Elçin Əfəndiyev
Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.
Elçin Əfəndiyev “Seçilmiş Əsərləri 1” PDF
Mənim 2 cildlik ilk «Seçilmiş əsərlər»im 1987-ci ildə nəşr olunub. Sonralar xeyli kitabım çıxsa da, bu 10 cildlik mənim ikinci «Seçilmiş əsərlər»imdir. Mən bu cildlərə yalnız mətbuatda çap olunmuş əsərlərimi salmışam. Bu 10 cildlik mənim üçün, əlbəttə, indiyə qədərki yazı-pozu işlərimin, bir növ, yekunlaşdırılmasıdır və orası da aydın məsələdir ki, bu zaman da, istər-istəməz, bir sual peyda olur: nə yazmısan? necə yazmısan? niyə yazmısan. Mən bu suala da cavab vermirəm (bəlkə cavab vermək istəmirəm?). Çünki o cavabın sahibi oxucudur. Mən isə, yalnız onu deyə bilərəm ki, olanım budur.
E l ç i n 2 oktyabr 2004.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Elçin Əfəndiyev “Seçilmiş Əsərləri 1” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Mir.az-elcin-secimis-eserleri-1.pdf
Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.
Elçin Əfəndiyev
- Elçin Əfəndiyev 13 may 1943-çü ildə, Bakı şəhərində, XX əsr Azərbayçan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə çavab verir: “Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı baçarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım. ” İlk hekayəsi 16 yaşı olarkən, 1959-cu ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunub. Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1968) bitirib, “Azərbaycan bədii nəsri ədəbi tənqiddə” mövzusunda namizədlik, “Ədəbiyyatda tarix və müasirlik problemi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. “Min gecədən biri” adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb. Bundan sonra Elçinin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub, əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polşa, xorvat, kürcü, litva, moldav, türkmən, özbək, qazax, tacik, serb və sairə dillərə tərcümə edilib. Kitablarının ümumi tirajı 5 milyondan çoxdur;
Elçin ABŞ-da, Rusiyada, Fransada, Türkiyədə, Almaniyada, Hollandiyada, Çində, Belçikada, İspaniyada, Yunanıstanda, Lüksemburqda, İsveçdə, İsveçrədə, Danimarkada, Ukraynada, Polşada, Özbəkistanda, Çexoslovakiyada, Yuqoslaviyada, Bolqarıstanda, İraqda, Avstriyada, Qazaxstanda, İranda, Qanada, Səudiyə Ərəbistanında, Rumıniyada, Macarıstanda, Gürcüstanda, Tunisdə, Pakistanda və digər ölkələrdə müxtəlif elmi, ədəbi, ictimai, siyasi konfranslarda, simpoziumlarda, qurultaylarda, görüşlərdə, rəsmi dövlət danışıqlarında iştirak edib.
Azərbaycan Ali Sovetinin deputatı olub.
Hazırda Azərbaycan Respublikası Baş Nazirinin müavini, eləcə də Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyətinin sədri vəzifələrində çalışır. Bakı Dövlət Universitetinin professorudur. Bir sıra Dövlət Komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumların üzvüdür.
#09.03.2010 09:26 0 0 0
- 1. Nəsimi (1973)
2. Əllər və Rənglər (1974)
3. Ömrün Səhifələri (1974)(Kinoalmanax)
4. Alıcının Sərgüzəşti (1976)
5. Arxadan Vurulan Zərbə (1977)
6. Dantenin Yubileyi (1978)
Comments are closed, but trackbacks and pingbacks are open.