Press "Enter" to skip to content

Elektrik cərəyanının insana təsiri

Hadisədən nə qədər çox qorxsanız da zərərçəkənə yardım etmək üçün əliboş qaçmayın – bu halda siz ona kömək edə bilmərsiniz, həmçinin özünüz də travma ala bilərsiniz!Zərərçəkəni elektrik xəttindən ayırmaq üçün metal əşyalardan, məftildən, nəm dəsmaldan istifadə etmək olmaz – onların hamısı cərəyan keçirəndirlər!

Elektrik cərəyanının insan orqanizminə təsiri və elektrik təhlükəsizliyi anları

Müxtəlif sənaye sahələrinin müasir texnoloji avadanlığı, yerli işıqlanma, irəli-geri hərəkətləri, sürətin nizamlanması, tormozlanma, nasosların avtomatlaşdırılması, bir sıra əsas və köməkçi funksiyalar elektrik naqilləri və xüsusi elektrik avadanlıqları ilə təchiz edilir.

Texnoloji avadanlığa xidmət göstərilməsi və baxış, elektrik avadanlığına və cihazlarına xidmətlə qırıl-maz surətdə bağlıdır. Odur ki, texnoloji avadanlığa xidmət edən hər bir işçi öz peşəsi ilə əlaqədar olan təhlükəsizlik qaydalarını bilməkdən əlavə, elektrik təhlükəsizliyinin əsas qaydalarını da bilməlidir.

Statik məlumatların araşdırılması göstərir ki, elektrik cərəyanı ilə zədələnmələrin əksəriyyəti, adətən, təsadüfən elektrik gərginliyi altına düşən hissələrə toxunmaq nəticəsində baş verir.

Cərəyandaşıyan hissələrə toxunmağın səbəbləri müxtəlifdir. Lakin bunlardan ən başlıcası işçilərin təh-lükəsizlik qaydalarını kifayət qədər mənimsəməmək və ona riayət etməməkdən ibarətdir. Bədbəxt hadisə-lərin çoxu alçaq gərginlik qurğularında baş verir. Elektrik təhlükəsinin başqa təhlükələrdən fərqi ondadır ki, adam xüsusi cihazların köməyi olmadan məsafədən gərginliyi aşkar edə bilmir. Bununla əlaqədar ola-raq xidmətçi öz vəziəsini düzgün icra etməklə yanaşı, elektrik təhlükəsizlik qaydalarını da bilməli və ona əməl etməlidir.

Gündəlik həyatda elektrik cərəyanının təhlükəliliyi haqqında gərginliyə görə mühakimə yürüdürlər. Lakin bu belə deyildir, çünki eyni bir gərginlik həddi müxtəlif orqanizmlərə təsir göstərir; burada cərəyan və onun təsir müddəti həlledici rol oynayır. Cərəyanın təsir müddəti artdıqca, zədənin dərəcəsi də artır.

Elektrik cərəyanı insanın bədənindən keçərkən, hər şeydən əvvəl, mərkəzi əsəb sistemini zədələyir. Bunun nəticəsində də ürəyin və nəfəs orqanlarının fəaliyyəti pozulur – ba da ölümə səbəb ola bilər.

Elektrik cərəyanı ilə zədələnmə dərəcəsi əsasən 3 amildən cərəyan şiddətindən, cərəyan tezliyindən və insan orqanizmində cərəyanın keçdiyi yoldan asılıdır. İnsan orqanizmindən bir neçə milliamper cərəyan keçdikdə insanda xoşagəlməz hisslər yaranır. Məsələn, insan orqanizmindən 0,025 A-lik cərəyan keçdik-də əzələləri qıc olur, insan cərəyan keçən məftildən özü azad ola bilmir, cərəyan şiddəti 0,1 A olduqda isə nəfəs orqanları və ürək iflic olur, ölüm hadisısi baş verir. Om qanuna əsasən insan bədənindən keçən cərəyanın şiddəti elektrik müqavimətindən və həmin cərəyanın gərginliyindən asılıdır. Normal halda insan bədəninin elektrik müqaviməti bir neçə min oma bərabərdir:

Tədqiqatlar göstərmişdir ki, 15 – 20 mA cərəyan insan orqanizmi üçün təhlükəsizdir. Lakin cərəyanın bu həddində tənəffüsün çətinləşməsi, əllərin qıc olması, toxunma yerinin şiddətli qızışması və s. baş verir.

Cərəyanın 90 – 100 mA həddində tənəffüs orqanlarının,təsir müddəti 3 san-yə qədər uzandıqda urəyin iflici başlayır. Deməli, cərəyanın 100 mA və ondan yüksək qiyməti öldürücüdür.

Adamın bədəninə şərti olaraq müəyyən müqavimət kimi baxılarsa,ondan keçən cərəyanı Om qanunu ilə təyin etmək olar:

Görundüyü kimi, adamdan kecən cərəyan iki amildən – gərginlikdən ( U ) və adamın bədəninin müqa-vimətindən ( ) asılıdır. Bədənin müqaviməti bir çox amillərdən asılı olub geniş həddə

( 1000 – 100000 Om ) dəyişir. Orqanizmin müqaviməti dərinin üst buynuz qatının müqaviməti ilə təyin edilir.

Bədənin xarici örtüyünün böyük müqavimətə malik olmasına baxmayaraq, onu hər hansı dərəcədə eti-barlı mühafizə vasitəsi saymaq olmaz. Dəri ən kiçik müddətdə ( bir neçə saniyədə ) elektrik cərəyanının təsirinə dözür, bundan əlavə, dərinin xarici örtüyünün müqaviməti müxtəlif amillərdın – nəmlik, zədələn-mə, çirklənmə və xəstələnmə ( vərəm, müxtəlif yaralar, daxili zədələr və spirtli içkilər ) təsirindən kəskin surətdə asılıdır.

Tədqiqatlar göstərir ki, adam bədənindən onun oxu boyu keçən cərəyan daha təhlükəlidir; cərəyanin tezliyi artdıqca zədələnmə təhlükəsi də azalır. Sənaye tezlikli (50 Hs) dəyişən cərəyan daha təhlükəlidir,

sabit cərəyan bir qədər zəif təsir göstərir.

Bir fazalı qapanmada, neytralı yerləbirləşdirilmiş şəbəkədə adama faza gərginliyi və cərəyanı təsir edir:

burada U – xətti gərginlik, V ; – yerləbirləşdiricinin müqaviməti, Om ; – adamın müqavimə-

ti, Om. Əgər adam neytralı izolə olunmuş şəbəkədə fazalardan birinə toxunarsa, o zaman cərəyan ondan torpağa, torpaqdan isə naqillərin qeyri-ideal izolyasiyasından digər fazalara keçər. Əgər fazaların müqavi-məti , – dirsə, U xətti gərginliyin təsiri altında adamdan axan cərəyan :

ifadəsi ilə təyin edilər.

Əgər = – dirsə, onda

olar. Burada – izolyasiyanın müqavimətidir, Om. İki fazalıya nisbətən bir fazalı qapanmaya tez-tez tə-sadüf olunur; lakin o, iki fazalıya nisbətən az tıhlükəlidir. Deməli, fazaların izolyasiya müqavimətini artırmaqla, ondan elektrik zədələnməsinə qarşı mühafizə vasitəsi kimi istifadə etmək olar.

Təhlükəsizlik texnikası qaydalarına əsasən aşağıdakı hallarda insan üçün təhlükəli gərginlik məsələn yaşayış otaqlarında və mənzillərdə, administrativ, ictimai binaların qızdırılan otaqlarında və s. kimi yer-lərdə – 65 V, sənaye müəssisələrinin bəzi sexlərində, habelə metal kabinə kimi xüsusi təhlükəli binalarda – 12 V-r. Cərəyanın tezliyi 50-60 Hs olduqda insan orqanizminə daha pis təsir göstərir. İnsan elektrik cə-rəyanı ilə zədələndikdə həyat üçün təhlükə o, zaman yaranır ki, elektrik cərəyanı nəfəs və qan dövranı or-qanlarının əsəb mərkəzlərindən keçsin, məsələn cərəyanın yolu belə olsun: sağ əl-sol ayaq, sağ əl-sol əl və s.. İnsan eiektrik cərəyanı ilə əksər hallarda o, zaman zədələnir ki:

– izolyasiya olunmamış cərəyankeçən hissələrə – çılpaq məftillərə, elektrik maşınının kontaktlarına, kəsici açara, lampa patronuna, qoruyuculara, habelə gərginlik altında olan digər aparat və cihazlara toxunsun;

– elektrik qurğusunun cərəyan keçməsi üçün nəzərdə tutulmayan, lakin izolyasiya zədələndiyinə görə gərginlik altında olan hissələrinə (məsələn, elektrik mühərrikinin gövdəsinə toxunsun;

– elektrik şəbəkəsinin qırılıb düşmüş məftilinin yerlə birləşmə yerinin yaxınlığında olsun;

– məişətdə təhlükəsizlik texnikası qaydalarına əməl etməsin.

Elektrikkeçirmə qabiliyyətinə görə təbiətdəki cisimlər üç qrupa bölünür: naqillər (keçiricilər), izolya-torlar və yarımkeçiricilər. Elektriki yaxşı keçirə bilən cisimə naqil deyilir. Məsələn mis, alüminium, dəmir və s. Elektriki keçirə bilməyən cisimlərə izolyator qeyri-naqil və yaxud dielektrik deyilir. Məsələn, şüşə, mərmər, rezin, ebonit, slüda, parafin, distillə edilmiş su və s. Elektriki bir istiqamətdə keçirib, əks istiqa-mətdə keçirməyən xüsusi qrup maddələrə yarımkeçiricilər deyilir. Məsələn, selen, germanium, kükürdlü kadmium, kükürdlü qurğuşun və s.

Elektrik cərəyanı əsasən 4 cür təsir törədir:

1) naqildən elektrik cərəyanı keçdiyi vaxt onun ətrafında maqnit sahəsi əmələ gətirir;

2) elektrik cərəyanı duzların, turşuların, qələvilərin məhlullarından keçərkən onları öz tərkib hissələri-nə parçalayır;

3) elektrik cərəyanı keçən naqil qızır;

4) elektrik cərəyanı canlı orqanizmi məhv edə bilir.

Xarici müqaimətin azalması ilə dövrədən keçən cərəyan artır, dövrənin xarici müqaviməti praktik ola-raq sıfra bərabər olduqda dövrədən maksimum cərəyan keçir, bu hal qısa qapanma adlanır.

İnsan orqanizmi üçün daha qorxulu sənaye tezlikli dəyişən cərəyandır. Çünki insan orqanizmi daha həssas olaraq cərəyanın dəyişməsini (artıb-azalmasını) hiss edir. Dəyişən cərəyanın hər bir periodunda fərdi qıcıqlandırıcı impuls vardır. Sabit cərəyan isə insana ancaq istilik təsiri göstərir. O, dövrəyə qoşulduqda və ya dövrədən açıldıqda insan tərəindən hiss edilir.

Elektrotravma zamanı ilk yardım

Elektrik cərəyanı ilə zədələnmə, adətən, elektrik cihazlarının nasazlığı, uşaqların onlarla ehtiyatsız və şıltaq hərəkətləri nəticəsində baş verir. Bədəndən elektrik cərəyanının keçməsi insan orqanizminin orqan və toxumalarda sağlamlıq üçün təhlükəli olan bir sıra fəsadlara səbəb ola bilər.

Sözsüz ki, söhbət uşaq orqanizmindən gedərsə, bu daha təhlükəlidir.

Elektrik cərəyanının insanın ona toxunan ətrafını “özünə yapışdırmaq” xüsusiyyəti vardır. Buna görə də bu zaman qarşıda duran əsas vəzifə zərərçəkənin elektrik cərəyanı ilə “əlaqəsini” kəsməkdən ibarətdir, çünki, zərərçəkən özü bunu edə bilmir.

Bunun üçün ilk növbədə cərəyanı kəsmək lazımdır (evdəki rubilniki söndürmək, elektrik qoruyucularını açmaq və ya elektrik məftilini quru tutacaqlı balta ilə kəsmək). Bunları etmək mümkün olmazsa, qalın quru (!) taxta və ya kitabın üstünə çıxaraq elektrik cərəyanı xətlərini plastik bir əşya və ya quru döşəməsilənlə (“şvabra”) kənara çəkmək və ya zərərçəkəni quru taxta, rezin və ya plastik bir əşya və ya “şvabra” ilə kənara itələmək lazımdır.

Hadisədən nə qədər çox qorxsanız da zərərçəkənə yardım etmək üçün əliboş qaçmayın – bu halda siz ona kömək edə bilmərsiniz, həmçinin özünüz də travma ala bilərsiniz!Zərərçəkəni elektrik xəttindən ayırmaq üçün metal əşyalardan, məftildən, nəm dəsmaldan istifadə etmək olmaz – onların hamısı cərəyan keçirəndirlər!

Yadda saxlayın ki, zərərçəkən elektrik xəttindən ayrılmayana qədər elektrik cərəyanının keçiricisi hesab olunur. Buna görə də özünüzün də zərər çəkməməyiniz üçün onun bədəninin açıq yerlərinə toxunmayın!

Zərərçəkəni cərəyan mənbəyi ilə təmasdan azad etdikdən sonra dərhal “təcili yardım” çağırın. Əgər zərərçəkənin huşu özündə olarsa və o, heç nədən şikayət etməsə də, yadda saxlamaq lazımdır ki, elektrik cərəyanının orqanizmə təsiri dərhal deyil, bir müddət keçdikdən sonra özünü göstərə bilər. Ona görə də zərərçəkən mütləq təcili şəkildə həkim tərəfindən müayinə edilməli və onun hazırda xəstəxanada müalicə almasına ehtiyac olub-olmaması müəyyən edilməlidir.

“Təcili yardım” xidməti gələnə qədər zərərçəkənin sıxıcı paltarlarını çıxarmaq, onu başının altına balış qoyulmadan yatağa uzatmaq (başı yana olmalıdır ki, qusma baş verdikdə xəstə boğulmasın!), üstünü isti örtmək, içməyə isti çay vermək lazımdır.

Zərərçəkən huşsuz vəziyyətdə olarsa, onu özünə gətirməyə çalışın. Bu məqsədlə üzünə soyuq su çiləmək, naşatır spirti damızdırılmış pambığı burnuna yaxınlaşdırmaq (3-5 sm-dən yaxın olmamaqla), gicgahlarını sirkədə isladılmış pambıqla sürtmək olar.

Zərərçəkənin nəfəs alıb-almadığını, onun ürəyinin döyünüb-döyünmədiyini yoxlayın. Bir çox hallarda güclü elektrotravmadan sonra həyat əlamətlərini aşkar etmək çox çətin olur. Ancaq əksər hallarda bu dəyişikliklər geriyədönən proses olur. Buna görə yanınızdakı şəxsə “təcili yardım” çağırmasını tapşıraraq özünüz dərhal zərərçəkənə ilk tibbi yardım göstərməyə başlayın. Nəbz və tənəffüsün olmadığı halda, nəfəs gələnədək və ürək döyünməsi bərpa olunanadək və ya həkim gələnədək zərərçəkənə süni tənəffüs vermək və ürəyin qapalı masajını icra etmək lazımdır (bax, “Ürəyin xarici masajı”).

İldırımvurma da elektrotravmalara aiddir. İldırım vurmasının xarakterik əlaməti, ildırım xətti üzrə dəridə şaxəli izin olmasıdır. Zədələnmə əksər hallarda huşun itirilməsi, ifliclər ilə müşayiət edilir və adətən, tədricən keçib gedir.

İldırımvurma zamanı ilk tibbi yardım adi elektrotravmada olduğu kimidir. Vaxtında başlanan aktiv müalicəvi tədbirlər, hətta ildırımdan ağır zədə alan insanı da xilas etməyə imkan verir.

Qeyd etmək lazımdır ki, əhali arasında, elektrik cərəyanı və ya ildırımvurma zamanı zərərçəkənin bədənindən elektriki “çıxarmaq” üçün onu quma basdırmaq fikri nadanlıq, çox kobud səhv hesab edilir və bu, zərərçəkənin ölməsinə səbəb ola bilər!

  • Teqlər:
  • tibbi yardım
  • , ilkin tibbi yardım
  • , eletro travma zamanı tibbi yardım

Comments are closed, but trackbacks and pingbacks are open.