdən biridir.
Göstərmək lazımdır ki, ekologiyanın başqa sahələrinə nisbətən
onun hüquqi və fəlsəfi məsələləri ən az tədqiq olunan sahələrdən biri
dir. Buna görə də ətraf mühitin mühafizəsinin fəlsəfi və hüquqi məsələ
lərinin öyrənilməsinin nəzəri və praktiki əhəmiyyəti vardır. Hazırda
ekoloji hüququn nəzəri və praktiki məsələləri də müəyyən aktuallıq
kəsb edir. Ekoloji hüququn nəzəri problemləri dedikdə, ətraf mühitin
mühafizəsi ilə bağlı qanunlar, normativ-hüquqi aktlar və ekoloji
hüquqla bağlı digər qanunvericilik sənədlərinin məcmuyu nəzərdə tutu
lur. Ekoloji hüququn praktiki məsələləri isə ətraf mühitin mühafizəsinin
hüquqi tərəflərinin insanların şüurunda əks olunması dərəcəsini və eko
4
loji qanunvericiliyin tələblərinin həyata keçirilməsi vəziyyətini əhatə
edir.
90-cı illərin ortalarından başlayaraq ekoloji hüququn nəzəri pro
blemləri ilə əlaqədar respublikamızda xeyli işlər görülmüşdür. Bu illərdə
ətraf mühimtin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə ilə əla
qədar respublikamızda iyirmidən çox ekoloji qanun, hüquqi – norma
tiv aktlar qəbul edilmiş və Azərbaycan on beşdən çox Beynəlxalq Eko
loji Konvensiyalara qoşulmuşdur. Bütün bunlar respublikamızda eko
loji hüququn və ekoloji şüurun inkişaf dinamikasını göstərən faktlardır.
Lakin sosioloji müşahidələr göstərir ki, ekoloji qanunverciliyin tələb-
lr~nin həyata keçirilməsi vəziyyəti o qədər də ürəkaçan deyil. Daha
dəqiq desək, ekoloji hüququn əməli məsələləri ictimaiyyəti narahat edən
problemlər yaratmaqdıdır. Belə ki, yaşayış məskənlərində yaşıllıqların
sürətlə qırılması, Bakı şəhərində artmaqda olan nəqliyyat vasitələri tərə
findən atmosfer havasının çirklənməsi, dövlət və bələdiyyə torpaqları
nın paylanmasında ekoloji hüquqpozmaların artması, çimərliklərdən
müalicə əhəmiyyətli qumun daşınması, şəhərlərdəki sanitar- qoruyucu
zolaqların məhv edilməsi, məişət zibillərinin təyin olunmayan yerlərə
atılması, hündür binaların tikilməsi zamanı ekoloji normalara əməl
edilməməsi artıq günümüzün reallığına çevrilmişdir.
Bütün bunlar insanlarda ekoloji şüur səviyyəsinin hələ də aşağı ol
duğunu göstərməklə yanaşı, həm də ekoloji qanunvericiliyin tələbləri
nin həyata keçməsində çatışmazlıqlar olduğunu göstərir. Bu deyilənləri
ümumiləşdirsək aşağıdakı nəticəyə gəlmək olar:
– hüquqi- normativ aktların həyatın sosial tələblərini düzgün əks et
dirməsində ekoloji qanunvericiliyin fəlsəfi-sosioloji cəhətdən araşdınl-
ması mühüm əhəmiyyət kəsb edir;
– Respublikamızda kifayət qədər ekoloji qanunların olmasına bax
mayaraq bu qanulann işləmə mexanizmi hələ də geri qalır. Bu baxım
dan ekoloji qanunvericiliyin həyata keçməsi mexanizmini təkmilləşdir
mək üçün sosioloji tədqiqatların keçirilməsi zərurəti meydana çıxır;
– Ekoloji hüququn sosioloji cəhətdən öyrənilməsi ətraf mühitin
mühafizəsində ekoloji qanunların sosial təsirinin gücləndirilməsində
müəyyən elmi əhəmiyyət kəsb edir.
Mövcud kitab öz strukturuna görə giriş, dörd fəsil və nəticədən iba
rətdir. Kitabın I fəslində insan-təbiət münasibətlərinin tarixi təkamüli
araşdırılır, təbiətə münasibətin ekoloji-hüquqi statusu müəyyənləşdirilir,
ekoloji şüurun formalaşmasında ekoloji fəlsəfə və ekoloji hüququn rolu
tədqiq edilir, ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericilik aktlann-
5
Comments are closed, but trackbacks and pingbacks are open.