810M-860M qr. üçün “Eksperimentin planlaşdırılması və təşkili” fənni üzrə 2-ci kollokvium sualları
3. Təsadüfi kəmiyyətin paylanma qanunu
Planlaşdırma
1. Planlaşdırma funksiyası, onun məqsədi və vəzifələri.
2. Strateji planlaşdırma.
3. Taktiki planlaşdırma.
4. Cari planlaşdırma.
Planlaşdırma funksiyası menecmentin ən zəruri funksiyalarından biridir.
Menecmentin bütün sahələri üçün aşağıdakı 3 planlaşdırma funksiyası xarakterikdir:
1. İstehsalın planlaşdırılması.
2. İşçi qüvvəsinin (kadrların) planlaşdırılması.
3. Maliyyənin planlaşdırılması.
İstehsalın icrası üçün maddi ehtiyatlar elə planlaşdırılmalıdır ki, işi görmək üçün pul vəsaitləri çatdırıla bilsin və işçi qüvvəsi yetərincə olsun. Məhz bu səbəbdən də hər üç funksiyanın yerinə yetirilməsi üçün qabaqcadan planlaşdırma zəruridir. Vaxta görə təsiri nəzərə alınmaqla, planlaşdırmanı 3 mərhələyə ayırmaq olar: a) strateji; b) orta müddətli; v) cari (operativ).
Strateji plan – (strategiya – latınca “sərkərdənin məharəti”, uzaqgörmə deməkdir) görüləcək işin əvvəlcədən uzun müddətli planlaşdırmasıqdır. Bu plan olmasa, orta və cari planların hazırlanması və həyata keçirilməsi mümkün olmaz. O, idarəetmənin təşkili və planlaşdırılmasının əsasıdır. Strateji planlaşdırmanın ardıcıllıq mərhələləri aşağıdakı sxemdə verilmişdir (Şəkil 10).
Daxili zəif və güclü tərəflərin təhlili
Şəkil 10. Strateji planlaşdırmada ardıcıllıq
Sxemdə verilmiş ardıcıllıqla müəssisənin strategiyasının müəyyənləşdirilməsini izah edək:
1.Missiya – ali məqsəddir. Ali məqsəd 2 istiqamətə yönələ bilər: a). İstehsalla məşğul olmaq; b). Kommersiya işi ilə məşğul olmaq.
İstehsal fəaliyyəti üçün xammal, avadanlıq, texnologiya və. s lazımdır. Kommersiya fəaliyyəti üçünsə bunlar yox, digər amillər – bazar, bank, biznes və s. vacibdir.
Missiyanın müəyyən olunmasında aşağıdakı amillər zəruridir:
– Məramın nəzəri əsaslandırılması.
– İqtisadi təhliletmə: işi təşkil etmək üçün iqtisadi mühitin yararlı-yararsız olması və iqtisadi mühitin nəzərə alınmasının vacibliyi.
– Siyasi mühitin nəzərə alınması.
– Sosial vəziyyətin öyrənilməsi.
– Estetik və intelektual mühit.
– Dini və milli xüsusiyyətlər.
2.Məqsəd – missiyadan yaranır və onu həll etmək üçün qarşıya qoyulur.
3.Mühit – xarici və daxili təsir amilləri kimi mövcuddur. Məqsədə çatmaq üçün mühiti öyrənmək lazımdır, çünki o, məqsədə nail olmağa kömək edir.
4.Zəif və güclü amillərin tədqiqi. Öz vəziyyətimizi yoxlayırıq, zəif və üstün cəhətləri araşdırırıq. Zəifi aradan götürmək, üstünü daha da yaxşılaşdırmaq lazımdır.
5.Strateji alternativin təhlili.
Çatışmamazlığı aradan qaldırmaq üçün alternativ variant seçmək. Alternativ – hər hansı bir tədbirdə variantların olmasıdır. Burada seçim imkanı vardır.
6.Strategiyanın seçilməsi.
7.Strategiyanın həyata keçirilməsi
8.Strategiyanın qiymətləndirilməsi.
Strategiyanın həyata keçirilməsi üçün bəzi addımlar vacibdir (Şəkil 11):
Strategiyanın qiymətləndirilməsi görülən işin müzakirə və müqayisə edilməsidir. Əgər qiymətləndirmə müsbətdirsə razılıq əsasında iş davam etdirilir, əks halda isə, ya işin icrası, yaxud da tutulmuş plan dəyişdirilir.
Şəkil 11. Strateji icra mexanizminə daxil olan amillər
Taktika – qısa müddətli və strategiyaya uyğun olaraq tətbiq edilmiş tədbirdir.
Siyasət – taktikanın necə icrası üçün atılan addımdır, seçilən yoldur.
Proses – bilavasitə işin icrasıdır, işin mərhələlərlə, texnologiyaya və vaxta görə ardıcıllıqla yerinə yetirilməsidir.
Qayda – prosesin həlli üçün müəyyən edilmiş normativ və hüquqi aktdır. Qabaqcadan qoyulmuş qaydaları özbaşına dəyişdirmək və ya pozmaq olmaz. Əks halda, həm inzibati, həm də istehsal rejimi pozula bilər və istənilən nəticəni əldə etmək olmaz.
Strateji planlaşdırma adətən qlobal məsələlərin uzunmüddətli həllini nəzərdə tutur. Burada, əsasən maddi ehtiyatların, kadrların, istehsal vəsaitlərinin, texnika və texnologiyanın son məqsədə çatmaq üçün birgə istifadəsinin alqoritmi başa düşülür.
Strateji planlaşdırma məqsədə çatmaq üçün təyin olunmuş spesifik strategiyanın hazırlanmasına doğru aparan, rəhbərlik tərəfindən əvvəlcədən qəbul edilən qərar və ideyaların məcmusudur. Strateji planlaşdırma idarəetmə qərarların qəbul edilməsində istiqamətverici alətdir. Onun vəzifəsi – təşkilatda yenilikləri və dəyişiklikləri lazımi səviyyədə təmin etməkdir. Daha doğrusu, o, strateji planlaşdırma prosesi çərçivəsində idarəetmə fəaliyyətinin 4 əsas növünü özündə əks etdirir: ehtiyatların bölüşdürülməsi, ətraf mühitə uyğunlaşma, daxili əlaqələndirmə və təşkilati – strateji qabağıgörmə.
– Ehtiyatların bölüşdürülməsi – bu proses özündə fond, idarəçilik, kapital, kadrlar və texnoloji təcrübə kimi məhdud ehtiyatları əks etdirir.
– Ətraf mühitə uyğunlaşma. Bu uyğunlaşma geniş mənada izah edilməlidir. Ətraf mühitə uyğunlaşma, təşkilatın ətraf mühitlə münasibətlərini yaxşılaşdıran strateji xarakterli bütün fəaliyyəti özündə əks etdirməlidir. Belə ki, təbiətin və ətraf mühitin çirklənməsinin qarşısının alınması, flora və faunanın qorunması, əhalinin sağlamlığının mühafizə olunması və digər bu kimi vacib amillər nəzərə alınmalıdırlar.
– Daxili əlaqələndirmə – daxili əməliyyatları effektiv birləşdirməyə nail olmaq məqsədilə firmanın zəif və güclü cəhətlərini ifadə etdirmək üçün strateji fəaliyyətin əlaqələndirilməsini özündə əks etdirir.
– Təşkilati – strateji qabağıgörmənin dərk edilməsi, təşkilatın formalaşması və yaşadılması üçün menecerlər tərəfindən onun müntəzəm və dinamik inkişafının həyata keçirilməsini nəzərdə tutur.
Strategiyanın mahiyyəti. Strategiya, təşkilatın tapşırıqlarının həyata keçirilməsini və onun öz məqsədlərinə çatmasını təmin etmək üçün müəyyən edilmiş uzun müddətli və hərtərəfli kompleks planı özündə əks etdirir. Strategiya rəhbərlik tərəfindən hazırlanır, lakin onun həyata keçirilməsi bütün idarəetmə səviyyələrinin iştirakını nəzərdə tutur. Strateji plan, konkret şəxs nöqteyi-nəzərdən deyil, bütün firmanın inkişafı nöqteyi-nəzərindən hazırlanmalıdır. Strateji plan, geniş tədqiqatlara və real faktiki verilənlərə (göstəricilərə) əsaslanmalıdır. İndiki biznes dünyasında effektiv rəqabət aparmaq üçün firma müntəzəm olaraq bazar, rəqabət və başqa amillərə görə də çoxlu informasiya toplamaqla və onları təhlil etməklə məşğul olmalıdır. Strateji plan firmaya müəyyənlik (fərdilik) verir ki, bu da işçilərin müəyyən qrupunu cəlb edir və eyni zamanda marağı olmayan işçiləri firmadan uzaqlaşdırır. Nəhayət, strateji planlar elə hazırlanmalıdır ki, uzun müddət ərzində dəyişməz qalmaqla kifayətlənməsinlər, həmçinin lazım gəldikdə firmanın fəaliyyətini təkmilləşdirmək və yenidən istiqamətləndirməklə dinamikliyi və elastikliyi təmin etmiş olsunlar.
Ümumi strateji plana firmanın uzunmüddətli dövr üçün fəaliyyətini istiqamətləndirən kompleks tədbirlər proqram kimi baxmaq lazımdır.
Strategiyanın seçilməsi. Rəhbərlik, mövcud strateji alternativlərə baxdıqdan sonra konkret strategiyaya diqqət yetirib onu seçə bilər. Strategiyanın seçilməsində məqsəd, təşkilatın (firmanın) uzunmüddətli effektiv fəaliyyətini maksimum artırmaqdır. Strateji seçmə müəyyənləşdirilərkən bu seçim birmənalı olmamalıdır. Hər hansı konkret seçimə bağlılıq, gələcək strategiyanı məhdudlaşdıra bilər, buna görə də, qərar qəbul edərkən əsaslı tədqiqatlara və qiymətləndirməyə əsaslanmaq lazımdır. Bu zaman strateji seçməyə təsir göstərən aşağıdakı müxtəlif amillər mütləq nəzərə alınmalıdırlar: risk; təcrübə; rəqabət; vaxt.
Risk – qazanc və yaxud itki verə bilən fəaliyyətdir. Kifayət qədər ölçülüb-biçilməmiş və əsaslandırılmamış yüksək dərəcəli risk təşkilatı müflisləşdirib dağıda bilər.
Əvvəlki strategiyalar haqqında bilik və təcrübənin olması və onların təsirlərinin nəzərə alınması zəruri amildir. Çünki, çox tez-tez rəhbərlik şüurlu və ya şüursuz surətdə keçmiş strateji alternativlərin təsiri altında olur və istər-istəməz onlara istinad etməli olur.
Rəqiblərə və rəqabətə reaksiya. Firmalar çox tez-tez konkret strateji alternativin seçilməsində rəqiblərin münasibətlərini və rəqabət mühitini öyrənməli olurlar. Çünki yalnız belə olduqda rəhbərlik, bazarın tələb-təklif elastikliyinə cavab verə bilən müvafiq addımlar ata bilər.
Vaxt amili. Qərar qəbul edilməsi zamanı vaxt amili müvəffəqiyyətə və ya müvəffəqiyyətsizliyə səbəb ola bilər. Dar macalda, hətta yaxşı qərarın pis həyata keçirilməsi təşkilatın ziyana düşməsinə, bəzi hallarda isə hətta dağılmasına gətirib çıxara bilər.
Orta müddətli planlaşdırma strateji planlaşdırmadan törəyir və onun icrasına yönəlir. Orta planlaşdırma həm real işlərin nəticəsinə görə, həm də norma və normativlərin müqayisəli tutuşdurulmasına görə qurula bilər.
Cari planlaşdırma bilavasitə işlərin icrası ilə bağlıdır və gündəlik işlərin gedişinə mütənasib qurulmalıdır.
Müəllif: Ağasəf İmran
Mənbə: ”Menecment”(dərslik) BAKI-2007
810M-860M qr. üçün “Eksperimentin planlaşdırılması və təşkili” fənni üzrə 2-ci kollokvium sualları
2.Liflərin, onlardan hazırlanan ipliklər, saplar və başqa məmulatlar.
3. Tərkibi keratindən təşkil olunan liflər..
4. Avtomatlaşdırılmış pambiğin yumşaldilmasi,qarişdirilmasi və təmizlənməsi ..
5.Toxuculuq liflərini quruluşu.
1.Sadə və ya elementar liflər.
2. Toxuculuq materiallarının kimyəvi tərkibi
3.Toxuculuq materiallarını təsnifatı.
4. Rieter firmasının UNİfloc A11 avtomatik kip yumşaldıcı maşını..
5.Toxuculuq materialın mənşəyi, emal qaydaları.
1. Rieter firmasının UNİmix B70 qarışdırma maşını.
2.Toxuculuq materiallarının ümumi quruluşlarının xüsusiyyətləri.
3. Əyricilik istehsalının texnologiyasının müasir üsul və vasitələri
4.Strukturun mürəkkəbliyi etibarilə toxuculuq materiallarının sıra ilə
neçə bölməyə ayırmaq olar.
5.Lif və sapların təsnifatı.
1.Toxuculuq lifləri mənşəyi və kimyəvi tərkibinə görə neçə yerə bölünür.
3. Heyvan mənşəli liflər Kimyəvi liflər.
4.Bitki mənşəli liflər.
5.Bitki toxumundan (çiyiddən) alınan liflər.
1.Bitkinin gövdəsindən alınan liflər.
2.Bitkinin yarpağından alınan liflər.
3.Heyvan mənşəli liflər.
4. Kimyəvi liflər Tərkibi keratindən təşkil olunan liflər.
5.Tərkibi fibroindən təşkil olunan liflər.
“ Tədqiqatların üsul vəvasitələri”
fənni üzrə 2-ci kollokvium sualları
1. Elmi tədqiqat işlərinin əsas mərhələləri
3. Paylanma sıxlığı
5.Tədqiqata hazırlıq mərhələsi
1.Eksperimentin aparılması və təcrübələrin nəticələrinin emalı
3.Tədqiqat işinin nəticələrinin təhlil edilməsinə irəli sürürlən hipotezin doğruluğunun təsdiqi mərhələsi
4. Dispersiya analizi Təcrübə nəticələrinin statistik hesablanması
5. Tədqiqat metodunun seçilməsi və işlənməsi
1. Təcrübə nəticələrinin statistik hesablanması
2. Elmi tədqiqat işlərinin əsas mərhələləri
4. Elmi –tədqiqatların aparılmasının metodoloji əsasları
5.Korrelyasiya əlaqəsinin tənliyi
2.Təsadufi kəmiyyətlərin ədədi xarakteristikaları
3. Təsadüfi kəmiyyətin paylanma qanunu
5. İnam interval və inam ehtimalı
1. Rİyazi gözləmə İnam interval və inam ehtimalı
2.Ölçmə xətaları haqqında
3.Təsadüfi kəmiyyətlərin paylanma qanunları
4. Nəzəri və empirik tədqiqat metodları
“ PİE müəssisələrində istehsal olunan məhsulun
keyfiyyətinin idarə olunması”fənni üzrə 2-ci kollokvium sulları
1.Məhsulun keyfiyyətinin idarə olunması. Əsas anlayışlar, terminlər və onların təyin olunması.
2.Məhsulun keyfiyyətinin idarə olunmasında Dövlət standartlarının rolu.
3.Xam pambıq üçün standartlar.
4.Mahlıc üçün standartlar.
5.Çiyid, lif və lifli tullantılar üçün standartlar. Hazır məhsulların qəbulu, saxlanması və göndərilməsi.
1.Məhsulun keyfiyyətinin idarə olunmasında texniki nəzarətin rolu.
2.Xam pambıgın tədarükü və saxlanması proseslərində keyfiyyətin idarə olunması.
3.Pambıq tədarükü məntəqələri.
4.Tədarükün təşkili prosesi və keyfiyyətin idarə olunması.
5.Maşınla yıgılmış xam pambıgın keyfiyyətinin idarə olunması.
1.Əllə yıgılmış pambıgın nəmlik və zibillik normaları.
2.Maşınla yıgılmış pambıgın nəmlik və zibillik normaları.
3.Xam pambıgın keyfiyyətinə görə qəbulu.
4.Xam pambıgın miqdarına görə qəbulu.
5.Xam pambıgın saxlanması prosesində keyfiyyətin idarə olunması.
1.Xam pambıq anbarlarından nəmliyin ayrılması.
2.Xam pambıgın fiziki-mexaniki xassələri.
3.Xam pambıgın qəbulu.
4.Pambıgın qəbulu prosesində keyfiyyətinin yoxlanması tədbirləri.
5.Xam pambıgın qəbulu zamanı sınaq nümunələrinin götürülməsi qaydaları.
1.Xam pambıgın qəbulu zamanı 1-ci zonanın vəzifə funksiyaları.
2.Xam pambıgın qəbulu zamanı 2-ci zonanın vəzifə funksiyaları.
3.Xam pambıgın qəbulu zamanı 3-cü zonanın vəzifə funksiyaları.
4.Xammalın anbarlarda yerləşdirilməsi zamanı partiyalarla komplektləşdirilməsi.
5.Xammalın anbarlarda saxlanması zamanı keyfiyyətin qorunub-saxlanması tədbirləri.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2023
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.