Ekoloji problemlər: Səbəbləri, nəticələri və çıxış yolları – ARAŞDIRMA
Elçin Bayramlı
Ekoloji tənzimləmə
Hazırki dövrdə ekoloji vəziyyətin gərginlaşməsi ilə əlaqədar və ekologiya – iqtisadiyyat münasibətlərinin dərinləşməsinə uyğun olaraq təbiətin və cəmiyyətin harmonik qarşılıqlı əlaqə və təsir istiqamətində əməli işlər görülməlidir. Bunun üçün xüsusi ekoloji tənzimləmə sistemi yaradılmalıdır. Bu baxımdan iqtisadiyyatda ekoloji tənzimləmə xüsusi yer tutur. O, dövlətin təbiətin mühafizəsi sahəsindəki siyasətinə iqtisadi təsir göstərir. Ekoloji tənzimləmə təsir obyekti kimi istehsal və təbiətin istehsalla bağlı ünsürlərinə təsir göstərə bilər. Digər elementlər iqtisadiyyat üçün kənar amillər sayılır, ancaq bunlar da öz növbəsində bazar iqtisadiyyatı şəraitində qarşılıqlı tarazlığa gətirib çıxara bilərlər.
Belə çətinliklərin aradan qaldırılması üçün iqtisadiyyatda bir sıra yanaşmalar tətbiq olunur. Söhbət əsasən vergi və maliyyə yardımlarından gedir. Əgər kənar amil iqtisadiyyata mənfi təsir göstərirsə vergi, əgər müsbət təsir göstərirsə subsidiyalar tətbiq edilir. Sonralar oqtosadoyyatda kənar amillər üçün süni bazar yaradılması təklif olunmuşdur. Bu konsepsiyanın köməyi ilə kənar amillərin göstəricisi kimi ətraf mühitə atılan qaz və bərk formalı tullantılar cə çirkab suları qəbul olunmuşdur. Beləliklə, iqtisadiyyatda ekoloji tənzimləmənin iqtisadi üsullara keçirilməsi baş verir. Ətraf mühitin keyfiyyətini qoruyub saxlamaq və ekoloji təhlükəszliyi təmin etmək üçün dünya ölkələrinin çoxunda xüsusi dövlət orqanları yaradılmışdır. Bu orqanlar həm ətraf mühitin keyfiyyətinə cavabdehdirlər, həm də ətraf mühitin çirklənməsi ilə əlaqədar proqram və tədbirlər hazırlayıb həyata keçirirlər. Maraqlıdır ki, ilk dövrlər təbiəti mühafizə tədbirlərinin iqtisadi müxanizmləri bu oorqanlar tərəfindən çox az tətbiq olunmuşdu. Daha çox inzibati – amirlik mexanizmləri tətbiq olunurdu. Birbaşa ekoloji tənzimləmə ilə onun son nəticəsi arasında əlaqə çox aydın görünür. Ancaq iqtisadi mexanizm yolu ilə tənzimləmə daha uzun müddətdə nəzərdə tutulur. Ancaq ekoloji tənzimləmənin iqtisadi üsulları, çirklənmə mənbələrini yardan müəssisələrə qərar qəbul etməkdə daha çox azadlıq verir. İqtisadi üsullar dövlət ətbiəti mühafizə orqanları ilə ətraf mühiti çirklədirən müəssisələr arasında normal iqtisadi əməkdaşlığın yaradılmasına kömək edir. Birbaşa ekoloji tənzimləmədə isə onlar arasında daim qarşılıqlı etibarsızlıq və ziddiyət hökm sürür. Iqtisadi üsullar təbiəti mühafizə işidə özünü həmişə doğrultmur və əsasən inzibati tənzimləməni iqtisadi məcraya yönəltmək üçün, ya da birbaşa tənzimləmə özünü doğrultmadıqda tətbiq olunur. Təxminən 70 – ci illərin ortalarından başlayaraq hiss olundu ki, inzibati – amirlik nəzarət üsulları özünü doğrultmur və iqtisadi mexanizmlər daha çox tətbiq olunmağa başladı.
Ekoloji tənzimləmənin çoxillik təcrübəsiin öyrənilməsi Azərbaycan iqtisadiyyatında da təbiətdən səmərəli istifadənin təsərrüfat mexanizmlərinin yaradılması üçün əhəmiyyət kəsb edir. Hazırki dövrdə ekoloji tənzimləmə qarşılıqlı əlaqədə olan hər iki üsulla aparılmalıdır və buların hansının harada tətbiq edilməsi konkret region və yaxud müəssisədən aslıdır.
Əgər tətbiq olunan mexanizmlər və tədbirlər müəssisənin təsərrüfat fəaliyyətinə yaxşı təsir edirsə bu müsbət styimul, pisa təsir göstərirsə, bu mənfi stimul adlanır.
Ekoloji tənzimləmə və onun iqtisadi mexanizmləri ilk növbədə təbii ehtiyyatlara qiymət qoyulması ilə bağlıdır. Makroiqtisadi səviyyədə dövlətin lazımi iqtisadi siyasəti də mühüm rol oynayır. Güzəştli kreditlər və güzəştli vergi sisteminin, çirklənməyə görə cərimələrin hazırlanıb sistem halına salıması sözsüz ki, ilk növbədə dövlət təbiəti mühafizə orqanlarının borcudur. Müasir iqtisadi şərait təbiətdən istifadənin səmərəliliyi üçün çox mürəkkəb vəziyyət yaratmışdır. Bunlara baxmayaraq bir sıra strateji məsələlər var ki, onlar yaxın dövdə öz həllini tapmalıdır. Bunlara aşağıdakılar daxildir:
1. Bazar iqtisadiyyatına uyğun rəqabətli əsaslarla təbii ehtiyatların və ətraf mühiti çirkləndirmənin qiymətlər sisteminin yaradılması. Çüki bazar iqtisadiyyatı şəraitinə uyğun olaraq təbii ehtiyatların bazar qiymətinin müəyyənləşdirilməsi və eyni zamanda ətraf mühiti çirkləndirərkən dəyən zərərin ödənilməsi mühüm əhəmiyyət kəsb edir.
2. Məhsulların və ətraf mühitin keyfiyyətinin yoxlanılmasının texniki, sanitar və inzibati mexanizmlərinin yaradılması.
3. Ekoloji cəhətdən təmiz texnologiya tətbiq etməklə məhsul istehsal edən və ətraf mühiti çirkləndirməyən, müəssisələrə güzəştli vergi və kredit şəraitinin yaradılması.
İstənilən bazar iqtisadiyyatı bərqərar olan ölkədə təbitəi mühafizə sistemi lazım olan səmərəni o vaxt verir ki, bu sistemə iqtsadi mexanizmlər daxil olsun. İqtisadi marağın tətbiq olunması aşağıdakı əsas göstəricilərdən meydana gəlir:
1. Təbiəti mühafizə məqsədinə nail olmağın əhəmiyyəti.
2. Buna sərf olunan maddi resursların əhəmiyyəti.
3. Müvafiq dövlət orqanının lazımi məlumatlarla təmin edilməsi qabiliyyəti.
4. Təbii ehtiyyatların və çirklənmənin qiymətləndirilməsi.
5. Texnologiya və təbii ehtiyatların istifadəsi sahəsində olan mümkün dəyişikliklər müqabilində çeviklik.
6. Yeni, az tullantılı və ya tullantısız texnologiyanın hazırlanmasının maddi maraqlandırmaq qabiliyyəti.
7. Münasib iqtisadi nəticələrin ədalətli bölüşdürülməsi.
8. Geniş əhali kütləsinin bu işlərə cəlb olunması.
9. Dövlət üçün bu işlərin yerinə yetirilməsi mümkünlüyü.
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məqsədilə təbii ehtiyatlardan istifadə edənlər və məhsul istehsal edən istehsalçılar ətraf mühiti çirkləndirdiklərinə görə onun çirklənmə miqyasını bilməlidirlər. Bu məqsədlə aşağıdakı bazar mexanizmlərinin adlarını çəkmək olar:
– havaya və suya atılan zərərli maddələr üçün lisenziyanın alınıb satılması;
– çirklənməyə görə ödənişlər;
– ekoloji cəhətdən təhlükəli məhsulların anbarda toplanmasına və saxlanmasına görə girov qoyulması;
– enerji daşıyıclarına qənaət məqsədilə enerji istehsalına dövlət məsrəflərinin azaldılması;
– ekoloji cəhətdən təhlükəli layihə və tədbirlərə maliyə yardımının ayrılmaması.
Ölkədə yaradılan bazar iqtisadiyyatı təbiəti mühafizə sahəsində də bu münasibətlərin tətbiqinə yol açır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iqtisadi maraqlandırma tətdbirləri istifadəsi müsbət nəticələrə gətirir. Bir çox ölkələrdə bu sahəyə xüsusi fikir verilir. Bunlara ilk növbədə çirklənmədən dəyən sosial iqtisadi zərərin qiymətləndirilməsi və istehsalın təşkilində ekoloji məsələlərə fikir verilməsi aiddir. İqtisadi tənzimləmə tədbirləri inzibati və birbaşa təsir üsullarından qat – qat üstündür. Təbiətin mühafizə sahəsində yaradılmış bazar öz mahiyyətinə görə ümumi bazardan fərqlənmir və buradakı əsas münasibətlər əmtəə – pul münasibətləridir. Bazaq münasibətləri hüquqların paylanmasından sonra başlanır. Ekoloji bazarda aşağıdakı hüquq və səlahiyyətləri ayırmaq olar:
1. Atmosferə olan tullantılara olan hüquq. Bu səlahiyyət mənbəyə tullantılarının tərkibi və kəmiyyəti icazəsinin verir;
2. Çirkab sularının axıdılması hüququ;
3. Ümumiyyətlə, ətraf mühitin çirkləndirilməsi hüququ.
Bu səlahiyyət həm mənbələr arasında, həm də dövlət təbiəti mühafizə orqanları ilə mənbələr arasında alınıb – satıla bilər. Mənfəəti maksimumlaşdıran firmaların, yaxud müəssisələrin gəlir formasının tullantıların məhdudlaşdırılmış, yaxud da məhdudlaşdırılmamış gəlirlərinin fərqi kimi müəyyən edirlər. Müəssisələrin gəlirlərinin maksimumlaşması əvəzinə model qabarıq olduğu şəkildə çirklənmənin idarə olunmasına məsrəflərin formasının minimumlaşması optimal çirklənməyə yaxınlaşır. Əgər firmanın çəəsrəflərinin cəm formasının minimumlaşdırılmasını tədqiq etmək, onlar üçün mühitin keyfiyyətinin aşağı düşməsi məhdudlaşdırıcı rol oynayır.
2. Ekoloji tənzimləmədə iqtisadi mexanizmlər.
İqtisadi mexanizmləri 2 qrupa bölmək olar:
– bütün təsərrüfat sahələrini əhatə edən mexanizmlər – makro səviyyə;
– xüsusi mexanizmlər – bilavasitə ətraf mühitin mühafizəsi ilə bağlı olan iqtisadi mexanizmlər.
Bəzən təbiətdən istifadənin iqtisadi mexanizmlərini 3 qrupa ayırırlar:
1. Kompensasiya mexanizmləri – bu mexanizmlər iqtisadi inkişaf üçün ən ümumi məhdudiyyət həddi qoyur. Bu üsullar demək olar ki, iqtisadi inkişafa mane olmur. İqtisadi mexanizmlərin bu qrupu əsasən meqativ ekoloji nəticələrin aradan qaldırılmasına yönəlir və onu yaradan səbəblər isə heç araşdırılmır da. Təbiətdən istifadənin bu qrupu iqtisadiyyatın inkişafının texnogen tipinə aiddir.
2. Ekoloji balanslaşdırılmış və təbiəti mühafizə istehsal və fəaliyyətinin inkişafını stimullaşdıran mexanizmlər. Bu mexanizmlərin əsasını bazar münasibətləri təşkil edir. Onlar təbii ehtiyatların mühafizəsinə yeni texnologiyanın tətbiqi vasitəsilə şərait yaradır. Nəzəri cəhətdən bu qrup zəif davamlı inkişaf üçün səciyyəvidir.
3. Sərt mexanizmlər. Bu mexanizmlər həm inzibati, həm də bazar mexanizmlərini əhatə edir. Bunlara aiddir: sərt vergi – kredit mexanizmləri, təbii ehtiyatların istifadəsini genişləndirən üsullar daraldan cərimə siyasəti. Reallıqda bu cür mexanizmlər ayrıca demək olar ki, olmur. Çox vaxt bunları birləşdirmək lazımdır. Bu isə konkret ərazi və texnologiyadan aslıdır.
Gələcəkdə iqtisadi inkişafın ekolojiləşdirilməsi möqteyi – nəzərindən stimullaşdırılması və sərt mexanizmlərin sintezi məqsədə uyğundur. Kənd təsərrüfatı üçün kənd təsərrüfatının bioloji inkişafını stimullaşdıran üsullar iqtisadi sərt mexanizmlərlə birləşdirilməlidir. Bu üsulların birliyi texnogen kənd təsərrüfatı tipini təsərrüfatdan çıxarmalıdır.
ASK – nın inkişaf konsepsiyası, kənd təsərrüfatı məhsullarının qıtlığı ilə bağlıdırsa, Tİİ mexanizmləri kifayət qədər yumşaq olmalıdır ki, yeni torpaq və su ehtiyyatlarının dövriyyəyə qatılmasına mane olmasın, kimyəvi vasitələrin kənd təsərrüfatında istifadəsinə yardımçı olsun. Tİİ mexanizmlərinə aşağıdakı elementlər daxildir:
– təbiətdən istifadənin ödənişliyi;
– təbiəti mühafizə fəaliyyətinin iqtisadi maraqlandırma sistemi;
– ətraf mühitin çirklənməsinə görə ödəniş;
– təbii ehtiyatlar bazarının yaradılması;
– ekoloji amil nəzərə alınmaqla qiymətin əmələ gəlməsinin mükəmməlliyi;
– çirklənmə hüquqlarının satılması;
– girov – pul sistemi;
Təbii ehiyatların iqtisadi qiymətləndirilməsi və qiymət əsasında təbiətdən istifadənin ödənişliyi tətbiq olunmalıdır. Təbitədən istifadənin ödənişliyinin tətbiqi ekoloji amillərin iqtisadiyyatda daha çox nəzərə alınmasına gətirib çıxarmalıdır. Müəyyən mənada təbii ehtiyatlardan istyifadəyə görə ödənişlərin içərisində aşağıdakı ödənişlər var:
– təbii ehtiyatlardan istifadə hüququna görə;
– təbii ehtiyatların mühafizəsi və təkrar istehsalına görə.
Təbii ehtiyatlardan istifadə hüququna görə ödəniş əsasən təbii ehtiyatların sahibi üçün nəzərdə tutulur. Bu dövlət də ola bilər, şəxsi mülkiyyətçi də.
Ən geniş istifadə olunan və səmərə verən üsullardan biri də vergilərdir. Ekoloji vergilər ən azı 2 məsələni yerinə yetirir: 1) məhsulun qiymətinin ona sərf olunan məsrəflərə, o cümlədən də təbii ehtiyatlara, təbiətə dəyən zərərə adekvat olması; 2) ekoloji zərərin çirkləndirənlər tərəfindən kompensasiyana şərait yaratmaq. Ekoloji vergilər ekoloji balansladşırılmış siyasəti stimullaşdıra da bilər, resusrstutumlu istehsalı isə sıxışdıra bilər.
Ekoloji istiqamətli vergilər sistemində dörd aspekt ayırmaq olar: sahəvi, texnoloji, regional və məhsula aid olan.
Təbiətdən səmərəli istifadənin və mühafizənin iqtisadi mexanizmləri sistemində təbii mühitin çirklənməsıinə görə ödənişlər mühüm yer tutur. Onlar müəssisə və firmalar tərəfindən ətraf mühitə dəyən ekoloji – iqtisadi zərəri, eksternaliyaları kompensasiya etmək üçündür.
Təbiəti mühafizə sahəsində ən qədim və yoxlanılmış iqtisadi alət – girov sistemi və ya girov saxlama – qaytarma sistemidir. Hansısa məhsulu alarkən biz xüsusi məbləğ ödəyirik ki, sonra da bu məbləğ bizim özümüzə qaytarılır. Bu mexanizmin sadəliyinə baxmayaraq, ətraf mühitə atılan tullantıların həcmini azaldır.
3. Ekoloji tənzimləmədə inzibati – iqtisadi üsullar.
İnzibati və ya birbaşa üsullar ətraf mühitin mühafizəsinin ənənəvi və geniş yayılmış yoludur. Bu, iqtisadiyyatda texnogen inkişaf nəticəsində təbii mühitin deqredasiyasına insanların ilk cavabı idi. Sənaye və kənd təsərrüfatının təbiətə misilsiz təsiri təmizləyici filtrlərin və qurğuların, texnogenezdən xüsusi qorunan ərazilərin yaranmasına, tullantıların toplanıb saxlanması sisteminin təkimilləşməsinə, çirklənmiş torpaqların rekultivasiyasına gətirib çıxardı. Bu gün də bütün dünyada təbiəti mühafizə plan və proqramlarında bu tədbirlərə əsas diqqət yetirilir. Aydındır ki, bu üsullar texnogen inkişafın nəticələri ilə mübarizə aparmaqdır, əslində isə onu doğuran səbəblər məhdudlaşdırılmalıdır və ləğv olunmalıdır.
Buna baxmayaraq birbaşa tənzimləmə üsullarının rolu gələcəkdə çox böyük olacaqdır. Təəssüf ki, texnologiyanın müasir səviyyəsi, istehsalın inkişafının neqativ neqativ ekoloji nəticələrinin ancaq alternativ variantlar və aztullantılı texnologiyalar əsasında ləğv olunmasına imkan vermir. Ona görə də ətraf mühiti hələ uzunm müddət, ənənəvi mühafizə vasitələrinin köməyi ilə qorumalı olacağıq. Bu məsələdə zaman amili də vacibdir. Struktur dəyişikliyi, köhnə texnologiyanın əvəz olunması uzun vaxt və böyük investitsiyalar tələb edir. Kəskin keoloji böhran və təbii obyektlərin deqredasiyası şəraitində təcili tədbirlər görülməlidir ki, bunlara ad birbaşa təsir tədbirləri aiddir.
Birbaşa təbiəti mühafizə tədbirləri içərisində “daimi” olanlar da var. Məsələn, bioloji müxtəlifliyin saxlanması, endemik növlərin qorunması və s. problemlər xüsusi qorunan ərazilərin – qoruqların, milli parkların və s. yaradılmasını tələb edir. Ancaq bu yol ilə yox olan bitki və heyvan növlərini xilas etmək olar.
İqtsadiyyatda vəsaitlərin çatışmaması ekoloji – iqtisadi siyasətdə bu və ya digər prioritetlərin müəyyən olunmasına gətirib çıxarır. Son dövrlər təbiəti mühafizəyə xərclərin artırılması tələbləri geniş yayılmışdır. Bu, çox vaxt iqtisadiyyata qoyulan investitsiyaların və ya ümumi milli məhsulun həcmi ilə tutuşdurulur. Bu halda təbiəti mühafizə xərcləri ancaq birbaşa təbiəti mühafizə tədbirlərini əhatə edir. Əlbəttə, bu düzgün yanaşma deyil. Çünki iqtisadiyyatdakı struktur dəyişikliyinə, aztullantılı texnologiyanın inkişafına məsrəflər də dolayı yolla təbiəti mühafizə xərcləridir. Bu tədbirlərə daha çox yer verilməlidir.
Birbaşa və dolayı tənzimləmə üsulunun hər birinin həm üstünlükləri, həm də çatışmazlıqları var. Gələcəkdə bunların hər ikisinin sintezindən istifadə olunması daha məqsədəuyğum olar. Bu üsullara bəzən dövlət və bazar üsulları da deyirlər.
Ədəbiyyat
Ekoloji problemlər: Səbəbləri, nəticələri və çıxış yolları – ARAŞDIRMA
XXI əsrin ən böyük problemlərindən biri də texnogen inkişafın daha böyük miqyasa çatması və bunun nəticəsində təbiətə təzyiqin yüksək templə artmasının doğurduğu problemlərdir. Başqa sözlə, ekoloji böhranın yaşanmasında antropogen təsirlərin rolu ən yüksək həddə çatıb ki, bu da özünü anormal iqlim şəraitində, təbii fəlakətlərin artmasında və ərzaq məhsulları istehsalının aşağı düşməsində göstərir. Artıq əksər dövlətlər bu nəticələrin aradan qaldırılması üçün böyük qüvvə sərf etməyə məcbur olurlar. Azərbaycan hökuməti də ekoloji problemlərin həll edilməsi üçün müxtəlif tədbirlər həyata keçirir. Buna baxmayaraq, respublikada ekoloji problemlər öz aktuallığını itirmir. Bəs ölkəmizdə ekoloji problemlərin əsas mənbəyi nədir- qlobal ekoloji proseslər, yoxsa lokal təsirlər? Bu yazıda bu suala cavab tapmağa çalışacağıq.
Hazırda Azərbaycanda əsas ekoloji problemlər bunlardır;
- Su ehtiyatlarının çirkləndirilməsi və su mənbələrinin azalması,
- Sənaye müəssisələri və avtonəqliyyatın atmosferi çirkləndirməsi;
- Kənd təsərrüfatı üçün yararlı torpaqların sıradan çıxması;
- Tullantıların tələb olunan səviyyədə idarə olunmaması;
- Biomüxtəlifliyin, meşələrin, flora və faunanın qorunmaması.
Su hövzələrinin çirklənməsi
Azərbaycanda əhalinin içməli suya olan tələbatını ödəmək üçün potensial baxımdan kifayət qədər yeraltı su ehtiyatı yoxdur. Respublikanın yerüstü su hövzələrinin də çirklənmə dərəcəsi yüksəkdir. Bu problem həm qonşu ölkələrdən gələn çayların orada çirklənməsi ilə bağlıdır.
Əsas təbii su hövzəsi olan Xəzər dənizinə bütün mənbələrdən ildə təxminən 12 mlrd. kub.m çirklənmiş sular axıdılır ki, bunun da 80 faizi Rusiyanın payına düşür. Azərbaycan ərazisindən isə, dənizə hər il 250 mln kub.m-dən artıq çirkli su axıdılır. Nəticədə Bakı buxtasında 60 mln. kub.m-dən çox çirkləndirici maddələr toplanıb.
Kürün suyunun 74 %-i isə Gürcüstan və Ermənistan ərazilərindən formalaşır və həddən artıq çirklənməyə məruz qalır. Hesablamalar göstərir ki, Kür çayı hövzəsinə Ermənistandan (Arazla) ildə orta hesabla 300 mln.kub.m, Gürcüstandan 265 mln.kub.m, Azərbaycandan isə 25 mln.kub.m çirklənmiş su atılır və nəticədə Kür çayı suyunun mis, sink, fenol, neft məhsulları və s. zərərli maddələrlə həddən artıq çirklənməsi müşahidə edilir.
Bundan başqa, təmizlənməmiş təsərrüfat-məişət çirkab suları ilə çaya ildə 40 min ton üzvi maddələrin axıdılması oksigenin biokimyəvi istifadəsinin kəskin artmasına səbəb olur. Kür çayında fenolların miqdarı normadan 10 dəfə, karbohidrogen isə 36 dəfə artıqdır.
Atmosferin çirklənməsi
Ölkəmizin atmosfer havasının vəziyyətinə gəldikdə isə, onu qeyd etmək lazımdır ki, təxmini hesablamalara görə, hər il sənaye müəssisələri və yanacaqla işləyən nəqliyyat vasitələri tərəfindən atmosfer havasına 1 milyon tondan artıq zərərli maddələr atılır. Bunun yarısı sənaye müəssisələrinin, digər yarısı isə avtonəqliyyat vasitələrinin payına düşür.
Bakı şəhərinin atmosfer havasına yarım milyon tondan artıq zərərli maddələr atılır ki, bu tullantıların da təxminən 30 faizi sənaye müəssisələrinin, 70 faizi isə avtonəqliyyat vasitələrinin payına düşür.
Qeyd etmək lazımdır ki, atmosfer havasını çirkləndirən əsas mənbələr neftçıxarma, neft emalı, neft-kimya və energetika müəssisələri və avtonəqliyyatdır. Stasionar və səyyar mənbələrdən atmosferə əsasən bərk toz hissəcikləri, karbon oksidləri, azot oksidləri, kükürd oksidi, karbohidrogenlər və digər uçucu kimyəvi maddələr atılır.
Müəssisələrin çoxunda filtrlər, təmizləyici qurğular ya yoxdur, ya da tez-tez dəyişilmir. Tikinti sahələrinin həddən artıq çoxalması və sıxlığı, avtomaşınların sayının artması kimi hallar vəziyyəti daha da kəskinləşdirir.
Torpağın deqradasiyası hansı səbəblərdən yaranır?
Azərbaycanın 8,6 milyon hektar ümumi torpaq fondunun yalnız 4,3 milyon hektarı və ya 50 faizi kənd təsərrüfatına yararlıdır. Yararsız torpaqlarda eroziya, şoranlaşma, bataqlıqlaşma, kimyəvi çirklənmə və s. proseslərin təsiri nəticəsində deqradasiya gedib.
Torpaqların bu faktorun təsirinə məruz qalmasının əsas səbəbləri respublikanın təbii iqlim şəraiti ilə yanaşı, son 30 il ərzində davam edən təsərrüfatsızlıq, sistemsizlik, əkinçilik mədəniyyətinin aşağı səviyyədə olması, meşə və yaşıllıqların qırılması və s. kimi antropogen amillərdir.
Respublikanın 1,3 mln. ha torpaq sahəsi şoranlaşmaya məruz qalıb və bunun tam yarısı suvarılan sahələrdir. Kolektor-drenaj xətlərinin bərbad vəziyyətdə olması, torpaqların relyefi, meliorativ xüsusiyyətləri, şoranlaşma dərəcəsi, qrunt sularının səviyyəsi və s. faktorlar nəzərə alınmadan sututarların tikilməsi, daşqınlar kimi amillər həmin torpaqların şoranlaşmasına və əkin dövriyyəsindən çıxmasına gətirib çıxarıb.
Dağ-mədən işləri, intensiv şəhərsalma və digər antropogen təsirlər nəticəsində 30 min hektardan artıq torpaq korlanıb sıradan çıxıb. Bunun təxminən 15 min hektarı neftlə çiklənib. Qalan yarısı isə, kimya sənayesi tullantıları, suvarma kanallarının çöküntüləri, faydalı qazıntı yataqlarının istismarı, tikinti və komunal müəssisələrinin və dağ-mədən tullantıları ilə çirklənib sıradan çıxıb.
Tullantıların idarə olunması səviyyəsi qənaətbəxşdirmi?
Dünya miqyasında mövcud problemlərdən biri də ətraf mühitin davamlı üzvi çirkləndiricilər və ağır metallarla çirklənməsinin minimuma endirilməsidir ki, bu, respublikamız üçün də olduqca aktual olub, həlli vacib problemlərdəndir. Bu növ çirklənmənin əsas mənbələri neft emalı, neftkimya, kimya, energetika, tikinti materialları istehsalı, avtonəqliyyat, kənd təsərrüfatında pestisidlərin tətbiqi və tullantıların yandırılması kimi proseslərdir ki, bu mənbələrdən ətraf mühitə dioksinlər, furanlar, bifenil və ağır metallar atılır.
Adı çəkilən birləşmələr təbii mühitə, o cümlədən insan sağlamlığına uzunmüddətli neqativ təsir göstərən havada uzun müddət asılı qalan, çətin parçalanan və tərkibində zəhərli birləşmələr olan təhlükəli maddələrdir.
Yeri gəlmişkən, Balaxanıda inşa olunan bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodlarının fəaliyyətə başlamasından sonra bu sahədə vəziyyət xeyli yaxşılaşıb. Bu işin digər şəhərlərdə də tətbiqinə çox böyük ehtiyac var.
Əhali tərəfindən meşə ehtiyatlarına təzyiq artıb
Son 30 ildə ölkəmizin meşə təsərrüfatı daha bir ağır problemlə üzləşib. İşğalçı Ermənistan tərəfindən ölkəmizə qarşı edilən təcavüz nəticəsində meşələrimizə sağalmaz yara vurulub. Ermənistanın təcavüzü nəticəsində 251 min ha (və ya meşə ilə örtülü sahənin 25%-i) meşə sahəsi 30 il ərzində işğal altında qaldığından, 10,2 min ha meşə sahəsi təsərrüfat dövriyyəsindən çıxıb. İşğal altında qalmış meşələrimiz vəhşicəsinə qırılıb talan edilib. Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib aparılması biomüxtəlifliyin pozulmasını kritik həddə çatdırıb.
Qeyd etmək lazımdır ki, son 30 il ərzində əhali və ağac emalı müəssisələri tərəfindən meşə ehtiyatlarına təzyiqin artması müşahidə olunur. Respublikanın mərkəzində sipər rolunu oynayan Kürqırağı Tuqay meşələrinin 75-80 %-i məhv olub; dağ və dağətəyi meşələr sistemsiz qırılıb sıradan çıxır. Təbii bərpa edilmə imkanları ciddi surətdə məhdudlaşır (qanunsuz olaraq mal-qara otarılması, normadan artıq antropogen təsir) və nəticədə Azərbaycanın əvəzedilməz yaşıl örtüyünün gələcəyi itirilmə təhlükəsi qarşısında qalır.
Bu istiqamətdə Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Lakin mətbuatda tez-tez yayılan materiallar göstərir ki, problemin qarşısı tam alına bilmir. Çünki, kəndlərin bir hissəsi qazlaşdırılmayıb. Üstəlik, nəzarətin zəif olması meşələrin tikinti və yanacaq məqsədilə qırılmasına, yanğınların baş verməsinə gətirib çıxarır.
Nəzarət, cəzalandırma, stimullaşdırma və maarifləndirmə
Qeyd etmək lazımdır ki, ölkədə ekoloji problemlərin həllində ictimaiyyət əsasən qeyri-hökumət təşkilatları vasitəsi ilə iştirak edir. Bəs belə təşkilatlar bu sahədə nə işlər görə bilir?
Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Quliyev deyir ki, dövlətin bu sahədə ciddi işlər görməsi vacibdir, lakin vətəndaşlar özləri də ekoloji problemlərə gətirib çıxaran əməlləri etməməlidir: “Biz ötən illərdə Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) maliyyə dəstəyi ilə layihələr həyata keçirmişik. Jurnalistlər ölkənin 4 müxtəlif ekodəhlizinə səfər edib, dağlıq və meşəlik bölgələrdə çadırlarda məskən salıblar, monitorinq keçiriblər. Monitorinq müddətində KİV nümayəndələri mövcud vəziyyəti öz gözləri ilə görüb yazılar hazırlayıb dərc etdiriblər”.
Ekspert deyir ki, meşələrdə heyvanların otarılmasına son qoyulmalıdır. Heyvanlar yeni pöhrələri yeyir və meşələrin cavanlaşması prosesi dayanır. Artıq bir çox ərazilərdə keçəlləşmə gedir. Üstəlik, mebel fabrikləri meşələri gizlicə qırırlar, bahalı ağacları kəsib mebel düzəldib satırlar”.
C.Quliyevin fikrincə, nəzarət artırılmalı, cəzalar yüksəldilməli, stimullaşdırıcı və maarifləndirici tədbirlər görülməli, bununla paralel isə maarifləndirmə aparılmalıdır. “Ekologiyanı korlayanlar, ağacları qıranlar, havanı, suyu zəhərləyənlər ciddi cəzalandırılmalıdır. Bütün ucqar kəndlərə qaz çəkilməlidir ki, meşələri qırmasınlar. Bunların heç biri təklikdə problemi həll etmək gücündə deyil”.
Görülən işlər yaxşıdır, sadəcə, bu işləri daha da böyütmək lazımdır
Dövlətlə yanaşı, bu işə qeyri-hökumət təşkilatlarının da töhfə verməsi alqışa layiqdir. Bir çox ictimai təşkilatlar, fondlar ekologiyanın qorunması, sağlamlaşdırılması işinə töhvə verir. Xüsusən də, son dövrlərdə Heydər Əliyev Fondunun, İDEA-nın həyata keçirdiyi işlər nəticəsində xeyli yaşıllıq sahələri salınıb, biomüxtəlifliyin qorunması işinə diqqət verilir.
Qlobal iqlim dəyişikliklərinin getdiyi, dünya meşələrinin çox nəhəng miqyaslarda yanması (və ya yandırılması), içməli su ehtiyatlarının azalması şəraitində ölkəmizdə sağlam təbii mühit formalaşdırmağa çalışır. Dövlət isə qoruqların, milli parkların sayını və ərazisini genişləndirməklə, meşələrin qorunması işini gücləndirməklə, ekoloji normalara tələbləri artırmaqla və sair tədbirlərdə qlobal ejkoloji böhrandan ölkəmizin zərər çəkməməsinə və sağlam təbii mühitin formalaşmasına çalışır.
Media isə maarifləndirmə işləri, ekologiyaya zərər vuranların ifşası və sağlam təbii mühitin yaranmasının təbliği ilə məşğul olur və daha da məşğul olmalıdır.
Doğrudur, görülən tədbirlər nəticəsində bütün problemlər aradan qalxmayıb, qarşıda hələ görüləsi çox işlər var, ona görə də, dövlət, media və cəmiyyət bu işdə birgə fəaliyyət göstərməlidir. Bu halda Azərbaycanı cənnətə çevirmək mümkündür.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb.
Comments are closed, but trackbacks and pingbacks are open.