Press "Enter" to skip to content

Azərbaycan Atabəyləri dövlətinin yaranması – TARİXİ FAKTLAR

Bu tarixdə Səncər Mahmudu məğlub edib böyük sultan olunca onun məmlükləri də ali sultanın tabeliyinə keçib. Sümeyrəmini Mahmudun vəzirliyinə gətirən də Səncərin özü olub. Eldəniz birinci dərəcədən Səncərin məmlükü olmasa da, Cüzcaninin məlumatı onun 1118-ci ildə saray məmlükləri arasına alındığını göstərir.

(Mündəricatlar siyahısı)

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR
Paylaşın – Hamı bilsin

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.

Testin cavabını göstər

Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı “Testin izahını yazın” bölməsinə yazın.

Hansı dövlət ildə 100 min dinar xərac vermək şərti ilə Cəlaləddinin hökmranlığını qəbul etdilər?

Rəvvadilər
Şəddadilər
Şirvanşahlar
Eldənizlər

Səlcuqlar Azərbaycanın işğalını basa çatdırdılar:

Rəvvadilərin tabe edilməsi ilə
Şirvanin tabe edilməsi ilə
Şəddadilərin tabe edilməsi ilə
Sacilərin tabe edilməsi ilə

Yusif ibn Küseyr türbəsi neçənci ildə tikilib?

Əmir Teymur hansı qalanı 14 il mühasirədə saxlayıb?

qız qalası
heç birini

Dini baxışlarına görə ruhanilər tərəfindən qətlə yetirilmiş Azərbaycan filosofu:

Bəhmənyar ibn Mərzban
Eynəlqüzzat Miyanəçi
Xətib Təbrizi
Fazil Fəriddin Şirvani

Monqollar ikinci yürüşdə Azərbaycanın işğalını neçə ilə başa çatdırdılar?

1394-cü il Bağdad döyüşünün nəticəsi

Əmir Teymur Qaraqoyunlu və Cəlairilərin birləşmiş qüvvələrini məğlub etdi
Qaraqoyunlu və Cəlairilərin birləşmiş qüvvələri Əmir Teymuru ağır məğlubiyyətə uğratdılar
Qaraqoyunlu Qara Yusif Cəlairilərin qüvvələrini ağır məğlubiyyətə uğratdı
Misir hakimi Əmir Teymurun tələbi ilə müttəfiqləri Bağdad yaxınlığında məğlub etdi

Qaraqoyunlu hakimi Qara Yusif neçənci ildə Təbriz yaxınlığında Cəlairi Sultan Əhmədi məğlub edərək Cəlairilər dövlətinə son qoymuşdur?

XI-XII əsrlərdə Azərbaycanda şifahi xalq ədəbiyyatının ən böyük nümunəsi

“Manas” dastanı
“Koroğlu” dastanı
“Kitabi-Dədə Qorqud” dastanı
“Aşıq Qərib” dastanı

Səfəvi sülaləsinin yüksəlişi hansı dövrə təsadüf edir?

Eldənizlərin hakimiyyəti dövrünə,
Monqol işğalları dövrünə,
Qaraqoyunluların hakimiyyəti dövrünə,
Cəlairilərin hakimiyyəti dövrünə,

XV əsrdə yaşamış musiqiçi:

Səfiəddin Urməvi,
Əmir Dövlətyar
Əşrəf Marağai,
Əbdülqadir Marağai

XV əsrdə beynəlxalq bazarlarda şöhrət qazanmış Azərbaycan xalçaları:

Gəncə-Qazax
Naxçıvan, Ərdəbil
Şamaxı, Qarabağ
Təbriz, Şirvan

Uzun Həsənin Gürcüstana yürüşü?

Ağqoyunlu dövlətinin yaranmasından neçə il sonra Şah İsmayıl hakimiyyətə gəldi

Malatya döyüşü neçənci ildə olmuşdur?

Qaraqoyunlu dövlətinin yaranmasından neçə il sonra Cahanşah Teymurilərin mərkəzi Herata daxil oldu?

30 il sonra
48 il sonra
52 il sonra
58 il sonra

XV əsrdə Azərbaycan bazarlarına xəz-dəri, bal, mum, kətan parçalar, gön, qab-qacaq və sair gətirilirdi:

Hindistandan,
Osmanlı dövlətindən,

1548-ci ildə Qarabağdan Şəkiyə hücum edən Səfəvi əmiri:

Şahqulu Sultan Ustaclı,
Sevindik bəy Əfşar,
Toyğun bəy Qacar,

Atabəy Şəmsəddin Eldəniz, Məhəmməd Cavan Pəhləvan. Əbu Bəkir,? Sual işarəsinin yerində nə olmalıdır?

Sultan Səlim, Özbək
Qızıl Arslan, Toxtamış
Qızıl Arslan, Özbək
Sultan fateh, Özbək
Özbək, Qızıl Arslan

Səlcuq dövlətinin dağılmasının səbəbidir:

güclü hökmdarın olmaması
ərəblərin hücumu
hunların hücumu
dövlət dağılmayıb

Hansı Şirvan hakimi Qara Yusifin hakimiyyətini tanımadı?

Şirvanşah birinci İbrahim
Şirvanşah birinci Xəlilullah
Şirvanşah birinci Fəribürz
Şirvanşah ikinci Mənuçöhr

Həmədan vuruşması neçənci ildə baş verib?

XV əsrdə Şirvanşahlar dövlətinin əlaqə saxladığı dövlət?

Dehli sultanlığı

Mədrəsədə tədrislə neçə müdərris məşğul olurdu?

1385-ci ildə Qara Məhəmməd hansı ərazilərin sahibi oldu?

Van, Sivas, Erzincan
Mosul və Mardin arasındakı ərazi
Mush duzu və Hilat
Chapaqchur və Hilat

Qoyluhisar döyüşündə Ağqoyunlular toqquşdular:

Osmanlılarla
Teymurilərlə
Cəlairilərlə
Qaraqoyunlularla
Şirvanşahlarla

Kalka döyüşü neçənci ildə baş verib?

Böyük Səlcuq İmperiyasının son hökmdarı kimdir?

I Məlikşah
Sultan Səncər
Alp Arslan
Qızıl Arslan

Qazan xan hansı islahat keçirməyib?

Monqolların yürüşü zamanı Şəmkirin idarəsi kimdə idi?

Noyon Molar
Cəlaləddin

Haqqımızda

Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.

Əlaqə

  • Azərbaycan, Bakı şəhəri
  • +994 50 686 86 44
  • sbabanli@yahoo.com

Abunə

Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)

© Bütün hüquqlar qorunur.

Azərbaycan Atabəyləri dövlətinin yaranması – TARİXİ FAKTLAR

Azərbaycan Atabəyləri və ya Eldəgəzlər (Eldənizlər) dövləti 1136-1225-ci illər arasında mövcud olub. Bu dövlətin ərazisi Azərbaycanı, şərqi Anadolunu, şimali İraqı, İranı və Cibəli əhatə edirdi.

Oxu.Az-a Atabəylər dövləti barədə geniş məlumatı tarixçi-alim Əkbər Nəcəf verib.

Eldənizlərin qurucusu qıpçaq əsilli bir məmlükdür. Mixonda görə, Eldəniz qıpçaqlar ölkəsindən alınmış bir quldur. Cılız, zəif olduğu üçün qul alverçisi onu pulsuz olaraq kölə tacirinə bağışlayıb. Eldəniz İraq Səlcuqluları dövlətinin vəziri Kəmaləddin Əbu Talib əs-Sümeyrəminin əmrində sarayda xidmətə başlayıb və sıra ilə iqtidar pillələrini bir-bir çıxıb. Cüzcani Eldənizin Böyük Səlcuqlu sultanı Səncərin məmlükü olduğunu və onun adını Eldəniz əs-Səncəri olaraq qeyd edib. Eldənizlər tarixinin ən məşhur araşdırmaçısı Z.Bünyadov təəssüf ki, bu məlumatı ciddiyə almayıb və bunu müəllifin səhv görüşü kimi qiymətləndirib.

Ancaq Cüzcaninin bu məlumatı olduqca qiymətlidir. Müəllifin Eldənizi Sultan Səncərin məmlükü olaraq qeyd etməsi Eldənizin Sultan Məhəmməd Taparın ölümü və oğlu Mahmudun taxta keçdiyi tarixdə, yəni 1118-ci ildə saraya alındığını göstərir.

Bu tarixdə Səncər Mahmudu məğlub edib böyük sultan olunca onun məmlükləri də ali sultanın tabeliyinə keçib. Sümeyrəmini Mahmudun vəzirliyinə gətirən də Səncərin özü olub. Eldəniz birinci dərəcədən Səncərin məmlükü olmasa da, Cüzcaninin məlumatı onun 1118-ci ildə saray məmlükləri arasına alındığını göstərir.

Eldənizin qıpçaqların hansı boyuna mənsub olması haqqında heç bir məlumat verilmir. Lakin Xarəzmşah Təkişin münşisi (divan katibi) Bağdadlı Bəhaəddin Məhəmməd ibn Müəyyəd Xarəzmşahların məktublarını qələmə aldığı əsərində Atabəy Nüsrətəddin Cahan Pəhləvana aid bir məktubdan bəhs edərkən, atabəyin Xarəzm ordularının başında Taraza qədər gəlmiş qıpçaq Uran qəbiləsinin rəislərindən Qıranla (Kıran) “qohum olduğunu” yazıb. Atabəy Cahan Pəhləvanın Qıranı öz qohumlarından göstərməsi Eldənizlərin də qıpçaqların Uran tayfasından olduğuna işarət ola bilər. Qıpçaqların Uran qəbiləsi Orta Asiyada Xarəzmşahlarla sərhəd olan Cənd ətrafında yaşayırdılar. Bunların böyük bir hissəsi müsəlman deyildi. Ancaq Xarəzmşahların əmri altına girdikdən sonra uranlılar Xarəzm ordusunda xidmətə başlamışdılar.

Atabəy Eldənizin Səncərin məmlükü olduğu, Sümeyrəminin Səncər tərəfindən Mahmudun vəziri təyin edildiyi və Atabəy Cahan Pəhləvanın Uran rəisi Qıranı öz qəbilə qohumu olaraq göstərməsi kimi məlumatları əsas götürərək, Eldənizin Orta Asiya (Cənd və ətrafındakı) qıpçaqlarından (Uran tayfasından) olduğu və bir qul kimi əvvəlcə Xorasana, oradan da İraq və Azərbaycana gəldiyi aydın olur. Yəni Eldəniz Qafqaz üzərindən deyil, Orta Asiyadan Xorasana, oradan da İraq Səlcuqlu ölkəsinə gəlib.

Vəzir Sümeyrəmi hicri 515/16-cı ildə (1121-1122) ismaililər tərəfindən öldürülüncə Eldəniz də Sultan Mahmudun əmri altına girib. 1131-ci ildə Sultan Mahmud vəfat etdi. Yerinə Sultan II Toğrul keçdi. O, Eldənizi öz şəxsi məmlükləri arasına daxil etdi. Eldəniz sultanın arvadı Möminə Xatunun təşəbbüsü sayəsində qısa zamanda II Toğrulun kiçik yaşlı oğlu Arslanşahın atabəyliyinə gətirildi. Sultan II Toğrulun ölümü və yerinə Sultan Məsudun (1135-1152) keçməsindən sonra Eldəniz Möminə Xatunla evləndirildi və 1136-cı ildə Aranı Arslanşah ilə onun iqtası təyin etdi. Beləcə, 1136-cı il Azərbaycan Atabəyləri dövlətinin quruluş ili olaraq qəbul edilir. Eldənizin Möminə Xatundan Məhəmməd Cahan Pəhləvan və Müzəffərəddin Qızıl Arslan adlı iki oğlu və bir qızı olub.

On il içində (1136-1146) Atabəy Eldəniz Arandakı bütün idarəetməni əlinə aldı. O, üsyankar əmirləri zərərsizləşdirdi və yerli idarəçilər arasında nizam-intizamı təmin etdi. Xalq arasında asayişi bərqərar edən Eldəniz dövrün alban tarixçisi Mxitar Qoşun məlumatına görə, “o gücləndi; bütün böyük hökmdarları əzdi və çoxlarını özünə tabe etdi; türkmənlərin qiyamçılarını tamamilə darmadağın etdi. O, Albaniya (Aran) ölkəsindəki çaxnaşmalara son qoydu”.

1145/46-cı illərdə Farsın türk hakimi Boz Aba ilə Rey valisi Abbas arasında ittifaq təsis edildi. Bu ittifaqa Sultan Məsudun hacibi Əbdürrəhman ibn Toğan Yürək də daxil oldu. Onlar sultanın qardaşı oğullarından şahzadə Məhəmmədlə şahzadə Məlikşahı öz yanlarına alıb, Məsuda qarşı qiyam qaldırdılar. Sultan Məsudun onlara qarşı gələcək gücü olmadığı üçün Atabəy Eldənizə müraciət etdi. Atabəy təcili yola çıxıb Məsudla birlikdə Kaşan ətrafında qiyamçıların qarşısına çıxdı. İlk çarpışmalardan sonra qiyamçılar sultanla atabəyin gücləri qarşısında geri çəkilməyə başladılar. Bu hadisə Atabəy Eldənizin İraq Sultanlığı nəzdində nüfuzunu xeyli artırdığını göstərməkdədir.

1 rəcəb 547-ci ildə (2 oktyabr 1152-ci il) Sultan Məsud Həmədanda vəfat etdi. Yerinə qardaşı oğlu Məlikşah ibn Mahmud keçdi. Ancaq vəzir Xass bəy Bələncəri qısa müddət sonra onu həbs edib, yerinə onun qardaşı Məhəmmədi oturtdu. Ancaq yeni sultan hakimiyyətə keçməsinin üçüncü günü onu taxta çıxaran Bələncərini edam edib, başını Aran hakimi Şəmsəddin Eldəniz vasitəsilə Marağa hakimi Nüsrətəddin ibn Ağsunqura göndərdi. Ancaq sultanın bu hərəkəti onları qorxutdu. Bundan istifadə edən xəlifə əl-Müqtəfi əmirləri sultana qarşı qiyama çağırdı. Əmirlər özlərinə yeni sultan olaraq Süleyman şahı seçdilər. Onlar birlikdə Bağdada gəldilər və burada xəlifə tərəfindən təntənə ilə qarşılandılar. Məhərrəm 551-ci ildə (mart, 1156) Bağdadda xütbələr Süleyman şahın adına oxundu. Beləcə, Süleyman şah yanında, xəlifə orduları xaricində, Aran hakimi Şəmsəddin Eldəniz, Marağa hakimi Nüsrətəddin Arslan Apa, Alp Quş Gün-qur, Fəxrəddin Zəngi Həmədana doğru irəlilədilər. Sultan Məhəmməd şəhəri tərk etmək məcburiyyətində qaldı və İsfahana qaçdı. Süleyman şah heç bir maneə ilə qarşılaşmadan paytaxta gəldi və sultanlıq taxtına oturdu.

Taxtı ələ keçirdikdən sonra sultan içki məclislərinin aludəsi olub əyyaşlıq etməyə başladı. Buna görə də müttəfiqləri ondan ayrılaraq öz əyalətlərinə çəkildilər. Eldəniz də gürcülərin Arana hücumunu eşidib ölkəsinə döndü. Bu vaxt vəzir Bələncərinin əmisi oğlu Rəvvadi də Aranda rahat durmamış və qiyam etmək üçün fürsət gözləyirdi. Süleyman şahın ordusunun dağıldığını görən sabiq sultan Məhəmməd onun üzərinə hücum çəkib taxtı yenidən ələ keçirmiş, Süleyman şahı da tutub həbs etmişdi. Sultan Məhəmməd Atabəy Eldənizin bağışlandığını desə də, onu nəzarət altında tutmaq üçün oğlu Cahan Pəhləvanı girov olaraq sarayda saxladı. Ancaq xəlifənin təhriki ilə Şəmsəddin Eldəniz sultana qarşı üsyan etdi. Sultan Məhəmməd Bağdadı mühasirə etdiyi sırada Eldəniz şahzadələrdən Məlikşahı və oğulluğu Arslanşahı yanına alıb Həmədana yiyələndi. Bunun üzərinə Bağdadın mühasirəsini buraxan Sultan Məhəmməd Həmədana hücum etdi və Rey yaxınlığında Eldənizin qüvvətlərini ağır məğlubiyyətə düçar etdi. Naxçıvan yaxınlığında cərəyan edən ikinci vuruşmada da Eldəniz məğlub oldu. O, bir məktub yazaraq sultandan əfv edilməsini istədi. Sultan onun üzrxahlığını qəbul edib atabəyin Arandakı hakimiyyətini təsdiq etdi. Azərbaycanı da Marağa Ağsunqurlularından Arslan Apa ibn Ağsunqura verdi.

Ancaq Məhəmmədin hakimiyyəti çox davam etmədi. Bağdada hücuma hazırlaşdığı bir dövrdə qəflətən xəstələndi və zülqədə 554-cü ildə (dekabr, 1159) öldü. Taxta təkrar Süleyman şah keçdi. Süleyman şah Eldənizin oğulluğu Arslanşahı özünün vəliəhdi elan etdi. Necə ki, Süleymanın adına oxunan xütbələrdə Arslanşahın da adı vəliəhd olaraq keçdi.

Süleyman şah taxta çıxmasından sonra yenidən əyyaşlığa başladı. Əmirlər ona qarşı sui-qəsd planı hazırladılar. Şəvval 555-ci ildə Süleyman şah taxtdan salındı və həbs edildi. Şərafəddin Qurd Boz adlı bir əmir onu 12 rəbiüləvvəl 556-cı ildə (22 aprel, 1161) həbsdə boğaraq öldürdü.

Atabəy Eldənizi Həmədana dəvət edib Arslanşahı taxta oturtmasını istədilər. Eldəniz Həmədana gəldi. Oğulluğu Arslanşah ibn II Toğrulu sultanlıq taxtına əyləşdirdi. Özü isə Atabəy Əl-Əzəm (Böyük Atabəy) adı ilə onun yanında oturdu. Beləcə, Eldənizlər İraq Səlcuqlu dövlətinin idarəsini əllərinə keçirdilər.

Comments are closed, but trackbacks and pingbacks are open.