Torpaqşunaslıq,aqrokimya və ekoloji kənd təsərrüfatı kafedrası
Yusif Mahmudov,
Qobustan rayonu İ.İbrahimov adına Dərəkənd kənd tam orta məktəbin biologiya-kimya müəllimi, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstutunun dissertantı
Xülasə. Təbiətə qayğıkeş münasibət, ekoloji təfəkkürün yaranması əhalidə və gənc nəsldə ekoloji tərbiyə və mədəniyyətin hansı səviyyədə olmasından asılıdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ətraf mühitin mühafizəsi və ekoloji təhsillə bağlı qəbul edilmiş ekoloji qanunçuluq və qərarlar bu problemin həllində atılmış mühüm addımlardır. Milli Təhsil Konsepsiyasında da gənc nəslin ekoloji təhsil və tərbiyəsinə xüsusi diqqət yetirilir. Müasir dövrdə qloballaşan dünyanın daha çox diqqət yetirdiyi məsələlərdən biri narhatçılıq doğuran ekoloji problemlərdir. Əhalinin ətraf mühitə neqativ münasibəti mövcud problemin yaranmasına gətirib çıxarmışdır. Ekoloji maarifçiliyə böyük ehtiyac var. Bunun üçün hər kəs müəyyən ekoloji biliklərə yiyələnməli, əhalidə ekoloji dünyagörüş formalaşmalı, təhsilin ayrı-ayrı pillələrində ekoloji təlimin həyata keçirilməsi təmin edilməli, məktəb, eləcə də, məktəbəqədər tədris-tərbiyə müəssisələrində uşaqlar və şagirdlər arasında ekolji tərbiyəyə xüsusi fikir verilməlidir. “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (2002) ümumi ekoloji biliklərə yiyələnməsi üçün hər kəsə bərabər şəraitin yaradılması, orta təhsil sistemində ekoloji biliklərin tədrisinin icbariliyi, ekoloji təhsil və maarifləndirmə prosesinin fasiləsizliyi dövlət siyasətinin əsas prinsipləri kimi götürülüb [1]
Müzakirə. Ekoloji təhsilin məqsədi təbiətə məsuliyyət hissi formalaşdırmaqdır. Ekoloji təhsil və maarifləndirmə zamanı əldə olunan biliklər, qazanılan təcrübələr ekoloji mədəniyyətin yaranmasına səbəb olur. Başqa sözlə, ekoloji təhsil dedikdə, ümümi ekoloji mədəniyyətin və məsuliyyətin formalaşmasına yönəldilmiş fasiləsiz təhsil, tərbiyə və inkişaf prosesi başa düşülür. Ekolji təhsilə ehtiyac, insan həyatı üçün əlverişli mühitin təmin edilməsinə olan zərurətdən yaranmışdır. Ekoloji mədəniyyətin formalaşmasında əsas vasitələrdən biri məqsədyönlü ekoloji təhsil almaqdır. Ətraf mühitə düzgün münasibət ekoloji bilik nəticəsində formalaşır. İnsanın ekoloji münasibəti onun ekoloji məsuliyyət hissini inkişaf etdirir. Ekoloji təhsil və tərbiyəyə BMT-nin “İnkişaf proqramı” xəttilə nəzarət edilir [2]. Ekologiyanın ən böyük müasir problemi əhalidə ekoloji dünyağörüşə malik insanlar yetişdirməkdir. Bunun üçün ekoloji bilik, ekoloji mədəniyyət və ekoloji etika olmalıdır. Gənclərdə müasir tələblərə cavab verə bilən davranış vərdişlərinin formalaşmasındada ekoloji tərbiyənin faydası çoxdur. Bu konteksdən çıxış edən Q.Mustafayev və A.Məmmədov haqlı olaraq “Ekoloji aspekti olmayan pedoqoji mövzu tanımırıq” qənaətinə gəlirlər [3]. Ona görə də yeni ekoloji dünyagörüşün yaradılmasında pedaqogikanın roluna xüsusi əhəmiyyət verir, təlimin təşkilində ekolji tələblərin nəzərə alınmasını, ekoloji tərbiyənin ön plana çəkilməsini, əxlaq formalarına ekolji əxlaqın daxil edilməsini, çətin tərbiyə olunan uşaq problemində ekologiyadan istifadə edilməsi, insan tərbiyəsinin yaranmasının və inkişafının ekoloji aspekti, məktəbdənkənar praktik tərbiyə işlərinin ekoloji aspekti və s. kimi mövzular təklif edirlər. Yalnız bunların nəticəsi kimi insanın ətraf mühitə münasibətində irəliyə doğru addım atmaq olar. Şagirdlərin idrak fəaliyyətinin və sərbəst işləmək qabiliyyətinin inkişaf etdirilməsi onlarda ətraf mühiti dolğun qavramaqda, ekoloji şüur və təfəkkürün, ekoloji dünyagörüşünün formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. Gənc nəslin, eləcə də cəmiyyətin ekoloji mədəniyyətinin fasiləsiz inkişaf etdirilməsi, təbiəti milli və ümumibəşəri sərvət kimi qorumağı qarşıya qoyur. Ekloji tərbiyə əxlaqi cəhətdən qiymətli və ekoloji cəhətdən məqsədəuyğun davranışı təbiətdə münasibətdə fəal, şüurlu mövqeyin formalaşmasını tələb edir. Bu mövqe insanda təbiətə məhəbbəti, onun qanunauyğunluqlarını dərk etməyi, gözəlliyini qiymətləndirməyi əks etdirir. Cəmiyyətlə təbiətin qarşılıqlı münasibəti sistemində ahəngdarlığın zəruri amili kimi çıxış edən ekoloji tərbiyə insan həyatının dərk edilməsinə kömək etməklə yanaşı, hərtərəfli ahəngdar inkişaf etmiş şəxsiyyət formalaşdırmaq işində bilavasitə iştirak edir [4]. Ətraf mühitə münasibətimizi çağdaş dövrün tələbləri səviyyəsinə yüksəltmək istəyiriksə fasiləsiz (bağçadan doktoranturaya qədər) ekoloji təhsilə yiyələnməliyik. Təlim prinsiplərində ekologiyanın əsaslarının öyrədilməsi zamanın təlabatına uyğundur. Təsadüfi deyildir ki, Azərbaycanın Ümumi Təhsilin Konsepsiyasında (Milli Kurikulumu) da bu məsələyə xüsusi diqqət yetirilir. Şagirdlərdə ekoloji mədəniyyətin formalaşdırılması, onlarda ətraf mühütə qayğıkeş və həssas münasibət yaradılması ön plana çəkilir [5]. Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkədə ekoloji təhsil və tərbiyəyə ciddi fikir verilməyə başlandı. İlk dövrdə ekoloji təhsil üç əsas istiqamətdə qurulurdu [6]:
– tədris fənnlərinin bütün kompleksində təbiəti mühafizə aspektlərinin işıqlandırılması,
– ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli istifadə sahələrində peşəkar hazırlıq;
– tələbə və şagirdlərin elmi-tədqiqat və ictimai əsaslarla təbiəti mühafizə fəaliyyətinə cəlb olunması.
Bunları şərtləndirən amillər var idi – qanunvericilik bazası yaradılmışdı. Müstəqilliyin birinci ilində qəbul edilmiş “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununda (1992) “Vətəndaşların ekoloji mədəniyyətinin formalaşmasında zəruri olan ekoloji biliklərə yiyələnmək üçün Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün orta ixtisas və ali tədris müəssisələrində onların profilinə uyğun olaraq təbiəti mühafizə və təbiətdən səmərəli istifadə üzrə xüsusi kursların tədrisi nəzərdə tutulur.” Respublika ərazisində cəmiyyətin ekoloji mədəniyyətini və mütəxəssis kadrların peşə hazırlığını yüksəltmək məqsədilə məktəbəqədər, məktəb, orta ixtisas və ali tədris müəssisələrində onların ixtisaslarının artırılmasını təmin edən ümumi, kompleks fasiləsiz ekoloji təhsil və tərbiyə sistemi müəyyən edilir [7]. Tədris müəssisələrində ekoloji biliklərin tədrisinin icbariliyi ilə yanaşı ekoloji biliklərin təbliği də qanunda öz əksini tapıb. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu (1999) isə tədris müəssisələrində, onların profilindən və mülkiyyət formasından asılı olmayaraq, ekologiyanın əsaslarının tədrisini nəzərdə tutur [8]. Ölkədə aparılan təhsil islahatları, dövlət tələbləri səviyyəsində müəllimlərə verilən müstəqillik, təhsil prosesinə yaradıcı münasibət, yeni texnologiyaların tətbiqi, təhsilin dünya stsandartları səəviyyəsində yenidən qurulmasında mühüm rol oynayır. Bu, islahatlar çərçivəsində ekoloji təhsilin inkişafı və ekoloji dünyagörüşün formalaşması üçün geniş perspektivlər yaranmışdır.
Gənc nəsldə ekoloji dünyagörüşün formalaşması istiqamətində həyata keçirilən tədbirlər canlı təbiətə humanist münasibətin yaranmasına səbəb olur. Uşaq, yeniyetmə və gənclərin ekoloji təhsil və tərbiyəsi ilə məşğul olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin (RETTM) bu sahədəki məqsədyönlü fəaliyyəti məktəblilərin ekoloji tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Ekoloji problemin həllinə kömək məqsədilə yaradınmış RETTM Azərbaycanda Gənc Təbiətçilər Hərəkatının əsasını təşkil edir. İlk dəfə 1923-cü ildə Bakı Maarif Evi nəzdində “Gənc Təbiyyatçılar” dərnəkləri yaradılmışdı. 1938-ci ildə gənc təbiətçiləri birləşdirən özək kimi Bakı Aqrobioloji Stansiyası fəaliyyətə başladı. 1968-ci ildə Aqrobioloji Stansiyası, Gənc Təbiətçilər Stansiyası adlandırıldı. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra – 1991-ci ildə o Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinə çevrildi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən RETTM-in təşkilatçılığı ilə1998-ci ildə Azərbaycan məktəblilərinin ekoloji hərəkatının 75 illiyinə həsr olunmuş Respublika Uşaq Ekoloji Forumu [9], 2004-cü ildə isə təhsil nazirinin əmrinə əsasən 22 aprel-Ümumdünya Yer günü münasibətilə “Bizim Xəzər” məktəblilərin ekoloji müsabiqəsi keçirilib [10]. 1998-ci ildə RETTM-nin təşəbbüsü və Dünya Bankının maliyə dəstəyi ilə akademik Həsən Əliyevin 90 illik yubileyinə həsr edilmiş poçt markası buraxılıb [9]. Qeyd etmək lazımdır ki, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin xətti ilə respublikanın ümumtəhsil məktəblərində ekoloji dərnəklərin təşkili, ətraf mühitin mühafizəsinə aid layihələr əsasında müxtəlif mövzularda respublika olimpiadalarının və müsabiqələrin keçirilməsi ənənəsi yaranıb. Məsələn, Xəzəryanı rayonları əhatə edən 4000-dən çox şagirdin iştirak etdiyi müsabiqə onlarda ekoloji dünyagörüşün formalaşması və ekoloji təfəkkürün inkişafı baxımında əhəmiyyətli olub [10]. Hər il akademik Həsən Əliyevin doğum günündə onun xatirəsinə həsr olunmuş tədbirlərin keçirilməsi ənənəsi bu cəhətdən səciyyəvidir. Cəmiyyətdə ekoloji mədəniyyət səviyyəsinin yüksəlməsi gələcək nəslin ekoloji tərbiyəsindən və ekoloji biliklərə necə yiyələnməsindən asılıdır. Məktəb və məktəbdənkənar müəsisələrdə təlim-tərbiyə proqramlarının, metodik vəsaitlərin, dərsliklərin, digər yardımçı vəsaitlərin olmaması ekolji təhsil sahəsində ciddi problemlər yaradır. Bu boşluğu aradan qaldırmaq üçün RETTM-n əməkdaşları təhsil sahəsində aparıcı mütəxəssislərin birgə iştirakı ilə 1999, 2003 və 2007-ci illərdə məktəbəqədər tərbiyə müəssisələri üçün nəzərdə tutulmuş “Ətraf mühit və biz” ekoloji təlim-tərbiyə proqramı və metodik tövsiyyələr, habelə ümumtəhsil məktəblərin I-IV, V-VII və VIII-XI sinifləri üçün ekoloji dərnək, klub və digər birləşmələrin nümunəvi tədris proqramlarını işləyib hazırlamış və çap etdirmişdir Dərnək məşğələlərində proqrama uyğun “Ailə və ətraf mühit”, “Cəmiyyət və ekologiya”, “Ekoloji jurnalistika”, “Kimyanın ekoloji aspektləri”, “Kənd təsərrüfatı və ekologiya”, “Sənayenin ekologiyası”, “Meşəçilik”, “Turizm və ekologiya”, “Floristika”, “Gülçülük”, “Heyvanların ekologiyası”, “Nəqliyyat və ətraf mühit”, və s. mövzular tədris olunur [11, 12, 13].
Şagirdlər məşğələlərdə əldə etdikləri bilikləri vaxtaşırı iştirak etdikləri ekoloji tədbirlərdə, tədris-təcrübə sahəsində, çöl təcrübə işlərində praktiki olaraq tətbiq etməyi bacarmalıdırlar. Bu cür vərdişləri tədricən inkişaf etdirmək onlarda ekoloji tərbiyənin yaranması və möhkəmlənməsinə səbəb ola bilər.
Son 20 il ərzində ekoloji təhsil daha geniş tətbiq edilməyə başlanib. Hazırkı şəraitdə elm və təhsil sahəsində ekologiyanın inkişafı öz əksini tapıb: Bu sahədə yenu istiqamətlər yaranıb. İlk növbədə ölkənin alı və orta ixtisas məktəblərində ekoloji fakültə və kafedralar açilıb, ekoloji tədris şəbəkələri genişlənib. Respublikanın ümumtəhsil məktəblərində “Təbiətşünaslıq”, “Biologiya” və “Coğrafiya” fənlərinin tərkibində “Ümumi ekologiya” tədris olunur . Ekoloji təhsilin səviyyəsini yüksəltmək məqsədilə bəzi ümumtəhsil məktəbləri təbiət təmayüllü məktəblərə və ekoloji liseylərə çevrilib. Respublikamızın ümumtəhsil orta və tam orta məktəblərində “Ümumi biologiya” tədris edilərkən “Ekologiyanın əsasları” və “Biosfer təlimi” adlı fəsillər ekologiyadan bəhs edilirdi. Bunun az olmasını nəzərə alaraq M.Babayev və Q.Mustafayev tərəfindən “Ümumi biologiyaya ekologiyadan əlavələr” adlı vəsait yazılmış (1992) və tədris proqramına daxil edilmişdir [2] Fikrimizcə, bu da tələbatı tam ödəmir. Yaxşı olar ki, ekologiya təhsilin bütün pillələrində (ibtidai, orta və tam orta məktəblərdə) müstəqil fənn kimi ayrıca tədris edilsin. Məsələn, qonşu Rusiya dövlətində olduğu kimi.
Ekologiyanın digər təbiət elmləri ilə əlaqəli tədrisi üçün imkanlar vardır; bir çox bitki və heyvan növləri haqqında məlumat, onların bioloji xarakteristikası, ərazilər üzrə yayılmalarında rol oynayan cografi mühit, təbii komplekslərin xarakteri, yaşadıqları ərazidə ətraf mühitin kimyəvi çirklənməsinin zərərli təsiri, hər hansı təbiət hadisəsində, növlərin həyat tərzi və davranışlarında baş verən dəyişikliklərdə fiziki qanunauygunluqların mövcudlugu, radiasiya şüalanması və ətraf təbii mühit. Ekoloj problemlər o qədər çoxalıb ki, indiki dövrdə onu yalnız bir elm çərçivəsində öyrənməklə problemi həll etmək çətinlik törədir. Ona görə də ekologiyanı həm elm, həm də bir fənn kimi inteqrativ şəraitdə öyrənməklə müəyyən nəticə əldə etmək olar. Bu baxımdan ekolgiyanının əsaslarının ümumtəhsil məktəblərdə tədrisi zamanı onu təkcə biologiya və coğrafrafiya (az niqdarda kimya) fənlərinin daxilində deyil, tarix, dil-ədəbiyyat, fizika, riyaziyyat, informatika, incəsənət, musiqi, əmək təlimi, hərbi hazırlıq kimi fənlərlə birgə öyrənilməsi daha effektli səmərə verə bilər. Qeyd etmək lazımdır ki, Azərbaycanada ətraf mühitə qayğıkeş münasibətin dərin tarixi kökləri var. Ədəbiyyat və tarix fənlərinin tədrisində bu faktorlar nəzərə alınmalıdır. Məsələn, şifahi xalq ədəbiyyatında ətraf mühitə münasibətlə əlaqədar çoxlu məlumatlara rast gəlirik; el deyimlərində, nağıl və dastanlarda, rəvayət və əfsanələrdə, uşaq nəğmələrində və xalq mərasimlərində, bayatı və ağılarda, layla və oxşamalarda insan-təbiət münasibətləri öz əksini tapıb. Folklorumuzda geniş işlədilən atalar sözü də çox qədim dövrlərdən bəri insanın ətraf mühitə münasıbətinin formalaşmasında əhəmiyyətli rol oynayıb. Q.Mustafayev və A.Məmmədov əhalinin ekoloji fikirlərin inkişafındakı əhəmiyyətini nəzərə alaraq atalar sözünə belə bir tərif veriblər: “Atalar sözü hazırda ekoloji sistem dediyimiz əhali və ətraf mühit arasındakı əlaqənin minerallardan suya, sudan ota və başqa bitkilərə, bitkilərdən heyvanlar vasitəsilə və ya birbaşa əhaliyə keçən, sonda yenə torpağa qayıdan yolların sadə sözlərlə ifadəsidir.” Onlar irəli sürdükləri bu konsepsiyanı “ekologiyadan əvvəlki ekologiya” adlandırıblar. Məsələn, “Sərçədən qorxan darı əkməz” atalar sözünün həm mənəv-əxlaqi tərbiyəsi vardır, həm də elmi əhəmiyyəti. ”Sərşə-darının qənimidir. Azərbaycan faunasında İspan sərçəsi və ya qaradöş sərşənin yerli adı afal sərçədir, yəni zərərli sərçə. Kütləvi quşdur, bəzi ağacda bir neçə yüz yuvası olur. Dik sümbülə qonub buğdanı çıxara bilir, başqa quşlar isə yerdən dənləyir. Bu deyim həmin sərçə haqqında xəbərdarlıq edir.” [14] Burada bir növ kimi İspan sərçəsinin bioekoloji xarakteristikası, təsərrüfat üçün ziyanlı cəhətləri aydın göstərilib. ”Ağaclı kəndi sel aparmaz” atalar sözündə isə xalq hələ torpaqşünaslıq elminin olmadığı bir dövrdə torpaq eroziyasanın qarşısını alan vasitələrdən birini çox düzgün ifadə edib. ”Ağacı çox olan kənd hətta dağın yamacında yerləşsə də, ağacların kökləri bir-birinə çatıb tor kimi şəbəkə əmələ gətirir, torpağı bərkidir. Sel ğələndə ağaclar onun qarşısını alır. Gur axan suyu dağıdır, selin gücü zəifləyir, kəndi dağıda bilmir, hətta torpağı da yuyub apara bilmir. Torpaq eroziyasının bir səbəbi də ona düzgün qayğı göstərilməməsidir. ”Pis torpaq yoxdur, pis əkinçi var” atalar sözü bu cəhətdən yerində işlənmişdir. ”Həqiqətən də, torpağa lazımi qayğı göstərilməsə, aqrotexniki qaydalara düzgün riayət olunmasa torpaq tez “xəstələnər”- şoranlaşar, eroziyaya uğrayar, çirklənər, nəticədə münbitliyini itirər; bununla da az məhsul verər.” [15]. Canlı təbiətə qayğı Dədə Qorqud söyləmələrində ön plan çəkilir. Ömrü at beində keçən oğuz bəyləri “boğaz ata minməyi” yasaq sayır. Hərçənd, suvari döyüşlərində atsız keçinməyin mümkünsüzlüyünə baxmayaraq, oğuz:
And içirəm, boğaz ata minmərəm
Minsəm belə, döyüşlərə getmərəm,-deyir.
Bu həm ictimai, həm də elmi qaydalara uyğundur. Oğuzlarda təbiət o qədər ilahiləşdirilib ki, sonrakı dövrlərdə mövcud olmuş panteizm fəlsəfi cərəyanın nümayəndələri ondan mənbəə kimi yararlanıblar. Ağac, aslan və qurdun Oğuz düşüncəsində soykök kimi verilməsi təsadüfi olmayıb, indi də öz aktuallığını saxlayır və ətraf mühitə münasibətin formalaşmasında az rol oynamır. “Kitabi-Dədə Qorqud” dastanında digər ekoloji amillərlə bərabər torpağa da xüsusi münasbət bildirilir. Burada torpaq təkcə vətən anlamında deyil, həm də insanlara gərək olan təbii sərvət şəklində təqdim olunur [16 ].
Folklor nümunələrində, o cümlədən alqış və qarğışlarda, tapmacalarda əhalinin ətraf mühitə münasibəti özünü aydın şəkildə göstərir [17].
Göyərçin alabaxta,
Yuvası qəlbi taxta.
Görüm onu kim vursa,
Qan qussun laxta-laxta.
Bitki və heyvanların qorunmasına yönəldilmiş bu cür qarğış nümunələrinə folklorda çox rast gəlmək olar. “Kardı, kordu gündüzlər, vurdu-haydı gecələr” – tapmacasının cavabı yarasadır. Burada onun gecə heyvanı olduğu, yəni yemini gecələr əldə etdiyi, gündüzlər isə dincəldiyi başa düşülür. Tapmaca heyvanın bioekoloji xüsusiyyətləri barədə məlumat verməklə gənc nəslin təbiəti öyrənməsinə kömək edir.
İslam dinində bəzi bitki və heyvanlar müqəddəs varlıqlar kimi təqdim olunur [18]. Belə canlıları incitmək və öldürmək yasaq sayılır.Vəhşi heyvan və quşların körpə balalarını ovlamaq qadağan edilir. Şəriətə görə onların əti haramdır. İslam dinində belə fikirlərin çox olması biomüxtəlifliyin saxlanmasına müsbət təsir göstərə bilmişdir. Məsələn, islam dininin banisi Məhəmməd Peyğəmbər nəsihətlərinin birində “qaranquşlar sizin evlərinizdə məskən etsələr, onlara mane olmayın” – deyirdi. İslam peyğəmbərinin qaranquşa bu münasibəti əhali arasında onun müqəddəsləşməsinə səbəb olub. Nəticədə təbiəti mühafizə qanunlarının mövcud olmadığı dövrlərdə belə canlı və cansız təbiətin, o cümlədən faydalı bitki və heyvan növlərinin qorunub saxlanması təmin edilib.
Uzun minilliklərdən bəri formalaşma və inkişaf mərhələsi keçən insan, onu əhatə edən ətraf təbii mühitə biganə qalmamış, mövcud olduğu tarixi dövr ərzində yaratdığı mədəniyyət və incəsənət əsvərlərində özünün təbiətə münasibətini bildirməyə çalışmışdır. Eramızdan əvvəlki minilliklərə aid edilən qazıntı nümunələrində qədim insanların ətraf mihitə baxışı aydın şəkildə təsvir olunmuşdur [19]. Arxeoloji tədqiqatların nəticələrinə görə uzaq keçmişdə bəzi heyvanlara sitayiş, onların bir canlı varlıq kimi müqəddəsləşdirilməsi qədim dövr mədəniyyətinə xas idi. İnsanla heyvan və ya bitki aləmi arasında fövqəltəbii əlaqələrin mövcudluğu haqqında fantastik düşüncələrin məcmusu olan totemizm qəbilə quruluşunun qalığı kimi uzun müddət yaşayıb. Totemizm insanların təbiət hadisələrinə kortəbii baxışının və maddi həyat şəraitinin təsirilə yaranmışdı. Qobustan qayaları üzərindəki rəsmlərin çoxu ov təsvirlərindən ibarətdir. Bu onu göstərir ki, insanların ilk əmək fəaliyyətinin əsasını ovçuluq təşkil etmişdir. Qida, geyim və ovçuluq alətlərini əsasən ov heyvanlarından əldə edən adamlar ova getməzdən əvvəl ovlayacağı heyvanın təsvirini daşlar üzərində çızır, sonra ətrafında rituallar keçirirdilər. Bu, həmin heyvanı tanımaq, yadda saxlamaq məqsədi daşıyırdı. Həyat şəraitini yaxşılaşdırmağa çalışan insan, eyni zamanda müəyyən heyvanları tanımaq, bioekoloji xüsusiyyətlərini öyrənmək məcburiyyətində qalırdı. Gədəbəydən tapılmış bir kəmərin üzərində əlində qalxan tutmuş ovçu, onun yanında ov iti və bir neçə heyvan təsviri verilmişdir. Maraqlı cəhətlərdən biri budur ki, bu kəmər üzərində bir neçə növ heyvan və balıq təsvir olunub. Bu da həmin dövrdə Azərbaycanda bəzi ov heyvanları növlərinin öyrənilməsində xüsusi əhəmiyyət daşıyır.
Qədim və orta əsr insanlarının mifik düşüncə tərzində, adət-ənənələrində, hələ o qədər də kamil olmayan şüurunda təbiəti qorumaq məqsədilə müqəddəsləşdirmə variantından istifadə etmələri ətraf mühit amillərinin müyyən dərəcədə qorunub saxlanılmasına kömək etmişdir. Zərdüştilikdə canlıların qorunmasında müqəddəsləşdirmə variantına üstünlük verilib. Arxeoloji qazıntılar zamanı tapılan və Avesta ideyalarını özündə əks etdirən zoomorf qablar, eləcə də sənətkarlıq nümunələrindəki zoonəbati naxışlar göstərir ki, atəşpərəstliyin geniş yayıldığı dövrlərdə müxtəlif bitki və heyvanlar haqqında məlumatlar varmış. Zoomorf qabların lüləyində, ağız hissəsində və qulpunda Avesta allahlarının fiqurlarının yapışdırılması rəmzi məna kəsb edirdi. Müxtəlif heyvan cildində təsvir olunun bu fiqurlar guya qoruyucu funksiya daşıyırdı. Midiyada Avesta qanunları ılə əlaqədar olaraq ınək, at, it, xoruz kimi heyvanlar müqəddəs sayılır və odun qoruyucusu kimi ona pərəstiş edirdilər [20]. Heyvana qoruyucu xarakter vermək və onu allahlaşdırmaq əslində təbiətə münasibətin müsbət nəticəsiydi. İnsan və heyvanın ölməsini Əhrimanla bağlayan atəşpərəstlər ölülərə murdarlanmış varlıq kimi baxırdılar. Bu münasibət yoluxucu xəstəliklərə qarşı mübarizə formalarından biridir. Ona görə də ölüləri torpağa basdırmaq və suya atmaq cinayət sayılırdı. Cəsədi xüsusi tikililərdə saxlayır və ya hündür dağ başına qoyurdular ki, yırtıcılar yesinlər.
Antropogen faktor kimi insanın ətraf mühitə təsiri təbiətlə ünsiyyətdə olduğu ilk dövrlərdən mövcud olub. Nizami Gəncəvinin bütün əsərlərində, o cümlədən “Yeddi gözəl” poemasında ətraf mühitə münasibətlə bağlı çoxlu fikilər vardır. O, insanın təbiətə mənfi münasibətini kəskin şəkildə tənqid edir [21]:
Bu vəhşi, yırtıcı, divxislət insan
Səmimi dost deyil uzaq ol ondan!
Hər maral ovçunun zülmündən qaçar,
Yırtıcı vəhşidir hələ insanlar.
Çöldə şux bir ceyran düşməyir ələ,
İnsandan sığınır dağa, köhülə.
Nizami biloji amillərlə bərabər, canlı orqanizmlərə təsir göstərən abiotik faktorları qeyd edir və zəhərli kimyəvi maddələrin təhlükəli oldğunu göstərir :
Kükürd cəhənnəmidir bu zülmərt çöl əzəldən
Xoşbəxt o kimsədir ki, tez ayrıla bu çöldən.
Ağzının suyu axır, nəfsin cəhd elə sönsün
At kükürüd ocağına, od tutsun külə dönsün.
Atmosferin, torpağın və suyun çirklənməsi müasir dövrün əsas ekoloji problemlərindən biridir. Erkən orta əsrlərdə belə bir problemə toxunmaq maraq doğurur. Nizami əsərlərində bizi həmin məsələlərin o dövr üçün də aktuallığı ilə tanış edir:
Deyərdin bu yerlər iki hissəydi;
Torpağı gümüşdü, suyu cöhərdi.
Nə gümüş üstündə dincəlmək olar,
Nə civə su kimi içməyə yarar.
O yer tutulmuşdu belə bir dərdə,
Çökmüşdü torpağa qara bir pərdə.
Harda ki içməli bir çeşmə vardı,
İçində su ilə civə qaynardı.
Nizami burada ətraf mühitin problemlərini ustalıqla verə bilmiş, torpağın və suyun çirklənməsini xeyli dərəcədə qabrıq təsvir etmişdir:
Çeşmələr bulanıb qaynaşan zaman,
Heç kimsə əyilib içməzdi ondan.
Bilməyib içsəydi bir adam əgər,
Onu öldürərdi sudakı zəhər.
N.Gəncəvi abiotik amillərdən işıq, rütubət, külək, temperatur, mühitin duzluluğu və s.-in canlılara təsirini qeyd etməklə, özünün ekoloji fikirlərini söyləmişdir. Nizamidən sonrakı klassik yaradıcıların, o cümlədən M.Fizuli, Ə.Xaqani, İ.Nəsimi, N.Tusi, M.Fizuli, Ş.Xətai, M.Əvhədi, Q.Təbrizi, Dirili Qurbani, Aşıq Ələsgər, Abbas Tufarqanlı, Xəstə Qasım, Q. B. Zakir, M.P.Vaqif, M.F.Axundov, S.Ə.Şirvani və başqalarının əsərlərində kifayət qədər ekolji fikirlərə rast gəlirik ki, şagirdlərin ekoloji tərbiyəsində və ekoloji dünyağörüşündə bunların əhəmiyyəti çoxdur.
Təkliflər. Ümumtəhsil məktəblərində ekologiya təmayüllü siniflərin təşkilini, ekologiyanın ayrıca fənn kimi tədris edilməsini, kimya və fizika fənlərində ekologiyaya aid mövzuların artırılmasını, buraxılış və qəbul imtahanlarında ekologiyaya aid sualların digər fənlərlə yanaşı testlərə daxil edilməsini, ümumtəhsil məktəblərində dgər fənn kabinələri ilə bərabər “Ekologiya” kabinəsinin yaradılmasını, ümumtəhsil məktəblərində ekologiyanın digər fənnlərlə inteqrativ şəkildə öyrənilməsini zəruri sayırıq. İxtisas yönümündən asılı olmayaraq peşə təhsili, orta ixtisas və ali məktəblərin bütün fakültələrində ekologiyanın icbari tədrisini məqbul hesab edirik.
ƏDƏBİYYAT
1. “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan respublikasının Qanunu. Bakı, 2002
2. Mustafayev Q.T., Əlizadə E.Ə. Ekologiya. Bakı: Ozan, 2001, 200 s.
3. Mustafayev Q.T. və Məmmədov A.T. Həyat və Poeziya (ekloji aspektlər). Bakı: MBM, 2006, 544 s.
4. Şükürov A.M. Sosial ekologiya (Ali məktəblər üçün dərslik). Bakı: Şəfəq-İM, 1999, 246 s.
5. Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulum). Azərbaycan məktəbi, 2005, N 6
6. Azərbaycan Respublikasında Ətraf Mühitin və Təbiəti Mühafizə Fəaliyyətinin Vəziyyətinə dair Dövlət Məruzəsi. Bakı: Ergün, 1993, 180 s.
7. Təbiəti mühafizə və təbiətdən istifadə haqqında hüquqi sənədlər toplusu / (tərt. ed. İsmayılov T.Ə.) Bakı: Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, 1992
8. Azərbaycan Respublikasının ekologiya qanunvericiliyi (normativ-hüquqi aktlar toplusu) / Ş.Xuduoğlunun redaktəsilə. 2 cilddə. Bakı: Qanun, II c., 2007, 884 s.
9. Əmirova F. Ekoloji Mərkəz: bu gün, sabah // “Ekoloji tərbiyə” metodiki-informasiya bülleteni, 2001, № 1, s. 8-9.
10. “Bizim Xəzər”. 22 Aprel- Ümumdünya Yer Gününə həsr edilmiş məktəblilərin ekoloji müsabiqəsi / RETTM. Bakı: Nurlar, 2004, 60s.
11. Ekoloji dərnək, klub və digər birləşmələrin nümunəvi tədris proqramları. Tədris vəsait / Baş tərt. və red. F.Əmirova. Bakı: RETTM, 1998, 152 s.
12. Ekoloji dərnək, klub və digər birləşmələrin nümunəvi tədris proqramları və metodik tövsiyələr. I-IV, V-VII, VIII- XI siniflər üçün tədris metodiki vəsait / Baş red. F.T.Əhmədov, B.H.Təhməzov. Bakı: Nurlar, 2003, 192 s.
13. Ekoloji dərnək, klub və digər birləşmələrin nümunəvi tədris proqramları və metodik tövsiyələr. V-XI siniflər üçün tədris metodiki vəsait / Baş red. Ə.H.Şükürov. Bakı: Nərgiz, 2007, 148 s.
14. Mustafayev Q.T., Məmmədov A.T. Ataların sözü-xalqın gözü. Bakı: Təknur, 2008, 304 s.
15. Həsənov X., Təbıət ülviyyəti-cöz sərraflığı. Bakı: Gənclik, 1994, 238 s.
16. Mustafayev Q. T., Dirili (Mahmudov) Y. «Kitabi-Dədə Qorqud» eposunda ətraf mühitə münasibət // Bakı Universitetinin xəbərləri (Təbiət elmləri seriyası) Bakı: Bakı Universiteti, 2003, №1, s. 73-81
17. Azərbaycan folkloru: Bakı, Şərq-Qərb, 2005, 360 s.
18. Mahmudov Y.M. İslam dinində ətraf mühitə münasibətin bəzi məsələləri / Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə kafedrasının təşkil etdiyi aspirant və dissertantların elmi-praktik konfransının materialları. Bakı: Borçalı, 2002, s. 104-105
19. Mahmudov Y.M. Qədim sənət nümunələrində zooloji obyektlərə münasibət // Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri. I c. Bakı: Elm, 2008, s.736-730
20. Mahmudov Y.M. «Avesta»da ətraf mühitə münasibət / Azərbaycan Xalq Cümhuriyyətinin 83-cü ildönümünə həsr olunmuş Respublika Elmi konfransının materialları. Bakı: Ağridağ, 2001, s. 86-88
21. Gəncəvi N. Yeddi gözəl. Bakı: Lider”, 2004, 336 s.
EKO-INTER
ƏTRAF MÜHİTİN QORUNMASINDA EKOLOJİ TƏDRİS VƏ TƏBLİĞİN ƏHƏMİYYƏTİ

Bunu paylaş:
- Facebook’ta paylaşmak için tıklayın (Yeni pencerede açılır)
- Twitter üzerinde paylaşmak için tıklayın (Yeni pencerede açılır)
- Linkedln üzerinden paylaşmak için tıklayın (Yeni pencerede açılır)
- Tumblr’da paylaşmak için tıklayın (Yeni pencerede açılır)
- Arkadaşınıza e-posta ile bağlantı göndermek için tıklayın (Yeni pencerede açılır)
- Yazdırmak için tıklayın (Yeni pencerede açılır)
Torpaqşunaslıq,aqrokimya və ekoloji kənd təsərrüfatı kafedrası
Torpaqşunaslıq,aqrokimya və ekoloji kənd təsərrüfatı kafedrası. Mühazirə IX Mövzu: Ölkə ərazisinin fitosenotik örtüyü və bitki tipləri. Gəncə – 2010. Plan. 1. Torpaqəmələgəlməsində bitki örtüyünün rolu. 2. Azərbaycanın bitki örtüyü. 3. Azərbaycanda meşə bitkilərinin yayılması. – PowerPoint PPT Presentation
Text of Torpaqşunaslıq,aqrokimya və ekoloji kənd təsərrüfatı kafedrası
- Torpaqunaslq,aqrokimya v ekoloji knd tsrrfat kafedras.Mhazir IXMvzu: lk razisinin fitosenotik rty v bitki tiplri. Gnc – 2010
- Plan. 1. Torpaqmlglmsind bitki rtynn rolu. 2. Azrbaycann bitki rty. 3. Azrbaycanda me bitkilrinin yaylmas.
- Torpaqmlglmsind bitki rtynn rolu. Torpaq mlglmsind bioloji amillr, xsusnd bitki rty aparc rola malikdir. Torpan inkiaf n vaxt, yni bir ne min illr lazmdr ki, bu mddt rzind btn bitki nvlrinin onlarla nsli dyiilir. Torpaq bitki il mqaisd daha uzun inkiafn mhsuludur. Bitki torpaa daxil olan v torpaqda humusa evriln zvi maddlrin sas mnbyidir. Orqanizmlr, ilk nvbd bitkilr, vacib kimyvi elementlrin oksi- gen,azot,kalium,kalsium bir ox mikroelementlrin biogen dvrannn sas itiraklardr. Bellikl, zvi alm traf mhit ox geni v mrkkb tsir gstrir. Mxtlif qrup bitkilrin xzli tkc bioktl- sin gr deyil,eyni zamanda biokimyvi trkibin gr d bir-birindn frqlnir. zvi qalqlarn paralanmas zaman ayrlm kl maddlri torpaq trfndn udulur, evrilir v yenidn bitkiy daxil olur. Bu kl elementlri torpaq profili boyunca hrkt edir.
- Ali bitkilr, xsusn d taxl kimilr torpaq strukturunun formalamasna da ssl tsir gstrir. Bu zaman kklrin mexaniki tsiri torpaq hisslrinin ayrlmasma,koklrin kimy- vi tsiri bu hissciklrin sementlmsin v suya davamllq xasssi ld etmsin sbb olur. Bu,torpaqmlglm, torpa- n struktur tkilin sbb olur, onun zrrli tsirlr qar davamlln artrr. Azrbaycann bitki rty ox mxtlif v zn mxsus- dur. Respublikann bitki rtynn yrnilmsind bir ox botaniklrin, xsusn A. A. Qrosheymin rolu byk olmudur. Masir tdqiqatlara gr Azrbaycan razisind 4000 bitki nv olub, onun onda biri endemikdir.Endemik bitkilr misal olaraq eldar amn,xzr ssnini v Talis melrinin bir ox aac v kol bitkilrini gstrmk olar.
- Respublika razisind L.. Prilipko (1970), V.D. Hacyev (1959,1970), Y.S. Sfrov (1961,1965) aadak sas bitki tiplrini ayrrlar: I – melr; II – kollar; III – mn v mn-llr; IV bataqlq mnlr v mnli bataqlqlar; V-ksero- fit seyrk meliyi; VI – bozqrlar; VII – yarmshra v shra; VIII dalq – kserofit bitkilri. Qeyd ediln tiplr v quraqlq xarakterli blmlr daxilind geni yaylm bitki birliklri v onlarm kompleksi ayrlmdr. l.Melr,Azrbaycan melrinin tipoloji trkibi ox zngin v mxtlifdir ki, bu da dendroflorann znginliyi il izah edi- lir. r r me tiplri az hallarda byk sahbri tutur; adtn hr yamacda me tiplrinin kompleksin v ya moza- ikasna rast glmk mmkndr ki, bu zaman kompleksin r zv byk olmayan razini hat edir.
- II. Kolluqlar. Azrbaycann btn razisind tsadf olunan ftosenozlarn ksriyytind kolluqlar onun sas elementini tkil edir. Kol hyatn xsusi formasdr; Azrbaycanda kol- luqlu fitosenozlar dznlikdn tutmu yksk dalq sahlr kimi yaylmdr; bzi kol nvlrin alp quramda da rast glmk mmkndr, lakin onlarn ksriyyti lokal kild ya- ylmdr.III. mnlr v mn-llr. mn bitkilri dznliklrdn tutmu, yksk dalq sahlr kimi yaylmdr. Onlar mxt- lif raitlrd inkiaf etmi v mxtlif formasiya v assosasi- yalarla tmsil olunmular.IV. Bataql mnlr v mnli bataqlqlar. Bitkiliyin bu tipi Azrbaycanda geni yaylmdr. Onlar lokal lklr klind bataqlqlam kkliklrd v tbii su hvzlri trafnda tsadf olunur.mn bataqlqlar Kr – Araz ovalnda,Xzr sahili boyunca / Lnkran oval / v qrb dzn rayonlarnda yaylmdr. Onlarn az tsadf olunduu yerlr Respublikann dalq razilridir.
- V. Kserofit seyrk meliyi v ya arid seyrk meliyi; Zaqafqaziyann cnubunda v rqind isti quraq iqlim – raitind formalam xsusi v zn mxsus aac v kollar- dan ibart olan bitki qruplamasdr. VI. Da – kseroft bitkibri. Bitkiliyin bu tipi Naxvan MR. xsusn d dalq quraqda geni yaylmdr. Bundan baqa bu tipdn olan bitkilr Diabar kkliyind tez – tez mahid olunur. Da kseroft bitkilr Qobustanda, Bozqr yaylada v Qaraban cnubunda da lklr klind rast glmk mm- kndr. Naxvan M.R. Bitkilrin kseromorfluu btn yksklik quranda Araz boyunda, aa v orta dalq quraqda, az da olsa yksk dalq razilrd zn gstrir. Naxvann da kserofitlri yantlarn az olduu (200 – 400 mm- qdr) lakin ykskliyi artdqca, yay isti v quru, q soyuq (qar rty demk olar ki, yoxdur), kskin kontinental iqlim – raitind (maksimum temperatur avqustda 42 drc,minimum fevralda 30 drc) formalamdr.
- VII. Bozqrlar. Hazrda xam bozqr bitkilri tbii halda Azrbaycann ox kiik razilrind qalmdr. Lakin kini- likdn vvlki vaxtlarda bozqrlar respublika razisind xeyli yaylmdr. l bitkilrinin iri massivlri Byk Qafqazn rq qurtaracann aa v orta dalq quranda ( amax – Altaac ). Bozqr yaylada cnub rayonlarnda ( Fzuli ) v Taln imal qurtaracanda mvcud olmudur. Ad kiln massivlrd xam bozqrlarn byk hisssi umlanm v ha- zrda dmy kiniliyind ( taxl, zm v s. ) istifad olunur. l bitkilri bu massivlrd yalnz adalar,fraqmentlr klind qalmdr. VIII.Yarmshra v shralar. Bitkiiliyin bu tipi Azrbay- canda Xzr boyu ovalnda, Krboyu zolaqda, Naxvanda Arazboyu vadid,Aberonda, n geni is Kr-Araz ovalnda yaylmdr. Bu tipdn olan bitkilr alluvial, prolvial v dniz kntlri il rtlm ovalqda inkiaf etmidir. Onlar da- tyi dznliklrd d tez – tez mahid edilirlr.
- Azrbaycann bitki rty. Bioloji amillr xsusn d bitki rty.Torpaqmlglmd aparc rol oynayr. Torpan inkiaf etmsi n bir ne min il lazmdr. Mhs bu vaxt rzind btn bitki nvlrinin nsli qis- mn dyiilir. Bitkilrdn frqli olaraq torpaq daha uzun md- dtli inkiafn mhsuludur. Bitkilik torpaa daxil olan v tor- paqda humusa evriln zvi maddlrin sas mnblrindn biridir. Orqanizmlr, ilk nvbd is bitki orqanizmlri n mhm kimyvi elementlrin oksigen, karbon, azot, fosfor, kalium, kal- sium, bir ox mikroelementlrin biogen dvrannn sas itirak- sdr. Ali bitkilr, xsusn taxl bitkilri torpaqlarn strukturunun formalamasna byk tsir gstrir.Bu zaman kklrin mexani- ki tsiri torpaq hisslrinin ayrlmasna, kklrin kimyvi tsiri bu hisscikl sementlmsin v suya davamllq xasssi ld etmsin sbb olur.
- Azrbaycanda me bitkilrinin yaylmas. Azrbaycan razisinin 12 faizi melik olub, sasn da zonasnda v qismn d dznlrd yaylmdr. Dzn (aran) melri balca olaraq Lnkran dzn- d, Kr – Araz ovalnda, Alazan yriay vadisi v Xudat – Xamaz zonasnn dniz knarna yaxn sah- lrd yaylmdr. Da melri respublika razisind Byk Qafqaz sra dalarnn imal-rq yamac qurtaracamdan ba- layaraq Dastana qdr uzanr.Yamacn cnub v c- nub – qrb hisssind melr Quba – Qusar v Dvi rayonlarnn da hisssini hat edir.
- L..Prilipko Azrbaycan melrinin xalq tsrrfatndak hmiyytini nzr alaraq, onu qrupa ayrr: I – qrup me- lr. Bu qrapa 1.qoruq mesi, 2.kurort hmiyyti olan melr 3.Torpaq v su mhafizedici melr, 4.Tarlaqoruyucu me zolaqlar, 5.Kr ay trafnda sahil brkidici melr v, 6.Q- rlm seyrk melr daxildir. Birinci qrup melr sasn da melrindn ibart olub, respublikada mumi me sahsinin 65 % – ni tkil edir II- qrup melr – bu qrupa su v torpaq mhafiz edn da melri aid olub mumi me sahsinin 30 % – dn artn tkil edir. III – qrup melr – bu qrupa tuqay melri daxil olaraq mumi me sahsinin 1, 9 % – ni tkil edir.Hazrda bu me- nin ox hisssi Mingevir su hvzsi altnda qalmdir.
- Azrbaycanda yaylm sas me tiplri.(L.. Prilipkoya gr) ynyarpaql melrEnliyarpaql melrardc amrq fst- Qaf- qaz Vl-siMx-tlif pald nv-lriMx-tlif inar nv-lriQzl-aacCkQara-acaca-qaynsydYar-paq-llar2,370,03331,6826,0123,403,581,871,711,160,220,197,76
- dbiyyat. l. M..Cfrov Torpaqnaslq – Bak, 2005. 2. M..Cfrov – Azrbaycann tbii srvtlri v ondan smrli istifad – Bak, 2005. 3. Q..Mmmdov – Azrbaycan torpaqlarnn ekoloji qiymtlndirilmsi-Bak-Elm-1998. 4. .. – – , 1970.
Comments are closed, but trackbacks and pingbacks are open.