Press "Enter" to skip to content

Azərbaycanda regional elektrik şəbəkələri ləğv edildi

Dəyişikliyə əsasən, “Abşeron Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzində Bakı Regional Enerji Təchizatı və Satışı İdarəsi (Bakı) – Bakı şəhərinin enerji təchizatı və satışı idarələri, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsi və Qobustan Rayon Elektrik Şəbəkəsi yaradılıb.

Elektrik şəbəkələri

Elektrik enerjisini elektrik stansiyasından tələbediciyə ötürmək və onu tələb-edicilər arasında paylanması üçün istifadə olunan texniki qurğuya elektrik şəbəkəsi deyilir. Elektrik şəbəkəsi ötürücü elementlərdən – elektrik ötürücü xətlərdən və çevirici elementlərdən – transformatorlardan və elektrik şəbəkələrinin rejimlərinin və tənzimləməsini təmin edən əlavə qurğularının yığımıdır.
Yüksək gərginlikli EÖX böyük miqdarda və uzaq məsafələrə ötürmək üçün isti fadə edilir. Alçaq gərginliklər EÖX elektrik enerjisini tələbedicilər arasında payanılması üçün texniki qurğudur.Transformatorlar və əlavə qurğular yarımstansiyalarda quraşdırılır və şəbəkələrin elementlərini birləşdirilməsi və açılıb-bağlanmasını təmin edən paylayıcı quruluşu vardır. Elektrik enerjisini paylayıcını yerinə yetirən paylayıcı məntəqələrin (PM) güc transformatorları olmadığı üçün yarımstansiyalardan fərqlənirlər.Tələbedicilərin elektrik təchizatının etibarlığı. Elektrik şəbəkəsinin elementlərinin qəza zədələnməsində zədələnən elementin təmirini aparmadan istehsalat üçün əlavə tələb edilən zaman müddətində qida-lanmanı bərpa edilməsinə elektrik şəbəkənin təchizatının etibarlığı başa düşülür. Elektrik qəbuledicilərin qəza zədələnmələrində qidalanmasında fasilə olmadıqda və ya elektrik enerjisinin ötürmə yerlərində avtomatik qurğuların işləməsi müddətində fasilə olur. Elektrik tələbediciləri etibarlıq dərəcəsinə görə üç kateqoriyaya bölünür. Birinci kateqoriya elektrik qəbuledicilər fasiləsiz elektrik təchizatının olmalıdır. Birinci kateqoriya elektrik qəbuledicilərin qidalanması iki müstəqil mən-bədən olmalıdır. İkinci kateqoriya tələbedicilərin etibarlı elektrik təchizatı olmalıdır. Üçüncü kateqoriya tələbedicilərlə elektrik təchizatında fasilə olur, lakin təmir üçün və ya şəbəkənin elementlərinin dəyişdirilməsi üçün bir gündən artıq fasiləyə yol verilməməlidir. Yaşayış və Qeyri yaşayış sahələrində dayanıqlı elektrik şəbəkəsi qurulması üçün Texnoland MMC yüksək xidmət göstərə bilər.

Ətraflı məlumat üçün (050) 240-97-73 mobil nömrəsinə və ya (012) 511-78-95 şəhər nömrəsinə zəng edə bilərsiniz.

Texnoland

Azərbaycanda regional elektrik şəbəkələri ləğv edildi

Baş nazir Artur Rasizadə “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişikliklər edib.

Bu barədə Nazirlər Kabinetindən Oxu.Az-a bildirilib.

Dəyişikliyə əsasən, “Abşeron Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzində Bakı Regional Enerji Təchizatı və Satışı İdarəsi (Bakı) – Bakı şəhərinin enerji təchizatı və satışı idarələri, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsi və Qobustan Rayon Elektrik Şəbəkəsi yaradılıb.

Bundan başqa, “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” MMC əvəzində Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi (Sumqayıt) – Sumqayıt, Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayon elektrik şəbəkələri, “Şirvan Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzində “Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan) – Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Lerik və Astara rayon elektrik şəbəkələri yaradılıb.

Dəyişiklik bununla da bitməyib:

Belə ki, “Gəncə Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzində “Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (Gəncə) – Gəncə, Göygöl, Samux, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Qazax və Ağstafa rayon elektrik şəbəkələri, Mingəçevir Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzində “Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (Mingəçevir) – Mingəçevir, Goranboy, Naftalan, Tərtər, Bərdə, Yevlax, Ağdaş, Ucar, Göyçay və Ağsu rayon elektrik şəbəkələri, “İmişli Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzində Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (İmişli) – İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Ağdam, Zərdab, Kürdəmir, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri, Şəki Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzində “Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (Qəbələ) – Qəbələ, Şamaxı, İsmayıllı, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon elektrik şəbəkələri yaradılıb.

Eyni zamanda “Sumqayıt Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Xaçmaz Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib.

Comments are closed, but trackbacks and pingbacks are open.