Press "Enter" to skip to content

Elman Yusifov – Wikipedia

(+994 12) 493 30 77

Ekoloji menecment i cild

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Ekoloji menecment: I cild

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Elman Yusifov – Wikipedia

Elman Yusifov 20 oktyabr 1959-cu ildə Qubadlı rayonunun Qaracallı kəndində anadan olmuşdur. 1967-ci ildə Bakı şəhəri 172 №-li məktəbə daxil olmuşdur. 1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini elektronika ixtisası üzrə bitirmişdir, 1999-2001-ci illərdə Qərb Universitetinin İqtisadiyyat fakültəsində beynəlxalq iqtisadi münasibətlər üzrə magistr elmi dərəcəsi almışdır. 1983-1984-cü illərdə AMEA Fizika İnstitutunun Fiziki-Kimyəvi Biologiya Sektorunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Məhsuldarlıq Proseslərinin Molekulyar Genetik Əsasları şöbəsində baş laborant vəzifəsində işləmişdir. 1984-1990-cı illərdə SSRİ EA Kristalloqrafiya İnstitutunda akademik B.Vaynşteynin rəhbərlik etdiyi Zülal Kristalloqrafiyası laboratoriyasında (Moskva) stajor-tədqiqatçı və əyani aspirant olmuşdur. 1990-cı ildə Azərbaycan EA Botanika İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mərkəzi Aparatının İşlər İdarəsinin rəisi, Mərkəzi Aparatın Elm Şöbəsinin rəisi, ET Meşəçilik İnstitutunun direktor müavini (II Dərəcə Dövlət Qulluqcusu ixtisas dərəcəsi) vəzifələrində işləmişdir. 2005-ci ildən Azərbaycan MEA Zoologiya İnstitutunda aparıcı elmi işçi, informasiya və patent qrupunun rəhbəri, İnformasiya və innovasiya şöbəsinin müdiri vəzifələrində işləmişdir. 2008-2010-cu illərdə “AzGerneft” müştərək müəssisəsində baş ekoloq vəzifəsində işləmişdir. Ailəlidir, iki övladı var.

Elmi fəaliyyəti

E.Yusifov 1990-cı ildə Kristalloqrafiya İnstitutunda (Moskva şəhəri) “Micrococcus Iysodeikticus bakteriyasından ayrılmış katalaza fermentinin 3A dəqiqliklə rentgen-struktur analizi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 39 elmi, 50- dən çox elmi-kütləvi məqalənin, 5 monoqrafiya, 3 kitab, 1 exoxəritə, 3 kitabça və 3 plakatın həmmüəllifidir. Fizika-riyaziyyat üzrə fəlsəfə doktorudur.Azərbaycanın Qırmızı Kitabının ikinci nəşrinin (Fauna) işçi qrupunun məsul katibi olmuşdur.

Elmi-pedaqoji fəaliyyəti

Uzun müddət müxtəlif ali təhsil ocaqlarında Ekologiya, Azərbaycanın sosial-iqtisadi coğrafiyası, İnternet-iqtisadiyyat, Konfliktologiya və s. fənlərdən dərslər aparmışdır.Həmmüəllifi olduğu “Ekoloji Menecment” kitabının [1] E.Yusifov tərəfindən Azərbaycanın Bakı şəhərində yerləşən bütün ali məktəb tələbələri arasında təqdimatı keçirilmişdir.

Elmi-təşkilati fəaliyyəti

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun, Heydər Əliyev Mərkəzinin Humanitar və Sosial Layihələr Departamentinin, Mədəniyyət və Turizm Nazirliyinin eksperti olmuşdur. “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyinin sədridir.

Mükafatları

  • BP şirkətinin IV Respublika Bioloji Müxtəliflik müsabiqəsinin birinci mükafatı
  • V Respublika Bioloji Müxtəliflik müsabiqəsinin II mükafatı
  • VI Respublika Bioloji Müxtəliflik müsabiqəsinin birinci mükafatı

Yaradıcılığı

Kitablar və monoqrafiyaları

  • Гаджиев В.Д., Юсифов Э.Ф. Флора и растительность Кызылагачского заповедника и их биоразнообразие [2] . Баку: «El-ALliance», 2003. 182 səh.
  • Təhməzov B., Yusifov E.F. Ətraf mühit, iqtisadiyyat, həyat [3] . Баку: «El-ALliance», 2004. 336 səh.
  • Yusifov E.F, Hacıyev V.C. Hirkan biosfer rezervatı [4] . Баку: «El-ALliance», 2004. 168 səh.
  • Yusifov E.F, İsayeva N.S., Əsgərov F.S. > Bakı, > Nəşriyyat-Poliqrafiya Mərkəzi,2007,424 səh.
  • Yusifov E.F, Məmmədov Q., Xəlilov M., Kərimov V. > 2 cilddə Bakı, Şərq-qərb, 2012, I cild səh. 359, II cild səh. 419
  • Yusifov E.F., Məmmədov V. «Ekoloji Menecment [8][9] » 2 cilddə Bakı-2014, I cild səh. 382, II cild səh. 426

Elmi əsərləri

  • Crystallization and preliminary X-ray crystallographic data of a histide-binding protein from Escherichia coli Journal of molecularBiology (1989) 207.
  • Evolutionarily conserved tree-dimensional structure of catalas. The origin of life (The sixth ISSOL meeting and the ninth international conference). Prague, 1989.p.198
  • Heyvanlar aləminin universal deskriptorları. AMEA-nın xəbərləri, 2006, №5-6.s.912-917
  • Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri və quru onurğalıları ilə zəngin sahələri. Bakı: Nurlar, 2008.
  • Azərbaycan:ekoturizm potensialı. 2 cilddə. Bakı: Şərq-qərb, 2012

İstinadlar

  1. ↑”Ekoloji menecment: II cild”. 2021-10-19 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2018-06-13 .
  2. ↑ФЛОРА И РАСТИТЕЛЬНОСТЬ КЫЗЫЛАГАЧСКОГО ЗАПОВЕДНИКА И ИХ БИОРАЗНООБРАЗИЕ [ölü keçid]
  3. ↑”AZƏRBAYCAN EKOLOGİYASI – 10 İLDƏ” (PDF) . 2022-03-08 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2018-06-13 .
  4. ↑”Azərbaycan Ədəbiyyatının Virtual Kitabxanası”. 2018-05-26 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2018-06-13 .
  5. ↑Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri
  6. ↑”Azərbaycan: ekoturizm potensialı: I cild=Azerbaijan: ecotourism potential: I volume”. 2022-07-20 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2018-06-13 . (#missing_pipe)
  7. ↑”Azərbaycan: ekoturizm potensialı: II cild=Azerbaijan: ecotourism potential: II volume”. 2018-09-10 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2018-06-13 . (#missing_pipe)
  8. ↑”Ekoloji menecment: II cild”. 2021-10-19 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2018-06-13 .
  9. ↑”Ekoloji menecment: I cild”. 2021-10-19 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2018-06-13 .

Comments are closed, but trackbacks and pingbacks are open.