Press "Enter" to skip to content

Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli diqqət mərkəzindədir

formalaşdıran ünsürləri, yəni daş və torpağı

Ekologiya və Ətraf müHİTİn mühafiZƏSİ uot 624. 131. 1

Ərazinin seysmikliyinin araşdırılması .

Seysmik araşdırmalardan əldə edilmiş nəti-

cələri nəzərə alaraq demək olar ki, həmin

ərazidə mövcud olan böyük çatların inkişafın-

dan irəli gələn maksimum üfqi sürətlənmə və

yaxud (g) g=0/3 bərabərdir. 2 saylı cədvəldə

sözügedən ərazidə mühüm torpaq çatlarının

törətdiyi ən güclü zəlzələlər əks etdirilmişdir.

Tədqiq edilən məntəqənin geomexa-

niki tədqiqatı. Dağətəyi zona və yamacları

formalaşdıran ünsürləri, yəni daş və torpağı

sabilt vəziyyətdən çıxarıb, müxtəlif növ hərə-

kət, titrəmə, axma, daş parçaları və qayaların

çevrilməsinə və s. səbəb olan bütün amillər

yamacların qeyri-sabitliyini şərtləndirən amil-

lər sırasına daxildir. Tədqiq etdiyimiz zonanı

formalaşdıran süxurların eynicinsli olmama-

sını, bu yamacların daşla torpağın sintezindən

əmələ gəldiyini və vahid quruluşa malik ol-

madığını (şək.1) nəzərə alsaq, bu zonada möv-

cud olan torpaq və qaya daşlarının geomex-

aniki xüsusiyyətləri ayrı-ayrılıqda və müstəqil

Süxur kütləsinin təsnifatı. Tədqiqat sa-

həsində aparılmış araşdırmalar və ölçü işləri-

ni, həmçinin təsnifatlaşdırma üzrə norveçli

Barton və onun həmkarları tərəfindən irəli sü-

rülmüş məşhur Q metodunun geniş şəkildə is-

tifadə edilən digər təsnifat metod-larına nisbə-

tən daha dəqiq və mükəmməl olduğunu nəzə-

rə alaraq, aşağıdakı cədvəl (cəd.3) tərtib edil-

Qayaların təsnifatı. Yerində aparılmış

araşdırmaları nəzərə alaraq demək olar ki,

tədqiq edilən qeyri-stabil yamacları formalaş-

dıran torpaq iki növdən ibarətdir. Birincisi,

həmin yerin səthini və üst hissəsini təşkil edən

torpaq layı, onun qalınlığı təxminən 1-3 m-

dir. Bu torpaq qatı gil və daş qırıntılarından

təşkil olunmuşdur və nizamsız kolleksiya şək-

lindədir. Bu kütlənin böyük bir hissəsi yarım-

həssas gillərdən təşkil olunmuşdur və daim

yamac hissənin üst qatlarındakı sularla birba-

şa təmasda olur (nümunə 1). İkincisi isə dağə-

təyi zonanın daha dərin qatlarında olan açıq

yaşıl və boz rəngli mergel-gil qatından ibarət-

dir və aparılmış araşdırmaların nəticələri onu

göstərir ki, bu qat birinci nümunəyə nisbətən

daha həssasdır (nümunə 1). Atterbergin (At-

terberg, 1990) apardığı araşdırmalar gilin ak-

tivliyinə, ələk analizinə və digər geomexaniki

xüsusiyyətlərə aydınlıq gətirir və bu göstərici-

lər 4-7 saylı cədvəllərdə təqdim edilmişdir.

Plastiklik indeksi (Plasticity Index) axıcılıq

həddi ilə plastiklik həddi arasındakı münasi-

bətdən (Pİ=LL-PL) ibarətdir və 1 və 2-ci nü-

munələrdə sıra etibarilə 14 və 15-ə bərabərdir.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli diqqət mərkəzindədir

Bakı, 5 iyun (AZƏRTAC). 5 iyun – Dünya Ətraf Mühitin Mühafizəsi Günüdür.

XIX əsrin sonlarından başlayan elmi–texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar. Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti də öz növbəsində məsələni daim diqqət mərkəzində saxlamağa çalışırdı.

Nəhayət, 1972–ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilmişdir. O vaxtdan etibarən hər il bu gün bütün dünyada təntənəli şəkildə qeyd olunur.

Dünya Ətraf Mühitin Mühafizəsi Gününün hər il geniş tədbirlərlə qeyd edildiyi Azərbaycanda da ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin Azərbaycanda hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir.

Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir. Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya ili” elan etməsi bu sahəyə diqqəti daha da artırmışdır. “Ekologiya ili” çərçivəsində, eləcə də sonrakı illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlətimizin başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər.

Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr vermişdir. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-dən fəaliyyətə başlayan İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərə verilən önəmin göstəricisidir.

Bu gün ölkəmizdə ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsi məsələlərinə daha çox diqqət yetirilir. Milli parkların yaradılması işi uğurla davam etdirilir, təbii ehtiyatların qorunması üçün uzunmüddətli dövlət planları nəzərdə tutulmuşdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun – Dünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir.

Bu il də nazirlik tərəfindən Bakı-Qazax və Bakı-Quba magistral avtomobil yollarının ətrafında salınmış yaşıllıqlara qulluq göstərilməsi məqsədilə iməciliklər keçirilmiş, eyni zamanda, respublikanın rayonlarında da ictimaiyyətin iştirakı ilə bu kimi tədbirlər təşkil olunmuş, yaşıllıqlara qulluq edilmiş, o cümlədən bir sıra ərazilər məişət tullantılarından təmizlənmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən ötən il ərzində ekoloji qanun pozuntularına görə 2562 akt və 820 protokol tərtib olunmuş və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün 1095 müddətli məcburi göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 6058978.1 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 1956963.47 manat məbləğində iddia qaldırılmışdır. Əmələ gələn tullantıların ətraf mühitə (torpaq, su, atmosfer) atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə, idarə və müəssisələrə 1097725.22 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 172 işdən 50-nə, icra qruplarına ünvanlanmış 536 işdən 254-nə, məhkəmələrə göndərilmiş 180 işdən 126-na baxılaraq müvafiq tədbirlər görülmüşdür.

Bununla yanaşı, tələbələrin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə ali təhsil müəssisələrinin tələbə və müəllim kollektivləri ilə görüşlər keçirilmişdir. Bu görüşlərdə dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və bu istiqamətdə gənc nəslin fəal rolundan danışılmış, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının zəruriliyi diqqətə çatdırılmışdır.

Keçirilən tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır.

Comments are closed, but trackbacks and pingbacks are open.