Press "Enter" to skip to content

Ekoloji təmiz kənd təsərrüfatı haqqında

2.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsalında aşağıdakı tələblərə

“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanuna dəyişikliklər edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 778-IVQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

Milli.Az AzərTAc-a istinadən bildirir ki, sənəddə deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 778-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

Milli.Az

Ekoloji təmiz kənd təsərrüfatı haqqında

“Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi Qaydaları”.

“Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydası”,

“Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması

Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 8 yanvar 2009-cu il

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2009-cu il 8 yanvar

tarixli 5 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları, habelə ekoloji

təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı

1. Ümumi müddəa

Bu Qaydalar “Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Azərbaycan Respublikası

Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25

avqust tarixli 818 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə

hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsal qaydalarını,

habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii

vasitələrin siyahısını müəyyən edir.

2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı

2.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsalında aşağıdakı tələblərə

– təsərrüfat subyektinin malik olduğu torpaq, su, əkin materialı və digər vasitələr

ekoloji cəhətdən təmiz və təhlükəsiz olmalı;

– torpağın strukturunun saxlanması və təbii münbitliyinin artırılması üçün kimyəvi-

sintetik (süni) maddələrdən istifadə edilmədən ekoloji üsullarla (növbəli əkin, çürümüş

peyin, konpost, yaşıl gübrələr və s.) tənzimlənməli;

– bitkilərin xəstəlik, zərərverici və alaq otlarından mühafizəsində yalnız aqrotexniki,

mexaniki və bioloji üsullardan, həmçinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları

istehsalında tətbiqinə icazə verilmiş digər vasitələrdən istifadə edilməli;

– ekoloji təmiz heyvandarlıq məhsulları və ekoloji təmiz bitkiçilik məhsulları istehsalı

– bitkiçilikdə və heyvandarlıqda quraqlığa, xəstəliklərə, zərərvericilərə və digər

amillərə davamlı, yerli şəraitə uyğunlaşmış sortlar və cinslərdən istifadə olunmalı;

– xəstəliklər zamanı baytar mütəxəssisləri tərəfindən kimyəvi, farmasevtik

preparatlardan və antibiotiklərdən mümkün qədər az istifadə edilməli və təbii müalicə

üsulları olan fizio və fitoterapevtik vasitələrə, eləcə də ənənəvi müalicələrə üstünlük

verilməlidir. Əgər yuxarıda göstərilən müalicə vasitələri effektiv olmazsa, onda baytar

həkiminin nəzarəti altında kimyaterapevtik vasitələrin və antibiotiklərin tətbiqinə icazə

verilir. Həmin preparatların istifadəsi zamanı əvvəlcədən heyvana dəqiq diaqnoz qoyulmalı,

doza seçilməli və müalicə kursu təyin edilməlidir. Bu zaman yekun heyvandarlıq

məhsulunun növü nəzərə alınmalı (ət, süd, yumurta və s.) və bu barədə heyvan məhsulu

realizə edilməkdən əvvəl qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkreditasiya

olunmuş sertifikatlaşdırma orqanlarına məlumat verilməlidir;

– yemlərə əlavə edilmiş sintetik boy stimulyatorlarının, məhsuldarlığı artıran və ya

təbii inkişafın qarşısını alan sintetik maddələrin yem istehsalında və yemləmə məqsədi ilə

istifadəsinə yol verilməməli;

– heyvanların müalicəsi və heyvandarlıq müəssisələrinin dezinfeksiya edilməsi

mövcud qanunvericiliyə uyğun təşkil edilməli.

2.2. Ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən və müvafiq beynəlxalq

təşkilatlar tərəfindən qəbul edilmiş təbii və qeyri-təbii vasitələrin siyahısı aşağıdakı qaydada

1. Müxtəlif heyvan növlərinin yerləşdirilməsi üçün daxili və xarici minimum səth ərazisi

Qaramal, qoyun və

Daxili ərazi

(sırf heyvanlara aid olan sahə)

Xarici ərazi (gəzinti ərazisi,

Comments are closed, but trackbacks and pingbacks are open.